Məhkəmə qərarları › İş №2(102)-2688/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2688/2023

11.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2688/2023 11.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs ASC və Suraxanı rayonu icra və probasiya şöbəsi cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs ASC və Suraxanı rayonu icra və probasiya şöbəsi cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 1583/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs ASC-nin iddiası təmin edilmiş, İddiaçı və X2 birgə qaydada 93180.85 ABŞ dolları əsas borc, 9056.69 ABŞ dolları faiz borcu olmaqla, cəmi 102237.54 ABŞ dolları məbləğdə borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun Maraqlı şəxs ASC-nın xeyrinə tutması; tələbin ipoteka qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 135 saylı evin 41/42 saylı mənzilinə yönəldilməsi; həmin mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsi; mənzilin ilkin satış qiymətinin 80.000 manat müəyyən edilməsi; tutmanın mənzilə yönəldilməsi ilə bağlı həmin mənzildə qeydiyyatda olan X3, X8, X1, X9, X14, X5, X10, X11, X12, X13, X6 mənzil satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir.

2. Qətnamə icraya yönəldilmiş, Suraxanı rayonu icra şöbəsinin böyük icra məmuru nun xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmışdır. İcra məmuru ipoteka predmeti olan əmlakın hərracdan satılması üçün xx.xx.2021-ci il tarixli Cavabdeh MMC-yə (bundan sonra - hərrac təşkilatı) sifariş vermişdir.

3. Hərrac təşkilatı tərəfindən birinci hərracın keçirilməsi ipoteka predmetinin ilkin satış qiyməti 80000 manat olmaqla xx.xx.2022-ci il tarixə təyin edilmiş, Suraxanı rayon İcra və Probasiya Şöbəsinə, Maraqlı şəxs ASC-yə, ipoteka qoyana və habelə yuxarıda göstərilən qətnamə üzrə cavabdehlərə bu barədə xx.xx.2022-ci il tarixli bildiriş göndərilmiş, “525-ci qəzet”in xx.xx.2022-ci il tarixli nömrəsində elan verilmişdir.

4. Birinci hərrac baş tutmadığına görə təkrar hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə təyin edilmiş, ipoteka predmetinin satış qiymət i 15% azaldılaraq 68000 manat müəyyən edilmiş, hərrac barədə Suraxanı rayon İcra və Probasiya Şöbəsinə, Maraqlı şəxs ASC-yə, ipoteka qoyana və habelə yuxarıda göstərilən qətnamə üzrə cavabdehlərə xx.xx.2022-ci il tarixli bildiriş göndərilmiş, “525-ci qəzet”in xx.xx.2022-ci il tarixli nömrəsində elan verilmişdir.

5. Təkrar hərrac da baş tutmamış, bu barədə “525-ci qəzet”in xx.xx.2022-ci il tarixli nömrəsində elan dərc edilmişdir.

6. Həmçinin hərrac təşkilatı ipoteka saxlayana xx.xx.2022-ci il tarixli məktub göndərərək, təkrar hərracın baş tutmadığını bildirmiş, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almağı təklif etmişdir.

7. İpoteka saxlayan Maraqlı şəxs ASC ipote ka predmetini 51.000 manat qiymətə əldə etmiş, xx.xx.2022-ci il tarixdə bu barədə hərraçın yekunları barədə protokol tərtib olunmuş, habelə hərrac təşkilatı ilə Maraqlı şəxs ASC arasında ipoteka predmetinə dair müqavilə bağlanmışdır.

8. Hərracda satılmış ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 saylı mənzil üzərində Maraqlı şəxs ASC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 saylı mənzillə bağlı Cavabdeh MMC tərəfindən keçirilmiş xx.xx.2022-ci il tarixli birinci hərracın və onun əsasında sonradan keçirilmiş xx.xx.2022-ci il tarix li ikinci (təkrar) hərracın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 5 otaqlı 41/42 saylı mənzilin satılması ilə bağlı xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə keçirilmiş hərrac prosesində “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci və Mülki Məcəllənin 415.2-ci maddələrinin tələbləri pozulmuşdur. Hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elanın dərc edilməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməsi hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış həyata keçirilməlidir. Lakin Suraxanı rayon İcra Şöbəsinin sifariş məktubu xx.xx.2022-ci il tarixlidir. Cavabdeh elanı “525-ci” qəzetdə xx.xx.2022-c i il tarixdə dərc edilmiş (bildirişin mətnindən görünür), bildiriş məktubu xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, bildiriş icra şöbəsinə (həmçinin tərəflərə) xx.xx.2022-ci il tarixdə çatmış, birinci hərrac isə 30 gün deyil, 14 gün sonra - xx.xx.2022-ci il tarixdə keçirilmiş və baş tutmamışdır. Bununla da cavabdeh hərracın keçirlməsi qaydasını pozmuş, hərrac baş tutmamış, ikinci hərrac da baş tutmamışdır. Cavabdeh hər iki hərracla bağlı elanları yalnız “525-ci qəzet”də vermişdir. Lakin qanun elanın yalnız bir kütləvi informasiya vasitəsində deyil, bir neçə kütləvi informasiya vasitəsində verilməsini müəyyən edir. Cavabdehin elanı yalnız bir kütləvi informasiya vasitəsində verməsi nəticəsində hərracla bağlı daha geniş insanlar dairəsinin məlumatı olmamışdır. Nəticədə hərracın keçirlməsi qa ydaları pozulmuşdur. Bu səbəbdən keçirlmiş hərrac etibarsız hesab edilməlidir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1969/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Əfəndizadə) iddia təmin edilməmişdir.

12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hərracın keçirilməsinə dair bütün bildirişlər iddiaçının qeydiyyatda olduğu və eyni zamanda ipoteka predmeti olan əmlakın ünvanı üzrə göndərilmiş, iddiaçının özü tərəfindən deyil, lakin digər borclular tərəfindən təhvil alınmışdır. Bundan əlavə, hərrac təşkilatı “Capitals Auction" MMC tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə “525-ci qəzet”də elan yerləşdirilmişdir. Deməli, iddiaçı hərrac barədə lazımınca məlumatlandırılmışdır. Hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmamış, hərracın nət icələri haqqında protokolun etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Bildirişlərin ipoteka qoyanın deyil, iddiaçının faktiki ünvanı üzrə göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş gön dərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, bütün bildirişlər ipoteka predmeti olan əmlakın ünvanı üzrə göndərilmişdir.

13. Qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olun masına qədər məhz bu şəxsin özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətiçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil, əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçıların həmin əmlakları almaq üçün tələb olunan vəsaitə malik olmadığı müəyyən edilmişdir. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, hərracın etibarsız hesab edilməsi hüquqi nəticə etibarı ilə iddiaçıya münasibətdə hər hansı də yişikliyə səbəb olmayacaqdır. Hərracın etibarsız hesab edilməsi onun yenidən keçirilməsinə səbəb olacaqdır və belə olan vəziyyətdə yenidən təşkil edilmiş hərracda iddiaçının iştirakı yalnız formal xarakter daşıyacaqdır.

14. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317.1, 319.1, 415.2, 416.1, 416.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42.1-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1, 53.2, 53.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti i ddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və C.Musayeva) 2(103)-1583/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

18. Kollegiya bildirmişdir ki, hərrac təşkilatı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş bildirişlərin surətindən görünür ki, bütün bildirişlər iddiaçının və ipoteka qoyan şəxsin qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. İlk dəfə həmin bildirişlər xx.xx.2022-ci il tarixdə borclu Sevda Nəcəfova tərəfindən şəxsən qəbul edilmiş, təkrar göndərilmiş bildirişlər isə iddiaçının özü tərəfindən deyil, həmin ünvanda İlhamə Pirverdiyeva adlı şəxs tərəfindən təhvil alınmışdır. Bundan başqa, hərrac təşkilatı “Capitals Auction" MMC tərəfindən hərracın keçirilməsinin vaxtı və yeri barədə “525-ci qəzet” qəzetində elanlar yerləşdirilmişdir.

19. Kollegiya qeyd etmişdir ki, iddiaçı qeyd edilən bildirişlərin onun tərəfindən alınmadığına istinad edərək onun hüquqularının pozulduğunu bildirmişdir. Lakin göründüyü kimi, hər iki hərracın keçirilməsi ilə bağlı bildirişlər hərrac təşkilatı tərəfindən iddiaçının ünvanına qanunla nəzərdə tutulmuş qaydada göndərilmişdir. Bildirişin həmin ünvanda olan digər şəxs tərəfindən alınması hərracın qanunvericiliyin tələblərinin pozulması ilə keçirildiyini deməyə əsas vermir.

20. Kollegiya daha sonra bildirmişdir ki, hazırkı iş üzrə iddiaçı ipoteka qoyan olmadığından, cavabdeh hərrac təşkilatının ona hərracla bağlı bild iriş göndərmək vəzifəsi daşımamışdır. Beləliklə, hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmamışdır.

