Məhkəmə qərarları › İş №2(102)-2675/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2675/2025

26.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2675/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: (kassasiyanın mümkünlüyü, müddət) 26.08.2025 Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2025-ci il tarixli, 2(103)-1891/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 26 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi və tələbin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-229/2023 saylı, 13 noyabr 2023cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia tələbinin təmin edilərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,084010 ha olan torpaq sahəsinin İddiaçı mülkiyyətində olan 8/10 hissəsi - 672 kv.m torpaq sahəsinin Cavabdeh faktiki istifadəsində olan 2/10 hissədən - 168 kv.m torpaq sahəsindən naturada ayrılması (cavab dehin faktiki istifadəsində olan kombi aparatının yeri dəyişdirilməklə) və məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərinin isə cavabdehdən tutulması qət edilmişdir.

3. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1891/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-229/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilərək ünvan 1 ünvanında yerləşən 0.084010 ha. ölçüdə, paylı mülkiyyətdə olan torpaq sahəsinin məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/2434 saylı, 06 avqust 2024-cü il tarixli rəyi və onun əlavəsi olan bölgü sxeminə uyğun Cavabdeh 2/10 hissəyə uyğun payının 168 m2 olmalı olan hissəsinin 198,85 m2, İddiaçı 8/10 hissəyə uyğun payının 672 m2 olmalı olan hissəsinin isə 641.15 m2 olmaqla naturada bölünməsi; qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanması; iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyərinin İddiaçı tutulması qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1891/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmiş və 29 dekabr 2024-cü il tarixdə icra vərəqəsi verilmişdir.

6. İcra sənədi 29 dekabr 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə daxil olmuş və icra məmuru X2 08 yanvar 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir.

7. Bundan sonra, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1891/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli qətnaməsinə (və ya müvafiq icra vərəqəsinə) izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1891/2024 saylı, 26 may 2025-ci il tarixli qərardadı ilə iddiaçının qətnaməyə (və ya müvafiq icra vərəqəsinə) izah verilməsinə dair ərizəsi təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirib ki, apellyasiya məhkəməsində şikayətinə baxıldıqdan sonra qətnamənin ona təqdim olunacağını gözləmiş və bu müddət ərzində ASAN xidmət mərkəzindən ona heç bir məlumat verilməmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasının isə onun apellyasiya şikayəti ilə bağlı olduğunu zənn edirdi. Lakin həmin məhkəmə iclasında başqa məsələyə baxılanda başa düşdü ki, xx.xx.2024 -cü il tarixli qətnamənin surətini alması üçün müraciət etməlidir. Bu müddətin ötürülmüş olması ondan asılı olmamışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1891/2024 saylı, 07 iyul 2025-ci il tarixli qərardadı ilə (sədrlik edən E.Kazımov, hakimlər C.Musayeva və F.Qasımov) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1891/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpası barədə Cavabdeh ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

12. İş materiallarının 145-ci vərəqindəki məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” E lektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 14:36-da 2(103)-1891/2024010 saylı, 14 oktyabr 2024-cü il tarixli qətnamə elektron imza ilə təsdiq edilməklə Cavabdeh məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir.

13. Yəni, 21 dekabr 2024-cü il tarixdə kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət bitib. Həmin müddət bitdikdən sonra, 23 iyun 2025-ci il tarixdə kassasiya şikayəti və kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpası barədə ərizə elektron kabinet vasitəsilə “Elektron Məhkəmə İnformasiya Sistemi”nə yerləşdirilmişdir.

14. Cavabdeh qətnamədən kassasiya şikayətini ən geci xx.xx.2024-cü il tarixdə verməli olduğu halda 23 iyun 2025-ci il tarixdə vermişdir. Kassasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi üçün hər hansı bir üzrlü səbəbə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.

15. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1, 133.3, 135.5, 135.6, 135.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (Vəkil Hümmmət oğlu) kassasiya şikayəti verərək apellyasiya instasiyası məhkəməsinin qərardadının ləğv edilməsi müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəməyə yazılı və şifahi qaydada bildirmişdir ki, ona məxsus “elektron kabinet”in olmaması səbəbindən şikayətin elektron qaydada verilməsi üçün ASAN xidmət mərkəzinə mü raciət etməli olmuşa və həmin mərkəzin əməkdaşına məxsus elektron kabinet vasitəsilə şikayəti sistemdə yerləşdirə bilmişdir.

18. İşin nəticəsi barədə məlumat məhkəmə tərəfindən həmin əməkdaşın “elektron kabinet”inə yerləşdirilmişdir. Ancaq nə həmin əməkdaş, nə də məhkəmə tərəfindən ona heç bir məlumat verilməmişdir. Məcburi surətdə gözləmə mövqeyində olmuşdur. Göründüyü kimi, ondan asılı olmayan bir səbəbdən o, məhkəmə qətnaməsi barədə məlumatsız olmuş və ona görə də həmin qətnamədən vaxtında şikayət vermək iqtidarında olmamışdır. Buna baxmayaraq məhkəmə kollegiyası onun bu dəlillərini nəzərə almamış, müddətin bərpasına dair ərizəni təmin etməmişdir.

19. MPM-135.7-ci maddəsinin tələblərinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işləer üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. İş materalından aydın surətdə görünmüşdür ki, onun şikayəti digər bir şəxsin “elektron kabinet”i vasitəsilə verilmişdir və deməli o, sistemdə qeydiyyatdan keçməmişdir. Belə olan halda apelyasiya məhkəməsi məhkəmə sənədləri barədə məlumatı təqdim etdiyi mobil telefon vasitəsilə ona çatdırmalı olduğu halda, bu qaydaya əməl olunmamışdır. Nəticədə də o, məhkəmənin son nəticəsi barədə məlumatsız qalmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 133.1 məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

25. Maddə 133.3 müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlə r təqdim edilməli və s.).

26. Maddə 135.5, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

27. Maddə 135.6 “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

28. Maddə 135.7 “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərs ə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır.

29. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya bax ışının hədləri

32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsinin qərardadından cavabdehin verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.

35. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

36. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).

37. Hazırkı işin materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixdə, saat 14:36-da 2(103)-1891/2024-010 saylı, 14 oktyabr 2024-cü il tarixli qətnamə elektron imza ilə təsdiq edilməklə Cavabdeh məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. 21 dekabr 2024-cü il tarixdə kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət bitmişdir. Həmin müddət bitdikdən sonra, 23 iyun 2025-ci il tarixdə kassasiya şikayəti və kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpası barədə ərizə elektron kabinet vasitəsilə “Elektron Məhkəmə İnformasiya Sistemi”nə yerləşdirilmişdir.

38. Hazırkı kassasiya şikayətini və müddətin bərpasına dair ərizəsini ağlabatan müddətdə deyil, təxminən 8 ay keçdikdən sonra, 23 iyun 2025-ci il tarixdə vermiş, prosessual qanunvericiliklə müəyyən olunan müddəti ötürməsini üzrlü səbəbdən baş verməsini ağlabatan dəlillərlə əsaslandırmamış və müvafiq sübutları təqdim etməmişdir. 39. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe on dan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

40. Beləliklə, kassasiya kol legiyası izah edir ki, zəruri prosessual hərəkətlərinin vaxtında həyata keçirilməməsi buraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndirilə bilməz və bunun mənfi hüquqi nəticələrini məhz kassator daşımalıdır. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.

41. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2025-ci il tarixli, 2(103)1891/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar