Məhkəmə qərarları › İş №2(102)-2709/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2709/2019

16.08.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2709/2019 16.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh, vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı giriş-çıxış qapısının yerinin dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 21 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 05 mart 2018-cı il tar ixli qətnaməsi ilə (hakim İ.Kərimli) İddiaçı Cavabdeh qarşı giriş-çıxış qapısının yerinin dəyişdirilməsi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən S.Qafari, hakimlər E.Rəhimov və L.Məmmədova) Abşeron rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı oğlu kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MKnın 21 noyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instabsiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı giriş-çıxış qapısının yerinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan torpaq sahəsinin qarşısında yerləşən ünvan 1 ünvanına dair dəmir darvazanın sökülərək yerinin daşla hörülməsi, həmin darvazanın cavabdehin torpaq sahəsinin küçə hissəsində qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıra raq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı iddia edir ki, 10.03.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və 05.03.2016-cı il tarixli **********38-06301 nömrəli texniki pasporta əsasən ünvan 2 ünvanında 0.02542 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun qapı qonşusu olmaqla, özünə məxsus olan evin girişçıxış darvazasını iddiaçının evinin həyətinə açaraq, avtomaşınını ona məxsus evin girişçıxış qapısının qarşısında saxladığına görə, iddiaçı avtomobilini öz torpaq sahəsinə sala bilmir. Dəfələrlə irad bildirməsinə baxmayaraq, cavabdeh ona əhəmiyyət vermir, nəticədə iddiaçının öz torpaq sahəsinə girib-çıxmasına maneçilik ya radır. Cavabdehin istifadə etdiyi giriş-çıxış yolu kimi istifadə etdiyi 20 kv.m torpaq sahəsi ona məxsus olduğuna görə, cavabdehə məxsus olan darvazanın küçənin baş tərəfinə qoyulmasını tələb edir. İş materiallarından görünür ki, 10.03.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və 05.03.2016-cı il tarixli texniki pasporta əsasən ünvan 2 ünvanında 0.02542 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0.01495 ha torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 27.10.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Qeydiyy at vəsiqəsinin və texniki pasportun surətinə əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsi, M.Əzizbəyov küçəsində yerləşən 4 otaqlı yaşayış evi Abşeron rayon XDS İcraiyyə Komitəsinin 29.01.1988-ci il tarixli, 08/08 saylı qərarına əsasən reyestr kitabında 5256 reyestr nömrəsi ilə Cavabdeh mülkiyyətinə verilmiş, texniki pasport 1993cü ilin aprel ayında tərtib edilmişdir. “xxxx” MMC-nin 123 saylı 16 oktyabr 2017-ci il tarixli mütəxəssis rəyi ilə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0,02542 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin ölçü və koordinatları naturada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən verilmiş 10 mart 2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və 5 mart 2016-cı il tarixli texniki pasportda göstərilən göstəricilərə (koordinatlara) uyğun olduğu, Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.01495 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ölçüsü və koordinatlarının naturada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən verilmiş RX ******* nömrəli, **********91 nömrəli texniki pasportda göstərilən texniki göstəricilərə (koordinatlara) uyğun olduğu müəyyən edilmişdir. Həmçinin həmin rəylə müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsinin hər hansı bir hissəsini zəpt etməmiş və orada hər hansı bir tikinti quraşdırma işləri aparmamışdır. Eyni zamanda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2017-ci il tarix li rəyi ilə iddiaçının xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.02542 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin (müvafiq sənədlərə əsasən qeyri-yaşayış binasıdır) ölçüsü və koordinatlarının naturada çıxarışda və texniki pasportda göstərilən texniki göstəricilərə (koordinatlara) uyğun olduğu, cavabdehin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.01495 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ölçüsü və koordinatlarının naturada çıxarışda və texniki pasportda göstərilən texniki göstəricilərə (koordinatlara) uyğun olduğu, iddiaçıya və cavabdehə məxsus olan torpaq sahələrinin və fərdi yaşayış evlərinin sərhədləri yerində müəyyən edilərək həmin ölçülərin texniki pasportda qeyd olunan ölçülərə uyğun olduğu, cavabdehin həyətyanı torpaq sahəsinə olan giriş-çıxış darvazası və iddiaçının anbar binasına olan qapının texniki pasportda göstərilən yerlərdə quraşdırılması, cavabdehin iddiaçıya məxsus olan torpaq sahəsinin hər hansı bir hissəsini tutmadığı və orada hər hansı bir tikinti-quraşdırma işlərini aparmadığı müəyyən olunur. Bundan başqa iş materiallarından görünür ki, işə apellyasiya qaydasında baxılarkən verilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2018-ci il tarixli rəyi ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binası DƏDRX-nin 4 saylı ərazi idarəsinə verilən sorğuya əsasən təqdim olunmuş İddiaçı xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında qeri-yaşayış binasının yerləşdiyi 0,02542 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları d axilində yerləşdiyi, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və torpaq 3 sahəsinin üzərində yerləşən fərdi yaşayış evi DƏDRX-nin 4 saylı ərazi idarəsinə verilən sorğuya əsasən təqdim olunmuş Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda qeydə alınmış fərdi yaşayış evinin yerləşdiyi 0,01495 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşdiyi, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında qeri-yaşayış binasının giriş-çıxış darvazaları texniki pasportun tikilinin planında, göstərilənlərlə faktiki vəziyyətində yerində yerləşdiyi, Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda qeydə alınmış fərdi yaşayış evinin giriş-çıxış darvazası texniki pasportu torpaq sahəsinin planında göstərilən faktiki vəziyyətdə yerində yerləşdiyi müəyyən edilmişdir. İşin göstərilən hallarına əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Hazırkı işdən göründüyü kimi, tərəflər arasında mübahisə Cavabdeh özünə məxsus yaşayış evinin darvazası iddiaçıya məxsus olan evin giriş-çıxış q apısına açıldığından, iddiaçı gediş-gəlişini cavabdeh tərəfindən mədudlaşdırdığını iddia edərək, cavabdehə məxsus olan darvazanın, iddiaçıya məxsus olan darvazanın ağzından götürülərək küçənin baş tərəfinə qoyulmasını, cavabdeh isə həmin darvazanın özünə məxsus torpaq sahəsində qoyulduğunu əsas gətirərək iddia tələbinə etiraz etmişdir. Torpaq sahəsinin zəpt edilməsi və ya istifadə edilməsi faktının müəyyən edilməsi xüsusi biliyə malik olan şəxslər ekspertlər tərəfindən müəyyən edilmişdir. Həm birinci instansiya məhkəməsi, həm də apelyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədiqatı ilə iddiaçıya və cavabdehə məxsus olan torpaq sahələrinin və fərdi yaşayış evlərinin sərhədləri yerində müəyyən edilərək həmin ölçülərin texniki pasportda qeyd olunan ölçülərə uyğun olduğu, cavabdehin həyətya nı torpaq sahəsinə olan giriş-çıxış darvazası və iddiaçının anbar binasına olan qapının texniki pasportda göstərilən yerlərdə quraşdırılması, cavabdehin iddiaçıya məxsus olan torpaq sahəsinin hər hansı bir hissəsini tutmadığı və orada hər hansı bir tikinti-quraşdırma işlərini aparmadığı müəyyən edilmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı oğlunun kassasi ya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 21 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar