Məhkəmə qərarları › İş №2(102)-2728/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2728/2023

12.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2728/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh xxxqızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlakın naturada bölünməsi, açıq hərracdan satılması, maddi hüquq normasının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh xxxqızına qarşı “mülkün real bölgüsü, mümkün olmadıqda açıq hərrac yolu ilə satılması, satış pulunun mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-639/2023 nö mrəli, 23 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh xxxqızının kassasiya şikayətinə 12 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(044)1281/2019 saylı qətnaməsi ilə, İddiaçı cavabdehlər xxxqızına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı ümumi mülkiyyətdə olan əmlakda payın müəyyən edilməsi tələbinə dair iddia tələbi təmin edilərək, xxxqızının mülkiyyətində olan ünvan 1i mülkün ½ hissəsi üzərində xxxqızının, ½ hissəsi üzərində İddiaçı payının müəyyən edilməsi qət edilmişdir.

2. Gəncə Apellya siya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3169/2019 saylı, 21 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli 2(044)1281/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2 (102)-2263/2020 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)3169/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktuba əsasən ünvan 2də yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/2 hissədə xxxqızının və 1/2 hissədə İddiaçı mülkiyyətində olmaqla, xx.xx.2020-ci il tarixli, Ş **********30-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.2020-ci il tarixli ********** saylı çıxarışa əsasən ünvan 2də yerləşən mülk hər birinə 1/2 hissə ilə İddiaçı və xxxqızının mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı”) cavabdeh xxxqızına (bundan sonra “cavabdeh”) qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1u, Ordubadi küçəsi, 97 saylı yaşayış evinin 1/2 hissəsinə olan mülkiyyət hüququnun həyata keçirilməsi üçün həmin hissənin ayrı giriş-çıxışının yaradılması imkanı ilə real bölünməsi, bu texniki cəhətdən mümkün olmadıqda Gəncə şəhəri, Ordubadi küçəsi, 97 saylı yaşayış evinin hərrac yolu ilə satılması və əldə olunan pulun mülkiyyətçilər arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh birgə nikahda olmuş, nikahları pozulmuşdur. Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onunla cavabdeh arasında, hər birinin 1/2 hissə üzərində payları müəyyən edilmiş və bu barədə iddiaçı mülkiyyətində olan sahəyə çıxarış almışdır. Buna baxmayaraq, iddiaçı hələ də mülkiyyətində olan sahədən istifadə etmək imkanından məhrumdur, ümumiyyətlə mülkiyyətində olan sahəyə daxil ola bilmir və cavabdeh hər dəfə ona müxtəlif maneələr yaradır, mülkiyyətindən istifadə etməsini əngəlləyir. Bunun da əsas səbəbi mülkiyyətində ola n yaşayış evinin aralarında real bölgüsünün aparılmaması olmuşdur.

7. Buna görə də yaşayış evi iddiaçı və cavabdehin arasında bərabər qaydada bölünməli, iddiaçıya yaşayış sahəsindən sərbəst istifadə etmək imkanı yaradılması üçün ayrıca giriş-çıxışın olması vacibdir.

8. Əmlakın real bölgüsü və yaşayış evinin ayrıca giriş-çıxışının yaradılma imkanı texniki cəhətdən mümkün olmasa, əmlak açıq hərracdan satılaraq dəyəri paylara uyğun bğlünməlidir. Çünki iddiaçının mülkiyyətində olan əmlakda payının satılması və s. bu kimi təkliflə cavabdehlə danışığa getməsi, ona mülkiyyətlə əlaqədar hər hansı təklif irəli sürməsi mümklün deyildir.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 220-ci maddəsinə istinad etmişdir.

10. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.

11. Bir inci instansiya məhkəməsi mübahisədə adı keçən yaşayış evinin tərəflərin payına uyğun naturada bölgüsünün mümkünlüyünü aydınlaşdırmaq məqsədil tikintitexniki ekspertizası təyin etmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/567 saylı rəyinə əsasən ünvan 2də yerləşən fərdi yaşayış evinin tərəflərin paylarına uyğun olaraq 1/2 hissələrə uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.1., 2.2., 2.4., 2.7., 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyil.

13. Gəncə Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(125)-1738/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, İddiaçı ½ hissədə və xxxqızının ½ hissəd ə paylı mülkiyyətlərində olan ünvan 1 saylı fərdi yaşayış evinin açıq hərracda satılaraq satışdan əldə edilən pulun İddiaçı və xxxqızının paylarına mütənasib surətdə onların arasında bölüşdürülməsi, iş üzrə məhkəmə ekspertiza xərci olan 100 (yüz) manatın cavabdeh xxxqızından tutulması qət edilmişdir. (hakim Xədicə Səfərli)

14. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən edib ki, mübahisədə adı keçən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçı və cavabdehə məxsusdur. Tərəflər paylı mülkiyyətdə olan evə sahiblik və ondan istifadə barədə razılığıa gələ bilməyiblər, həmin yaşayış sahəsinin tərəflərin payına uyğun naturada bölünməsi mümükün olmayıb. İddiaçı ilə cavabdeh payın müqabilində kompensasiyanın verilməsi barədə razılığıa gəlməyiblər.

15. Birinci instansiya məhk əməsi belə qənaətə gəlib ki, paylı mülkiyyətdə olan əmlakın tərəflərin paylarına uyğun naturada bölünməsi, eləcə də, paylı mülkiyyət hüququna kompensasiya verməklə xitam verilməsi mümkün olmamışdır ki, bu halda paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması yalnız həmin əmlakın açıq hərracda satılması və əldə olunmuş vəsaitin mülkiyyətçilər arasında bölünməsi yolu ilə mümkündür.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 220.1-220.4, 220.6, 221-ci, Mülki Prosesual Məcəllənin 14.2, 217.4-cü maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsind ə icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə işə baxarkən cavabdehin iştirakını təmin etməmişdir; - bundan başqa, Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini pozmuşdur. İddiaçı ilk olaraq cavabdehə kompensasiya ilə bağlı təkliflə müraciət etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında həmin normanın tətbiqi ilə bağlı prosedur göstərilib. Həmin prosedura görə ilkin olaraq iddiaçı cavabdehə kompensasiya ilə bağlı təklifini verməli, razılıq olmadığı halda əmlak natu rada bölünməli, bu da mümkün olmadıqda hərracda satılmalıdır; - məhkəmə sübutlara düzgün qiymətləndirməmişdir.

19. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, göstərmişdir ki, hazırda həmin evdə oğlu Azər anası ilə birgə yaşayır. O, cavabdehə evdən öz payının dəyərinin cavabddeh tərəfindən ona ödənilməsini dəfələrlə təklif etmiş, lakin cavabdeh bundan imtina etmiş və aralarında razılaşma əldə edilməmişdir.

20. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2(104)-639/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), hakimlər İslam Həsənov, Şamil Rzaquliyev)

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli mənzilə payları müəyyən edilmişdir. Belə ki, mübahisə predmeti olan ünvan 1u, X3 küçəsi, ev 97 ünvanında fərdi yaşayış evinin ½ hissəsi İddiaçı qızının, ½ hissəsi isə cavabdeh xxxqızının paylı mülkiyyətindədir. Ekspert rəyinə əsasən ünvan 1u, X3 küçəsi, ev 97 ünvanda yerləşən evin tərəflər arasında 1/2 hissə ilə paylara uyğun olaraq natura qaydasında təcrid mənzillər şəklində bölünməsi inşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyil.

22. Həmçinin, iş üzrə iddiaçının payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsinin qeyri-mümkünlüyü müəyyən edilmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, iddiaçı ilə ca vabdeh payın müqabilində kompensasiya verilməsi barədə razılığa gələ bilməmişlər.

23. Apellyasiya instansiyası məhkəməsi cavabdehin birinci instansiya məhkəməsində iştirakının təmin edilməməsi və iddiaçının ona kompensasiya təklifi ilə bağlı heç bir sübut təqdim etməməsi ilə bağlı apellyasiya dəlillərinə münasibətdə qeyd etmişdir ki, işin 181-ci vərəqəsində olan sifarişli xəbərnaməyə əsasən, cavabdeh birinci instansiya məhkəməsində işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Bundan başqa, cavabdeh iddiaçının ona kompensasiya təklifi ilə bağlı heç bir sübut təqdim etməməsini göstərsə də, iş materialları ilə müəyyən edilmişdir ki, uzun müddətdir ki, onların arasında mənzil mübahisələri va rdır və tərəflər payın müqabilində kompensasiya verilməsi barədə razılığa gələ bilməmişlər.Cavabdeh özü də, şikayətinin dəlillərində iddiaçının payının dəyərini ödəmək arzusunda olmaq niyyətini ifadə etməmiş və heç bir üzrlü səbəblər olmadan birinci instansiya məhkəməsinə və məhkəmə kollegiyasının iclasına gəlməyərək, bu niyyətini ifadə etməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iş materiallarında iddiaçının ona belə bir təklif etməsi ilə bağlı heç bir xəbərdarlığı olmamışdır.Əgər belə bir xəbərdarlıq olsaydı tərəfindən qeyd olunan təklifə öz münasibətimi bildirərək ya iddiaçıdan payını alardı və yaxud ona razılıq əsasında payının müqabilində pul kompensassiyasını təklif edərdi. Qeyd olunan dəlili cavabdeh apellyasiya şikayətində də göstərib. İdddiaçı cavabdehlə danışmadığına görə ona belə bir təklifdə bulunmamışdır. Məhkəmə qətnaməsində göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında uzun müddətdir ki, mübahisə gedir və payla bağlı razılığa gələ bilməyiblər.İddiaçı ilə olan mübahisə əqdlə bağlı olmaqla mənzil üzərində cavabdehin payının artırılmasına münasibətdə olmuşdur. Bu isə o anlama gəlmir ki, mübahisə payın kompensassiya hissəsi və yaxud onun ödənilməsindən imtina ilə bağlı olmuşdur. Hazır ki, tələb əvvəlki tələbdən fərqlidir. İddiaçı həqiqətən də cavabdehə pa yın əvəzində kompensassiya edilməsi ilə bağlı yazılı olaraq təklif etmiş olsaydı cavabdeh tərəfindən adekvat münasibət bildirilərdi. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəl lənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı: Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiy yəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə, belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surə tdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya on lar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik ed ə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

28. Kassasiya şikayətində cava bdeh apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmayıb.

31. Belə ki, Mülki Məcəllənin 220.3-220.6-cı maddələri paylı mülkiyyətin mülkiyyətçilərinin ümumi əşyanın bölünməsi və ondan payının ayrılmasını mərhələli şəkildə nizama salır. Bu normalarda müəyyən edilən qaydaya görə ilkin olaraq paylı mülkiyyətin mülkiyyətçiləri ü mumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Ayrılan mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi də mümkün olmadıqda məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

32. Apellyasiya instansiyası məhkəməsinin özünün də istinad etdiyi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında da qeyd edilib ki, ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

33. Hazırki işdə tərəflərin paylı mülkiyyətdə olan evin bölünməsi barədə razılıq əldə etməmələri, həmin evin naturada paylara uyğun bölünməsinin mümkün olmaması müəyyən edilib. Belə olan halda, növbəti mərhələ olaraq ayrılan mülkiyyə tçi kimi iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən ona ödənilməsini tələb edə bilər. Lakin işdən bu mərhələyə tam əməl edilməsi görünmür.

34. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehlə danışığa getməyin, ona hər hansı təklif verməyin mümkün olmamasını bildirmişdir. Cavabdehin də apellyasiya şikayətinin əsas dəlili ona müvafiq təklifin gəlməməsi barədə olmuşdur. Buna baxmayaraq, məhkəmələr, o cümlədən işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işin bu halına aydınlıq gətirməmiş, ümumi mülkiyyətdə olan əşyanın dəyəri, ayrılan mükiyyətçinin payının pul ifadəsində nə qədər təşkil etməsi, həmin məbləğin iddiaçıya ödənilməsinə cavabdehin razı olub-olmaması məhkəmə tədqiqatından kənarda qalmışdır.

35. Bu da onu deməyə əsas verir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulan ikinci mərhələni tətbiq etmədən, sonuncu mərhələni – ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi – tətbiq etmişdir ki, bu da Mülki Məcəələnin qeyd edilən normalarına və həmin normaların tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında əks edilən hüquqi mövqeyə uyğun olmamışdır.

36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında uzun müddət mənzil mübahisələrinin olmasını payın müqabilində kompensasiya verilməsi barədə razılığın əldə edilməməsi kimi qiymətləndirməsini də əsaslı saymır. Çünki işdən görünü r ki, tərəflər arasında mübahisə ümumi mülkiyyətdə olan ev üzərində payların müəyyən edilməsi ilə bağlı olmuşdur. Həmin mübahisənin hazırki iş üzrə kompensasiya təklifinə razılıq əldə edilməməsi kimi qiymətləndirilməsinin nə ilə müəyyən edilməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünmür.

37. Qeyd edilənlər göstərir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əssaslı hesab edilə bilməz. Halbuki qətnamə qanuni və əsaslı olmalı, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. (MPM, 217.1, 218.1)

38. Beləl ilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

39. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxxqızının kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104 )-639/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar