Məhkəmə qərarları › İş №2(102)-2674/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2674/2020

12.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2674/2020 12.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və x2 ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Cavabdeh vəkili x1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, q ətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 24 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva, iş № 2(006)-4459/2019) İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Z.Əliyev, iş № 2(103)12302/2019) İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4459/2019 saylı işi üzrə 24 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni q ətnamə qəbul edilərək, iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh 13000 ABŞ dolları məbləğində pul vəsaitinin və illik 2 faiz hesablanmaqla gecikdirilmiş vaxt üçün 260 ABŞ dollarının, ümumilikdə 13260 ABŞ dolları məbləğində pul vəsaitinin qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və 45 manat məbləğində dövlət rüsumu üçün ödənilmiş məhkəmə xərclərinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qətnamə sinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili x3 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, 15 noyabr 2017-ci il tarixli “Borcun etirafı haqqında” müqavilənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Cavabdeh İddiaçı 13000 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf etmiş, həmin məbləği 15.01.2018-ci il tarixədək hissə-hissə ödəmək şərtilə Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür (səh.5); İddiaçı tərəfindən Bakı şəhəri Baş Polis İdarəsinə ünvanlanan 15 noyabr 2017-ci il tarixli ərizənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən İddiaçı bildirmişdir ki, Cavabdeh tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir. Gələcəkdə bununla bağlı Cavabdeh qarşı heç bir maddi iddiası, tələbi və şikayəti olmayacaqdır (səh.24); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-68/2018 saylı hökmün surətinə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə bəraət verilməsi hökm edilmişdir (səh.25). Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, maddi ziyanın ödənildiyi bəyan edilən ərizənin kseronüsxəsi təqdim edilmiş, bu ərizədən 23 dəqiqə öncə tərəflər arasında bağlanan borcun etirafı müqaviləsində zərərlə bağlı müddəa öz əksini tapmamış, cavabdeh isə öz istinad etdiyi dəlill əri, yəni borcun etirafı haqqında müqaviləni imzaladıqdan 23 dəqiqə sonra hansısa maddi zərəri deyil, məhz qüvvədə olan müqavilə üzrə borcun ödənildiyini sübuta yetirə bilməmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324, 385, 386, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 449.1,739, 741, 743, 744-cü maddələrini tətbiq etmişdir. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Apelyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mötəbərliyi baxımından tərəflər arasında başqa sübut növü ilə təsdiq edilməsi mümkün olma yan başqa müqavilə, qəbz və ya digər yazılı sübut təqdim edilməmiş, borcun etirafı barədə müqavilə mülki icraat qayasında mübahisələndirilməmiş və onun etibarsızlığını müəyyən edən hallar aşkar edilməmişdir. Apelyasiya məhkəməsinin qənaəti belə olmuşdur ki, borcun etirafı müqaviləsində etiraf olunmuş pul cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş və cavabdehin təqdim etmiş olduğu ərizə həmin müqavilə üzrə etiraf olunmuş borcun geri qaytarılmasını təsdiq edən sübut kimi qəbul oluna bilməz. Hər bir halda nəzərə alınmalıdır ki, borc sənədi iddiaçıda qalmaqda davam edir və həmin sənədin üzərində onun əsasında yaranmış öhdəliyin icrasının başa çatmasına dair hər hansı qeyd yoxdur. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntula rına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul ed

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar