Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2723/2021 10.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 saylı, 22 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçının Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı yaşadığı evin sökülməsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq 45.000 manat kompensasiyanın ödənilməsi tələbinə dair iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.09.2018-ci il tarixli, 2-1(82)-3030 saylı qərarı ilə təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin X5 saylı nömrəli, 26.12.2018ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir.
2. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 26.12.2018-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün vəkillə təmin edilməsi barədə müraciət etmiş, məhkəmənin 06.02.2019-cu il tarixli qərardadı ilə ərizəsi təmin olunmuş, q ərardad icra olunması üçün Vəkillər Kollegiyasına göndərilmiş və ona hüquqi yardım göstərilməsi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Cavabdeh tapşırılmışdır.
3. Lakin apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vaxtında verilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin X5 saylı, 19.06.2019-cu il tarixli qərardadı ilə kassasiya şikayəti verilməsi üçün prossesual müddətin bərpası barədə İddiaçı vəsatəti təmin edilməmişdir. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin vəkili kimi vəzifələrini lazımınca icra etməməsi səbəbindən ona vurulmuş maddi və mənəvi mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, vəkil Cavabd eh kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Cavabdeh bəzən qohumunun öldüyünü, bəzən də xəstə olduğunu bəhanə gətirərək, ona həvalə olunmuş işə məsuliyyətsiz yanaşmışdır. Bunun nəticəsində onun kompensasiya almaq üçün Azərbaycan Respublikası Ali Məhkəməsində iddia ərizəsinə baxılmasının qarşısı alınmışdır. Vəkilin bilərək və ya bilməyərəkdən savadsızlığı, məsuliyyətsizliyi və ya hansısa bir başqa səbəbdən Azərbaycan Respublikası Ali Məhkəməsində vətəndaş və məcburi köçkün olaraq iştirak etmək hüququndan məhrum olmuşdur.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, X5 saylı qətnaməsi ilə (hakim İ.Burcayev) iddia təmin edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində Cavabdeh məsuli yyətsizliyi ilə əlaqədar ona 80.000 manat təzminat ödənilməli olmasına dair hansı bir mötəbər sübut təqdim etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseyn (sədrlik edən və məruzəçi), E.Nəbiyev və R.Qurbanov) 22.01.2020-ci il tarixli, X5 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, X5 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi mülki hüquq pozuntularından əmələ gələn öhdəlik göstərilmişdir. Mülki qanunvericilikdə delikt məsuliyyətinin əmələ gəlməsinin 3 şərti göstərilmişd ir: zərər vuranın hüquqa zidd əməli (hərəkət və ya hərəkətsizliyi), zərər vuranın hüquqa zidd əməli ilə zərər faktı arasında səbəbli əlaqə, zərər vuranın təqsiri. Göstərilən 3 şərt məcmu halında birləşərək delikt faktını mülki hüquq pozuntusu kimi qiymətləndirməyə imkan verir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 386.1-ci maddəsinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının X5 nömrəli, 20 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Şamayev və A.Abbasov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilmiş və işin yenidən baxılm ası üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
11. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh həqiqətən 11.03.2019-cu il tarixində “İkitərəfli Xr bronxopnevmaniyanın kəskinləşməsi” diaqnozu ilə "xxxx" MMC-nin “GENERAL HOSPİTAL” tibb mərkəzinə müraciət etməsi, 30.03.2019-cu il tarixinə kimi klinikada müalicə alması, altı aydan sonra xəstənin təkrar müayinə və müalicəsi məsləhət görülməsinə dair “GENERAL HOSPİTAL” tərəfindən verilmiş 08 saylı, 30.03.2019-cu il tarixli arayışa istinad etsə də, işin bu halına diqqət yetirməmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin X5 saylı, 19.06.2019-cu il tarixli qərardadında sözügedən arayışa müddət bərpası barədə vəsatətin əsassızlığı baxımından artıq hüquqi qiymət verilmişdir. Sözügedən qərardan görünür ki, iddiaçının vəkili tərəfindən təqdim edilmiş həmin arayış müddətin üzürlü səbəblərdən ötürülməsi anlamına gəlmək və buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Belə ki, həmin arayışda iddiaçının vəkilinin stasionar müalicədə olması qeyd edilməmişdir. Beləliklə də, iddiaçının vəkilinin şikayəti vaxtında tərtib etmək imkanının ondan asılı olmayan səbəblərdən mümkün olmaması və müddətə əməl olunmasına mane olan digər halların mövcudluğu sübuta yetrilməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və A.V.Tanrıverdiyev) iddiaçının apellyas iya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı iddiasının qismən təmin edilməsi, vurulmuş mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissələrdə rədd olunması qət edilmişdir.
13. Məhkəmə MPM-in 420-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında irəli sürdüyü hüquqi mövqeyi nəzərə alaraq qeyd etmişdir ki, Cavabdeh İddiaçı tərəf olduğu iş üzrə kassasiya şikayəti vermə müddətinin ötürülməsini xəstə olması ilə əlaqələndirilmiş və bununla bağlı “General Hospital” tibbi mərkəzinin arayışlarına istinad etmişdir. Lakin Cavabdeh hər hansı tibb müəssisəsində stasionar müalicədə olma sı barədə heç bir sübut təqdim olunmamışdır. Beləliklə, Cavabdeh kassasiya şikayətini vaxtında tərtib etmək imkanının ondan asılı olmayan səbəblərdən mümkün olmaması və müddətə əməl olunmasına mane olan digər halların mövcudluğu sübuta yetirilməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya hər hansı maddi ziyanın vurulması sübuta yetirilməmişdir. Lakin cavabdehin üzərinə düşən vəzifələri vaxtında yerinə yetirməməsi və biganəliyi ucbatından İddiaçı məcburi köçkün kimi onun üçün kifayət qədər əhəmiyyətli və həssas olan iş üzrə kassasiya şikayəti vermək hüququndan məhrum olmuşdur və bunun nəticəsində İddiaçı mənəvi sarsıntı keçirməklə bilavasitə iddiaçının hərəkətlərindən sonra İddiaçı şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiya ya səbəb olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən hallara əsasən cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər yetirildiyi nəticəsinə gələrək və mənəvi zərərin məbləğini 500 (beş yüz) manat məbləğində ağlabatan hesab etmişdir.
15. Beləliklə, işin hallarına Mülki Məcəllənin 21.1,21.2, 1096.1, 1097.1-ci maddələrini tətbiq edərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən prosessual və maddi pozuntulara yol verərək təqdim olunmuş ilkin sübutları təmin etməmiş, hüququn tətbiqində səhv buraxmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kass asiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması, İddiaçı xeyrinə Cavabdeh 80.000 manat məbləğində təzminatın - 45.000 manat maddi zərər, 35.000 manat mənəvi zərərin tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının atası Milli qəhrəman Ramiz Qənbərovun batalyonunda könüllü kimi “Daşaltı” əməliyyatında xüsusi fədakarlıq göstərmişdir. İddiaçı hazırda Azərbaycan Tibb Universitetinin tələbəsidir. Məhz vəkil Cavabdeh ona həvalə olunmuş işə məsuliyyətsiz yanaşması nəticəsində iddiaçının hüquqları pozulmuşdur, iddiaçı hazırki günə qədər kirayədə yaşayır, çox böyük əsəb və sarsıntılar keçirmişdir. İddiaçı cavabdehdən tələb etdiyi 80.000 manat məbləğind ə təzminatın 45.000 min manatını maddi zərər, 35.000 manatını mənəvi zərər kimi nəzərə almışdır. Cavabdehin hərəkətsizliyi, ona vurduğu ziyan nəticəsində o, kompensasiyadan məhrum olmuş və həmçinin güclü stress, həyəcan keçirmiş, sağlamlığına mühüm ziyan dəymiş, üç ilə yaxındır ki, kirayədə qalaraq, kirayə pulu ödəməyə məcbur olmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin obyektiv araşdırılması üçün lazım olan məhkəmə araşdırmasını aparmadan və istinad edilən hüquq normalarına əhəmiyyət vermədən iş üzrə qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ni müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
20. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə İddiaçı məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 1096. Mülki hüquq pozuntus u (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosess ual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda i şdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutla ra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 24. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun Maddə
3. Vəkilliyin vəzifələri Vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Kassasiya baxışının hədləri
25. MPM-in 407.2-ci maddəsinə əsas ən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
26. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməm əsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununl a yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
31. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mən əvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçırdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
32. Kassasiya kollegiyası hesab edir ki, baxılan iş üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə və kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında ifadə etdiyi hüquqi mövqeyə uyğun olaraq işə yenidən baxmış apellyasiya instansi yası məhkəməsi cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər yetirildiyi nəticəsinə gələrək və mənəvi zərərin məbləğini 500 (beş yüz) manat məbləğində ağlabatan hesab etməklə qanuni nəticəyə gəlmişdir.
33. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddə lərini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının X5 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.