Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2704/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maşın yolunun zəbtdən azad edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maşın yolunun zəbtdən azad edilməsi tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-347/2022 nömrəli, 28 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasın da baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Astara rayon İHB-nın Siyəkü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən İddiaçı 26 aprel 1981-ci il tarixdən Astara rayonu, Vaqo kəndində yaşayır.
2. Astara rayon İHB-nın Siyəkü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 oktyabr 2019-cu il tarixli 1956 saylı arayışa görə nümayəndəliyin təsərrüfatbaşına olan kitabında İddiaçı 0,06 hektar həyətyanı torpaq sahəsi vardır və həmin torpaq sahəsində fərdi yaşayış evinin olması göstərilmişdir.
3. Astara rayon İHB-nın 24 yanvar 2000-ci il tarixli, 09 saylı sərəncamı ilə İddiaçı yaşayış evi tikməkdən ötrü 0,06 hektar torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində ona layihə-smeta sənədlərinə uyğun olaraq fərdi yaşayış ev tikintisin ə icazə verilmiş, 17 may 2000-ci il tarixi təhkim aktına görə torpaq sahəsi iddiaçıya yerində təhvil verilmişdir.
4. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 01 oktyabr 2010-cu il tarixdə tərtib edilmiş A 095433 nömrəli Torpaq sahəsinin planı və ölcüsü sənədinə görə Astara rayon Aqrar İslahat Komissiyasının 13 avqust 1998-ci il tarixli 13 nömrəli Qərarına əsasən cavabdehin atası X2 mülkiyyətinə Astara rayonun Sığaloni kəndi ərazisində 2197,68 kvadrat metr həyətyanı torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən tutulmuş maşın yolunun zəbtdən azad edilməsi, arada olan çəpərin sökülməsi və özbaşınalıq hərəkətlərinə son qoyul ması, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınıb xeyrinə verilməsi qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Astara rayon İHB-nın 24 yanvar 2000-ci il tarilxi, 09 saylı sərəncamına əsasən fərdi ev tikməkdən ötrü 0,06 hektar torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində layihə-smeta sənədlərinə uyğun olaraq fərdi ev tikintisinə icazə verilmişdir. Həyətyanı torpaq sahəsi 17 may 2000-ci il tarixdə səlahiyyətli şəxslərin iştirakı ilə yer üzərində ara nişanları ilə ayrılaraq daimi istifadə üçün ona təhkim olunmuşdur. Həmin torpaq sahəsində iki mərtəbəli fərdi ev inşa etmiş və oraya köçüb yaşamışlar. Qonşuluqda yaşayan Cavabdeh özbaşına olaraq istifadələrində olan maşın yolunun 1,5 enində və 50 metr uzunluğunda olan hiss əni çəpərə alaraq istifadə edir. Bununla da onların yoldan istifadə hüquqlarını məhdudlaşmışdır. Həyətlərinə maşınla deyil, yalnız piyada keçmək mümkündür. Dəfələrlə cavabdehdən tələb olunsa da, sonuncu yolu açmamış, özünün qanunsuz əməllərini davam etdirmişdir.
7. Məhkəmə baxışında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, Astara rayon Aqrara İslahat Komissiyasının 13 avqust 1998-ci il tarixli, 23 saylı qərarına əsasən onun atası X2 mülkiyyətinə Astara rayonu Sığaloni kəndi ərazisində 2197,68 kvadrat metr həyətyanı torpaq sahəsi verilmişdir. Bu Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölcüsünə dair Dövlət Torpaq kadastrı kitabında 01 oktyabr 2010-cu il tarixdə 3 nömrə ilə uçota (A№095433) alınmışdır. O, həmin torpaq sahəsində fə rdi yaşayış evi tikməklə orada yaşayır. Ancaq o, İddiaçı qanunsuz tutduğu torpaq sahəsinə gedən yolu tutmamışdır.
8. Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) 2(018)-77/2020 saylı, 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 10 saylı Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 30 mart 2020-ci il tarixli, M-075 nömrəli mütəxəssis rəyinin surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə mühəndis-texniki ekspertizasının 14 iyul 2020-ci il tarixli, 10/683 nömrəli rəyindən görünür ki, Astara rayon İHB-nın 24 yanvar 2000-ci il tarilxi, 09 saylı sərəncamı əsas ında “Həyətyanı torpaq sahəsinin verilməsinə dair” 17 may 2000-ci il tarixli Aktla İddiaçı Astara rayonu, Siyəkü kəndi ərazisində verilmiş 0,06 ha torpaq sahəsinin hüquqmüəyyənedici və texniki sənədləri olmadığına görə sözügedən ərazisinin sərhədlərini və döngə nöqtələrini müəyyən etmək mümkün olmamışdır. Astara rayon Aqrar İslahatı Komissiyasının 13 avqust 1998-ci il tarixli 23 saylı qərarı ilə Dövlət Kadastrı kitabında 01 oktyabr 2010-cu il tarixdə 3 saylı uçota alınaraq X1 mülkiyyətinə Astara rayonun Sığaloni kəndi ərazisində verilmiş 2197,68 kv metr həyətyanı torpaq sahəsi Cavabdeh fakitki həyətyanı kimi istifadə etdiyi 0,55 hektar torpaq sahəsindən 80 metrədək aralıda yerləşir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə baxışında tərəflərin izahatlarına və iş materiallar ına əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin zəbt etdiyi iddia olunan torpaq sahəsi (yol) cavabdeh tərəfindən zəbt olunmamışdır. Odur ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır.
11. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra MM) 157.2 və 255.1-ci, və Torpaq Məcəlləsinin 84 və 111-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 14.2, 77.1 və 80-cı maddələrini tətbiq etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Astara Rayon Məhkəməsinin 2(018)-77/2020 saylı, 12 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.
13. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tərəflərin qarşılıqlı müna sibətlərinə uyğun araşdırılmamış, gəlinən nəticə isə işin faktiki hallarına uyğun olmamışdır. Qonşuluqda yaşayan Cavabdeh onun evinə gələn maşın yolunun 1,5 enində və 50 metr uzunluğunda olan hissəni çəpərə alaraq istifadə etməsi, bunnula da onların yoldan istifadəni məhdudlaşdırması müəyyəndir. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddianı əsaslandıram aparmadan rədd etmiş, işin hallarıa düzgün hüquqi qiymət verməmişdir.
14. Cavabdeh apellyasiya icraatı zamanı verdiyi izahatında İddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər X4 (sədrlik edən və məruzəçi), X11 ğlu və X5) 2(106)-347/20 21 saylı 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Astara Rayon Məhkəməsinin 2(018)-77/2020 saylı, 12 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, İş üzrə yeni qətnamə qəbul olunmaqla iddia tələbi təmin edilmiş, Cavabdeh tərəfindən bağlanmış İddiaçı həyətyanı torpaq sahəsinə gedən avtomobil yolu daraldırılan hissədə çəpər sökülməklə avtomobillərin hərəkəti üçün bərpa edilmişdir.
16. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Cəlilabad Lahiyə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 21 sentyabr 2021-ci il tarixli, M-136 nömrəli mütəxəssis rəyindən və Ədliyyə Nazirliyi M əhkəmə Ekspertizası Mərkəzi məhkəmə mühəndis-texniki ekspertizasının 01 dekabr 2021-ci il tarixli, 10/5841 nömrəli rəyindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 13 avqust 1998-ci il tarixli 23 saylı qərarı ilə X7 1 oktyabr 2010-cu il tarixdə 3 sayla uçota alınaraq X3 istifadəsinə verilmiş Astara rayonu, Şığaloni kəndi ərazisində verilmiş 2197,68 kv metr həyətyanı torpaq sahəsi sərhədləri və döngə nöqtələri DTXK tərəfindən verilmiş **********0003 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən 2197,68 kv metr həyətyanı torpaq sahəsi Cavabdeh faktiki istifadəsində olan 0,55 ha həyətyanı torpaq sahəsindən 80 metrədək kənara düşür. Həmçinin rəydə qeyd olunmuşdur ki, DTXK tərəfindən verilmiş **********0003 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən mülkiyyətə verilmi ş sahənin 2197,68 kv metr faktiki istifadə olunan torpaq sahəsinin 0,55 ha olduğunu, faktiki istifadə olunan torpaq sahəsinin mülkiyyətə verilmiş torpaq sahəsindən 80 metr kənarda yerləşməsini, mübahisəndirilən yolun və ətrafındakı torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmasını, mübahisələndirilən yolun faktiki ölçülərinin Azərbaycan Dövlət Tikinti Normalarının 2.6.1nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılmasının” küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərində qeyd olunan məsafədən az olmasını nəzərə alaraq, sözügedən mübahisəli yolun cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi hesabına daraldığı (daraldılan hissə mütəxəsis rəyinə əlavə olunmuş sxemdə də, bu aydın müşahidə olunur.) müəyyən edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia etdiyi maşın yolu cavabdeh tərəfindən çəpərləmə işləri aparılmaqla daraldılmışdır. Belə ki, DTXK tərəfindən verilmiş **********0003 nömrəli torpaq sahsəinin planı və ölçüsünə əsasən mülkiyyətə verilmiş sahənin 2197,68 kv metr faktiki istifadə olunan torpaq sahəsinin 0,55 ha olduğunu, faktiki istifadə olunan torpaq sahəsinin mülkiyyətə verilmiş torpaq sahəsindən 80 metr kənarda yerləşməsini, mübahisəndirilən yolun və ətrafındakı torpaq sahsəinin bələdiyyə mülkiyyətinə aid olmasını, mübahisələndirilən yolun faktiki ölçülərinin Azərbaycan Dövlət Tikinti Normalarının 2.6.1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılmasının” küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədv əllərinin tələblərində qeyd olunan məsafədən az olmasını nəzərə alaraq, sözügedən mübahisəli yolun cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi hesabına daraldığı müəyyən olunmuşdur. Baxmayaraq ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi və həmin tələbi əsaslandıran işin faktiki hallarını hərtərəfli araşdırmadan tələbi təmin etməmış və bununla da məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamaqla, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlməyən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
18. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29 və 60-cı, Mülki Məcəllənin 6.1, 152.1152.5, və 157.2-ci, Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci və 3-cü hissələri, 55, 68-ci, 84-cü maddəsinin 1-ci hissəsi, 111-ci, MPM-nin 14.2, 77.1, 88 və 217.4-ci maddələrinə. “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Qanunun 7.2, 11.7, 16.1 və 16.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər X4 2(106)347/2021 saylı 28 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh (Vəkil1) kassasiya şikayəti vermişdir.
20. Cavabdehin kassasiya şikayətinə görə apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir, həmçinin məhkəmə kollegiyasının qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun deyildir.
21. Cavabdeh göstərmişdir ki, iddiaçının birinci və apellyasiya instansiyası məhkəmələrində mübahisələndirdiyi Astara RİHB-nin 24 yanvar 2000-ci il tarixli 09 saylı sərəncamına əsasən “həyətyanı torpaq sahəsinin verilməsinə dair” 17 may 2000-ci il tarixli aktla fərdi yaşayış evi tikməkdən ötəri mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin hüquqmüəyyənedici və texniki sənədləri olmadığına görə sözügüdən ərazinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsində keçirilən ekspertiza həmin torpaq sahəsi ilə bağlı olsa da, apellyasiya məhkəməsində keçirilən ekspertizada isə tərəflərdən heç birinin müba hisələndirmədiyi və apellyasiya məhkəməsinin öz təşəbbüsü ilə hazırki mülki işə heç bir aidiyyatı olmayan Astara rayon Aqrar İslahat Komissiyasının 13 avqust 1998-ci il tarixli 23 saylı qərarı ilə X7 01 oktyabr 2010-cu il tarixdə 3 saylı uçota alınaraq iddiaçının mülkiyyətinə verilmiş və Astara rayonun Sığaloni kəndi ərazisində yerləşən 2197,68 kv metr həyətyanı torpaq sahəsi ilə bağlı araşdırma aparılmış və mübahisələndirilən yolun və ətrafındakı torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması müəyyən edilmişdir. Xüsusilə vurğulanmalıdır ki, apellyasiya məhkəməsində mübahisələndirilən 2197,68 kv metr həyətyanı torpaq sahəsinin qanuni istifadəçisi iddiaçı və mübahisələndirilən yolun və ətrafındakı torpaq sahəsinin mülkiyyətçisi olan bələdiyyə nə cavabdeh, nədə üçüncü şəxs kimi işə cəlb edilməmişdir.Göstərilən hallar nəzərə alınmadan qəbul olunmuş qətnamə qanuni və əsaslı hesab edilə bilməz.
22. Bundan başqa cavabdeh qeyd etmişdir ki, birinci instansiya məhkəməsində ekspertiza yolun daraldığı faktını müəyyən edə bilməmişdir. Apellyasiya məhkəməsi prosessual qanunvericiliyi pozaraq, vəsatət olmadan yenidən ekspertiza tərin etmiş, ilkin ekspertiza rəyinin hansı əsaslara qəbul etməməsini göstərməmişdir. Apellyasiya məhkəməsində keçirilən ekspertiza nəticəsində yolun daralması müəyyən olunmuşdur. Belə olan halda məhkəmə iki rəy arasında olan ziddiyyəti jdə aradan qaldırmamış, niyə məhz sonrakı ekspertiza rəyinin əsaslı olması qənaətinə gəlməsini qeyd etməmiş, rəyi digər sübutlarla yanaşı qiymətləndirməmişdir.
23. Cavabdeh öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası K onstitusiyasının 13 və 29-cu, MM-nin 152 və 157, Torpaq Məcəlləsinin 47, 55, 68, 84 və 111-ci, Bələdiyyə Torpaqlarının idarə olunması haqqında Azərbaycan Respublikası Qanunun 7, 11, və 16-cı maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin olunmaması, qətnamənin dəyişdrilmədən saxlanılmasını xahiş etmişdir. Prosessual hərəkətlər
25. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
26. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkə mə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
27. Maddə 13 1-ci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
28. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 152.1. mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
31. Maddə
47. Bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir.
32. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
33. Maddə
84. Torpaq mülkiyyətçilərinin, isttifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
34. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazla rının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
47. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veri lmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
48. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
49. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-347/2022 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.