Məhkəmə qərarları › İş №2(102)-272/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-272/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-272/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-272/21 (Açar sözlər: subroqasiya qaydasında sığorta ödənişinin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin vəkili Vəkil və nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-532/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli q ətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddia ərizəsi görə “Hyundai Sonata” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi “X4 Commisioning Company” MMC-dir. Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsi ilə "Mitsubishi Pajero" markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil «xxxx» ASC-də xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək tam sığorta üzrə sığortalanmışdır. Sığorta olunmuş "Mitsubishi Pajero" markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdə Badamdar qsəbəsində yol-nəqliyyat hadisəsinə uğramış, nəticədə avtomo bilə 11127.27 manat məbləğində ziyan dəymişdir. Sığorta ödənişi dəymiş zərərdən 350 manat azad olma məbləği çıxılmaqla 10777.27 manat təşkil edir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, İmran Əhmədova sığorta ödənişi qismində 10777.27 manat pul ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı 10777.27 manat sığorta ödənişinin, 30,40 manat dövlət rüsumunun, 8 manat notariat xərcinin, cəmi 10815.67 manat məbləğində pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində Cavabdeh2-nin mülkiyyətində olan, “Hyundai Sonata” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə edilən zaman, yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “xxxx” ASC-də sığortalanmış “Mitsubishi Pajero” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. AR DİN Bakı şəhəri, Səbail rayonu Pİ-nin 31.12.13-ci il tarixli, 9/15-11930 saylı arayışına və xx.xx.2013-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, Cavabdeh1 yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində tanınmışdır. Göstərilən yol nəqliyyat hadisəsi ilə bağlı “xxxx” ASC tərəfindən “Mitsubishi Pajero” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq, 10777,27 (on yeddi yüz yetmiş yeddi manat, 27 qəpik) manat məbləğ ində sığorta ödənişi həyata keçirilmişdir. Tərəflərindən cavabdehlərlə dəfələrlə telefon zəngləri və geriyə tələb məktubları göndərilərək məbləğin geri ödənilməsi xahiş edilməsinə baxmayaraq cavabdehlər bugünə qədər həmin məbləğin geri ödənilməsindən qərəzli şəkildə yayınmışdır. Göstərilənlərə əsasən 10777.27 manat sığorta ödənişinin, 30.40 manat mələğində dövlət rüsumunun və 8 manat məbləğində notariat xərcinin, cəmi 10815.67 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dən tutularaq müştərək qaydada iddiaçı «xxxx» ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Axundov, iş № 2(004)-4054/2019) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dən sığorta ö dənişi miqdarında əvəzi kimi müştərək qaydada 10777 (on min yeddi yüz tetmiş yeddi) manat 27 qəpik, 8 (səkkiz) manat notariat xərci, cəmi 10785 (on min yeddi yüz səksən beş) manat 27 qəpik məbləğində pul vəsaitinin tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dən müştərək qaydada tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2013-cü il tarixdə Badamdar qsəbəsində "Cavabdeh2" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 idarə edərkən, yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “xxxx” ASC-də sığortalanmış "Mitsubishi Paje ro" markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri DYPİ-nin xx.xx.2013-cü il tarixli 9/15-11930 saylı müvafiq arayışına əsasən, “Hyundai Sonata” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. Göstərilən hadisəsi ilə bağlı «xxxx» ASC tərəfindən "Mitsubishi Pajero" markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq 10777.27 manat sığorta ödənişi həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1, “Hyundai Sonata” markalı, **PK-*** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə etməsi, lakin avtomobilin mülkiyyətçisi ol an iş üzrə digər Cavabdeh2" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi olmaması müəyyən edilmişdi. Cavabdeh1 aid əmək kitabçasının sürətindən sonuncu xx.xx.2013-cü il tarixdə “xxxx” MMC-də sürücü vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2014-cü il tarixdə ARƏM-nin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apelyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ona aid hissədə ləğv edilməsini və zərərin əvəzinin ödənilməsinin Cavabdeh2-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2-nin mülkiyyətində olan maşını ona verilən yol vərəqəsinə əsasən idarə etdiyi zaman qəza baş vermişdir. İddiaçı tərəfindən ona ziyanın ödənilmə sinə dair hər hansı bildiriş göndərilməmiş və zənglər olunmamışdır. O qanuni əsasla maşını idarə etmiş, qəzadan sonra hadisə yerindən yayınmamışdır. Hadisə “Mitsubishi Pajero” markalı, Az **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin 18-19 yaşlı gənc sürücüsünün sürət həddini aşması nəticəsində baş verməsinə baxmayaraq, hadisənin törədilməsində o təqsirli bilinmişdir. Hadisə zamanı o, xəsarət aldığına görə xəstəxanaya aparılmışdır. Bundan əlavə, qəzaya düşmüş “Mitsubishi Pajero” markalı, Az **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə iddiaçının tələb etdiyi məbləğdə ziyan dəyməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov, iş № 2(103)-532/2020) Cavabdeh1 apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)4054/2019 saylı qətnaməsi qismən, yəni Cavabdeh1 aid hissədə ləğv edilmiş, iddia tələbi Cavabdeh1 qarşı hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi avtomobilə dəymiş maddi ziyanın əvəzinin subroqasiya qaydasında Cavabdeh2-dən və hadisə törədilən zaman maşını yol vərəqəsi əsasında idarə etmiş və yol nəqliyyat hadisəsi törətmiş Cavabdeh1 müştərək qaydada alınmalı olduğu nəticəsinə gələrkən Mülki Məcəllənin 1108-ci maddəsinə istinad etsə də, tələbin qanuni əsası kimi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Cavabdeh1 əmək kitabçasında onun xx.xx.2013-cü il tarixdə “xxxx” MMC-d ə sürücü vəzifəsinə işə qəbul edilməsi və xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi qeyd olunsa da, Azərbaycan Respublikası Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamentinin Hüquqi X2 İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, "Cavabdeh2" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2012-ci il tarixində ********** nömrə ilə qeydiyyata alınmışdır. İdarədə olan reyestrdə cəmiyyətin ləğv edilməsi barədə məlumat, habelə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti adlı hüquqi şəxs aşkar edilməmişdir. Cavabdeh1 birinci instansiya məhkəməsində verdiyi izahatdan görünür ki, Cavabdeh2 “xxxx” MMC-nin nəzdində fəaliyyət göstərmişdir. Cavabdeh1 qeyd olunan avtomobili yol vərəqə si əsasında idarə etməklə Mülki Məcəllənin 1099.2-ci maddəsinin tələbləri baxımından digər cavabdeh olan MMC-nin işçisidir. Burada Cavabdeh1 əmək müqaviləsi, yaxud mülki hüquqi müqavilə əsasında hansısa şəxsin işçisi olmasının da iddianın əsaslılığına hər hansı bir təsiri yoxdur, yetər ki, o müvafiq hüquqi, yaxud fiziki şəxsin tapşırığı ilə və onun nəzarəti altında işlərin təhlükəsiz aparılması üzrə fəaliyyət göstərmiş olsun. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı “xxxx” ASC (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)532 /2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin Cavabdeh1 aid hissədə ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "Cavabdeh2" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi olmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı “xxxx” ASC-nin vəkili Vəkil izahatlarında göstərmişlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-532/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixl i qətnaməsinin Cavabdeh1 aid hissədə ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh1 izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, i ş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəmə sinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək təl əbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə görə isə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə görə bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olma dığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillər i ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 iddiaçı qarşısında öhdəliyinin olmasına dair möhtəbər sübutlar mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansi yası məhkəməsi tərəfindən iddianın və müvafiq olaraq iddiaçının şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilmişdir ki, həmin dəlillər kasasiya şikayətinin təmin olunması üçün əsas ola bilməz. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu madd ələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-532/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar