Məhkəmə qərarları › İş №2(102)-2679/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2679/2020

09.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2679/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı1, Cavabdeh vəkili x1 iştirakı ilə birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinə dair qəsd və müdaxilənin aradan qaldırılması tələbləri barədə” ilk iddiası, cavabdehin iddiaçılara qarşı “torpaq sahəsindən çıxarılma və sair tələbləri barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiya sının 30 avqust 2019-cu il tarixli qətnaməsindən ilk İddiaçı1, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Axundova, iş № 2(003)-95/19) birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinə dair qəsd və müdaxilənin aradan qaldırılmasına dair” ilk iddiası qismən təmin edilərək, 2.000 ABŞ dollar (qətnamə icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun və 6.688 manat məbləğində pulun cavabdehdən iddiaçıların xeyrinə tutulması, cavabdehin iddiaçılara qarşı “torpaq sahəsindən çıxarılma və sair tələbləri barədə” qarşılıqlı iddiası qismən təmin edilərək iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh xüsusi mülkiyyətində olan Xəzər rayonu, Buzovna qəsəbəsi, Nadir Quliyev küçəsində ev 29 ünvanında yerləşən torpaq sahəsinin 2,7 sot hissəsindən çıxarılmaları qət edilmiş, ilkin iddia və qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən həm iddiaçılar həm də cavabdeh apelyasiya şikayətləri vermişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov-sədrlik edən və məruzəçi, A.Hüseyn və E.Şamayev, iş № 2(103)10221/19) apelyasiya şikayətləri təmin edilməyərək, Xəzər Rayon Məhkəməsinin 24 aprel 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan həm İddiaçı1 və Cavabdeh kassasiya şikayətləri verilmişlər. İddiaçı1 kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 av qust 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını, qarşılıqlı iddianın rədd edilməsini və ilkin iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apelyasiya baxışına qaytarılımasını və yaxud onun qarşılıqlı iddiasının məhkəmə tərəfindən təmin edilməyən hissədə təmin edilməsi, İddiaçı1 və İddiaçı2 onun xüsusi mülkiyyətində olan mübahisəli mənzildə inşa edilmiş yarım tikilinin onların hesabına sökülməsi və ondan 2.000 ABŞ dollar və 6.688 manat məbləğində pulun tutularaq digər tərəfə verilməsi hissəsində ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar, iddia ərizəsi və “i ddia tələbinin dəyişdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin onlara vurduğu maddi ziyanın əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 2008-ci ildə Buzovna qəsəbəsində torpaq sahəsi alıb fərdi yaşayış evi tikmək qərarına gəlmişlər. Cavabdeh həyətyanı torpaq sahəsinin bir hissəsini satdığını onlara bildirmişdir. Torpağın çıxarışı olmadığından çıxarışı sonradan alıb torpağı onların adına keçirəcəkləri barədə razılaşmışlar. 2,7 sot torpaq sahəsinin əvəzi olaraq cəmi 4.000 ABŞ dollarını cavabdeh ilə aralarında olan razılığa əsasən cavabdehə ödəmiş və torpaq sahəsi təhvil almışlar. Bundan sonra, iddiaçılar torpaq sahəsində 3 otaqli fərdi yaşayış evi inşa etdirmiş və tikintiyə 26.000 manat mə bləğində xərc çəkmişlər. Bir müddət bundan əvvəl evdə təmir işləri aparan zaman cavabdeh iddiaçılara qarşı müxtəlif iradlar irəli sürərək evinin sökülməsini və torpaq sahəsinin ona qaytarılmasını tələb etmiş və bunu torpaq sahəsinin qiymətinin qalxması ilə əsaslandırmışdır. Cavabdeh iddiaçılara qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların iddiasının rədd edilməsini, iddiaçıların onun xüsusi mülkiyyətində olan 2,7 sot torpaq sahəsindən və orada inşa edilmiş fərdi yaşayış evindən çıxarılmaları və həmin hissədə cavabdehlər tərəfindən inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdehin arvadı Rəna Mövsümova ilə birlikdə işləmiş İddiaçı2 2008-ci i lin qış aylarında Rənaya müraciət edərək torpaq sahəsi almaq istədiyini bildirmişdir. Müəyyən məsləhətləşmədən sonra cavabdeh ər-arvad olan iddiaçılar ilə razılaşmışdır ki, mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini – 2,7 sotunu iddiaçılara 4.000 ABŞ dollarına onlara satır. Razılıq əldə olduqdan sonra İddiaçı1 ödənilməli olan pul məbləğindən 2.000 ABS dollarını cavabdehə vermiş, qalan məbləği isə torpağa dair sənədlər hazırlandıqdan sonra verilməli idi. 2016-cı ilin dekabr ayında torpaq sahəsinin sənədləri hazırlanmış və 2017-ci ilin yanvar ayında cavabdeh, telefonla İddiaçı1 ilə əlaqə saxlayaraq bu barədə məlumat vermiş və alğı-satqının rəsmiləşdirilməsi üçün notariusa getmələrini, habelə ödənilməmiş qalan məbləğin də ödənilməsini xahiş etmişdir. İddiaçı1 iddiaçıya bildirmişdir ki, yaxın günlərdə Türkiyəyə səfər edəcək ona görə pulu hələlik ödəyə bilmir. Cavabdeh İddiaçı1 sözünə inanaraq bir qədər gözləmiş, lakin uzun müddət keçdikdən sonra anlamışdır ki, iddiaçılar qalan pulu ödəmək fikrində deyillər və bundan qəsdən yayınırlar. Belə olan halda iddiaçılar cavabdehə məxsus torpaq sahəsindən çıxarılmalı və onların inşa etdikləri tikililər iddiaçıların hesabına sökülməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçının kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmış və göstərilmişdir ki, məhkəmə bağlanmış alğı-satqı müqaviləsinə əhəmiyyət verməmiş və 2008-ci ildə ödənilmiş əmlakın dəyərini bazar qiymətindən 15 dəfə aşağı qiymətlə, yəni 2000 ABŞ dolları olmaqla geri qaytarılmasına dair əsassız qərar qəbul etmişdir. Həmin ərazidə çıxarışlı torpağın 100 kv.m 20.000 manat olduğundan 135 kv.m torpaq sahəsi üçün 27000 manat kompensasiya təyin etməli idi. Cavabdehin kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmış və göstərilmişdir ki, iş üzrə keçirilmiş ekspertiza heç bir normaya əsaslanmayan rəy vermişdir. Mübahisəli ərazidə tikilmiş tikili məqsədli şəkildə bir neçə dəfə yüksək qiymətləndirilmiş və reallığı əks etdirmir. Cavabdeh vəkili x2 məhkəmə kollegiyasının iclasında iddiaçının kassasiya şikayətinə etiraz edərək, ca vabdehin kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında İddiaçı1 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, digər tərəflər üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, Cavabdeh vəkili x1 izahatını dinləyərək, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 30 avqust 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərildiyi kimi iddiaçı kassasiya şikayətində göstərmişdir ki, apelyasiya instansiya məhkəməsi onlar ilə cavabdehin arasında bağlanmış real alğı-satqı müqaviləsinə əhəmiyyət verməmiş və 2008-ci ildə, yəni 11 il bundan əvvəl ödədikləri əmlakın dəyərini indiki bazar qiymətindən 15 dəfə aşağı qiymətə yəni 2000 ABŞ dolları olmaqla onlara qaytarılmasına dair əsassız qərar qəbul etmişdir. Apelyasiya instansiya məhkəməsi nin mövqeyi ilə razılaşmayan cavabdehdə qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilk iddianın tam həcmdə rədd, qarşılıqlı iddianın isə tam həcmdə təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsi işin mübahisəsiz halları olaraq müəyyən etmişdir ki, iddiaçılar ilə cavabdehin arasında mübahisə doğuran 2,7 sot torpaq sahəsi cavabdeh tərəfindən iddiaçılara verilmiş və onların arasında həmin sahə ilə bağlı gələcəkdə “Alğı-satqı müqaviləsi” bağlanması razılaşdırılmışdır. İddiaçılar həmin sahəni qəbul etdikdən sonra torpaq sahəsinin üzərində tikinti işləri aparmışlar. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəyi ilə müəyyən olunduğu kimi mübahisələndirilən torpaq sahəsində mövcud olan tikili ba rəsində heç bir hüquqmüəyyənedici sənəd mövcud deyil. Mütəxəssis qarşısında qoyulmuş sualda iddia edilən 2,7 kv.metr torpaq sahəsi göstərilməsinə baxmayaraq, naturada tərəflərin göstərdiyi və mütəxəssis tərəfindən koordinatları müəyyən edilən 286 kv.metr (təxminən 2,8 sot) torpaq sahəsi və üzərində olan tikili elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsinin (Texniki pasport, reyestr nömrəsi **********59–10301) hüdudları daxilində yerləşir. Bu rəydə əks olunanlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19159 saylı, 30.10.2018-ci il tarixli rəydə də öz əksini tapmışdır. Apelyasiya məhkəməsi daha sonra müəyyən etmişdir ki, iş üzrə tərə flər arasında, cavabdeh mülkiyyətində olan torpaq sahəsinin 2,7 sot hissəsinin 4.000 ABŞ dolları müqabilində ər-arvad olan iddiaçılara satılması ilə bağlı şifahi razılaşma olmuşdur. Razılaşmanın şərtlərinə uyğun olaraq İddiaçı1 ilkin olaraq 2.000 ABŞ doları məbləğində pulu cavabdehə ödəmiş, cavabdeh isə mübahisəli sahəni iddiaçılara təhvil vermiş, iddiaçılar həmin sahəni qəbul etdikdən sonra torpaq sahəsinin üzərində müəyyən tikinti işləri aparmışlar. Qalan məbləğ torpaq sahəsi iddiaçıların adına qeydə alındıqdan sonra iddiaçılar tərəfindən cavabdehə ödənilməli idi. Mövcud mübahisə iş üzrə tərəflərin aralarında olan razılığın şərtlərinə etinasız yanaşması nəticəsində yaranmışdır. Məhkəmə kollegiyası cavabdehin iddiasına münasibətdə Mülki Məcəllənin 139.1, 144.1, 152.1, 157.2-ci maddələri nə istinad edərək hesab etmişdir ki, iddiaçıların ona məxsus torpaq sahəsindən istifadələrinin hüquqi əsası mövcud deyil və buna görə də, iddiaçılar həmin torpaq sahəsindən çıxarılmalıdırlar. Qeyd edilən maddi hüquq normalarının tələblərinin işin müəyyən edilmiş hallarına tətbiqi nəticəsində məhkəmə müəyyən etmişdir ki, iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət və ya başqa əsasla hüquqları yaranmamışdır. Mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətində qalmaqda davam edir. Bu səbəbdən də, cavabdeh ona məxsus torpaq sahəsindən iddiaçıların çıxarılamalarını tələb etməkdə haqlı olmuşlar. Cavabdehlərin ilk iddia tələbinə etirazı torpaq sahəsinə görə ona 4.000 ABŞ dolları deyil, cəmi 2.000 ABŞ dolları ödənilməsi, inşa etdikləri tikilinin qiyməti 26.000 manat deyil, ümumiyyətlə h eç bir dəyərinin olmaması və tikinti materiallarının söküb aparılmalarına etiraz etmədikləri ilə bağlıdır. Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 31.05.2017-ci il tarixli qərarından görünür ki, iş üzrə tərəflər arasında yaranmış hazırki mübahisə polis orqanı tərəfindən aparılmış araşdırmanın predmeti olmuşdur. Araşdırma zamanı hazırki iş üzrə iddiaçılar polis orqanına verdikləri izahatlarda bildirmişlər ki, torpaq sahəsinə görə cavabdehə 2.000 ABŞ dolları vermişlər. Məhkəmə Ekspertizası Mərkəzinin 1877 saylı, 27.03.2019-cu il tarixli rəyindən isə görünür ki, mübahisəli torpaq sahəsində yerləşən (iddiaçılar tərəfindən inşa edilmiş) tikililər üzrə aparılmış təmir və tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq təqribi ümumi dəyəri 6.688 manat təşkil edir. Cavabdeh tərəf kassasiya şikayətində göstərir ki, aparılmış tikintinin qiyməti ilə bağlı ekspert rəyi ilə razı deyil. Çünki, ekspertizanı aparmış ekspert tikililərə şişirdilmiş məbləğ qoymuşdur. Apelyasiya məhkəməsi haqı olaraq qeyd etmişdir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən müzakirə edilən məsələnin həllinə yanaşdıqda müəyyən edilir ki, iddiaçılar cavabdehdən onların xeyrinə tutulmasını tələb etdikləri məbləğlərin məhz onların bildirdikləri həcmdə olmasını təsdiq edə biləcək, ekspert rəy inə etiraz edən cavabdeh isə rəyi şübhə altına ala biləcək sübutlara malik deyillər. Buna görə məhkəmə cavabdehdən iddiaçıların xeyrinə torpaq sahəsinə görə iddiaçıların cavabdehə ödədikləri pul məbləğini 2.000 ABŞ dolları, iddiaçılar tərəfindən tikintiyə çəkilmiş xərci isə 6.688 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Apelyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçıların mülkiyyətinə hələ keçməmiş torpaq sahəsini iddiaçılara təhvil verməklə özü şərait yaratmışdır ki, iddiaçılar cavabdehin mülkiyyətində olan torpaq sahəsində müəyyən tikinti işlərini təşkil etsinlər. Cavabdehin məhkəməyə və polis orqanına verdikləri izahatlardan bəlli olur ki, o, qonşuluqda yaşamaqla tikinti işlərinin aparılmasından xəbərdar olmuş, bu işlərin aparılmasının qarşısını almaq üçün q anunda nəzərdə tutulmuş addımları atmamış susmaqla tikinti işlərinin aparılmasına razı olduğunu nümayiş etdirmişdir. İddiaçının kassasiya şikayətinin dəlili olan pulun 2008-ci ildə mövcud olmuş məzənnə nisbəti ilə tutulmalı olmasına münasibətdə qeyd edilməlidir ki, Azərbaycan manatının ABŞ dollarına münasibətdə dəyərinin 2008-ci ildən hazırkı vaxta kimi bir neçə dəfə düşməsi cavabdehin göstərdiyi dəlilinin əsaslı hesab edilməsi üçün əsas yaratmır. Belə ki, qeyd edilən qaydada şəraitin dəyişməsi borclu üçün hər hansı bir güzəştin edilməsinin hüququ əsasını müəyyən etmir. Buna görə də mübahisəli torpaq sahəsinə görə iddiaçılar tərəfindən cavabdehə ödənilmiş pul vəsaitinin qaytarılması məqsədi ilə 2.000 ABŞ dolları məbləğində pulun cavabdehdən iddiaçıların xeyrinə qətnamə icra ediləcəyi tarix ə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulmasını müəyyən etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilə n tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 və Cavabdeh kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 30 avqust 2019-cu il tarixli, 2(103)10221/19 saylı qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edild

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar