Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2683/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARI Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü şərtlərinin araşdırılmamasının hüquqi nəticəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinin, vərəsəlik şəhadətnaməsi əsasında veril miş çıxarışların etibarsız hesab edilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüququna maneənin aradan qaldırılması və miras qalmış torpaq sahəsi və fərdi yaşayış evi üzərində payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)365/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdit. İşin halları
1. Göygöl rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2001-ci il tarixli, 17 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi Xanlar (indiki Göygöl) rayonu Quşqara kənd sakini X2, İddiaçı1, İddiaçı4 Əbülfət qızının, İddiaçı3 Əbülfət qızının və İddiaçı2 Əbülfət oğlunun mülkiyyətinə verilmişdir.
2. X5 23 ma rt 2005-ci il tarixdə, onun əri X14 20 may 1967-ci il tarixdə vəfat etmişdir.
3. İddiaçı1 xx.xx.1980-ci ildə X7 ilə evlənmişdir. X7 xx.xx.1992-ci ildə vəfat etmişdir.
4. X1 miras qalmış əmlaklara dair Cavabdeh1 xx.xx.2007-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə miras əmlak kimi Xanlar rayonu, Quşqara kəndində 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı yaşayış evi (ümumi sahəsi 161.6 kv.m, əsas sahəsi 67.0 kv.m, köməkçi sahə 94.6 kv.m), 1 mərəbəli 1 otaqlı yaşayış evi (ümumi sahəsi 32.4 kv.m, əsas yaşayış sahəsi 32.4 kv.m, köməkçi sahə 94.6 kv.m), açıq eyvan 36.9 kv.m, açıq eyvan 37.7 kv.m, hamam 16.6 kv.m, zirzəmi 1 mərtəbəli ümumi sahəsi 82.3 kv.m-dən ibarət əmlak qeyd olunmuşdur.
5. Xanlar (Göygöl) rayonu, Quşqara kəndində mü lkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 99.4 kv.m yaşayış, 94.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınaraq (reyestr nömrəsi **********5310301, qeydiyyat nömrəsi 1********) MH seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.
6. Cavabdeh1 xx.xx.2008-ci il tarixdə bağlanmış və Göygöl rayon notariat kontorunda təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında, Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.03 ha torpaq sahəsini Cavabdeh2 50000 manata satmışdır (müqavilədə satıcının əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə reyestr nömrəsi **********53-10301, qeydiyyat nöm rəsi ********* ilə aparılmış qeydiyyata dair DƏDRX-nin Gəncə şəhəri Ərazi İdarəsinin xx.xx.2008-ci il tarixli 1534 nömrəli arayışına istinad edilmişdir).
7. Eyni zamanda Cavabdeh1 həmin tarixdə bağlanmış və Göygöl rayon notariat kontorunda təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında, Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.05 ha torpaq sahəsi ilə birlikdə “A” literində olan 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 161.6 kv.m, yaşayış sahəsi 67 kv.m, köməkçi sahəsi 94,6 kv.m-dən ibarət olab fərdi yaşayış evini 70000 manata İddiaçı1 satmışdır
8. Göygöl rayonu, Quşqara kəndində olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 32.4 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində q eydiyyata alınaraq, MH seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onlara paylı mülkiyyət hüququ üzrə məxsus olan Göygöl rayonu Quşqara kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2007-ci il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi və bu şəhadətnamə əsasında X2 adına verilmiş mülkiyyət hüququna dair qeydiyyatın, çıxarışın və Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab o lunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Göy-Göl rayonu, Quşqara kəndində yerləşən və JN-001F, Kod:50806018 nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi iddiaçıların və Şərabanı Cəfərovanın paylı mülkiyyətinə verilmişdir. Şərabanı Cəfərova vəfat etdikdən sonra Cavabdeh1 tərəfindən qanunsuz olaraq Cəfərova Şərabanıya münasibətdə hissədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alınaraq 0.12 ha torpaq sahəsinə və miras qalmış fərdi yaşayış evinə dair adına çıxarış alınmışdır. Hansı ki, həmin torpaq sahəsi iddiaçıların paylı mülkiyyətində olmuşdur. Qeyd olunan torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququ pozulmuşdur. Hazırda tərəflərindən torpaq sahəsinə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və alqı-satqı müqav ilələrini o, cümlədən Cavabdeh1 və Şərabanı Cəfərovanın adına olan çıxarışları məhkəmə qaydasında mübahisələndirirlər. Şərabanı Cəfərovadan miras qalmış torpaq sahəsi və iddiaçıların mülkiyyətində olan torpaq sahəsi iş üzrə cavabdehlər tərəfindən zəbt olunaraq torpaq sahəsində qanunsuz olaraq orada əkdikləri ağaclar kəsilməklə orada tikinti işləri aparılmışdır. Bu baxımdan torpaq sahəsindən cavabdehlər tərəfindən zəbt edilməsi və istifadə edilməsi iddiaçıların mülkiyyət hüququnu pozmuşdur. Qeyd olunan torpaq sahəsi üzərində Cavabdeh1 tərəfindən Şərabanı Cəfərovanın adına qanunsuz qeydə alınmaqla Cavabdeh2 satılmışdır. Qeyd olunan 0.12 ha torpaq sahəsi üzərində iddiaçıların paylı mülkiyyət hüquqları olmuşdur.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahat ında bildirmişdir ki, torpaq sahəsinin anasının adına olmuş, anasının sağlığında torpaqlar bölünmüş, mülk də anasına məxsus olmuşdur. Anası Ş.Cəfərovanın vərəsəsidi və bu səbəbdən də miras əmlak öz adına keçirmişdir. Torpağı öz adına keçirəndə bacılarının da razılığı olmasını, 0,12 ha torpaq sahəsinin 0.04 hektarını özünə götürməsini, Cavabdeh2 İddiaçı1 kürəkəni olmasını, həmin torpağın 0.03 hektarını Cavabdeh2 satmalarını, Cavabdeh2da öz adına olan torpağı başqa adama satmasını nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İşin məhkəmə baxışı mərhələsində İddiaçı1 tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Göygöl rayon İcra Hakimiyyəti Göygöl rayon Dövlət Arxivinin 24 yanvar 2023-cü il tarixli arxiv arayışından müəyyən olunmuşdur ki, Xanl ar rayonu, Quşqara kəndinin 1991-1995-ci illərə aid 07 nömrəli təsərrüfatbaşına kitabın 534 nömrəli şəxsi hesab vərəqində vətəndaş Cəfərova Şərabanının ailə tərkibi qızı X8, gəlini İddiaçı1, nəvəsi İddiaçı4, nəvəsi İddiaçı3, nəvəsi İddiaçı2, nəvəsi X6, nəvəsi X4r. 2001-2005-ci illərə aid 02 nömrəli təsərrüfatbaşına kitabın 103 nömrəli şəxsi hesab vərəqində mart 2005-ci ildə vəfat edən Cəfərova Şərabanının ailə tərkibi - gəlini İddiaçı1, nəvəsi İddiaçı4, nəvəsi İddiaçı3 və nəvəsi İddiaçı2dur.
13. Göygöl Rayon Məhkəməsinin 2(066)-88/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Qələmdar Abbaov) iddia tələbi təmin edilərək, paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bu şəhadətnamə əsasında X3 adına verilmiş mülkiyyət hüququna dair qeydiyyatın, çıxarışın və Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 1243.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vərərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, Maraqlı şəxs qeyd olunan 0.12 ha torpaq sahəsinin 0.03 ha hissəsini Hüseynov Cavabdeh2 1 fevral 2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında almışdır. Hazırda həmin torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Maraqlı şəxs məxsusdur. İşə baxan məhkəmə Maraqlı şəxs işə cəlb etməmiş və ümumiyyətlə onunla Cavabdeh2 arasında olan alqı-satqı müqaviləsinə heç bir əhəmiyyət verməmişdir. Maraqlı şəxs mübahisəli torpaq sahəsinin 0.03 ha hissəsinin vicdanlı sahibi olduğundan, o həmin əmlakı qanuni və etibarlı əsaslarla əldə etmişdir.
17. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-365/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ədi l Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı məhkəmə qətnaməsi Maraqlı şəxs maraqlarına toxunmadığından onun şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçılar hazırda Maraqlı şəxs adına verilmiş çıxarışı, onunla işdə cavabdeh olan Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirməmişlər.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 144.1, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55, 67.1 və 68-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Maraqlı şəxs ( Vəkil) qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi umumiyyətlə işlə bağlı heç bir araşdırma aparmadan sadəcə olaraq həmin qətnamənin onun hüquqlarına toxunmadığını bildirmişdir. İş materiallarından göründüyü kimi, onlar həmin torpaq sahəsini öz aralarında bölərək faktiki olaraq həmin yerdə yaşamışlar. İddia tələbi mübahisəli 0.12 ha torpaq sahəsinin 0,03 ha hissəsi miras kütləsinə daxil edilə bilmədiyindən həmin hissə üzrə iddia tələbi rədd olunmalı idi. Qeyd olunanlara əsasən, apellyasiya i nstansiya məhkəməsi tərəfindən qətnamə maddi və ya prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir.
22. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 140, 182, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418-ci maddələrinə istinad edilərək əsaslandıılrmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 17.1. Bütün dövlət hakim iyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əq d əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında ik i və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
2. Mülki məhkəmə icraatının vəzifələri 2.1. Mülki işlər və kommersiya m übahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Maddə
4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Maddə
5. Məhkəmədə mülki işə başl ama 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə
50. Tərəflər 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər Maddə
357. Apellyasiya şikayəti vermək hüququ 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şə xslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. 357.3. Prokurorun protesti iştirak etdiyi iş üzrə onun tərəfindən apellyasiya instansiyası məhkəməsinə verilən şikayətdir və öz hüquqi mahiyyətinə, hüquqi nəticələrinə görə apellyasiya şikayətinə bərabər tutulur. Maddə
363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayət i imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə. Maddə
364. Apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsinin hərəkətləri 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzi fələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə
366. Apellyasiyanın mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə
384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi:... 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlam aq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.
29. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunan hallarına görə Göygöl rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2001-ci il tarixli, 17 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi Xanlar (indiki Göygöl) rayonu Quşqara kənd sakini X2, İddiaçı1, İddiaçı4 Əbülfət qızının, İddiaçı3 Əbülfət qızının və İddiaçı2 Əbülfət oğlunun mülkiyyətinə verilmişdir. X5 23 mart 2005-ci il tarixdə vəfat etmiş, onun vərəsəsi Cavabdeh1 xx.xx.2007-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən Xanlar rayonu, Quşqara kəndində 0.12 ha torpaq sahəsi, üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı yaşayış evi və 1 mərəbəli 1 otaqlı yaşayış evi Cavabdeh1 mülkiyyətinə keçmişdir. Cavabdeh1 xx.xx.2008-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.03 ha torpaq sahəsini Cav abdeh2 50000 manata, 0.05 ha torpaq sahəsi ilə birlikdə “A” literində olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evini 70000 manata İddiaçı1 satmışdır. Cavabdeh2, Cavabdeh1 aldığı 0,03 ha torpaq sahəsini 1 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Maraqlı şəxs satmışdır.
30. Baxılan mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 0,12 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, bu şəhadətnamə əsasında X3 adına verilmiş mülkiyyət hüququna dair qeydiyyat, çıxarış və Cavabdeh1 adına verilmiş çıxarış ləğv edilmiş, habelə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir.
31. Məhkəmə kollegiyası ilk növbədə i ş üzrə apellyasiya icraatı üzrə prosessual hüquq normalarına, xüsusilə də apellyasiya icraatının mümkünlüyü şərtlərinə riayət olunmasını araşdırmağı zəruri sayır.
32. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
33. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
34. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləc ə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
35. Hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir.
36. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, işlərin bütün məhkəmə instansiyalarında maddi və prosessual qanunvericiliyin normalarına riayət edilməklə həll olunması mahiyyət üzrə çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və ədalətliliyinin hüquqi əsasını təşkil etməklə onların şübhə altına alınmasını istisna edir (Konstitusiya Məhkəməsi Plenumunun A.Yəhyazadənin şikayəti üzrə 16 iyul 2013-cü il tarixli Qərarı).
37. Nəzərə alınmalıdır ki, apellyasiya icraatının başlanması üçün qanunla dəqiq prosess ual əsaslar müəyyən olunmuşdur. Buna görə də apellyasiya şikayəti daxil olduqda, şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş prosessual əsasların olması müəyyən edilməlidir.
38. Bununla bağlı ilk növbədə qeyd olunnmalıdır ki, mülki proses ümumi yurisdiksiyalı məhkəmələrdə həyata keçirilən, şəxslərin hüquqlarının qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiəsinə yönəlmiş hərəkətlərin məcmusudur. Mülki məhkəmə icraatında mülki prosesin hər bir iştirakçısının prosessual hərəkəti onun prosessual hüquq və vəzifələrinin həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirilir.
39. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəy yən edir (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti ilə əlaqədar 2012-ci il 27 avqust tarixli Qərarı).
40. Yuxarıda qeyd olunan MPM-nin mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən 2-ci maddəsi və 4.1-ci maddələrinin təhlilindən göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur.
41. Mülki Prosessual Məcəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. Mülki prosessual qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması, hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir.
42. Mülki prosesdə tətbiq olunan məhdudlaşdırıcı tədbirlərdən biri də, birinci instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir.
43. MPM-nin 357.1-ci maddəsinə əsasən, bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin fərqli qaydalarını müəyyən etmişdir.
44. İşdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (K.Marayevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərar).
45. İşdə iştirak etməyə cəlb olunmayan şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onun iştirakı olmadan məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Bu baxımdan, işə cəlb edilməyən şəxsin prosessual fəaliyyəti onun iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət etməlidir.
46. Hər bir halda işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır.
47. Bununla yanaşı birinci instansiya məhkəməsi həmin dəlilləri yoxlamalı, çıxarılmış qətnamənin həqiqətən də onun qanunla qorunan hüquq və mənafelərinə toxunub toxunmadığını təsbit etməli, müsbət cavab alındığı halda apellyasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə əməl olunmasını da arşdırıb müvafiq qərardad çıxarmalıdır. Nəzərə alınmalıdır ki, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir.
48. Bu baxımdan baxılan iş üzrə Maraqlı şəxs işə cəlb olunmadığı halda çıxarılmış qətnamənin onun hüquqlarına toxunduğu birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmalı idi.
49. Lakin birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs apellyasiya şikayətinin MPM-nin tələblərinə uyğun hesab etməsinə baxmayaraq, həmin qərardadda çıxarılmış qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxumasını ümumiyyətlə araşdırmamışdır.
50. Nəzərə alınmalıdır ki, işə cəlb olunmamış şəxsin apellyasiya şikayətinin icraata qəbul olunmasının mümkünlüyünün araşdırılması təkcə birinci instansiya məhkəməsinə aid deyildir. belə ki, Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
51. Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsində nəzərdə tutulan apellyasiyanın mümkünlüyü üçün əsaslar dedikdə, apellyasiya şikayətinin MPM-nin 357-ci maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, apellyasiya şikayətinin MPM-nin 360-cı maddəsində müəyyən olunmuş müddətlərdə verilməsi, apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsində nəzərdə tutulmuş forma və məzmun tələblərinə uyğun olması, eyni zamanda MPM-nin 363.1-ci maddəsində müəyyən olunan halların mövcud olmaması başa düşülür.
52. Qeyd olunmalıdır ki, MPM-in 361, 363 və 366-cı maddələrində apellyasiya şikayətinə dair müəyyən edilmiş şərtlər (irəli sürülmüş tələbin və şikayətin hüquqi əsaslarına dair şərtlərlə yanaşı) həmin şikayətin müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən verilib-verilməməsinin araşdırılmasına yönəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin MPM-nin 357.2-ci maddəsinə istinadla apellyasiya şikayətinin icraata qəbul olunması barədə qərardadı, MPM-nin 366-cı maddəsinə əsasən apellyasiyanın mümkünlüyü nü yoxlayan apellyasiya instansiyası məhkəməsi üçün məcburu qüvvəyə malik deyildir. Birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs apellyasiya şikayətinin MPM-nin tələblərinə uyğun hesab etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi, çıxarılmış qətnamənin onun qanunla qorunan mənafelərin toxunmasını araşdırmalı idi.
53. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini müddətlərlə bağlı mümkünlük şərtlərin i araşdırmadan və 15 il sonra verilməsinə baxmayaraq mümkünlüyünü əsaslandırmadan icraata qəbul etdiyinə görə qətnamə ləğv edilməli, apellyasiya şikayətinin mümkünlüyü məsələsinin həlli üşün çöndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
54. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-365/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş apellyasiya şikayətinin mükünlüyü məsələsinin həlli üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul