Məhkəmə qərarları › İş №2(102)-267/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-267/2021

09.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-267/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" KB ASC-yə və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-267/21 (Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil1, cavabdeh “xxxx” KB ASC-nin vəkili X1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3382/2020 nömrəli iş ü zrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” KB ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “xxxx” KB ASC iləİddiaçı arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 43Y/12 saylı kredit müqaviləsinə əsasən bank İddiaçı 60 ay müddətinə 61.200 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka saxlayan “xxxx” KB ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 43yi/12 saylı ipoteka müqaviləsinə əsasən “xxxx” KB ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 43yi/12 saylı kred it müqaviləsinin təminatı olaraq İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(001)2121/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı 23579,55 ABŞ dolları əsas borc, 3426,73 ABŞ dolları faiz borcu və 3000 ABŞ dolları cərimə, cəmi 30.006,28 ABŞ dolları borc (ödəniş günü manata məzənnə ilə) və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 50 manat pulun «xxxx» ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 72 saylı evin 289 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ipoteka ilkin satış qiymətinin 9 3000 manat məbləğində müəyyən edilməsi, hərrac üzrə xərclər satışdan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması, ipoteka predmeti olan - Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 72 saylı evin 289 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan sonra 1 ay ərzində mənzil boşaldılaraq İddiaçı və X2 yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9860/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin apellyasiya şikayət təmin edilməmiş, İddiaçı nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001 )2121/2017 saylı iş üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsi İddiaçı “xxxx” KB ASC-nin xeyrinə 3000 ABŞ dolları cərimə borcunun tutulması hissəsində dəyişdirilmiş,İddiaçı “xxxx” KB ASC-nin xeyrinə 2000 (iki min) ABŞ dolları cərimə borcu tutulmuş, qətnamə mübahisələndirilən digər hissələrdə, yəni iddia tələbinin qismən təmin olunmamasına dair hissədə dəyişdirilmədən saxlanılmışdır. “Hərracın yekunları barədə” xx xxxxxxx 2018-ci il tarixli, 57/01-1 nömrəli protokoldan görünür ki, ipoteka predmetinin ilkin qiyməti 93000 manat, təkrar hərracdakı ilkin satış qiyməti 79050 manat olmuşdur. “xxxx” MMC ilə ipoteka saxlayan “xxxx” KB ASC arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ipoteka saxlayan Bakı şəhəri, Binəqədi rayon u, 9 MKR, Mir Cəlal küçəsi, ev 72, 289 saylı mənzili 59.287,50 manata (təkrar hərracdakı satış qiymətindən 25% aşağı) əldə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər “xxxx” MMC-yə, “xxxx” KB ASC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən 289 saylı mənzilinə dair Hərracın Yekunları barədə xx xxxxxxx 2018-ci il tarixli 57/1-1 saylı Protokolun və xx xxxxxxx 2018-ci il tarixli əmlakın alqı-satqı müqaviləsinin etibarsız h esab olunması və daşınmaz əmlakın dövlət reyestrində “xxxx” KB ASC-nin adına Bakı şəhəri, Binəqədi rayonu, 9 MKR, Mir Cəlal küçəsi, ev 72, 289 saylı mənzilə dair mülkiyyət hüququ barədə aparılmış qeydiyyat və onun əsasında verilmiş “Çıxarış”ın ləğv edilib, həmin mənzilin bazar dəyərinin mütəxəssislər vasitəsi ilə müəyyən edilərək, həmin əmlakın müəyyən olunmuş ilkin qiymətlə hərraca çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs kimi xx.xx.2012-ci il tarixli 43Y\12 saylı Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış xx xxxxxx 2014-cü il tarixli 43Y/12-2 saylı Əlavə Kredit Müqaviləsinə əsasən cavabdeh “xxxx"’ KB ASC-dən illik 22%, 24 ay müddətinə 40.000 (qırx min) ABŞ dolları məbləğində krediti azərbaycan manatına nisbətdə milli valyutada almış və kreditin təminatı kimi xx.xx.2012-ci il tarixli 43yi\12 saylı İpoteka müqaviləsinə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9 MKR, Mir Cəlal küçəsi, ev 72 ünvanında yerləşən 289 saylı mənzil ipotekaya qoyulmuşdur. Bundan əvvəl də, iddiaçı bankdan 57 000 ABŞ dolları məbləğində kredit götürmüş və faizləri ilə birlikdə tam qaytararaq həmin krediti bağlamışdır. Lakin 2015-ci ildə baş vermiş məlum iki devalvasiyadan sonra iddiaçı bir müddət, yəni 2015-ci ilin oktyabr ayına kimi krediti və onun faizlərini artmış qiymətlə ödəmişdir. xx.xx.2015-ci il tarixdə baş verən 2-ci devalvasiyadan sonra həmin məbləğləri heç cür ödəyə bilməmişdir. Nəticədə qanuni qüvvəsini almış məhkəmə qərarları ilə İddiaçı cavabdeh “xxxx” KB ASC-yə 23.579,55 ABŞ doll arı əsas borcu, 3426,73 ABŞ dolları faiz borcu və 2.000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 29.006,28 ABŞ dolları məbləğində banka borcu yaranmışdır. Tərəflər arasındakı məhkəmə çəkişmələri 2018-ci ilin mart ayında tamamlanmışdır.Bundan sonra İddiaçı banka olan borcundan ödənişlər etməyə başlamış, 2018-ci ildə 11.550 ABŞ dolları məbləğində ödəniş etmiş, 17.456,28 ABŞ dolları məbləğində banka borcu qalmışdır. Sonucu dəfə xx.xx.2018-ci il tarixdə banka 1050 ABŞ dolları ödəmiş, ondan sonrakı ödənişləri bank qəbul etməkdən imtina etmiş, iddiaçıya təklif etmişdir ki, onun etdiyi ödənişlər bank hesabındadır, istədiyi vaxt həmin pulu hesabından çıxarıb götürə biləcəkdir. İddiaçı borcunu ödəmək üçün çox banka gedib gəldikdən sonra ona bildirmişlər ki, ona verilmiş kreditin təminatı olan ipoteka predmeti hərraca çıxarılaraq hərracdan bankın adına keçirilmişdir, artıq bankın mülkiyyətindədir, mənzili boşaldıb təhvil versin. İddiaçının hərracın keçirilməsindən xəbəri olmamış, hərracda iştirak etməmişdir. İddiaçı hərracın protokolunu və alqı-satqı müqaviləsinin xx.xx.2018-ci il tarixdəbankdan aldıqdan sonra ona məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixdə “xxxx” tərəfindən əsasən iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9 MKR, Mir Cəlal küçəsi, ev 72 ünvanında yerləşən 289 saylı mənzil hərraca çıxarılmış, Hərracın Yekunları barədə 57/01-1 saylı protokola əsasən ipoteka predmeti hərracda alınmadığından 59.287,50 manata cavabdeh “xxxx” KB ASC-yə satılmış və alqı-satqıya dair xx xxxxxxx 2018-ci il tarixli müqavilə bağlanmışdır. Hərracın keçirilməsindən və nəticəsindən iddiaçının xəbəri olmamış, bu barədə iddiaçıya rəsmi qaydada məlumat verilməmiş, bildiriş göndərilməmiş, əmlakın qiymətləndirilməsində və hərracın keçirilməsində iddiaçının iştirakı təmin edilməmiş, həmin ərəfədə iddiaçı banka ödənişlər etdiyi halda, bank onu aldadaraq həm pulunu almış, həm də əmlakını aşağı qiymətlə qiymətləndirərək öz mülkiyyətinə götürmüş, bununla iddiaçıya iki qat zərər vurmuşdur. İpoteka predmeti olan iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9 MKR, Mir Cəlal küçəsi, ev 72 ünvanında yerləşən 289 saylı mənzilin ilkin hərrac qiyməti 93.000,00 manat qiymətləndildiyi halda, hərracdan 59 287,50 manata, yəni 34.875 ABŞ dollarına, faktiki dəyərindən demək olarki 2 dəfə aşağı qiymətləndirməklə iddiaçının əmlakı aşağı qiymətlə bankın mülkiyyətinə verilməklə saxtakarlıq edilmişdir. Qiymətləndirmə prossesində ipotekaya qoyulmuş mənzilin qiyməti suni surətdə aşağı salınmış və bazar qiymətindən açıq-aşkar çox aşağı müəyyən edilmişdir. İpotekaya qoyulmuş mənzilin faktiki bazar satış qiyməti 110.000 – 120.000 manat təşkil edir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, iddiaçı tərəfindən isə məhkəmədən sonra xx xxxxxxx 2018-ci il tarixə kimi 11.550 ABŞ dolları banka ödəniş edilmişdir. İddiaçının banka 17.456,28 ABŞ dolları məbləğində borcu qalmış və bir neçə dəfə həmin borcu ödəmək üçün banka getmiş, lakin bank ödənişi qəbul etməkdən imtina etmiş, iddiaçıya məxsus olan əmlakı qəsdən, bilə-bilə mənimsəmişdir. “xxxx” KB ASC Hərrac təşkilatı ilə əlaqəyə girərək qəsdən, bilə-bilə və aldatma yolu ilə İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9 MK R, Mir Cəlal küçəsi, ev 72 ünvanında yerləşən 289 saylı mənzilin hərraca çıxarılarkən qarşılıqlı qiymətləndirilməsini, ümumiyyətlə qiymətləndirilməsini təşkil etməmiş, 1 il əvvəl aparılmış qiymətləndirmə ilə mənzili hərraca çıxarmış və iki hərracda suni şəkildə mənzilin dəyərini 15% və 25% aşağı salmaqla iddiaçının mülkiyyət hüquqnu pozmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Musayeva, iş № 2(006)-1493/2019) iddia tələbi qismən təmin edilmiş, ünvan 3 ünvanında yerləşən 289 saylı mənzilin hərraca çıxarılmasına dair xx xxxxxxx 2018-ci il tarixli, 57/01-1 saylı Hərracın Yekunları barədə Protokolun, bu protokola əsasən tərtib edilmiş xx xxxxxxx 2018-ci il tarixli “ Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində “xxxx” KB ASC-nin adına ünvan 3, 289 saylı mənzilə dair mülkiyyət hüququ barədə aparılmış qeydiyyatın və onun əsasında verilmiş “Çıxarış”ın ləğv edilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ipoteka predmeti olan mənzilin satılması ilə əlaqədar 2 dəfə - xx.xx.2018-ci il tarixdə birinci və xx.xx.2018-ci il tarixdə təkrar hərrac keçirilmişdir. Birinci və təkrar hərracların keçirilməsi ilə bağlı “Birja Yenilikləri” qəzetinin müxtəlif tarixli saylarında elanlar dərc olunmuş, iddiaçıya və ipoteka saxlayan “xxxx” ASC-yə hərracın xx.xx.2018-ci il tarixdə keçiriləcəyinə dair birinci bildiriş xx.xx.2018ci il tarixdə, ikinci bildiriş isə xx.xx.2018-ci il tarixdə göndərilmişdir. Təkrar hərracın xx.xx.2018-ci il tarixdə keçirilməsinə dair birinci bildiriş xx.xx.2018-ci il tarixdə, ikinci bildiriş isə xx.xx.2018-ci il tarixdə iddiaçıya və ipoteka saxlayan “xxxx” ASC-yə göndərilmişdir. Lakin göstərilən tarixlərdə açıq hərracın keçirilməsinə dair “xxxx” tərəfindən göndərilmiş bildirişlərin surətlərindən görünür ki, iddiaçıya ünvanlanmış bildirişlər onun qeydiyyatda olduğu və faktiki olaraq yaşadığı ünvan 4 ünvanına yox, ünvan 5 göndərilmişdir. Bundan başqa “FAMKO” X4 Xidməti vasitəsilə hərracın keçirilməsi barədə məktubun çatdırılmasına dair qəbzlərdən görünür ki, bildirişlərin İddiaçı çatdırılması “çatdırılıb” möhürü ilə təsdiq olunmasına baxmayaraq “Alan şəxsin soyadı və imzası” qrafası boşdur. Eyni zamanda tutmanın ipoteka predmetinə yönəldilməsi barədə birinci instansiyası məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldıqdan və hətta təkrar hərracın keçirilməsi nəticəsində ipoteka saxlayan cavabdeh “xxxx” KB ASC tərəfindən ipoteka predmeti əldə edildikdən sonra iddiaçının məhkəmə aktına əsasən hesablanmış borc üzrə pulu davamlı olaraq, hər ayda iki dəfə ödəməsi (xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək) iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, bu fakt da iddiaçının hərracın keçirilməsi və eyni zamanda ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi barədə məlumatlı olmasını təkzib edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ipoteka predmetinə tutma yönəldiyi təqdirdə onun ilkin satış qiymətinin məhkəmə aktlarında göstəri lməsi mütləqdir. Tərəflərdən hər hansı biri məhkəmə qətnaməsində göstərilən qiymətlə razı olmadığı halda, qətnamənin ipoteka predmetinin ilkin satış qiymətilə bağlı hissəsi yuxarı instansiya məhkəmələrində mübahisələndirilə bilər. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli qətnaməsi ilə ipoteka premetinin ilkin satış qiyməti 93000 manat məbləğində müəyyən edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Beləliklə ipoteka predmetinin ilkin satış qiymətinin bu məbləğdə olması faktı iş üzrə tərəflər üçün preyudisial əhəmiyyətə malik olduğundan bu məbləğ iddiaçı tərəfindən hazırki məhkəmə baxışı çərçivəsində mübahisələndirilib, ilkin satış qiymətinin yenidən müəyyən edilməsi tələb edilə bilməz. Apelyasiya instansiyası məhkəməsində birin ci icraat Cavabdeh “xxxx” KB ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)-1493/2019 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova, iş № 2(103)-9544/2019) cavabdeh “xxxx” KB ASC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-1493/2019 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 9 MKR, Mir Cəlal küçəsi, ev 72 ünvanında yerləşən 289 saylı mənzilin Hə rraca çıxarılmasına dair xx.xx.2018-ci il tarixli, 57/01-1 saylı Hərracın Yekunları barədə Protokolun və həmin protokol əsasında “xxxx” MMC ilə “xxxx” KB ASC arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 9 MKR, Mir Cəlal küçəsi, ev 72 ünvanında yerləşən 289 saylı mənzilə dair “xxxx” KB ASC-nin mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat “xxxx” KB ASC-nin mülkiyyət hüququnu təsdiq edən AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2018-ci il tarixli müqavilə əsasında “xxxx” KB ASC tərəfindən İddiaçı borcunun bağlanması məqsədilə hesabına köçürülmüş 59287.50 manat məbləğində pulun “xxxx” KB ASC-yə qaytarılması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətində istinad olunan və güya bildirişlərin iddiaçıya təqdim olunmasını təsdiq edən 602539, 986518 və 00705 saylı qaimələr birinci instansiya məhkəməsinə nə hərrac təşkilatçısı olan cavabdeh “xxxx” MMC tərəfindən, nə də ki, “xxxx” KB ASC tərəfindən təqdim olunmamış və bu səbəbdən həmin sənədlər iş üzrə sübut qismində qəbul oluna bilməz. Məhkəmə qeyd etmişdir ki, apellyasiya şikayətində istinad olunmuş 599919 saylı qaimənin surəti iş materiallarında olsa da, surətin keyfiyyətsiz olması səbəbindən bildirişin iddiaçıya təqdim olunmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin həmin qaimənin ünvan hissəsi ndə evin nömrəsində düzəliş edilmiş və bu səbəbdən mötəbərliyi şübhə altındadır. Nəhayət həmin qaimələr bildirişlərin iddiaçıya təqdim edilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilsə də, onlar “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələblərinin pozulmamasını təsdiq etmir. Əksinə, müəyyən olunur ki, 599919 saylı qaimə ilə bildiriş xx xxxxxx 2018-ci il tarixdə (hərracın keçirilməsindən 12 gün əvvəl), 602539 saylı qaimə ilə bildiriş xx xxxxxx 2018-ci il tarixdə (hərracın keçirilməsindən 7 gün əvvəl) ipoteka qoyana göndərilmişdir. Yəni iddiaçı hərrac barədə qanunvericiliklə müəyyən olunmuş qaydada xəbərdar olunmamışdır. Apellyasiya instansiya məhkəməsi daha sonra hesab etmişdir ki, borcun ipoteka predmetinə yönəldilməsi barədə məhkəmə qətnaməsi qanun i qüvvəsini aldıqdan və hətta təkrar hərracın keçirilməsi nəticəsində ipoteka saxlayan cavabdeh “xxxx” KB ASC tərəfindən ipoteka predmeti əldə edildikdən sonra iddiaçının məhkəmə aktı ilə müəyyən olunmuş borc davamlı olaraq ödəməsi faktı da iddiaçının hərracın keçirilməsi və eyni zamanda ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi barədə məlumatlı olmasını təkzib edir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi hərracın nəticələrinə dair müqaviləni etibarsız hesab etsə də, iddiaçının hesabına ödənilmiş və onun borcundan silinmiş pul vəsaitini ipoteka saxlayana qaytarılmasını qət etməməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və Ə.Rüstəmov, iş № 2(102)-292/2020) cavabdeh “xxxx” KB ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)9544/2019 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya kollegiyası 602539, 986518 və 00705 saylı qaimələrin birinci instansiya məhkəməsinə nə hərrac təşkilatçısı olan cavabdeh “xxxx” MMC tərəfindən, nə də ki, “xxxx” KB ASC tərəfindən təqdim olunmadığını, bu səbəbdən həmin sənədlərin iş üzrə sübut qismində qəbul oluna b ilməyəcəyini qeyd etmiş, bu barədə qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinə istinadən əsaslandırmağa çalışmışdır. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya kollegiyası qeyd edilən prosessual hüquq normasının tələbinə düzgün əməl etməmişdir. Belə ki, apellyasiya kollegiyası nəzərə almamışdır ki, hərracın keçirilməsi prosedura müvafiq hərrac təşkilatı tərəfindən həyata keçirildiyindən, iddiaçıya hərracın keçirilmə vaxtı barədə bildiriş verilməsi vəzifəsi də hərrac təşkilatına aiddir. Bunu nəzərə aldıqda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinə istinadən cavabdeh “xxxx” KB ASC tərəfindən qeyd edilən sübutların birinci instansiya məhkəməsinə təqdim edilə bilməməsinin mümkün olmadığının əsaslandırılmasını gözləmək yersizdir. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, “xxxx” MMC tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixə təyin edilmiş açıq hərracın keçirilməsinə dair 01 nömrəli, xx.xx.2018-ci il tarixli bildiriş, həmin tarixə təyin edilmiş açıq hərracın keçirilməsinə dair 01/2 nömrəli, xx.xx.2018-ci il tarixli bildiriş, xx.xx.2018-ci il tarixə təyin edilmiş açıq hərracın keçirilməsinə dair 02 nömrəli, xx.xx.2018-ci il tarixli bildiriş, həmin tarixə təyin edilmiş açıq hərracın keçirilməsinə dair 02/2 nömrəli, xx.xx.2018-ci il tarixli bildirişlər ünvanlanmışdır və iş materiallarında da iddiaçılara çatdırılma barədə qeyd olan 599919, 602539, 986518 və 599071 saylı 4 ədəd qaimələr mövcuddur. Apellyasiya kollegiyası isə, “İpoteka haqqında” Azərbaycan Res publikası Qanununun 42.1-ci maddəsinin tələblərinin pozulmasına istinad etsə də, bu istinadını əsaslandıra bilməmişdir. Belə ki, ilkin olaraq apellyasiya kollegiyası işdə mövcud olan 4 ədəd qaimələrin hansının hansı bildirişə aid olmasını müəyyən etməmiş, digər tərəfdən də 4 ədəd qaimə olduğu halda istinad etdiyi halı 2 ədəd qaiməni (599919 və 629539 saylı qaimələr) qeyd etməklə izah etməyə çalışmışdır. Halbuki, qeyd edilən 4 ədəd qaimədən də görünür ki, iddiaçı qaimələri şəxsən imza etməklə bildirişləri qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov, iş № 2(103)3382/2020) cavabdeh “xxxx” KB ASC-nin apellyasiya şik ayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)1493/2019 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, ünvan 3 ünvanında yerləşən 289 saylı mənzilin “xxxx” KB ASC-yə satılmasına dair “xxxx” MMC tərəfindən tərtib olunmuş Hərracın Yekunları barədə xx xxxxxxx 2018-ci il tarixli, 57/01-1 saylı Protokol və həmin protokol əsasında “xxxx” MMC ilə “xxxx” KB ASC arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx xxxxxxx 2018-ci il tarixli müqavilə etibarsız hesab edilməsi,ünvan 3, 289 saylı mənzilə dair “xxxx” KB ASC-nin mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrindən aparılmış qeydiyyat “xxxx” KB ASC-nin mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikas ı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx xxxxxxx 2018-ci il tarixli müqavilə əsasında “xxxx” KB ASC tərəfindən İddiaçı borcunun bağlanması məqsədi ilə hesabına köçürülmüş 59287,50 manat (əlli doqquz min iki yüz səksən yeddi manat əlli qəpik) məbləğində pul “xxxx” KB ASC-yə qaytarılması qət edilmişdir. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, ipoteka qoyan olan hazırki iş üzrə İddiaçı hərracın keçirilməsinə dair bildirişlər ünvanlandırılsa da, bildirişlər iddiaçının qeydiyyatda olduğu və faktiki olaraq yaşadığı ünvan 6 ünvanına deyil, həmin küçədə yeriləşən 7 saylı evin 289 saylı mənzilinə ünvanına göndəril mişdir. Belə ki, həmin ünvan həm bildirişlərin özündə, həm də bildirişlərin faktiki göndərilməsini təsdiq edən “Famko” X4 Xidmətinin xx xxxx 2018-ci il tarixli, 606182 saylı, xx xxxxxx 2018-ci il tarixli, 599071 saylı və xx xxxxxxxx 2018-ci il tarixli, 984889 saylı qəbzlərində qeyd olunmuşdur. Apellyasiya instansiya məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alıb, cavabdeh “xxxx” KB ASC-yə qeyd olunan sənədlərin təqdim edilməsi təklif edilsə də, cavabdehin nümayəndəsi həm onlar tərəfdən, həm də “xxxx” MMC tərəfindən kassasiya instansiya məhkəməsinin göstərişlərində qeyd edilən sənədlərin təqdim edilməsinin özlərindən asılı olmayan səbəbdən mümkün olmadığını qeyd etmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətində istinad olunmuş 5 99919 saylı qaimənin surəti iş materiallarında olsa da, surətin keyfiyyətsiz olması səbəbindən bildirişin iddiaçıya təqdim olunmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin həmin qaimənin ünvan hissəsində evin nömrəsində düzəliş edilmiş və bu səbəbdən mötəbərliyi şübhə altındadır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qaimələr bildirişlərin iddiaçıya təqdim edilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilsə də, onlar “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələblərinin pozulmamasını təsdiq etmir. Əksinə, müəyyən olunur ki, 599919 saylı qaimə ilə bildiriş xx xxxxxx 2018-ci il tarixdə (hərracın keçirilməsindən 12 gün əvvəl), 602539 saylı qaimə ilə bildiriş xx xxxxxx 2018-ci il tarixdə (hərracın keçirilməsindən 7 gün əvvəl) ipoteka qoyan a göndərilmişdir. Yəni iddiaçı hərrac barədə qanunvericiliklə müəyyən olunmuş qaydada xəbərdar olunmamışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh “xxxx” KB ASC (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3382/2020 nömrəli iş üzrə 10 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək müəyyən olunmuş hallar və faktlar üzrə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin v əkili X3 izahatlarında göstərmişlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3382/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. İddiaçı vəkili Vəkil1 izahatında göstərmişlər ki, cavabdeh “xxxx” KB ASC tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildi yidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına sə bəb olur. (maddə 416.2). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun Mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. hərracın keçirildiyi zaman qüvvədə olmuş redaksiyasının 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. 42.1-ci maddəsinin həmin dövrdə olan redaksiyasına əsasən hərracın təşkilatçısı hə rracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.5-ci maddəsinə əsasən ən yüksək qiym ət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. (42.6-cı maddə). 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə h əmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. (maddə 43.2). 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh “xxxx” KB ASC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-c i il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” KB ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3382/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar