Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2681/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı ilk iddia ərizəsi, Cavabdeh1 və Cavabdeh2 MMC-nin (qarşılıqlı iddia üzrə mübahisə peredmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X9) İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi barədə iş üzrə QƏRARİ (Açar sözlər: nizamnamə kapitalındakı paya uyğun əmlakın naturada verilməsi, təsisçiliyə xitam verilməsi, maddə zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı MMC-nin nizamnamə kapitalındakı paya uyğun əmlakın naturada verilməsi tələbinə dair ilk, Cavabdeh1, "xxxx" MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 İddiaçı qarşı “MMC-də iştiraka xitam verilməsi və pul tələbi” barədə qarşılıqlı iddiası üzrə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9420/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" MMC-nin xx.xx.2006-cı ildə təsdiq edilmiş Nizamnaməsindən görünür ki, cəmiyyətin təsisçiləri hər birinin payı 50 faiz olmaqla X9 (Türki yə Respublikasının vətəndaşı) və İddiaçıdur (Azərbaycan Respublikasının vətəndaşı). 2. "xxxx" MMC-nin nizamnaməsinə xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən, cəmiyyətin təsisçiləri Nurettin Cengiz (50 faiz pay), İddiaçı(25 faiz pay) və Cavabdeh1dır(25 faiz pay). 3. "xxxx" MMC-nin nizamnaməsinə xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliyə görə cəmiyyətin adı dəyişdrilmiş, cəmiyətin nizamnaməsinin titul vərəqində və mətnində adı Cavabdeh2 MMC kimi oxunması qərara alınmışdır.
4. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X5 Qeydiyyatı İdarəsinin məktubuna görə, İdarəyə daxil olmuş MMC-nin adının dəyişdirilməsindən sonra təsisçilərin və onların nizamnamə kapitalındakı paylarının miqdarında hər hansı dəyişikliyin olubolmaması, cəmiyyətin təsisçiləri və onların nizamnam ə kapitalındakı payları barədə məlumatların təqdim edilməsinə dair müraciətə baxılaraq bildirilmişdir ki, cəmiyyətin təsisçilərinin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin adı dəyişdirilərək Cavabdeh2 MMC kimi müəyyən edilmişdir və müvafiq dəyişiklik xx.xx.2018ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin bildirilmişdir ki, İdarədə olan reyestrə əsasən Cəmiyyətin təsisçiləri və onların nizamnamə kapitalındakı payları aşağıdakı kimidir: Cavabdeh1 – 2500 ABŞ dolları, 25 pay, 25 faiz pul şəklində, İddiaçı – 2500 ABŞ dolları, 25 pay, 25 faiz pul şəklində və Nurettin Cengiz (Türkiyə Respublikası) – 5000 ABŞ dolları, 50 pay, 50 faiz pul şəklində. 5. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli Müstəqil auditorun hesabatına əsasən, 2011-2015-ci illər ərzində təsi sçilərdən İddiaçı tərəfindən "xxxx" MMC-nin kassasından ********* manat pulun götürülməsi müəyyən olunur. Həmin məbləği təsdiq edən ilkin sənədlər araşdırmaya təqdim olunmamışdır. Hüquqi qiymət verilməsi üçün isə hüquq mühafizə orqanları tərəfindən araşdırılması zərurəti vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı ilk iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin (hazırda adı Cavabdeh2 MMC) nizamnamə kapitalının 50 faiz payçısı kimi, MMC-nin balansında olan bütün əmlakların nizamnamə kapitalındakı 50 faiz təsis payına uyğun naturada bölünməklə onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavbadehlər Cavabdeh2 MMC v ə Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 İddiaçı qarşı müstəqil iddia irəli sürərək, İddiaçı MMC-də iştirakına xitam verməklə dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi və İddiaçı 6184633,23 manat pulun tutularaq MMC-yə ödənilməsi barədə qətnamə sıxarılmasını xahiş etmişdir.
8. İlk İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 1995-ci ildən MMC-nin təsisçisi və 50 faiz payçısı olmuş, xx.xx.2017-ci il tarixdə Cavabdeh1 ilə aralarında formal olaraq "xxxx" barədə uydurma müqavilə bağlanmış, həmin müqaviləyə görə MMC-nin 50 faiz payın 25 faizi Cavabdeh1 satmışdır. Müqaviləyə görə 25 faiz təsis payını alıcıya 2500 ABŞ dollarına satmışdır, lakin bu məbləğ alğ ı-satqı müqaviləsində tamamilə formal olaraq göstərilmişdir. MMC-nin balansında olan əmlakların və anbarda olan malların dəyəri milyonlarla manat təşkil edir. MMC-nin balansında onlarla daşınmaz əmlak (torpaq sahələri, qeyri-yaşayış sahələri), 100-dən çox nəqliyyat vasitəsi vardır. Belə olan halda, MMC-nin 25 faiz payının dəyərinin 2500 ABŞ dolları olması ağlabatan deyildir, bu da alğı-satqının formal xarakter daşımasını bir daha təsdiq edir. Cavabdeh1 ilə bağlanmış payın alğı-satqısı müqaviləsinin formal olmasını göstərən digər bir əsas odur ki, alğı-satqı müqaviləsində göstərilən və satılan payın dəyərini təşkil edən (formal da olsa) 2500 ABŞ dolları pul depozit hesabından nə onun tərəfindən, nə də nümayəndəsi tərəfindən çıxarılmamışdır, yəni satılan payın dəyəri olan pul ona verilməmi şdir (nağd və ya digər formada). Cavabdeh1 tərəfindən formal da olsa MMC-nin 25 faiz təsis payı alındıqdan sonra o, MMC-nin fəaliyyətindən, idarə edilməsindən kənarda saxlanılmış, hətta MMC-nin inzibati binasına və fəaliyyət göstərdiyi yerlərə belə buraxılmamış, onun şirkətə daxil olmasına qadağa qoyulmuşdur. Cavabdeh1 tərəfindən MMC-nin adı da dəyişdirilmiş, yeni rəhbərlik təyin edilmişdir. Hazırda iddiaçı, MMC-dən təsis payına uyğun nə dividend, nə də MMC-nin maliyyə vəziyyəti və digər məsələlər barədə məlumat ala bilmir. Ona görə də, 50 faiz təsis payına malik olduğu şirkətin nizamnamə kapitalındakı payına uyğun əmlakının naturada onun mülkiyyətinə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edildiyi kimi, sənəd üzərində 25 faiz payının ol duğu görsənsə də, faktiki olaraq şirkətin 50 faiz təsisçilik payı ona məxsusdur.
9. İş üzrə cavabdehlərin və üçüncü şəxsin iddiaları isə belə əsaslandırılmışdır ki, MMC-nin hazırda 3 səhmdarı var. MMC-nin səhmlərinin 50 faizi Türkiyə Respublikasının vətəndaşı Nurettin Cengizə, 25 faizi Cavabdeh1, digər 25 faizi isə İddiaçı məxsusdur. İddiaçı digər payçıların etibarından sui-istifadə edərək MMC-nin ümumilikdə 7333517,08 manat pulunu mənimsəmiş və israf etmiş, o cümlədən 5032428,13 manatını MMC-nin kassasından nağd qaydada, heç bir sənədləşmə aparmadan çıxardaraq ələ keçirmişdir. İddiaçı ilk iddiası tam əsassızdır. Belə ki, İddiaçı yuxarıda qeyd edilən alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, onun iddia ərizəsi əsassız hes ab edilərək rədd edilmişdir. İddiaçı əsassız iddialarla məhkəməyə müraciət etməsinin səbəbi MMC-də faktiki rəhbərlik etdiyi dövrdə mənimsədiyi vəsaiti geri qaytarmamaq üçün qarşı tərəfə məhkəmələr vasitəsilə təzyiq göstərməkdən ibarətidir. İddiaçı MMC-də payının məbləği 1148883,85 manatdır. MMC-yə vurduğu zərərin bir hissəsi həmin 1148883,85 manat payı ilə əvəzləşdirməklə o, MMC-nin təsisçilərinin siyahısından çıxarılmalı və yerdə qalan 6184633,23 manat isə İddiaçı alınaraq MMC-yə ödənilməlidir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.B.Əliyev) (bundan sonra – birinci instansiya məhkəməsi) 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilməklə cavabdeh X2 Cavabdeh2 MMC-də iştirakına xitam verilməsi və X1 6184633,23 manatın t utularaq Cavabdeh2 MMC-yə ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlar, o, cümlədən şahid ifadəsinə əsasən müəyyən etmişdir ki, İddiaçı Cavabdeh2 MMC-nin (əvvəlki adı ilə "xxxx" MMC) 1995-ci ildən təsisçisi və 50 faiz payçısı olmuşdur. 25 oktyabr 2017-ci il tarixli alqısatqı müqaviləsinə əsasən iddiaçı 50 faiz payın 25 faizini 2500 ABŞ dollarına Cavabdeh1 satmışdır. Hazırda Cəmiyyətin təsisçiləri və onların nizamnamə kapitalındakı payları aşağıdakı kimidir: Cavabdeh1 - 2500 ABŞ dolları, 25 pay, 25 faiz, pul şəklində, İddiaçı 2500 ABŞ dolları, 25 pay, 25 faiz, pul şəklində, X10 (Türkiyə Respublikası) - 5000 ABŞ dolları, 50 pay, 50 faiz, pul şəklində.
12. Birinci instansiya məhkəməsi ilki iddia ba rədə qeyd etmişdir ki, ilkin İddiaçı Cavabdeh2 MMC-də nizamnamə kapitalının 50 faiz payçısı kimi özünü qələmə versə də, iş materiallarında olan sənədlər üzrə onun payının hazırda 25 faiz olması halı mübahisəsizdir. Bundan əlavə, ilkin İddiaçı MMC-nin balansında onlarla daşınmaz əmlak (torpaq sahələri və qeyri-yaşayış sahələri), 100-dən çox nəqliyyat vasitəsi olmasını göstərsə də, Cavabdeh2 MMC-nin adında hazırda nəqliyyat vasitəsi yoxdur, MMC-nin adına yalnız ünvan 1 ünvanında əmlak kompleksi kimi müəssisə və ünvan 2 ünvanında qeyri-yaşayış binası vardır ki, həmin əmlaklar da xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə icarəyə verilmişdir.
13. Birinci instansiya məhkəməsi daha sonra göstərmişdir ki, ilkin İddiaçı MMC-də təsisçi kimi 25 faiz payının dəyərinin 2500 ABŞ dolları olmasını əvvəldən bildiyi halda, hazırki vaxta kimi bu payın dəyərinin göstərilən məbləğdə olmasını heç vaxt mübahisələndirməmiş, hazırda da iddia tələbi qaydasında mübahisələndirmir. Həmçinin, hazırda Cavabdeh2 MMC-də ilkin iddiaçının 25 faiz payı olan 2500 ABŞ dolları məbləğində əmlakın olması da müəyyən edilmir.
14. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş bu hallarına əsasən hesab etmişdir ki, iddiaçı payına uyğun əmlakın naturada verilməsi barədə deyil, təsis payı olan 2500 ABŞ dollarının verilməsi barədə tələb irəli sürməli idi ki, bu da onun MMC-nin təsisçiliyinə və səhmdar kimi pay hüququna xitam verilməsi gətirib çıxarardı.
15. Qarşılıqlı iddia tələbləri barədə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə baxışı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin 08 may 2018-ci il tarixli müstəqil auditorun hesabatında X2 Cavabdeh2 MMC-dən (əvvəlki "xxxx" MMC) pul vəsaitini mənimsəməsi müəyyən edilmişdir. Hazırda Cavabdeh2 MMC-nin balans dəyəri (daşınar və daşınmaz əmlaklar, kreditor borcları da daxil olmaqla) 4595535,37 manat, X2 hazırda Cavabdeh2 MMC-də olan payının həcmi isə həmin məbləğin 25 faizini təşkil edir. Balans dəyərinə münasibətdə Fizuli Adıgözəlovun payının məbləği 1148883,85 manatdır. X4 Məsuliyyətli Cəmiyyətə vurduğu maddi zərər isə 7333517,08 manat təşkil edir.
16. Həmçinin Cavabdeh2 MMC-nin təsisçisi X3 və digərləri tərəfindən cəmiyyətə külli miqdarda ziyan vurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsi ilə cinayət i şi istintaq edilir.
17. Məhkəmə Auditorlar Palatasının lisenziyası əsasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən aparılmış, Cavabdeh2 MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini əks etdirən audit yoxlamasına dair 08 may 2018-ci il tarixli müstəqil auditorun hesabatını, eləcədə, Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli protokolunda müzakirə edilən və həmin iclasın qəbul olunan qərarı nəzərə alaraq İddiaçı Cavabdeh2 MMC-yə vurduğu zərərin həcminin bir hissəsinin müqabilində təsisçilərin siyahısından çıxarılması və yerdə qalan 6184633,23 isə ERBİ-H" MMC-yə ödənilməsi təmin edilməklə X2 “ERBİ-H» MMC-də iştirakına xitam verilməklə qarşılıqlı iddia tələbinin həmin hissələrdə təmin edilməsi qənaətinə gəlmişdir.
18. Audit rəyinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert (audit) rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən həmin rəy mübahisələndirilmədiyindən bu rəyin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, məhkəmə hesab edib ki, lisenziya əsasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən aparılmış audit yoxlamasına dair 08 may 2018-ci il tarixli müstəqil auditor rəyi hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməli və qiymətləndirilməlidir.
19. Bununla belə birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin İddiaçı MMCdə iştirakına xitamı ilə bağlı dövlət reyestrində müvafi q dəyişikliklər edilməsi hissəsinin rədd olunmasını onunla əsaslandırmışdır ki, hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sonra X2 “ERBİ-H» MMC-də iştirakına xitam verilməsi ilə bağlı dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi müvafiq icra hakimiyyəti orqanının vəzifəsidir, ona görə də tələbin bu hissəsinə məhkəmə qaydasında hüquqi qiymət verilməsi istisna olunur.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 94 və 95-ci və MPM-nin 101.3 və 206.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
21. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayə ti iddia ərizəsinə uyğun əsaslandırılmış, işin faktiki halları sadalanmış, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozmasına, işin hallarının tam və hərtərəfli araşdırılmamasına və işin hallarına uyğun olmayan nəticəyə gəlinməsinə istinad edilmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.Ə.Hüseyn) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2370/2021 saylı mülki iş üzrə 26 fevral 2019-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni qarşılıqlı iddiaya aid hissədə ləğv olunmuş, Cavabdeh1 və Cavabdeh2 MMC, həmçinin mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Cengiz Nurettin tərəfindən İddiaçı qarşı irəli sürülmüş X2 "xxxx" MMC-də iştirakına xitam verməklə dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi və X1 6184633,23 manatın tutularaq Cavabdeh2 MMC-yə ödənilməsi barədə qarşılıqlı iddiası və üçüncü şəxsin iddiası rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ilk iddia tələbi üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mövcud qanunvericiliyin tələblərinə görə məhdud məsuliyyətli cəmiyyətin iştirakçısına nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi yalnız o, cəmiyyətdən çıxdığı zaman verilə bilər. İddiaçı isə cəmiyyətdən çıxması barədə iddia qaldırmamışdır. İddiaçı yalnız onun MMC-dən çıxması barədə iddia qaldırdıqdan sonra Mülki Məcəllənin 96.1 -ci maddəsinin tələblərinə uyğun olaraq nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsini və ya əmlakın naturada verilməsini tələb edə bilər. Ona görə də ilk iddia tələbləri sübutlar araşdırılmadan rədd edilməlidir.
25. İddiaçının Mülki Məcəllənin 220.3-cü maddəsinə istinad etməsini də apellyasiya məhkəməsi əsasız saymışdır. Çünki həmin maddənin məzmununa görə payının naturada ayrılmasını yalnız paylı mülkiyyətin mülkiyyətçiləri tələb edə bilər. Hazırkı işdə isə iddiaçının tələb etdiyi əmlaklar paylı mülkiyyətdə deyildir və Cavabdeh2 MMC-yə məxsusdur.
26. Apellyasiya məhkəməsi daha sonra hesab etmişdir ki, qarşılıqlı iddia və üçüncü şəxsin iddiası da təmin edilə bilməz. Belə ki, cavabdehlərin və üçüncü şəxsin istinad etdikləri hallar (X2 digər payçıların etibarından sui-istifadə edərək cəmiyyətin, ümumilikdə 7333517,08 pulunu mənimsəməsi və israf etməsi) cinayət xarakterli hallardır və yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq oluna bilər. Lakin cavabdehlərin və üçüncü şəxsin istinad etdikləri hallarla bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
27. Məhkəmə cavabdehlərin və üçüncü şəxsin məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin 08 may 2018-ci il tarixli auditor rəyini iş üzrə X2 cəmiyyətin 7333517,08 pulunu mənimsəməsi və israf etməsi kimi halları təsdiq edən sübut qismində qəbul edilməsini mümkün saymamış, h esab etmişdir ki, həmin auditor rəyi göstərilən halları təsdiq edən sübut kimi qəbul edilsə belə, cavabdehlərin və üçüncü şəxsin istinad etdiyi Mülki Məcəllənin 94-cü maddəsi heç bir halda hazırkı mübahisənin həllində tətbiq edilə bilməz.
28. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə adı çəkilən normaya görə məhdud məsuliyyətli cəmiyyətin iştirakçısının şəxsi borcları üzrə tutma o halda onun cəmiyyətin əmlakındakı payına yönəldilə bilər ki, borcu ödəmək üçün həmin iştirakçının başqa əmlakı mövcud olmasın. Yalnız bundan sonra kreditor cəmiyyət iştirakçısının nizamnamə kapitalındakı payına uyğun hissəsinin dəyərini ödəməsi və ya bu əmlak hissəsini ayırması tələbini irəli sürə bilərlər. Lakin hazırkı işdə bu qaydaya riayət olunması barədə sübutlar təqdim edilməmişdir.
29. Bu baxımd an apellyasiya instansiyası hesab etmişdir ki, cavabdehlər və üçüncü şəxs tərəfindən irəli sürülmüş iddia tələbləri rədd olunmalıdır.
30. Apellyasiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, qarşılıqlı iddianı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC ilə yanaşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X9 də imzalamışdır. Mülki prosessual qanunvericilikdə qarşılıqlı iddia üzrə iddiaçılarla mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin birlikdə iddia ərizəsi verilməsini qadağan edən hər hansı norma mövcud deyildir. Birinci instansiya məhkəməsi yalnız Cavabdeh1 və Cavabdeh2 MMC-nin qarşılıqlı iddia ərizəsinə münasibət bildirsə də, üçüncü şəxs X8 iddia tələbinə ümumiyyətlə münasibət bildirməmişdir.
31. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məc əllənin 94, 95 və 96.1-ci, Mülki Prosessual Məcllənin 81-ci maddələri ilə əsaslandırmışdır. b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
32. Cavabdehlər (qarşılıqlı iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 MMC və üçüncü şəxs Nurettin Cengiz kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.
33. Kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmıdır ki, apellyasiya məhkəməsi tərəflərin bərabərliyi və çəkişmə prinsipini pozmuş, iddiaçının apellyasiya şikayəti ilə tanış olması üçün cavabdehlərin və üçüncü şəxsin nümayəndəsi və vəkili olmuş şəxsə şərait yardılmamış, bu barədə olan vəsatət təmin edilməmişdir. Məhkəmə qarşılıqlı iddiaçıların və üçüncü şəxsin istina d etdiyi halların cinayət xarakterli olması, ona görə də vurulmuş zərərin cinayət təqibi qaydasında tələb edilməli olması barədə gəldiyi nəticə səhv olmuşdur. İddiaçı tərəfindən mənimsənilən vəsaitin cinayət və ya mülki mühakimə qaydasında tələb etmək iddiaçıların subyektiv hüququdur. Auditor rəyinin sübut kimi qəbul edilməməsi barədə məhkəmənin qənaəti səhv olmuşdur.
34. İddiaçı da kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
35. İddiaçı kassasiya şikayəti dəlilləri iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.
36. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – kassasiya instansi yası məhkəməsi) 2(102)-4783/2019 nömrəli iş üzrə 03 iyul 2019-cu il tarixli qərarı ilə (hakimlər – Q.Ə.Allahverdiyev (sədrlik edən və məruzəçi), İ.R.Xələfov və Ə.Ə.Şadiyev) iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdehlərin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 26 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
37. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə Cavabdeh1 qarşılıqlı iddiasını rədd edən apellyasiya instansiyası məhkəməsi İddiaçı barəsində Azərbaycan Respublikasının CM-nin 308.1 maddəsi ilə başlanılmış cinayət işi üzrə istintaqın nəticəsini aydınlaşdırmadan, qarşılıqlı iddia üzrə iddiaçıların və 3-cü şəxsin məhkəmə hökmü olmadan da İddiaçı qanunsuz yolla MMC-dən əldə etdiyi pulu geri qaytarılmasını tələb etmək hüquqları olmasını nəzərə almamışdır. 38. “Auditor fəaliyyəti haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən auditorun hesabatı audit subyektinin maliyyə vəziyyəti, maliyyə hesabatlarının doğruluğu, mühasibat uçotunun ümumi vəziyyəti barədə auditorun rəyi ifadə olunan və auditin sifarişçisinə ünvanlanan və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir.
39. Hazırki iş üzrə audit rəyini sübut kimi qəbul etməyən apellyasiya instansiyası məhkəməsi həmin rəyi araşdırmadan, rəyə müvafiq hüquqi qiymət vermədən, əsaslandırmadan əsassız olaraq 08 may 2018-ci il tarixli audit rəyini sübut növü kimi qəbul etməmiş və qarşılıqlı iddianı rədd etmişdir. c) Apellyas iya instansiyası məhkəməsindəki ikinci icraat
40. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 sentyabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında Cavabdeh2 MMC-nin (əvvəlki "xxxx" MMC) xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrə aid vergi orqanına təqdim edilmiş sənədlərə (vergi bəyannamələri, vergi yoxlamalarının nəticələrinə dair aktlar, qərarlar və s.) əsasən MMC-nin aktivləri, mənfəət və xərclərinin nə qədər olması, qeyd edilən sənədlərə əsasən İddiaçı MMC-yə məxsus olan pul vəsaitini mənimsəməsi və ya başqa qaydada israf etməsi, MMC-nin kassasından heç bir sənədləşmə aparmadan çıxarmasının təsdiq edilib-edilməməsi barədə suallar qoyulmuşdur.
41. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 29194 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanmasına (təsisçilərlə hesablaşmaların vəziyyətinə) dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli müstəqil auditor hesabatı və digər sənədlərə əsasən xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Cavabdeh2 MMC-nin (əvvəlki Güllübulaq) mənfəəti 30432432,94 manat (158627067,30 manat (mal, iş və xidmət satışından daxil olma) – 102446751,96 manat (satışın maya dəyəri) – 25747882,4 manat (kommersiya xərci)) təşkil edir və xx.xx.2011-ci il tarixə cəmiyyətin aktivləri 7335270,46 manatdır. 30432432,94 manat mənfəətin 6666459,86 manatı aktivlərin alınmasına, 16442456,0 manatı təsisçilərlə hesablaşmalara sərf edilmişdir. Yerdə qal an məbləğin isə hara xərclənməsi barədə hesabat təqdim edilməmişdir. Həmçinin xx.xx.2018-ci il tarixli müstəqil auditor hesabatı, 2009-2015-ci illər ərzində Türkiyə Respublikasından MMC-nin ünvanına daxil olmuş “uşaq bezləri yükləri üzrə müvafiq audit araşdırmasına dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli müstəqil auditor hesabatı və digər sənədlərə əsasən MMCdə 2011-2015-ci illər ərzində kassadan heç bir sənədləşmə aparılmadan 5032428,13 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən götürülməsi və xx.xx.2017-ci il tarixə 7333517,08 manat məbləğində çatışmazlığın olması müəyyən edilir.
42. Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-416/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Hə sənov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
43. Apellyasiya məhkəməsi qarşılıqlı iddia və üçüncü şəxsin iddiası ilə bağlı isə qeyd etmişdir ki, "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli müstəqil auditorun hesabatında və iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyində İddiaçı MMC-dən vəsait mənimsəməsi müəyyən edilmişdir.
44. Bundan başqa, İddiaçı və başqaları tərəfindən MMC-yə külli miqdarda ziyan vurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində vəzifəli şəxs tərəfindən vəzifə səlahiyyətlərindən suiistifadə cinayətinin tərkib əla mətləri olduğundan fakta görə Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.
45. Apellyasiya məhkəməsi xx.xx.2018-ci il tarixli müstəqil auditorun hesabatını, MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli protokolunda müzakirə edilən və həmin iclasın qəbul etdiyi qərarı nəzərə alaraq, MMC-yə vurduğu zərərin həcminin bir hissəsinin müqabilində İddiaçı təsisçilərin siyahısından çıxarılması və yerdə qalan 6184633,23 manatın isə MMC-yə ödənilməsini Mülki Məcəllənin 94-cü maddəsinin tələbləri baxımından qanuni hesab edərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. ç) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
46. İddiaçı nümayəndəsi (vəkil X7) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert öz rəyində məhkəmə qətnaməsinə əsaslansa da, bunun hüquqi əsası olmamışdır. Belə ki, həmin qətnamədə auditor hesabatının hüquqi əhəmiyyət kəsb etməməsi səbəbindən İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir, yəni, ekspert qətnamənin mahiyyətinə varmadan və onun səlahiyyəti çərçivəsində olmayan məsələyə hüquqi qiymət verməklə rəy vermişdir. Ekspert vergi orqanının təqdim etdiyi aktlar və onun əsasında qəbul edilmiş qərarlara istinad etməli olduğu halda, yenidən "xxxx" MMC-nin müstəqil auditor rəyinə əsaslanaraq rəy verməklə işə obyektiv yanaşmamışdır. Məhkəmə ekspertin məhkəməyə təqdim et diyi vəsatətlə əlaqədar müəyyən məsələlərin araşdırılması üçün ekspertin məhkəməyə dəvət edilməsi barədə vəsatəti təmin etməmiş və bununla da işin düzgün və obyektiv araşdırılmasının qarşısını almışdır.
48. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2814/2019 nömrəli iş üzrə 02 avqust 2021-ci il tarixli qərarı ilə (hakimlər – A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və E.Y.Şamayev) iddiaçının kassasiya şikayəti təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
49. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddianın təmin edilən hissəsində gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarını düzgün hesab etməmişdir.
50. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi iki hissədən ibarətdir: İddiaçı MMC-də iştirakına xitam verməklə dövlət reyestrində bu barədə müvafiq dəyişikliklər edilməsi və İddiaçı 6184633,23 manatın tutularaq MMC-yə ödənilməsi.
51. Birinci instansiya məhkəməsi İddiaçı MMC-də iştirakına xitam verilməsi barədə qarşılıqlı iddianı təmin edərkən Mülki Məcəllənin 94-cü maddəsinə istinad etmişdir. Məzmunu yuxarıda qeyd edilən həmin normanın tələblərindən isə görünür ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçısının şəxsi borcları üzrə tutma o halda onun cəmiyyətin əmlakındakı payına yönəldilə bilər ki, borcu ödəmək üçün həmin iştirakçının başqa əmlakı olmasın. Məhz bundan sonra tutma iştirakçının məhdud məsuliyyətli cəmiyyətin əmlak ındakı bütün payına yönəlməklə, onun cəmiyyətdə iştirakına xitam verilir.
52. Başqa sözlə, Mülki Məcəllənin 94-cü maddəsinin tətbiqi üçün əvvəlcə borc tutulmalı, borcu ödəmək üçün iştirakçının başqa əmlakı mövcud olmadığı halda, tutma onun cəmiyyətin əmlakındakı payına yönəlməklə iştirakçının MMC-də iştirakına xitam verilməlidir.
53. Hazırki işdə isə belə bir hal müəyyən edilməmişdir. Ona görə də qarşılıqlı iddianın İddiaçı MMC-də iştirakına xitam verilməsi hissəsinin təmin edilməsi üçün tətbiq edilən Mülki Məcəllənin 94-cü maddəsinin dispozitiv şərtləri hazırki işin hallarına uyğun gəlmir. Birinci instansiya məhkəməsi, qeyd edildiyi kimi, qarşılıqlı iddianın həmin hissəsini Mülki Məcəllənin 94-cü maddəsinə istinadən təmin etməklə maddi hüquq normasını pozmuş, apellyasiya məhkəməsi də eyni səhvi təkrarlayaraq, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş qanun pozuntusunu aradan qaldırmamışdır.
54. Qarşılıqlı iddia tələbinin İddiaçı 6184633,23 manatın tutularaq MMC-yə ödənilməsi hissəsini isə təmin edərkən birinci instansiya məhkəməsi "xxxx" MMC-nin 08 may 2018-ci il tarixli rəyini əsas götürmüşdür.
55. Apellyasiya məhkəməsi audit rəyinin gəlir və xərcləri təsdiq edən ilkin sənədlər əsasına deyil, kompüter proqram məlumatlarına əsasən tərtib edilməsini, MMC üzrə malların idxalı, ixracı və satışı ilə bağlı məsələlər üzrə məlumatların MMC-nin mühasib və baş anbardarı tərəfindən verilməsini, qeyd edilən bu halların audit rəyini şübhə altına salmasını göstərərək, məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və İddiaçı MMC-yə məxsus olan 7333517,08 manat məbləğində pul vəsaitini israf etməsi barədə gəldiyi nəticəni həmin rəylə əsaslandırmışdır.
56. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi İddiaçı tutulacaq 6184633,23 manat məbləği (7333517,08 manat mənimsənilən məbləğ – MMC-nin balans dəyərinə münasibətdə Fizuli Adıgözəlovun payının məbləği 1148883,85 manat=6184633,23 manat) ekspert rəyi ilə əsaslandırsa da, həmin rəyi Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirməmişdir.
57. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 29194 nömrəli ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına ekspertin vəsatətinə əsasən sənədlər təqdim edilsə də, ekspert həmin sənədlərdən hansının tədqiq edilməsini göstərməmiş, məhkəmə qətnamələrinə və 28 fevral 2018-cil, 05 may 2018-ci il tarixli a uditor rəylərinə istinad etmişdir. Halbuki ekspertiza da məhz həmin auditor rəylərinin mötəbər olmaması səbəbi ilə keçirilmişdir.
58. Apellyasiya məhkəməsi auditor rəyinin kompyüter proqram məlumatlarına və MMC-nin mühasib və baş anbardarının verdiyi məlumatlar əsasında verilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən auditor rəyinin qəbul edilməsini düzgün hesab etməsə də, özü də həmin rəyə istinad etmiş, həmçinin verilmiş ekspert rəyinə formal yanaşaraq, ekspert rəyinin həmin auditor rəylərinə əsasən verilməsinə diqqət yetirməmiş, bununla da ekspert rəyini mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirməmişdir. Nəticədə Cavabdeh2 MMC-nin maliyyə-təssərrüfat fəaliyyəti ilə bağlı hər hansı maliyyə və digər ciddi hesabat sənədləri (vergi hesabatları, gömrük bəyannamələri və s.) tədqiq edilmədən verilən ekspert rəyinin tutulan məbləğin miqdarına münasibətdə nə dərəcədə mötəbər sübut olması araşdırmadan kənarda qalmışdır.
59. Kassasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən belə qənaətə gəlmişdir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən qanun pozuntularını və nöqsanları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri yerinə yetirməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qətnamə qəbul etməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
60. Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9420/2021 nömrəli iş üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), A.N.İmanov və V.N.Sadıqov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi qismən, qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilmiş və qarşılıqlı iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilmiş, İddiaçı 5438747,76 (beş milyon dörd yüz otuz səkkiz min yeddi yüz qırx yeddi manat yetmiş altı qəpik) manat pul tutularaq, Cavabdeh2 MMC-yə ödənilməsi, tutmanın İddiaçı əmlaklarına yönəldilməsi, borcun tutulması üçün İddiaçı məxsus əmlaklar yetərli olmadıqda, tutmanın İddiaçı Cavabdeh2 MMC-dəki payına yönəldildikdən sonra, onun Cavabdeh2 MMC-də iştirakına xitam verilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
61. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki iki qərarına görə ilk iddianın rədd olunması və qarşılıqlı iddianın rədd olunması hissəsi, yəni İddiaçı MMC-dəki iştirakına xitam verilməsi ilə bağlı dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi apellyasiya baxışının predmeti deyildir. Apellyasiya baxışının həddi qarşılıqlı iddianın təmin olunması hissəsi məhdudlaşır.
62. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə "xxxx" MMC-ni n xx.xx.2018-ci il tarixli müstəqil auditorun hesabatı və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 29194 nömrəli rəyi ilə müəyyən edilmiş hallar İddiaçı MMC-nin kassasından 2011-2017-ci illər ərzində heç bir sənədləşmə aparılmadan nağd pul götürməsinin təsdiqi üçün kifayətdir. Həmin hesabatın və ekspert rəyinin sübut kimi qəbul olunmasını istisna edən hallar mövcud deyildir.
63. Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cinayət Məcəlləsinin 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökmlə onun MMC-nin 1884769,32 manat pul vəsaitinin mənimsəməsi və 8395677,75 manat vergiləri dövlət büdc əsinə ödəməkdən qəsdən yayınması müəyyən edilmişdir.
64. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi pulun tutulması hissəsində əsaslı olduğundan təmin olunmalıdır. Lakin qarşılıqlı iddiaçının nümayəndəsinin apelyasiya şikayətinə qarşı verdiyi etirazında göstərilənlərə və iddia tələbindən hökmlə təmin edilmiş 1884769,32 manat hissəsindən imtina edilməsi barədə kollegiyaya təqdim etdiyi ərizəsinə əsasən qarşılıqlı iddia tələbi pulun tutulması hissəsində qismən, 5438747,76 manat borcun tutulması hissəsində təmin edilməlidir.
65. Birinci instansiya məhkəməsinin İddiaçı MMC-də iştirakına xitam verilməklə təsisçilər siyahısından çıxarılması barədə qarşılıqlı iddia tələbinə qiymət verərkən apellyasiya instansiyası məhkəməsi hesab bu məsələnin həlli zamanı məhkəmə Mülki Məcəllənin 94-cü ma ddəsini düzgün tətbiq və təfsir etməmişdir. Həmin maddənin mənasından görünür ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçısının şəxsi borcları üzrə tutma o halda onun cəmiyyətin əmlakındakı payına yönəldilə bilər ki, borcu ödəmək üçün iştirakçının başqa əmlakı mövcud olmasın. Yalnız bundan sonra kreditor cəmiyyət iştirakçısının nizamnamə kapitalındakı payına uyğun hissəsinin dəyərini ödəməsi və bu əmlak hissəsinin ayrılmasını tələb edir. Göründüyü kimi, qanunverici təsisçinin şəxsi borcuna tutmanın yönəldilməsi qaydasını müəyyənləşdirir. Qarşılıqlı iddiaçının tələb etdiyi pul məbləği İddiaçı şəxsi borcu kimi yaranmış borc kimi qiymətləndirilə bilməz. Tələb olunan pul məbləği İddiaçı təsisçi kimi MMC-yə faktiki rəhbərliyi həyata keçirərkən cəmiyyətə məxsus pul vəsaitini qanunsuz olaraq götü rməsi və cəmiyyətə qaytarmaması səbəbindən yaranmış zərərdir. Bu səbəbdən İddiaçı cəmiyyətə vurduğu zərəri həm öz əmlakları, həm də cəmiyyətdə mövcud olan təsis payına mütənasib ödəməlidir.
66. Apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia pul tələbi hissəsində qismən təmin edilməklə, İddiaçı 5438747,76 manat borc pul Cavabdeh2 xeyrinə tutulmalı, tutma İddiaçı əmlaklarına yönəldilməli, İddiaçı əmlakları kifayət etmədikdə, tutma onun Cavabdeh2 MMC-dəki payına yönəldilməklə, İddiaçı cəmiyyətdə iştirakına xitam verilməlidir. Bu baxımdan qarşılıqlı iddia qismən təmin olunmuş hesab edilməlidir.
67. Apellyasiya instansiyası məhkəməsi həmçinin qarşılıqlı və müstəqil iddiaların “dövlət reyestrində müvafiq dəyişikliklərin edilməsi barədə” hissəsini əsassız hesab etmişdir. Çünki bu səlahiyyət müvafiq icra hakimiyyətinə məxsusdur, tələbin bu hissəsinə məhkəmə qaydasında hüquqi qiymət verilə bilməz, hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sonra, bununla bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Odur ki, hesab edilməlidir ki, birinci instansiya məhkəməsi qarşılıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiaların qeyd edilən bu hissəsini təmin etməməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
68. İlk iddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
69. Şikayət onunla əsaslandırılmışdır ki, a pelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən Mülki Məcəllənin 14.1-ci maddəsinin tələblərini pozmuş, həmin Məcəllənin 94, 95 və 96-cı maddələrini tətbiq edilməli olduğu halda, tətbiq etməmiş, MPM- nin 82.3, 82.4, 217, 218, 220.6, 386 və 387-ci maddələrinin tələblərini pozmuş və iddia tələbindən kənara çıxaraq qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
70. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə etiraz vermiş, şikayətin dəlillərinin əsassız olduğunu göstərərək təmin olunmaması, apellyasiya instansiyası məhkəməsini qətnaməsinni dəyişdirmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
71. Maddə
94. İştirakçının şəxsi bo rcları üzrə tutmanın onun məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı payına yönəldilməsinə yalnız onun başqa əmlakının borclarını ödəməyə kifayət etmədiyi halda yol verilir. Həmin iştirakçının kreditorları məhdud məsuliyyətli cəmiyyətdən tutmanın yönəldilməsi məqsədilə cəmiyyətin əmlakının borclunun nizamnamə kapitalındakı payına uyğun hissəsinin dəyərini ödəməyi və ya bu əmlak hissəsini ayırmağı tələb edə bilərlər. Cəmiyyətin əmlakının ayrılmalı hissəsi və ya onun dəyəri kreditorların tələb irəli sürdükləri məqamda tərtib edilmiş balans üzrə müəyyənləşdirilir.
72. Maddə 94.2. İştirakçının məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı bütün payına tutmanın yönəldilməsi onun cəmiyyətdə iştirakına xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
73. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
74. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
75. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.
76. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
77. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veril mir.
78. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
79. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
80. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
81. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
82. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
83. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni, qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
84. Belə ki, qarşılıqlı iddia tələbinin İddiaçı 6184633,23 manatın tutularaq MMC-yə ödənilməsinin təmin olunması üçün "xxxx" MMC-nin 08 may 2018-ci il tarixli auditor rəyinin və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 29194 nömrəli rəyinin əsas götürülməsi ilə bağlı iş üzrə Ali Məhkəmə Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə audit rəyinin gəlir və xərcləri təsdiq edən ilkin sənədlər əsasına deyil, kompüter proqram məlumatlarına əsasən tərtib edilməsini, MMC üzrə malların idxalı, ixracı və satışı ilə bağlı məsələləri MMC-nin mühasibi və baş anbardarı tərəfindən verilmiş şifahi və yazılı məlumatlar üzrə müəyyən edilməsini, bu halların audit rəyini şübhə altına salmasını göstərərək, məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 29194 nömrəli rəyi də məhkəmə qətnamələrinə və 28 fevral 2018-ci il, 05 may 2018-ci il tarixli auditor rəylərinə istinad etməklə tərtib edilmişdir. Halbuki ekspertizanın keçirilməsinə səbəb məhz həmin auditor rəylərinin mötəbər sübut kimi dəyərləndirilə bilməməsi olmuşdur.
85. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirməmiş, nəticədə Cavabdeh2 MMC-nin maliyyə-təssərrüfat fəaliyyəti ilə bağlı hər hansı maliyyə və digər ciddi hesabat sənədləri (vergi hesabatları, gömrük bəyannamələ ri və s.) tədqiq edilmədən verilmiş ekspert rəyinin iddianın təmin olunmasına kifayət hesab etməkdə səhvə yol vermişdir.
86. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsinin göstərilən qərarından sonra cavabdeh İddiaçı tərəfindən MMC-yə məxsus 5438747,76 manat pulun mənimsənilməsi və ya israf olunması, yaxud MMC-yə başqa cür ziyan vurması ilə əlaqədar iddiaçı tərəfindən hər hansı əlavə sübut təqdim edilməməsinə baxmayaraq işə baxan apellyasiya instansiyası məhkəməsi təkrarən həmir rəyləri iddianın təmini üçün kifayət hesab etmişdir. Halbuki kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. (MPM-nin 420-ci maddəsi).
87. İşdən daha sonra görünür ki, qarşılıqlı iddia ərizəsində İddiaçı MMC-də iştirakına xitam verməklə dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi tələbi irəli sürülmüşdür. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə İddiaçı Cavabdeh2 MMC-yə ödəniləcək məbləğin tutulmasının İddiaçı əmlaklarına yönəldilməsi, borcun tutulması üçün İddiaçı məxsus əmlaklar yetərli olmadıqda, tutmanın İddiaçı Cavabdeh2 MMC-dəki payına yönəldilməsi, bundan sonra onun Cavabdeh2 MMC-də iştirakına xitam verilməsini qət etmişdir. Bununla da məhkəmə da iddia tələblərindən kənara çıxmış, bu kənara çıxmanın qanunda göstərilən müstəsna hallarını göstərməmişdir. Halbuki hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-nin 218.3-cü maddəsi). Məhkəmə həmçinin Mülki Məcəllnin 94-cü maddəsin in tələblərini pozmuşdur.
88. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalıdır.
89. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
90. Yuxarıda göstərilənləri və MPM-nin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qi smən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9420/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.