Məhkəmə qərarları › İş №2(102)-2699/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2699/2020

06.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2699/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X13, iddiaçı Bakı şəhəri, İddiaçı nümayəndəsi X7, üçüncü şəxs Maraqlı şəxs qanuni təmsilçisi X9, nümayəndəsi X18, onların vəkili X14, Cavabdeh9 Sergeyevna, vəkili X23, cavabdeh X8 vəkili X19 və cavabdeh X2 nümayəndəsi X10 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)14867/2019 saylı qətnaməsindən iddiaçı Bakı şəhəri İddiaçı kasasiyaş ikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-1385/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.Ə.Səmədov) İddiaçı cavabdeh X4 və digərlərinə qarşı “yeni yaşayış binasının tikintisinə cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması, cavabdehlərin Maraqlı şəxs vəsaiti hesabına kirayə tutulmuş mənzillərə köçürülmələri, yeni tikilən binadan yaşayış sahələri ilə təmin edilənədək kirayə haqqının Maraqlı şəxs tərəfindən ödənilməsi” barədə iddiası təmin edilərək, İddiaçı başçısının xx xxxx 2017-ci il tarixli, 172 saylı Sərəncamına əsasən sökülməsi və yerində yeni binanın inşasına icazə verilmiş qəzalı vəziyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 80 saylı binanın sökülməsinə 2-ci mənzilin sahibi Marina Quliyeva, 4-cü mənzilin sahibi Cavabdeh2, 5-mənzilin sahibi Cavabdeh3, 6-cı mənzilin sahibi Bikəxanım Hüseynova, 7-ci mənzilin sahibi Cavabdeh5, 9-cu mənzilin sahibi Cavabdeh6, 10-cu mənzilin sahibi Hamid Efendiyev, 13-cü mənzilin sahibi Cavabdeh8, 15-ci mənzilin sahibi Cavabdeh9 və onlarla birgə yaşayan ailə üzvləri tərəfindən törədilən maneələrin aradan qaldırılması, Marina Quliyevanın ailə üzvləri ilə birlikdə ümumi sahəsi 92 kv.metr olan Azadlıq prospekti 81 saylı evin 109-cu mənzilinə; Cavabdeh2 ailə üzvləri ilə birlikdə ümumi sahəsi 154 kv.metr olan Tələt Şıxəliyev küçəsi 14 saylı evin 189-cu mənzilinə; Cavabdeh3 ailə üzvləri ilə birlikdə ümumi sahəsi 105 kv.metr olan Koroğlu Rəhimov küçəsi 92 saylı evin 7-ci mənzilinə; Bikəxanım Hüseynovanın ailə üzvləri ilə birlikdə ümumi s ahəsi 95 kv.metr olan C.Hacıbəyli küçəsi 24/7 saylı evin 8-ci mənzilinə; Cavabdeh5 ailə üzvləri ilə birlikdə ümumi sahəsi 75 kv.metr olan Mirəli Qaşqay küçəsi 63 “a” saylı evin 32-ci mənzilinə; Cavabdeh6 ailə üzvləri ilə birlikdə ümumi sahəsi 91 kv.metr olan Atatürk prospekti 27 saylı evin 68-ci mənzilinə; Hamid Efendiyevin ailə üzvləri ilə birlikdə ümumi sahəsi 98 kv.metr olan Şamil Əzizbəyov küçəsi 154 saylı evin 11 “b” saylı mənzilinə; Cavabdeh8 ailə üzvləri ilə birlikdə ümumi sahəsi 112 kv.metr olan Tələt Şıxəliyev küçəsi 14 saylı evin 188 saylı mənzilinə; Cavabdeh9 ailə üzvləri ilə birlikdə ümumi sahəsi 156 kv.metr olan Səməd Vurğun küçəsi 77 saylı evin 85 saylı mənzilinə Maraqlı şəxs vəsaiti hesabına köçürülmələri və Azadlıq prospekti 80 saylı ünvanda tikilən yeni binadan yaşayış mən zilləri ilə təmin edilənədək, onların kirayə haqqının Maraqlı şəxs tərəfindən ödənilməsi qət edilib. Qətnamədən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Bikəxanım Hüseynova, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9 birgə, digər cavabdehlər Marina Quliyeva, Cavabdeh8, Hamid Efendiyev və qətnamə ilə hüquq və vəzifələrinə toxunan Gülara Əfəndiyeva, Elvira Efendiyeva və Albert Novaxov isə ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)14867/2019 saylı qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) apelyasiya şikayətləri təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iddia rədd edilib. İddiaçı təşkilat qətnamədən kas asiyaşikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, İddiaçı başçısının xx xxxx 2017-ci il tarixli, 172 saylı sərəncamına əsasən sökülməsi və yerində yeni binanın inşasına icazə verilmiş qəzalı vəziyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 80 saylı binanın sökülməsinə həmin binanın 2-ci mənzilinin sahibi Marina Quliyeva, 4-cü mənzilin sahibi Cavabdeh2, 5-mənzilin sahibi Cavabdeh3, 6-cı mənzilin sahibi Bikəxanım Hüseynova, 7-ci mənzilin sahibi Cavabdeh5, 9-cu mənzilin sahibi Cavabdeh6, 10-cu mənzilin sahibi Hamid Efendiyev, 13-cü mənzilin sahibi Cavabdeh8, 15-ci mənzilin sahibi Cavabdeh9 və onlarla birgə yaşayan ailə üzvləri tərəfindən törədilən maneələrin aradan qaldırılması, Marina Quliyevanın ailə üzvləri il ə birlikdə ümumi sahəsi 92 kv.metr olan Azadlıq prospekti 81 saylı evin 109-cu mənzilinə; Cavabdeh2 ailə üzvləri ilə birlikdə ümumi sahəsi 154 kv.metr olan Tələt Şıxəliyev küçəsi 14 saylı evin 189-cu mənzilinə; Cavabdeh3 ailə üzvləri ilə birlikdə ümumi sahəsi 105 kv.metr olan Koroğlu Rəhimov küçəsi 92 saylı evin 7-ci mənzilinə; Bikəxanım Hüseynovanın ailə üzvləri ilə birlikdə ümumi sahəsi 95 kv.metr olan C.Hacıbəyli küçəsi 24/7 saylı evin 8-ci mənzilinə; Cavabdeh5 ailə üzvləri ilə birlikdə ümumi sahəsi 75 kv.metr olan Mirəli Qaşqay küçəsi 63 “a” saylı evin 32-ci mənzilinə; Cavabdeh6 ailə üzvləri ilə birlikdə ümumi sahəsi 91 kv.metr olan Atatürk prospekti 27 saylı evin 68-ci mənzilinə; Hamid Efendiyevin ailə üzvləri ilə birlikdə ümumi sahəsi 98 kv.metr olan Şamil Əzizbəyov küçəsi 154 saylı evin 11 “b” saylı mənzilinə; Cavabdeh8 ailə üzvləri ilə birlikdə ümumi sahəsi 112 kv.metr olan Tələt Şıxəliyev küçəsi 14 saylı evin 188 saylı mənzilinə; Cavabdeh9 ailə üzvləri ilə birlikdə ümumi sahəsi 156 kv.metr olan Səməd Vurğun küçəsi 77 saylı evin 85 saylı mənzilinə Maraqlı şəxs vəsaiti hesabına köçürülmələri və Azadlıq prospekti 80 saylı ünvanda tikilən yeni binadan yaşayış mənzilləri ilə təmin edilənədək, onların kirayə haqqının Maraqlı şəxs tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Cavabdeh9 kasasiya şikayətinə dair etiraz ərizəsində kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı nümayəndəsi Hafiz Aberkarov, üçüncü şəxs Maraqlı şəxs qanuni təmsilçisi Məmməd Ələkbərov, nümayəndəsi Nicat Sadıqov və onların vəkili Fərid Həsənov kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh9, vəkili Fuad Ağayev, cavabdeh Hamid Efendiyevin vəkili Nemət H eydərov məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatalarında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh Marina Quliyevanın nümayəndəsi Əziz Quliyev məhkəmə iclasında iştirak etsələr də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələbini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdehlər Marina Quliyeva, Cavabdeh3, Bikəxanım Hüseynova, Hamid Efendiyev, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, qatnamə hüquq və vəzifələrinə toxunan şəxslər Elvira Efendiyeva, Gülarə Əfəndiyev və Albert Novaxov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəbl ərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti qismən təmin edilməli və iddiaçı təşkilatın iddia tələbindən qismən imtina etməsi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 80 saylı binanın 2-ci mənzili Marina Quliyevaya, 4-cü mənzili Cavabdeh2, 5-mənzili Cavabdeh3, 6-cı mənzili Bikəxanım Hüseynovaya, 7-ci mənzili Cavabdeh5, 9-cu mənzili Cavabdeh6, 10-cu mənzili Hamid Efendiyevə, 13-cü mənzili Cavabdeh8 və 15-ci mənzili Cavabdeh9 məxsusdur. Bakı şəhəri, İddiaçı xx xxxx 2017-ci il tarixli sərəncamına əsasən sözügedən binanın sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikintisi üçün onun yerləşdiyi torpaq sahəsi 49 il müddətinə Maraqlı şəxs icarəyə verilmişdir. Eyni zamanda, xx xxxx 2017-ci il tarixdə İddiaçı ilə Maraqlı şəxs arasında bağlanmış müqavilə nin şərtlərinə görə sonuncu sözügedən binanı sökməyi, onun yerində yeni yaşayış binasını inşa etməyi, həmçinin yeni yaşayış binası tikilənədək binadan köçürülən sakinləri müvəqqəti kirayə edilmiş mənzillərə yerləşdirməyi və bunun üçün lazımi maliyyə vəsaitini ödəməyi, köçürülən sakinlərə yeni tikiləcək yaşayış binasında müvafiq mənzillər verməyi və sair öz öhdəsinə götürmüşdür. Bundan sonra, Maraqlı şəxs binada yaşayan sakinlərin əksər hissəsini qarşıqlı razılaşmaya əsasən yaşadıqları mənzillərdən köçürmüş, lakin 9 mənzilin mülkiyyətçisi olan cavabdehlərlə hər hansı razılaşma əldə olunmadığı üçün, İddiaçı onlara qarşı hazırki iddia ərizəsi ilə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinə müraciət edərək, yeni yaşayış binasının tikintisinə cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılm ası, onların Maraqlı şəxs vəsaiti hesabına kirayə tutulmuş mənzillərə köçürülmələri, yeni tikilən binadan yaşayış sahələri ilə təmin edilənədək kirayə haqqının Maraqlı şəxs tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin dəlillərindən, həmin şikayətə əlavə edilmiş sənədlərdən, o cümlədən iddiaçı təşkilatın kasasiya instansiyası məhkəməsinə təqdim etdiyi yazılı ərizədən görünür ki, iddiaçı təşkilat cavabdehlər Cavabdeh6, Cavabdeh5, Marina Quliyeva, Cavabdeh2 və Bikəxanım Hüseynova ilə barışıq əldə etdiklərindən, onlara münasibətdə iddiadan imtina etdiklərini göstərib, iş üzrə icraata həmin hissədə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlam ağı təklif etməyə borcludur və tərəflər, qanunda nəzərdə tutlan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.1-ci maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Göründüyü kimi iddiaçı təşkilat cavabdehlər Cavabdeh6, Cavabdeh5, Marina Quliyeva, Cavabdeh2 və Bikəxanım Hüseynova ilə barışıq əldə etdiklərindən onlara aid hissədə iddiadan imtina etmişdir və iddiaçı təşkilatın öz iradəsini ifadə edib iddiadan onlara aid hissədə imtina etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmur və ümumiyyətlə mülki iş materiallarında iddiaçı təşkilatın cavabdehlər Cavabdeh6, Cavabdeh5, Marina Quliyeva, Cavabdeh2 və Bikəxanım Hüseynovaya aid hissədə iddiadan imtina etməsinin qəbul edilməsini istisna edən heç bir hal yoxdur. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.4-cü maddələrinin mənasına görə, iddiaçı iddiadan imtina etdiyi və bu imtina məhkəmə tərəfindən qəbul olunduğu halda işə baxan məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 417.1 və 417.1.5-ci maddələrində göstərilir ki, kasasiyaməhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu baxımdan kasasiya instansiyas ı məhkəməsi sadalanan prosessual normaların tələblərini əsas tutub belə qənaətə gəlir ki, iddiaçı təşkilatın cavabdehlər Cavabdeh6, Cavabdeh5, Marina Quliyeva, Cavabdeh2 və Bikəxanım Hüseynovaya aid hissədə iddiadan imtina barədə ərizəsi təmin edilməli, həmin hissədə iddiaçı təşkilatın iddiadan imtinası qəbul edilməli və iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Digər tərəfdən, işdən, kasasiya şikayətinin dəlillərindən, həmçinin iddiaçı təşkilatın kasasiya instansiyası məhkəməsinə təqdim etdiyi yazılı ərizələrdən görünür ki, qalan 4 mənzilin mülkiyyətçiləri olan Cavabdeh3, Hamid Efəndiyev, Cavabdeh8 və Elmina Soltanovaya Maraqlı şəxs tərəfindən yuxarıda qeyd olunan ünvanda tikiləcək binadan yaşadıqları mənzillər in sahəsindən 100 faiz əlavə sahəyə malik mənzillər, həmçinin bina tikilib tam təhvil verilənədək hər birinə, hər ay 500 manat kirayə haqqı ödəməyi təklif etsə də, onlar bu təkliflərlə razılaşmamışlar. Eyni zamanda, iddiaçı təşkilat tərəfindən mülkiyyətində olan mənzilin əvəzinə Elmina Soltanovaya 300.000 manat pul kompensasiyası təklif edilsə də, o bu təkliflə də razılaşmamışdır. Bu hal iddiaçı təşkilatın kasasiya instansiyası məhkəməsinə təqdim etdiyi yazılı ərizəsi ilə də təsdiq olunur. Apelyasiya instansiyası məhkəməsi cavabdehlər Cavabdeh3, Hamid Efəndiyev, Cavabdeh8 və Elmina Soltanovaya aid hissədə iddanı rədd edərkən, gəldiyi nəticəni belə əsaslandırıb ki, sözügedən binanın qəzalı vəziyyətdə olması barədə İddiaçı məhkəməyə heç bir mötəbər yazılı sübüt təqdim etməyib. Sökülməsi iddi a edilən mənzillər cavabdehlərin xüsusi mülkiyyətindədir. İddiaçı hazırki iddianı qaldırarkən Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli Qərarının və qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməyib, çünki bu növ iddiaların irəli sürülməsi dövlət ehtiyacı ilə bağlı olmalıdır. Bundan başqa, müqaviləyə görə hazırki iddianı Maraqlı şəxs qaldırmalı olduğu halda, tələb hüququ olmayan İddiaçı qaldırıb. Eyni zamanda, Maraqlı şəxs prosessual hüquqi statusu düzgün müəyyən edilməyib, cavabdehlər yaşadıqları mənzillərdən məcburi qaydada çıxarılsalar da, onlara veriləcək mənzillərin ünvanı, sahəsi, otaqların sayı göstərilməyib və onlarla birlikdə yaşayan ailə üzvlərinin dairəsi müəyyən edilməklə, onlar işə baxılmağı cəlb edilməyib və sair. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqey ini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü maddələrinin, Mülki Məcəllənin 152.1, 203.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiyainstansiyası məhkəməsi cavabdehlər Cavabdeh3, Hamid Efəndiyev, Cavabdeh8 və Elmina Soltanovaya aid hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, apelyasiya instansiyası məhkəməsi iddiaçı təşkilatın sözügedən binanın qəzalı vəziyyətdə olmasına dair məhkəməyə heç bir yazılı sübüt təqdim etməməsini göstərsə də, kasasiyainstansiyası məhkəməsi bu nunla razılaşmır. Əvvəla, işə əlavə edilmiş Fövqəladə Hallar Nazirliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun əməkdaşlarının tərtib etdiyi xx xxxxxxx 2017-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanda yerləşən 1929-cu ildə tikilmiş 4 mərtəbəli, 24 mənzilli yaşayış binasına baxış keçirilib və müəyyən edilib ki, binanın pilləkən qəfəslərinin marşlarında yığma dəmir-beton pillələr yerindən qoparaq laxlamış, bəziləri aşınmış və sınmışdır. Binanın dam konstruksiyaları, eyvanlar və ağac materaillarından olan mərtəbələrarası örtüklər fiziki aşınmaya məruz qalmışdır. Eyvanlarda armaturun mühafizə qatının aşılaraq tökülməsi, armaturların ciddi korruziyaya uğramasına səbəb olmuşdur. Mərtəbələrarası örtüklərin ağac materialların dan olan konstruksiyaları yararsız vəziyyətdədir. Dam örtüyü təmirsiz istismar nəticəsində yararsız hala düşmüşdür, yağan atmosfer sularının sızması nəticəsində binanın pilləkən qəfəslərinin daxili tavan və divarlarında rütubət izləri, beton mühafizə qatının tökülməsi müşahidə olunur. Yaşayış binası məhdud işlək vəziyyətdədir. Bina ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. İşə əlavə edilmiş Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin İddiaçınə ünvanlanmış xx xxxxxxx 2018-ci il tarixli telefonoqramından görünür ki, Nəsimi rayonu, Azadlıq prospekti, 80 saylı ünvanda Maraqlı şəxs pilot layihəsi çərçivəsində yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün torpaq sahəsi ayrılmışd ır və hal-hazırda tikinti-quraşdırma işləri aparılır. Ərazidə yerləşən 4 mərtəbəli yaşayış evinin bir hissəsi qismən sökülmüşdür, digər hissəsi isə qəzalı vəziyyətdədir və həmin hissədən sakinlər tam köçürülməmişdir. Bu da hər ay xoşagəlməz hadisələrin baş verməsinə səbəb ola bilər. Qeyd edilənlərə əsasən adı gedən ünvanlardan sakinlərin təcili şəkildə köçürülməsinin təmin edilməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx xxxxxx 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən yaşayış binası hal-hazırda qəzalı, yaşayış üçün yararsız və təhlükəlidir. İşə əla və edilmiş Nəsimi rayon Fövqəladə Hallar Komissiyasının xx xxxxxx 2018-ci il tarixli protokol-qərarı ilə müəyyən olunur ki, cavabdehlərin yaşadıqları mənzillərin yerləşdiyi binan qəzalı vəziyyətdə olduğundan və ətrafda yaşıyanlar üçün təhlükə törətdiyindən yaranmış zərurətlə əlaqədar olaraq onların müvəqqəti olaraq yaşadıqları mənzillərdən köçürülmələri (təxliyyə edilmələri) və yaşayış sahələri ilə təmin edilmələri qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi sözügedən binanın qəzalı vəziyyətdə olmasına dair iddiaçı təşkilatın məhkəməyə təqdim etdiyi sübutlara, mütəxəssis rəyinə Azərbaycan Respublikası MPM-nin 88, 102.2, 103.1, 103.2, 106.1-ci maddələrinin tələbləri baxımından müvafiq hüquqi qiymət vermədən, həmin sübutlarla nəyə görə razılaşmamasını qətnamədə əsaslandırmadan, eləc ə də həmin sübutları işə əlavə edilmiş digər sübutlarla, o cümlədən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları ilə müqayisəli şəkildə yoxlayıb qiymətləndirmədən, binanın qəzalı vəziyyətdə olmamasına dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Əksinə, mülki iş materialları, işdə iştirak edən şəxslərin, o cümlədən cavabdehlərin özlərinin izahatları ilə də təsdiq olunur ki, sözügedən yaşayış binasının bir hissəsi qismən sökülmüşdür, digər hissəsi isə qəzalı vəziyyətdədir və həmin hissədən sakinlərin tam köçürülməməsi hər an onların həyatı üçün böyük təhlükə törədir. Digər tərəfdən, kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi öz təşəbbüsü ilə iş üzrə müvafiq ekspertizala r keçirməklə və ya ixtisaslı mütəxəssisləri işə cəlb edib mübahisəli yaşayış binasına yerində baxış keçirməklə, həmin binanın qəzalı, yaşayış üçün yararlı olub-olmamasına aydınlıq gətirə bilərdi (MPM-nin 97.1, 102.1, 102.2, 372.1-cü maddələri). Kasasiya instansiyası məhkəməsi eyni zamanda İddiaçı hazırki iddianı qaldırarkən Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli Qərarının və qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməməsi, yəni hazırki iddianın irəli sürülməsinin dövlət ehtiyacı ilə bağlı olmaması və ümumiyyətlə iddiaçı təşkilatın hazırki tələblə məhkəməyə müraciət etməsinin prosessual qanunvericiliyin tələblərinə uyğun olmaması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmır. Belə ki, Nazirlər Kabinetinin sözügedən Qərarı ilə İddiaçınə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalar ının və qeyriyaşayış obyektlərinin istismarına icazənin verilməsi, bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Nazirlər Kabinetinin bu Qərarına uyğun olaraq, İddiaçı başçısının xx xxxx 2017-ci il tarixli, 172 saylı Sərəncamı ilə ünvan 3 ünvanda yerləşən 4 mərtəbəli y aşayış binasının söküntüsünün Maraqlı şəxs tərəfindən yerinə yetirilməsinə və çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasının Maraqlı şəxs vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi hazırki mübahisənin obyektiv həlli üçün şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövləti n, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilən Məcəllənin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası)- obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətin in məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricə n aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Nəzərə alınmalıdır ki, ərazinin planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi). Göründüyü kimi sözügedən normativ hüquqi aktlar sadalanan maddələrin tələbl ərinə uyğun olaraq Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun ərazisində abadlıq- quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin normativ hüquqi aktlar qəzalı vəziyyətdə olan mənzillərin mülkiyyətçidən alınması deyil, məhz insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda, Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqati v formada ifadə edir. Belə ki, həmin maddəyə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Həmin Maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Göstərilən konstitusiya normasından irəli g ələrək mənzil münasibətlərinin hüquqi tənzimlənməsi öz əksini Mənzil Məcəlləsində tapmışdır. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil və mülki qanunvericiliyində nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mə nzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Həmin Məcəllənin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəzalı vəziyyətdə olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, mülkiyyətçinin ona məxsus mənzilin qəzalı vəziyyətə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzilin təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəzalı vəziyyətə düşməsi halında isə, onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini yerinə yetirmədikdə, digər maraqlı şəxslərlə yanaşı, müvafiq icra hakimiyyəti orqanının da mənzilin qəzalı vəziyyətdə olması barədə iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmasını, hazırki halda xx xxxx 2017-ci il tarixli müqaviləyə əsasən sözügedən binanın sökülməsi, onun yerində yeni yaşayış binasının inşa edilməsi, eyni zamanda yeni yaşayış binası tikilənədək binadan köçürülən sakinlərin müvəqqəti kirayə edilmiş mənzillərə yerləşdirməsi və bunun üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və köçürülən sakinlərə yeni tikiləcək yaşayış binasından müvafiq mənzillərin verilməsi Maraqlı şəxs həvalə edilsə də, sonuncunun prosesə iddiaçı təşkilat tərəfindən qoşulmasını və onların mənafelərinin üst-üstə düşməsini nəzərə almadan, iddianı rədd etməklə əslində cavabdehlərin öz əmlak hüquqlarından sui-istifadə etmələrinə və onların söküləcək mənzillərin əvəzinə bazar qiymətlərinə uyğun olmayan yüksək məbləğdə kompensasiya tələb etmələrinə süni şərait yaratmışdır. Halbuki, Mülki Məcəllənin 560.2-ci maddəsində göstərilir ki, hüq uqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Binanın sakinlərinin əksər hissəsi ilə cavabdehlərə təklif edilən qiymətlərdən, müqavilə şərtlərindən daha ucuz şərtlərlə, qiymətlərlə müqavilələrin bağlanması da qeyd olunan halları təsdiq edir. Göründüyü kimi azlıqda qalan 4 mənzilin mülkiyyətçiləri olan Cavabdeh3, Hamid Efəndiyev, Cavabdeh8 və Elmina Soltanova ilə razılığın əldə olunmasının qeyri-mümkünlüyü digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bundan başqa, işdən, kasasiya şikayətinin dəlillərindən və iddiaçı təşkilatın yazılı ərizəsindən görünür ki, Maraqlı şəxs tərəf indən Cavabdeh3 mülkiyyətində olan mənzilə görə həmin ərazidə tikiləcək binanın 4-cü blok, 3-cü mərtəbəsindən 4 otaqlı, sahəsi 191,8 kv.metr olan 156-cı mənzili və mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqı ödəməyi, Hamid Efendiyevə mülkiyyətində olan mənzilə görə həmin ərazidə tikiləcək binanın 2-cü blok, 3-cü mərtəbəsindən 4 otaqlı, sahəsi 191,8 kv.metr olan 58-ci mənzili və mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqı ödəməyi, Cavabdeh8 mülkiyyətində olan mənzilə görə həmin ərazidə tikiləcək binanın 4-cü blok, 4-cü mərtəbəsindən 4 otaqlı, sahəsi 191,8 kv.metr olan 159-cu mənzili və mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqı ödəməyi, Elmina Soltanovanın mülkiyyətində olan mənzilə görə həmin ərazidə tikiləcək binanın 2-ci blok, 4-cü mərtəbəsindən 4 ota qlı, sahəsi 191,8 kv.metr olan 61-ci mənzili və mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqı ödəməyi və yaxud mənzilin əvəzinə 300.000 manat pul kompensasiyası təklif edir. Ona görə də işə yenidən apelyasiya qaydasında baxılarkən, Cavabdeh3, Hamid Efəndiyev, Cavabdeh8 və Elmina Soltanova ilə razılığın əldə olunmasının qeyri-mümkünlüyünün digər mülkiyyətçilərin hüquqlarını pozub-pozmaması, bunun mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olub-olmaması bir daha araşdırılmalı, eləcə də cavabdehlərlə birgə yaşayan ailə üzvlərinin dairəsi müəyyən edilməklə onların məhkəmə iclasında iştirakları təmin edilməli və qeyd olunan cavabdehlərə aid hissədə iddianın əsaslığına düzgün hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci madd əsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiyaşikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iddiaçı təşkilatın cavabdehlər Cavabdeh6, Cavabdeh5, Mari na Quliyeva, Cavabdeh2 və Bikəxanım Hüseynovaya aid hissədə iddiadan imtina barədə ərizəsi təmin edilməli, onlara münasibətdə iddiadan imtina qəbul edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh6, Cavabdeh5, Marina Quliyeva, Cavabdeh2 və Bikəxanım Hüseynovaya aid hissədə ləğv edilməli və onlara münasibətdə iş üzrə icraata xitam verilməli və qətnamə digər cavabdehlər Cavabdeh3, Hamid Efəndiyev, Cavabdeh8 və Elmina Soltanovaya aid hissədə ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və mübahisəyə mad di, prosessual hüquq normalarının düzgün tətbiq edilməsi təmin edilməklə, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiyainstansiyası məhkəməsi QƏRARA ALDİ: Kasasiya şikayəti qismən təmin edilsin, İddiaçı cavabdehlər Cavabdeh6 Rza qızı, Cavabdeh5, X6, Cavabdeh2 Əbdültalıb qızı və X1 aid hissədə iddiadan imtina barədə ərizəsi təmin edilsin, onlara münasibətdə iddiadan imtina qəbul edilsin, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14867/2019 saylı qətnaməsi cavabdehlər Cavabdeh6 Rza qızı, Cavabdeh5, X6, Cavabdeh2 Əbdültalıb qızı və X1 aid hissə də ləğv edilsin, onlara münasibətdə iş üzrə icraata xitam verilsin. Qətnamə digər cavabdehlər Cavabdeh3, X15, Cavabdeh8 və X5 aid hissədə ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar