Məhkəmə qərarları › İş №2(102)-2682/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2682/2020

22.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2682/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh3, vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(001)-6524/2018, hakim K.B.Əsədov) İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddiası qis mən təmin edilmiş, Cavabdeh3 273.814 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-13574/2019, hakimlər E.M.Həsənov, X.A.Mərdanova, Ş.Ə.Məhərrəmova) Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh3 vurduğu maddi zərərin əvəzi qismində 273 814 (iki yüz yetmiş üç min səkkiz yüz on dörd) manatın alınaraq İddiaçı verilməsi qət olunmuş, iddia qalan hissələrdə rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh3 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməs inə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxx 2018-ci il tarixdə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, minik avtomobillərinin alqısatqısı ilə məşğul olduğunu, etibarından sui-istifadə edən cavabdehlərin 2012-ci ilin aprel ayının 20-dən noyabr ayının 23-dək ona məxsus ünvan 1 ünvanında yerləşən avtomobillərin satışı salonundan ayrı-ayrı şəxslərin adına saxta müqavilələr bağlamaqla cinayət yolu ilə ümumi dəyəri 291.608 manat təşkil edən 44 ədəd minik avtomobilini ələ keçirdiklərini, inam yaratmaq üçün müxtəlif vaxtlarda ona 17.794 manat ödədiklərini və beləliklə 273.814 manat məbləğində maddi zərər vurduqlarını, hüquq-mühafizə orqanlarına etdiyi şikayətdən sonra vurduqları ziyanı ödəyəcəklərinə söz versələr də yenə də aldatdıqlarını, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Elman Yusifovun Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilindiyini, fəaliyyəti dövründə hər avtomobildən 15-20% gəlir əldə etdiyini və 273.814 manat ona 2012-ci ildə qaytarılmış olsaydı 6 il ərzində külli miqdarda qazanc əldə edə biləcəyini, həmin vəsaiti banka yatırmış olsaydı ən azı ayda 1% fayda, yəni 202.622 manat qazana biləcəyini, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində həmçinin mənəvi sarsıntı keçirdiyini və biznes fəaliyyətinin tamamilə məhv olduğunu göstərərək cavabdehlərdən müştərək qaydada 273.814 manat maddi zərər, 9.000 manat mənəvi zərərin əvəzinin, habelə 202.622 manat itirilmiş gəlirin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilmə sini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. İddiaçının tələb etdiyi maddi ziyanı onun və digər cavabdehlərin iddiaçıya birlikdə vurduqları qanuni qüvvədə olan məhkəmə aktı ilə müəyyən edildiyindən, yalnız ondan pul tutulması barədə gəlinən nəticə qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı cavabdehlərin onun etibarından sui-istifadə edərək ona 291.800 manat dəyərində olan 44 ədəd avtomobili dəyərini 15 ay ərzində hissə-hissə ödəyəcəyini yalandan vəd edib ələ keçirdiklərinə və həmin əmələ görə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təqsirli bilinərək məhkum edildiklərinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür. İddianın təmin edilməyən hissəsi mübahisələndirilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik anlayışını müəyyən edən 385-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla bərabər həmin Məcəllənin öhdəliklərin əmələ gəlməsi əsaslarını müəyyən edən 386-cı maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi əsasları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Deməli, iddiaçı kreditor kimi digər şəxsdən öhdəliyinin icrasını məhkəmə qaydasında tələb etməsi üçün qanunvericilikdə qeyd edilən əsaslardan hər hansı biri mövcud olmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, Cavabdeh3 özgənin əmlakını ələ keçirmək məqsədilə çoxsaylı cinayətlərin törədilməsi üçün yaradılmış mütəşəkkil dəstənin üzvləri Cavabdeh1 odlu, Cavabdeh2, Cavabdeh4 və qeyriləri ilə İddiaçı etibarından sui istifadə etməklə, vahid niyyətlə ünvan 2 ünvanında yerləşən avtomobil salonundan özlərinin və ayrı-ayrı şəxslərin adlarına borc müqavilələri bağlayaraq xx xxxxx 2012-ci il tarixdə 75 84 manat dəyərində “Nissan Versa” markalı ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx.xx.2012-ci il tarixdə 6400 manat dəyərində “Mercedes 230” markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx.xx.2012-ci il tarixdə 7584 manat dəyərində “Mercedes 320” markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx xxxx 2012-ci il tarixdə 4640 manat dəyərində “Opel Astra” markalı ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx.xx.2012-ci il tarixdə 8000 manat dəyərində “Audi A6” markalı ** LX *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx xxxx 2012-ci il tarixdə 8000 manat dəyərində “Hyundai Elantra” markalı ** VF *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx xxxx 2012-ci il tarixdə 8000 manat dəyərində “BMV 320” markalı ** DH *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx.xx.2012- ci il tarixdə 8000 manat dəyərində “Hyundai SantaFe” markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx.xx.2012-ci il tarixdə 8000 manat dəyərində “BMV 528” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx.xx.2012-ci il tarixdə 8000 manat dəyərində “Mercedes 230” markalı ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx.xx.2012-ci il tarixdə 8000 manat dəyərində “Hyundai Tucson” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx xxxx 7012-ci il tarixdə 7200 manat dəyərində “Volsvagen Passat” markalı ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx xxxx 2012-ci il tarixdə 8000 manat dəyərində “Mercedes 230” markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx.xx.2012-ci il tarixdə 8000 manat dəyərində “Mercedes 240” markalı ** RA *** dövlət qeydiyyat nişan lı avtomobilin, xx xxxx 2012-ci il tarixdə 8000 manat dəyərində “Mercedes 230” markalı ** GH *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx.xx.2012-ci il tarixdə 8000 manat dəyərində “Mazda CX” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx xxxx 2012-ci il tarixdə 8000 manat dəyərində “Hyundai Sonata” markalı ** RB *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx.xx.2012-ci il tarixdə 8000 manat dəyərində “Lexus GS 300” markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx.xx.2012-ci il tarixdə 8000 manat dəyərində “Mercedes 220” markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx.xx.2012-ci il tarixdə 8000 manat dəyərində “Mercedes 230” markalı ** RD *** dövlət qeydıyyat nişanlı avtomobilin, xx xxxxxx 2012-ci il tarixdə 8000 manat dəyərində “Opel Zafira” markalı 90RE 127 dövlət qeydiyyat nişanlı avtomobilin, xx xxxxxx 2012-ci il tarixdə 8000 manat dəyərində “Mercedes ML” markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx xxxxxx 2012-ci il tarixdə 8000 manat dəyərində “Mercedes ML” markalı ** RF *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx xxxxxx 2012-ci il tarixdə 5600 manat dəyərində “Mercedes E 230” markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx xxxxxx 2012-ci il tarixdə 8000 manat dəyərində “Mercedes C 220” markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx xxxxxx 2012ci il tarixdə 8000 manat dəyərində “Hundai Sonata” markalı ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx xxxxxxxx 2012-ci il tarixdə 8000 manat dəyərində “Mercedes 280” markalı ** TM *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx xxxxxxxx 2012-ci il tarixdə 5600 manat dəyərində “Hundai Sonata” markalı ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx.xx.2012-ci il tarixdə 5600 manat dəyərində “Mercedes E 220” markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx.xx.2012-ci il tarixdə 5600 manat dəyərində “Mercedes C 230” markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx.xx.2012-ci il tarixdə 4800 manat dəyərində “Mercedes 290” markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx xxxxxxxx 2012-ci il tarixdə 5600 manat dəyərində “Mercedes C 240” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx.xx.2012-ci il tarixdə 4800 manat dəyərində “Mercedes C 240” markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx.xx.2012-ci il tarixdə 5600 manat dəyərində “Mercedes C 240” markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx.xx.2012-ci tarixdə 4500 manat dəyərində “Hundai Accent” markalı ** CG *** dövtət qeydıyyat nişanlı avtomobilin, xx.xx.2012-ci il tarixdə 6400 manat dəyərində “Mercedes E 320” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx.xx.2012-ci tarixdə 5600 manat dəyərində “Mercedes 160” markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx.xx.2012-ci il tarixdə 5200 manat dəyərində “Hundai Sonata” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx xxxxxxx 2012-ci tarixdə 5600 manat dəyərində “Nissan Tida” markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx xxxxxxx 2012-ci il tarixdə 5600 manat dəyərində “Nissan Sunny” markalı ** RD *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx.xx.2012-ci il tarixdə 5600 manat dəyərində “Mercedes C 280” markalı ** LC *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx.xx.2012-ci il tarixdə 4500 manat dəyərində “Mercedes C 240” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx.xx.2012-ci il tarixdə 5600 manat dəyərində “Mercedes C 240” markalı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilin, xx.xx.2012-ci il tarixdə 5600 manat dəyərində “Mercedes C 240” markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilin ümumilikdə 291 608 manat təşkil edən ödənişini 15 ay ərzində hər ay hissə-hissə ödəyəcəyini yalandan vəd edib aldadaraq, həmin avtomobilləri yalnız idarə etmək hüququ verən və səlahiyyətlərin başqa şəxsə verilə bilmədiyi etibarnamələrlə əldə etdikdən sonra 2012-ci ilin aprelin 20-dən 2012-ci ilin noyabrın 23-dək olan müddət ərzində hüquq verən rəsmi sənəd hesab edilən saxta qeydiyyat şəhadətnamələri və etibarnamələr hazırlayıb bilə-bilə istifadə etməklə həmin saxta sənədlər əsasında avtomobilləri başqa şəxslərə satıb əldə etdikləri pulları ələ keçirmiş, kredit borcuna görə ayrı-ayrı vaxtlarda avtosalona ümumilikdə 17.794 manat ödəyib qalan pulları ödəməyərək zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 273 814 manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin mülki hüquq pozuntuları üçün məsuliyyətin əsaslarını müəyyən edən 1097-ci maddəsinin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Apellyasiya məhkəməsi işin qeyd edilən faktiki halları ilə bağlı məhkəmə aktlarının mövcudluğunu nəzərə alaraq hesab etmişdir ki, bu xüsusatlar üzrə əlavə araşdırma a parmağa zərurət yoxdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü və hazırki kassasiya şikayətinin dəlilləri ilə məzmunca eynilik təşkil edən dəlillərinə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmiş və müəyyən edilmişdir ki, cinayət işinə baxan məhkəmələrin qanuni qüvvədə olan qərarları ilə cavabdehin müvafiq cinayət əməllərini digər şəxslərlə birgə törətdiyi müəyyən olunsa da, cinayət nəticəsində əldə edilən pul vəsaitlərini məhz onun ələ keçirdiyi və iddiaçıya ziyanı məhz onun vurduğu təsbit edilmişdir. Həmçinin, digər cavabdehlərin təqsirli olub-olmadıqları, iddiaçıya vurulan ziyandan məsuliyyət daşıyıb-daşımadıqları barələrində müvafiq hökm (qərar) çıxarıldıqdan sonra müəyyənləşdirilə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üz rə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar