Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2691/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçın Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:evin sökülməsi, evdən çıxarılma və kirayə haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-740/2023 saylı, 03 mart 2023-cü il tarixli, 2(103)-740/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 18 iyul 2016-cı il tarixdə İddiaçı MMC VÖEN nömrəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi 21 saylı evin 30 saylı mənzili üzrə qeydiyyata alınmışdır.
1. Azərbaycan Respublikası ƏMDK-nın yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı 29 dekabr 2019-cu il tarixli məktubuna əsasən, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin kəsişməsində yerləşən 4,50 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədi ilə İddiaçı MMC-nə ayrılmasına rəy bildirilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin 26 sentyabr 2019-cu il tarixli, 7-2846/7 saylı məktubuna baxılmış, qeyd olunan məsələ ilə əlaqədar Torpaq Məcəll əsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ərazidə çox sayda dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin olduğu müəyyən edilmiş, həmin obyektlərlə bağlı məsələlərin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 4,2258 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədi ilə İddiaçı MMC-yə ayrılmasına etiraz etmədiklərini bildirmişlər.
2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli, 51 saylı Sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşü nə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə, həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir.
3. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi TikintiPlanlaşdırma Mərkəzinin 19 mart 2020-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ak. H.Əliyev, Y.Çəmənzəminli, C.Məmmədquluzadə və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC-yə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 51 saylı Sərəncamı ilə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün ayrılan 4.2258 ha torpaq sahəsinin cizgisinin hazırlanması ilə bağlı İddiaçı MMC-nin xx.xx.2020 -ci il tarixli, 11 saylı məktubuna baxılmış, həmin ünvanda İddiaçı MMC-yə ayrılan 4.2258 ha torpaq sahəsinə dair hazırlanmış 20/18 saylı cizgi həmin MMCyə göndərilmişdir.
4. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 17 aprel 2020-ci il tarixli, 1576 saylı müqaviləyə əsasən icarəyəverən- Bakı şəhər İcra Hakimiyyəti ilə icarəçi İddiaçı MMC arasında Bakı şəhər İHB-nin xx.xx.2020-ci il tarixli, 51 saylı Sərəncamı və xx.xx.2020-ci il tarixli 20/18 saylı cizgiyə əsasən Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən 4.2258 m2 torpaq sahəsinə dair 49 il müddətinə torpaq icarəsi müqaviləsi bağlanmışdır.
5. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 19 saylı Sərəncamından çıxarı şa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 6 saylı qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçirəcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq aşağıda qeyd olunan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir: 1.4. Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, X5, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə, İddiaçı MMC-nin istifadəsində olan torp aq sahəsində layihələndirilən yaşayış kompleksi (Sifarişçi İddiaçı MMC; Layihəçi – Bakı Dövlət Layihə İnstitutu).
6. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi TikintiPlanlaşdırma Mərkəzinin 25 fevral 2021-ci il tarixli, 02/767 saylı məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim olunmuş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, xx/xx-2651 saylı məktubuna baxılmış, yuxarıda qeyd olunan ünvanda tikintisi nəzərdə tutulan yaşayış kompleksinə d air təqdim edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Komitənin xx.xx.2020-ci il tarixli, 19 saylı Sərəncamının 1.4-cü bəndi ilə təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına uyğun olduğu bildirilmişdir.
7. AR ƏMDK-nın yanında DƏDRX-in Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin A tikilisinin 2 otağı (yaşayış sahəsi 25,0 m2, köməkçi sahəsi 11,5 m2) Cavabdeh1 adına paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
8. Azərbaycan Respublikası DİN BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş arayışlara əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 3 ünvanda qeydiyyatdadırlar. İş üzrə qəbul edilm iş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı "xxxx" MMC (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra cavabdeh), Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və daha sonra MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ev 160 “A” saylı fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən 36,5 kv.metr və qeyri-rəsmi faktiki istifadəsində olan 102,28 m2, ümumilikdə sahəsi 138,78 m2 olan fərdi yaşayış evi üzərində mülkiyyət, sahiblik, istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi ev 160 A nömrəli fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən 36,5 m2 və qeyri-rəsmi faktiki istifadəsində olan 102,28 m2, ümumilikdə sahəsi 138,78 m2 olan fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi, iddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi ev 160 “A” saylı fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən 36,5 m2 və qeyri-rəsmi faktiki istifadəsində olan 102,28 m2, ümumilikdə sahəsi 138,78 m2 olan fərdi yaşayış evinə həmin ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında (20% əlavə edilməklə) 167 m2 yeni təmirli mənzilin cavabdehin mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək iddiaçı tərəfindən cavabdehə hər ay 600 manat kirayə haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirmişdir. Lakin cavabdehlər kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Cavabdehlə razılıq əldə etmək mümkün olmadığından yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikintisinin icrasına maneçilik yaranmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaların” 3.6-cı bəndinə əsasən döşəməaltı hissə hündürlüyündən asılı olmayaraq, həmçinin hündürlüyü 1,8 metrdən az olan mərtəbələrarası məkan və texniki çardaq yerüstü mərtəbələrin sayına daxil edilmir. Buna görə də xx.xx.2022-ci il tarixli aktda qeyd olunmuş ümumilikdə 69,35 m2 zirzəminin sahəsi faktiki olaraq döşəməaltı ərazi olduğundan nəzərə alınmalı deyil. xx.xx.2022-ci il tarixli aktda göstərilmiş 69,35 m2 zirzəminin sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ev 160 “A” saylı fərdi yaşayış evinin Texniki Pasportunda yaşayış evlərinin texniki göstərici ləri olan hissədə zirzəminin kv.metri ümumiyyətlə göstərilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestri çıxarışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 160 saylı fərdi yaşayış evi paylı mülkiyyət olmuşdur. Digər mülkiyyətçi ilə məsələ öz həllini tapmışdır. Cavabdehə məxsus olan fərdi yaşayış evi paylı mülkiyyət olduğundan digər mülkiyyətçinin fərdi yaşayış evi ilə birlikdə 0,022290 torpaq sahəsində yerləşmişdir. Cavabdehin torpaq sahəsi yalnız 36,5 m2 olan fərdi yaşayış evinin altında olan torpaq sahəsi olmuşdur. Ayrıca olaraq hər hansı bir həyətyanı sahə mövcud deyil bu fakt xx.xx.2022-ci il tarixli aktla təsdiq olunmuşdur.
11. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə yazılı etir az təqdim edərək qeyd etmişdir ki, iddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəllənin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair 2011-ci il 16 dekabr tarixli qərarına, habelə Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında Qanunun 1, 5 və 12-ci maddələrinin şərh edilməsi haqqında Plenum qərarları ilə əsaslandırmağa çalışmışdır. İddiaçının iddiası əsassız olmaqla yanaşı qanunsuz olmuşdur. Cavabdehlər uzun müddətdir ki, ünvan 4 ünvada mülkiyyət hüququ əsasında yaşamışlar. İddiaçı heç bir hüquqi əsas olmadan cavabdehlərin mülkiyyətində olan yaşayış sahəsini sökməyə cəhd etməklə mülkiyyət hüquqlarına qəsd edərək mülkiyyətlərində olan sahəyə özünün istədiyi dəyə ri kompensasiya kimi verməklə onları öz qanuni əmlaklarından məhrum etməyə çalışmışdır. xx.xx.2021-ci il tarixli Çıxarışdan da görünür ki, ünvan 4 ünvanında yerləşən 109.20-kv.m ölçüdə olan yaşayış sahəsi və onun yerləşdiyi 0.022290 ha ölçüdən ibarət torpaq sahəsi cavabdehə mülkiyyət hüququ ilə məxsus olmuşdur. İddiaçı tərəfindən cavabdehlərə mülkiyyət hüququ ilə məxsus olan sahəyə onların fikri nəzərə alınmadan həmin ərazidə yeni tikiləcək binadan iddia ərizəsində qeyd edilən ölçüdə sahənin verilməsi təklif edilmişdir ki, bununla mülkiyyətçilər razılaşa bilməz və birbaşa olaraq onların mülkiyyət hüquqlarına qəsd edilmişdir. Hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı ümumiyyətlə hər hansı subyektiv hüquqa malik olmamışdır. Belə ki, hazırki vəziyyətdə iddiaçı öz iddia ərizəsində başqal arının hüquqlarının pozulmasına istinad etsə də, hüquqlarının pozulduğunu iddia etdiyi şəxslərdən heç biri hazırki işdə tərəf kimi iştirak etməmiş, eyni zamanda iddiaçının həmin şəxslər adından çıxış etməsi ilə bağlı həmin şəxslər tərəfindən heç bir səlahiyyət verilməmişdir. Eyni zamanda iddiaçının torpağın icarəsinə dair Bakı şəhəri İcra Hakimiyyəti ilə bağlanan müqaviləsinə əsasən iddiaçı hazırki iş üzrə cavabdehlərə qarşı hər hansı tələb irəli sürə bilməz. Belə ki, torpaq sahəsi icarəyə və istifadəyə yalnız onun mülkiyyətçisi tərəfindən verilə bilər. Məhkəməyə təqdim etdikləri və yuxarıda qeyd olunan daşınmaz əmlakın dövlət reyestrinə dair çıxarışdan da göründüyü kimi daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində olmuş və o, ona məxsus sahəsini hər hansı bir şəxsə i carəyə və istifadəyə verməmişdir. İddiaçı ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi bu günə qədər dövlət reyestrindən qeydiyyatdan belə keçməmişdir. Belə olan halda iddiaçının hər hansı hüququ dövlət tərəfindən tanına və qoruna bilməz və hazırki iddia tələbi ilə iddiaçı cavabdehlərə qarşı mülkiyyət hüquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etməsi üçün ümumiyyətlə subyektiv hüquqa malik olmamışdır. İddiaçının Bakı şəhəri İcra Hakimiyyəti ilə aralarında bağlanmış torpağın icarəsinə dair müqaviləsini əsas gətirsə də, sözügedən icarə müqaviləsi hazırki iş üzrə cavabdehə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsini əhatə edə bilməz. Çünki həmin sahənin icarəyə verilməsi hüququ yalnız onun mülkiyyətçisi olan cavabdehə aid ol muşdur. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bə zən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə baxışı zamanı təqdim edilmiş, iddiaçının hüquqşünası, sahə rəisi, vəkil, fərdi yaşayış evinin mülkiyyətçisi tərəfindən 20 may 2022-ci il tarixində akt tərtib edilmişdir. Fərdi yaşayış evinin həcmi aşağıdakı kimi müəyyən edilmişdir: 1-ci mərtəbə: yataq otağı 20,52 m2; uşaq otağı 11,62 m2; qonaq otağı 13,85 m2; dəhliz 23,36 m2. 2-ci mərtəbə: mətbəx 22,69 m2; yataq otağı 23,13 m2; qonaq otağı 23,61 m2. Köməkçi sahələr: 1-ci mərtəbənin yataq otağından girişi olan zirzəmi – ümumi sahəsi 20,52 m2, ümumi hündürlüyü 1,50 metr, uşaq otağının altında yerləşən zirzəminin ümumi sahəsi 11,62 m2, hündürlüyü 1,50 metr, qonaq otağının altında yerləşən zirzəminin ümumi sahəsi 13,85 m2, hündürlüyü 1,50 metr, dəhlizin altında yerləşən zirzəminin ümumi sahəsi 23,36 m2, hündürlüyü 1,50 metr. Zirzəmilərdən yaşayış zamanı və istifadə olunan əşyaların saxlanılması məqsədi ilə istifadə edilmişdir.
13. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 14. "xxxx" MMC-nin 5 sentyabr 2022-ci il tarixli, LP-118/2022 saylı mütəxəssis rəyinə əsasən ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin cavabdehə məxsus olan hissəsinin müqayisə yanaş ması ilə hazırki orta aylıq kirayə qiyməti – 450 manat – 500 manat təşkil etmişdir.
15. Məhkəmə Ekspertizası Mərkəzinin 8 sentyabr 2022-ci il tarixli məlumatı ilə müəyyən edilmişdir ki, tədqiqat obyektinə (cavabdehə məxsus fərdi yaşayış evinə) baxış keçirilməsi üçün cavabdeh tərəfindən şərait yaradılmamış, bu səbəbdən rəyin verilməsi mümkün olmamışdır.
16. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1970/2022 saylı mülki iş üzrə 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia qismən təmin edilərək, cavabdehin ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin evdən çıxarılması, evin boşaldılması və sökülməsi, iddiaçı tərəfindən ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 167 m2 ümumi sahəsi olan təmirli yeni mənzilin cavabdehin mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, iddiaçı tərəfindən cavabdehə hər ay 600 manat kirayə haqqının ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericilikdə istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə tikinti məqsədləri üçün iddiaçıya ayrıldığından, həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında bağlanılmış m üqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini iddiaçı öz üzərinə götürdüyündən, iddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik olduğundan bu iddianı qaldırmaqda haqlı olmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan və tələb irəli sürülərkən cavabdehlərin bütün hüquqları qorunduğundan (müqavilə şərtlərinə riayət edilməklə əvəzləşdirilən sahənin həcmi, kirayə haqqı və s. bəndlər üzrə tələblərə riayət olunduğundan) iddia tələbi həmin hissədə təmin edilməlidir.
18. Məhkəmə qeyd etmişdir ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyət olmuşdur. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçisi X3 ilə şirkət arasında razılıq əldə olunmaqla, aralarında hər hansı bir mübahisə mövcud olma mışdır. Eyni zamanda, iş materiallarında olan sənədlər toplusundan, o cümlədən kifayət qədər sayda əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi, ünvan 6 ünvanda yerləşən paylı mülkiyyət olan fərdi yaşayış evinin X2 məxsus hissəsi aralarında əldə edilmiş razılıqdan sonra uçurulmuş, dağıdılmış vəziyyətdə olmaqla, yaşayış üçün tamamilə əlverişsiz olmuşdur. Fərdi yaşayış evinin paylı mülkiyyətçi X2 məxsus olmuş hissəsi uçurulmaqla, yaşayış üçün tamamilə əlverişsiz olması həmin evin digər hissəsində yaşayan cavabdehin və onun ailə üzvlərinin həyatı üçün bilavasitə təhlükə yaratmışdır.
19. Məhkəmə hesab etmişdir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin iddiaçının təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaratmışdır. Bütün bunlar onu deməyə əsas vermişdir ki, cavabdeh tərəfin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələ olmuşdur. Hansı ki, cavabdeh tərəf mənzili boşaltdıqları halda, əvvəl yaşadıqları mənzillərə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla iddiaçının üzərinə qoyulmuş vəzifə olmuş və iddiaçı da bu vəzifəsini yerinə yetirməkdən imtina etməmiş, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırki iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür.
20. Məhkəmə bu zaman xüsusi qeyd etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş müvafiq sərəncamı icra edən iddiaçı tərəfindən cavabdeh tərəfin özbaşına tikili ilə bağlı istifadə və sahiblik hüququ tanınaraq onlar tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmiş və iddiaçının belə bir niyyəti də olmamış, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilmiş, yəni, həmin mənzillərin qanuni sahələrindən 20% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəl i yaşayış evində mənzillə təmin edilməsi və iddiaçının vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətində olmuşlar. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır.
21. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf iddianı qəbul etməsə də, iddiaya olan etirazın məzmunundan aydın görünür ki, cavabdeh tərəf iddiaçı tərəfindən mülkiyyət hüququ ilə məxsus olan sahəyə onların fikri nəzərə alınmadan həmin ərazidə yeni tikiləcək b inadan iddia ərizəsində qeyd edilən ölçüdə sahənin verilməsi təklifinin birbaşa olaraq onların mülkiyyət hüquqlarına qəsd edilməsi kimi qiymətləndirməklə faktiki olaraq mövqelərinin yeni tikiləcək binadan onların istədiyi ölçüdə sahənin verilməsi olmasından ibarət olmasını açıq nümayiş etdirmişlər. Məhz bu konteksdən çıxış edərək cavabdeh tərəfin iddiaçının subyektiv hüququnun olmamasını, mülkiyyətində olan yaşayış sahəsini sökməyə cəhd etməklə mülkiyyət hüquqlarına qəsd edərək mülkiyyətlərində olan sahəyə özünün istədiyi dəyəri kompensasiya kimi verməklə iddiaçının onları öz qanuni əmlaklarından məhrum etməyə çalışmalarını, torpaq sahəsinin icarəyə və istifadəyə yalnız mülkiyyətçi kimi cavabdeh tərəfindən verilə bilməsini, iddiaçı ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında bağlanmış xx.xx. 2020-ci il tarixli icarə müqaviləsinin bu günə qədər dövlət reyestrindən qeydiyyatdan belə keçməməsi kimi əsaslarla, dəlillərlə çıxış etmələrini məhkəmə iddiaçı tərəfin onların yeni tikiləcək binadan istədikləri ölçüdə sahənin verilməsinə razı salmaları üçün hesablanmış addımlar kimi qiymətləndirmişdir.
22. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin iddiaçının ədalətli, mülkiyyət hüquqlarının qorunması baxımından etdiyi təkliflərə münasibətdə qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir. Belə ki, onlar konstitusiya ilə tanınan və qorunan mülkiyyət hüquqlarından Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamını icra edən iddiaçıya ziyan vuran şəkildə sui-istifadə etmişlər, haqsız tələblər irəli sürmüşlər. Həmçinin ərazidən köçürülmüş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərə köçmələrini gözlədikləri halda cavabdehin hüquqdan sui-istifadə etməsi həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur.
23. Məhkəmə onu da qeyd etmişdir ki, mülki işin 118-119-cu səhifələrində olan aktda yaşayış sahəsi ilə yanaşı, 69,35 m2 sahə (1-ci mərtəbənin yataq otağından girişi olan zirzəmi – ümumi sahəsi 20,52 m2, ümumi hündürlüyü 1,50 metr, uşaq otağının altında yerləşən zirzəminin ümumi sahəsi 11,62 m2, hündürlüyü 1,50 metr, qonaq otağının altında yerləşən zirzəminin ümumi sahəsi 13,85 m2, hündürlüyü 1,50 metr, dəhlizin altında yerləşən zirzəminin ümumi sahəsi 23,36 m2, hündürlüyü 1,50 metr) köməkçi sahə (zirzəmi) qismində qeyd edilmişdir. Həmin sahə yaşayış üçün yararlı olmamaqla, əşyaların saxlanmasına və s. xidmət etmişdir. Zirzəminin yaşayış üçün, deyil, təsərrüfat təyinatlı olması iş materiallarına əlavə edilmiş və mülki işin 118-119-cu səhifələrində olan aktla öz təsdiqini tapmışdır. İddiaçı tərəfin izahatlarına əsasən zirzəmiyə giriş evin döşəməsindən açılmış keçid vasitəsilə həyata keçirilmiş və orada şəxsin normal vəziyyətdə ayaq üstə durması mümkün olmamışdır. Başqa sözlə, hündürlüyü 1,50 sm olan və ayrıca giriş –çıxış qapısı, pəncərəsi olmayan zirzəmidə yaşayış əlamətlərinin olmaması və orada yaşamağın mümkünsüzlüyü qeyd edilmişdir.
24. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaların” 3.6-cı bəndinə əsasən döşəməaltı hissə hündürlüyündən asılı olmayaraq, həmçi nin hündürlüyü 1,8 metrdən az olan mərtəbələrarası məkan və texniki çardaq yerüstü mərtəbələrin sayına daxil edilmir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehlərə ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında yeni mənzil verilərkən aktda qeyd edilmiş və ümumi sahəsi 69,35 m2 olan köməkçi sahə (zirzəmi) nəzərə alına bilməz.
25. Məhkəmə əlavə olaraq onu da qeyd etmişdir ki, məhkəmə işin hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə çalışılsa da, cavabdeh tərəf bu tədbirlərin həyata keçirilməsinə zəmin yaratmamışdır. Belə ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi, ekspertin, eyni zamanda müt əxəssis rəyinin əldə edilməsi və məhkəməyə təqdim edilməsi qərara alınmışdır. Lakin məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli məlumatı ilə müəyyən edilmişdir ki, tədqiqat obyektinə (cavabdehə məxsus fərdi yaşayış evinə) baxış keçirilməsi üçün cavabdeh tərəfindən şərait yaradılmamış, bu səbəbdən rəyin verilməsi mümkün olmamışdır. Eyni zamanda, daxil olmuş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, obyektin tədqiq edilməsi ilə bağlı cavabdeh tərəflə dəfələrlə əlaqə saxlanılmış, lakin onlar tərəfindən heç bir şərait yaradılmamışdır. Bu səbəbdən də tədqiqat müqayisə yanaşması tətbiq edilməklə aparılmışdır.
26. Məhkəmə xüsusi olaraq onu da vurğulamışdır ki, məhkəmə işin düzgün həlli, o cümlədən cavabdeh tərəfin mənafey inin qorunması məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yerli baxış keçirilməklə, yerində müayinə aparılmasını təklif etsə də, cavabdeh tərəf iştirak etdiyi məhkəmə iclasında yerində müayinənin keçirilməsinə tərəflərindən şərait yaradılmayacağına və hər hansı formada köməklik göstərilməyəcəyinə dair mövqelərini bildirmişdir. Beləliklə də, cavabdeh tərəf iddia tələbinə dair öz etirazlarını müdafiə etməklə, iddia tələbini qəbul etməmiş, bununla da tərəflərin iştirakı ilə tərtib edilmiş akta əsaslanmaqla kifayətlənmiş, bunun da nəticəsi olaraq ekspertizanın keçirilməsi, habelə məhkəmənin yerində müayinə keçirilməsi üçün şərait yaratmamaqla, həmin aktda qeyd olunanlarla kifayətləndiyini nümayiş etdirmişdir.
27. Məhkəmə iddia tələbinin kirayə haqqlarının ödənilməsinin “yeni çoxmərt əbəli yaşayış binası tikilənədək ödənilməsi” ilə şərtləndirilməsi hissəsi razılaşmamışdır. Belə ki, yaşayış binasının tikilməsi geniş məhfum olmaqla, cavabdehlərin hüquqlarının pozulması ilə nəticələnə bildiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbinin həmin hissəsi “cavabdehlərin yeni mənzil ilə təmin edilənədək” formasında təmin edilməsi ədalətli olmaqla yanaşı eyni zamanda cavabdehlərin hüquqlarının qorunmasına xidmət edəcəkdir.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 6, 16, 152, 180, 560-cı maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10, 28-ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20, 4, 17-ci maddələrinə istinad edərək əsaslandı rmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsində işə baxıldığı zaman cavabdehin nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş yazılı etirazın dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, hazırkı yaşayış evi qəzalı vəziyyətdə olmuşdur. Lakin hazırkı işin faktiki hallarına Mənzil Məcəlləsinin 28-ci maddəsi deyil Şəhərsalma və Tikinti Məcəlləsinin abadlaşdırma işlərinə aid normaları tətbiq edilməli idi. Şəhərsalma və Tikinti Məcəlləsinin abadlaşdırma işlərinin aparılması məsələlərini tənzimləyən normalarının təhlili onu deməyə əsas vermişdir ki, abadlaşdırma tədbirlərinin təşkili və keçirilməsi zamanı ümumiyyətlə hər hansı şəxslərin mülkiyyət hüququna xitam verilməsi ərazidə yaşayan şəxslərin mülkiyyət hüququ ilə məxsus olan yaşayış evlərinin sökülməsi barədə norma nəzərdə tutulmamışdır. Ümumiyyətlə abadlaşdırma işlərinin aparılmasını tənzimləyən normaların hər hansı birində qəzalı vəziyyətdə olan sahələrinin hüquqi müqəddəratı ilə bağlı hər hansı qayda öz əksini tapmamışdır. Həmçinin, iş materiallarında sözügedən sahənin həqiqətən qəzalı vəziyyətdə olmasını təsdiq edən hər hansı rəy və ya digər sübutun mövcud olmadığı halda hüquqi məsələyə aid olmayan hissədə məhkəmənin bu qənaətə gəlməsi tamamilə ehtimala və şəxsi mülahizəyə əsaslanan mövqe k imi qiymətləndirilməlidir. Mülkiyyət hüququna xitam verilməsinin əsasları Mülki Məcəllənin 203 və 246-249-cu maddələrində öz əksini tapmışdır. Belə ki, mülkiyyət hüquqlarına dövlət ehtiyacları, öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya, müsadirə və s. nəzərdə tutulmuşdur. İşin hallarında məcəllədə istinad olunan mülkiyyət hüququna xitam verilməsinə dair hallar olmadığından hazırki müdaxilənin qanuniliyi və leqitimliyindən söhbət gedə bilməz.
31. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-740/2023 saylı mül ki iş üzrə 03 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov sədrlik edən, məruzəçi, Fuad Abdıyev və Xəyal Sarıyev) cavabdehin apellyasiya şikayətinin təmin edilərək, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir.
32. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli, 51 saylı sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında 17 aprel 2020-ci il tarixli torpaq icarə müqaviləsi bağlansa da, icarə hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmamışdır.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə üzrə torpaq sahəsinin mülkiyyətçisi cavabdeh olduğundan Bakı şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında 17 aprel 2020-ci il tarixli torpaq icarə müqaviləsi bu torpaq sahəsinə aid oluna bilməz. Əgər Sərəncamın 2.5-ci bəndinə əsasən icarə müqaviləsinə əsasən yaranmış icarə hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınarsa, məhz hazırkı mübahisənin predmeti olan torpaq sahəsinə münasibətdə bu hüququn qeydə alınması mümkünsüzdür, çünki artıq həmin torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququ qeydə alınmışdır.
34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə iclasında kompensasiyanın ödənilməsi imkanı da araşdırılmış, lakin iddiaçının nümayəndəsi tərəfindən binaların tikintisi başlamadığından satış həyata keçirilmədiyinə görə kompensasiya verilməsinin mümkün olmadığını bildirmişdir. Həmçinin, məhkəmə iclasında təklif olunan sahəyə müv afiq mənzilin olub-olmaması imkanı da nəzərdən keçirilmiş və tikiləcək çoxmərtəbəli yaşayış binasının 9 “A” blokunun 1-ci mərtəbəsində 165 m2 ümumi sahəsi olan 4 otaqlı təmirli yeni mənzilin cavabdehin mülkiyyətinə verilməsinin mümkün olması barədə iddiaçı tərəfindən ərizə verilmişdir.
35. Birinci instansiya məhkəməsi qətnamədə iddianın təmin olunması üçün əsaslardan biri kimi mübahisə predmeti olan evin qəzalı vəziyyətdə olmasına istinad edərək gəldiyi nəticəni bu xüsusatla bağlı normalarla, plenum qərarları ilə əsaslandırmışdır. Lakin evin həqiqətən də qəzalı vəziyyətdə olmasını təsdiq edən hər hansı rəy və ya digər sübutlar mülki iş materiallarında mövcud olmadığından məhkəmə kollegiyası bu xüsusatları əsassız hesab etmişdir.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülkiyyət hüququna xitam verilməsinin əsasları Mülki Məcəllənin müvafiq normalarında öz əksini tapsa da, hazırkı iş üzrə həmin hallardan heç biri mövcud olmamışdır.
37. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 43, 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 152, 241, 242, 706-cı maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə, habelə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6, 50.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişd ir.
39. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir.
40. Əlavə olaraq kassator qeyd etmişdir ki, Bakı şəhəri, İcra Hakimiyyətinin Başçısı tərəfindən iddiaçıya sözügedən ərazidə tikinti işlərinin üçün 51 saylı Sərəncamı 04 mart 2020-ci il tarixdə vermişdir. Cavabdeh isə fərdi yaşayış evi ilə bağlı Çıxarışı xx.xx.2021-ci tarixli almışdır. Cavabdehin Bakı şəhəri, Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi ev 160 “A” tikilisinin 102,28 m2 isə statusuna görə özbaşına tikili olmuşdur. Həmin tikilinin altında ki, torpaqda dövlətə məxsus olmuşdur. Məhkəmə isə buna əhəmiyyət verməmişdir.
41. Kassator qeyd etmişdir ki, mövcud olan sərəncam bu gün mübahisə predmeti deyildir. xx.xx.2022-ci il tarixdə iddiaçının əməkdaşlarının, cavabdehin vəkili Nümayəndə və X4 işt irakları ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ev 160 “A” saylı fərdi yaşayış evinin həcminin müəyyən edilməsi ilə bağlı akt imzalanmışdır. Həmin akta əsasən fərdi yaşayış evinin otaqları, mətbəx və dəhliz daxil olmaqla ümumilikdə sahəsi 138,78 m2, zirzəminin sahəsi isə ümumilikdə 69,35 m2 olması müəyyən edilmişdir. cavabdehə verilmiş çıxarışa əsasən ünvan 7 ünvanda olan ev 2 otaqlı y/s 25,0 m2, k/s 11,5 m2 olmaqla, ümumilikdə 36,5 m2-dir.
42. Kassator qeyd etmişdir ki, işdə olan digər cavabdehlər apellyasiya şikayəti verməmişlər bu onu göstərmişdir ki, həmin şəxslər faktiki olaraq birinci instansiya məhkəməsinin qətnaməsini qəbul etmişlər.
43. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15, 16, 180, 560-cı maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20, 4, 17-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 9, 14, 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayətinə etiraz edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması və kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
45. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
46. Maddə 29.1. Hər kəsin mülkiyyət hüququ vardır.
47. Maddə 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
48. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanun suz məhrum edilə bilməz.
49. Maddə 71.1. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
50. Maddə 71.2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Mülki Məcəllə
51. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
52. Maddə 15 2.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
53. Maddə 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər.
54. Maddə 242.2. İstifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər.
55. Maddə 706.2. Torpaqlar torpaq qanunveri ciliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Mənzil Məcəlləsi
56. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Torpa q Məcəlləsi
57. Maddə
6. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması.
58. Maddə 50.1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Mülki Prosessual Məcəllə
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli h üquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi
68. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
69. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini p ozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi iddiaçının bu dəlilləri ilə razılaşmır.
70. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, xx.xx.2021-ci il tarixli Çıxarışla təsdiq olunur ki, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.022290 ha ölçüdə torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətindədir.
68. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələblərini araşdırıb qeyd etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli, 51 saylı sərəncamı ilə sözügedən torpaq sahəsinin də daxil olduğu 4.2258 kv.m etr torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında 17 aprel 2020-ci il tarixli torpaq icarə müqaviləsi bağlansa da, icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, həmçinin cavabdehə həmin torpaq sahəsinə görə ümumiyyətlə hər hansı məbləğdə kompensasiya təklif edilməmişdir.
69. Apellyasiya instansiyası məhkəməsi sözügedən evin və evin yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasını nəzərə alıb qeyd etmişdir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi də daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alındığından, Bakı şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında 17 aprel 2020-ci il tarixli torpaq icarə müqaviləsinin bağlanması iddia tələblərinin təmin edilməsi üçün əsas ola bilməz. Əgər Sərəncamın 2.5-ci bəndinə əsasən icarə müqaviləsinə əsasən yaranmış icarə hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınarsa, məhz hazırkı mübahisənin predmeti olan torpaq sahəsinə münasibətdə bu hüququn qeydə alınması mümkünsüzdür, çünki artıq həmin torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququ qeydə alınmışdır.
70. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə iclasında kompensasiyanın ödənilməsi imkanı da araşdırılmış, lakin iddiaçının nümayəndəsi tərəfindən binaların tikintisi başlamadığından satış həyata keçirilmədiyinə görə kompensasiya verilməsinin mümkün olmadığını bildirmişdir.
71. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamədə iddianın təmin olunması üçün əsaslardan biri kimi mübahisə predmeti olan evin qəzalı vəziyyətdə olmasına isti nad edərək gəldiyi nəticəni bu xüsusatla bağlı normalarla, plenum qərarları ilə əsaslandırmışdır. Lakin, evin həqiqətən də qəzalı vəziyyətdə olmasını təsdiq edən hər hansı rəy və ya digər sübutlar mülki iş materiallarında mövcud olmadığından, bu xüsusatlar da əsaslı sayıla bilməz.
72. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülkiyyət hüququna xitam verilməsinin əsasları Mülki Məcəllənin müvafiq normalarında öz əksini tapsa da, hazırkı iş üzrə həmin hallardan heç biri mövcud olmamışdır.
73. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur və mülkiyyətə yalnız bazar qiymətlərinə uyğun ədalətli kompensasiya verilm əklə xitam verilə bilər. Bu baxımdan iddia tələblərini rədd etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
74. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 mart 2023-cü il tarixli, 2(103)-740/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi anda