21. Bundan başqa, iddiaçı hərracın keçirilməsi barədə elanların qanunvericiliklə müəyyən edilmiş müddətlərin pozulması ilə verildiyinə istinad etmişdir. Kollegiya bu dəlili də əsasssız hesab etmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hazırkı işin materiallarından görünür ki, hərracın keçirilməsi barədə elan hərrac təşkilatı tərəfindən “525-ci qəzet” qəzetində həm ilkin, həm də təkrar hərracın keçirilməsinə 20 gün qalmış elan dərc edilmişdir. Belə ki, 14 mart 2022-ci il tarixli təkrar hərracla bağlı elan qəzetin 22 fevral 2022-ci il tarixli buraxılışında, 04 aprel 2022-ci il tarixli təkrar hərracla bağlı elan isə 15 mart 2022-ci il tarixli buraxılışında dərc edilmişdir.

22. Hərracla bağlı elanların yalnız bir qəzetdə verilməsinə dair iddiaçının dəlilini də kollegiya əsassız hesab etmişdir. Belə ki, bununla bağlı qanunvericlikdə hər hansı tələb müəyyən edilməmişdir.

23. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası MPM-nin 135.3, “İpoteka haqqında” AR Qanununun 42.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılm asını xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayətində olan eyni dəlillərlə əsaslandırılmış, şikayətin hüquqi əsası kimi apellyasiya şikayətində qeyd olunan normalara istinad edilmişdir. b) Kassasiya şikayətinə etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

34. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunu

35. Maddə 42.1 Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayar aq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

36. Maddə 42.2 hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır.Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytar ılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir.Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir.

37. Maddə 43.1 Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir; 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə;43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ö dəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

38. Maddə 44 Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kim i qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş mübahisəsiz halları bu qərarın 1-8-ci paraqraflarında göstərilib.

43. İddiaçı hərrac tə şkilatı tərəfindən ipoteka predmeti olan mənzilin satılmaı üçün hərracın keçirilməsi qaydaları pozulmaqla satıldığına görə hərracın nəticələrinin etibarsız sayılmasını tələb edir.

44. Bu iddia tələbinin maddi hüquqi əsası kimi “İpoteka haqqında” Qanunun 44-cü maddəsi çıxış edir. Həmin normada deyilir ki, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

45. Mülki Məcəllənin 416-cı maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

46. Göründüyü kimi ipoteka predmeti olan əml akın satılması üzrə hərracın etibarsız sayılması üçün zəruri olan dispozisiya şərti – hərracın “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələrində müəyyən olunmuş qaydaların pozulması ilə keçirilməsidir.

47. İşə baxmış məhkəmələr də iddia tələbini bu əsaslarla yoxlamış və müəyyən etmişdir ki, iddiaçının bəhs etdiyi hallar “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olan hal deyildir.

48. Çünki “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsində hərracın təşkilatçısının hərracın keçirilməsinə dair ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməsi vəzifəsi müəyyən edilmişdir. Ümumiyyətlə qanun hərrac zamanı ipoteka qoyanla ipoteka saxlayanın, habelə hərracda iştirak edən şəxsləri n mənafeləri baxımından hərrac qaydalarını müəyyən edir. Lakin iddiaçı ipoteka qoyan və ya ipoteka saxlayan şəxs deyildir. İddiaçı bu münasibətlərdə borcalan olmuşdur və əmlakın alınması üçün də iddialı olmamışdır. İddiaçının hərracda iştirak etməklə bağlı real qanuni (hüquqi) marağı müəyyən edilməmişdir.

49. Məhz buna görə də qanunverici, hərrac təşkilatı üçün ipoteka predmeti olan əmlakın satılması zamanı hərracın keçirilməsinin vaxtı və yeri barədə ipoteka qoyan və ipoteka saxlayandan əlavə şəxslərə bildiriş göndərilməsi vəzifəsini müəyyən etməmişdir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

51. Nəzərə alınmalıdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfi ndən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

52. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüquq u.

53. Bu baxımdan işin halları araşdırıldıqda müəyyən edilir ki, iddianın təmin olunması üçün iddiaçının subyektiv hüququ yoxdur.

54. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə dəyişdirilmədən saxlanan birinci instansiya məhkəməsinin mövqeyi də iş üzrə iddiaçı ipoteka qoyan olmadığından hərracın nəticələrinin etibarsız sayılmasında hüquqi marağın olmaması ilə bağlıdır (bu qərarın 13-cü paraqrafı).

55. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hü quq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Qərar qəbul edildiyi andan qüvvəyə minir. 2(103)-1583/2023 saylı,

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar