Məhkəmə qərarları › İş №2(102)-2725/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2725/2020

22.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2725/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və X2 ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Mustafayev Elçin Tapdıq oğlunun, cavabdeh A.A.A. “xxxx” ASC-nin vəkili X3 və nümayəndəsi Kazımov Taleh Zakir oğlunun iştirakları ilə, İddiaçı və vəkili Mustafayev Elçin Tapdıq oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)11640/2019 saylı qətnaməsindən verdikləri kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bak ı şəhəri Sabunçu Rayon Məhkəməsi xx xxxxxx 2018-ci il tarixli, 2(008)6896/2018 nömrəli qətnaməsi ilə (hakim İ.R.Burcayev) İddiaçı cavabdeh A.A.A. “xxxx” ASC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilərək, cavabdeh A.A.A. “xxxx” ASC-dən 500 (beş yüz) manat məbləğində maddi zərərin, 4.000 (dörd min) manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-11640/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi Ş.A.Məmmədova, V.T.Həsənov və X.Ə.Sarıyev) İddiaçı apelyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 20 18-ci il tarixli, 2(008)6896/2018 nömrəli qətnaməsinin ləğv edilməsi,iddianın qismən təmin olunması, cavabdehdən 65 (altmış beş) manat maddi, 500 (beş yüz) manat mənəvi zərərə görə iddiaçının xeyrinə pulun tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmiş və cavabdehdən onun xeyrinə maddi ziyan olaraq 10 (on) min manat, mənəvi ziyan olaraq 50 (əlli) min manat məbləğin məcburi qaydada alınması və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2010-cu il tarixdə “xxxx” ASC-nin Ucar rayon xxxx filialın a aparıcı mütəxəssis-mühəndis-mexanik vəzifəsinə təyin olunmuş və xx xxxx 2015-ci il tarixdə ştatların ixtisarı ilə əlaqədar olaraq işdən azad olunmuşdur. Orada işlədiyi beş il müddətində aylıq əmək haqqını vaxtlı-vaxtında ala bilməmiş, müxtəlif bəhanələr gətirən rəhbərlik onu uzun illər aldatmışdır. İddiaçının qeyd edilən vəzifə üzrə əmək müqaviləsinə xitam verildikdən sonra həm əmək haqqının, həm istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın və həm də işdən çıxarma müavinətinin ona ödənilməsi ilə əlaqədar onlara dəfələrlə yazılı və şifahi müraciət etmişdir. O, buna görə təxminən 67 dəfə cavabdehin ünvanına gəlib-getmişdir. Hər dəfə cavabdehin ünvanına gəlib-gedən zaman təxminən 70-80 manat, ümumilikdə 67 x 70 manat=4690 manat məbləğində yeməyə və Bakı şəhərində gecələməyə gö rə pul xərcləmişdir. Heç bir müsbət nəticə əldə edə bilməyən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı xx xxxxxx 2015-ci il tarixdə Sabunçu Rayon Məhkəməsində “Əmək haqqının, istifadə edilməyən məzuniyyətə görə pul əvəzinin və işdən çıxarma müavinətinin ödənilməsi tələbinə dair” iddia qaldırmışdır. Məhkəmədə iddiaçının qaldırmış olduğu iddianın tam təmin olunmasına baxmayaraq cavabdeh, ona ödəniş etmək əvəzinə qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsi isə cavabdehin apelyasiya şikayətini təmin etməmişdir. Sonda cavabdeh kassasiya şikayəti vermiş və kassasiya şikayəti də təmin olunmamışdır. Beləliklə, o 9 dəfə 1-ci instansiya məhkəməsinə, 2 dəfə Bakı Apellyasiya Məhkəməsinə və 2 dəfə Azərbaycan Respublikası Ali Məhkəməsinə gəlib-getməli olmuşdur. Ümumilikdə 13 məhkəmə iclası x 2 gün=26 gün, 26 gün x 140 manat=3640 manat pul təşkil edir. Deməli, o məhkəmə iclaslarında iştirak etməyi ilə bağlı (cavabdehin təqsirinə görə) 3.640 manat məbləğində nəğd pul xərcləməli olmuşdur. Cavabdehin bu hərəkətləri nəticəsində iddiaçı ağır xəstəliyə düçar olmuş və nəticədə o, xx xxxx 2016-cı il tarixdə ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində müayinə olunmuşdur. Həmin Mərkəzdə ona “Damar mənşəli demonsiya Z010” diaqnozu qoyulmuşdur. xx xxxx 2016-cı il tarixdən xx xxxx 2016-cı il tarixə qədər sağlamlıq vəziyyəti ağır olduğundan ailə üzvləri onu Mingəçevir Psixo-Nervoloji Dispanserə aparmalı olmuş, orada müalicə olunmuşdur. Halhazırda vəziyyəti çox ağırdır. Sağlamlığının pozulması il bağlı borc al araq ödədiyi xərclər iki min manat təşkil edir. Sağlamlığı ilə bağlı əlavə qidalanmağa, dəva-dərmanlara və sanatoriya-kurort müalicəsinə də pullar xərcləmişdir.O, bu müddət ərzində fiziki və mənəvi cəhətdən əzab və sarsıntılar keçirmişdir. Qeyd edilənlər nəticəsində iddiaçının həyat və sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi çox vacibdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin qismən ləğv edilib birinci instansiya məhkəməsinin qüvvədə saxlanmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayət inin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili Mustafayev Elçin Tapdıq oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Mustafayev Elçin Tapdıq oğlu kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh A.A.A. “xxxx” ASC-nin vəkili X4 və nümayəndəsi Kazımov Taleh Zakir o ğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı, vəkili Mustafayev Elçin Tapdıq oğlunun, cavabdeh A.A.A. “xxxx” ASC-nin vəkili X3 və nümayəndəsi Kazımov Taleh Zakir oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə maddi ziyanın tutulması hissəsində dəyişdirilməli, maddi ziyan 500 manat məbləğində müəyyən edilməli, qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı mad dəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi gəlmiş olduğu nəticəni işin aşağıda müəyyən olunmuş halları üzrə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Birinci instansiya məhkəməsi məhkəmə iclasında dindirilmiş şahid “taksi xidməti ilə məşğul olan” X1 ifadəsini əsas götürərək iddiaçının məhkəmə iclaslarına ged ib-gəlməsi ilə bağlı xərcin 520 manat məbləğində olmasını müəyyən etmişdir. Lakin qeyd edilməlidir ki, məhkəmənin ifadəsinə istinad etdiyi X1 “taksi xidməti” ilə qanuni əsaslarla məşğul olmağı barədə sübutlar iş materiallarında yoxdur. Belə ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xüsusi avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları razılıq (lisenziya) əsasında həyata keçirilir. Bununla yanaşı, qeyd edilməlidir ki, iddiaçının hüquqlarının müdafiəsi ilə bağlı dəfələrlə Bakı şəhərinə gəlməsi, müəyyən xərc çəkməsi şübhəsizdir. Bu zaman çəkdiyi xərcin məbləğini sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Belə ki, MPM-nin 14.2ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM- nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırda bu faktın sübut edilməsinin əsası kimi çıxış edən şahid ifadəsi yuxarıda qeyd edilən səbəblərdən mötəbər hesab edilmədiyindən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya dəymiş maddi zərərin məbləği 65 (altmış beş) manat müəyyən olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi maddi zərəri hamıya açıq olan internet saytlarında Bakı Beynelxalq Avtovağzalı tərəfindən yerləşdirilmiş rayonlararası avtobusla sərnişin daşımalarının gediş haqqı qiymətləri əsasında hesablanmasını məqqsədəmüvafiq sayır. Apelyasiya instansiyası məhkəməsi mənəvi zərərin ödənilməsi hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmi şdir ki, mənəvi zərərin əvəzinin ödənilməsi zamanı mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Apelyasiya instansiyası məhkəməsi iddiaçının pozulmuş hüquqlarının məhkəmə tərəfindən təmin olunmasını, bu zaman cavabdehdən tutulan pulun miqdarını və işin digər hallarını nəzərə alaraq hesab etmişdir ki, hazırıkı halda mənəvi z ərərə görə cavabdehdən 4000 manat məbləğində pul tutulması tənasübsüz surətdə yüksəkdir. Buna görə də bu məbləğin 500 manat müəyyən edilməsi ədalətli və ağlabatandır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin mənəvi zərərin tutulması hissəsində qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan hissədə düzgün baxılmışdır. Lakin bununla yanaşı apelyasiya instansiyası məhkəməsi maddi ziyanın müəyyən edilməsi hissəsində tam düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının məhkəmə mübahisələri ilə bağlı dəfələrlə Ucar rayonundan Bakı şəhərinə gəlməsi və qay ıtması ilə əlaqədar zəruri xərcləri tam nəzərə almamışdır. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən maddi ziyan 500 manat məbləğində müəyyən edilmiş, iddiaçı həmin məbləğlə razılaşaraq onu apelyasiya qaydasında mübahisələndirməmişdir. Bununla əlaqədar Ali Məhkəmənin Mülki Kollegiyası maddi zərərin 500 manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.2 və 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-11640/2019 saylı qətnaməsi maddi ziyanın tutulması hissəsində dəyişdirilsin. Maddi ziyan 500 manat məbləği ndə müəyyən edilsin. Qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar