Məhkəmə qərarları › İş №2(102)-2718/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2718/2022

16.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2718/2022 16.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: (behin, əldən çıxmış faydanın və faizlərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu ( məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “öhdəlik müqaviləsinə əsasən ödənilmiş behin, əldən çıxmış faydanın və faizlərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6279/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə Ali Məhkəmənin binası nda yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Satıcı” qismində Cavabdeh ilə “Alıcı” qismində İddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli öhdəçilik müqaviləsindən görünür ki, Cavabdeh ******* nömrəli çıxarışa əsasən öz adına olan A.Cəlilov küçəsində yerləşən 26 saylı evin 101 saylı mənzili 300.000 ABŞ dollarına satır, mənzili satmaq üçün ilkin olaraq alıcıdan 100.000 ABŞ dollar beh almışdır. Alıcı tərəfindən 24 ayın tamamına və yaxud 24 aya qədər etiraz (rədd) olarsa, satıcı verilən 100.000 ABŞ dolları geri qaytarıb işə xitam vermə hüququna malikdir. 2. 25 dekabr 2019-cu il tarixdə Cavabdeh ilə X2 arasında həmin mənzilə dair notarial qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 151.000 ABŞ dolları və 65.000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə arasında bağlanmış xx.xx.2014-cü il tarixli öhdəlik müqaviləsinə əsasən A.Cəlilov küçəsi, ev 26-da yerləşən 101 saylı mənzilin satılması üçün tərəfindən 100.000 ABŞ dolları beh ödənilmiş, 6 aydan sonra 16 aya qədər 1000 manat ödəmək şərti ilə istifadə hüququ əldə edilmişdir. Satıcı Cavabdeh 24 ayın tamamına və yaxud 24 aya qədər imtina olacağı təqdirdə verilmiş behi qaytararaq öhdəliyə xitam vermək hüququ müəyyən edilmişdir. Lakin, müqavilədə göstərilən 24 ay bitdikdən sonra Cavabdeh mənzili alqı-satqı etməmiş, verilmiş behi geri qayta rmamış, bu müqavilənin tələblərini pozaraq mənzili digər müqavilə əsasında ipoteka ilə yüklü etmişdir. Bununla da o, öhdəlik müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. 2014-cü ilin avqust ayından 2019-cu ilin avqust ayınadək 100.000 ABŞ dolları pul vəsaiti qanunsuz olaraq cavabdeh tərəfindən saxlanılaraq qaytarılmamışdır. Cavabdehin beh kimi verilmiş pulu qaytarmamasına görə uçot faiz dərəcəsi (illik 8,5% olmaqla) üzrə - 51.000 ABŞ dolları, əldən çıxmış faydaya görə 65.000 manat pul öhdəliyi yaranmışdır.

5. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 389.1, 491.1, 449.1, 449.2ci maddələrinə istinad etmişdir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2844/2019 nömrəli 04.12.19-cu il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh iddiaçının xeyrinə 100.000 (bir yüz min) ABŞ dolları məbləğində pul vəsaitinin tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması və iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Öhdəçilik Müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdeh özünə məxsus Bakı şəhəri, A.Cəlilov küçəsində yerləşən 26 saylı evin 101 saylı mənzili 300.000 ABŞ dollarına satmağı öhdəsinə götürmüşdür. Mənzilin alınması ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə ilkin olaraq 100.000 ABŞ dolları beh verilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı 24 ayın tamam ına və yaxud 24 aya qədər əmlakın alınmasına etiraz edərsə (əmlakı almaqdan imtina edərsə), satıcı verilən 100.000 ABŞ dollarını qaytarıb müqaviləyə xitam vermə hüququna malikdir. İddiaçı müqavilə qüvvədə olduğu müddətdə (müqavilə bağlanılan vaxtdan 24 ay ərzində) cavabdehlə razılaşdırılmış daşınmaz əmlakı (mənzili) almaqdan imtina etməmiş və bununla bağlı satıcıya hər hansı etiraz verməmişdir. Əksinə olaraq cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmiş və mənzili iddiaçıya satmamışdır.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən əsas öhdəliyin (mənzilin satılması barədə) pozulması baş verdiyindən, iddiaçı öhdəlik müqaviləsinə əsasən beh kimi ödənilmiş pulu cavabdehdən tələb etməkdə tam haqlı olmuş və hazırkı tələb üzrə iddia müddəti ötürülmə mişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən əsas öhdəliyin yerinə yetirlməməsi müəyyən edildiyindən, iddia tələbi 100.000 ABŞ dolları məbləğində pulun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. İddia tələbinin əldən çıxmış faydaya görə 65000 manat pulun tutulması hissədə tələb təmin edilməməlidir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 375.2, 377.1, 442, 443.1, 443.7, 491.1 və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6417/2020 nömrəli, 30 se ntyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışınski, R.Eyvazov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2844/2019 saylı iş üzrə 04 dekabr 2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçının Cavabdeh qarşı 100.000 ABŞ dolları məbləğində behin onun xeyrinə tutulması barədə iddia tələbinin təmin edilməməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 386.1, 372.1, 372.2, 377.1, 377.3-cü maddələri ilə əsaslandırmışdır. b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarı ilə hakimlər (İ.Dəmirov, Ə.Əhmədov və V.Həsənov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)6417/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır. c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6279/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi),F.Talışınski, R.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(0 09)-2844/2019 saylı iş üzrə 04 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri

18. Kassasiya şikayətinə İddiaçı etirazı daxil olmuşdur. Etirazda Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6279/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hər əkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

21. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 390.1 Fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq hüququ versə də, müqavilə, onun məz munundan göründüyü kimi, qanunun tələbinə uyğun bağlanmamışdır.

23. Maddə 402.1 İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.

24. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.

25. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

26. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun r isk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

29. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır

30. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı ka ssasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilib cavabdehdən iddiaçının xeyrinə 100.000 ABŞ dollarının tutulmasını qanuni hesab edərkən tərəflər arasında ilkin alqı-satqı müqaviləsinin bağlanmasını, həmin müqaviləyə əsasən cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməyərək mənzili 24 ay ərzində iddiaçıya satmamasını və əsas müqavilənin cavabdehin təqsiri üzündən bağlanmamasını əsas göstərmişdir.

34. Kollegiya aşağıdakı səbəblərdən həmin nəticə ilə razılaşmır və hesab edir ki, qətnamə tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələblərinə uy ğun əsaslandırılmadığından qanuni və əsaslı sayıla bilməz.

35. Tərəflər arasından hazırkı mübahisə onlar arasında bağlanmış 05 avqust 2014cü il tarixli öhdəlik müqaviləsinin şərtlərinə əməl edilməməsinin iddia olunması ilə yaranmışdır.

36. İşdən görünür ki, həmin müqavilə tərtib olunarkən “öhdəlik müqaviləsi” adlandırılmış, iddia ərizəsində beh kimi ödənilmiş məbləğ və dəymiş ziyanın ödənilməsi tələb edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə həmin müqavilə “mənzilin ilkin alqı-satqısı müqaviləsi” hesab edilərək mübahisənin həllinə həmin münasibətləri tənzimləyən Mülki Məcəllənin 402-ci maddəsinin müddəaları baxımından yanaşılmışdır.

37. Həmin müqavilə “öhdəlik müqaviləsi” adlandırılsa da, əslində göstərilən müqavilədə tərəflərdən heç birinin konkret öhdəliyi və öhdəliyin p ozulması ilə əlaqədar məsuliyyəti müəyyən olunmamışdır.

38. Müqavilədən görünür ki, əgər alıcı 24 ay ərzində mənzili almaqdan imtina edərsə, satıcı 100.000 ABŞ dollarını geri qaytarıb işə xitam vermək hüququna malikdir.

39. Göründüyü kimi, həmin müqavilə ilə mənzili almaq hüququ alıcının ixtiyarına buraxılmışdır. Müqaviləyə görə alıcı etiraz etdikdə alqı-satqı müqaviləsi bağlanmır, ödənilmiş beh geri qaytarılır.

40. Mülki Məcəllənin 390.1-ci maddəsi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq hüququ versə də, müqavilə, onun məzmunundan göründüyü kimi, qanunun tələbinə uyğun bağlanmamışdır.

41. Apellyasiya instansiyası məhkəməsi göstərilən müqaviləni mənzilin ilkin alqısatqı müqaviləsi hesab etsə də, kollegiya hesab edir ki, həmin müqavilə Mülki Məcəllənin 402-ci maddəsinin tələblərinə əməl edilməklə bağlanmadığından ilkin müqavilə sayıla bilməz.

42. Mülki Məcəllənin 402-ci maddəsinə görə ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər(402.1). 43. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur(402.2.)

44. Müəyyən olunduğu kimi müqavilə notariatda təsdiq edilməmişdir.

45. Halbuki Mülki Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasın da təsdiqlənməlidir.

46. İşdən həmçinin görünür ki, həmin müqavilə bağlanarkən cavabdehə məxsus mübahisəli mənzil onun "xxxx" ASC-dən götürdüyü kreditin təminatı kimi bank qarşısında yüklü edilmişdir.

47. Belə ki, cavabdehlə bank arasında 31 mart 2014-cü il tarixdə 120 ay müddətinə kredit xətti müqaviləsi bağlanmışdır.

48. Göstərilən vəziyyətdə öhdəlik müqaviləsinin bağlanması qanunun tələbinə uyğun olmamışdır.

49. Belə olan halda cavabdehin öz müqavilə öhdəliyini icra etməməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi əsaslı sayıla bilməz.

50. Bundan başqa, işdən göründüyü kimi mübahisəyə birinci instansiya məhkəməsində baxıldıqdan sonra, 25 dekabr 2019-cu il tarixdə mübahisəli mənzil Cavabdeh tərəfindən X1 254.471,50 manata satılmışdır.

51. Cavabdehin şikayət və izahatların a görə mənzil iddiaçının istədiyi şəxsə satılmış, həmin müqaviləni alıcı G.Z.Hüseynovanın adından iddiaçının oğlu X3 bağlamışdır.

52. Həmin alqı-satqı müqaviləsindən və iddia ərizəsindən görünür ki, müqavilədə alıcı qismində iştirak edən G.Hüseynova ilə İddiaçı qeydiyyatda olduğu ünvan eynidir.

53. Mənzilin G.Hüseynovaya satılması ilə əlaqədar cavabdeh hesab edir ki, həmin müqavilənin bağlanması ilə əlaqədar o, ”öhdəlik müqaviləsi” üzrə vəzifəsini icra etmişdir.

54. Lakin təkrar işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının G.Hüseynova ilə hansı münasibətdə olmasını, həmin müqavilənin onunla bağlanma səbəblərini araşdırmamış və cavabdehin iddiaçı qarşısında öhdəliyini icra etməsi ilə əlaqədar göstərdiklərini yoxlamamışdır.

55. Əgər cavabdeh tərəfindən mübahisəli qeyri-yaşayış sah əsi iddiaçının ailə üzvünə satılmışdırsa, belə halda tərəflərin sonrakı qarşılıqlı münasibətinə aydınlıq gətirilməli və iddiaçının tələbinin təmin olunmasında israrlı olmasının səbəbləri müəyyən olunmalıdır.

56. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin göstərilən hallarını yoxlamadan tərəflər arasında bağlanmış müqaviləni mənzilin ilkin alqı-satqısı müqaviləsi hesab edib iddianı müqavilə öhdəliyinin cavabdeh tərəfindən pozulması əsası ilə qismən təmin etməklə qanunun yuxarıda göstərilən normalarının tələblərinə uyğun olmayan nəticəyə gəlmişdir.

57. İş materiallarından görünür ki, öhdəlik müqaviləsi 05 avqust 2014-cü il tarixdə bağlanmış, lakin hazırkı iddia tələbi ilə İddiaçı məhkəməyə 2019-cu ilin sentyabr ayında müraciət etmişdir.

58. Mülki Məcəllənin 354-cü maddə sinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər (354.1)

59. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.(354.2)

60. İşə yenidən baxılarkən kollegiya hesab edir ki, “öhdəlik müqaviləsi”nin əhəmiyyətsiz əqd olub-olmamasına qiymət verilməli və yuxarıda göstərilən normaların tətbiq edilməsinin mümkünlüyü araşdırılmalıdır.

61. Kollegiya hesab edir ki, işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxıldığından qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

62. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 15 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar