Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2684/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh1 Rəhan oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı; iddiaçı Bərdə rayon Qəhrəmanlı Bələdiyyəsinin cavabdeh İddiaçı2 qarşı tələblərinə dair (X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) iş üzrə QƏRARİ iş № 2(102)-2684/2024 Açar sözlər: qeyri-qanuni hərəkətlərə son qoyulması, qanunsuz tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-63/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “Torpağın Mülkiyyətə verilməsinə dair” JN-052A KOD 61003038 nömrəli Şəhadətnamənin surətinə əsasən Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 nömrəli qərarı ilə Bərdə rayon Qəhrəmanlı kənd sakini İddiaçı2 mülkiyyətinə 0.26 ha torpaq sahəsi verilmişdir. 2. “Torpağın Mülkiyyətə verilməsinə dair” JN-059A KOD 61003038 nömrəli Şəhadətnamənin surətinə əsasən Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 nömrəli qərarı ilə Bərdə rayon Qəhrəmanlı kənd sakinləri X9, X3 və X10 mülkiyyətinə 0.20 ha torpaq sahəsi verilmiş dir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı2 məhkəməyə müraciət edərək, Bərdə rayon Qəhrəmanlı kəndidə yerləşən həyətyanı torpaq sahəsində tövlənin tikilməsinə maneçilik törədən cavabdehlər Cavabdeh4 Məşdi oğlunun, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hərəkətlərinə qadağa qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehlər İddiaçı1, Cavabdeh1 və Orucova X5 Qiymət Əli qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 qonşuluq huququnun pozmasına, qeyriqanuni hərəkətlərinə son qoyulmasına və qanunsuz tikililərin sökülməklə zəbt edilmiş kəndarası yolun açılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bərdə Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qərardadı ilə hər iki mülki iş birbiri ilə əl aqəli tələblər olduğundan bir icraatda birləşdirilmişdir.
6. Bərdə rayon Qəhrəmanlı Bələdiyyəsinin sədri X12 mülki iş üzrə ilk iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə ərizə təqdim edərək, iddiaçıları əsl iddiaçı əvəz etməklə onun əsl iddiaçı kimi işə cəlb olunması, İddiaçı2 qonşuluq hüququnu pozmasına, qeyriqanuni hərəkətlərinə son qoyulmasına və qanunsuz tikililərin sökülməklə zəbt edilmiş kəndarası yolun açılmasına dair məhkəmə aktı çıxarılmasını xahiş etmişdir.
7. Daha sonra Qəhrəmanlı Bələdiyyəsinin sədri X12 iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək İddiaçı2 qeyri-qanuni hərəkətliinə son qoyulmasına və qanunsuz tikililərin sökülməklə zəbt edilmiş kəndarası yolun açılmasına dair məhkəmə qətnaməsi qəbul olunmasını xahiş etmişdir. 8. “X6”nin 3 fevral 2021-ci il ta rixli 38 nömrəli Ekspert Rəyinin nəticə hissəsinə əsasən hüquqüməyyənedici sənədlər əsasında ərazinin ümumi xəritəsində (islahat xəritə məlumatı) aparılmış tədqiqat nəticəsində İddiaçı2 tərəfindən tikilmiş tövlə tikilisinin ona məxsus JN-052A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında qeydiyyata alınmış Bərdə rayon Qəhrəmanlı kəndində yerləşən 0.26 ha torpaq sahəsinə aid planşetdə əks olunan 239 BB kod nömərli 0.26 ha torpaq sahəsindən əlavə faktiki istifadə olunan 0.09 ha torpaq sahəsinin sərhədləri daxilində olması müəyyənləşdirilmişdir.
9. Bərdə Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(021)-120/2021 nömrəli qətnaməsi ilə İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və X4 qarşı “qanunsuz hərəkətlərinə qadağan qoyulması” tələbinə dair iddiası təmin edilməmiş, iddiaçı Bərdə rayon Qəhrəmanlı Bələdiyyəsinin sədri X7 cavabdeh İddiaçı2 qarşı “qeyri-qanuni hərəkətliinə son qoyulmasına və qanunsuz tikililərin sökülməklə zəbt edilmiş kəndarası yolun açılması” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı2 qeyri-qanuni hərəkətlərinə son qoyulması və qanunsuz tikilinin (tövlə) sökülməklə zəbt edilmiş kəndarası yolun açılması, Azərbaycan Respublikası “X6” MMC-nin 300 manat ekspertiza xərcinin cavabdeh İddiaçı2 alınaraq, “X6” MMC-nin hesabına köçürülməsi qət edilmişdir (hakim Q.Əbilov)
10. Məhkəmə iş üzrə mütəxəsis və ekspert rəyini əsas götürərək hesab etmişdir ki, Bərdə rayon Qəhrəmanlı Bələdiyyəsinin sədri X8 iddia təmin edilməli,İddiaçı2 iddia tələbi isə rədd olunmalıdır.
11. Ekspert rəyində qeyd olunmuşdur ki, hüquqüəyyənedici sənədlər əs asında ərazinin ümumi xəritəsində (islahat xəritə məlumatı) aparılmış tədqiqat nəticəsində İddiaçı2 tərəfindən tikilmiş tövlə tikilisinin ona məxsus JN-052A saylı “Torpağın mülkiyyətə verilməinə dair” şəhadətnamə əsasında qeydiyyata alınmış Bərdə rayon Qəhrəmanlı kəndində yerləşən 0.26 ha torpaq sahəsinə aid planşetdə əks olunan 239 BB kod nömərli 0.26 ha torpaq sahəsindən faktiki istifadə olunan 0.09 ha torpaq sahəsinin sərhədləri daxilində olması müəyyənləşdirilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 152.1, 157.2-ci, Torpaq Məcəlləsinin 84, 111-ci, Mülki Prossesual Məcəlləsinin 14.1, 76, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddiasının təmin olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə əsassız və qanunsuzdur. Belə ki, qeyd edilən tikililər 1978-ci ilin tikililəridir və onlar mərhum valideynlərinin tikdiyi binalardır. Hesab etmişdir ki, iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilməli və sözügedən tikililərin hansı tarixdə tikilməsi müəyyən edilməlidir.
15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3 avqust 2023-cü il tarixli 10/5135 nömrəli rəyinə əsasən inşa edilmiş mübahisəli tövlə tikilisinin yerləşdiyi torpaq sahəsinin Bərdə rayon Qəhrəmanlı kənd sakini İddiaçı2 mülkiyyətinə verilmiş 0.26 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyi, mübahisələndirilən tövlə tikilisinin yerləşdiyi 85.6 kv.m torpaq sahəsinin 8.3 kv.m hissəsinin X2 mülkiyyətinə aid olması, qalan 77.3 kv.m hissəsinin isə bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən edilmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 noyabr 2023-cü il, 2(104)63/2023 nömrəli qətnaməsi ilə İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(021)-120/2021 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, Bərdə rayon Qəhrəmanlı bələdiyyəsinin İddiaçı2 qarşı irəli sürdüyü iddia tələbi qismən təmin edilmiş, İddiaçı2 tərəfindən inşa edilən tikilinin bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinin üzərində yerləşən 77.3 kv.m hissəsi sökülməli, kəndarası yol açılmiş, həmin iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və X4 qarşı “qanunsuz hərəkətlərinə qadağan qoyulması” tələbinə dair iddianınn təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılmışdır (hakim Ə.İ.Məmmədov - sədrlik edən və məruzəçi, R.Ş.Muradov və F.Ə.Mehtiyev).
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qismən əsaslıdır.
18. Apellyatorun şikayətinin dəlilinə qiymət verilməsi məqsədilə məhkəmə kollegiyasının 9 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə N azirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməyə daxil olan 3 avqust 2023-cü il tarixli 10/5135 nömrəli rəyinə əsasən inşa edilmiş mübahisəli tövlə tikilisinin yerləşdiyi torpaq sahəsinin Bərdə rayon Qəhrəmanlı kənd sakini İddiaçı2 mülkiyyətinə verilmiş 0.26 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyi, mübahisələndirilən tövlə tikilisinin yerləşdiyi 85.6 kv.m torpaq sahəsinin 8.3 kv.m hissəsinin X2 mülkiyyətinə aid olması, qalan 77.3 kv.m hissəsinin isə bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. Kollegiya hesab etmişdir ki, həmin rəyin işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur.
19. Beləliklə, məhkəmə hesab etmişdir ki, mübahisəli tikili iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşmir. Bununla belə tövlənin 77.3 kv.m hissəsinin bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinin üzərində yerləşməsi işin faktiki halı kimi öz təsdiqini tapmışdır. Tikilinin qalan 8.3 kv.m hissəsinin isə X2 mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası tərəfindən X11 üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edilmiş, ancaq X11 məhkəməyə gəlməmiş, İddiaçı2 tərəfindən inşa edilən tikilinin onun mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşən hissədə sökülməsini tələb etməmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 152.1, 157.2-ci, Torpaq Məcəlləsinin 84, 111-ci, Mülki Prossesual Məcəlləsinin 14.1, 76, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarş ı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı2 kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
22. Kassasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilməli və sözügedən tikililərin hansı tarixdə tikilməsi müəyyən edilməlidir. Apellyasiya baxışı zamanı, bildirdiklərinin doğru olmasını müəyyən etmək üçün yerli baxışa gəlmələrini xahiş etsə də, buna ehtiyac görmədilər. Sadalananlara əsasən xahişi ondan ibarətdir ki, iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilsin.
23. İddiaçı kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndi, 29-cu maddələri, «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquqlarının və X1 haqqmda» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsi, «İnsan hüquqları haqqmda» BMT-nin Ümumi Bəyannaməsinin 18-ci maddəsi, «Mahmudov Rusiyayaqarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 6 mart 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarına, Azərbaycan R espublikası Ali Məhkəməsinin 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına, Mülki Prossesual Məcəlləsinin 106, 218.3, 88, 416, 417.0.3, 418.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Cavabdehlər kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin əsassız olduğu üçün təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya baxışının hədləri:
25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorun an hüququdur.
28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
29. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
30. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğul ar müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edi lmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, İddiaçı2 tələbinin əsasında duran halları sübuta yetirə bilməmiş, əksinə Bərdə rayon Qəhrəmanlı Bələdiyyəsinin iddiasının qismən əsaslı olması ixtisaslı şəxslərin rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3 avqust 2023-cü il tarixli rəyi ilə inşa edilmiş mübahisəli tövlə tikilisinin yerləşdiyi torpaq sahəsinin İddiaçı2 mülkiyyətinə verilmiş 0.26 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmədi yi, mübahisələndirilən tövlə tikilisinin yerləşdiyi 85.6 kv.m torpaq sahəsinin 77.3 kv.m hissəsinin adı çəkilən bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən edilmişdir.
39. Məhkəmə həmin rəyi işin hallarının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edərək bələdiyyənin iddiasını göstərilən həcmdə təmin etmişdir.
40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və İddiaçı2 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
41. Qanuna əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmə dən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (§ 28,30).
42. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araş dırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara ald ı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-63/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.