Məhkəmə qərarları › İş №2(102)-2685/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2685/2020

05.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2685/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili x1 iştirakı ilə, İddiaçı Cavabdeh x2rşı “əmanətin və ona hesablanan faizlərin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçıtərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsini n 03 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-5684/18) İddiaçı Cavabdeh x2rşı “əmanətin və ona hesablanan faizlərin qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov-sədrlik edən və məruzəçi, A.İmanov və V.Sadıqov, iş № 2(103)-13131/18) iddiaçının apelyasiya şikayəti təmin edilmədən Yasamal Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 may 2019-cu il tarixli qərarı ilə (hakimlər G.Quliyev-sədrlik edən və məruzəçi, Ə.Mirzəliyev və T.Qoldman, i ş № 2(102)3682/19) iddiaçının kassasiya şikayəti təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılmışdır. İşə yenidən baxan Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli-sədrlik edən və məruzəçi, İ.Şirinov və İ.Xəlilov, iş № 2(103)-10300/19) İddiaçı apelyasiya şikayəti təmin edilmədən Yasamal Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddi açı Cavabdeh x2rşı əmanətin və ona hesablanan faizlərin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 fevral 2018-ci il tarixli müddətli əmanət hesabı müqaviləsi üzrə Cavabdeh QSC-nin Qazax filialına əmanət kimi yerləşdirdiyi 7500 manat pulun, ona hesablanan faizlərin və iddia ərizəsi verilərkən ödədiyi 30,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmış və göstərmişdir ki, apelyasiya məhkəməsi bankı n bank əmanət müqaviləsinin 5.3-cü bəndinə əsasən bank hesab müqaviləsi əsasında banka qoyulmuş vəsaitin silinməsini qanuni hesab edərək, bank hesab müqaviləsinin 5.4-cü bəndinin müstəqil bənd olduğunu və 5.3-cü bənddən asılı olmadığı qənaətinə gəlmişdir. Lakin məhkəmə zaminlik müqaviləsinin müstəqil müqavilə, bank hesab müqaviləsinin isə başqa bir müstəqil müqavilə olduğuna diqqət yetirməmiş və əsassız olaraq bank hesab müqaviləsi əsasında qoyulmuş vəsaitin zaminlik müqaviləsi ilə müəyyən edilmiş öhdəliyin təmini məqsədi ilə silinməsini qanuni hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili x3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdi. Cavabde h tərəf məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, üzrlü səbəb olmadan məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 15 oktyabr 2019-cu il tarixli qətnaməsi həmin kassasiy a şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin əsassız olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən qeyd etmişdir ki, 01 fevral 2012-ci il tarixdə Cavabdeh QSC ilə x6 arasında kredit xətti müqaviləsi bağlanmış, ona 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ilə Cavabdeh QSC arasında 25 fevral 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin iddiaçı 01 fevral 2018-ci il tarixli müddətli əmanət hesabı müqaviləsinə əsasən Cavabdeh QSC-nin “Qazax” filialına 7500 manat məbləğində pulu illik 11 % olmaqla 12 ay müddətinə depozitə qoymuşdur. x6 01 fevral 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və bank x4 borcunu həmin kredit müqaviləsi üzrə zamin olan İddiaçı Cavabdeh QSC-nin Qazax filialında qoyduğu əmanətdən çıxmışdır. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (472.1, 472.2) İşin halları ilə aşkar olaraq müəyyən olunur ki, iddiaçı zaminlik müqaviləsini imzaladığını, borclunun öhdəliyinə görə birgə məsuliyyəti öz üzərinə götürdüyünü mübahisələndirməmişdir. Mülki Məcəllənin tələbinə görə əmanətin qoyulduğu hesab üzrə bank ilə əmanətçinin münasibətlərinə bank hesabı müqaviləsi haqqında qaydalar tətbiq olunur, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin müddəalarında ayrı hal nəzərdə tutulmasın və ya bank əmanəti müqaviləsinin mahiyyətindən ayrı hal irəli gəlməsin (944.2). Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə mə hkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. (964.2) İşin digər mübahisəsiz halı ilə müəyyən edilmişdir ki, iddiaçı ilə bank arasında bağlanan 01.02.2018-ci il tarixli müddətli əmanət hesabı müqaviləsinin 5.3-cü bəndinə əsasən əmanətçinin bu müqavilə və ya istənilən öhdəlikləri üzrə banka ödəməli olduğu vəsati Bank ödəmə tarixlərindən etibarən əmanətçinin Bankdakı hesablarından birtərəfli qaydada öz xeyrinə silmək hüququna malikdir. Apelyasiya instansiya məhkəməsi göstərilən müqavilə şərtinə istinad edərək qeyd etmişdir ki, bank qanunla və müqavilə ilə ona verilmiş hüquqdan istifadə etməklə əsaslı olaraq borclunun icra edilməmiş öhdəliyini onun zaminin (iddiaçının) Bankda olan hesabındakı əmanətə yönə ltmişdir. İddiaçı iddia tələbini və kassasiya şikayətini əsaslandırmaq üçün bankla aralarında bağlanmış əmanət müqaviləsinin 5.4-cü bəndinə istinad edir. Müqavilənin həmin bəndinə əsasən əmanətçinin bankda olan istənilən hesabdakı pul vəsaiti özünün və ya üçüncü şəxslərin öhdəliklərinin icrasını təmin etmək məqsədilə girov qoyulduqda və həmin öhdəliklər vaxtında və ya lazımi qaydada icra edilmədikdə yaranmış borc məbləğində vəsaiti əmanətçinin hesabdan bank birtərəfli qaydada öz xeyrinə silmək hüququna malikdir. Apelyasiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.3 və 5.4-cü bəndləri banka əmanətçinin pul vəsaitini birtərəfli qaydada silmək hüququ verən iki müstəqil müqavilə şərtidir. Həmin bəndlər bir-biri ilə ziddiyyət təşkil etmir və b iri digərini istisna etmir. Bu baxımdan əmanət girov qoyulmadığı halda belə bank müqavilənin 5.3-cü bəndinə istinad edərək pul vəsaitini silmək hüququna malikdir. Qeyd edilməlidir ki, tərəflər arasında depozit məbləğinin hər hansı kredit müqaviləsi üzrə girov qoyulması halı müəyyən edilməmişdir. Belə olan halda iddiaçının istinad etdiyi müqavilə şərtinin tətbiqi mümkünsüzdür. İş üzrə cavabdeh haqlı olaraq müqavilənin 5.3-cü bəndinə istinad etməklə borc məbləğini iddiaçının depozit məbləğinə yönəltməkdə və həmin depozit məbləği həddində yaranmış borcu silməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq norma larını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsi n. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 15 oktyabr 2019-cu il tarixli, 2(103)-10300/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar