Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2674/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maneənin aradan qaldırılması, maddə və mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-906/2022 nömrəli iş üzrə 13 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 24 may 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakılar ı müəyyən etdi: İşin halları ünvan 1 evin 37 saylı mənzili İddiaçı mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışına əsasən, ünvan 1 ünvanda yerləşən 0,0434 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 03.12.2018-ci tarixli, 515 saylı sərəncamına əsasən mehmanxana binasının tikintisinin layihələndirilməsi üçün Cavabdeh 22.01.2019-cu il tarixdən icarəyə verilməsi qeydiyyata alınmışdır. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 64 saylı, 30.07.2019-cu il tarixli “Obyektin tikintisinə icazə” sənədi ilə mehmanxana binasının tikintisinə icazə verilmişdir. İddiaçı Cavabdeh qarşı "mülkiyyət hüququnun təmin edilərək, mülkiyyət hüququndan istifadəyə yaradılan maneələrin aradan qaldırıl ması, qanunsuz tikilinin sökülməsi, əvvəlki vəziyyətin bərpa edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş mehmanxana (otel) binasının cavabdehin hesabına sökülməsi, əvvəllər damın təmiri üçün dama çıxmaq üçün mövcud olan yeganə yerin bərpa edilməsi, mənzilinin əvvəlki vəziyyətinin bərpa edilməsi üçün ona dəymiş maddi zərərin əvəzi kimi 50000 manat məbləğində pulun, eləcə də ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 100.000 manat pulun, həmçinin dövlət rüsumu kimi ödədiyi 30 manat pulun, ümumilikdə 150 030 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək mülkiyy ət hüququ təmin edilərək, ünvan 3 ünvanında cavabdeh X4 tərəfindən inşa edilmiş mehmanxana (otel) binasının cavabdehin hesabına sökülməsi, əvvəllər damın təmiri üçün dama çıxmaq üçün mövcud olan yeganə yerin bərpa edilməsi, mənzilinin əvvəlki vəziyyətinin bərpa edilməsi üçün ona dəymiş maddi zərərin əvəzi kimi 50000 manat məbləğində pulun, əldən çıxmış fayda kimi 22.100 manat pulun, eləcə də ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 100.000 manat pulun, həmçinin dövlət rüsumu kimi ödədiyi 30 manatın, ümumilikdə 172.130 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanındakı 37 saylı mənzil onun xüs usi mülkiyyətindədir. Bu barədə mülkiyyət hüququ Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınaraq ona 12.02.2005-ci il tarixli, 223909 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Müəyyən müddət əvvəl mülkiyyətində olan və yaşadığı qeyd olunan mənzilə yaxın məsafədə, ünvan 3 ünvanında Cavabdeh tərəfindən dördmərtəbəli otel binasının tikintisi həyata keçirilmişdir. Yaşadığı üçmərtəbəli binaya yaxın məsafədə cavabdeh tərəfindən dördmərtəbəli qeyri-yaşayış binasının (otel) inşa edilməsi nəticəsində mənzilinin divarlarında, tavanında çatlar yaranmışdır. Əvvəllər damın təmiri üçün dama çıxmaq üçün mövcud olan yeganə yer cavabdeh tərəfindən zəbt edilmiş və hazırda mövcud deyildir. Hər hansı bir fövqəladə hal baş verəcəyi t əqdirdə, mənzilinə FHN əməkdaşlarının girməsi demək olar ki, mümkün deyildir. Eyni zamanda onun tərəfindən binanın damına nəzarət etmək, eləcə də orada zərurət olacağı təqdirdə hər hansı bir təmir işlərinin aparılması qeyrimümkündür. Cavabdeh tərəfindən görülmüş qanunsuz işlər nəticəsində yağan yağışlar bilavasitə evin divarlarını sıradan çıxarmışdır. Həmçinin cavabdeh tərəfindən tikilmiş bina onun mənzilinə düşən təbii günəş işığının qarşısını alaraq, mənzilinin təbii havalandırılmasında da problemlər yaratmışdır. Göstərilən səbəblərə (divarların çat verməsi, nəmişlik çəkməsi, eləcə də görülən işlərin səs-küyü səbəbinə) görə hazırda mülkiyyətində olan qeyd olunan mənzildə yaşamağı qeyrimümkündür. Ümumiyyətlə isə, cavabdeh tərəfindən tikinti işləri aparılmazdan əvvəl, həmin ərazidə söküntü işləri aparılan vaxtdan mənzildə yaşamaq qeyri-mümkün olmuşdur. Söküntü işləri aparılan zaman mənzilində olan kondisioner də qısaqapanma nəticəsində sıradan çıxmışdır. binanın sağ tərəfində qonşu ilə onun arasında olan taxta arakəsməyə bitişik ondan icazəsiz olaraq beton divar qaldırılmışdır ki, buna görə də yağan yağıntıların hamısı evin içərisinə damır. Göstərilənlərlə bağlı aidiyyatı dövlət qurumlarına və vəzifəli şəxslərə çoxsaylı müraciətlər edilmişdir. Cavabdeh tərəfindən dördmərtəbəli qeyri-yaşayış binası (otel) inşa edilərkən şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmuşdur ki, bunun nəticəsində də onlara zərər dəymişdir. Tikinti işləri aparılarkən şəhərsalma və tikinti normaları ilə müəyyən edilmiş binalar arasındakı məsafəyə dair qaydalara da riayət edilməm işdir. Onun tərəfindən 24 iyun 2020-ci il tarixli pretenziya ilə Cavabdeh müraciət edilərək 3 gün ərzində apardığı qanunsuz tikinti işlərinin dayandılmasını, eləcə də ona vurduğu zərərin əvəzinin ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı bildirilmişdir. Cavabdeh tərəfindən onun müraciətinə tamamilə əsassız cavab verilmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsi ilə bağlı ona dəymiş zərər təxminən 50000 təşkil edir. Həmin məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onların yaşadıqları mənzildən istifadə edə bilməməyi, əmlakının dağıdılaraq qəzalı vəziyyətə düşməsi, məcbur olub çox saylı dövlət orqanları və vəzifəli şəxslərə, hazırda isə məhkəməyə müraciətlər etməyi və s. onu mənən alçaltmış, özünə, etdiyi hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Odur ki, Cavabdeh qanunsuz hərəkətləri, eləcə də mülkiyyət hüquqlarını pozması nəticəsində ona həm də mənəvi ziyan vurulmuşdur. Bundan əlavə, Əmlak Ekspert Mərkəzinin müvafiq arayışından da göründüyü kimi ona məxsus mənzilin aylıq kirayə haqqı 650 manat təşkil edir. Cavabdehin təqsiri ucbatından mənzilindən istifadə edə bilmədiyi vaxtdan, yəni 2018-ci ilin iyul ayından hal-hazıradək ona məxsus mənzili kirayəyə versə idi, əldə edəcəyi gəlir 22.100 manat (34 ay x 650 = 22.100) edərdi. Belə olan halda aydın olur ki, o, həmin məbləğdə gəlirdən məhrum olmuşdur. Əmlakından istifadə edə bilməməsi nəticəsində ona də ymiş zərərin məbləği 22.100 manat edir ki, həmin vəsait də cavabdehdən tutularaq ona ödənilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 fevral 2021-ci il tarixli 2(009)-120/2021 nömrəli qərardadı ilə (hakim Rəna Qafarova) məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 13.09.2021-ci il tarixli, 10/790 nömrəli ekspert rəyinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssis rəyinə və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, ünvan 1 evin 37 saylı mənzilin 4,40x4,95m ölçüdə otağın sol yan tərəfdəki divarında suvaq qatlarının qopması, su vaq qatları qopmuş sahədə hörgüdə hər hansı bir çat və deformasiyalar müşahidə olunmadı. Həmçinin 2,25x4,7m ölçüdə dəhlizdə yan tərəfdəki divarında suvaq çatları və həmin yan divara perpendikulyar yükdaşıyan divarda pəncərə boşluğu üzərində və altında çatlar müşahidə olunmuşdur. “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssis və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin 10.06.2019-cu il tarixli, 27469 saylı rəylərinə əsasən, tikinti-quraşdırma işlərinin (otel binası) bir neçə il bundan öncə aparıldığını, binanın sağ yan divarında əsaslı gücləndirmə tədbirlərinin həyata keçirildiyini və binanın uzun müddət təmirsiz istismar edildiyini, baxış zamanı mənzilin 4,40x4,95m ölçüdə otağın sol yan tərəfdəki divarında suvaq qatları qopmuş sahədə hörgüdə hər hansı bir çat və deformasiyaların, binanın birinci mərtəbəsində olan mənzildə isə hər-hansı bir çatın müşahidə olunmadığını nəzərə alaraq, ünvan 3 ünvanında yerləşən 37 saylı mənzildə yaranmış qüsurların Cavabdeh tərəfindən mehmanxana (otel) binasının inşası zamanı aparılan təmir-tikinti işləri ilə əlaqəli olması müəyyən edilməmişdir. “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssis rəyini və baxış zamanı əldə olunmuş məlumatları nəzərə alaraq, ünvan 1 evin, 37 saylı mənzilində yaranmış qüsurlar Cavabdeh tərəfindən mehmanxana (otel) binasının inşası zamanı aparılan təmir-tikinti işləri ilə əlaqəli olması müəyyən edilmədiyindən, İddiaçı mülkiyyətində olan mənzilə zərər dəyib-dəyməməsinə dair tədqiqat aparılmamışdır. ünvan 3 ünvanında yerləşən mehmanx ana binasının inşası zaman Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Dövlət Layihə İnstitutu tərəfindən tərtib edilmiş layihədən kənara çıxma hallarının mövcud olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(009)-120/2021 nömrəli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi halı sübuta yetirilməmişdir. Belə ki, ekspert rəyindən də göründüyü kimi, iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən 37 saylı mənzildə yaranmış qüsurların Cavabdeh tərəfindən mehmanxana (otel) binasını n inşası zamanı aparılan təmir-tikinti işləri ilə əlaqəli olması müəyyən edilməmişdir. Məhkəmə qeyd edilən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəf iddia tələbini (ünvan 3 ünvanında yerləşən 37 saylı mənzildə yaranmış qüsurların Cavabdeh tərəfindən mehmanxana binasının inşası zamanı aparılan təmir-tikinti işləri ilə əlaqəli olmasına dair) əsaslandırdığı halları təsdiq edəcək, eləcə də ekspert rəyini təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş, məhkəmə araşdırması zamanı da bu cür halların mövcudluğu öz təsdiqini tapmamışdır. İddiaçının özünün mülahizəsinə əsasən irəli sürdüyü, təsdiqini tapmayan hallar onun iddia tələblərinin qanuni əsasının dis pozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının maddi zərərin ödənilməsi ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddianın maddi zərərin ödənilməsi hissəsinin əsassız olduğu üçün rədd olunması nəticəsinə gəldiyini, iddianın digər hissələrinin (əldən çıxmış fayda, mənəvi zərər və s.) isə törəmə tələblər olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissələrə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı, Azərbaycan Respublika sının Mülki Məcəlləsinin 21.2, 1096.1, 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 101.3, 103.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinni tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova- sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 13.01.2022-ci il tarixli, 2(103)-906/2022 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(009)-120/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxl anması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Mülki Məcəllənin zərərin ödənilməsi ilə bağlı maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud h ərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iş üzrə isə cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmişdir. Məhkəmə iddianın mənəvi ziyan vurulması hissəsi ilə əlaqədar qeyd edir ki, cavabdehin iddiaçıya münasibətdə qanunvericiliyinin tələblərinin pozulması ilə müşayiət edilən hər hansı bir hərəkətlərinin olması barədə iddiaçı tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilmədiyindən, iddiaçının mənəvi ziyan tələbinin hüquqi əsası müəyyən edilmir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi ziya nın vurulmamasını müəyyən etməklə iddia tələbini rədd etmişdir. İddiaçı tərəf apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın nəticələri ilə razılaşmadıqlarını təkrar ekspertizanın keçirilməsini qeyd etmiş, apellyasiya instansiya məhkəməsində işin araşdırılması zamanı isə iddiaçı tərəfindən "xxxx" MMCnin 20.12.2021-ci il tarixli mütəxəssis rəyi və təkrar məhkəmə ekspertizasının keçirilməsi barədə vəsatətlər təqdim edilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüs ü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Bundan başqa iddiaçı tərəfindən birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş ekspert rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil təqdim etməmişdir. Kollegiya qeyd edir ki, mütəxəssis rəyi yalnız işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan məlumatları özünd ə əks etdiriyindən iddiaçı tərəfindən təqdim edilən mütəxəssis rəyi məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilərək, digər sübutlarla yanaşı qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən, kollegiya hesab edirki, apellyasiya şikayətinin dəlilləri iddiaçının subyektiv fikirlərinə əsaslanır və həqiqəti əks etdirmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Nümayəndə2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apelyasiya Məhkəməsi Mülki Məcəllənin 1096.2, 1098 və 1115-ci maddələrini tətbiq etməmişdir. İddiaçının mənzilinə zərərin dəyməsinə görə cavabdeh olan Cavabdeh qanunsuz və təqsirli hərəkətlərini düzgün qiymətləndirməmişdir. Pozulmuş digər maddi hüquq norması hazırki işdə baş vermiş söküntünün layihə əsasında aparılmamasıdır. Qanun hazırki işdə cavabdehin iddiaçıya məxsus mənzilə bitişik və yaxın ərazidə tikinti işləri apararkən tələb edir ki, iddiaçının əmla kının elementlərində deformasiya və zədələnmənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görsün və həmin tikilinin normal fəaliyyət rejimini təmin etsin. O cümlədən iddiaçıya məxsus mənzilin yükdaşıyan konstruksiyaları ətraflı öyrənilməli, planlaşdırılan tikintinin mövcud obyektlərə potensial təsiri qiymətləndirilməli və sənədləşdirilməli idi. Lakin hazırki mübahisədə cavabdeh tərəfindən göstərilən tədbirlərin həyata keçirilmədiyinin şahidi olunur. Cavabdeh heç bir qabaqlayıcı tədbir görməmişdir. Lakin məhkəmə bu məsələni araşdırmamışdır. Digər tərəfdən apellyasiya məhkəməsi təqdim edilən sübutları nəzərə almamış və işdə olan sübutlar arasında ziddiyyətləri aradan qaldırmamışdır. Onlar tərəfindən məhkəməyə müttəxəssis rəyi təqdim olunmuşdur və həmin müttəxəssis rəyi ilə dəymiş ziyanın c avabdeh tərəfindən aparılan tikinti işləri ilə əlaqədar olduğu müəyyən olunmuşdur. Belə olan halda apelyasiya məhkəməsi əsassız qətnamə qəbul etmiş, işin hallarını tam aydınlaşdırmamış, təqdim etdiyi sübutları nəzərə almamış və onlara qiymət verməmişdir. Ümumiyyətlə, məhkəmə kollegiyası müttəxəssis rəyinə münasibət bildirməmiş və həmin müttəxəsis rəyi barədə qətnamədə heç bir fikir bildirilməmişdir. İşin ətraflı araşdırılmamasına dair növbəti dəlil ondan ibarətdir ki, məhkəmə zamanı, əsaslandırılmış şəkildə altı ədəd vəsatət verməyinə baxmayaraq onlardan heç biri təmin olunmamışdır. Səbail rayon Məhkəməsində söküntü işlərinin aparılması və onun nəticəsində evinin divarlarında əmələ gəlmiş çatları və digər qüsurları təsdiq edən fotoşəkillər və video disklər hakimə təqdim edilmişdir. Həmin s übutlarda evinin divarlarında, tavanında əmələ gəlmiş qüsurlar və evin qəzalı vəziyyətə düşməsi təsdiq olunur. Həmin qüsurlar cavabdehin söküntü və tikintini apardığı ərazi tərəfdən evinin divarlarında və tavanında baş vermişdir. Evinin söküntü və tikinin getmədiyi digər divarlarında hər hansı qüsur əmələ gəlməmişdir. Göstərilən qüsurlar cavabdehin söküntü işlərini apardığı zamana təsadüf edirdi. Yəni əmələ gəlmiş qüsurlar söküntü işlərindən əvvəl yaranmamışdır. X2 verdiyi 20.12.2021-ci il tarixli 228 nömrəli rəyinə əsasən evində yaranmış qüsurların qonşuluqda aparılmış söküntü və tikinti işlərinin aparılması zamanı yaranması müəyyən edilmişdir. Əslində Səbail rayon Məhkəməsində ekspertiza qarşısında işin mahiyyəti üzrə həll edilməsi üçün vaciib suallar qoyulmalı idi. Lakin məhkəmə həmin v axt işi obyektiv araşdırmaq üçün tələb olunan bütün sualları qoymamışdır. Mütəxəssis rəyi ilə ekspert rəyi arasında ziddiyyətlərin olmasını göstərən sübutları, digər dəlilləri məhkəməyə təqdim etməyinə baxmayaraq məhkəmə tərkibi göstərilən ziddiyyətlərin aradan qaldırılması üçün yenidən eksertiza təyin etməmişdir. Ümumiyyətlə qətnamədən məhkəmənin nə üçün yenidən ekspertiza təyin etməməsini bilmək mümkün deyildir. İşin ziddiyyətli hallarından biri də cavabdehin zərər dəymiş mənzilin təmir olunmasına dair məktub idi. İddiaçı mənzilinin qüsurlu vəziyyətə salınması ilə bağlı cavabdehə məktub ünvanlamışdır. Cavabdeh isə onun mənzilini təmir etməyi təklif etmişdir. Bu münasibət həqiqətən də cavabdeh tərəfindən hüquq pozuntusuna yol verilməsini göstərir. Lakin məhkəmə buna münasibət bildirməmişd ir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müə yyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarına əsasən, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tut ulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.” Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hall arına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti əsasən iddia tələbinin məzmununa uyğun, yəni iddiaçının mənzilində baş vermiş qəzalı vəziyyətin cavabdehin tikintisini həyata keçirdiyi mehmanxananın tikintisi ilə əlaqədar yaranması, bundan əlavə əldə edilmiş ekspert rəyi ilə mütəxəssis rəyi arasında ziddiyyət olması, yenidən ekspertiza keçirilməsi barədə vəsatətinin əsassız təmin edilməməsi, onun məhkəməyə təqdim etmiş olduğu rəyin nəzərə alınmaması ilə əsaslandırılmağa çalışılsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, əldə edilmiş ekspert və mütəxəssis rəyləri arasında hər hansı bir ziddiyyət təşkil edəcək məqam mövcud deyildir. Həm mütəxəssis, həm də ekspert rəyi ilə iddiaçının mənzilində baş vermiş qəzalı vəziyyətin cavabdeh tərəfindən həyata keçirilən tikinti işləri əlaqədar olmadığı müəyyən edilmişdir. İddiaçı tərəfindən şəxsi təşəbbüsü ilə əldə edilib məhkəməyə təqdim edilmiş rəyə münasibətdə isə bildirilməlidir ki, həmin rəyin iddiaçının öz təşəbbüsü ilə əldə edilmiş olması iddiaçının mənafeyinə uyğun rəy verilməsinin qaçılmaz olmasının göstəricisi kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy nə əldə edilmiş mütəxəssis rəyinə, nə də ekspert rəyinə hər hansı formada uyğunluq təşkil etməmişdir. Əldə edilmiş mütəxəssis rəyi əsasən tikinti işlərinin həyata keçirilməsi, həyata keçirilmə zamanı yol verilmiş pozuntuların, digər şəxslərin mənafelərinə zərər vurulmasının müəyyən edilməsi sahəsində ixtisaslaşmış təşkilat tərəfində n verilmişdir ki, bu xüsusat da göstərilən mütəxəssis rəyinin mötəbərliyinin göstəricisi kimi qiymətləndirilməlidir. İddiaçının yenidən ekspertiza keçirilməsi barədə vəsatətinin təmin edilməməsinin əsassızlığı ilə bağlı mövqeyi üzrə isə bildirilməlidir ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası yenidən ekspertiza keçirilməsini labüd edən halın mövcud olmaması və ya birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş rəylərin qeyri-mötəbərliyi barədə hər hansı sübutun təqdim edilə bilməməsi əsası yenidən ekspertiza təyin etməməklə hər hansı prosessual hüquq normasının pozuntusuna yol verməmiş, bu barədə göstərmiş olduğu mövqedə haqlı olmuşdur. Son olaraq o da qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində iddiaçının kasasiya şikayətində göstərmiş olduğu maddi və prosessual h üquq normalarının hər hansı birinin pozuntusuna yol verilməsi halı da müəyyən edilməmişdir. Belə olan halda kassatorun kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvinə əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X5 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-906/2022 nömrəli iş üzrə 13 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qü
Məhkəmə qərarları › İş №2(102)-2674/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2674/2022
24.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver