Məhkəmə qərarları › İş №2(102)-2715/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2715/2024

01.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2715/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 və İddiaçı1 (Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinin xüsusi notariusu X14, Bakı şəhəri 54 saylı Notariat Ofisi, X25, X6, X22, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı ilk iddia tələbi, Cavabdeh3 və Cavabdeh1 cavabdehlər İddiaçı2, İddiaçı1 və Cavabdeh2 qarşı qarşılıqlı iddia tələbinə dair mülk iş üzrə iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, daşınmaz əşya lar üzərində əşya hüquqlarının əldə edilməsi baxımından vicdanlılıq, qeyri-yaşayış sahəsindən çıxarılma. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və İddiaçı1 (Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinin xüsusi notariusu X14 və qeyrilərinin müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı "etibarnamələrin, razılıqların və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və dövlət reyestr qeydiyyatının ləğv edilməsi" barədə ilk iddia tələbi, Cavabdeh3 və Cavabdeh1 cavabdehlər İddiaçı2 və qeyrilərinə qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və bo şaldılaraq təhvil verilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 aprel 2024-cü il tarixli, 2(103)-2195/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 1 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanda yerləşən 125,4 m2 qeyriyaşayış sahəsi ümumi birgə mülkiyyətçilər olan İddiaçı2 ilə İddiaçı1 mülkiyyətində olmuş və həmin sahə xx.xx.2022-ci il tarixdə Cavabdeh4 1 il müddətinə, yəni xx.xx.2024-cü il tarixədək icarəyə verilmişdir.

2. Həmin qeyri-yaşayış sahəsi icarəçi Cavabdeh4 tərəfindən saxta sənədlər əsasında hazırki iş üzr ə Cavabdeh2, daha sonra isə sonuncu tərəfindən digər cavabdehlər (qarşılıqlı iddiaçılar) Cavabdeh3 ilə Cavabdeh1 adlarına özgəninkiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı2 və İddiaçı1 Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinin xüsusi notariusu X14, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 125,4 m2 qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, habelə xx.xx.2023-cü il tarixli müqavilə ilə bağlı daşınmaz əmlak hüquqlarına dair xx.xx.2023-cü il tarixli **********26-05101-083003 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestr qeydiyyatının ləğv edilməsi, əmlaka dair birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqlarının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınması, həmin əmlakdan Cavabdeh3 və Cavabdeh1 çıxarılmaqla əmlakın boşaldılması və birgə iddiaçılara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 400 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 100 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 xx.xx.2023-cü il tarixdə obyektin yanından keçərkən obyektdə satılma barədə elanı gördükdən sonra obyektin qanunsuz olaraq mülkiyyətdən çıxmasını aşkar etmişdir. Məlum olmuşdur ki, xx.xx.2023cü il tarixdə birgə mülkiyyətçilərin adına obyektə dair mülkiyyət hüququnu təsdiq edən yeni sənəd əldə edilmişdir. Buna səbəb obyektin alqı-satqısı haqqında müqavilənin notarius tərəfindən təsdiq edilməsinin mümkün edilməsi olmuşdur. Obyektə mülkiyyət hüququnu təsdiq edən qeydiyyat şəhadətnaməsinin əsli isə birgə iddiaçılarda olduğundan və cavabdehlərdə olmadığından onlar dövlət reyestrindən elektron çıxarış əldə etmişlər, bununla da elektron çıxarış “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejim ində notarius tərəfindən əldə edilmişdir. Birgə iddiaçıların adından obyekt ilk dəfə başqasının adına qanunsuz olaraq rəsmiləşdirilmiş, daha sonra xx.xx.2023-cü il tarixdə müqavilə ilə birgə iddiaçılar adından cavabdeh obyekti Cavabdeh2 480.000 manata satmışdır. Həmin müqavilənin bağlanmasının əsasını aşağıdakı sənədlər təşkil etmişdir: Mehdi Abdullayevin adından verilmiş və Rusiya Federasiyası Kurqan şəhər X17 İvanovna tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş etibarnamə, İddiaçı1 adından verilmiş və eyni notarius tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş etibarnamə, Mehdi Abdullayevin arvadı X1 adından tərtib edilmiş və notariatda təsdiq edilmiş xx.xx.2023-cü il tarixli razılıq, İddiaçı1 arvadı X11 adından tərtib edilmiş notariat tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli razılıq. Halbuki, hər iki iddiaçı hər hansı bir şəxsin, o cümlədən Cavabdeh4 adına etibarnamə verməmiş, onların arvadları da obyektin satışına dair heç bir razılıq verməmiş, həmin şəxslərin heç biri ümumiyyətlə xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasında olmamışdır. Həmin alqı-satqı müqaviləsini Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinin xüsusi notariusu X14 təsdiqləmiş və eyni gündə, yəni xx.xx.2023cü il tarixdə Cavabdeh2 öz adına dövlət reyestrindən elektron çıxarış əldə etmişdir. Obyekt 2-ci dəfə başqasının adına qanunsuz rəsmiləşdirilmişdir. Çıxarış əsasında xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə Cavabdeh2 obyektin 1/2 hissəsini təşkil edən 67,70 m sahəsini Cavabdeh3, 1/2 hissəsini təşkil edən 67,70 m sahəsini isə Cavabdeh1 480.000 manata satmışdır. Həmin müqavilə 52 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiqlənmişdir. Cavabdehlər daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alınması və dövlət reyestrindən elektron çıxarış əldə etməsi üçün 1 Saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər, müraciətin icra müddətinin bitməməsinə görə onların mülkiyyət hüququ hələ dövlət qeydiyyata alınmamış və onların adına elektron çıxarış tərtib edilməmişdir. Əmlak uydurma əqd nəticəsində cavabdehlərin mülkiyyətinə keçmişdir. Etibarnamələr və razılıqlar qanunsuz hazırlanmış rəsmi (saxta) sənəd olmuşdur. Etibarnamələrin və razılıqların qanunsuz hazırlanması isə Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin tərkibini yaratmış olmuşdur. Etibarnamələrin və razılıqların tərtibi isə ona görə qanunsuz hazırlama he sab edilmişdir ki, əslində etibarnamələr birgə iddiaçıların, razılıqların isə birgə iddiaçıların arvadlarının iştirakı olmadan başqa şəxs tərəfindən imzalanmışdır və bununla da birgə iddiaçıların və onların arvadlarının iradəsini ifadə etməmişdir. Bunun üçün məhkəmə mülki işlər üzrə həqiqətə nail olmaq vəzifəsindən irəli gələrək mübahisəli qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli alqı-satqısı üzrə notariat işini Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinin xüsusi notariusu X2, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqısı üzrə notariat işini isə 52 saylı notariat ofisinin xüsusi notariusu X3 əldə etməlidir. Obyektə çıxarış aldıqdan sonra çox qısa müddət ərzində (3 gün sonra) Cavabdeh2la Cavabdeh3 və Cavabdeh1 arasında heç bir iqtisadi faydaya əsaslanmadan alış qiymətinə, həm də bazar qiymətindən (təxminən 1 milyon manat) xeyli aşağı qiymətə 480.000 manata obyektin alqısatqı müqaviləsinin bağlanması, satış barədə formalaşmış işgüzar adətlərə uyğun olaraq açıq mənbələrdə (bina.az və digər internet saytlarında) heç bir elan verilmədən əşyanın satılması alıcının vicdanlı olmamasına işarə etmişdir. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli 2(102)3060/10 nömrəli qərarı ilə formalaşmış məhkəmə təcrübəsinə əsasən, Cavabdeh2 obyekti alan digər cavabdehlər vicdanlı alıcı hesab edilmirlər və obyekt onların qanunsuz sahibliyindən birgə iddiaçılara qaytarılmalıdır. Beləliklə, obyekt saxta etibarnamələr və razı lıqlar olan uydurma əqd əsasında 1-ci cavabdeh tərəfindən 2-ci cavabdehin adına rəsmiləşdirilmiş, sonra 2-ci cavabdeh tərəfindən yenidən satılmış obyekt 3-cü və 4-cü cavabdehlər tərəfindən vicdansızcasına əldə edilmişdir.

5. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə iddianın predmetinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçıların adından verilmiş etibarnamələrin, iddiaçıların arvadlarının adından tərtib edilmiş razılıq ərizələrinin, ünvan 2 ünvanda yerləşən mübahisəli qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin tarixli dövlət reyestr qeydiyyatının ləğv edilməsi, əmlaka dair birgə iddiaçıların mülkiyyət hüquqlarının 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınması, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 400 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 100 manat pulun cavabdehlərdən tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Dəqiqləşmə ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli əmlakın boşaldılması zərurəti aradan qalxmışdır. Belə ki, mübahisəli əmlak hazırda birgə iddiaçıların istifadəsində olduğundan cavabdehlər Cavabdeh3 və Cavabdeh1 mübahisəli əmlakdan çıxarılması və birgə iddiaçılara təhvil verilməsi zərurəti olmamışdır. Mübahisəli əmlakın özgəninkiləşdirilməsinə dair 1-ci alqı-satqı müqaviləsinin bağlanmasının əsasını təşkil edən 4 saxta əqd də etibarsız hesab edilməlidir.

7. Cavabdeh3 və Nəbiyev X16 Mehti Kamal oğlu, İddiaçı1 və Cavabdeh2 qarşı “qeyri -yaşayış sahəsindən çıxarılma və boşaldılaraq təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 oglu və İddiaçı1 ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq Cavabdeh3 və Cavabdeh1 təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsində də qeyd edildiyi kimi xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən qarşılıqlı iddia üzrə iddiaçılar ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsini həmin əmlakın mülkiyyətçisi olan Cavabdeh2 almışlar. Qarşılıqlı iddia üzrə iddiaçılar əmlakı onun qanuni mülkiyyətçisindən alqı-satqı yolu ilə əldə edərkən həmin əmlak barəsində hər hansı problem olmasından xəbər siz olmuşlar. Belə ki, qeyri-yaşayış sahəsinin mülkiyyətçi Cavabdeh2 bütün sənədləri qaydasında olmuş, ipoteka ilə yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Ona görə də əmlak qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən vicdanlı şəkildə əldə edilmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi alınarkən və ondan əvvəl qarşılıqlı iddia üzrə iddiaçılar əvvəlki mülkiyyətçilər olan İddiaçı2 və İddiaçı1 də tanımamışlar. Bununla da daşınmaz əmlaka dair münasibətdə başqa şəxslərin hər hansı hüquqlarının mövcud olduğunu bilməmişlər və bilə də bilməzdilər. Beləliklə, alqı-satqı müqaviləsi bağlanarkən satıcının mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış hüquq olmuşdur, həmin vaxta qədər reyestrin məzmununun həqiqiliyi və tamam lığı prezumpsiyası qüvvədə olmuşdur və əldə edən şəxs kimi qarşılıqlı iddia üzrə iddiaçıların bu qeydin məzmunu ilə bağlı hər hansı şübhəsi olmamışdır. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh1 mübahisəli əmlakı vicdanlı şəkildə əldə etmişlər. Buna baxmayaraq ilkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh1 vicdanlı şəkildə əldə etdikləri qeyri-yaşayış sahəsindən istifadə etməyə mane olurlar. Onlar qanunsuz olaraq həmin əmlakdan çıxarılmışlar.

9. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, ilkin iddia tələbi əsassızdır və rədd olunmalıdır. İlkin iddia ərizəsinin mübahisəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi, iddiaçı ların adına yeni elektron çıxarışın əldə edilməsi, qeyri-yaşayış sahəsinin birinci dəfə Cavabdeh2 adına rəsmiləşdirilməsi, Rusiya Federasiyasında xx.xx.2023-cü il tarixdə etibarnamə və razılıq ərizələrinin verilməsi, xx.xx.2023-cü il tarixdə Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisində alqı-satqının baş tutması, həmin tarixdə elektron çıxarışın əldə edilməsi, əmlakın saxta etibarnamə və razılıqlar nəticəsində özgəninkiləşdirilməsi barədə ilk iddia tələbinin həmin hissələrinə münasibət bildirərək qeyd etmişdir ki. mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh3 və Cavabdeh1 əvvəl kimin adına rəsmiləşdirilməsindən, həmin rəsmiləşdirmənin qanunsuz olmasından onların xəbəri olmamışdır. Cavabdeh3 və Cavabdeh1 maraqlı və vacib olan mübahisəli daşınmaz əmlakın çıxarışının onlardan əvvəl döv lət qeydiyyatına alınması, həmin əmlakın alqısatqısının notariusda baş tutması, dəyərinin notariusun depozit hesabı vasitəsilə ödənilməsidir. Əgər alıcı əşyanın əmlakın qanuni yolla əldə edilmədiyini, qanunsuz yoldan başqa digər yolla əldə edilməsinin mümkünsüz olduğunu bilir, yəni əmlakın hansısa cinayət hadisəsindən və ya mülki hüquq pozuntusundan əldə edilməsinə yəqinliklə əmindir, buna inanır və satıcının hüquqi əsas (qanuni əsas) olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsini (əsassız varlanmasını) ən azından şübhə, yaxud güman edir. İlkin iddia ərizəsinin Cavabdeh3 və Cavabdeh1 vicdanlı alıcı olmamasına istinad edilən hallarla qətiyyən razı deyillər. İlkin iddia üzrə iddiaçıların nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında ilkin iddia üzrə cavabdehlər Cavabdeh3 və Cav abdeh1 mübahisəli qeyri-yaşayış sahəsini alarkən həmin əmlak barəsində hər hansı mübahisənin olmasından xəbərsiz olmasını bildirməsi, dolayısı ilə Cavabdeh3 və Cavabdeh1 vicdanlı alıcı olmasını təsdiq edən fakt olmuşdur. xx.xx.2023-cü il tarixdə iddiaçıların nümayəndəsi Nümayəndə1 məhkəməyə ünvanladığı xüsusi qərardad çıxarılması barədə, vəsatətdə bütün ittihamlar cavabdehlər Cavabdeh4 və Cavabdeh2 qarşı yönəlmiş, qeyri-yaşayış sahəsinin sonuncu alıcıları Cavabdeh3 və Cavabdeh1 hər hansı günahı olması vurğulanmamışdır. Qeyd olunan fakt da Cavabdeh3 və Cavabdeh1 vicdanlı alıcı olmasını təsdiq edən faktlardan biridir. Daşınmaz əmlakın çıxarışı xx.xx.2023-cü il tarixdə alındıqdan 3 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh3 və Cavabdeh1 satılması heç də onların vicdanlı alıcı olması nı şübhə altına alan fakt deyildir. Çünki, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlandığı gündə Cavabdeh2 öz adına dövlət reyetrindən elektron çıxarışı almışdır. Lakin, ondan fərqli olaraq sonuncu alıcılar Cavabdeh3 və Cavabdeh1 isə dövlət reyestrindən çıxarışı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan sonra müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərinə sifariş vermişlər. Əgər Cavabdeh3 və Cavabdeh1 alqı-satqı müqaviləsinin legitimliyi barədə şübhələri olsa idi, onda hüquqların dövlət reyestrindən çıxarış elə müqavilə bağlandığı günə, xx.xx.2023-cü il tarixə sifariş edilərdi. Göründüyü kimi onların əldə etdikləri əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmamışdır, beləliklə vicdanlı alıcı hesab edilirlər. Cavabdeh3 və Cavabdeh1 vicda nlı alıcı olmadığını əsaslandıran hallardan biri olan daşınmaz əmlakın heç bir iqtisadi faydaya əsaslanmadan alış qiymətinə, həm də bazar qiymətindən xeyli aşağı qiymətə onlara satılmasında heç bir qanun pozuntusu olmamışdır. Belə ki, daşınmaz əmlak sahibinin həmin əmlakı özü müəyyən etdiyi qiymətə satmaq hüququ olmuşdur. Həmin qiymətin əmlakın real bazar qiymətindən aşağı və ya yuxarı olması, həmin əmlakın alıcısının vicdanlı əldə etməməsinə səbəb olan hal olmamışdır. Bundan başqa, mübahisəli qeyri-yaşayış sahəsi heç də alqısatqı müqaviləsində qeyd edilən 480000 (dörd yüz səksən min) manata satılmamışdır. Müqavilədə qeyd edilən qiymətdən əlavə əmlakın sonuncu satıcısı Cavabdeh2 200000 (iki yüz min) manat məbləğində pul müqavilədən kənar tərtib edilmiş qəbzə əsasən verilmişdir. Cavabdeh2 ö z xətti ilə alıcılar Cavabdeh3 və Cavabdeh1 cəmi 680000 (altı yüz səksən min) manat məbləğində pulu təhvil aldığını təsdiq etmişdirdir: Mən Cavabdeh2 bu məbləği təhvil aldım, heç bir narazılığım yoxdur, bu yazıları öz imzamla təsdiq edirəm (qəbz əlavə edilir). Qeyd ediləndən əlavə, mübahisəli qeyri-yaşayış sahəsinin bazar dəyəri ilkin iddia üzrə iddiaçıların məhkəməyə təqdim etdikləri “X18” MMC-nin xx.xx.2023-cü il tarixli rəyində qeyd edildiyi kimi 1.962.400 olmamışdır. Həmin əmlakın təxmini dəyəri 800.000 manata yaxın olmuşdur. Çünki mübahisəli əmlak uzun müddətdir ki, fəaliyyət göstərməmiş və təmirsiz olmuşdur. Cavabdeh3 və Cavabdeh1 vicdanlı alıcı olmadığını əsaslandıran hallardan biri olan daşınmaz əmlakın heç bir elan saytında elan verilmədən onlara satılmasında da heç bir qanun pozu ntusu olmamışdır. Belə ki, hər hansı daşınmaz əmlakın alınması üçün həmin əmlakın hansısa elan saytında və ya qəzetdə elan olunmalı olması ilə əlaqədar imperativ hal yoxdur. Bakı şəhərində ev alqı-satqısı üzrə işləyən vasitəçilər Cavabdeh3 daşınmaz əmlak alıb-satan kimi tanıyırlar. Cavabdeh3 məhkəmədə verdiyi izahatında da bildirmişdir ki, ona zəng edərək mübahisəli əmlakın satılması bildirilmiş və son nəticədə əmlakın 680000 manata alınmasına dair razılıq əldə olunmuşdur. Cavabdeh3 və Cavabdeh1 vicdanlı alıcı olmasını təsdiq edən sübutlardan biri də mübahisəli daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlanarkən, müqavilələrin bağlanması ilə əlaqədar qanunvericiliyin tələblərinə riayət edilməsi, hər hansı nöqsana yol verilməməsidir. Onlar mübahisəli əmlakı alarkən həmin əmlak Cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrinə etimad edən şəxs reyestrdəki qeydin doğru olmadığını bilməməli və ya bilməli də olmamalıdır. Ona görə ki, sonuncu alıcılar Cavabdeh3 və Cavabdeh1 əmlakın satıcı Cavabdeh2 məxsus olduğunu, saxta yolla onun adına keçirildiyini və s. barədə məlumatı olmamışdır. Bundan başqa, alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş vəsait sonuncu alıcılar Cavabdeh3 və Cavabdeh1 tərəfindən bank depozitinə yerləşdirilmiş, satıcı Cavabdeh2 isə həmin vəsaiti depozitdən çıxarıb mənimsəmişdir. Yəni Cavabdeh3 və Cavabdeh1 müqavilə üzrə üzərinə düşən vəzifəni icra edərək müqavilə predmeti olan əmlakın dəyərini ödəmişdir, lakin həmin əmlakı öz adlarına dövlət qeydiyyatına aldıra bilməmişlər. Çünki hüquqların dövlət qeydiyyatı haqqında çıxarış müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərinə sifariş verilsə də, Səbail Rayon Məhkəməsinin e-16(009)-61/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması, həmin əmlaka sərəncam verilməsi, o cümlədən özgəninkiləşdirilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi, qeyri yaşayış sahəsinə sərəncam verilməsi, o cümlədən özgəninkiləşdirilməsi haqqında əqdlər əsasında daşınmaz əmlak üzərində hüquqların, o cümlədən X26 və Cavabdeh1 adına dövlət qeydiyyatına alınmasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Şəhəri Ərazi İdarəsinə qadağan edilmişdir. Bu hal əmlakın vicdanlı əldə edilməməsini göstərən hal deyildir. Çünki əsas olan əqdin, yəni alqı-satqı müqaviləsinin notariusda bağlanması və nəzərdə tutulmuş pulun notariusun depozit hesabına köçürülməsidir. Hətta, mübahisəli qeyri-yaşayış sahəsinin sonuncu alıcıları Cavabdeh3 və Cavabdeh1 həmin əmlaka hazırda faktiki sahiblik etməmələri də vicdanlı alıcı olmamalarına səbəb ola bilməzdi. Həmçinin, mübahisəli qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsi notariat kontorunda təsdiq edilərkən qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, ilkin iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə araşdırmasının yekununda Rusiya Federasiyası Kurqan şəhər X17 İvanovna tərəfindən xx.xx.2023-cü il tarixli etibarnamə, eyni notarius tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş İddiaçı2 arvadı X1 adından tərtib edilmiş razılıq və İddiaçı1 arvadı X22 adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu X8 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli razılığın saxta olması müəyyən edilərsə, mübahisəli daşınmaz əmlaka dair Cavabdeh4 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı satqı müqaviləsi etibarsız hesab edilə bilərdi. Belə olduğu təqdirdə Cavabdeh2 ilə Cavabdeh3 və Cavabdeh1 arasında mübahisəli əmlakın xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman sonuncular mübahisəli əmlakın Cavabdeh2 adına saxta sənədlər əsasında dövlət qeydiyyatına alınmasını bilə bilməzdi. xx.xx.2023-cü il tarixli notariat işindən də görünür ki, Cavabdeh1 240.000 manat, Cavabdeh3 240.000 manat, cəmi 480.000 manat məbləğində pulu notariusun dəpozit h esabına keçirmişlər. Notarius S.Xankişiyevin Muğanbank ASCnin Dostluq filialına ünvanladığı məktubdan görünür ki, notariusun hesabına keçirilən pulun Cavabdeh2 verilməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixli 2 ədəd xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh3 tərəfindən 240000 manat və Cavabdeh1 tərəfindən 240000 manat məbləğində pul xüsusi notarius X9 ASC-nin Dostluq filialında yerləşən depozit hesabına köçürülmüşdür. Odur ki, Cavabdeh2 ilə Cavabdeh3 və Cavabdeh1 arasında aparılmış notariat əməliyyatlarına şübhə ilə yanaşmağa hər hansı bir əsas müəyyən edilməmişdir. Vicdanlı olmama faktının isbatı üçün əldə edən şəxsin əmlakı və ya hüququ əldə etməsinə mane olan halı bilməsi və ya bilmək üçün ondan gözlənilən diqqəti göstərməməsinin sübut olunması tələb edilir ki, ilkin iddia üzrə iddiaçılar belə sübut növü təqdim etməmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 nədənsə özləri hüquq-mühafizə orqanlarına müraciət etməmişlər. Halbuki, onlar bunu etməklər saxta sənəd vasitəsilə əmlakın Cavabdeh4 və Cavabdeh2 adına rəsmiləşdirilməsini sübut edə bilsələr, özlərinə məxsus olmuş əmlakın cinayət yolu ilə əllərindən çıxması nəticəsində onlara dəymiş ziyanın ödənilməsini tələb edə bilərdi. “X18” MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən, Obyektin bazar dəyəri 1.962.400 (bir milyon doqquz yüz altmış iki min dörd yüz) manat müəyyən edilmişdir. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçılar onlara maddi ziyanın birbaşa Cavabdeh4 və Cavabdeh2 tərəfindən vurulduğunu qeyd etmişdirlər. Odur ki, onlar dəymiş ziyanı cinayət işinə baxılarkən tələb edə bilər və yaxud həmin ziyanın tələb e dilməsi üçün ayrıca mülki iddia verə bilər.

10. İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə qarşılıqlı iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, qarşılıqlı iddia əsassız olmaqla rədd edilməlidir. Belə ki, cavabdehlər obyekti alarkən vicdanlı deyil, vicdansız alıcı olmuşlar. Çünki obyektə çıxarış aldıqdan sonra çox qısa müddət ərzində (3 gün sonra) 2-ci cavabdehlə 3-cü və 4-cü cavabdehlər arasında heç bir iqtisadi faydaya əsaslanmadan alış qiymətinə, həm də bazar qiymətindən (1.962.400 manat) xeyli aşağı qiymətə (480.000 manata) obyektin alqı-satqı müqaviləsinin bağlanması, satış barədə formalaşmış işgüzar adətlərə uyğun olaraq açıq mənbələrdə (bina.az və digər internet saytlarında) heç bir elan verilmədən əşyanın satılması alıcının (3-cü və 4-cü cavabdehlərin) vicdanlı olmamasına işarə etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli 2(102)-3060/10 nömrəli qərarı ilə formalaşmış məhkəmə təcrübəsinə görə çıxarış aldıqdan sonra çox qısa müddət ərzində əşyanın bazar qiymətindən xeyli aşağı qiymətə satılması nəticəsində əldə edən şəxs vicdanlı hesab edilməmiş və əmlakın mülkiyyətçiyə qaytarılması tələbi qanuni və əsaslı hesab edilmişdir. Daşınmaz əşyanın sahibi vicdanlı və ya vicdansız olmasından asılı olmayaraq əşyanı mülkiyyətçisinə qaytarmalıdır. Bununla belə, qeyd edilməlidir ki, daşınmaz əşyanın sahibi vicdanlı və ya vicdansız olmasından asılı olmayaraq əşyanı mülkiyyətçisinə geri qaytarmalıdır. İş materiallarında olan X5 xx.xx.2023-cü il tarixli 51 nömrəli qiymətləndirmə rəyinə əsasən obyektin bazar dəyəri 1.962.400 manat təşkil etmişdir.

11. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və etirazın məzmununa uyğun izahat verərək həmiçinin onların heç kimə mülkiyyətlərində olan əmlakı satmadığını, sadəcə icarəyə verdiklərini, saxta sənədlər əsasında əmlakın əllərindən çıxarılmasını, əmlakın çox ucuz qiymətə alındığını, qarşı tərəfin vicdanlı əldə edən olmadığını bildirərək ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh3 qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin və etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, alqı-satqı sahəsində kifayət qədər təcrübəli olmuşdur. Alqı-satqı ilə məşğul olan şəxslər var ki, əmlak satılanda ona məlumat verir lər, bu dəfə də ona Polşadan zəng vurub məlumat verdilər, o da dostuna demiş, gedib baxmışlar. Mübahisəli qeyri-yaşayış sahəsinə baxış keçirəndən sonra mübahisəli əmlakı alqı-satqı yolu ilə əldə etmiş, iki gün sonra ilkin iddia üzrə iddiaçı olan İddiaçı2 ona zəng edərək bildirmişdir ki, həmin mübahisəli əmlak ona məxsus olmuşdur. İlkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 qarşılıqlı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, mübahisəli obyektlə bağlı araşdırma aparılarkən həmin obyekt bağlı olduğundan qonşuluqda, yəni aşağıda yerləşən dəftərxana ləvazimatları kimi fəaliyyət göstərən əmlakın sahibindən obyektlə bağlı maraqlananda, oranın sahibi, Hacı Əliağa adlı şəxs ona bildirmişdir. Onlar Cavabdeh2 rəsmi olar aq notariat qaydasında əmlakı almışlar. Cavabdeh4 etibarnamələr rəsmi qaydada notariat qaydada verilmişdir. Ailə sənədləri Cavabdeh4 hansı qaydada çatmışdır onu araşdırmaq lazımdır. Bütün sənədləşmələr rəsmi olaraq bütün dövlət qurumlarında qanunamüvafiq həyata keçirilmişdir. Əgər həmin sənədlərin, etibarnamələrin saxtalığını iddiaçılar qeyd edirsə, həmin sənədləri, etibarnamələri mübahisələndirə bilərlər. Mübahisəli qeyri-yaşayış sahəsi 5 ildən çox müddətdə bağlı olmuş və əmlakdan istifadə olunmamışdır. Həmin əmlaka dair yoxlamalar aparılmış, problem aşkar edilməmiş və sonra alqı-satqı müqaviləsi bağlanmışdır. Daha sonra əmlakda qalan ustaların əşyalarının götürülməsi üçün nömrələrini qapıda qoymuşlar. Onların hesabına əsasən 300.000 manat obyektin təmirinə sərf ediləcəkdi. Alqı-satqı müq aviləsinin bağlanılmasından 2-3 gün keçdikdən sonra İddiaçı2 zəng edərək, onunla görüşərək sənədi təqdim etmiş və məsələyə aydınlıq gətirmək üçün notariat kontorunda görüşməkləri barədə razılaşdımışdır. Notariat kontorunda məlum olmuşdur ki, əmlak Cavabdeh2 tərəfindən satılmışdır. Bundan sonra Cavabdeh2 ilə əlaqə saxlamaq istədikdə mümkün olmamış və Cavabdeh2 alqı-satqı müqaviləsi bağlanandan dərhal sonra Rusiya Federasiyasına getmişdir. Qeyd olunanlara əsasən, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

14. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 izahatında bildirmişdir ki, ona ilkin iddia üzrə iddiaçılar tərəfindən əmlakın ancaq icarəyə verilməsi üçün etibarnamə verilmişdir. Əmlakın qarşısına öz telefon nömrəsini yerləşdirdikdən sonra zəng gələrək nota riusa gedib icarə müqaviləsi bağlanılmışdır. İlkin iddia üzrə iddiaçılarla qohumluq münasibəti olmamış, 25 ildir onları tanımış, onların əvəzinə etibarnamə üzrə onları təmsil etmiş və digər əmlaklarla bağlı müqavilələr bağlamışdır. Hazırkı mübahisə üzrə əmlak 4 il işləməmiş, təmir normal olmuş, amma əl gəzdirmək lazım olmuşdur. Həmin əmlakın icarəyə verilməsi üçün ən azı 50.000-60.000 manat məbləğində təmirə xərcləmək lazım olmuşdur. Müqavilədə həmin xərclər göstərilməmişdir. Aylıq 1000 manat məbləğində icarəyə vermişdir ki, təmir edib və 1 ildən sonra əşyalarla birlikdə onlara qalacaqdır. Buna dair müqavilədə yox, şifahi razılıqları olmuşdur. Cavabdeh4lə telefon vasitəsi ilə tanış olmuş, dükanın üzərində nömrəsi yazılmışdır. İcarəyə verilməsinə dair heç yerə elan verməmişdir. Obyekt açı lanalanadək ilkin iddia üzrə iddiaçılar ona nəzarəti həvalə etmişlər. Yanvar ayının sonunda açarı vermişdir ki, təmirə başlasınlar. Öncədən Cavabdeh4lə başqa təmir nəzərdə tutmuş, sonra təmirlə bağlı fikirləri danışmışlar. Açar bu müddət ərzində Vahabda olmuşdur. Sonradan obyektdə təmir işlərinin getmədiyini görmüşdür. Bununla bağlı iddiaçılara məlumat vermişdir. Cavabdeh4 bildirmişdir ki, deyilən vaxta kimi təmir işlərini çatdırmasa ödənişləri edəcəkdi. İlkin olaraq 1000 manat verilmişdi. Obyektin şəhadətnaməsi əsasında Cavabdeh4lə müqavilə bağlamış, iddiaçıların şəxsi sənədləri barədə ondan heç nə istəməmişlər. İlkin iddia ərizəsi təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir.

15. X5 10 aprel 2023-cü il tarixli 51 nömrəli qiymətləndirmə rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 125.4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 1 962 400 AZN müəyyən edilmişdir. 16. “X10” MMC-nin 9 iyun 2023-cü il tarixli 88 nömrəli qiymətləndirmə rəyinə əsasən ünvan 4 ünvandakı 3 (üç) mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 125.4 kv.m olan qeyri-yaşayış sahəsinin, mövcud istifadə vəziyyətinə uyğun olaraq, hazırkı bazar qiyməti ilə təqribi dəyəri 695000,00 manat məbləğində müəyyən edilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 sentyabr 2023-cü il tarixli 10/4963-9/5211 nömrəli ekspert rəyinə əsasən, ünvan 4 ünvandakı yerləşən ümumi sahəsi 125.4 kv.metr olan qeyri-yaşayış sahəsinin 1 kv.metrnin dəyəri hazırki orta bazar qiymətlərinə uyğun təqribən 1 1722,00 manat, ümumi dəyərinin isə təqribən 1.465.000,00 manat məbləğində olduğu müəyyən edilmişdir.

18. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinin xüsusi notariusu X14 bildirmişdir ki, tərəfləri müraciət əsasında tanımış, təqdim edilən etibarnamələr Rusiya Federasiyasında verildiyinə görə ətraflı yoxlanılmışdır. Notariusların hər üçü ilə dörd sənədlə bağlı əlaqə saxlayıb təsdiqi barədə yoxlama aparılmışdır. Telefon danışıqları barədə çıxarış məhkəməyə təqdim edilmişdr. Satıcı Cavabdeh4 etibarnamə əsasında alıcı Cavabdeh2 alq-satqı müqaviləsi üzrə həyata keçirilmişdir. Nümayəndənin şəxsiyyətini və səlahiyyətlərini yoxlamış, etibarnamə bu günədək qüvvədə olmuşdur. Ondan öncə 1 saylı Notariat Kontorunda təsdiq edilmiş tərcüməsi olmuşdur. P ortal ilə etibarnamə qüvvədə olmuş və sonra portala uyğun məlumatları yoxlamışdır.

19. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 54 saylı Notariat Ofisinin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, başqasının alqı-satqı müqaviləsi onlarda görünməmiş, onlara lazım olan çıxarış olmuşdur. Həm də müqavilənin tərəfi olan Cavabdeh3 və Cavabdeh1 tanısa da, Cavabdeh2 tanımamış, daha əvvəl görməmişdir. Əmlakın alış qiyməti 480.000 manat məbləğ olmuşdur. Nümayəndə2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, bundan öncə Cavabdeh3 və Cavabdeh1 alqı-satqı müqavilələri bağlanarkən problem olmamış, notariusun depozit hesabına pulun köçürülməsi ilə həyata keçirilib alqı-satqı, əlavə məbləğdən məlumatı olmamışdır.

20. Məhkəmə iclasında iştirak edən ekspert X19 ekspert rəyini m üdafiə edərək bildirmişdir ki, qiymətin müəyyən edilməsi zamanı tələb-təklifləri nəzərə alınmış, həmin ərazidə yerləşən analoji olan qeyri-yaşayış sahələrinin qiymətlərini və şifahi sorğuları nəzərə alaraq ortaq məxrəcə gəlib qiyməti müəyyən etmişlər. Həmin ərazidə obyektlərin fərqli qiymətləri mövcud olmuşdur. Obyektə baxış keçirilmiş, baxış zamanı təmir natamam olduğu üçün analoji olaraq təmirsiz obyekt müəyyən edə bilməmiş, təmirli obyektlərlə müqayisə edilərək orta qiymət müəyyən edilmişdir. Qiyməti tam yüksək təmirli obyektlərlə müqayisədə müəyyən etmişlər.

21. Məhkəmə iclasında iştirak edən ekspert X20 ekspert rəyini müdafiə edərək ekspert X7 ifadəsini təsdiq etdiyini, əlavə olaraq təmirlə bağlı bildirmişdir ki, hər kvadratı minimum 1.000 manatdan adətən hesablanmış, təmirin qiymət i təqribən 125.000-150.000 manat sadə təmir üçün kifayət edə biləcək məbləğ olmuşdur. Obyekt təmirsiz vəziyyətdə olmuş, təmirə başlayıb lakin bitirməmişlər. Havalandırma sisteminin quraşdırılması təmir məbləğinə aid deyildir.

22. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, e-2(009)47/2024 nömrəli qətnaməsi ilə (hakim Rəna Qafarova) ilkin iddianın qismən təmin edilməsi, İddiaçı2 adından verilmiş və Rusiya Federasiyası Kurqan şəhərində notarius tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***3125 nömrəli və 45/24-n/45 2023-2-204 reyestr nömrəli etibarnamə; İddiaçı1 adından verilmiş və xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***4709 nömrəli və 45/15-n/45-2023-2-115 reyestr nömrəli etibarnamə; X1 adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayə tinin Kurqan şəhər notarial dairəsinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023 cü il tarixli 45AA ******* nömrəli razılığı; X11 adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023- cü il tarixli 45AA ******* nömrəli razılığı; ünvan 2 ünvanda yerləşən 125,4 m2 qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli İddiaçı2 və İddiaçı1 adından etibarnamə ilə Cavabdeh4 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli müqavilə ilə bağlı daşınmaz əmlak hüquqlarına dair xx.xx.2023-cü il tarixli **********26-05101-083003 reyestr nömrəli və ********** qeydiyyat nömrəli Cavabdeh2 adına olan dövlət reyestr qeydiyyatının ləğv edilməsi, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 400 (dörd) manatın iddiaçıların hər birinə 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat hissəsi, həmçinin ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun iddiaçıların hər birinə 40 (qırx) manat olmaqla, ümumilikdə 80 (səksən) manat hissəsinin müvafiq olaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə cavabdehlər Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı2 oglu və İddiaçı1 ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi boşaldılaraq Cavabdeh3 və Cavabdeh1 təhvil verilməsi, qarşılıqlı iddiaçı Cavabdeh2 münasibətdə təmin edilməməsi, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun iddiaçıların hər birinə 40 (qırx) manat olmaqla, ümumilikdə 80 (səksən) manat hissəsinin müvafiq olaraq iddiaçılar Cavabdeh3 və Cavabdeh1 xeyrinə cavabdehlər İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutulması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 20 (iyirmi) manat hissəsinin iddiaçılar İddiaçı2 və İddiaçı1, 30 (otuz) manat hissəsinin cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

23. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, həqiqətən də iddiaçıların Cavabdeh4 ilə bir il müddətinə bağladıqları icarə müqaviləsi məzmunundan da göründüyü kimi obyektin icarə hüquq münasibətləri əsasında sonuncu tərəfi ndən istifadəsi üçün nəzərdə tutulmuşdur. Başqa sözlə, ilk iddiaçıların mülkiyyətində olan qeyri-yaşayış sahəsini özgəninkiləşdirilməsi məqsədi olmamış, sahənin mülkiyyət sənədləri şəhadətnamə özlərində olmuş və bu sənədlər yalnız icarə müqaviləsinin tərtib və təsdiqi zamanı istifadə edilmişdir. Lakin, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin bağlanmasından sonra Cavabdeh4 tərəfindən ilk iddiaçıların adından ona verilmiş etibarnamə əsasında xx.xx.2023-cü il tarixdə birgə mülkiyyətçilərin adına mübahisəli qeyriyaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən yeni sənəd elektron çıxarış əldə edilmişdir. İşin araşdırılmış halları ilə həmçinin müəyyən edilmişdir ki, ilk iddiaçılar xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən başqa Cavabdeh4 ilə digər əqdlər bağlamamış və ya ona buna d air Azərbaycan Respublikasının ərazisində olan notariat ofisində tərtib və təsdiq edilmiş özündə geniş səlahiyyətləri əks etdirən etibarnamə verməmişlər. Cavabdeh4 sözügedən elektron çıxarışı ilk iddiaçıların adından ona verilmiş, Rusiya Federasiyası Kurqan şəhər Notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***3125 nömrəli və 45/24-n/45-2023-2-204 reyestr nömrəli, eləcə də ** AA ***4709 nömrəli və 45/15-n/45-2023-2 115 reyestr nömrəli etibarnamələr əsasında əldə etmiş və xx.xx.2023-cü il tarixdə ilk iddiaçıların adından əmlakı Əmlak Xidmətləri Məkanında 12 edilmiş AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 480.000 manata satmışdır.

24. Məhkəmə qeyd etmişdir ki, həmin alqı-satqı müqaviləsinin təsdiqi zamanı notariat ofisinə həmçinin ilk iddiaçıları n arvadları X1 və X11 adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli və xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılıq ərizələri də təqdim edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinin təsdiqindən sonra, eyni tarixdə Cavabdeh2 öz adına əmlakın tam mülkiyyətçisi olaraq **********26-05101-083003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən elektron çıxarış əldə etmiş, həmin çıxarış əsasında 54 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli AN-11138498 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə obyektin 1/2 hissəsini təşkil edən 67,70 m sahəsini Cavabdeh3, 1/2 hissəsini təşkil edən 67,70 m sahəsini isə Cavabdeh1 480.000 manata satmışdır. Hazırda Babayev X23 Üzeyir Adil oğlu mübahisəli sahəni rəsmi alqı-satqı müqaviləsi ilə əldə etsələr də məhkəmənin müvafiq qərardadı əsasında müvəqqəti təminat tədbiri tətbiq edilərək daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən elektron çıxarış əldə edilməsi qadağan edilmişdir. İş materiallarında olan İddiaçı2, İddiaçı1, X1 və X11 ümumvətəndaşlıq pasportunun surətləri ilə, eləcə də məhkəmə tərəfindən əldə edilmiş elektron məhkəmə informasiya sisteminin sərhədkeçmə məlumatları ilə tam təsdiq edilmişdir ki, etibarnamə və razılıq ərizələrinin verildiyi tarixlərdə ilk iddiaçılar və onların həyat yoldaşları Rusiya Federasiyasının Kurqan şəhərində olmamışlar. Həmçinin, məhkəmə tərəfindən əldə edilmiş elektron məhkəmə informasiya sistemi məlumatları ilə tam təsdiq edilmişdir ki, Cavabdeh4 ilə Cavabdeh2 xx.xx.2023-cü il tarixində gecə saatlarında Azərbaycan Respublikasının hüdudlarını tərk etmişlər.

25. Məhkəmə, ilk iddiaçı tərəfin Cavabdeh4 ilə Cavabdeh2 əlbir olaraq saxtalaşdırılmış sənədlər əsasında mübahisəli sahəni qanunsuz olaraq özgəninkiləşdirilməsinə dair dəlilləri ilə razılaşmayaraq təqdim etdikləri sübutlara qiymət verərək hesab etmişdir ki, xx.xx.2023-xx.xx.2023 il tarixlərdə ilk iddiaçılar və onların həyat yoldaşlarının Rusiya Federasiyası Kurqan şəhərində olmamaları işin araşdırılmış hallarına əsasən mübahisəsiz halı olmuş və buna görə də İddiaçı2 adından verilmiş və Rusiya Federasiyası Kurqan şəhərində notarius tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***3125 nömrəli və 45/24-n/45-2023- 2-204 reyestr nömrəli etibarnamə, İddiaçı1 adından verilmiş və xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***4709 nömrəli və 45/15n/45-2023-2 115 reyestr nömrəli etibarnamə, X1 adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılığı. X11 adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023- cü il tarixli 45AA ******* nömrəli razılığı adlanan sənədlər saxtalaşdırılmışdır. Bu saxtalaşdırılmış sənədlər əsasında Cavabdeh4 ilə Cavabdeh2 arasında ünvan 2 ünvanda yerləşən 125,4 m2 qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsi də qanunvericiliyin tələblərinə uyğun bağlanmış əqd kimi qiymətləndirilə bilməz və buna görə də etibarsız hesab edilməlidir.

26. Məhkəmə həmçinin hesab etmişdir ki, qanunsuz bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli müqavilə ilə bağlı daşınmaz əmlak hüquqlarına dair xx.xx.2023-cü il tarixli **********2605101-083003 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestr qeydiyyatı da ləğv edilməlidir.

27. Məhkəmə Cavabdeh2 alqı-satqı müqaviləsinin tərtib edildiyi tarixdə də adına müvafiq çıxarış alınmasına və onun təcili olaraq, yəni 3 gündən sonra özgəninkiləşdirməyə nail olmaqla, Cavabdeh4 ilə birlikdə eyni tarixd ə Azərbaycan Respublikasının hüdudlarını tərk etməsi kimi işin mühüm və diqqətəlayiq hallarına qiymət verərək bu hərəkətlərinin onun da mübahisəli sahəyə dair hüquqverici və müəyyən edici sənədlərin Cavabdeh4 tərəfindən saxtalaşdırılmasından tam məlumatlı olmasına və onunla əlbir olması qənaətinə gəlmək üçün kifayət qədər əsas yaratmişdır. Məhkəmə eyni zamanda ilk iddia tələblərinin qalan hissədə təmin edilməsini mümkün saymamışdır. Belə ki, işin mübahisəsiz hallarından biri də odur ki, qarşılıqlı iddia üzrə iddiaçılar ünvan 3 ünvanda yerləşən qeyri yaşayış sahəsini həmin əmlakın onlara satılan məqamda mülkiyyətçisi olmuş Cavabdeh2 rəsmi qaydada notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında almışlar. Cavabdehlər İddiaçı2, İddiaçı1 qarşılıqlı iddiaçıların bu əmlakı əldə e tmələrində vicdanlı alıcı olmamalarına dair dəlillərini irəli sürmüş və göstərmişlər ki, qanunvericiliyə əsasən əldə edən şəxs əşyanı iradəsi ziddinə ondan məhrum olmuş mülkiyyətçiyə qaytarmalıdır, çünki daşınmaz əşyaların mülkiyyətçisinə qaytarılması məsələsində vicdanlı əldə edən olmur. Məhkəmə, göstərilən dəlillərlə razılaşmamış və qeyd etmişdir ki, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olmaması sübut edilənədək vicdanlı sahib hesab olunur. Alıcı o halda vicdanlı olmayan sayılır ki, o, əşyanın əmlakın qanuni yolla əldə edilmədiyini, qanunsuz yoldan başqa digər yolla əldə edilməsinin mümkünsüz olduğunu bilir, yəni əmlakın hansısa cinayət hadisəsindən və ya mülki hüquq pozuntusundan əldə edilməsinə yəq inliklə əmindir, buna inanır və satıcının hüquqi əsas (qanuni əsas) olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsini (əsassız varlanmasını) ən azından şübhə, yaxud güman edir. Sadalanan normalar mahiyyəti daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlakı əldə edən şəxslərin, yəni vicdanlı əldə edənlərin hüquqlarını qorumaqdır.

28. Məhkəmə həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 140-cı maddəsindəki “prezumpsiya” sözü əksi sübut edilənə qədər, əldə edən şəxsin vicdanlı olmasının qəbul edilməli olmasıdır. Başqa sözlə, əldə edən şəxs özünün vicdanlı əldə edən olmasını sübut etməli deyil, əksinə şəxsin vicdanlı əldə edən olmadığını iddia edən tərəf bu halı sübuta yetirməlidir. Vicdanlı olmama faktının sübutu üçün əldə edən şəxsin əmlakı və ya hüququ əldə etməsinə mane olan halı bilməsi və ya bilmək üçün ondan gözlənilən diqqəti göstərməməsinin sübut olunması tələb edilir ki, ilkin iddia üzrə iddiaçılar belə sübut növü təqdim etməmişlər. Məhkəmə qarşılıqlı iddia üzrə cavabdehlərin əmlaka çıxarış aldıqdan sonra çox qısa müddət ərzində (3 gün sonra) Cavabdeh2 ilə Cavabdeh3 və Cavabdeh1 arasında heç bir iqtisadi faydaya əsaslanmadan alış qiymətinə, həm də bazar qiymətindən (təxminən 1 milyon manat) xeyli aşağı qiymətə (480.000 manata) alqı-satqı müqaviləsinin bağlanması, satış barədə formalaşmış işgüzar adətlərə uyğun olaraq açıq mənbələrdə (bina.az və digər interner saytlarında) heç bir elan verilmədən əşyanın satılması alıcının sonuncuların vicdanlı olmamasına işarə etməsinə, eləcə də əmlakın qısa müddət ərzində mülkiyyətçilərinin dəyi şməsi və satılması halını gözardı etməklə bununla bağlı lazımi araşdırma aparmadıqlarına dair dəlillərini əsassız saymışdır. Belə ki, ilk iddiaçıların hüquqi mövqeyinə görə Cavabdeh2 iştirakçısı olduğu xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin məhkəmə tərəfindən etibarsız hesab olunduğu üçün qarşılıqlı iddiaçıların tərəf olduğu xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi də məhz bu əsasla etibarsız hesab olunmalıdır. Lakin, qeyri-yaşayış sahəsini alarkən qarşılıqlı iddiaçıların həmin əmlak barəsində hər hansı mübahisənin olması və ya sənədlərin saxtalaşdırılması faktlarından məlumatlı olmalarına dair iş materiallarında heç bir sübut olmamışdır. Həmçinin, ilk iddiaçı tərəfin məhkəməyə ünvanladığı xüsusi qərardadın çıxarılması barədə vəsatətin məzmunu yalnız Cavabdeh4 və Cavabdeh2 qarşı yönəlmiş, qeyri-yaşayış sahəsinin sonuncu alıcıları Cavabdeh3 və Cavabdeh1 bu işlərdə hər hansı formada iştirakları olması vurğulanmamışdır.

29. Məhkəmə hesab etmişdir ki, bu hal da Cavabdeh3 və Cavabdeh1 vicdanlı əldə edən olmasını təsdiq edən amillərdən biri olmuşdur. Daha sonra, iş materiallarından göründüyü kimi, Cavabdeh2 öz adına dövlət reyestrindən elektron çıxarışı alqı-satqı müqaviləsi bağlandıqdan dərhal sonra alsa da, ondan fərqli olaraq sonuncu alıcılar Cavabdeh3 və Cavabdeh1 dövlət reyestrindən çıxarışı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan sonra əldə etməmiş və hazırda da əldə etməmişlər. Belə ki, çıxarış müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərinə sifariş verilsə də, Səbail Rayon Məhkəməsinin e-16(009)-61/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə mübahisəli qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması, həmin əmlaka sərəncam verilməsi, o cümlədən özgəninkiləşdirilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi, o cümlədən özgəninkiləşdirilməsi haqqında əqdlər əsasında daşınmaz əmlak üzərində hüquqların, o cümlədən X26 və Cavabdeh1 adına dövlət qeydiyyatına alınmasının 1 saylı Bakı Şəhəri Ərazi İdarəsinə qadağan edilmişdir.

30. Məhkəmə qarşılıqlı iddiaçılara satılan əmlakın alış qiymətinin bazar qiymətindən az olmaqla heç bir iqtisadi fayda əldə etmədən satılmasının da onların vicdanlı əldə edən olmamasına əsas olmasına dair dəlillərlə bağlı qeyd etmişdir ki, bu halın mövcudluğu belə göstərilən dəlilin əsaslı olmasının təsdiqi kimi qiymətləndirilə bilməz. Bundan əlavə, məhkəmədə verilmiş iz ahatlara əsasən, mübahisəli qeyri-yaşayış sahəsi heç də alqı-satqı müqaviləsində qeyd edilən 480.000 manata satılmamışdır. Belə ki, müqavilədə qeyd edilən qiymətdən əlavə əmlakın sonuncu satıcısı Cavabdeh2 200.000 manat məbləğində pulun verilməsinə dair müqavilədən kənar tərtib edilmiş qəbz mövcud olmuşdur ki, qarşılıqlı iddiaçı tərəfin izahatlarında əsasən bu qəbzlə Cavabdeh2 imza edərək alıcılar Cavabdeh3 və Cavabdeh1 480.000 manatdan əlavə 200.000 manat da, cəmi 680.000 manat pulu təhvil aldığını təsdiq etmişdir.

31. Məhkəmə həmçinin qarşılıqlı iddia üzrə cavabdeh tərəfin heç bir elan verilmədən əşyanın satılmasının sonuncu alıcıların vicdanlı olmamasına işarə etməsi dəlili ilə bağlı hesab etmişdir ki, qanunvericilikdə hər hansı daşınmaz əmlakın alınması üçün həmin əmlakın hansısa elan saytında və ya qəzetdə elan olunmalı olmasına dair imperativ norma olmamış və cavabdeh tərəfin qeyd etdiyi kimi bu işgüzar adətlərə uyğun olan bir hal olmaqla bütün hallara şamil edilməmişdir. Cavabdeh3 və Cavabdeh1 məhkəmədə verdiyi izahatlarında da bildirmişlər ki, Cavabdeh3 xarici dövlətdən (Polşadan) zəng edərək mübahisəli əmlakın satılması bildirilmiş və nəticədə əmlakın 680.000 manata alınmasına dair razılıq əldə olunmuşdur. Məhkəmənin qənaətinə görə, mübahisəli qeyri-yaşayış sahəsinin sonuncu alıcıları Cavabdeh3 və Cavabdeh1 həmin əmlaka hazırda faktiki sahiblik etməmələri də onların vicdanlı əldə edən hesab edilməmələri üçün əsas ola bilməz, çünki onlar öz iradələrindən asılı olmayaraq qanuni əsaslarla əldə etdikləri əmlakdan hazırda istifadə edə bilməmişlər.

32. Məhkəmə qarşılıqlı iddiaçıların əmlakın qısa müddət ərzində mülkiyyətçilərinin dəyişməsi və satılması halını gözardı etdikləri və bununla bağlı lazımi araşdırma aparmadıqlarına dair həmin iddia üzrə cavabdehin dəlillərini əsassız sayaraq hesab etmişdir ki, onların belə bir araşdırma apardıqdan sonra əminliklə əmlak əldə etmələrinə dair qanunvericilkdə heç bir norma və göstəriş olmamışdır. Belə ki, qarşılıqlı iddiaçılar mübahisəli obyekti əldə edərkən həmin sahənin mülkiyyətçi Cavabdeh2 adına müvafiq çıxarışı olmuş, əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Həmçinin, işin mübahisəsiz hallarından biri də odur ki, qarşılıqlı iddia üzrə iddiaçılar mübahisəli qeyriyaşayış sahəsi almamışdan əvvəl nə Cavabdeh2, nə də əvvəlki mülkiyyətçilər olan İddiaçı 2 və İddiaçı1 də tanımamış, iddiaçılar əmlakı həmin vaxt qanuni mülkiyyətçisi sayılan Cavabdeh2 alqı-satqı yolu ilə əldə edərkən sözügedən əmlakın əvvəlki mülkiyyətçilərinin kim olması, kimə icarəyə verməsi, sonradan əmlakın satılmasına dair etibarnamə verilməsi və s. məsələlərin olmasından xəbərsiz olmuşlar. Məhkəmə hesab etmişdir ki, ümumi qəbul edilmiş təcrübəyə əsasən əmlak əldə edən hər hansı bir şəxsin, konkret olaraq hazırki iş üzrə Cavabdeh3 və Cavabdeh1 maraqlı və vacib olan mübahisəli daşınmaz əmlakın çıxarışının onlardan əvvəl dövlət qeydiyyatına alınması, həmin əmlakın alqı-satqısının notariusda baş tutması, dəyərinin notariusun depozit hesabı vasitəsilə ödənilməsidir ki, məhz bu halların mövcudluğu əmlakı əldə edən şəxsdə əmlakın qanuni yollarla əldə etməsində əminlik yaratmış dır.

33. Məhkəmə hesab etmişdir ki, işin araşdırılmış halları ilə mübahisəli qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsi notariat kontorunda təsdiq edilərkən qanunvericiliyin tələblərinin pozulması halı və Cavabdeh2 ilə Cavabdeh3 və Cavabdeh1 arasında aparılmış notariat əməliyyatlarına şübhə ilə yanaşmağa hər hansı bir əsas müəyyən edilməmişdir. Qeyd olunan hallar isə Cavabdeh3 və Cavabdeh1 vicdanlı tərəf olmasına dəlalət etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri saymışdır ki, yuxarıda qeyd edildiyi kimi, alqı-satqı müqaviləsinin bağlanması zamanı Cavabdeh2 ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış əqdin etibarsızlığına əsas ola biləcək hal müəyyən olunmamaqla əmlaka Cavabdeh2 mülkiyyət hüququna dair reyestrdəki yazının möv cudluğu faktına əsasən həmin əmlakı əldə etmişlər.

34. Məhkəmə qeyd etmişdir ki, iş üzrə əmlakın dəyəri ilə bağlı rəy vermiş ekspertlərin izahatlarına görə mübahisəli qeyri yaşayış sahəsi təmirsiz olduğu üçün analoji təmirsiz obyektlər olmadığı üçün dəyəri analoji olaraq müəyyən edilə bilmədiyindən təmirli obyektlərlə müqayisə edilərək orta qiymət müəyyən edilmişdir.

35. Məhkəmə hesab etmişdir ki, ekspert rəyləri ilə mübahisəli sahənin təmirli obyektlərlə müqayisə edilərək orta qiymət 1.465.000 manat müəyyən edilsə də, təmir xərclərini çıxdıqdan sonra belə həmin sahənin bazar dəyərindən aşağı qiymətə 680.000 manata özgəninkiləşdirilməsi baş vermişdir.

36. Buna baxmayaraq məhkəmə hesab etmişdir ki, İddiaçı2 və İddiaçı1 mübahisəli əmlaka dair hüquqlarının pozulması ilə bağlı məsuliyyəti, hab elə bununla əlaqədar məruz qaldıqları zərərin əvəzinin ödəmək yükünü onların əmlakını saxtalaşdırılmış sənədlər əsasında bazar dəyərindən aşağı qiymətə özgəninkiləşdirmiş şəxslər daşıdıqları üçün mübahisəli əmlakı əldə etmiş vicdanlı əldə edən statusuna malik şəxslərin hüquqları bu əsasla xələl görməməlidir. Hazırkı iş üzrə qarşılıqlı iddiaçılar Cavabdeh3 və Cavabdeh1 vicdanlı əldə edən olduqları qənaətinə gəlindiyindən və onlarla Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etbarsız sayılmasına dair hissədə ilk iddia tələbi təmin edilmədiyindən məhkəmə, qarşılıqlı iddianın cavabdehlər İddiaçı2 və İddiaçı1 aid hissədə əsaslı olması nəticəsinə gələrək hesab etmişdir ki, iş üzrə iddiaçılar mübahisəli qeyriyaşayış sahəsindən çıxarılmalı və həmin sahə boşaldılaraq Cavabdeh3 və Cavabde h1 təhvil verilməlidir.

37. Məhkəmə qarşılıqlı iddianın Cavabdeh2 aid hissədə təmin edilməsini mümkün saymamış və bunu onunla əsaslandırmışdır ki, o, mübahisəli sahəni Cavabdeh3 və Cavabdeh1 satdıqdan sonra faktiki olaraq Azərbaycan Respublikasının ərazisində getmiş, başqa sözlə o, hazırda mübahisəli sahədə olmamaqla heç bir əlaqəsi də qalmamışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri etmişdir ki, İddiaçı2 və İddiaçı1 əmlaklarını saxtalaşdırılmış sənədlər əsasında bazar dəyərindən aşağı qiymətə özgəninkiləşdirmiş şəxslərə qarşı məruz qaldıqları zərərin əvəzinin ödənilməsi ilə bağlı müvafiq qaydada iddia qaldırmaq hüquqları vardır.

38. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 14.2.1, 140, 144.1, 144.2, 144.3, 152.1, 152.5, 157.2, 157.4, 337.1, 647.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarlarına, B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarına, “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublika sının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına, «S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Qərarına, «X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 may 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 218.1-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

39. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti verilərək, qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddianın tam rədd edilməsi, ünvan 2 ünvanda yerləşən 125,4 m qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlaka dair birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqlarının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

40. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəxsin vicdansız alıcı hesab edilməsi üçün ona əldə etdiyi daşınmaz əşyanın qanunsuz yolla əldə edildiyini bilməsi deyil, şübhə etməsi (güman etməsi) belə kifayət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə Ali Məhkəmənin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair xx.xx.2004-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyinə əsasən, alıcıda əqdin legitimsizliyi barədə dəqiq məlumat olmasa belə, əqdin legitimsizliyi şübhə yaradırsa, alıcı vicdanlı əldə edən hesab edilmir. Qeyd edilən hüquqi dəyərləndirmə mübahisəsiz olmuş, çünki qətnamənin 56-cı vərəqinin 4-cü abzasında qeyd edilmişdir ki, alıcı o halda vicdanlı olmayan sayı lır ki, o, əşyanın qanuni yolla əldə edilmədiyini, qanunsuz yoldan başqa digər yolla əldə edilməsinin mümkünsüz olduğunu bilir, yəni əmlakın hansısa cinayət hadisəsindən və ya mülki hüquq pozuntusundan əldə edilməsinə yəqinliklə əmindir, buna inanır və satıcının hüquqi əsas (qanuni əsas) olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsini (əsassız varlanmasını) ən azından şübhə, yaxud güman edir. Obyektə çıxarış aldıqdan sonra çox qısa müddət ərzində (3 gün sonra) 2-ci cavabdehlə qarşılıqlı iddiaçılar arasında heç bir iqtisadi faydaya əsaslanmadan alış qiymətinə, həm də bazar qiymətindən (təxminən 1 milyon manat) xeyli aşağı qiymətə (480.000 manata) obyektin alğı-satqı müqaviləsinin bağlanması, satış barədə formalaşmış işgüzar adətlərə uyğun olaraq açıq mənbələrdə (bina.az və digər internet saytlarında) heç bir elan verilmədən əşyanın satılması kimi dəlillərin məcmusu əvvəlki satıcının, yaxud 2-ci cavabdehin obyekti qeyrilegitim yolla əldə etməsi barədə alıcıda (qarşılıqlı iddiaçılarda) şübhə yaranmasını (əmlakın mənbəyinin qanuniliyinə şübhə duymasını) təsdiq etmişdir. Qarşılıqlı iddiaçıların vicdansız olmasına dair 4 dəlil ayrı-ayrılıqda deyil, məhz birlikdə götürüldükdə bu nəticəyə gəlmək olur ki, həmin şəxslər vicdansız alıcı olmuşdur. Çünki 4 dəlil birlikdə götürüldükdə, kumulyativ effektə malik olmuş və sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən faktın mövcudluğu ilə bağlı hər bir meyarın ayrıca təhlili birmənalı qənaətin əldə edilə bilməsi üçün kifayət etmədi kdə kumulyativ yanaşma tətbiq edilə bilərdi. Məhkəmə isə qarşılıqlı iddiaçıların vicdanlı alıcı olmamasına dair 4 dəlili düzgün qiymətləndirmədən, həmin dəlilləri bütövlükdə kumulyativ yanaşma üzrə nəzərə almadan əsassız olaraq ayrılıqda qiymətləndirmiş və nəticədə maddi hüquq normalarının pozuntusu ilə qətnamə çıxarmışdır. Xüsusi qərardad çıxarılması barədə vəsatətdə yalnız 1-ci cavabdehin əməlində Cinayət Məcəlləsinin 320.2-ci (saxta sənədlərdən istifadə etmə) və 178.4-cü (xüsusilə külli miqdarda zərər vurmaqla dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayətlərin əlamətlərinin olmasının göstərilməsi isə qarşılıqlı iddiaçıların vicdanlı əldə edən olmasını təsdiq edən amillər kimi heç bir halda qəbul edilə bilməz. Çünki, qətnamənin 56-cı vərəqinin 1-ci abzasında qeyd etdiyi kimi, iş üzrə h azırda müəyyən edilmiş faktiki hallar 1-ci və 2-ci cavabdehlərin (hərçənd ki, xüsusi qərardad barədə vəsatətdə mövcud sübutların yalnız 1-ci cavabdehin əməlində cinayət olmasına dəlalət etdiyini göstərilmişdir) saxta rəsmi sənədlərdən istifadə etmələrindən tam məlumatlı olmasına və əlbir olmalarına, beləliklə CM-in 320.2 və 178.4-cü maddəsində nəzərdə tutulan cinayətləri törətmələrinə kifayət qədər əsas yaratmışdır. Lakin işin hazırki mərhələsi üzrə (mülki iş üzrə) müəyyən edilmiş faktiki hallar qarşılıqlı iddiaçılar tərəfindən saxta rəsmi sənədlərdən istifadə etmələrindən tam məlumatlı olmasına və 1-ci və 2-ci cavabdehlərlə əlbir olmalarına əsas vermədiyindən onlara qarşı xüsusi qərardad çıxarılması barədə məhkəməyə vəsatət verilməmişdir. Buna baxmayaraq, qarşılıqlı iddiaçıların cinayət törətməsinə, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı almalarına dair dəlillərin müəyyən edilməməsi ona işarə etmir ki, onlar vicdansız alıcı hesab edilə bilməz. Çünki onlar tərəfindən cinayət törədilməsinin (o cümlədən CM-in 194-cü maddəsində nəzərdə tutulan qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakı əldə etmə cinayətini törətmələrini) təsdiqi üçün saxta sənədlərdən istifadə barədə məlumatlı olmaları və obyektin cinayət yolu ilə əldə edildiyini bilmələri barədə dəlillərin mövcudluğu zəruri olmuşdur. Onların vicdansız alıcı olmasının təsdiqi üçün isə həmin dəlillərə ehtiyac olmamış, 2-ci cavabdeh tərəfindən obyektin qeyri-legitim yolla əldə edilməsi şübhələnmələrinə dair dəlillərin olması kifayət etmişdir ki, bu da qeyd edilən 4 dəlil də özünü biruzə vermiş dir. Qarşılıqlı iddiaçılar tərəfindən elektron çıxarışın alınmaması onların iradəsinə uyğun olmamış, iradələrindən asılı olmadan müvəqqəti təminat tədbirinin tətbiqinə görə mümkün olmamışdır. Bundan başqa 2-ci cavabdehdən fərqli olaraq qarşılıqlı iddiaçılar elektron çıxarışı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan sonra əldə etməmiş və hazırda da əldə etməyiblər. Halbuki, qarşılıqlı iddiaçıların obyektə dair elektron çıxarışı əldə etməməsi onların iradəsindən asılı olmayan səbəbdən baş vermiş və bu da obyektə sərəncam verilməsi, o cümlədən özgəninkiləşdirilməsi haqqında əqdlər əsasında daşınmaz əmlak üzərində hüquqların, o cümlədən qarşılıqlı iddiaçıların adına dövlət qeydiyyatına alınmasının qadağan edilməsi barədə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(009)-61/2023 nömrəli qərardadının qəbul edilməsi ilə əlaqədar olmuşdur. Bu baxımdan həmin dəlil heç bir halda əmlakın qeyri-legitim yolla əldə edilməsində qarşılıqlı iddiaçıların şübhələnməsini istisna edən və onların vicdansız əldə edən hesab edilməməsinə əsas verən hal kimi dəyərləndirilə bilməz. Məhkəmə sübutları qarşılıqlı iddianın təsdiqinə uyğunlaşdırma istiqamətində dəyərləndirmiş və birgə iddiaçıların dəlillərini rədd etmədən qarşılıqlı iddiaçıların dəlillərinə üstünlük vermişdir. Məhkəmə tərəfindən qeyd edilən sübutların qiymətləndirilməsi qaydaları pozulmuş, bütün proses və proses əsasında çıxarılmış yekun məhkəmə aktı (qətnamə) qarşılıqlı iddiaçıların iddia etdiklərinin təsdiq edilməsi üzərində qurmuşdur. Bu onunla təsdiq edilmişdir ki, məhkəmə 2-ci cavabdehin imza sının həqiqiliyi barədə məlumat olmadan, qəbzdəki imza ilə 2-ci cavabdehin imzasının eyniliyini müəyyən etmədən qarşılıqlı iddiaçıların söylədiklərinə stinadən qəbzdəki imzanın 2-ci cavabdehə məxsus olması nəticəsinə gəlmişdir. Belə nəticəni əks etdirən qətnamə isə MPM-in 390-cı maddəsinə əsasən işin hallarına uyğun hesab edilməyən qətnamə sayılmaqla, MPM-in 385.1.4-cü maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmuşdur. Peşəkar bazar iştirakçıları tərəfindən alğı-satqı müqaviləsində daşınmaz əşyanın qiymətinin guya real göstərilmədiyinə dair dəlillərin inandırıcı olmamasına baxmayaraq, hakim tərəfindən həmin dəlilin qarşılıqlı iddianın təsdiqinə uyğunlaşdırma məqsədi güdməsinə qərəzli şəkildə münasibət bildirilməmişdir. Eyni zamanda, formal olaraq lazı mi qaydada rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsində müqavilə qiymətinin 480.000 manat göstərilməsinə baxmayaraq, məhkəmə tərəfindən mötəbərliyi şübhə doğuran qəbz əsasında müqavilə qiymətinin 680.000 manat olması nəticəsinə gəlmişdir. Lakin məhkəmə obyektin qiyməti barədə nəticəyə gələn sənəd kimi qəbzi əsas götürərkən aydınlaşdırmamışdır ki, əgər müqavilə qiyməti həqiqətən 480.000 manat deyil, məhz 680.000 manat təşkil etmişdirsə, nə səbəbə görə həmin qiymət müqavilədə göstərilməmiş və müqavilədən kənar tərtib edilmiş digər sənəddə (qəbzdə) əks olunmuşdur və bunun müqavilədə qiymətin real göstərilməsinin istər 2-ci cavabdehə, istərsə də qarşılıqlı iddiaçılara nə kimi ziyanı və ya riski olmuşdur. Halbuki, müqavilədə qiymətin 480.000 manat deyil, 680.000 manat gö stərilməsi nə 2-ci cavabdehə, nə də ki, qarşılıqlı iddiaçılara vergi tutma riski və ya digər hüquqi risklərə səbəb ola bilərdi. Göründüyü kimi, 2-ci cavabdeh obyekti satarkən sadələşdirilmiş vergi ödəyicisi olaraq onun vergi öhdəliyi satışdan əldə edilən gəlirə görə deyil, obyektin sahəsinə görə yaranırmışdır. Qarşılıqlı iddiaçılar tərəfindən obyektin alınması onların gəlirinə deyil, xərcinə səbəb olduğundan həmin xərcin çox göstərilməsi də ona hər hansı bir vergi öhdəliyi yaratmamış, yaxud öhdəliyinə təsir etməmiş, eləcə də digər hüquqi öhdəliklərinə səbəb olmamışdır. Bütün bunlar qəbzin məhkəməyə təqdim edilməsi obyektin alış qiymətinin real bazar qiymətinə nisbətən uyğunlaşdırılması və real bazar qiymətindən əhəmiyyətli dərəcədə fərqlənməməsini göstərməyə yönəlmişdir. Məhkəmə isə sübutl arı qərəzli şəkildə qiymətləndirərək qarşılıqlı iddiaçıların dəlillərinə üstünlük vermiş və bütün qiymətləndirmələri onların söylədiklərini “həqiqət” kimi göstərməsi istiqamətində aparmışdır. Məhkəmənin bu qərəzli mövqeyi həm də onunla təsdiq edilmişdir ki, ekspert rəyində obyektin orta bazar qiyməti 1.465.000 manat müəyyən edildiyi halda, bunun obyektə aid olmadığı və obyektin təmirsiz olması nəticəsinə gəlmişdir.

41. Halbuki, ekspert rəyi analoji əmlakların deyil, məhz obyektin orta bazar qiymətinin (olduğu vəziyyətdə) müəyyən edilməsinə dair olmuş və nəzəri qiymətləndirməni (obyektə analoji olan əmlakın qiymətini) nəzərdə tutmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, hətta məhkəmənin qiymətləndirdiyi şəkildə təmirli vəziyyətdə obyektin qiyməti 1.465.000 manat təşkil etsəydi belə, oby ektin təmirsiz qiyməti qarşılıqlı iddiaçıların aldığı qiymətdən əhəmiyyətli dərəcədə (3 dəfə) fərqlənmiş olardı. Çünki məhkəmədə dindirilən X25 qeyd etmişdir ki, əmlakın icarəyə verilməsi üçün 50.000-60.000 manat təmir xərci tələb edilirdi. Həmin dəlili nəzərə aldıqda, obyektin təmirsiz qiymətinin ən azı 1.405.000 manat olması nəticəsinə gələrək, bu qiymət də qarşılıqlı iddiaçıların alış qiymətindən təxminən 3 dəfə fərqlənmiş olurdu. Məhkəmənin obyektin qiymətini qarşılıqlı iddiaçıların iddia etdiyi qiymətə uyğunlaşdırması onun qərəzliliyinin göstəricisi olmaqla qanunun legitim məqsəddən kənar hansısa “gizli” məqsədə xidmət edən qiymətləndirmə apardığına və əsassız və qanunsuz qətnamə çıxarmasına işarə etmişdir. Hakim daşınmaz əmlakın satışının açıq mənbələrdə elan vasitəsilə həyata keçiri lməsinə dair işgüzar adəti qərəzli şəkildə nəzərə almamışdır. Bununla yanaşı, birgə iddiaçılar tərəfindən daşınmaz əmlakın satışı zamanı həmin əmlakın əvvəlcə açıq mənbələrdə (elan saytında və ya qəzetdə) elan olmasına dair imperativ norma olması qeyd edilməmiş, həmin davranış qaydasının daşınmaz əmlak bazarı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən qayda (işgüzar adət) olması qeyd edilmişdir, hansı ki, həmin qayda qanunvericilikdə nəzərdə tutulmasa da, qanuna zidd olmamış və bu səbəbdən Mülki Məcəllənin 10-cu maddəsinin tələblərinə əsasən işgüzar adət sayılmışdır. Məhkəmə isə daşınmaz əmlakın satışının açıq mənbələrdə elan edilməsinə dair davranış qaydasının işgüzar adətin əlamətlərinə uyğunluğunu heç bir dəlilə istisna etmədən hesab etmişdir ki, bütün hallara şamil edilmir. Lakin ən azından bu mövqeyini ifadə etməklə izah etməmişdir ki, işgüzar adət hansı hallara şamil edilir, nə səbəbə görə daşınmaz əmlakın satışı halına şamil edilmir. Bu isə məhkəmənin obyektiv və qərəzsiz olmamasından, səhv qiymətləndirmə aparmaqla qanunsuz qətnamə çıxarmasından xəbər vermişdir. Məhkəmənin qərəzliliyinə o fakt da işarə etmişdir ki, qarşılıqlı iddiaçıların izahatında qeyd etdiyi Polşa Respublikasından gələn zəng əsasında obyektin onlara təklif edilməsi və 680.000 manata razılaşmaları əsasında vicdanlı alıcı olmasını təsdiq etməyə çalışmışdır. Halbuki, həmin fakt özlüyündə heç bir halda qarşılıqlı iddiaçıların vicdansız alıcı olması faktını təkzib etməmişdir. Çünki obyektə çıxarış aldıqdan sonra çox qısa müddət ərzində (3 gün sonra) 2-ci cavabdehlə qarşılıqlı iddiaçılar arasında h eç bir iqtisadi faydaya əsaslanmadan alış qiymətinə, həm də bazar qiymətindən (təxminən 1 milyon manat) xeyli aşağı qiymətə (480.000 manata) obyektin alğı-satqı müqaviləsinin bağlanması, satış barədə formalaşmış işgüzar adətlərə uyğun olaraq açıq mənbələrdə (bina.az və digər internet saytlarında) heç bir elan verilmədən əşyanın satılması kimi dəlillərin məcmusu 2-ci cavabdehin obyekti qeyri-legitim yolla əldə etməsi barədə qarşılıqlı iddiaçılarda şübhə yaranmasını təsdiq etmişdir. Bu 4 dəlil də birlikdə götürüldükdə həmin şəxslərin vicdansız alıcı olmasına işarə etmişdir. Qarşılıqlı iddiaçılar işdə neytral subyekt olmadığından onların söylədikləri heç bir halda öz iddialarının təsdiqi üçün yeganə sübut kimi dəyərləndirilə bilməzdi.

42. Bundan əlavə, obyekti alan şəxsin əmlakın legitimliy inə dair lazımi araşdırma aparması vəzifəsinin qanunvericilikdə nəzərdə tutulmaması onların vicdansız alıcı hesab edilməməsinə səbəb ola bilməzdi. Çünki şəxsin təkcə yazılmış qaydaların deyil, həm də yazılmamış qaydaların (ius non scriptum) tələblərinə riayət etmək öhdəliyi vardır və yazılmamış qaydaların pozuntusuna görə də məsuliyyət daşımışdır. Qarşılıqlı iddiaçıların isə öz izahatlarında qeyd etdikləri kimi alqı-satqı sahəsində kifayət qədər təcrübəli olmaqla peşəkar bazar iştirakçısı olmasına əsasən, şübhəsiz ki, onlar daşınmaz əmlak bazarında mövcud işgüzar adətləri bilmişlər, o cümlədən əmlak əldə edərkən onun legitimliyinə dair lazımi araşdırma aparılmalı olmasını başa düşmüşlər. Qeyd edilən davranış qaydasına zidd hərəkət etmələri, əmlakın qısa müddət ərzində mülkiyyətçilərinin də yişməsi və satılması halını gözardı etmələri isə heç bir halda onların vicdanlı alıcı hesab olunmasına imkan verə bilməzdi.

43. Hazırda mövcud olan vahid məhkəmə təcrübəsi də ilkin iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 vicdanlı alıcı kimi hüququnu qoruyur. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş oxşar işlər üzrə məhkəmə qətnamələrində də saxta sənəd əsasında özgəninkiləşdirilmiş əvvəlki alğı-satqı müqaviləsi etibarsız hesab edilsə də, sonuncu alıcıların iştirak etdiyi alğı-satqı müqaviləsi etibarsız hesab edilməmiş və əmlakın əvvəlki mülkiyyətçisinə izah edilmişdir ki, onara məxsus olmuş əmlakın cinayət yolu ilə əllərindən çıxması nəticəsində onlara dəymiş ziyanın ödənilməsini tələb edə bilər.

44. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Xumar Mərd anova (sədrlik edən və məruzəçi) Elnur Həsənov, Sabit Bəhramzadə) 2(103)2195/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, e-2(009)- 47/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilki iddia tələbinin təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilərək, ilkin iddia tələbi təmin edilməyən hissədə təmin edilmişdir. Cavabdeh2 tərəfindən Cavabdeh3 və Cavabdeh1 480.000 manata satılması barədə ünvan 2 ünvanda yerləşən 125,4 m2 qeyri-yaşayış sahəsinə dair xx.xx.2023 cü il tarixli AN-1 ******* nömrəli alqısatqı müqaviləsi etibarsız hesab edilməsi, ünvan 2 ünvanda yerləşən 125,4 m2 qeyriyaşayış sahəsinə dair İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqları Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınması, ünvan 2 ünvanda yerləşən 125,4 m2 qeyriyaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli AN1 ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 480.000 manat satıcı qismində çıxış edən Cavabdeh4 alınıb, alıcı Cavabdeh2 qaytarılması, ünvan 2 ünvanda yerləşən 125,4 m2 qeyriyaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən ödənilmiş 480.000 manat satıcı qismində çıxış edən Cavabdeh2 alınıb, alıcılar Cavabdeh3 və Cavabdeh1 qaytarılması, qarşılıqlı iddia tələbinin təmin edilən, yəni İddiaçı2 oglu və İddiaçı1 ünvan 3 ünvanında yerləşən qe yri-yaşayış sahəsindən çıxarılması və ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi boşaldılaraq Cavabdeh3 və Cavabdeh1 təhvil verilməsi hissəsində rədd edilməsi qət edilmişdir.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni ilki iddia tələbinin təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilməli, ilkin iddia tələbi tam təmin edilməli və qarşılıqlı iddia təmin edilən hissədə rədd edilməlidir.

46. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisə üzrə birinci instansiya məhkəməsinin ilk iddianın təmin edilməyən hissəsi üzrə və qarşılıqlı iddianın təmin edilən hi ssəsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, qətnamə bu hissələrdə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış, işdəki sübutlar mülki prosessual qanunvericiliyin (MPM 88) tələblərinə uyğun qiymətləndirilmədiyindən əsaslı olmamış, maddi hüquq normaları isə hazırki mübahisəyə düzgün tətbiq və təfsir olunmadığından, gəlinən nəticə qanuni olmamışdır. Belə ki, sözügedən qeyri-yaşayış sahəsinin icarəçi Cavabdeh4 tərəfindən birgə mülkiyyətçilərin mülkiyyətindən çıxarılaraq saxta etibarnamə əsasında hazırkı iş üzrə Cavabdeh2, daha sonra isə sonuncu tərəfindən Cavabdeh3 ilə Cavabdeh1 adlarına özgəninkiləşdirilmişdir. Lakin işin müəyyən edilmiş halları ondan ibarət olmuşdur ki, ilk iddiaçıların mülkiyyətində olan qeyri-yaşayış sahəsini özgəninkiləşdirilməsi mə qsədi olmamış, sahənin mülkiyyət sənədləri şəhadətnamə özlərində olmuş və bu sənədlər yalnız icarə müqaviləsinin tərtib və təsdiqi zamanı istifadə edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən saxtalaşdırılmış sənədlər əsasında Cavabdeh4 ilə Cavabdeh2 arasında mübahisəli qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi də qanunvericiliyin tələblərinə uyğun bağlanmış əqd kimi qiymətləndirilməmiş və buna görə də etibarsız hesab edilmişdir. Qətnamə həmin hissədə mübahisələndirilməmişdir.

47. Məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddiaçıların vicdanlı alıcı hesab edilməsi üçün əsaslar olmamışdır. Belə ki, dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilmişdir. Digər tərəfdən, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşımışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırı lmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi akt olmuşdur. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi tanınması üçün hər bir halda o, sübut etməlidir ki, əmlakı özgəninkiləşdirənin buna səlahiyyətli olub-olmadığını müəyyən etmək üçün bütün ağlabatan tədbirləri görüb: məsələn, özgəninkiləşdirənin əmlakın mülkiyyətçisi olmasına dair hüquq müəyyənedici sənədləri tələb edib onları nəzərdən keçirib; səlahiyyətli orqandan əmlakın üzərində hər hansı məhdudiyyətin, yüklülüyün olubolmamasına dair müvafiq arayış alınıb və sair. Bütün bunlara baxmayaraq o, özgəninkiləşdirənin səlahiyyətsiz şəxs olduğunu müəyyən etməyib. Əgər əldə edilən əmlak barədə üçüncü şəxslərin iddiası olmuşsa və bu hal əmlakı əl də edənə məlum idisə, vicdanlı əldə edən istisna olunur. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olması, əmlakın ondan geri alınmasını məhdudlaşdırır və belə olan halda əmlakın mülkiyyətçisinin ona zərər vuran şəxslərə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ əmələ gəlmiş olur.

48. Məhkəmə kollegiyası qeyd etmişdir ki, alıcının təkcə əmlakın legitimsizliyini bilməsi deyil, həm də legitimsizliyinə dair şübhə və ya gümanın olması onun vicdanlı əldə edən hesab edilməsini istisna etmişdir. Müqavilə bağlayarkən ağlabatan ehtiyatlılıq və sayıqlıq nümayiş etdirilməməsi də alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadığını istisna edən hallardan biri olmuşdur.

49. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi vicdanlı alıcı hesab edilməsi ilə bağlı gəldi yi qənaət qanunvericilik normalarına və işin faktiki araşdırılmış hallarına uyğun olmamışdır. Belə ki, məhkəmə kollegiyası ilk növbədə birinci instansiya məhkəməsinin o dəlili razılaşmamışdır ki, daşınmaz əmlak alan şəxsin əmlakın legitimliyinə dair lazımi araşdırma aparması vəzifəsi qanunvericilikdə nəzərdə tutulmadığından alıcı vicdansız hesab edilə bilməz. Bu onunla bağlı olmuşdur ki, həm Avropa İnsan Hüquqları Məhkəməsinin, həm də Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən alıcının əmlakın legitimsizliyinə dair şübhə duyması onun vicdanlı əldə edən hesab edilməsini istisna etmiş, müqavilə bağlayarkən ağlabatan ehtiyatlılıq və sayıqlıq nümayiş etdirməyən alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadığına istinad edə bilməzdi.

50. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia çılar tərəfindən təqdim edilən və izahatında istinad etdiyi oxşar işlərlə bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış hüquqi mövqeyi də tələb etmişdir ki, əmlak alan şəxs alqı-satqıdan əvvəl lazımi ehtiyatlılıq göstərsin və əmlak mülkiyyətçisinin əmlakın satışına dair həqiqi niyyətinə yəqinliklə əmin olduqdan sonra alsın. Lazımi ehtiyatlılıq göstərmədən əmlak almış şəxsin vicdanlı sahib olması isə istisna olunmuşdur. Belə ki, göründüyü kimi daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, reyestrdəki qeydiyyatla bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəq iq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağılabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər.

51. Məhkəmə kollegiyası hesab etmişdir ki, ilk iddia üzrə cavabdehlərin mübahisəli əmlakı əldə etmə şəraiti daşınmaz əmlak bazarında analoji əmlakların alqısatqısı zamanı formalaşmış işgüzar praktika baxımından, həmçinin, cavabdehlərin əmlakı əldə etmə şəraiti ilə bağlı özlərinin verdikləri izahatları ilə əlaqəli qiymətləndirilməlidir.

52. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddiaçılar da ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərmədən, lazımi araş dırma aparmadan qeyri-yaşayış sahəsini almışlar ki, bu onlarda əmlakın Cavabdeh2 tərəfindən əldə edilməsinin legitimsizliyi şübhəsinin olmasını təsdiq edir və onların vicdanlı əldə edən olmasını istisna etmişdir. Bu qənaət qeyri-yaşayış sahəsinin real bazar qiyməti və həqiqi satış qiyməti, yeni alınmış əmlakın qısa zaman sonra alqı-satqısı, habelə daşınmaz əmlakın satışı üzrə təşəkkül tapan işgüzar adət barədə mövcud sübutların birinci instansiya məhkəməsindən fərqli olaraq aşağıdakı göstərilən düzgün dəyərləndirilməsinə əsaslanmışdır. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, mübahisəli qeyri-yaşayış sahəsi saxta sənədlər əsasında Cavabdeh4 tərəfindən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən digər Cavabdeh2 satıldıqdan 3 gün sonra sonuncu həmin əmlakı digər cavabd ehlər Cavabdeh3 və Cavabdeh1 satmışdır. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin qiyməti 480.000 manat təşkil etmişdir. Cavabdehlər (qarşılıqlı iddiaçılar) Cavabdeh3 və Cavabdeh1 iddia etmişdir ki, müqavilə qiymətindən əlavə onlar Cavabdeh2 200.000 manat əlavə pul ödəmişlər və bu onların öz aralarında əlyazma ilə tərtib edilmiş qəbzlə təsdiq edilmişdir. Həmin əlyazmada göstərilmişdir ki, qeyri-yaşayış sahəsinin qiyməti 680.000 manat təşkil etmiş, Cavabdeh3 və Cavabdeh1 Cavabdeh2 332.000 ABŞ dolları və 115.600 manat ödəmişdir.

53. Məhkəmə kollegiyası mübahisəli əmlakın alqı-satqı müqaviləsində göstərilən məbləğə deyil, 680.000 manata alınması barədə nəticəsi ilə razılaşmışdır. Belə ki, məhkəmə əlyazma ilə tərtib edilmiş qəbzə tənqidi yanaşaraq hesab etmişdir ki, həmin qəbz mötəbər sübut olmadığından qeyri-yaşayış sahəsinin həqiqi qiymətini təsdiq edən sənəd olaraq qəbul edilə bilməz. Bu onunla bağlı olmuşdur ki, cavabdehlərin qeyd edilən dəlilləri özlərinin izahatlarından başqa hər hansı bir sübutla təsdiqini tapmamışdır. Digər tərəfdən, qeyri-yaşayış sahəsinin həqiqi qiymətinin müqavilədə deyil, müqavilədən kənar əlyazma ilə tərtib edilmiş qəbzdə göstərilməsi ağlabatan deyildir, çünki 200.000 manat qiymətin müqavilədə göstərilməməsinin məntiqi açıqlaması olmamış, qiymətin real göstərilməsinin satıcıya və alıcıya riski və ya ziyanı (itkisi) mövcud deyildir.

54. Belə ki, Vergi Məcəlləsinin tələbinə əsasən mülkiyyətində olan yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər (Vergi Məcəlləsi, 218.4.3-cü maddə). Həmin ödəyicilər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. (Vergi Məcəlləsi, 220.8-ci maddə). Nazirlər Kabinetinin 2015ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri”nə əsasən mübahisəli obyektin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi zona 1 sərhədləri daxilindədir. Bina Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə zona 1 üzrə 4,0 əmsalı tətbiq olunur (Vergi Məcəlləsi, 220.8.1-ci maddə).

55. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 q eyri-yaşayış sahəsini satarkən sadələşdirilmiş vergi ödəyicisi olaraq onun vergi öhdəliyi satışdan əldə edilən gəlirə görə deyil, qeyri-yaşayış sahəsinin sahəsinə görə yaranmışdır. Yəni daşınmaz əmlakın alqı-satqısı satıcının gəlirinə səbəb olur və bu zamanı alıcının əldə etdiyi gəlir satış qiymətindən deyil, satılan qeyri-yaşayış sahəsinin ölçüsündən asılı olmuşdur. Bu baxımdan gəlirin az və ya çox göstərilməsi vergi dərəcəsinə heç cür təsir etmir, yəni vergi məbləğini dəyişdirməmişdir. Həmçinin, daşınmaz əmlakın alqı-satqısı alıcının xərcinə səbəb olur və həmin xərcin çox göstərilməsi də qüvvədə olan qanunvericiliyin tələbinə əsasən alıcı üçün hər hansı bir vergi və ya digər öhdəlik yaratmamışdır.

56. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı şəhərində yerləşən əmlakın başqa şəxsin mülk iyyətinə keçirilməsinə dair müqavilənin notarial təsdiqi üçün 280 manat dövlət rüsumu və həmin müqavilənin təsdiqi ilə əlaqədar göstərilən xidmətə görə 42 manat (280 manatın 15 faizi miqdarında) haqq tutulur ki, bu da həmin əqdin cəmi 322 manat xərcə səbəb olmasını göstərmişdir. Daşınmaz əmlakın qiymətinin alqı-satqısı müqaviləsində az və ya çox göstərilməsi müqavilənin notariat qaydada təsdiqlənməsi üçün tələb edilən xərclərə də heç bir təsir etməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin qəbz ağlabatan olmadığından mötəbər sübut hesab edilə bilməz və qeyri-yaşayış sahəsinin həqiqi qiymətini təsdiq edən sənəd olaraq qəbul edilə bilməz, sözügedən qəbzin məhkəməyə təqdim edilməsi isə qeyri-yaşayış sahəsinin alış qiymətinin real bazar qiymətindən əhəmiyyətli dərəcədə fərqlənməməsin in göstərilməsinə yönəlmişdir. Bundan əlavə, məhkəmə iclasında Cavabdeh1 qeyri-yaşayış sahəsinin qiymətinin müqavilədə tam göstərilməməsini bununla əlaqələndirmişdir ki, 54 saylı notariat ofisinin xüsusi notariusu onlara qeyri-yaşayış sahəsinin həqiqi qiymətinin müqavilədə tam göstərilməməsini, 480.000 manat göstərilməsini bildirmiş, qalan 200.000 manatı isə öz aralarında hesablaşma aparılmasını tövsiyə etmiş, bunun birdəfəlik əməliyyat limitinin 500.000 manat təşkil etməsi, monitorinqdən yan qaçmaqdan ötrü müqavilə qiymətinin 500.000 manatdan aşağı məbləğdə göstərilməli olmasını izah etmişdir.

57. Qeyd edilən dəlilə məhkəmə kollegiyası tənqidi yanaşaraq hesab etmişdir ki, həmin dəlil də inandırıcı olmamaqla ağlabatan olmamış, qeyri-yaşayış sahəsinin həqiqi qiymətinin 680.000 manat olmasın a dair məhkəmədə heç bir halda əminlik yaratmamışdır. Belə ki, 54 saylı notariat ofisində qeyri-yaşayış sahəsinin həqiqi qiymətinin müqavilədə tam göstərilməməsi, 480.000 manat göstərilməsi, qalan 200.000 manatın öz aralarında hesablaşma aparılması barədə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tövsiyə edilməsi təsdiq edilməmişdir. Digər tərəfdən isə, xx.xx.2023-cü il tarixdən qüvvədə olan “Cinayət yolu ilə əldə edilmiş əmlakın əməliyyatını apardıqda həmin Qanunun tələbləri onlara münasibətdə də tətbiq olunmuşdur.

58. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 ilə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilə bağlanarkən monitorinq olunan vəsaitin limiti 500.000 manat deyil, 20.000 manat təşkil etmişdir və həmin m əbləğdən yuxarı əməliyyatlar monitorinq olunmaqdadır, yəni əməliyyat məbləğinin mənbəyinin qanuniliyi araşdırılmaqdadır. Bu isə ona işarə etmişdir ki, nəinki 680.000 manat, həm də 480.000 manat dəyərdə daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilə öhdəlik daşıyan şəxs kimi notariuslar tərəfindən monitorinq edilməli olan əməliyyatlar dairəsinə aid olmuşdur. Bu baxımdan qeyri-yaşayış sahəsinin həqiqi dəyərinin 680.000 manat olmasına, müqavilədə əmlakın qiymətinin həqiqi qiymətindən az göstərilməsinin 54 saylı notariat ofisində tövsiyə edilməsinə dair dəlillər inandırıcı və ağlabatan olmamaqla əsassız olmuş və birinci instansiya məhkəməsi qeyriyaşayış sahəsinin həqiqi qiyməti barədə səhv nəticəyə gəlmişdir ki, işin faktiki halları üzrə qeyri-yaşayış sahəsinin həqiqi qiymətinin müqavilə qi yməti ilə eyni olması müəyyən edilmişdir.

59. Məhkəmə kollegiyası qeyri-yaşayış sahəsinin real bazar qiymətinə münasibətdə də qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bu hissədə də səhv nəticəyə gəlmişdir. Belə ki, ekspert rəyləri ilə mübahisəli sahənin təmirli obyektlərlə müqayisə edilərək orta qiymət 1.465.000 manat müəyyən edilmişdir. Halbuki, məhkəmə iclasında dindirilərkən Nümayəndə1 ekspert X12 verilən suala cavab olaraq ekspert bildirmişdir ki, obyektin təmirli, yoxsa təmirsiz olması ekspert qarşısında sual qoyulmamışdır. Mübahisəli obyektə baxış keçirəndə təmirsiz vəziyyətdə olmuşdur (Cild 3, i.v. 194). Göründüyü kimi, ekspert rəyi üzrə müəyyən edilən orta bazar qiyməti məhz təmirsiz vəziyyətdə qeyri-yaşayış sahəsinin qiymətini nəzərdə tutmuş, təmirli olsaydı, qeyri-yaşayış s ahəsinin qiyməti 1.465.000 manatdan da artıq qiymətə dəyərləndirilə bilərdi. Digər tərəfdən, cavabdehlər öz izahatları da qeyri-yaşayış sahəsi real bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağı qiymətə almalarını bildiklərini təsdiq etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunda əks olunan Cavabdeh3 izahatına əsasən, məhkəmələrə düşməmək üçün obyektin 2.000.000 manata satılmasını və özlərinin xərclədikləri 700.000 manat pulu götürmələrini iddiaçılara təklif etmişdir (Cild 2, i.v. 219). Bu hal ona dəlalət etmişddir ki, Babayev X23 Üzeyir Adil oğlu ilə birlikdə qeyri-yaşayış sahəsini alarkən özlərinin iddia etdikləri kimi 680.000 manata deyil, bu məbləğdən əhəmiyyətli dərəcədə yuxarı qiymətə olmasını bilmiş və həmin əmlakı real bazar qiymətinə d eyil, həmin qiymətdən əhəmiyyətli dərəcədə ucuz qiymətə almışlar.

60. Həmçinin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin daşınmaz əmlakın satışı barədə elan verilməsinin işgüzar adət hesab edilməməsi dəlilinə münasibətdə də qeyd etmişdir ki, daşınmaz əmlakın satışı zamanı həmin əmlakın əvvəlcə açıq mənbələrdə (elan saytında və ya qəzetdə) elan olmasına dair imperativ norma olmasa da, həmin davranış qaydası daşınmaz əmlak bazarı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən qaydadır, hansı ki, həmin qayda qanunvericilikdə nəzərdə tutulmasa da, qanuna zidd deyildir. Mülki Məcəllənin 10-cu maddəsinin tələbləri onu təsdiq edir ki, qarşılıqlı iddiaçılar qeyri-yaşayış sahəsini bazar dəyərindən (1.465.000 manatdan) əhəmiyyətli dərəcədə ucuz (480.000 manata) almışlar. Kifayət qədər də yərə malik əmlakı alarkən isə alıcılar Cavabdeh3 və Cavabdeh1 lazımi və ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməmiş, Cavabdeh2 tərəfindən qeyri-yaşayış sahəsinin əldə edildikdən qısa zaman ərzində, yəni 3 gün sonra, işgüzar adətə uyğun olmayaraq açıq mənbələrdə elan verilmədən və bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə onlara satılmasında satıcının həqiqi niyyətini araşdırmayıb alqı-satqı müqaviləsi bağlamışlar ki, bu onların vicdanlı sahib olmasını istisna etmişdir. Halbuki, alıcılar Cavabdeh3 və Cavabdeh1 izahatları əsasında müəyyən edilən işin halları tələb etmişdir ki, onlar lazımi və ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərsin və yalnız bundan sonra daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilə bağlamaqla qeyri-yaşayış sahəsini əldə etsinlər.

61. Cavabdeh1 məhkəmə ic lasında verdiyi izahatlardan müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsini Cavabdeh3 və Cavabdeh1 Şamil adlı şəxs təklif etmiş, onlar qeyriyaşayış sahəsinin həmin şəxsə məxsus olmasını güman etmişlər, qeyri-yaşayış sahəsi onlara Cavabdeh2 tərəfindən göstərilmiş və bu dəfə həmin şəxs əmlakın özünə məxsusluğunu bildirmiş, qeyri-yaşayış sahəsinə aid elektron çıxarış onlara xx.xx.2023-cü il tarixdə təqdim edilmiş və həmin çıxarışda qeyri-yaşayış sahəsini Cavabdeh2 adına olmasını və həmin tarixdə rəsmiləşdirildiyini görmüşlər. Qeyri-yaşayış sahəsinin Şamil adlı şəxsin təklif etməsindən sonra qeyri-yaşayış sahəsinin Cavabdeh2 adına rəsmiləşdirildiyini bilmələri şəraiti ən azından həmin sahənin həqiqi mülkiyyətçisinin kim olması, Şamil adlı şəxsin olubolmaması, Şamil olmalı olduğu halda, çıxarışd a hansı səbəbdən Cavabdeh2 adının qeyd edilməsi, mülkiyyət hüququ yeni əldə edənin qeyri-yaşayış sahəsini satmaq niyyətinin nədən irəli gəlməsi, nə səbəbə görə birbaşa öz adından deyil, Cavabdeh2 adına rəsmiləşdirdikdən sonra Şamil adlı şəxsin qeyri-yaşayış sahəsini satması kimi sualların aydınlaşdırılmasını tələb etmişdir. Qeyd edilən şübhə və tərəddüd yaradan məqamlara göz yumulması isə ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərilməməsinə, beləliklə xoş niyyətlə deyil, pis niyyətlə əqd bağlayaraq qeyri-yaşayış sahəsinin əldə edilməsinə dəlalət etmişdir ki, həmin hallar Konstitusiya Məhkəməsinin qeyd edilən hüquqi mövqelərinə uyğun olaraq Cavabdeh3 və Cavabdeh1 vicdanlı sahib olmasını istisna etmişdir.

62. Məhkəmə kollegiyası qeyd etmişdir ki, potensial alıcıların məlumatlandırılması və alıcı bazarına təklif olunması məqsədilə əmlakın satışına dair hər hansı formada elan, reklametmə, bildiriş və s. yayılmamış, daşınmaz əmlak bazarının vasitəçilərinə müraciət olunmamışdır. Daşınmaz əmlak bazarında formalaşmış mövcud praktika (əmlakın satışı barədə hər hansı elan, vasitəçilərə müraciət və s.) ilə uyğun olmayan qaydada əmlak satışına dair gələn təklifin bu bazarın təcrübəli iştirakçıları olan hazırkı cavabdehlər (Cavabdeh3 və Cavabdeh1) tərəfindən qəbul edilməsi zamanı əmlakın qeydiyyat sənədlərində onun satıcısı tərəfindən çox qısa müddət (cəmi 3 gün) əvvəl əldə edilməsi aşkar göründüyü halda, belə qısa müddətdə satışın legitimsizliyinin onlarda şübhə yaratmaması ağlabatan mühakimə ilə, yəni adi müşahidəçinin (kəmağıllıq, digər psixi və yaxud psixoloji, fizioloji problemlər i olmayan şəxsin) qiymətləndirilməsi (əksəriyyətin şüurunun dəyərləndirilməsi) ilə uzlaşmamışdır. Cavabdeh3 və Cavabdeh1 qeyri-yaşayış sahəsini əldə edərkən onlarda aralıq mülkiyyətçi olan Cavabdeh2 legitim sahibi olmasından şübhələnmələrini təsdiq etmiş və onların vicdanlı alıcı olmalarını istisna etmişdir. Həmçinin, Cavabdeh3 və Cavabdeh1 onlara “Polşa Respublikasından olan zənglə əmlak satışı barədə məlumat verilməsinə dair” mülahizələrini təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Bu baxımdan, ilk iddia üzrə cavabdehlər – qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh1 mövcud praktikaya və ağlabatan mühakiməyə əsaslanmayan bu dəlilləri (Polşa Respublikasında yaşayan şəxs tərəfindən gələn zəng əsasında əmlakın satışına dair məlumat almaları) də onların əmlakın vicd anlı alıcısı olmadıqları qənaətinə gəlməyə əsas vermişdir.

63. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi isə qarşılıqlı iddiaçıların vicdanlı alıcı olmamasına dair ilk iddiaçı tərəfin dəlillərini düzgün qiymətləndirmədən, həmin dəlilləri məcmu şəklində nəzərə almadan əsassız olaraq ayrılıqda qiymətləndirmiş və nəticədə maddi hüquq normalarının pozuntusu ilə qətnamə çıxarmışdır. Həmçinin, məhkəmə mübahisəli qeyri-yaşayış sahəsinın çıxarış alındıqdan sonra çox qısa müddət ərzində (3 gün sonra) həm iqtisadi faydaya əsaslanmadan alış qiymətinə, həm də bazar qiymətindən xeyli aşağı qiymətə satılması, həm də işgüzar adət olan daşınmaz əmlakı satışının açıq mənbələrdə elan verilməklə həyata keçirilməməsi, Polşa Respublikasından olan zəng əsasında əmlak satışı barədə məlu mat verilməsinə dair mülahizələrini irəli sürərkən həmin mülahizələri təsdiq edən mötəbər sübut təqdim etməsi aşkar surətdə zərurət olduğu vəziyyətdə hər hansı bir mötəbər sübut təqdim etməmələri kimi dəlillərin məcmusunu ağlabatan mühakimə əsasında düzgün qiymətləndirməmiş, həmin dəlilləri ayrı-ayrılıqda qiymətləndirmiş və həmin halların satıcı Cavabdeh2 qeyri-yaşayış sahəsini qeyrilegitim yolla əldə etməsi barədə alıcıda (qarşılıqlı iddiaçılarda) şübhə yaranmasını (əmlakın mənbəyinin qanuniliyinə şübhə duymasını) təsdiq etməsi barədə nəticəyə gəlməli olduğu halda, dəlillərin məcmu qiymətləndirməsini aparmayaraq səhv nəticəyə gəlmişdir.

64. Məhkəmə kollegiyası daha sonra iddiaçı tərəfin məhkəməyə ünvanladığı xüsusi qərardad çıxarılması barədə vəsatətin məzmununda yalnız cavabdehlər Cavabd eh4 və Cavabdeh2 təqsirli bilməsi, qarşılıqlı iddiaçıların sənədlərin saxtalaşdırılmasında hər hansı formada iştirakının vurğulanmaması halının onların vicdanlı əldə edən olmasını təsdiq edən amillərdən biri olmasına dair qənaətinə münasibətdə qeyd etmişdir ki, şəxsin vicdansız alıcı hesab edilməsi üçün ona əldə etdiyi daşınmaz əşyanın qanunsuz yolla əldə edildiyini bilməsi deyil, şübhə etməsi (güman etməsi) belə kifayət olmuşdur. İşin halları ilə də cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən mübahisəli qeyri-yaşayış sahəsi əldə edilərkən onlardan əvvəlki əldə edənin əmlakı qeyri-legitim yolla əldə etməsinin özlərində şübhə doğurması təsdiq edilmişdir.

65. Məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddiaçıların cinayət törətməsinə, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı almal arına dair dəlillərin müəyyən edilməməsi ona dəlalət etməmişdir ki, onlar vicdansız alıcı hesab edilə bilməz. Çünki, Cavabdeh2 tərəfindən qeyri-yaşayış sahəsinin qeyri-legitim yolla əldə edilməsindən qarşılıqlı iddiaçıların şübhələnmələrinə dair dəlillərin olması kifayət etmişdir.

66. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək həmçinin qeyd etmişdir ki, iş materiallarına əsasən qarşılıqlı İddiaçıların qeyri-yaşayış sahəsinə dair elektron çıxarışı əldə etməməsi onların iradəsindən asılı olmayan səbəbdən baş vermişdir və bu da qeyri-yaşayış sahəsinə sərəncam verilməsi, o cümlədən özgəninkiləşdirilməsi haqqında əqdlər əsasında daşınmaz əmlak üzərində hüquqların, o cümlədən qarşılıqlı iddiaçıların adına dövlət qeydiyyatına alınmasının ərazi idarəsinə qadağan edilm əsi (müvəqqəti təminat tədbirinin tətbiqi) barədə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 03 aprel 2023- cü il tarixli e-16(009)-61/2023 nömrəli qərardadının qəbul edilməsi ilə əlaqədar olmuşdur. Həmçinin, xx.xx.2023-cü il tarixli iclas protokolundan görünür ki, Cavabdeh1 çıxarışı o, 15 iş gününə, Cavabdeh3 isə 10 iş gününə almalı olduğunu, hazırki məsələlər ortalığa çıxandan sonra 3 gün müddətində obyektin sənədini almağa qərara gəlmələrini bildirmişdir. Bu hallar onu təsdiq etmişdir ki, qarşılıqlı iddiaçıların qeyri-yaşayış sahəsinə dair elektron çıxarışı əldə etməməsi onların iradəsindən asılı olmayan səbəbdən baş vermiş, birgə iddiaçılar cavabdehlər onlara qarşı iddia qaldırdıqdan dərhal sonra onlar çıxarışın alınması üzrə xidmətlərin sürətləndirilməklə icra olunması barədə sifariş vermi ş, lakin qeyri-yaşayış sahəsinə sərəncam verilməsi məhkəmə qərardadı ilə qadağan edildiyindən bu sifarişin icrası baş tutmamışdır. Bu baxımdan həmin dəlil heç bir halda əmlakın qeyri-legitim yolla əldə edilməsində qarşılıqlı iddiaçıların şübhələnməsini istisna edən və onların vicdansız əldə edən hesab edilməməsinə əsas verən hal kimi dəyərləndirilə bilməz. Əksinə, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verdiyi öz izahatını təkzib edərək qeyri-səmimilik göstərməsi, eləcə də Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında qeyri-yaşayış sahəsinin çıxarışına xx.xx.2023-cü il tarixdə (çıxarış əldə edilən tarixdə) baxış keçirməsini, sonra həmin əmlaka dair araşdırma aparmasını və əmlakın mülkiyyətçinin Cavabdeh2 olmasını müəyyənləşdirdiyini bildirdiyi halda, işin faktiki hallarına əsasən xx.xx.2023-cü il tarixədək əmlakın mülkiyyətçisi (istər həqiqi, istərsə də formal mülkiyyətçisi) olmuş şəxsin Cavabdeh2 olmasının müəyyənləşdirməsinin mümkünsüz olmasına söykənən Cavabdeh1 ona məlum olan halları düzgün danışmaması, habelə, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh3 tərəfindən obyektin 2.000.000 manata satılmasını və özlərinin xərclədikləri 700.000 manatı götürmələrini iddiaçılara təklif etməsini bildirməsi, ilkin iddiaçılar onlara qarşı iddia qaldırdıqdan dərhal sonra çıxarış alınması üzrə xidmətlərin sürətləndirilməklə icra olunması barədə hüquqların dövlət qeydiyyatı orqanına sifariş vermələri kimi dəlillərin məcmusu mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh2 tərəfindən qeyri-legitim yolla əldə edilməsində Cavabdeh1 və Cavabdeh3 ən azından şübhələrinin olmasını güman etməyə kifayət qədər əsas yaratmışdır.

67. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, mübahisəli əmlaka dair sonuncu alıcılar Cavabdeh3 və Cavabdeh1 vicdanlı sahib olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan bu hallar araşdırılmamış və iddia tələbinin bu hissədə də rədd olunması qənaətinə gəlinməsi ilə məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 iştirakçısı olduğu xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab olunduğund an və qarşılıqlı iddiaçıların mübahisəli əmlaka dair vicdanlı əldə edən olmaları müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi də etibarsız hesab edilməli, ilkin iddia tələbi mübahisəli əmlaka dair birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqları Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınması hissəsində də təmin edilməlidir.

68. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, bağlanmış alğı-satqı müqavilələri etibarsız əqdlər hesab edildiyindən mülki qanunvericiliyin tələblərinə görə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq müm kün olmadıqda isə onun dəyərini pulla ödəməli idi. Lakin birinci instansiya məhkəməsi nəticəyə gələrkən, Mülki Məcəllə 337.5-ci maddəsinin tələbi üzrə mübahisəli qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 480.000 manat satıcı qismində çıxış edən Cavabdeh4 alınıb, alıcı Cavabdeh2 qaytarılmasını göstərməmişdir.

69. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 140, 14.1. 144.2, 144.3, 152.1. 152.5, 157.2, 157.4, 324.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 359.1, 362.1, 362.2. 646.1 və 647-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarlarına, B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarına, “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına, «S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Qərarına, «X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 may 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. c) Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

70. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin ed ilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

71. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ədalətsiz, qanunsuz və qərəzli olmuşdur. Belə ki, məhkəmənin hər hansı araşdırma aparmadan qarşılıqlı iddiaçıların sayıqlıq göstərməməsi, əmlak barədə araşdırma aparmaması qənaətinə gəlməsi tamamilə əsassız olmuşdur. Obyektin qiyməti barədə, obyektin özü barədə ilkin iddia üzrə cavabdehlər tərəfindən 3 gün araşdırma aparılmış, hətta Cavabdeh1 birinci instansiya məhkəməsində xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Reyestr Xidmətindəki qohumu ilə obyektin araşdırılması barədə telefonda olan yazışmanı da göstərmiş və bu audio-video yazıda da əksini tapmışdır. Lakin işə baxan apelyasiya instansiyası məhkəməsinin hakimi qeyd edilənləri görm əzdən gələrək qərəzli qətnamə çıxarmışdır. Həmçinin, Cavabdeh1 birinci instansiya məhkəməsində xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahatında bildirmişdir ki, onlar qeyri-yaşayış sahəsi ilə bağlı araşdırma aparmış, bu zaman sahənin altındakı zirzəmidə yerləşən obyektin sahibi Hacı Əlağa adlışəxsdən telefon vasitəsilə obyekt barədə soruşmuş və həmin şəxs obyektin sahibini tanımadığını bildirmişdir. Hətta məhkəmə iclasında üçüncü şəxs Yaşar Novruzov və xx.xx.2023-cü il tarixli məhkəmə iclasında ilkin iddia üzrə iddiaçıların nümayəndəsi Nümayəndə1 də bu faktı təsdiq etmişlər. Nümayəndə1 qeyri-yaşayış sahəsinin altındakı zirzəminin sahibi Hacı Əlağanın ona kimsə (yəni Cavabdeh1) zəng edərək yuxarıdakı obyekt barədə soruşmuş, o isə zəng edən şəxsin vergidən kimsə olduğunu düşünərək obyek tin həqiqi sahibi barədə zəng edənə məlumat vermədiyini, bu barədə dərhal Mehtiyə məlumat veridiyini bildirmişdir. Deməli, Mehti lazımi diqqət göstərib zəng edən şəxsin kim olması barədə ətraflı araşdırma aparsa idi, bəlkə də hazırki problemlər yaranmazdı. Göründüyü kimi bu faktın özü qarşılıqlı iddia üzrə iddiaçıların lazımi ehtiyatlılıq və sayıqlıq göstərərək obyekt barədə maraqlandığını bir daha təsdiq etmişdir. Belə olan halda, apelyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddia üzrə iddiaçılar barədə “lazımi araşdırma aparmadan qeyri-yaşayış sahəsini almışlar” qeydi anlaşılan deyildir.

72. Bundan başqa, məhkəmə kollegiyası mübahisəli əmlakın alqı-satqı müqaviləsində göstərilən məbləğə deyil, 680.000 manata alınması barədə nəticəsi ilə razılaşmır. Belə ki, məhkəmə əlyazma ilə tərti b edilmiş qəbzə tənqidi yanaşaraq hesab etmişdir ki, həmin qəbz mötəbər sübut olmadığından qeyri-yaşayış sahəsinin həqiqi qiymətini təsdiq edən sənəd olaraq qəbul edilə bilməz. Bu onunla bağlı olmuşdur ki, cavabdehlərin qeyd edilən dəlilləri özlərinin izahatlarından başqa hər hansı bir sübutla təsdiqini tapmamışdır. Digər tərəfdən, qeyri-yaşayış sahəsinin həqiqi qiymətinin müqavilədə deyil, müqavilədən kənar əlyazma ilə tərtib edilmiş qəbzdə göstərilməsi ağlabatan deyildir, çünki 200.000 manat qiymətin müqavilədə göstərilməməsinin məntiqi açıqlaması yoxdur, qiymətin real göstərilməsinin satıcıya və alıcıya riski və ya ziyanı (itkisi) mövcud deyildir (səhifə 35, abzas 5). Bu fikrini əsaslandırmaq üçün məhkəmə Vergi Məcəlləsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununa, “Azə rbaycanRespublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a istinad etmişdir. Məhkəmənin bu qənaəti ilə də razılaşmayaraq qeyd etmişdir ki, alğı-satqı müqaviləsindən kənar qəbz ilə 200.000 manat məbləğində pulun verilməsini satıcı Cavabdeh2 özü istəmişdir. Bu fakt ilkin iddia üzrə Cavabdeh3 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verdiyi izahatla da təsdiq olunmuşdur. Belə ki, o, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, “680.000 manat ödəniş etmişik, Cavabdeh2 xahişi ilə 480.000 manat məbləğini rəsmiləşdirdik” (cild 2, səhifə 221). Daha sonra, Cavabdeh2 tərəfindən tərtib edilmiş qəbzi birinci instansiya məhkəməsində ilkin iddiaçılar mübahisələndirməmişlər. Əgər mübahisələndirilsəydi, bu barədə ekspertiza təyin olunar, həqiqətən də həmin əlyazmanın, ordakı imza və qeydlərin satıcı Cavabdeh2 tərəfindən edilib-edilməməsi bəlli olardı. Qeyri-yaşayış sahəsinin qiymətinin müqavilədə tam göstərilməməsi həm də onunla əlaqədar olmuşdur ki, 54 saylı notariat ofisinin xüsusi notariusu qarşılıqlı iddiaçılara qeyri-yaşayış sahəsinin həqiqi qiymətinin müqavilədə tam göstərilməməsini, 480.000 manat göstərilməsini bildirmiş, qalan 200.000 manatı isə öz aralarında hesablaşma aparılmasını tövsiyə etmiş, bunun birdəfəlik əməliyyat limitinin 500.000 manat təşkil etməsi, monitorinqdən yan qaçmaqdan ötrü müqavilə qiymətinin 500.000 manatdan aşağıməbləğdə göstərilməli olmasını izah etmişdir. Monitorinq məbləği “Cinayət yoluilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 25.1-ci maddəsinə əsasən bu Qanunun 11.1.2-ci maddəsi maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarına dair maliyyə monitorinqi orqanı tərəfindən məbləğin minimum həddi müəyyənləşdirildikdən 6 ay sonra qüvvəyə minir. Yəni həmin dövrdə monitorinq olunan vəsait limiti apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi 20.000 manat deyil, 500.000 manat olmuşdur.

73. Bundan başqa, məhkəmə kollegiyası qeyri-yaşayış sahəsinin real bazar qiymətinə münasibətdə də qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bu hissədə də səhv nəticəyə gəlmişdir. Belə ki, ekspert rəyləri ilə mübahisəli sahənin təmirli obyektlərlə müqayisə edilərək orta qiymət 1.465.000 manat müəyyən edilmişdir. Halbuki, xx.xx.2023cü il tarixli məhkəmə iclasında dindirilərkən Nümayəndə1 ekspert X12 verilən suala cavabdan müəyyən edil mişdir ki, ekspert rəyi üzrə müəyyən edilən orta bazar qiyməti məhz təmirsiz vəziyyətdə qeyri-yaşayış sahəsinin qiymətini nəzərdə tutaraq təmirli olsaydı, qeyri-yaşayış sahəsinin qiyməti 1.465.000 manatdan da artıq qiymətə dəyərləndirilə bilərdi (səhifə 37, abzas 6,7). Məhkəmə qarşılıqlı iddiaçılara qarşı qərəzli münasibət göstərməkdə davam etmişdir. Əgər işə baxan məhkəmə xx.xx.2023-cüil tarixli məhkəmə iclas protokoluna diqqətlə nəzər yetirsəydi, o zaman qarşılıqlı iddiaçıların nümayəndəsi Vəkil2 ekspertə verdiyi “İmzaladığınız xx.xx.2023-cü il tarixli ekspert rəyində müqayisə yanaşmasından istifadə edilərək obyektin bazar dəyəri müəyyən edilmişdir. Lakin müqayisə edilən obyektlərə baxdıqda, həmin obyektlərin super təmirli olması aşkar edilmişdir. Halbuki rəydə qiymətləndirilməsi xahiş olunan ünvan 3 ünvanda yerləşən qeyriyaşayış sahəsi təmirsiz olmaqla istifadəyə tam yararsız olmuşdur. Belə ki, hansı səbəbə qiymətləndirilməsi xahiş olunan qeyri-yaşayış sahəsi təmirsiz olduğu halda, siz təmirli obyektlərlə müqayisə edib rəy vermisiniz sualına ekspert cavab olaraq bildirmişdir ki, müqayisə edilən obyektlərin hamısı təmirli olduğu üçün qiymət təmirli obyektə uyğun təyin olunmuşdur. Daha sonra, ekspert X19 birinci instansiya məhkəməsində xx.xx.2023-cü il tarixli məhkəmə iclasında qeyd etmişddir obyektə baxış keçirilərkən təmir natamam olduğu üçün analoji olaraq təmirsiz obyekt müəyyən edə bilməmiş, təmirli obyektlərlə müqayisə edilərək orta qiymət müəyyən edilmişdir. Qiyməti tam yüksək təmirli obyektlərlə müqayisə edilmişdir. Deməli, həmin obyektin qiyməti avtomatik olaraq ekspert tərəfindən şişirdilmiş və yüksək yazılmışdır. Əslində təmirsiz obyektlərlə müqayisə edilsəydi, qiyməti daha aşağı qeyd ediləcəkdi. Bu qiymət isə 1.000.000 manat da ola bilərdi. Çünki ekspert Teymur Məmmədov xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolunda adi təmirin qiyməti təqribən 125.000-150.000 manat ola biləcəyini qeyd etmişdir. Beləliklə, obyektin qiyməti apelyasiya instansiyası məhkəməsinin bildirdiyi kimi 1.465.000 manatdan artıq qiymətə deyil, aşağı qiymətə dəyərləndirilməli idi. Lakin apelyasiya instansiyası məhkəməsi ekspertin cavabını səhv şərh etmişdir. Göründüyü kimi, daşınmaz əmlak sahibinin həmin əmlakı özü müəyyən etdiyi qiymətə satmaq hüququ olmuş, həmin qiymətin əmlakın real bazar qiymətindən aşağı və ya yuxarı olması, həmin əmlakın alıcısının vicdanlı əldə etməməsinə səbəb olan hal olmamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

74. İddiaçılar kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 aprel 2024-cü il tarixli, 2(103)2195/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və qarşılıqlı iddiaçılar tərəfindən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e16(009)114/2023 nömrəli qərardadının qərəzli icra edilməməsinin və həmin aktın icrasına maneçilik törədilməsinin etirafı ilə bağlı onların əməlində Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin əlamətlərinin aşkara çıxmasına görə xüsusi qərardad çıxarılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

75. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquq ları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

76. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.

77. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyr inə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

78. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

79. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi i lə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.

80. Maddə 144.3. Daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X13 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur.

81. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

82. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozması n, yaxud hüquqdan sui-istifadə olmasın.

83. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

84. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

85. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

86. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

87. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

88. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

89. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

90. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün o lmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

91. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

92. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yaz ılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

93. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

94. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

95. Maddə

647. Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir.

96. Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

97. Maddə Maddə 648.1.Daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

98. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

99. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

100. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

101. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların a ydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

102. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

103. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

104. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola b ilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

105. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

106. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı büt övlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

107. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

108. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qa nuni əsas ola bilməz.

109. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

110. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şik ayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

111. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 9 aprel 2024-cü il tarixli, 2(103)2195/2024 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar