Məhkəmə qərarları › İş №2(102)-2709/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2709/2023

22.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzilə istifadə hüququna xitam verilməsi - Torpaq sahəsinin boşaldılması - M
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2709/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsindən istifadə hüququ olmayan hesab olunma və dəymiş zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X13 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Xudaverdieva Dilşad Şahbaz qızı, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı “mülkiyyətdə olan yaşayış sahəsindən çıxarılma, yaş ayış sahəsindən istifadə hüququ olmayan hesab olunma və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-337/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil2) və cavabdeh Xudaverdieva Dilşad Şahbaz qızı (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətlərinə 22 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3M1118 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə mülkiyyətində olan ünvan 1 ünva nında yerləşən ümumi sahəsi 203,6 kv.metr olan fərdi yaşayış evi və Abşeron rayonu, Görədil kəndi, M.Müşfıq küçəsində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsini ipoteka saxlayan İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmış və İddiaçı bu hüququna dair RX ******* saylı reyestrdən çıxarış verilmişdir.

2. Abşeron rayon 2 saylı Notariat Ofisində təsdiq edilmiş əqdlər üzrə icra qeydi aparılaraq icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. 3. 24.12.2020-ci il tarixli, YP 82 saylı hərracın nəticələrinə dair yekun protokola əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 203,6 kv.metr olan fərdi yaşayış evi və Abşeron rayonu, Görədil kəndi, M.Müşfıq küçəsində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsi 95.625 m anata İddiaçı satılmış və 16 mart 2021-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən sonuncunun mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Xudaverdieva Dilşad Şahbaz qızı, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı “mülkiyyətdə olan yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsindən istifadə hüququ olmayan hesab olunma və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin onlara məxsus olan ev əşyaları ilə birlikdə ünvan 3 saylı ümumi sahəsi 203,6 kv.metr olan fərdi yaşayış evindən çıxarılmaları və orada yerləşən 0,07 ha torpaq sahəsinin boşaldılması, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin ona tə hvil verilməsi, Cavabdeh1, Cavabdeh2, Xudaverdieva Dilşad Şahbaz qızı, X3, Cavabdeh6 və Cavabdeh5 ünvan 3 saylı fərdi yaşayış evindən istifadə hüquqları olmayan şəxs hesab edilmələri, Cavabdeh1 əmlakın satış qiymətinə görə ödənilmiş 5.000 manat, dövlət rüsumu olaraq 224 manat, əldən çıxmış faydaya görə 19.000 manat, mənəvi zərərin əvəzi olaraq 10.000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırıİmışdır ki, onunla evin əvvəlki mülkiyyətçisi Cavabdeh1 arasında Abşeron rayonu 2 saylı Notariat Kontorunda bağlanılmış xx.xx.2018ci il tarixli kredit müqaviləsinə əsasən, o, Cavabdeh1 xx.xx.2019-cu il tarixədək qaytarmaq şərti ilə faizsiz olaraq 85.000 manat məbləğində borc pul vermişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanm ış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 onunla arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3M-1118 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 203,6 kv.metr olan fərdi yaşayış evi və Abşeron rayonu, Görədil kəndi, M.Müşfıq küçəsində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsini ipoteka saxlayan kimi onun xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2018-ci il tarixli, 3M-1119 nömrəli ipoteka müqaviləsinə 1 nömrəli, xx.xx.2019-cu il tarixli əlavə sazişə əsasən müqavilənin 3.2-ci bəndinə dəyişiklik edilərək öhdəliyin əsası kimi faizsiz 105.400 manat borc müəyyən olunmuşdur. Cavabdeh1 bağlanılmış kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün və həmin m üqavilədən irəli gələn şərtlərə əsasən Abşeron rayon 2 saylı Notariat Ofisi cavabdehə 2 dəfə xəbərdarlıq etməsinə baxmayaraq, onun tərəfindən notariat ofisinə heç bir müraciət daxil olmadığından həmin müqavilələr üzrə icra qeydi aparılmış və icra olunması ücün 16 mart 2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon İcra və Propasiya Şöbəsinə göndərilmişdir. Bundan sonra Abşeron rayon İcra və X10 rayonu 2 saylı Notariat Kontorunun 8İ-1175 saylı, xx.xx.2020- ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Həmin qərar əsasında lazımi icra tədbirləri həyata keçirilmişdir. O cümlədən tələbin könüllü icrası haqqında Cavabdeh1 bildiriş göndərilmiş və o, həmin bildirişlə tanış olaraq imzalamışdır. Bun a baxmayaraq, Cavabdeh1 könüllü olararq üzərinə düşən öhdəliyi yenə yerinə yetirməmişdir. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 72 saylı, xx.xx.2020-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən Abşeron rayonu, Görədil kəndi, M.Müşviq küçəsindəki 20 saylı fərdi yaşayış evi 0,07 ha torpaq sahəsi ilə birlikdə 150.000 manata qiymətləndirilmişdir. “X2 Mərkəzi” MMC, Abşeron rayon İcra və Propasiya Şöbəsi tərəfindən 17/7550/2V saylı, xx.xx.2020-ci il tarixli məktubla Abşeron rayonu, Görədil kəndi, M.Müşviq küçəsi, 20 saylı fərdi yaşayış evi və orada yerləşən 0,07 ha torpaq sahəsinin açıq hərracda (əmlakın ilkin satış qiyməti 150.000 manat olmaqla) satışının təşkil edilməsi üçün sifariş verildiyi və açıq hərracın 04 noyabr 2020-ci il tarixdə saat 11:00-da keçiriləc əyi barədə tərəflərə 16 oktyabr 2020-ci il tarixli, 158 saylı bildiriş göndərilmişdir. “X2 Mərkəzi” MMC, Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən 17/75-50/2V saylı xx.xx.2020 tarixli məktubla Abşeron rayonu, Görədil kəndi, M.Müşviq küçəsi, 20 saylı fərdi yaşayış evi və 0,07 ha torpaq sahəsi ilə birlikdə açıq hərracda (əmlakın qiyməti 127500 manat) satışının təşkil edilməsi üçün sifariş verildiyi və açıq hərracın 25 noyabr 2020-ci il tarixdə saat 11:00 da keçiriləcəyi barədə tərəflərə 06 noyabr 2020-ci il tarixli, 191 saylı bildiriş göndərilmişdir. Bildirişin 3-cü bəndində göstərilmişdir ki, satış qiymətinin 5 faizi məbləğində behin ödənilməsi haqqında qəbz hərrac keçirilənədək nağd və ya köçürülmə yolu ilə Hərrac mərkəzinin hesabına ödənilməlidir. “X2 Mərkəzi” MMC tərəfindən həyat a keçirilmiş hərracın nəticələrinə dair YP 82 saylı, 24 dekabr 2020-ci il tarixli yekun protokolundan görünür ki, sifarişçi satıcı Abşeron rayon İcra və Probasiya Şöbəsi, Abşeron rayonu 2 saylı Notariat Ofisinin 8İ-1175 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən hərracın təşkilatçısı “X2 Mərkəzi” MMC, Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 17/75-50/2V saylı xx.xx.2020 tarixli sifariş əsasında Cavabdeh1 məxsus ünvan 2 ünvanda yerləşən 0,07 ha torpaq sahəsi keçirilən hərraclarda iştirakçı olmadığından, əmlakı ipoteka saxlayan tərəfindən, yəni alıcı kimi o, 95.625 manata almışdır. Həmçinin satış qiymətinin 5 faizi həcmində, yəni 5.000 manat pulu Hərrac Mərkəzinə ödəmişdir. Hərracın nəticələrinə dair yekun Protokolun 8-ci bəndində satılan əmlaka dair hüquqların dö vlət qeydiyyatına alınmasının hüquqi əsasları göstərilmişdir. Həmçinin orada deyilir ki, Azərbaycan Respublikası MM-nin 415.5-ci maddəsinə əsasən hərracın nəticələrinə dair protokol müqavilə qüvvəsinə malikdir. Hərracın yekun nəticələrinə dair əmlakın alğı-satqısı barədə 24 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən bir tərəfdən satıcı “X6 Mərkəzi” MMC-nin direktoru Ə.N.Ələsgərov şəxsində və digər tərəfdən alıcı kimi onun arasında bağlanmış müqaviləyə əsasən, (müqavilənin 3.1 bəndi) satıcı ünvan 2 ünvanda yerləşən 0,07 ha torpaq sahəsini alıcının mülkiyyətinə verir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən satıcı əmlakı 95.625 manata satdı və alıcı ipoteka saxlayan İddiaçı həmin qiymətə aldı. Müqavilənin 3.3-cü maddəsinə əsasən satılan əmlaka sahiblik və istifadə hüququ onun barəsində alğı -satqı müqaviləsi bağlandığı andan sərəncam vermək hüququ isə əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. Hərracın yekun nəticələrinə dair ünvan 2 ünvanda yerləşən 0,07 ha torpaq sahəsinin alğı-satqısına dair 24 dekabr 2020-ci il tarixli müqavilə əsasında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Görədil kəndi, M.Müşviq küçəsindəki 203,6 kv.metr sahəsi olan 20 saylı fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,07 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx. xx.2021, payı tam olmaqla İddiaçı (hüquq sahibi) məxsusdur. Cavabdeh1lə bağlanılmış kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün xx.xx.2018-ci il tarixdən onu adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən də (əldən çıxmış fayda) məhrum etmişdir. Cavabdeh (aralarında olan şifahi razılaşmaya görə) ona borc olaraq verdiyi pulla qazanc əldə etməli və ona həmin qazanca görə müəyyən məbləğ ödəməli idi. Lakin cavabdeh nəinki ona əlavə pul verib, hətta onun hərəkətləri nəticəsində özü həm maddi, həm də mənəvi zərərə məruz qalmışdır. O, həmin pulla başqa bir əmlak əldə edə və bundan faydalana bilərdi. Bu illər ərzində cavabdeh onun pulunu ələ keçirməklə ailəsinin dolanışığı üçün əldə edəcəyi gəlirlərdən məhrum etmişdir. Borc olaraq verdiyi pulla başqa bir ev alsaydı və onu 5 00 manata icarəyə versəydi, 2018 ortalarından 2021-ci ilin sentyabr ayınadək cəmi 38 ay x 500 manat =19.000 manat edər ki, cavabdehin hüquqazidd və qanunsuz hərəkətləri nəticəsində o, bu faydadan da məhrum olmuşdur. Ona görə də Cavabdeh1 19.000 manat əldən çıxmış faydanı da ona ödəməlidr. Həmçinin əmlakın satış qiymətinin 5 faizi həcmində Hərrac Mərkəzinə ödədiyi 5.000 manat pul da Cavabdeh1 alınaraq ona ödənilməlidir. Bundan əlavə, cavabdeh hüquqazidd və qanunsuz hərəkətləri nəticəsində həm də ona mənəvi zərər vurmuşdir. Bu illər ərzində ağır iztirablar keçirmişdir. Həmin borc olaraq verdiyi pula görə ailəsinin dolanışığında yaranmış ağır vəziyyət onu sıxıntılara düçar etmişdir. Cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi onun və ailəsinin şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş və bu illər ərzində mənəvi sartsıntılar keçirmişlər ki, bu mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10.000 manat ödənilməsini tələb edir. Cavabdehlər hazırda onun mülkiyyətində olan evdən və torpaq sahəsindən hələ də istifadə edirlər. Onlar könüllü olaraq evdən çıxmaq istəmirlər. Bu da ona məxsus olan əmlakın üzərində öz mülkiyyət hüquqlarını həyata keçirməyə maneçilik törədir.

6. Məhkəmə gedişatında İddiaçı MPM-in 53-cü maddəsinə istinad etməklə iddia ərizəsinə əlavə ərizə verərək, cavabdehlərdən dəymiş maddi və mənəvi zərərin əvəzi kimi 95.000 manat pulun tutulmasını xahiş etmişdir.

7. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbində qeyd edilənlərlə yanaşı, cavabdehlərdən ona vurulmuş maddi zərərin əvəzi kimi 43.900 manat və mə nəvi zərərin əvəzi kimi 20.000 manat, dövlət rüsumu kimi ödənilmiş 224 manat, hərrac üçün ödənilmiş 4.780 manat olmaqla, ümumilikdə 68.904 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Abşeron Rayon Məhkəməsinin 2(012)-3377/2022 nömrəli, 26 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2, Xudaverdieva Dilşad Şahbaz qızı, X3, Cavabdeh6 və Cavabdeh5 onlara məxsus əşyalarla birlikdə ünvan 3 saylı ümumi sahəsi 203,6 kv.metr olan fərdi yaşayış evindən çıxarılması, ünvan 3 ünvanda yerləşən 0,07 ha torpaq sahəsinin boşaldılması, qeyd olunan fərdi yaşayış evi və torpaq sahəsinin İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1, Cavabdeh2, Xudaverdieva Dilşad Şahbaz qızı, X3, Cavabdeh6 və Cavabdeh5 müştərək qaydada 100 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı verilməsi qət edilmişdir

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli əmlak onun əvvəlki mülkiyyətçisi Cavabdeh1 tərəfindən kredit müqaviləsinin təminatı olaraq İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmiş, kredit müqaviləsi üzrə öhdəliklər vaxtında yerinə yetirilmədiyinə görə notariat orqanının verdiyi icra qeydinə əsasən müvafiq icra qurumunun sifarişi ilə açıq hərraca çıxarılmış, mübahisəli əmlak hərrac vasitəsilə 95.625 manata İddiaçı satılmış, bundan sonra isə o, öz adına 16 mart 2021-ci il tarixli reyestrdən çıxarış almış, yəni həmin evin hazırki mülkiyyətçisi İddiaçıdir. İş üzrə cavabdehlərin həmin evdə heç bir hüquqları olmadan yaşamaları isə iddiaçının mülkiyyət hüquqlarını po zur və hüquqdan sui-istifadə kimi qiymətləndirilir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152 və 157-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

11. Qətnamədən iddiaçı və Cavabdeh3 tərəfindən apellyasiya şikayətləri verilmişlər.

12. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə bağlanılmış kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün xx.xx.2018-ci il tarixdən adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən də (əldən çıxmış fayda) məhrum olmuşdur. Cavabdeh (aralarında olan şifahi razılaşmaya görə) ona borc olaraq verdiyi pulla qazanc əldə etməli və həmin qazanca görə müəyyən məbləğ ödəməli idi. Lakin cavabdeh nəinki əlavə pul verib, hətta hərəkətləri nəticəsində həm maddi, həm də mənəvi zərərə məruz qalmışdır. Həmin pulla başqa bir əmlak əldə edə və bundan faydalana bilərdi. Bu illər ərzində cavabdeh pulunu ələ keçirməklə ailəsinin dolanışığı üçün əldə edəcəyi gəlirlərdən onu məhrum etmişdir. Borc olaraq verdiyi pulla başqa bir ev alsaydı və onu 500 manata icarəyə versəydi, 2018 ortalarından 2022-ci ilin noyabr ayınadək cəmi 52 ay x 500 manat =26.000 manat edər ki, cavabdehin hüquqazidd və qanunsuz hərəkətləri nəticəsində o, bu faydadan da məhrum olmuşdur. Ona görə də Cavabdeh1 26.000 manat əldən çıxmış faydanı da ona ödəməlidr. Həm çinin əmlakın satış qiymətinin 5 faizi həcmində Hərrac Mərkəzinə ödədiyi 5.000 manat pul da Cavabdeh1 alınaraq ona ödənilməlidir. Bundan əlavə, cavabdeh hüquqazıdd və qanunsuz hərəkətləri nəticəsində həm də ona mənəvi zərər vurmuşdur. Bu illər ərzində ağır iztirablar keçirmiş, həmin borc olaraq verdiyi pula görə ailəsinin dolanışığında yaranmış ağır vəziyyət onu sıxıntılara düçar etmişdir. Cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi onun və ailəsinin şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş və bu illər ərzində mənəvi sartsıntılar keçirmişlər ki, bu mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10.000 manat ödənilməsini tələb edir. Bütün bunların nəzərə alınmaması hüquq pozuntusudur.

14. Cavabdeh3 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia təl əbinin rədd olunmasını xahiş etmişdir.

15. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının məqsədi dəyəri 300.000 manatdan artıq olan fərdi yaşayış evini qanunsuz olaraq ələ keçirməkdir. İddiaçı oğlu, Cavabdeh2 ilə şərikli biznes fəaliyyəti ilə məşğul olmaq üçün ona 50.000 dollar pul vermiş, həmin vəsaiti hal-hazırda axtarışda olan X9, X7, X1 dələduzluq əməli nəticəsində mənimsənilmişdir. İddiaçı həmin pulu borc məqsədi ilə deyil, biznes fəaliyyəti ilə məşğul olmaq, pul qazanmaq məqsədi üçün vermişdir. Bundan başqa fərdi yaşayış evinin qiymətləndirilməsi və onun hərrac vasitəsi ilə satılması qanun pozuntuları ilə müşayiət olunmuş və nəticədə onun konstitusiyon hüquqları pozulmuşdur. Belə ki hərracın keçirilməsi barədə onun məlumatı olmamış, hərracın keçirilməsində i ştirak etməmişdir. Hərrac keçirilib qurtardıqdan xeyli vaxt sonra ona hərracın keçirilicəyi barədə bildiriş göndərilmişdir. İddiaçının əsassız və qanunsuz hərəkətləri onu qane etməmiş, əlavə olaraq ona dəymiş “maddi və mənəvi ziyana görə kompensasiya tələb edir”. Mülkiyyətdə olan yaşayış sahəsindən çıxarılma və ona dair istifadə hüququnun itirilməsi barədə iddiaçının tələbi əsassızdır, ədalət prinsiplərinə ziddir.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-337/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lalə Rəhimli) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı və Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya ins tansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin cavabdehlərin mübahisəli fərdi yaşayış evindən istifadə hüquqları olmayan şəxs hesab edilmələri, cavabdehlərdən ona vurulmuş maddi zərərin əvəzi kimi 43.900 manat və mənəvi zərərin əvəzi kimi 20.000 manat, dövlət rüsumu kimi ödənilmiş 224 manat, hərrac üçün ödənilmiş 4.780 manatın tutulması hissəsində iddianı təmin etməməkdə haqlı olmuşdur.

18. Cavabdehlərin həmin fərdi yaşayış evinə istifadə hüquqları mövcud olmadığından, mövcud olmayan hüququn mübahisələndirilməsi də qeyri-mümkündür. Ona görə də iddia bu hissədə təmin edilməməlidir.

19. Bundan başqa iddiaçı ona vurulmuş maddi zərərin əvəzi kimi 43.900 manat və mənəvi zərərin əvəzi kimi 20.000 mana tın ödənilməsini bildirsə də, qeyd edilən məbləğdə ona maddi zərər dəyməsinə dair hər hansı sübutu təqdim etməmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericilik normalarına görə iddiaçı tələb etdiyi məbləğdə cavabdehlər tərəfindən ona maddi zərər vurulmasını sübut etməlidir. Lakin iddiaçı cavabdehlər tərəfindən ona maddi ziyan vurulmasını göstərərək, cavabdehlərdən 43.900 manat maddi ziyan tələb etsə də cavabdehlərin tələb olunan həmin məbləğin ona ödənilməsi öhdəliyini daşımasını, həmçinin həmin məbləğdə ziyanın hansı amillər nəticəsində yaranmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir.

21. Bundan başqa apellyasiya instansiya məhkəməsi iddiaçının mənəvi zərərə görə 20.000 manat pulun tut ulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə qiymət verərək qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şə xsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərarın nəticə hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə ə ldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

22. Qanunvericliyin tələbinə görə iddiaçı ona vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə olmasını sübuta yetirməlidir. İddiaçı isə belə bir sübut təqdim etməmişdir. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxım ından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür.

23. İddiaçının cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsinə dair sübut olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz.

24. Bundan başqa hərrac üçün ödənilmiş 4.780 manatın tutulması barədə tələbə gəldikdə məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı öz istəyi əsasında, könüllü olaraq həmin evi aldığından, həmin evi hərracdan alması üçün ödənilmiş məbləğ də onun özünə aid edilməlidir.

25. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab etmişdir ki, şikayətin dəlilləri formal mülahizələr kimi qiymətləndirilmədir. Həmçinin iddiaçının dəlillərinə qiymət verilərək əsassız olması t əsdiq edilmişdir.

26. Məhkəmə kollegiyası Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə də qiymət verərək hesab etmişdir ki, həmin dəlillər də əsassızdır.

27. Belə ki, cavabdeh evin açıq hərracda satılması barədə məlumatlandırılmamasını bildirir. Məhkəmə kollegiyası qeyd edilən hala qiymət verərək qeyd etmişdir ki, fərdi yaşayış evinin satılmasına dair “X2 Mərkəzi” MMC, Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən 17/7550/2V saylı xx.xx.2020-ci tarixli məktubla satışının təşkil edilməsi üçün sifariş verildiyi və açıq hərracın 04 noyabr 2020-ci il tarixdə saat 11:00-da keçiriləcəyi barədə tərəflərə 16 oktyabr 2020-ci il tarixli, 158 saylı bildiriş göndərmişdir.

28. Hərracın keçirilməsi ilə bağlı tərəflərə məlumat verilmişdir.

29. Hərracın keçirilməsi barədə məluma t verilməməsi, eləcə də hərracın keçirilməsinin qanunsuz hesab edilməsi hazırki iddianın predmeti deyildir.

30. Belə ki, fərdi yaşayış evi iddiaçı tərəfindən alınmış və onun adına dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bu səbəbdən də cavabdeh hərracın nəticələri, eləcə də iddiaçının adına verilmiş çıxarışı hazırki işdə mübahisələndirə bilməz.

31. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki gündə mübahisəli fərdi yaşayış evi iddiaçının adına dövlət reyestrində qeydiyyata alındığından məhkəmə iddiaçının cavabdehlərin evdən çıxarılmasına dair gəldiyi nəticə haqlı olmuşdur.

32. Mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətinə keçsə də cavabdehlər mübahisəli evdən könüllü çıxmamışdır. Belə olan halda, iddiaçı mülkiyyətində olan evə dair hüquqlarını həyata keçirə bilməmişd ir.

33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bir halda ki, mübahisəli ev iddiaçının mülkiyyətindədir, cavabdehlərin iddiaçıya məxsus mənzildə yaşamaları iddiaçının mənzilə dair mülkiyyət hüquqlarından irəli gələn hüquqlarını həyata keçirməsinə maneə yaradır. Bu səbəbdən də cavabdehlər onlara məxsus əşyalarla birlikdə iddiaçının mülkiyyətində olan ünvan 3 saylı ümumi sahəsi 203,6 kv.metr olan fərdi yaşayış evindən çıxarılmalı, ünvan 3 ünvanda yerləşən 0,07 ha torpaq sahəsi boşaldılmali, qeyd olunan fərdi yaşayış evi və torpaq sahəsi İddiaçı təhvil verilməlidir.

34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152 və 157-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14 və 77-ci maddələrinə i stinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

35. Qətnamədən iddiaçı (Vəkil2) və Cavabdeh3 (Vəkil1) kassasiya şikayətləri vermişlər.

36. İddiaçı (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

37. İddiaçının kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə qətnamə çıxararkən mübahisənin hələ də davam etdiyini, cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçının uzun müddətdir mülkiyyətində olan evdə yaşamadığını, yaşamaq istədiyi evdə bir müddət daha yaşaya bilməyəcəyini, həmçinin həmin evi kirayə verərək müəyyən məbləğdə gəlir əldə etmək hüququnun olduğunu nə zərə almamışdır. Cavabdehin öhdəliklərini icra etməməsi nəticəsində iddiaçı mənzildən gəlir əldə etmək imkanından məhrum olur və bu iddiaçı ilə yanaşı onun ailə üzvlərinin də hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə tərəfindən iddia tələbinin maddi və mənəvi ziyana dair hissədə təmin edilməməsi qanunvericiliyin tələblərinə ziddir. Cavabdehlərin hərəkətsizliyi nəticəsində iddiaçıya 19.000 manat məbləğində maddi (əldən çıxmış fayda) ziyan dəymişdir. Bundan başqa mübahisənin 5 ildir ki, davam etməsinin iddiaçıda əsəb, stress, gərginlik, yəni mənəvi zərər yaratması şübhəsizdir. Buna görə də, iddia tələbinin həmin hissədə təmin edilməməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmənin buna dair hər hansı sübut tələb etməsi qanunvericiliyin tələblərinə ziddir. Həmçi nin məhkəmə tərəfindən qətnamə çıxarılarkən əmlak hərracda satıldıqdan sonra hərrac mərkəzinə 5.000 manat məbləğində pul ödənildiyi də nəzərə alınmamışdır.

38. Cavabdeh3 (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

39. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının məqsədi dəyəri 300.000 manatdan artıq olan fərdi yaşayış evini qanunsuz olaraq ələ keçirməkdir. İddiaçı Cavabdeh2 ilə şərikli biznes fəaliyyəti ilə məşğul olmaq üçün ona 50.000 dollar pul vermiş həmin vəsaiti hal hazırda axtarışda olan X9, X7, X1 dələduzluq əməli nəticəsində mənimsənilmişdir. İddiaçı həmin pulu borc məqsədi ilə deyil biznes fəaliyyəti ilə məşğul olmaq, pul qazanmaq məqsədi üçün vermişdir. Bundan başqa fərdi yaşayış evinin qiymətləndirilməsi və onun hərrac vasitəsi ilə satılması qanun pozuntuları ilə müşayiət olunmuş və nəticədə cavabdehin konstitutsiyon hüquqları pozulmuşdur. Belə ki, hərracın keçirilməsi barədə cavabdehin məlumatı olmamış, hərracın keçirilməsində cavabdeh iştirak etməmişdir. Hərrac keçirilib qurtardıqdan xeyli vaxt sonra cavabdehlərə hərracın keçirilicəyi barədə bildiriş göndərilmişdir. Məhkəmə cavabdehlər tərəfindən təqdim edilmiş sübutlara obyektiv qiymət verməmiş, işi tam, hərtərəfli araşdırmamış nəticədə cavabdehlərin konstitusion hüquqları pozulmuşdur. Pulun borc niyyəti ilə yox qazanc məqsədi ilə verilməsi barədə, hərracın keçirilməsi qaydalarının pozulması haqqında təqdim edilmiş sübutlar qərəzli olaraq qiymətləndiri lməmiş, apellyasiya instansiya məhkəməsi tərəf kimi çıxış etmiş, iş üzrə obyektiv olmayan qərəzli qətnamə çıxarılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

40. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

41. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqa ları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

42. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

43. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

44. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

45. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran hal ların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandır ılmalıdır.

52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

56. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mate riallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırki kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

62. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 3 saylı ümumi sahəsi 203,6 kv.metr olan fərdi yaşayış evindən ibarət olan mübahisəli əmlak, onun əvvəlki mülkiyyətçisi, Cavabdeh1 tərəfindən 85.000 manat məbləğində borc pula görə bağlanmış kredit müqaviləsinin təminatı olaraq İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmiş, kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən vaxtında yerinə yeti rilmədiyinə görə notariat orqanının verdiyi icra qeydinə əsasən müvafiq icra qurumunun sifarişi ilə açıq hərraca çıxarılmış, mübahisəli əmlak hərrac vasitəsilə 95.625 manata İddiaçı satılmış, bundan sonra isə o, öz adına 16 mart 2021-ci il tarixli reyestrdən çıxarış almışdır. Yəni həmin evin hazırki mülkiyyətçisi İddiaçıdir. İş üzrə cavabdehlər könüllü olaraq evdən çıxmaq istəmirlər. Bu isə iddiaçının mülkiyyət hüquqlarını pozur və ona məxsus olan əmlakın üzərində öz mülkiyyət hüquqlarını həyata keçirməsinə maneçilik törədir.

63. İddiaçı cavabdehlərə qarşı “mülkiyyətdə olan yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsindən istifadə hüququ olmayan hesab olunma və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onlara məxsus olan ev əşyaları ilə birlikdə ünvan 3 saylı ümumi sahəsi 203,6 kv.metr olan fərdi yaşayış evindən çıxarılmaları və orada yerləşən 0,07 ha torpaq sahəsinin boşaldılması, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin ona təhvil verilməsi, Cavabdeh1, Cavabdeh2, Xudaverdieva Dilşad Şahbaz qızı, X3, Cavabdeh6 və Cavabdeh5 ünvan 3 saylı fərdi yaşayış evindən istifadə hüquqları olmayan şəxs hesab edilmələri, Cavabdeh1 əmlakın satış qiymətinə görə ödənilmiş 5.000 manat, dövlət rüsumu olaraq 224 manat, əldən çıxmış faydaya görə 19.000 manat, mənəvi zərərin əvəzi olaraq 10.000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər tərəfindən iş üzrə qarşılıqlı iddia verilməmişdir.

64. Apellyasiya instansiyası məhkəməsi mübahisəli evin iddiaçının mülkiyyətində olmas ını, cavabdehlərin iddiaçıya məxsus mənzildə yaşamalarını iddiaçının mənzilə dair mülkiyyət hüquqlarından irəli gələn hüquqlarını həyata keçirməsinə maneə yaratmasını, bu səbəbdən də cavabdehlərin onlara məxsus əşyalarla birlikdə iddiaçının mülkiyyətində olan mübahisəli fərdi yaşayış evindən çıxarılmaları, evin və torpaq sahəsinin boşaldılması, qeyd olunan fərdi yaşayış evi və torpaq sahəsinin iddiaçıya təhvil verilməli olması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin cavabdehlərin mübahisəli fərdi yaşayış evindən istifadə hüquqları olmayan şəxs hesab edilmələri, cavabdehlərdən ona vurulmuş maddi zərərin əvəzi kimi 43.900 manat və mənəvi zərərin əvəzi kimi 20.000 manat, dövlət rüsumu kimi ödənilmiş 224 manat, hərrac üçün ödənilmiş 4.780 manatın tutulması hissəsində iddianı təmin etməməkdə haqlı olmuşdur.

65. Apellyasiya instansiyası məhkəməsi, iddia tələbinin cavabdehlərdən vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə hissəsində rədd edilməsini rədd edərkən qeyd etmişdir ki, iddiaçı ona vurulmuş maddi zərərin əvəzi kimi 43.900 manat və mənəvi zərərin əvəzi kimi 20.000 manatın ödənilməsini bildirsə də, qeyd edilən məbləğdə ona maddi zərər dəyməsinə dair hər hansı sübutu təqdim etməmişdir. Belə ki, qanunvericilik normalarına görə iddiaçı tələb etdiyi məbləğdə cavabdehlər tərəfindən ona maddi zərər vurulmasını sübut etməlidir. Lakin iddiaçı cavabdehlər tərəfindən ona maddi ziyan vurulmasını göstərərək, cavabdehlərdən 43.900 manat maddi ziyan tələb etsə də cavabdehlərin tələb olunan hə min məbləğin ona ödənilməsi öhdəliyini daşımasını, həmçinin həmin məbləğdə ziyanın hansı amillər nəticəsində yaranmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Həmçinin qanunvericliyin tələbinə görə iddiaçı ona vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə olmasını sübuta yetirməlidir. İddiaçı isə belə bir sübut təqdim etməmişdir. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür. İddiaçının cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsinə dair sübut olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz.

66. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddianın hərrac üçün ödənilmiş 4.780 manatın tutulması barədə tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı öz istəyi əsasında, könüllü olaraq həmin evi aldığından, həmin evi hərracdan alması üçün ödənilmiş məbləğ də onun özünə aid edilməlidir. Bundan başqa cavabdehlərin həmin fərdi yaşayış evinə istifadə hüquqları mövcud olmadığından, mövcud olmayan hüququn mübahisələndirilməsi də qeyri-mümkündür. Ona görə də iddia bu hissədə təmin edilməməlidir.

67. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə də qiymət verərək qeyd etmişdir ki, həmin dəlillər də əsassızdır. Belə ki, cavabdeh evin açıq hərracda satılması barədə məlumatlandırılmamasını bildirir. Məhkəmə kollegiyası qeyd edilən hala qiymət verərək qeyd etmişdir ki, fərdi yaşayış evinin satılmasına dair “X2 Mərkəzi” MMC, Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən 17/7550/2V saylı xx.xx.2020-ci tarixli məktubla satışının təşkil edilməsi üçün sifariş verildiyi və açıq hərracın 04 noyabr 2020-ci il tarixdə saat 11:00-da keçiriləcəyi barədə tərəflərə 16 oktyabr 2020-ci il tarixli, 158 saylı bildiriş göndərmişdir. Hərracın keçirilməsi ilə bağlı tərəflərə məlumat verilmişdir. Hərracın keçirilməsi barədə məlumat verilməməsi, eləcə də hərracın keçirilməsinin qanunsuz hesab edilməsi hazırki iddianın predmeti deyildir. Fərdi yaşayış evi iddiaçı tərəfindən alınmış və onun adına dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bu səbəbdən də cavabdeh hərracın nəticələri, eləcə də iddiaçının adına verilmiş çıxarışı haz ırki işdə mübahisələndirə bilməz.

68. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki gündə mübahisəli fərdi yaşayış evi iddiaçının adına dövlət reyestrində qeydiyyata alındığından məhkəmə iddiaçının cavabdehlərin evdən çıxarılmasına dair gəldiyi nəticə haqlı olmuşdur. Mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətinə keçsə də cavabdehlər mübahisəli evdən könüllü çıxmamışdır. Belə olan halda, iddiaçı mülkiyyətində olan evə dair hüquqlarını həyata keçirə bilməmişdir.

69. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti və cavabdeh Xudaverdieva Dilşad Şahbaz qızının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kassasiya şikayətlərində qeyd olunan həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

70. Kassasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mö təbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətlərinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

71. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya in stansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

72. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut o lunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

73. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

74. Bu səbəbdən, iddiaçının kassasiya şikayəti və cavabdeh Xudaverdieva Dilşad Şahbaz qızının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh Xudaverdieva Dilşad Şahbaz qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-337/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar