Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2680/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin Cavabdeh qarşı çoxmənzilli binanın ümumi əmlakının saxlanılması xərclərinin tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəq ədi Rayon Məhkəməsinin (hakim N.Nəbizadə) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı «xxxx» MMMC-nin Cavabdeh qarşı çoxmənzilli binanın ümumi əmlakının saxlanılması xərclərinin tutulmasına dair iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli (sədrlik edən M.Məmmədov, hakimlər Ş.Məhərrəmova və E.Şamayev) qətnaməsi ilə iddiaçı “xxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçı “xxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin Cavabdeh qarşı çoxmənzilli binanın ümumi əmlakının saxlanılması xərclərinin tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, mənzilinin sakini (mülkiyyətçisi) olan Cavabdeh həmin binanın ümumi əmlakının saxlanılması xərclərinin əvəzi olaraq 1,366 (min üç yüz altmış altı) manat pulun, hazırkı iddianın verilməsi üçün tələb olunan hüquqi yardımın xərcinin əvəzi olaraq 200 (iki yüz) manat pulun, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun, iddia ərizəsinə əlavə edilməli olan sənədlərin surətlərinin notarial qaydada təstiqlənməsi üçün çəkilmiş xərclərinin əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” MMMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kasasiya şikayəti ilə Azərbaycan R espublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “xxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (bundan sonra mətndə MMMC) Cavabdeh qarşı çoxmənzilli binanın ümumi əmlakının saxlanılması xərclərinin tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehin mülkiyyətində olan mənzilinin saxlanılmasına görə hər ay üçün 170.75 manat (bir yüz yetmiş manat yetmiş beş qəpik) olmaqla 2018-ci il sentyabr ayından 2019-cu ilin aprel ayını əhatə edən dövrə ödənilməmiş 1366 (min üç yüz altmış altı) manat məbləğinin, 1366 (min üç yüz altmış altı) manat məbləğin ödənilməməsinə görə 150 % tətbiq etməklə 2.049 (iki min qırx doqquz ) manat cərimənin, hüquqi xidmətlərin göstərilməsinə görə 1000 manat xidmət haqqının, 200 manat məbləğində vəkil xərclərinin və ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin 25 manat məbləğində notariat xərclərinin MMMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki,. mənzili Cavabdeh mülkiyyətindədir. Eyni zama nda işin mübahisə edilməyən hallarından görünür ki, MMMC xx.xx.2017ci il tarixdə qeydiyyatdan keçmiş və fəaliyyət predmetinin daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək kimi müəyyən edilmişdir. MMMC-nın qeydiyyata alınmanın əsası kimi sahə mülkiyyətçilərinin xx.xx.2017-ci il, ümumi yığıncağın xx.xx.2017-ci il tarixli qərarları və digər sənədlər təşkil etmişdir. Həmçinin o da mübahisə olunmur ki, idarə heyətinin səkkiz üzvü iştirak edən xx xxxxxx 2018-ci il tarixli iclasda aylıq kommunal ödənişlərin 0,20-0,24 qəpikdən 0,65 qəpiyə qədər qaldırılması barədə qərar yekdilliklə qəbul edilmişdir. Bundan başqa işin mübahisə edilməyən hal larından görünür ki, həmin qərar qəbul edildikdən sonra MMMC yeni tariflərə uyğun kommunal xidmətlərə dair Cavabdeh müqavilə imzalamağı təklif etmiş, lakin sonuncu müqaviləni imzalamaqdan imtina etmişdir. İddiaçının nümayəndəsi bildirir ki, Cavabdeh mənzilinin mülkiyyətçisidir. Mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan mənzilin yerləşdiyi ünvan üzrə mənzil mülkiyyətçilərinin təşəbbüsü ilə xx xxxx 2017-ci il tarixində MMMC dövlət qeydiyyatına alınmış və fəaliyyətə başlamışdır. MMMC-nin İdarə Heyətinin xx xxxxxx 2018-ci il tarixli Qərarına əsasən yaşayış kompleksinin saxlanılması üçün hər bir mülkiyyətçinin mülkiyyətində olan 1 kv.m sahə üçün 0.65 qəpik aylıq ödəniş edilməsi qərara alınmışdır. Ödənişə mülkiyyətçiyə məxsus olan sahənin, habelə mənzil qanunve riciliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanılması xərcləri daxil edilmişdir. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq Cavabdeh mülkiyyətində olan sahəyə uyğun olaraq yaşayış kompleksinin saxlanılması üçün təyin edilən ödənişlərin edilməsi və bundan əlavə kommunal xidmətlərin göstərilməsi barədə müqavilənin bağlanmasından heç səbəb göstərmədən imtina etmiş və nəticədə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması xərclərində iştirakdan qanunsuz olaraq yayınmışdır. Cavabdeh mülkiyyətində olan mənzilin sahəsi dövlət reyestrindən çıxarışa əsasən 262.7 kv.m. təşkil edir və buna görədə həmin mülkiyyət üzrə cəmiyyətə aylıq ödənilməli olan məbləğ 170.75 manat təşkil edir. Cavabdeh qanunsuz olaraq ödənişdən yayındığı üçün, İXM-də təsbit edilmiş cərimənin təsiri dairəsi düşür və bununlada ödənilməyən 1366 manat məbləğinin 150 % tətbiq etməklə cəriməsi 2.049 təşkil edir və həmin məbləğdə əsas məbləğlə birgə cavabdehdən tutulmalıdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil bildirir ki, Cavabdeh 2018-ci ilin sentyabr ayına kimi bütün ödənişləri vaxtı-vaxtında etmiş, lakin avqust ayında aylıq kommunal ödənişlərinin məbləği birdə-birə heç bir əsas olmadan üç dəfə qalxdıqda və onunla müqavilə bağlanmadan həmin ödənişlərin ödənilməsi ondan tələb edildikdə, aylıq ödənişləri etməkdən imtina etmişdir. Mənzil cavabdehin xüsusi mülkiyyətidir və onun iradə ifadəsi – tərəflər arasında müqavilə olmadan onun hər-hansı öhdəliklərin icrasına məcbur edilməsi yolverilməzdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilm işdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehin müqavilə imzalamaqdan imtina etməsi kommunal xidmətlərin ödənilməsi ilə bağlı öhdəliyin yaranmasını istisna edən hal kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İşin mübahisəsiz hallarından göründüyü kimi MMMC-nin İdarə heyətinin xx xxxxxx 2018-ci il tar ixli iclasında aylıq kommunal ödənişlərin 0,20-0,24 qəpikdən 0,65 qəpiyə qaldırılması barədə qərar qəbul etmişdir. Cavabdeh bu qərarla razılaşmayaraq aylıq kommunal ödənişləri etməkdən imtina etmişdir. Bununla bağlı cavabdehin kasasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, kommunal ödənişlərinin məbləği birdə-birə heç bir əsas olmadan “xxxx” MMMC-nin İdarə heyətinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə üç dəfə qaldırılmışdır. Həmçinin kasatorun digər bir dəlili isə ondan ibarətdir ki, kommunal ödənişlərinin məbləği cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinə aiddir və idarə heyyəti bu cür qərar qəbul edə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 125.2.4-cü maddəsinə əsasən cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək səlahiyyəti mənzil mülkiyyətçi ləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağına aid edilmişdir. İş materiallarından göründüyü kimi apelyasiya instansiyası məhkəməsi MMMC-nin İdarə heyətinin xx xxxxxx 2018-ci il tarixli qərarının qanuni və əsaslı olub-olmaması məsələsini araşdırmamış, mənzilə görə aylıq kommunal ödənişlərinin məbləğini müəyyən etmək səlahiyyətinin cəmiyyətin ümumi yığıncağına aid olmasına hüquqi qiymət verməmişdir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə v ə qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2680/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2680/2020
21.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver