Məhkəmə qərarları › İş №2(102)-269/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-269/2021

15.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-269/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-269/21 (Açar sözlər: mənzildən çıxarılma, avtomobilin qaytarılması) Bakı şəhəri, 15 fevral 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma, avtomobilin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)2644/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 65, mənzil 51 İddiaçı mülkiyyətindədir.

2. Həmçinin "Lexus CS430" markalı **-LH-*** aöviət qeydiyyat nişanlı nəqliyyat vasitəsi də iddiaçının mülkiyyətindədir.

3. Cavabdeh nəvələri – xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 qəyyum təyin edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsindəki 65 saylı evin 51-ci mənzilindən ç ıxarılması, mənzil üzərində mülkiyyət (sahiblik, istifadə və sərəncam) hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş edib.

5. İddiaçı tələbini artırıb “Lexus CS430” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq iddiaçıya geri qaytarılması, avtomobil üzərində mülkiyyət (sahiblik, istifadə və sərəncam) hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş edib.

6. İddia tələbi onunla əsaslandırılıb ki, Bakı şəhəri, Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsindəki 65 saylı evin 51-ci mənzili 2013-cü ildən tam payda mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur.

7. İddiaçının arvadı X3 xx.xx.2018-ci il tarixdə yaşadıqları bu mənzildən yıxılaraq vəfat etmişdir. İddiaçı həmin ölüm işində təqsirləndirilir.

8. Hazırda mənzil iddiaçının icazəsi olmadığı halda cavabdehin faktiki sahiblik və istifadəsindədir. Cavabdeh özünü mənzilin əsl sahibi kimi apararaq, iddiaçının iradəsi olmadığı halda mənzilindən istifadə edir, iddiaçının etibar etdiyi yaxın qohumlarının, o cümlədən etibarnamə üzrə nümayəndəsi olan anasının mənzilinə daxil olmasına, mənzili onun adından idarə etməsinə imkan vermir.

9. İddiaçı mənzili ilə yanaşı, mənzilində olan bütün əşyalarından, geyimlərindən, sənədlərindən, pulundan mülkiyyətçi kimi istifadə edə bilmir, ümumiyyətlə, həmin əşyaların mövcudluğu barədə heç bir məlumatı yoxdur.

10. Ona görə də cavabdehin qanunsuz sahibliyinə son qoyulmalı, cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən çıxarılmalı və mənzil üzərində iddiaçının mülkiyyət hüququ tam bərpa olunmalıdır.

11. Həmçinin mülkiyyət hüququ ilə iddiaçı ya məxsus “Lexus CS430” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobili cavabdeh iddiaçının razılığı olmadan başqa yerə aparmışdır. Həmin avtomobil də cavabdehin qanunsuz sahibliyindədir.

12. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi iddia tələbinə etiraz edərək, göstərib ki, cavabdeh iddiaçının azyaşlı uşaqlarına qəyyum təyin edilib, cavabdeh hazırda həmin uşaqlara baxır.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli 2(006)5786/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Rəşid Səmədov)

14. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, İddiaçı azyaşlı övladları xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 valideyn himayəsindən məhrum olmuşlar. Belə ki, uşaqların anaları X3 vəfat etmiş, ataları İddiaçı isə həmin ölümdə təqsirləndirilərək, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bununla əlaqədar azyaşlıların nənələri olan Cavabdeh onların üzərində qəyyum təyin edilmişdir.

15. Eyni zamanda, məhkəmə müəyyən etmişdir ki, cavabdehin qızı X3 iddiaçı ilə ailə həyatı qurarkən sözügedən mənzilə gəlin köçmüş, azyaşlı uşaqlar mübahisəli mənzildə dünyaya gəlmişlər və hazırda da orada yaşayırlar.

16. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab edib ki, azyaşlıların tərbiyə olunması, onların sağlamlığının, fiziki və psixi, mənəvi və əxlaqi inkişaflarının qeydinə qalması üçün təyin edilmiş qəyyum, yəni nənələri olan Cavabdeh azyaşlı nəvələri ilə birlikdə mübahisəli ünvanda yaşamaq hüququna malikdir və həmin mənzildən çıxarıla b ilməz.

17. Məhkəmə onu da qeyd edib ki, Cavabdeh azyaşlı uşaqların qəyyumu kimi uşaqların mənafeləri üçün mübahisə predmeti olan əmlaklardan (həm mənzildən, həm də avtomobildən) istifadə etmək hüququna malikdir.

18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 27.1, 27.2, 33.2, 33.4, Ailə Məcəlləsinin 139.0.1 139.0.4, Mənzil Məcəlləsinin 5.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

20. Apelyasiya şikayətində maddi hüquq normalarını düzgün tətbiq edilməməsinə istinad etmiş və göstərmişdir ki, cavabdehin iddiaçının uşaqlarının qəyyumu olması ona iddiaçının əmlaklarına sahiblik, istifadə və sərəncam hüquqlarını vermir. Qəyyum üçün belə bir hüquq nə (mülki, ailə) qanunvericilikdə, nə də onun qəyyum təyin olunması barədə sərəncamda nəzərdə tutulmayıb.

21. İddiaçının uşaqlarının yaşayış yeri qəyyumlarının, yəni cavabdehin yaşayış yeri ilə müəyyən olunur və artıq aylardır iddiaçının uşaqları qəyyumları olan cavabdehlə birlikdə onun evində yaşayırlar. Başqa sözlə, nə uşaqlar, nə də cavabdeh mübahisə predmeti olan mənzildə yaşamırlar və avtomobildən istifadə etmirlər.

22. İddiaçının öz əmlakından faktiki istifadə etmək imkanının olmaması onun öz əmlakı barəsində sərəncam vermək – əmlakını istədiyi şəxslərin sahiblik, istifadə və sərəncamına vermək, istəmədiyi şəxslərin isə sahiblik, istifadə və sərəncamına verməmək hüququnu heç bir halda məhdudlaşdırmır.

23. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2644/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5786/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçının şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi) Tofiq Səmədov, Xəyal Sarıyev)

24. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq hesab etmişdir ki, əvvəla, iddiaçı cavabdehin onun mülkiyyətində olan mənzildə olmasına, yaxud yaşamasına, eləcə də tələb etdiyi avtomobilin cavabdehin istifadə etməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Əksinə, apellyasiya şikayətində iddiaçı özü bəyan edib ki, “artıq aylardır iddiaçının uşaqları qəyyumları cavabdeh ilə birlikdə onun evində yaşayırlar. Başqa sözlə, nə uşaqlar, nə də cavabdeh mübahisə predmeti olan mənzildə yaşamırlar və avtomobildən istifadə etmirlər”.

25. Apellyasiya məhkəməsi hesab etmişdir ki, bu halların mövcudluğu özüözlüyündə iddianın etibarsızlığına dəlalət edir.

26. İkincisi, apelyasiya məhkəməsi qeyd edib ki, cavabdeh iddiaçının azyaşlı uşaqlarına qəyyum təyin edilib. Belə olan halda da, cavabdeh azyaşlı uşaqların maraqları və mənafeyi baxımından onlara qulluq, qayğı və.s xidmətlər göstərmək üçün iddiaçının mənzilindən yaxud avtomobilindən yeri gəldikdə, istifadə edə bilər. Bu hal heç də iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.

27. Üçüncüsü, apellyasiya məhkəməsinin mövqeyinə görə iddiaçının öz əmlakından faktiki istifadə etmək imkanının olmaması onun öz əmlakı barəsində sərəncam vermək – əmlakını istədiyi şəxslərin sahiblik, istifadə və sərəncamına vermək, istəmədiyi şəxslərin isə sahiblik, istifadə və sərəncamına verməmək hüququnu heç bir halda məhdudlaşdırmır. Lakin cavabdeh iddiaçıya məxsus əmlakdan istifadə etsə belə, bu yalnız iddiaçının azyaşlı uşaqlarının mənafeyi baxımından edilir. Bu hal isə yolveriləndir və ədalətin təmin edilməsinə xidmət edir.

28. Apellyasiya məhkəməsi iddia tələbinin faktiki əsasının tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni düzgün saymışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatlar ı a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı kassasiya şikayəti verib, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

31. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

32. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətb iq edilən hüquq Mülki Məcəllə Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 33.2. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. Maddə 33.4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Ailə Məcəlləsi Maddə 139.0.1. qəyyumluqda (himayədə) olan u şaqların qəyyumun (himayəçinin) ailəsində tərbiyə almaq, onlardan qayğı almaq, qəyyum (himayəçi) ilə birlikdə yaşamaq hüquq vardır. Maddə 139.0.4 qəyyumluqda (himayədə) olan uşaqların yaşadıqları ev (mənzil) üzərində mülkiyyət hüququnu və ya ondan istifadə etmək hüququnu saxlamaq, ev (mənzil) olmazsa, mənzil qanunvericiliyinə uyğun mənzil almaq hüququ vardır. Mənzil Məcəlləsi Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fa ktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə mə hkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktla ra istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

37. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

38. Belə ki, iddiaçı apellyasiya şikayətində nə uşaqlarının, nə də cavabdehin mübahisə predmeti olan mənzildə yaşamamalarını və avtomobildən istifadə etməmələrini bildirmişdir.

39. Apellyasiya məhkəməsi də iddiaçının bu dəlilinə istinadən müəyyən edib ki, iddiaçı cavabdehin onun mülkiyyətində olan mənzildə olmasına, yaxud yaşamasına, eləcə də tələb etdiyi avtomobilin cavabdehin istifadə etməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Əksinə, apellyasiya şikayətində iddiaçı özü nə uşaqlarının, nə də cavabdehin mübahisə predmeti olan mənzild ə yaşamamalarını və avtomobildən istifadə etməmələrini deməklə, iddianın əsassız olmasını təsdiq etmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi haqlı olraq hesab etmişdir ki, iddia tələbinin faktiki əsası onun qanunu əsaslarının dispozisiya əlamətləri ilə uzlaşmır.

41. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq düzgün nəticəyə gəlmişdir.

42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edi lməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2644/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar