Məhkəmə qərarları › İş №2(102)-2717/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2717/2021

31.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2717/2021 31.05.2021 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2717/2021 (Açar sözlər: maddi və mənəvi ziyan) Bakı şəhəri, 31 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apell yasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6930/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı dəymiş 50.000 (əlli min) manat məbləğində maddi ziyanın və 100.000 (bir yüz min) manat məbləğində mənəvi ziyanın cavabdehlər tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, 2013-cü ildə İddiaçı yaxın qohumlarının maddi köməkliyi ilə Bakı şəhərində ev almaq qərarına gəlir. Uzun müddət üç uşağı il ə kirayə mənzillərdə yaşadığına görə iddiaçıya bir neçə qohumları birləşərək ona yeni mənzil alması üçün pul verirlər. Bir müddət ev axtardıqdan sonra qohumu XXX iddiaçıya Cavabdeh1 adlı digər qohumunun mənzilini satdığını bildirir.

3. XXX və digər qohumları ilə iddiaçı şəxs birlikdə həmin mənzilə baxıb, mənzili bəyənirlər. Həmin mənzil cavabdehlərin dediklərinə və təqdim olunan sənədlərin kserosurətinə əsasən “xxxx” Mənzil Tikinti Kooperativi (indiki “XƏTAİ-6” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) tərəfindən Cavabdeh2 adına rəsmiləşdirilmişdi.

4. Nəticədə Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 nümayəndəsi kimi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A ünvanında yerləşən 12 mərtəbəli yaşayış evinin 2ci blokunun 7-ci mərtəbəsində, ümumi sahəsi 75,46 kv.metr olan, 2 otaqlı mənzili qohumu İddiaçı satmışdır.

5. Mənzilin İddiaçı adına rəsmiləşdirilməsi məqsədilə Cavabdeh2 ilə İddiaçı arasında müqavilə imzalanmışdır. Həmin müqaviləni MTK-nın direktoru X10 da şahid kimi imzalamışdır.

6. Bir müddət keçdikdən sonra iddiaçı mənzili təmir etdirərək oraya köçmək istədikdə, Cavabdeh1 iddiaçıya bildirib ki, guya X10 mənzilə heç kimin gəlib-getmədiyini, orada yaşayış olmadığını mənzili görərək Mirsadıx adlı şəxsə satıb. Halbuki, mənzilin dəyəri həmin vaxt artıq iddiaçı tərəfindən Cavabdeh1 ödənilmişdi.

7. Bundan sonra cavabdeh iddiaçıya bildirib ki, Mənzil Tikinti Kooperativinin direktoru tərəfindən iddiaçıya daha böyük və daha prestijli görünüşə malik başqa mənzil verəcək. Bu yalana aldanan iddiaçının həyat yoldaşı X12 Bakı şəhəri, Xətai rayonu, Gəncə prosekti 29/35A ünvanında yerləşən 12 mərtəbəli yaşayış evinin 2-ci blokunun 5-ci mərtəbəsində, ümumi sahəsi 75,11 kv.metr olan, 2 otaqlı mənzillə dəyişməyə razılaşmışdır. Bu zaman X10 və cavabdehlər iddiaçıya XXXünvanında yerləşən 12 mərtəbəli yaşayış evinin 2-ci blokunun 5-ci mərtəbəsində, ümumi sahəsi 75,11 kv.metr olan, 2 otaqlı mənzilə dair alqı-satqı müqaviləsi vermişdir.

8. Lakin çox keçməmiş iddiaçı 5-ci mərtəbədə yerləşən mənzilin də əvvəllər başqa şəxsə satıldığını və həmin mənzildə artıq başqa bir ailənin məskunlaşdığını gördükdə aldadıldığını və həmin mənzilin qətnamə əsasında faktiki yaşayan sakinin mülkiyyətinə verildiyini başa düşmüşdür. Cavabdeh1 iddiaçıya satdığı XXX ünvanında yerləşən 12 mərtəbəli yaşayış evinin 2-ci blokunun 7-ci mərtəbəsində, ümumi sahəsi 75,46 kv.metr olan, 2 otaqlı mənzilə ye rləşmişdir. 9. 2015-ci ilin sonlarında Abbasov X11 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və onun ailə üzlərinin Bakı şəhəri, Xətai rayonu, Gəncə prosekti 29/35A ünvanında yerləşən 12 mərtəbəli yaşayış evinin 2-ci blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75,46 kv.metr olan mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mübahisə ilə bağlı 2015-ci ilin sonlarından 2019-cu ilin sonlarınadək məhkəmə çəkişməsi getmişdir.

10. Nəticədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 dekabr 2015-ci il tarixli, 2(011)-8500/2015 nömrəli qətnaməsi ilə iddiaçı X2 iddia tələbi təmin edilmiş, cavabdehlər İddiaçı, X7, X8, X5 və X6 XXX ünvanında yerləşən 12 mərtəbəli yaşayış evinin 2-ci blokunun 7-ci mərtəbəsində, ümumi sahəsi 75,46 kv.metr olan, 2 otaqlı mənzi ldən çıxarılmaları, Bakı şəhəri, Xətai rayonu, Gəncə prosekti 29/35A ünvanında yerləşən 12 mərtəbəli yaşayış evinin 2-ci blokunun 7-ci mərtəbəsində, ümumi sahəsi 75,46 kv.metr olan, 2 otaqlı mənzilin boşaldılaraq X2 həmin mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamə yuxarı məhkəmə instansiyalarında dəyişdirilmədən saxlanılmışdır.

11. Mülki işlə paralel olaraq davam edən “xxxx” Mənzil Tikinti Kooperativinin direktoru X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə də artıq məhkəmə mübahisəsi yekunlaşmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı qəbul edilmişdir. Qeyd edilməlidir ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökmünə və Azərbaycan Respublikası Ali Məhkəmənin Cinayət Kollegiyasının qəbul etdi yi qərarla Cavabdeh2 “xxxx” Mənzil Tikinti Kooperativindən heç bir mənzil əldə etmədiyinə görə onun zərərçəkən kimi tanınmasına xitam verilmişdir. Baxmayaraq ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Cavabdeh2 zərərçəkmiş şəxs kimi tanımışdır. Nəticə etibarilə qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-756/2019 nömrəli 28 avqust 2019-cu il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6068/2019 nömrəli, 08 oktyabr 2019-cu il tarixli qərarları ilə cavabdehlərin mübahisəli mənzilə dair heç bir hüquqlarının olmaması öz təsdiqini tapmışdır.

12. Heç bir mənzilin hüquqi sahibi olmamasını bilsə də, cavabdehlərin həmin mənzili iddiaçıya satması nəticəsində iddiaçıya külli miqdarda maddi və mənəvi ziyan dəymişdir.

13. Cav abdeh1 Bakı Apelyasiya Məhkəməsində X3 təqsirləndirilməsinə dair cinayət işinə baxılan zaman və ondan əvvəlki bütün mərhələlərdə iddiaçıya 50.000 (əlli min) manata Bakı şəhəri, Xətai rayonu, Gəncə prosekti 2935A ünvanında yerləşən 12 mərtəbəli yaşayış evinin 2-ci blokunun 7-ci mərtəbəsində, ümumi sahəsi 75,46 kv.metr olan, 2 otaqlı mənzil satdığını etiraf etmişdir. Bu barədə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2018-ci il tarixli 1(103)-295/2018 nömrəli qərarında (səhifə 3738) da öz əksini tapmışdır.

14. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı dəymiş 50000 manat məbləğində maddi ziyanın, həmin məbləğin qanunsuz olaraq saxlanılmasına görə bank uçot dərəcəsi əsa s götürülməklə artıq ödəməyə uyğun 24000 manat məbləğində faiz borcunun və 100000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

15. İddiaçı tələbinin hüqiqi əsası kimi Mülki Məcllənin 386.1, 1096.2, 1097.1 –ci maddələrinə istimad etmişdir.

16. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh1 Həsən oğlu iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - Qeyd olunan mübahisəli mənzili "xxxx" MTK-nin rəhbəri XXX təxminən 40000 manata almışdır. Vüqar adlı şəxslə arasında qohumluq münasibətləri var; - bir müddət sonra maddi vəziyyəti pisləşdiyi üçün, qeyd etdiyi mənzili satmaq fikrinə gəlmişdir. Vüqarla arasında danışıq olmuş və mənzili 50000 manat məbləğində satacağını bildirmişdir. Vüqar dediyi məbləğlə razılaşmiş və həmin məbləği hiss ə-hissə ödəməyə razılaşmışdır. Bir neçə ay keçdikdən sonra Vüqar ona bildirmişdir ki, mənzili adına rəsmiləşdirmək istəyir. Ondan nə qədər xərcin olacağını soruşmuş və o bu barədə məlumatının olmadığını demişdir. MTK-nin rəhbəri ilə onları tanış etmişdir. Qalan məsələləri danışıb həll edəcəkdilər. Sonra baş verən hadisələr barədə məlumatı yoxdur; - Vüqarın qaynı MTK-nın sədri Əkbərlə danışıb ki, mənzili üzü dənizə istiqamətə olan başqa bir mənzillə dəyişsin. O, sadəcə onları tanış etmiş, daha sonra nələr baş verib, hansı evlə necə razılaşıblar xəbəri yoxdur.

17. Nərimanov Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tаrixli 2(005)-775/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 50000 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia qalan h issədə təmin edilməmişdir. (hakim Gültəkin Əsədova

18. Birinci instansiya məhkəməsi işdəki sübutlara, şahid ifadələrinə, o cümlədən Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2018-ci il tarixli 1(103)295 nömrəli qərarına əsasən müəyyən etmişdir ki, həmin iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi kimi apelıyasiya məhkəməsində dindirilmiş Cavabdeh1 ibtidai istintaq və birinci instansiya məhkəməsində vermiş olduğu ifadələrə uyğun ifadə vermiş və göstərmişdir ki, 2013-cü ilin noyabr ayında Cəfərov Əkbərlə müqavilə bağlayaraq Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda çoxmənzilli yaşayış sahəsində 2-ci blok, 7-ci mərtəbədə sahəsi 75,46 kv.metr olan 2 otaqlı mənzili almış, mənzilə görə Əkbərə 39480 manat vermiş, Əkbər sonradan mənzilin hər kv.metrinə görə 100 manat almış, ümumilikdə Əkbərə 47.000 manat məbləğində pul vermişdir, müqaviləni arvadı Cavabdeh2 adına bağlamış, Sənubər yalnız maşında sənədlərə imza etmişdir. Bir müddət sonra ehtiyacı olduğuna görə həmin mənzili 50000 manata Vaqifə satmışdır. 2014-cü ilin ortalarına kimi Vaqif həmin məbləği ona ödəmişdir. 2015-ci ilin əvvəllərində Vaqif mənzilə köçmək istəmiş, onlar mənzilə gələrkən mənzilin kilidinə müdaxilə olunduğunu görüb polisə xəbər vermiş, sonra kilidi dəyişmişlər, bir neçə gün sonra mənzildə başqa ustaların işlədiyini görmüş, yenə polisə şikayət etmişlər və ona məlum olmuşdur ki, həmin mənzil Mirsadıx adlı şəxsə də satılmışdır.

19. Birinci instansiya məhkəməsi qeyd edib ki, Cavabdeh1 iddianı qəbul etməsə də, onun mübahisəli mənzilə görə 50000 manat alması yuxarıda adı çəkilən qanuni qüvvəsini almış qərar, şahid ifadələri ilə tam sübuta yetirilir, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir və buna görə də iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilməli, 50.000 (əlli min) manat məbləğində pul vəsaiti Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır.

20. Birinci instansiya məhkəməsi iddianı Cavabdeh2 münasibətdə təmin etməməsini, tələb olunan pul məbləğinin məhkəmə araşdırması zamanı Cavabdeh1 verilməsinin sübut olunması ilə əsaslandırmışdır.

21. İddianın tələb olunan olunan pul məbləğin qanunsuz olaraq saxlanılmasına görə bank uçot dərəcəsi əsas götürülməklə artıq ödəməyə uyğun 24000 (iyirmi dörd min) manat məbləğində faiz borcunun tutulması hissəsində iddianı təmin etməyən məhkəmə bunu onunla əsaslandırıb ki, həmin məbləğin təyinatı, hesablanma qaydası və əsasları müəyyən edilməmişdir. Müvafiq tələb qeyri-müəyyən olduğundan onun təmin edilməsi üçün hüquqi əsas yoxdur.

22. Birinci instansiya məhkəməsi 100.000 (bir yüz min) manat məbləğində mənəvi ziyanın tutulması hissəsində də iddianı təmin etməmiş və bunu da onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində davamlı mənəvi sarsıntı və iztirab keçirdiyi barədə birmənalı qənaətə gəlmək mümkün deyil.

23. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 23, 385.1, 390, 442, 443, 448, 1091, 1092-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 82.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

24. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

25. Cavabdehlərin apellyasiya şikayətinin dəlilləri: - maddi və prosessual hüquq normaları pozulub; - şahid X1 ifadəsinə düzgün qiymət verilməyib.

26. İddiaçı da apellyasiya şikayəti verib, qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.

27. İddiaçının apellyasiya şikayətinin dəlilləri: - iddianın Cavabdeh2 Cavabdeh1 qarşı yəmin edilməməsi düz deyil, çünki bütün əvvəlki sözügedən mülki və cinayət işi üzrə məhkəmə proseslərində Cavabdeh2 tərəf kimi çıxış etmiş, mübahisəli mənzil "xxxx" MTK tərəfindən guya ona satılmış, müqav ilə, maliyyə arayışı və s sənədlərin qeyri mötəbər olsa da, surətləri məhz Cavabdeh2 adına tərtib edilmişdir; - birinci instansiya məhkəməsi iddia tələbini 50000 manatın qanunsuz olaraq saxlanılmasına görə bank uçot dərəcəsi əsas götürülməklə 24000 manat faiz borcunun və 100000 manat mənəvi ziyanın ödənilməsi" hissəsində rədd etməkdə haqlı olmamışdır. Belə ki, faktiki olaraq, istənilən şəxs 50000 manat ödəyərək ev alarsa, hətta həmin evin təmiri üçün 25000 manat əlavə xərc çəkərsə və sonda üçüncü bir şəxsə məxsus olduğuna görə 3 övladı ilə birlikdə həmin mənzildən çıxarılarsa, bundan əlavə həmin mənzilə görə 4 ilə yaxın bir müddətdə məhkəmə mübahisələrinə cəlb edilərsə, onun mənəvi, psixiloji sarsıntı keçirməsi, iztirab çəkməsi tam normal və qəbulediləndir, hətta qaçılmazdır; - həmçinin öz gənin pul vəsaitini qanunsuz saxlanılmasına görə MM-in 449-cu maddəsi bank uçot dərəcəsinə uyğun olaraq faizlər ödənilməsi müəyyən edir.

28. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6930/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ziya Şirinov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov, Rafael Eyvazov)

29. Apellyasiya instansiyası məhkəməsi də işdəki sənədlərə, məhkəmə qətnaməsi və hökmünə əsasən müəyyən etmişdir ki, mübahisə predmeti olan mənzilin alqı-satqısına dair Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 23.11.2013-cü il tarixli müqavilənin hüquqi müstəvidə qüvvəsinin olmaması və həmin mənzilin İddiaçı alınaraq başqa şəxsə (Mirsadix Abbasova) verilməsi qanuni qüvvəyə mi nmiş məhkəmə qətnaməsi ilə təsdiqlənir.

30. Apellyasiya məhkəməsi cavabdehlərin apellyasiya şikayəti üzrə qeyd edib ki, alqı-satqı ilə bağlı İddiaçı tərəfindən Cavabdeh2 nümayəndəsi Cavabdeh1 50.000 manat verilməsi işin mübahisəsiz halıdır. Belə ki, bu fakt cavabdehlər tərəfindən etiraf olunmaqla (apellyasiya şikayətinin məzmununda da ifadə edilmişdir) bərabər, həm də birinci instansiya məhkəməsində dinlənilmiş çoxsaylı şahid ifadələri ilə təsdiqlənir. Hazırkı işdə Cavabdeh2 ilə İddiaçı arasında hüquqi müstəvidə keçərli olan bir müqavilə münasibəti olmadığından, İddiaçı tərəfindən onun nümayəndəsi digər Cavabdeh1 mübahisəli mənzilə görə 50.000 manat verilməsinin də heç bir hüquqi əsası olmamış, ona görə də, Cavabdeh1 bu məbləğ hesabına əsassız varlanmışdır. Belə olan halda, birinci instans iya məhkəməsinin iddiaçı tərəfindən ödənilmiş 50000 manatın Cavabdeh1 alınaraq ona verilməsi barədə gəldiyi qənaət əsaslıdır.

31. Cavabdehlərin iddiaçı ilə alqı-satqı müqaviləsinin qanunauyğun şəkildə bağlanması, mənzilin iddiaçıdan alınaraq başqasına verdilməsinin isə, onların deyil, MMCnin direktorunun (hansı ki, bu əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir) qanunsuz hərəkətləri nəticəsində baş verməsi barədə dəlillərini qəbul etməyən apellyasiya məhkəməsi bunu onunla əsaslandırıb ki, işdə olan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12.12.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.11.2017-ci il tarixli hökmü dəyişdirilərək, həmin hökm və ittihamdan Mirsadıx Abbasovun XXX ünvanda inşa edilən çoxmənzilli yaşayış binasın ın 2-ci blok, 7-ci mərtəbəsində yerləşən 75,46 kv.metr sahədən ibarət 2 otaqlı mənzili 05.06.014-cü il tarixli, 147 nömrəli müqavilə ilə 51.000 manata alması epizodu üzrə məhkum XXX Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham həmin faktda cinayət hadisəsi olmaması əsası ilə xaric olunması və həmin epizod üzrə Mirsadıx Abbasovun zərərçəkmiş kimi tanınmasına xitam verilməsi; bundan əlavə həmin hökmləXXX həmin mənzili 23.11.2013-cü il tarixli, 99 nömrəli müqavilə ilə Cavabdeh2 39.480 manata satması və əlavə 7500 manat pul alaraq mənzilin üzərində mülkiyyət hüququnu təsdiq edən 368 nömrəli saxta arayış verməsi barədə epizodun ittihamdan xaric edilməsi və həmin epizod üzrə mənzilə münasibətdə Cavabdeh2 zərərçəkmiş şəxs kimi, Cavabdeh1 isə zərərçəkmiş şəxsin nümayəndəsi kimi tan ınmalarına xitam verilməsi; hökmün nəticə hissəsindəki “Cavabdeh2 nümayəndəsi Cavabdeh1 ilə “xxxx” MMC-nin direktoru XXX arasında bağlanmış 23.11.2013-cü il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilədə nəzərdə tutulan mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışının əslini ona təqdim etmək vəzifəsi xxxx MMC-nin üzərinə qoyulsun müddəasının hökmdən xaric edilməsi;...qərara alınmışdır.

32. Apellyasiyanın mövqeyinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mübahisə predmeti olan mənzilin alqı-satqısı ilə bağlı “xxxx” MMC-nin direktoru Əkbər Cəfərova qarşı irəli sürülmüş bütün epizodlar hökm və ittihamdan çıxarılmış və Cavabdeh2 zərərçəkmiş şəxs və Cavabdeh1 isə zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanınmalarına xitam verilmişdir. Bu da onu deməyə əsas verir ki, MMC-ni n direktoru XXX iddiaçının hüquqlarının pozulmasında heç bir təqsirinin olmadığı cinayət mühakimə icraatı qaydasında müəyyən olunmuşdır.

33. Apellyasiya məhkəməsi həmçinin iddiaçının da apelyasiya şikayətinin dəlillərini əsaslı saymamış və bunu onunla əsaslandırmışdır ki, tələb olunan məbləğin (50.000 manat) qanunsuz olaraq saxlanılmasına görə bank uçot dərəcəsi əsas götürülməklə artıq ödəməyə uyğun 24.000 manat məbləğində faiz borcunun tutulması tələbinə münasibətdə rayon məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, həmin məbləğin təyinatı, hesablanma qaydası və əsasları müəyyən edilməmişdir. Bu tələb qeyri-müəyyən olduğundan onun təmin edilməsi üçün hüquqi əsas yoxdur. Eləc də işin halları baxımından iddiaçının cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində davamlı mənəvi sarsıntı və iztira b keçirdiyi barədə qənaətə gəlmək mümkün deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

34. Cavabdelər Cavabdeh1 və Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişlər.

35. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, həmçinin şikayətdə işin faktiki hallarına, apellyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna istinad edilib. b) Kassasiya şikayətinə qarşı yazılı etiraz. 36.Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları 37.Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabde h1 və Cavabdeh2 vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

38. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil2 kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi.

39. Məhkəmə kollegiyası onu da qeyd edir ki, işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilən Cavabdeh1 məhkəmə kollegiyasına daxil olan teleqramında səhhətində yaranmış problemlərlə bağlı müalicə aldığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib, işin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəyə əlavə edilmiş tibbi müayinə sənədlərinin 2021-ci ilin mart ayına aid olmasını, eləcə də məhkəmə iclasında cavabdehin vəkilinin iştirak etməsini nəzərə alaraq, Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan da baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bil ər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialla rında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Kassasiya şikayətində cavabdehlər apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən qətnamə tam yoxlanır. Kollegiya qeyd edir ki, cavabdehlərin şikayəti üzrə apellyasiya baxışının predmeti də iddianın təmin edilən hissəsi olmuşdur. Belə olan halda, apellyasiya instansiyasının qətnaməsinin tam yoxlanılması dedikdə, qətnamənin iddianın təmin edilən hissəsi başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəl i hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

44. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

45. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin cavabdehlərin apellyasiya şikayəti üzrə gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən e dilmiş hallarına uyğun hesab edir və hazırki qərarın 29-32-ci bəndlərində qeyd edilənlər bir daha təkrar etməyə zərurət görmür.

46. Apelyasiya məhkəməsi iş materiallarında olan sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirib.

47. Bu baxımdan, apellyasiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması barədə şikayətin dəlilləri əsasızdır.

48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyas iya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli, 2(103)6930/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar