Məhkəmə qərarları › İş №2(102)-2675/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-2675/2020

15.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2675/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh 2 qarşı “daşınmaz əmlak üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə İddiaçı və onun vəkili X2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-15093/2019 saylı mülki iş üzrə 13 yanvar 2020-ci il tarixli qərardadından verdikləri kassasiya şikayətini nəzərdən keçirər ək müəyyən etdim: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli qərardadı ilə (hakim O.Q.Məmmədli, iş № 2(004)-5011/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh 2 qarşı “daşınmaz əmlak üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi, qərardadın, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin İddiaçı rəsmi qaydada verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər F.Ş.Talışinski- sədrlik edən və məruzəçi, Z.Ə.Əliyev, R.Ə.Eyvazov, iş № 2(103)15093/19) İddiaçı şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkə məsi Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərardadı ilə (hakimlər F.Ş.Talışinski- sədrlik edən və məruzəçi, Z.Ə.Əliyev, R.Ə.Eyvazov, iş № 2(103)15093/19) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2019-cu il tarixli qərardadından İddiaçı Zülfüqar oğlu tərəfindən verilmiş kassasiya şikayətinin qaytarılması qərara alınmışdır. İddiaçı və vəkili X3 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-15093/2019 saylı mülki iş üzrə 13 yanvar 2020-ci il tarixli qərardadından kassasiya şikayəti vermiş, kassasiya şikayəti Ali Məhkəmənin hakiminin 17 mart 2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin geri qaytarılmasına dair apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraa ta qəbul olunmasını müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 417.1.7ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-15093/2019 saylı mülki iş üzrə 13 yanvar 2020-ci il tarixli qərardadından İddiaçı Zülfüqar oğlu tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul olunması haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakiminin 17 mart 2020-ci il tarixli, 2(102)-2675/2020 saylı qərardadı ləğv edilsin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408-ci maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması m əsələsinə hüquqi qiymət verilməsi üçün iş kassasiya baxışından çıxarılmaqla Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar