Məhkəmə qərarları › İş №2(102)-2713/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2713/2024

23.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2713/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi, “X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARI Açar sözlər: hərracın nəticələrinin, qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər İspəndiyar Şəfiyev Əsəd oğlu (məruzəçi), Əhməd Əhmədov Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh4, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi, “X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətl i Cəmiyyətinə qarşı “hərracın nəticələrinin ləğv edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-736/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh “X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri 43 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 8İ-5425 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "xxxx" MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. İcra qeydi icra olunması üçün Bakı şəhəri Yasama l rayon İcra Şöbəsinə göndərilmişdir.

2. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi əmlakın qiymətləndirilməsi üçün Cavabdeh4 MMC-yə sifariş vermiş və Cavabdeh4 MMC-nin xx.xx.2022-ci il tarixli, M023/08/22 saylı əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən, iddiaçıya məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 442-ci məhəllə, ev 150B ünvanında yerləşən 32 saylı mənzilin real bazar qiyməti 170.000 manat müəyyən edilmişdir.

3. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi, xx.xx.2022-ci il tarixli 116953/12 saylı məktubla hərracın keçirilməsini "xxxx" MMC-yə sifariş etmişdir. 4. "xxxx" MMC tərəfindən sözügedən mənzilin ilkin satış qiyməti 170.000 manat müəyyən olunmaqla, ilk hərracın keçirilmə tarixi xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin olunmuşdur. Mənzilin i lkin satış qiyməti 144500 manat müəyyən olunmaqla, təkrar hərracın keçirilmə tarixi xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin olunmuş və bununla bağlı "Market” qəzetində elanlar yerləşdirilmişdir. 5. xx.xx.2022-ci il tarixli 339/22 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola və həmin tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqaviləyə əsasən, mənzili 108375 manat qiymətlə "xxxx" MMC əldə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər "xxxx" MMC Mərkəzinə və digərlərinə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tutmanın yönəldildiyi ipoteka predmeti olan və Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 442-ci məhəllədə yerləşən 150 “B” saylı evin 32 saylı mənzilin satılması ilə bağlı keçirilmiş hərracın nəticələrinə dair cavabdeh "xxxx" MMC tərəfindən tərtib olunmuş 339/22 saylı, xx.xx.2022-ci il tarixli “protokolun” etibarsız hesab edilməklə hərracın nəticələrinin aradan qaldırılması, əmlakın qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatının ləğv edilməsi, həmin əmlakın hazırkı real bazar qiyməti əsasında yenidən qiymətləndirilməsi və hərracın yenidən təşkil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri 43 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 8İ-5425 s aylı “İcra qeydi” tərtib edilərək icra edilməsi üçün “İcra Şöbəsi”nə göndərilmişdir. Həmin “İcra qeydində” ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan (cavabdeh) BOKT-un tələbi ilə ipoteka qoyan (iddiaçı) İddiaçı məxsus ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi tələb edilmişdir. BOKT-un hesablamalarına əsasən, öhdəliyi müəyyən edən 2021/1844 saylı müqavilə üzrə vaxtında ödənilməmiş əsas borc 49.640,83 manat, faiz borcu 7.849,97 manat və dəbbə pulu 9.000 manat olmaqla, cəmi tutulmalı məbləğ 66.490,80 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixdə Qiymətləndiricinin direktoru “İcra Şöbəsinin” rəisinə məktub ünvanlayaraq ipoteka predmeti olan mənzilə baxış keçirmək üçün yaxınlaşdıqlarını, lakin mənzil sahibinin süni maneələr törədərək baxış keçirilməsinə şərait yaratmadığını, bu sə bəbdən də baxış keçirilməsinin təmin edilməsini xahiş etmişdir. Qeyd olunanlar tam olaraq yalandır. Çünki baxış keçirilməsi üçün heç bir zaman həmin ünvana gəlinməmiş və bu barədə heç bir məlumat tərəfə verilməmişdir. Əmlakın qiymətləndirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli “Hesabat”dan görünür ki, Qiymətləndirici tərəfindən ipoteka predmeti olan mənzilin real bazar dəyəri 170.000 manat qiymətləndirilmişdir. Lakin qiymətləndirilmə mənzilə daxil olmadan vizual baxış nəticəsində aparılmışdır. Bununla da açıq-aşkar görünür ki, qiymətləndirilmə formal aparılmış, mənzilin müasir standartlara uyğun tam təmirli olması nəzərə alınmamışdır. “İcra Şöbəsi”nin icra məmuru Anar Əyyubov tərəfindən “Hərrac Mərkəzi”nə xx.xx.2022-ci il tarixdə müraciət olunaraq əmlak barədə hərracın keçirilməsi xahi ş edilmişdir. Hərracın təşkilatçısı olan həmin “Hərrac Mərkəzi”nin xx.xx.2022-ci il tarixli hərrac bildirişindən görünür ki, “İcra Şöbəsi”nin xx/xx-1169xx/xx-15224 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən, mənzil açıq hərraca çıxarılmışdır. Əmlakın ilkin satış qiyməti 170.000 manat qiymətləndirilmiş və hərracın keçirilməsi xx.xx.2022-ci il, saat 11:00-a təyin edilmişdir. “Hərrac Mərkəzi”nin 339/22 saylı, xx.xx.2022-ci il tarixli “Protokol”undan görünür ki, mənzilin ilkin satış qiyməti əvvəlcə 15%, daha sonra 25% endirilmiş və keçirilən iki hərrac baş tutmadığına görə ipoteka saxlayan olan BOKT mənzili 108.375 manata almışdır. xx.xx.2022-ci il tarixdə BOKT tərəfindən iddiaçıya ödənilməsi üçün “İcra Şöbəsi”nin depozit hesabına 41.884,20 manat məbləğində vəsait köçürmüşdür. İd diaçı hesab edir ki, mənzilin qiymətləndirilməsinə dair Qiymətləndirici tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “Hesabat” mənzilin real bazar qiymətini özündə əks etdirmir, əsassızdır və tənasübsüz qaydada azdır. Belə ki, mənzilin real bazar qiyməti hazırda 300.000 manat təşkil edir. Bundan başqa, qiymətləndirmə rəyinə nəzər yetirdikdə məlum olur ki, qiymətləndirici daşınmaz əmlakı qiymətləndirərkən vizual baxış metodu ilə kifayətlənmiş, həmin ərazidə cari dövrdə, əmlakın yerləşdiyi ərazidə daşınmaz əmlakların satışı üzrə aparılmış əməliyyatları, mülki dövriyyəni və daşınmaz əmlakla bağlı əqdlərin qiymətini nəzərə almamış, statistik təhlil aparmamış, hesabat əsas etibarilə formal mülahizələrə və şablon müddəalara əsaslanmışdır. Başqa sözlə desək, qiymətləndirmə rəyində qiymətlən dirici mübahisəli daşınmaz əmlaka dair zəruri bütün sənədlərlə tanış olmamış, qiymətləndirilən daşınmaz əmlakın dəyərinə təsir edən bütün amillər müəyyən edilməmiş, daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi üçün analoji daşınmaz əmlakların bazar dəyəri təhlil edilməmiş, müvafiq əmlakların müqayisəli təhlili aparılmamış və daşınmaz əmlakın cari dövrdəki dəyəri də qeyri-obyektiv təyin edilmişdir. Həmçinin ipoteka predmeti naməlum vaxtda, naməlum şəraitdə qiymətləndirilmiş və qiymətləndirmə prosesində iştirak etmiş şəxslərin dairəsi məchuldur. Başqa sözlə, həmin əmlakın qiymətləndirici tərəfindən hansı vaxtda, hansı şəraitdə, kim tərəfindən və kimin iştirakı ilə qiymətləndirilməsi məlum deyil. Göründüyü kimi, icra sənədinin icrası ilə bağlı həyata keçirilən icra hərəkətlərinin tərkib hissəsi olan tutmanın yönəldildiyi ipoteka predmetinin qiymətləndirilməsi prosesində borclu kimi iddiaçının iştirakı təmin edilməmiş, bununla da “İcra haqqında” Qanunun 29.1-ci maddəsində təsbit edilmiş hüquqlarından - icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etməkdən məhrum edilmişdir.

8. Məhkəmə qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş və buna müvafiq olaraq əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2789-9/2947 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən, 150 B nömrəli binanın, 32 saylı mənzilinin 2022-ci il tarixə və hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 219.000 manat məbləğində, likvid dəyəri isə təqribən 197.000 manat məbləğində müəyyən edilmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-972/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbi təmin edilmişdir.

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin arasındakı mübahisə yalnız mənzilin bazar dəyəri barədədir. Mübahisənin mahiyyətini mənzilin dəyərinin müəyyən edilməsinə dair fikir ayrılığı təşkil edir. Bu səbəbdən mənzilin bazar dəyərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Məhkə mə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2789-9/2947 nömrəli ekspert rəyi ilə mübahisə predmeti olan mənzilin 2022-ci il tarixə və hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 219.000 manat məbləğində, likvid dəyəri isə təqribən 197.000 manat məbləğində müəyyən edilmişdir.

11. Məhkəmə bildirmişdir ki, borcun məbləğini (cəmi 66.940,80 manat) nəzərə aldıqda mənzilin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı “Qiymətləndiricinin” hesabatı (170.000 manat) ilə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi (219.000 manat) arasında kəskin fərq (49.000 manat) vardır. Belə olan halda, “Qiymətləndirici”nin qiymətləndirmənin nəticələri haqqında hesabatında mənzilin bazar dəyərinin yekun göstəricisi həqiqi sayıla bilməz və buna görə də həmin hesabat ləğv ed ilməlidir.

12. Məhkəmə qeyd etmişdir ki, hərrac mənzilin satış qiyməti “Qiymətləndirici”nin hesabatına əsasən 170.000 manat əsas götürülməklə keçirildiyindən və həmin hesabat yuxarıda göstərilənlərə əsasən ləğv edildiyindən həmin hərracın nəticələrinə dair xx.xx.2022-ci il tarixli protokol etibarsız hesab edilməklə hərracın nəticələri aradan qaldırılmalı, həmin əmlak hazırkı real bazar qiyməti əsasında yenidən qiymətləndirilməli və hərrac yenidən təşkil edilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 8-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 103.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkə məsindəki icraat

14. Cavabdeh “X1 Kredit Təşkilatı” MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmlakın qiymətləndirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli hesabatı 2022-ci ilə uyğun müəyyən edilmişdir. Ekspert rəylərində olan qiymət fərqi ilə bağlı təkrar qiymətləndirmə ekspertizası təyin edilməlidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssis rəyi alınmalıdır. Hərrac qanunvericiliyin tələblərinə uyğun təşkil edilmişdir. Lakin məhkəmə mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək, əsassız qətnamə çıxarmışdır.

16. Bakı Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-736/2024 nömrəli, 30 yanvar 2024-cü il il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi) Fuad Talışınski və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Belə ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin tələbi nəzərə alınaraq, qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsi təyin edilmiş və qiymətləndirici tərəfindən müəyyən edilmiş əmlakın bazar dəyərinin həqiqi olmadığı müəyyən edilmişdir, iş üzrə tək rar ekspertiza təyin edilməsi üçün əsas yoxdur.

18. İş üzrə təkrar ekspertiza təyin edilməsi barədə cavabdeh BOKT tərəfindən birinci instansiya məhkəməsinə vəsatət verilməmiş, bu məsələ yalnız apellyasiya şikayətində qaldırılmışdır. BOKT bu kimi vəsatətin işə baxmış məhkəməyə verilməməsinin məhz üzrlü səbəbdən, yəni ondan asılı olmayan səbəbdən baş verməsini əsaslandırmamışdır.

19. Məhkəmə həmçinin apellyasiya şikayətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin mütəxəssis rəyinin alınmasının zəruri olması barədə” dəlilini də əsassız hesab etmişdir. Çünki iş üzrə təkrar ekspertiza təyin edilməsinə dair məhkəmə tərəfindən əsaslar müəyyən edilməmişdir.

20. Məhkəmə apellyasiya şikayətinin “hərracın qanunvericiliyin tələblərinə uyğun təşkil edilməsi barədə” dəlili nə münasibətdə qeyd etmişdir ki, iddiaçı bu hissədə tələbini hərracın qanunvericiliyin tələblərinə uyğun keçirilməməsi ilə əsaslandırmamışdır. İddia tələbinin əsasını hərracın keçirilməsi zamanı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi üçün istinad edilmiş qiymətləndirmə hesabatının ləğv edilməsi təşkil edir.

21. Məhkəmə gəldiyi nəticəni “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7, 8-ci, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanununun 1 və 11-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh “X1 Kredit Təşkilatı” MMC (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılma sı üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, hərracdan alınmış daşınmaz əmlakın qiyməti ilə icra qeydində olan borc arasındakı fərq İddiaçı tərəfindən icra şöbəsinin hesabından götürülmüşdür, həmin vəsaitin iddiaçı tərəfindən götürülməsi və bügünədək cavabdehə qaytarılmaması hərracın yekun nəticələrinin iddiaçı tərəfindən qəbul edilməsi halı kimi qiymətləndirilməlidir, lakin məhkəmə tərəfindən bu hal nəzərə alınmamışdır.

24. Cavabdeh şikayətini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 41.3-cü, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 87.2, 88, 217.2, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikası Qanunu

26. Maddə 51.1. borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu

27. Maddə

7. Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər.

28. Maddə

8. Qiymətləndirici hesabat ında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sü butun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şi kayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh “X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən mad di hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

43. Bu baxımdan işin hallarına nə zər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı təmin edən məhkəmələrin əsaslandırmasını təşkil edirdi və həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

44. Kollegiya bildirir ki, sübu tları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

45. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

46. Məhkəmə kollegiyası h esab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-736/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar