Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2719/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə (X6 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2719/2024 (Açar sözlər: istehsalat qəzası nəticəsində dəymiş vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı (X6 - mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1559/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı (Vəkil X5) tərəfindən verilmiş kassasiya şikayətinə 01 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İstehsalatda bədbəxt hadisə haqqında 01/2022 saylı "xxxx" formalı, xx.xx.2022-ci il tarixli akta əsasən, bədbəxt hadisənin səbəbləri Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Qəbul olunan işçilərə keçirilən 1 nömrəli Giriş Təlimatı”nın 4-cü bəndinin (“Hərəkətdə olan avadanlıqların təmizlənməsinin və yağlanmasının qadağan olunması”) tələblərinə riayət edilməməsi və Cavabdeh M MC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş direktor müavinin 18 nömrəli vəzifə “İ.Vəzifələri” bölməsinin 2-ci bəndinin “...işçilər tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etməsinə nəzarət etmək”) tələbinə riayət edilməməsi olduğu müəyyən edilmişdir. Mexanik İddiaçı, ehtiyatsızlığı, direktor müavini X6, nəzarətsizliyi ucbatından əmək qanunvericiliyinin pozulmasına yol vermişlər.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 802 saylı rəyə əsasən, 1962-ci il təvəllüdlü İddiaçı almış olduğu xəsarətlər bazu kələfinin zədələnməsi, sıxılma sindromu ilə müşaiət olunan, sol qolun iflici ilə nəticələnən, sol yuxarı ətrafın əzələ yumşaq toxumaların əzilməsi və hematoması bərk küt əşya tə sirindən törənə bilərdi. Qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə yəni, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə zamanı alınmaları istisna edilmir, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən çox (40%) itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddir.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-469/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir.
4. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, X7 tərəfindən ona 2.033 manat məbləğində əmək haqqı və 2.940 manat məbləğində müalicə xərcləri ödənilmişdir. Məhkəmə iclasından bir neçə gün öncə, əlavə olaraq, təqsirləndirilən şəxs Tahir Bağırov tərəfindən ona 1.000 manat məbləğində ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra cavabdeh, yaxud MMC) qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyana görə 4.000 manat, mənəvi ziyana görə 50.000 manat, vəkil xərcinə görə 2.000 manat, dövlət rüsumuna görə 70 manat, cəmi 56.070 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onu nla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdən əmək müqaviləsi əsasında Cavabdeh MMC-də mexanik vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixdə MMC-də beton istehsalı qovşağında işləyərkən MMC-nin rəhbərliyinin səhvi və məsuliyyətsizliyi nəticəsində üzərində tikinti materiallarının hərəkətini təmin edən üfüqi konveyrin baraban və lentinin arasına qum torbalarını salarkən bazu kələfinin zədələnməsi və sıxılma sindromu, sol qolun iflici ilə nəticələnən sol yuxarı ətrafın əzələ və yumşaq toxumalarının əzilməsi və hematoması xəsarətləri ilə müşayiət edilən sağlamlığına ağır zərər vurulmuşdur. Bunun nəticəsində AR X2 və Ortopediya İnstitutundan sol qolu əməliyyat olunmuş və mütəmadi müalicə edilməklə daim həkim nəzarətində saxlanması qərarına gəlinmişdir. Hal-hazırda qolu işlək vəziyyət də deyil. Bununla bağlı institutun həkimləri tərəfindən yazılmış həkim reseptlərində yazılmış dərmanları mütəmadi olaraq alır və həkim nəzarətində müalicə olunur. Həkimlərin bildirdiyinə görə sol qolunun əvvəlki vəziyyətə qaytarılması çox çətin və uzunmüddətli prosedurdur. Müalicəsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. İş yerində məsul şəxsin səhvi üzündən müəyyən müddət pis vəziyyətə düşərək psixoloji gərginlik keçirməklə mənəvi ziyan çəkmişdir.
7. Məhkəmə iclasında X6 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, cavabdeh MMC tərəfindən iddiaçıya ödənişlər edildiyi iddiaçının özü tərəfindən də təsdiq edilmişdir. Cavabde h öz üzərinə düşən vəzifələri lazımınca icra etmiş və iddiaçının müalicəsində maddi cəhətdən lazımınca iştirak etmişdir.
9. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 izahatında bildirmişdir ki, iddiaçı tərəfindən qeyd edilən ödəniş məbləğləri 2022-ci ilin dekabr ayına kimi ona ödənilmiş pullardır. Hazırkı iş məhkəmənin icraatında olduğu zaman isə iddiaçıya müalicə xərclərinin qarşılanması üçün 1.000 manat pul ödənilmişdir. Yəni iddiaçının müalicəsi tam qarşılanmışdır. İddiaçının aylıq əmək haqqı 400 manat məbləğində olmuş, işçilərə kömək məqsədilə ayrı-ayrı tarixlərdə pul məbləğləri ödənilmişdir ki, bu pullar əmək haqqı məbləğinə daxil deyil.
10. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilərək müvafiq r əy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmətibbi Ekspertiza və X3” X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, KEŞ-564 nömrəli ekspertiza rəyinə əsasən, 1962-ci il təvəllüdlü İddiaçı mütəxəssis müayinəsi zamanı ona “Sol yuxarı ətrafın travmadan və cərrahi əməliyyatdan sonrakı vəziyyəti, ətrafın süst iflici, bazunun çıxığı, osteoporoz, çiyin qurşağı və yuxarı ətraf əzələlərinin atrofiyası, daimi ağrı sindromu, ətrafın funksiyasının pozulmasının olduğu, qeyd edilən ətrafın funksiyasının bərpa olunmasının mümkün olmadığı müəyyən edilmişdir.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(005)-896/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia qismən təmin edilərək cavabdehdən mənəvi z ərərə görə 2.000 manat, vəkil xərcinə görə 200 manat, ödənilmiş dövlət rüsumuna görə 70 manat, cəmi 2.270 manat pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçının sağlamlığına zərər dəymiş və bu zərərin vurulmasında X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Araşdırılmış sübutlardan və tərəflərin o, cümlədən X4 məhkəmə iclasında verdiyi izahatlardan, iddiaçının 2.940 manat məbləğində müalicə xərcləri ödənilmiş, sonradan isə ona yenidən 1.000 manat məbləğində ödəniş edilmişdir. Bunu iddiaçı özü məhkəmə iclasında təsdiq etmişdir. İddiaçı maddi ziyana görə 4.000 manat məbləğində pulun ödin ilməsini xahiş etsə də, bu məbləği hansı əsaslardan irəli gələrək istədiyini əsaslandıra bilməmişdir. Məhkəməyə iddiaçı tərəfindən bu istiqamətdə təqdim olunan sübutlar həkim tövsiyə və resept blanklarıdır ki, bu vərəqələrdə qeyd edilən dərmanların cəmi dəyərinin ona müalicə xərcləri üçün ödənilmiş məbləğdən yuxarı olmasını sübut etməmişdir.
13. Məhkəmə həmçinin iddiaçının sağlamlığına dəymiş zərərlə bağlı uzun müddətli müayinə və müalicələr alması, əldə edilmiş tibbi rəylərdən onun daimi ağrılardan əziyyət çəkməsinin aydın görünməsini nəzərə alaraq, mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması üçün qanuni əsasların olduğu qənaətinə gəlmiş, mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsirini, əmlak vəziyyətini nəzərə alaraq 2.000 manat məbləğində m üəyyən edilməsini qanuni və ədalətli hesab etmişdir.
14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 21.2, 21.3 və 23.1, 191.1, 191.2, 192.2, 195, 197, 207, 215, 238, 239-cu, Əmək Məcəlləsinin 191.1, 191.2, 194.1, 194.2, 197, 207, 215, 217, 225.1, 238, 239.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
15. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını düzgün araşdırmamış və təqdim edilmiş sübutlara səthi yanaşmış, qanunsuz və əsassız qərar qəbul etmişdir. İddiaçının sağlamlığına dəymiş zərərin iş yerində və iş vaxtı ərzində baş verməsi məlumdur və sübuta ehtiyacı yoxdur. İddiaçı sağlamlığına dəymiş zərərlə bağlı daimi müalicələr alır ki, bu da əlavə ödənişlər tələb edir. İddiaçının bir qolundan istifadə edə bilməməsi və daimi ağrılarının olması ona mənəvi iztirab vermişdir. Qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə yəni, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə zamanı alınmaları istisna edilmir, dərəcəsinə görə ümumi əmək qabiliyyəti nin 1/3 hissəsindən çox (40%) itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddir. İddiaçının sağlamlığına dəymiş zərərlə bağlı uzun müddətli müayinə və müalicələr alması, əldə edilmiş tibbi rəylərdən onun daimi ağrılardan əziyyət çəkməsinin aydın görünməsini nəzərə alaraq məhkəmə mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması üçün qanuni əsasların olduğu qənaətinə gəlmiş lakin, itirilmiş bir qolun mənəvi dəyərini 2.000 manat dəyərində deyil daha artıq məbləğ təmin etməli idi. Çünki iddiaçının mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsirini, əmlak vəziyyətini nəzərə alaraq daha yüksək məbləğdə təmin edilməli idi. Həmçinin də, iddiaçının 1993-cü il tarixindən məcburi köçkün düşməsini və uzun illərdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məktəbli küçəsində məcburi köçkün kimi müvəqqəti məskunlaşmasını nəzərə almalı və eyni zamanda məhrum olduğu qolunun bir daha işlədə bilməməsi hallarına düzgün qiymət verməli idi.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-1559/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Günay Axundova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “mənəvi zərərin məbləği” hissəsində dəyişdirilmiş, iddia həmin hissədə qismən təmin edilərək, cavabdehdən mənəvi zərərə görə 5.000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Apellyasiy a instansiya məhkəməsi iddianın “maddi zərərin ödənilməsi” hissəsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd etmişdir ki, iddiaçı ona vurulmuş maddi ziyanla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı ona maddi zərərin əvəzi olaraq ödənilmiş pulun hadisə ilə əlaqədar real olaraq çəkdiyi xərclərdən artıq vəsait sərf etdiyini, ümumiyyətlə dəymiş maddi zərərin məhz 4.000 manat məbləğində olmasını müəyyən etmək mümkün olmamışdır. İddiaçının sağlamlığının pozulması ilə bağlı əlavə xərclər çəkdiyinin müəyyən edilməsi görünmür. Eyni zamanda iddiaçı TSEK-in və ya məhkəmə-tibbi ekspert komissiyasının rəyində müəyyən edilmiş müddətlərdə və qaydada həmin xərcləri çəkməli olduğunu və ya tələb olunan qulluğu pulsuz almaq hüququnun olmadığını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iddianın bu hissədə əsassız hesab edilməsi və rədd edilməli olmasına dair qənaətlə razılaşmışdır.
19. Apellyasiya instansiya məhkəməsi iddiaçının mənəvi zərərlə bağlı tələbinə münasibətdə hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 5.000 manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan, ədalətli və mütənasib əvəzi kimi qəbul edilir. Belə ki, şəxsin sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, fiziki şəxsin, əmlak və ya qeyri-əmlak hüquqlarının pozulduğu halda dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Nəzərə alınmalıdır ki, bu halda pozulmuş hüququnun ödənilən təzminatla tam bərpa olunması qeyri-mümkündür. Zərərçəkmiş şəxsin müəyyən miqdarda təzminat ilə təmin edilməsi onun keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət etmiş olur.
20. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən göstərilmiş hüquqi xidmət xərcinə görə 200 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə gəldiyi qənaəti ilə razılaşaraq qeyd etmişdir ki, vəkilin göstərdiyi yardıma görə cava bdehdən iddiaçının xeyrinə 200 manat məbləğində pul vəsaitinin tutulması daha ağlabatandır. İş materiallarından isə görünür ki, Vəkil mülki iş üzrə vəkil olaraq birinci instansiya icraatının yekunlaşmasına bir ay qalmış qoşulmuş, onun iştirak etdiyi iclasların və məhkəmədə prosessual hərəkətlərin sayı az olmuşdur.
21. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1096, 1097.1, 1097.2, 1118.1-ci, Əmək Məcəlləsinin 191.1, 191.2, 194.1, 194.2, 217, 225.1, 238, 239.1-ci maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 82.4, 88, 115.0.6, 212.1, 217.4 və 384.0.1-ci maddələrinə istin adla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
22. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mənəvi ziyana görə 50.000 manat, vəkil xərcinə görə 2.000 manat, dövlət rüsumuna görə 35,40 manat, cəmi 52.035,40 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdır.
23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmələr işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən zərərçəkmiş şəxs kimi tanınmışdır və hadisənin törədilməsində təqsirləndirilən məsul şəxs X6 cinayət məsuliyyətinə cəlb edilmişdir. İş yerində məsul şəxsin səhvi üzündən müəyyən müddət pis vəziyyətə düşməklə psixoloji gərginlik keçirərərk maddi və mənəvi ziyan çəkmiş, eyni zamanda qolu amputasiya olunmuşdur. Odur ki, iddiaçının məhkəməy müraciət etmək üçün vəkil ilə bağlanmış müqavilənin xidmət haqqı, mənəvi təzminatla bağlı şikayəti təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli o lduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
27. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nə ticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
29. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
30. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, ya xud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
31. Maddə 191 (1-ci hissə). Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
32. Maddə 191 (2-ci hissə). Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
33. Maddə 192 (1-ci və 2-ci hissələr). Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
34. Maddə 194 (1-ci və 2- ci hissələr). Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
35. Maddə
195. İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə.
36. Maddə 196 (1-ci hissə). Bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir.
37. Maddə 197 (1-ci və 2-ci hissələr). İşçi ona vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməlidir. İşəgötürən işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir. İşçi, bütövlükdə və qismən işəgötürənin qərarı ilə raz ılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
38. Maddə
217. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olma yaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.
39. Maddə 225 (1-ci hissə). İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir.
40. Maddə 239 (1-ci hissə). İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində tə qsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
41. Maddə 239 (2-ci hissə). İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
42. Maddə 239 (3-cü hissə). İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı p ozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.
43. Maddə 290 (2-ci hissə). İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli aralıq qətnaməsi.
44. Mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilmə si üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarı.
45. Təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz mə suliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidə n fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
48. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və vid eo yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmama sına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qət namənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
57. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməməsi hissəsində qis mən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin ə saslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
61. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırıl mamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-i n 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
63. Məhkəmə kollegiyası eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Vəkil işə məhkəmə iclasında baxılması barədə vəsatətinə münasibət bildirərək qeyd edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 12 iyul 2024-cü il tarixli qərardadı ilə hazırki mülki işə ya zılı icraat qaydasında baxılması qərara alınmışdır. Mülki işə şifahi icraat qaydasında baxılması üçün Mülki Prosessual Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş hallar olmadığından vəsatət əsassızdır və təmin edilə bilməz.
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılm ası barədə qərardad qəbul edir. Bu barədə işdə iştirak edən şəxslərə məlumat verilir.
65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
66. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiy asının 2(103)-1559/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.