Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2706/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh X5 vəkili Mustafayev Muxtar Nağı oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*/2019 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh X9 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim E.Rəhimov) xx.xx.2017-ci il tarixli, 2(009)3200/2017 nömrəli qətnaməsi ilə İddiaçı-nin cavabdeh X6, üçüncü şəxs X3 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, İ.Vəliyev) xx.xx.2018-ci il tarixli, 2(103)-****/2018 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-3200/2017 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin qismən təmin edilərək, X4 maddi ziyana görə 33199 manat, dövlət rüsumlarına görə 47 manat olmaqla, cəmi 33246 manatın İddiaçı-nin xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (h akimlər İ.Xələfov, Q.Allahverdiyev, Ə.Şadiyev) xx.xx.2019-cu il tarixli, 2(102)-**/2019 saylı qərarı ilə cavabdeh X9 tərəfindən kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova, İ.Xəlilov, İ.Kərimli) xx.xx.2019-cu il tarixli, 2(103)-****/2018 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-3200/2017 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin qismən təmin edilərək, X4 maddi ziyana görə 33199 manat, dö vlət rüsumlarına görə 47 manat olmaqla, cəmi 33246 manatın İddiaçı-nin xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Əliyev, A.Kalbalıyev, V.İbayev) xx.xx.2019-cu il tarixli, 2(102)-5688/2019 saylı qərarı ilə cavabdeh X9 tərəfindən kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseynov, A.İmanov, V.Sadıqov) xx.xx.2019-cu il tarixli, 2(103)-*/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2 (009)-3200/2017 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin qismən təmin edilərək, X4 500 manat pulun tutularaq İddiaçı-nə ödənilməsi qət edilmişdir. İddiaçı və cavabdeh X9 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda kasasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı cavabdeh X6 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Türkiyə Respublikasının vətəndaşı həkim cərrah X4 vurduğu zərərə görə 39278.66 manat maddi ziyanın və 30 manat rüsumun alınaraq İddiaçı-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izah atları: İddiaçı-nin vəkili V1 oğlu kasasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə işin halları hərtərəfli və obyektiv araşdırılmamış, məhkəmənin qətnamədə gəldiyi nəticə işin halları ilə, iş materialında olan sübutlarla və məhkəmə iclaslarında müəyyən edilən faktlarla tam ziddiyət təşkil edir, qətnamədə gəldiyi nəticəni məhkəmə maddi hüquq normaları ilə formal olaraq əsaslandırmışdır. Hazırki işə baxan məhkəmə kollegiyası tərəflərin bərabərlik prinsipinə riayət edilməmişdir. Tərəflər arasında yaranmış mübahisə birtərəfli qaydada həll olunmuşdur. Məhkəmə yalnız iş üzrə cavabdeh həkim cərrah Cavabdeh istəyinə uyğun mövqedən çıxış etmiş, İddiaçı tərəfindən irəli sürülmüş dəlilləri isə lazımi qaydada araşdırmamış və ümumilikdə heç bir qanuni əsas olmadan iddia tələbi qismən edilməkl ə,cavabdehi vurduğu zərərə görə maddi məsuliyyətdən azad etmişdir. Belə ki, Türkiyə Respublikası vətəndaşı həkim cərrah Cavabdeh xx xxx 2014-cü il tarixdən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 1959-cu məhəllədə yerləşən İddiaçı ilə həmin xəstəxanada həkim cərrah işləmək üçün əmək müqaviləsi bağlamış və ona Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən müxtəlif vaxtlarda iş izini verməklə uzadilmışdır. Tərəflər arasında əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq tərəflərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən etmiş və bu müqavilə xx xxxxxx 2017- ci il tarixə kimi qüvvədə olmuşdur. Müqavilənin 3-cü paraqrafının 3.2.9-cu bəndinə əsasən Cavabdeh müalicə və əməliyyatlar keçirərkən tibbi normalardan düzgün istifadə etməyə görə şəxsən m əsuliyyət daşımasını öhdəsinə götürmüşdür. xx xxxxxx 2016-cı il tarixdə Füzuli şəhəri 28 aprel küçəsində qeydiyyatda olan X7 ilə İddiaçı arasında tibbi yardım göstərmək haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən tibbi yardıma ehtiyacı olan X2 Qida borusunun alt üçdə bir hissəsinin xora xəstəliyi, qida borusunun alt uc stenozu ilə əlaqədar olaraq əməliyyat aparılmasına dair razılığa gəlinmişdir. Müqavilə bağlanarkən müalicə həkimi olan Cavabdeh da iştirak etmiş və həmin müqaviləni imzası ilə təsdiq edərək tibbi norma və standartların düzgün tətbiqinə dair öhdəlik götürmüşdür. Bu müqaviləni hər üç tərəf imza edərək təsdiq etmişdir. Bundan sonra həkim cərrah Cavabdeh tərəfindən X2 üzərində xx.xx.2016 il tarixdə “İvor-Levis əməliyyatı” keçirilmişdir. Həmin əməliyyat keçirilərkən müal icə həkimi Ömər Arikan tərəfindən tibbi norma və standartlar pozulduğundan bir neçə gün keçdikdən sonra X2 halı pisləşmiş və ümumi vəziyyətində mənfi dinamika yarandığından o reanimasion şöbəyə yerləşdirilərək uzun müddət-xx.xx.2016-cı il tarixə kimi müalicə tədbirləri həyata keçirilmişdir. Müəyyənolunmuşdur ki, həkim cərrah X10 tərəfindən X2 üzərində cərrahiyyə əməliyyatı apararkən əməliyyatdan əvvəl, sonra və əməliyyat vaxtı zəncirvari səhvlərə və həmçinin cərrah tərəfindən texniki səhvlərə yol verilmişdir ki, bu da son nəticədə xəstənin ağır kritik duruma düşməsinə səbəb olmuşdur. Bunun nəticəsində İddiaçına tibbi xidmətin göstərilməsi, dərman təminatı və digər ödənişlərə görə 39278.66 manat miqdarında ziyan dəymişdir ki, bu da həkim cərrah Cavabdeh tibbi norma və standartların düzgün t ətbiq etməməsi nəticəsində baş vermişdir. Belə ki, işin əvvəlki apelyasiya baxışı zamanı təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 416/KEŞ saylı, xx.xx.2017-ci il tarixli rəyə əsasən X7 xx.xx.2016-cı il tarixdə İddiaçına “qida borusunun alt uc stenozu “ diaqnozu ilə daxil olmuş, aparılmış müvafiq müayinələrdən sonra diaqnoz öz təsdiqini tapmış və diaqnoza uyğun operativ müalicə taktikası seçilmişdir. Əməliyyatönü hazırlıq aparılmış və xəstənin razılığı alınaraq cərrahiyə əməliyyatının icrasına qərar verilmişdir. Əməliyyatın gedişi zamanı diafraqmal hiatusun dalaq və mədə cismin, birləşdiyi müəyyən edilmiş, transabdominal qida borusunun alt ucu rezeksiyası əvəzin “İvor-Levis əməliyyatı ” icra edilmişdir. Xəstədə əvvəllər keçirilmiş cərrahi müdaxilələrdən sonra yaranmış daxili üzvlərin anatomik vəziyyətində dəyişiklik və pataloji vəzuyyətiı mürəkkəbliyi səbəbindən traksiya vaxtı toxuma deffekti meydana çıxmış, bu da hipovolemil ağırlaşma ilə nəticələnmişdir. Xəstənin ağırlaşmasına səbəb hipovolemik şok olmuşdur. Sami Muradovun üzərində aparılmış “İvor-Levis əməliyyatı” taktiki cəhətdən düzgün seçilmiş və icra edilmişdir. Əməliyyatın texniki icrası zamanı traksiya, yəni toxumaların ayrılması vaxt toxumanın zədələnməsi səbəbindən xəstənin vəziyyətində ağırlaşma baş vermiş, bu ağırlaşma müalicə müddətini uzatmış və digər fəsadların inkişafına səbəb olmuşdur. Samir Muradov təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikasının seçilməsində tibbi göstəriş olmuşdur. Samir Muradovun üzərində icra edilmiş cərrahiyə əməliyyatından sonra vəziyyətinin ağırlaşması ilə əlaqədar ona həyati göstəriş əsasında müvafiq yardım və tibbi xidmət göstərilmiş bunun nəticəsində xəstənin vəziyyətində stabilləşmə əldə olunmuşdur. Birlik tərəfindən verilmiş 174/KEŞ KEŞ saylı, xx.xx.2018-ci il tarixli rəyə əsasən Samir Muradovun üzərində İddiaçında aparılmış “İvor-Levis əməliyyatı” traksiya, yəni toxumaların ayrılması vaxtı həkim tərəfindən səhvən toxumanın zədələnməsi səbəbindən xəstənin vəziyyətində ağırlaşma (hipovolemik şok) baş vermişdir. Buna məsul şəxs əməliyyatı icra edən həkim cərrahdır. Apelyasiya kollegiyası işə baxarkən rəsmi sənədləri, mövcud faktiki halları, ekspertiza rəylərini və iş üçün əhəmiyyət kəsb edən digər halları bilərəkdən nəzərə almayaraq, cavab dehin mənafeyini əks etdirən qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və vəkili Mustafayev Muxtar Nağı oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Göründüyü kimi, Əmək Məcəlləsinin 198-ci maddəsinin tətbiqi işçinin işəgötürənə zərər vurması faktı ilə şərtləndirilmişdir. Hazırki işdə isə cavabdehin iddiaçıya zərər vurması mövcu d olmamışdır. Hər şeydən əvvəl qeyd edilməlidir ki, iddia ərizəsində göstərilənlərin əksinə olaraq, cavabdehin (işçinin) iddia edilən zərərin yaranmasında təqsirli olmamışdır və buna görə də təqsirli olmadığı əmələ görə məsuliyyət daşıya bilməz. Məhkəmə nəzərə almamışdır ki, xəstə S.Muradovun üzərində aparılmış cərrahiyə əməliyyatından sonra onun vəziyyətinin pisləşməsi Cavabdeh hər hansı təqsirli hərəkətinin və həkim kimi səhvinin nəticəsində baş verməmişdir. Bununla bağlı prosedura kassasiya şikayətində tam olaraq göstərilmişdir. Bu xəstədə cavabdehin cərrahi üsulu ilə bağlı problem olmamış, lakin inkişaf edən ağciyər problemleri savadsız insanların əlində reanimasiya əməliyyatlarında dalana dirənmiş və xəstə bu qədər əziyyət çəkmişdir. Arıkan Ömerin üzərinə düşən işlərdə nə qəsd, nə sav adsızlıq, nə də ehtiyyatsızlıqla bağlı heç bir şey yoxdur. Bütün bu proseslər zamanı Səhiyyə Nazirinin özü, baş köməkçiləri, Neftçilər Xəstəxanasının rəhbəri L, cərrahiyyə korpusunun baş həkimi prof. Dr. Rauf və Eksperimental Xəstəxanadan prof. Dr. Ə bəy vəziyyətə nəzarət etmiş və rəylərini bildirmişlər. Cərrah kimi A səhvinin olmadığını təsdiq etmişlər. Göründüyü kimi, iddia tamamilə əsassızdır, iddianın əsası kimi istinad edilən hallar yuxarıda qeyd edilənlərlə təkzib edilir. Yuxarıda qeyd edilənlər müvafiq sənədlərlə- xəstəlik tarixçəsi və digər tibbi yazılar və həkim göstərişləri ilə də təsdiq edilir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(103)-*/2019 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edil məsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı-nin vəkili V1 oğlu, Cavabdeh və 3-cü şəxs X7 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Mustafayev Muxtar Nağı oğlu vermiş olduqları kasasiya şikayətini müdafiə edərək, həmin şikayətin təmin edilməsini, qarşı tərəfin vermiş olduğu kasasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416- cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, işin əvvəlki apelyasiya baxışı zamanı təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 416/KEŞ saylı, xx.xx.2017-ci il tarixli rəyə əsasən, X7 xx.xx.2016-cı il tarixdə İddiaçına “qida borusunun alt uc stenozu” diaqnozu ilə daxil olmuş, aparılmış müvafiq müayinələrdən sonra diaqnoz öz təsdiqini tapmış və diaqnoza uyğun operativ müalicə taktikası seçilmişdir. Əməliyyat önü hazırlıq aparılmış və xəstənin razılığı alınaraq cərrahiyyə əməliyyatının icrasına qərar verilmişdir. Əməliyyatın gedişi zamanı diafraqmal hiatusun dalaq və mədə cisminə birləşdiyi müəyyən edilmiş, transabdominal qida borusunun alt ucu rezeksiyası əvəzinə “İvor-Levis” əməliyyatı icra edilmişdir. Xəstədə əvvəllər keçirilmiş cərrahi müdaxilələrdən sonra yaranmış daxili üzvlərin anatomik vəziyyətində dəyişiklik və pataloji vəziyyətin mürəkkəbliyi səbəbindən traksiya vaxtı toxuma deffekti meydana çıxmış, bu da hipovolemik ağırlaşma ilə nəticələnmişdir. Xəstənin ağırlaşmasına səbəb hipovolemik şok olmuşdur. Samir Muradovun üzərində aparılmış “İvor-Levis” əməliyyatı taktiki cəhətdən düzgün seçilmiş və icra edilmişdir. Əməliyyatın texniki icrası zamanı traksiya, yəni toxumaların ayrılması vaxtı toxumanın zədələnməsi səbəbindən xəstənin vəziyyətində ağırlaşma baş vermiş, bu ağırlaşma müalicə müd dətini uzatmış və digər fəsadların inkişafına səbəb olmuşdur. Samir Muradova təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikasının seçilməsində tibbi göstəriş olmuşdur. Samir Muradovun üzərində icra edilmiş cərrahiyə əməliyyatından sonra vəziyyətinin ağırlaşması ilə əlaqədar ona həyati göstəriş əsasında müvafiq yardım və tibbi xidmət göstərilmiş, bunun nəticəsində xəstənin vəziyyətində stabilləşmə əldə olunmuşdur. Birlik tərəfindən verilmiş 174/KEŞ saylı, xx.xx.2018-ci il tarixli rəyə əsasən, Z üzərində İddiaçında aparılmış “İvor-Levis” əməliyyatı traksiya, yəni toxumaların ayrılması vaxtı həkim tərəfindən səhvən toxumanın zədələnməsi səbəbindən xəstənin vəziyyətində ağırlaşma (hipovolemik şok) baş vermişdir. Buna məsul şəxs əməliyyatı icra edən həkim cərrahdır. Mübahisəyə tətb iq edilməli olan hüquq normalarına münasibətdə apelyasiya kollegiyası nəzərə almışdır ki, tibbi əməliyyatın keçirildiyi dövrdə tərəflər arasında əmək hüquq münasibətləri mövcud olduğundan (cavabdeh iddiaçının işçisi olduğundan), habelə hazırkı iddia tələbi işçinin üçüncü şəxslərə vurduğu ziyandan irəli gələn reqress tələbi olmadığından mübahisəyə əmək qanunvericiliyinin işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətini tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən isə əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Əmək Məcəlləsinin 198-ci maddəsinə görə Əmək Məcəlləsinin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 199-cu maddəsinə görə işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əml akın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquq müəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; d) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; e) alkoqol, toksik (z əhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; f) işəgötürənin kommersiya sirrini yaydıqda; g) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Əmək Məcəlləsinin 200-cu maddəsinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı mü qavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. Əmək Məcəlləsinin 200-cu maddəsinin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliy yəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi işçi o halda vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır ki, bununla bağlı işəgötürənlə işçi arasında sonuncunun tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlasın. İşin hallarından göründüyü kimi tərəflər arasında belə bir məzmunda müqavilə bağlanmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırk ı işdə tərəflər arasında bağlanmış əmək müqaviləsinin 3.2.18, 3.2.19 və 4.1-ci bəndlərində qeyd edilmiş Ömər Arikanın müalicə və əməliyyatlar keçirərkən tibbi normalardan düzgün istifadə etməyə görə şəxsən maddi məsuliyyətini nəzərdə tutan müddəalar, habelə tibbi yardım göstərilməsi haqqında müqaviləni müalicə həkimi qismində imzalaması işçinin işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıması kimi qiymətləndirilə bilməz. Əvvəla, qanunverici Əmək Məcəlləsinin 10-cu maddəsində digər əsaslarla yanaşı bu halın, yəni işçinin işəgötürənə vurduğu ziyana görə məsuliyyət daşıması şərtinin məcburi şərt kimi əmək müqaviləsində göstərilməsini nəzərdə tutmuşdur və işçinin tam maddi məsuliyyət daşıması barədə ayrı-ayrı istisna hallarda bağlanan yazılı müqavilələrdən fərqli olaraq işçinin vu rduğu ziyana görə ümumi qaydada məsuliyyət daşıması işçi ilə işəgötürən arasında bağlanan hər bir müqavilədə öz əksini tapmalıdır. İkincisi, işəgötürənlə işçi arasında bağlanan tam maddi məsuliyyət haqqında müqavilə tərəflər arasında bağlanan ayrıca yazılı müqavilədir və bu müqavilənin bağlanılması işçinin peşəsindən, gördüyü işin xarakterindən və sair amillərdən asılı ola bilər. Həmçinin bu cür müqavilə həm əmək müqaviləsi bağlanarkən, həm də sonradan əmək münasibətləri prosesində bağlanıla bilər. Eyni zamanda tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndi də mübahisəyə Əmək Məcəlləsinin 199-cu maddəsinin tətbiqinə əsas vermir. Belə ki, həmin maddənin “a” bəndi yalnız işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığının təmin olunmasına yönəlmişdir. Ona görə də apelyas iya kollegiyası hesab etmişdir ki, iddia qismən təmin edilməli, tərəflər arasında tam maddi məsuliyyətlə bağlı qanunvericiliyin tələblərinə cavab verən müqavilə bağlanmadığı üçün işəgötürənə (iddiaçıya) vurulan ziyana görə işçinin (cavabdehin) yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyəti müəyyən edilməlidir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və iddiaçının kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehin təqsirindən yaranmış ziyanın tam ödənilməli olduğuna istinad etsə də, apelyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, tərəflər arasında tam maddi məsuliyyətlə bağlı qanunvericiliyin tələblərinə cavab verən müqavilə bağlanmadığı üçün işəgötürənə (iddiaçıya) vurulan ziyana görə işçinin (cavabdehin) yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyəti müəyyən edilməlidir. Odur ki, iddiaçının kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas ola bilməz. Cavabdehin kasasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətində onun tərəfindən hər hansı zərər vurulmadığına istinad edib iddia tələbinin təmin edilməməli olduğunu bildirsə də, işə mahiyyəti üzrə baxılan zaman təyin edilmiş və əldə edilmiş ekspert rəyləri ilə cavabdehin zərər vurması sübuta yetirilmişdir. Lakin zərər məbləği müəyyən edilərkən apelyasiya kollegiyası düzgün hüquqi mövqedə olmuşdur. Odur ki, cavabdehin kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas ola bilməz. Həmçinin qeyd edilməl idir ki, kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayətlərinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, kasasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişi klik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh X9 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2706/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2706/2020
30.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver