Məhkəmə qərarları › İş №2(102)-2730/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2730/2024

31.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2730/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 (üçüncü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 (üçüncü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb edilməklə) qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın 2(105)566/2024 nömrəli, 19 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətlərinə 31 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 330 saylı xx.xx.2005-ci il və 375 saylı xx.xx.2006-cı il və 1046 saylı xx.xx.2007-ci il tarixli sərəncamları əsasında tərtib olunmuş və komissiya tərəfindən tərtib edilmiş “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” akta əsasən, komissiya görülmüş işlərin tikinti norma və qaydalarına uyğun aparıldığı qənaətinə gələrək fərdi yaşayış evini yararlı kimi istismara qəbul etmişdir. 2. xx.xx.2010-cü il tarixli İP-446/ K saylı kredit müqaviləsinə əsasən kreditor "xxxx" ASC ilə borcalan İddiaçı arasında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasın kreditor borcalana Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivi ünvanında 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 165,8 kv.m.,o cümlədən yaşayış sahəsi 58,4 kv.m. olan fərdi yaşayış evi üçün 35.000 manat məbləğində krediti hər 324 manat ödəmək şərtilə kredit verilmişdir. 3. xx.xx.2010-cü il tarixli İP-446 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron ərazi idarəsi tərəfindən verilmiş xx.xx.20210-cu il tarixli 1421 saylı arayışa əsasən 3 otaqlı ümumi sahəsi 165,8 kv.m. olan, o cümlədən, yaşayış sahəsi 58,4 kv.m. olan Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivi ünvanında 2 mərtəbəli fərdi yaşayış evini ipoteka qoyanın mülkiyyətinə vermişdir. Satılan fərdi yaşayış evi xx.xx.2010-cu il tarixli MA ******* saylı hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən satıcıya məxsusdur. Mənzilin satış qiyməti 42.000 manatdır, mənzilin dəyərinin 7.000 manatı alıcı ipoteka qoyanın özü tərəfindən, 35.000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən xx.xx.2010-cü il tarixli İP446/K saylı kredit müqaviləsinə əsasən alıcı ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA Seriyalı, ******* №-li çıxarışda Abşeron rayonu Xırd alan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivi ünvanında 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 165,8 kv.m.,o cümlədən yaşayış sahəsi 58,4 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə qeydiyyata alındığı qeyd edilmişdir. 5. xx.xx.2018-ci il tarixli Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət agentliyinə ünvanlanan mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivi fərdi yaşayış evinin texniki vəziyyəti haqqında mütəxəssis rəyi ilə “yaşayış evi hazırda istismar üçün (təhlükəli) yolverilməz vəziyyətdədir, gələcəkdə normal istismarını təmin etmək üçün müvafiq layihə əsasında bərpa gücləndirmə işlərinin aparılması vacib hesab olunur. Göstərilən fəsadlar təbii fəlakətlər nəticəsində əmələ gəlməmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 1889 saylı rəyindən görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli mütəxəsis rəyinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində yerləşən İddiaçı məxsus fərdi yaşayış evi hazırda istismar üçün (təhlükəli) yolverilməz vəziyyətdə olduğu,gələcəkdə normal istismarını təmin etmək üçün müvafiq layihə əsasında bərpa gücləndirmə işlərinin aparılması vacib hesab olunduğu müəyyən edilmişdir. Daha sonra tədqiq olunan yaşayış evinin divarlarında çatların əmələ gəlməsi haqqında yekun rəy ərazidə mü həndis axtarış işləri aparıldıqdan və bünövrə altı qruntlar öyrənildikdən sonra vermək olar. Lakin bununla belə mütəxəssis rəyinə əsasən tədqiq olunan fərdi yaşayış evin tikinti norma və qaydalarına əməl olunmadan inşa edilməsi, həmçinin bina ətrafı su səkisi olmadığından atmosfer sularının mütamadi olaraq bünövrəyə axması eləcədə bünövrənin dərinliyinin və eninin mövcud qrunta uyğun seçilməməsi səbəbindən yaşayış evinin tikildiyi vaxtdan indiyə qədər keçən müddət ərzində bünövrə altı qrunt əsasında tədricən qeyri-bərabər çökməsi baş verdiyi və nəticədə son vaxtlarda binanın ön, arxa və orta boyuna divarlarında iki tərəfli (keçici) çatlar əmələ gəldiyi müəyyən olunur.

7. Hüquq və Torpaq Məsələləri MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu Xırdalan şəhə ri Yoncalıq ərazisi yeni yaşayış massivi ünvanında 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 165,8 kv.m.,o cümlədən yaşayış sahəsi 58,4 kv.m. olan fərdi yaşayış evinin yükdaşıyan və arakəsmə divarlarında müxtəlif ölçülü üfüqi və şaquli istiqamətlərdə daxildən xaricə qədər çatların olduğu 2-ci mərtəbəsində dəmir beton sütunların olmadığı, bünövrəaltı dəmir beton konstruksiyanın müxtəlif ölçülü 15.0 və 7.0 sm olduğu,hamar olmadığı və 1-ci mərtəbənin tavanına qədər olan sütunları ovxalandığı üçün fərdi yaşayış evinin normal istismarını təmin etmək üçün bərpa gücləndirmə işlərinin aparılması mümkün deyildir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 18893 saylı rəyindən görünür ki, Hüquq və Torpaq Məsələləri MMC-nin xx.xx.2019-cu il tarixli m ütəxəsis rəyinə əsasən Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivində yerləşən İddiaçı məxsus 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 165,8 kv.m. olan fərdi yaşayış evinin yükdaşıyan və arakəsmə divarlarında müxtəlif ölçülü üfüqi və şaquli istiqamətlərdə daxildən xaricə qədər çatların olduğu 2-ci mərtəbəsində dəmir beton sütunların olmadığı, bünövrəaltı dəmir beton konstruksiyanın müxtəlif ölçülü 15,0 və 7.0 sm olduğu, hamar olmadığı və 1-ci mərtəbənin tavanına qədər olan sütunları ovulması səbəbindən həmin fərdi yaşayış evinin normal istismarını təmin etmək üçün bərpa gücləndirmə işlərinin aparılması mümkün olmadığı müəyyən edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/613 saylı rəyindən görünür ki, Hüquq və Torpaq Məsələləri MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 82 saylı mütəxəsis rəyinə əsasən Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivi ünvanında 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 165,8 kv.m.,o cümlədən yaşayış sahəsi 58,4 kv.m. olan fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğuna görə istismara tam yararsız olduğu və həmin evin tam sökülməsinə və indiki bazar qiyməti ilə yenidən tikintisinə çəkiləcək xərclərə təqribən 82,183.0 manat məbləğində vəsait lazımdır.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(105)-385/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh1nə qarşı “maddi və mənəvi ziyana görə kompensasiyanın tutulması” tələbinə dair apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəmə sinin xx.xx.2021-ci il tarixli 2-1(118)-3/2021 nömrəli qərarı ləğv edilərək iddia mümkünsüz hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb olunmaqla, cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 maddi ziyana görə 82183 manat, mənəvi ziyana görə 17000 manat olmaqla, cəmi 99183 manat pulun onun xeyrinə tutulması və ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xidməti vəzifəsi ilə əlaqədar sözügedən fərdi yaşayış evini əldə etdikdən sonra həmin evdə yaşamamışdır. O, ailə üzvləri ilə birlikdə Azərbaycan R espublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin Yaşma Hərbi şəhərciyində zabitlər üçün xidməti evdə yaşamışlar. 2014-cü ilin may ayında xidmət yeri dəyişildiyinə görə yaşamaq üçün ev əşyaları və ailə üzvləri ilə birlikdə həmin evə qayıtdıqda evin yararsız vəziyyətə olduğunu aşkar etmişlər. Belə ki, fərdi yaşayış evinin bütün divarlarında ikitərəfli iri çatlar əmələ gəlmişdir. Evin qəzalı vəziyyətdə olduğunu gördükdə o, məcburiyyət qarşısında qalaraq cehiz əşyalarının əksəriyyətini həmin evə yerləşdirib ailə üzvləri ilə birlikdə ayda 250 manat ödəməklə başqa evdə kirayədə yaşayırlar. Bundan başqa həmin qəzalı evə görə aylıq 146 manat "xxxx" ASC-yə kredit borcu ödəməkdədir. Evin vəziyyəti ilə əlaqədar ilkin olaraq evi satan Cavabdeh2, Azərbaycan Respublikası İpoteka Fonduna, A zərbaycan Respublikası FHN-nə çoxsaylı müraciətlər etmişdir. Azərbaycan Respublikası FHN və Azərbaycan Respublikası İpoteka Fondunun əməkdaşları fərdi yaşayış evinə yerli baxış zamanı evin dörd tərəfini qazdıqları vaxt evin bünövrəsinin bəzi yerlərdə 7 sm, bəzi yerlərdə 14-17 sm çatın olduğunu və heç bir yerdə dəmir karkasın olmadığını aşkar etmişlər. Bu və digər keyfiyyətsiz materiallardan keyfiyyətsiz tikilən evin tikinti norma və qaydalarına uyğun tikilmədiyini, evin ağırlığa davam gətirməyərək bünövrədəki çatların divarlarda, arakəsmələrdə olan qüsurlar üzündən qəzalı vəziyyətə düşdüyünü bildirmişlər. Daha sonra o, Cavabdeh1nə dəfələrlə bu barədə yazılı müraciətlər etsə də, heç bir cavab verilməmişdir. Cavabdeh Abşeron RİH evi tikib ona satan bu işdə Cavabdeh2 istismara qəbul edərək Dö vlət Aktını verməmişdən öncə sözü gedən evə baxış keçirməli idi. Cavabdeh2 ilə fərdi yaşayış evinin alqı-satqısına dair müqaviləni həmin evə dair digər hüquqi sənədlərlə yanaşı, digər Cavabdeh1 tərəfindən 330 saylı xx.xx.2005-ci il, 375 saylı 06.10. 2006-cı il və 1046 saylı xx.xx.2007-ci il tarixli sərəncamlarla komissiya tərəfindən tərtib edilmiş “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” akta əsasən bağlamışdır.

13. İddiaçının nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək iddiaçı ilə eyni məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini məqsədə müvafiq hesab etmir. Belə ki, Sumqayıt İnzibati və Sumqayıt Apellyasi ya Məhkəmələrinin müvafiq qərarları olduğundan iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.

14. Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 Rüfət oğlu izahatında bildirmişdir ki, iddiaçı iddia ərizəsində xx.xx.2010-cu il tarixdə kreditor-ipoteka saxlayan bankdan 42.000 manat məbləğində kredit götürərək ipoteka fondu ilə müqavilə bağlayaraq Abşeron rayonu Yoncalıq ərazisində yerləşən yeni yaşayış massivində tikinti briqadası ilə birlikdə ev tikib, öz adına rəsmiləşdirməsini, həmin evi 70.000 manata əldə etdiyini, xidməti vəzifəsi ilə əlaqədar sözügedən fərdi evdə yaşamadığını, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin zabitlər üçün ayrılmış xidməti evdə ailə üzvləri ilə birlikdə yaşadığını, 2014-cü ilin may ayında xidmət yerini dəyişdirdiyinə görə ailə üzvləri ilə mü bahisəli evə gəldikdə fərdi yaşayış evinin bütün divarlarında iki tərəfli iri çatların əmələ gəldiyini gördüyünü, evin qəzalı vəziyyətdə olduğunu gördükdə məcburiyyət qarşısında qalaraq cehiz əşyalarının əksəriyyətini həmin evə yerləşdirib ailə üzvləri ilə birlikdə ayda 250 manat ödəməklə başqa evdə kirayədə yaşadığını, həmin qəzalı evə görə aylıq 146 manat "xxxx" ASC-yə kredit borcu ödədiyini, bu səbəbdən evin sökülüb yenidən tikilməsi üçün tələb olunan pul vəsaitini və mənəvi zərəri cavabdehdən tələb etdiyini göstərmişdir. Belə ki, cavabdeh özü etiraf etmişdir ki, evlə bağlı Cavabdeh1 tərəfindən İstismar aktı verilmişdir. İddiaçı tərəfindən tikilmiş evin istismara qəbul vəziyyətinin müəyyən edilməsi üçün evin tikilməsindən sonra Cavabdeh1nə müraciət etmiş, İcra Hakimiyyəti komissiya tə şkil etmiş və komissiya tərəfindən 330 saylı xx.xx.2005-ci il və 375 saylı xx.xx.2006-cı il və 1046 saylı xx.xx.2007-ci il tarixli sərəncamlarla tərtib olunmuş “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” akta əsasən, komissiya görülmüş işlərin tikinti norma və qaydalarına uyğun aparıldığı qənaətinə gələrək fərdi yaşayış evini yararlı kimi istismara qəbul etmiş və verilən istismar aktı həmin yaşayış sahəsinin dövlət qeydiyyatı üçün əsas hesab edilmişdir. Həmin sənədlər əsasında Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrinə müraciət edərək evi dövlət reyestr qeydiyyatından keçirmiş və çıxarış alaraq iddiaçıya satmışdır. Cavabdeh tərəfindən tikdirilmiş ev Abşeron RİH tərəfindən yaradılmış müvafiq komissiya tərəfindən hər tərəfli müayinə olunaraq istifadəyə yararlığı müəyyən edilmiş və yaşayış üçün uyğun hesab edilmişdir. Evin tikilməsini qüvvədə olan qanunvericiliyə müvafiq qaydada aparmış, bu aidiyyəti dövlət orqanının yaratdığı komissiyanın apardığı tikinti araşdırması və tərtib etdiyi aktla tam təsdiq olunmuşdur. Mübahisə obyekti olan evin alqı-satqısı baş verdikdən 4 il sonra yəni 2014-cü ildə İddiaçı evdə konstruktiv dəyişiklik edərək evin eyvanının daşıyıcı divarı olan 1-ci mərtəbənin qapı kandarını bütövlüklə sökmüşdür. Nəticədə evin beton dayaq konstruksiyası ilə əlaqəli olan eyvan uçmuş və bu evin ümumi zədələnməsinin səbəblərindən biri olmuşdur. Mübahisəli fərdi ev 2010-cu ildə iddiaçı tərəfindən alınmış və evə 2014-cü ildə köçmək istəmiş, lakin köçməmişdir. Daha sonra isə müvafiq orqanlara müraciət etmiş onun 2016-cı ilədək evi aldığı vaxtdan 6 il keçməsinə dair məhkəməyə müraciət etməsinə dair sübut yoxdur. Daha sonra bildirmişdir ki, mübahisəli fərdi evin alqı-satqısı xx.xx.2010-cu il tarixdə olmuş, ancaq iddia tələbi xx.xx.2021-ci il tarixdə verilmişdir.

15. Cavabdeh1 nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin yararsız olmasını bildirsə də, Cavabdeh1 tərəfindən İstismar aktı verilmişdir. Komissiya tərəfindən 330 saylı xx.xx.2005-ci il və 375 saylı xx.xx.2006-cı il və 1046 saylı xx.xx.2007-ci il tarixli sərəncamlarla tərtib olunmuş “Qeyridövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqı nda” akta əsasən, komissiya görülmüş işlərin tikinti norma və qaydalarına uyğun aparıldığı qənaətinə gələrək fərdi yaşayış evini yararlı kimi istismara qəbul etmişdir. Həmin aktda fərdi yaşayış evinin yaşayışa uyğun olubolmaması göstərilmişdir. Verilən istismar aktı həmin yaşayış sahəsinin dövlət qeydiyyatı üçün əsas hesab edilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2836 saylı rəyindən görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli mütəxəssis rəyinə əsasən Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin hazırda istismar üçün (təhlükəli) yolverilməz vəziyyətdə olduğu, gələcəkdə n ormal istismarını təmin etmək üçün müvafiq layihə əsasında bərpa gücləndirmə işlərinin aparılması vacib hesab olunduğu müəyyən edilmişdir. Fərdi yaşayış evinin əsas yükdaşıyan divarların və arakəsmələrin üzərində çoxlu sayda üfüqi və şaquli istiqamətlər iki tərəfli çatlar əmələ gəlməsi, evin eyvanın daşıyıcı divarı olan 1-ci mərtəbənin qapı kənarının sökülməsi müəyyən olunmuşdur. Eyni zamanda mütəxəssis rəyinə əsasən tədqiq olunan fərdi yaşayış evinin tikinti norma və qaydalarına əməl olunmadan inşa edilməsi, həmçinin bina ətrafı sel səkisi olmadığından atmosfer sularının mütəmadi olaraq bünövrəyə axması, eləcə də bünövrənin dərinliyi və eninin mövcud qrunta uyğun seçilməməsi səbəbindən tədricən qeyri bərabər çökmə baş verdiyi və nəticədə son vaxtlarda binanın ön, arxa və orta boyuna divar larında ikitərəfli (keçici) çatlar əmələ gəldiyi müəyyən olunur. Mütəxəssis rəyinə əsasən Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivində yerləşən 5 otaqlı 165.8 kv.m. olan fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğuna görə istismara tam yararsız olduğu və həmin evin tam sökülməsinə və indiki bazar qiyməti ilə yenidən tikintisinə çəkiləcək xərclərə təqribən 82183.0 manat məbləğində vəsait tələb olunduğu müəyyən edilmişdir.

17. Abşeron Rayon Məhkəməsinin 2(012)-115/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi və Azərb aycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 18 avqust 2023-cü il tarixli, 10/2836 saylı məhkəmə tikinti-texniki ekspertizasına 100 manat ekspertiza xərcinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (SAP (XİİS) hesabı-X2, kod210005; VÖEN**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************) köçürülməsi qət edilmişdir (hakim Elman Məmmədov).

18. Məhkəmə iddia tələbinin Cavabdeh1nə qarşı hissəsi ilə bağlı qeyd edir ki, məhz mübahisə predmeti olan fərdi yaşayış evinin istismara qəbul edilmə aktının təsdiq edilməsinə görə pulun Cavabdeh1ndən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab etmir. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı fərdi yaşayış evini digər cababdeh Cavabdeh2 alqısatqı yolu ilə əldə etmiş, Cavabdeh1 ilə iddiaçı arasında qarşılıqlı mülki hüquq və vəzifələr yaranmamışdır.

19. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrdən 10 ildən çox bir müddət keçdikdən sonra İddiaçı cavabdehlərə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməklə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini buraxmış və bu fakt da Azərbaycan Respublikası MM-in 375.2-ci maddəsinin tələbinə görə məhkəməyə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini imperativ norma kimi müəyyən etmişdir.

20. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1. 372.2, 373.2, 375.2, 377.1, 384.0.4-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin digər Cavabdeh2 aid hissədə, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi kimi hüquqi qiymət vermiş və qətnamədə neçə illik iddia müddətinin tətbiq edildiyini və iddia müddətinin axımının başlanmasını ümumiyyətlə əsaslandırmamışdır. Qeyd etmişdir ki, iddiaçı alqı-satqı müqaviləsindən irəli gələn tələblər üzrə yox, məhz Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona vurulmuş zərərin əvəzini tələb e tmişdir. Buna görə belə hesab etmişdir ki, hazırkı məsələyə bu prizmadan yanaşılmalı və ümumi iddia müddətinin, yəni 10 illik müddətin tətbiq edilməsi məqsədə uyğun olmalıdır. Göründüyü kimi məhkəmə qətnamə qəbul edərkən sadalanan normaların tələblərinə biganə yanaşaraq iddiaçının Cavabdeh1nə qarşı tələblərinin əsassız olduğu qənaətinə gəlmişdir. Hesab etmişdir ki, mübahisəli qətnamə ləğv edilərək, iddia tələblərinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə öz qətnaməsində iddia tələbinin Cavabdeh1nə qarşı hissəsi ilə bağlı qeyd etmişdir ki, məhz mübahisə predmeti olan fərdi yaşayış evinin istismara qəbul edilmə aktının təsdiq edilməsinə görə pulun Cavabdeh1ndən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab etməmişdir. Belə ki, işin faktiki hallarından görün düyü kimi iddiaçı fərdi yaşayış evini digər Cavabdeh2 alqı-satqı yolu ilə əldə etmiş, Cavabdeh1 ilə iddiaçı arasında qarşılıqlı mülki hüquq və vəzifələr yaranmamışdır. Bu hissədə qeyd etmişdir ki, Cavabdeh1 qanun və digər normativ hüquqi aktlarla üzərinə tikinti obyektinin istismarına icazə verilməsi öhdəliyi qoyulmuş və bununla əlaqədar ona müəyyən səlahiyyətlər vermişdir. Lakin cavabdehin vəzifəli şəxslərinin həmin səlahiyyətlərə qarşı biganə yanaşmaları və səhlənkarlıqları nəticəsində (fərdi yaşayış evinə baxış keçirmədən və bununla əlaqədar zəruri tədbirlər görmədən) iddiaçıya maddi zərər vurulmuşdur. Məhkəmə iddia tələbinin digər Cavabdeh2 aid hissədə isə iddia müddətini tətbiq edilməklə iddianın rədd edilməsi kimi hüquqi qiymət vermiş və qətnamədə neçə illik iddia müddətinin tətbiq edildiyini və iddia müddətinin axımının başlanmasını ümumiyyətlə əsaslandırmamışdır. Hesab etmişdir ki, məhkəmə tərəfindən AR MM-nin 373-cü maddəsi tətbiq edilməklə, iddia müddətinin ötürülməmiş hesab edilməsi qənaətinə gəlinməli idi. Belə ki, həmin maddəyə əsasən ümumi iddia müddəti on il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il təşkil edir. Lakin burada vurğulamışdır ki, iddiaçı alqısatqı müqaviləsindən irəli gələn tələblər üzrə yox, məhz Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona vurulmuş zərərin əvəzini tələb etmişdir. Fikrincə, hazırkı məsələyə bu prizmadan yanaşılmalı və ümumi iddia müddətinin, yəni 10 illik müddətin tətbiq edilməsi məqsədə uyğun olmalıdır. Həmçinin, qeyd etmişdir ki, AR MM-nin 379-cu maddəsinə əsasən iddia müddətinin axımı iddiaçı hərb i vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduğuna görə ümumiyyətlə, dayandırılmış hesab edilməlidir. Ona görə ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin Yaşma Hərbi şəhərciyində, daha sonra isə, ölkənin müxtəlif regionlarında xüsusi hərbi xidmətdə, hərbi əməliyyatlarda, o cümlədən, “aprel döyüşlərində”, “44 günlük Vətən müharibəsində” və zaman-zaman müxtəlif hərbi və təlim xarakterli təlimlərdə iştirak etmişdir. Çoxsaylı ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, sözügedən fərdi yaşayış evi tikinti norma və qaydalarına uyğun inşa edilməmiş, o cümlədən ümumiyyətlə fərdi yaşayış evinin normal istismarını təmin etmək üçün bərpa gücləndirmə işlərinin aparılmasının qeyri-mümkün olması, həmçinin fərdi yaşayış evi qəzalı vəziyy ətdə olduğuna görə istismara tam yararsız olduğu üçün yalnız həmin evin tam sökülməsinə və indiki bazar qiyməti ilə yenidən tikintisinə 82183 manat məbləğində vəsait tələb olunur.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-566/2024 nömrəli mülki iş üzrə 19 aprel 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 maddi ziyana görə 82183 manat pul alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun 304 manat hissəsi və apellyasiya şikayət i üzrə ödənilmiş dövlət rüsumunun 152 manat hissəsi, cəmi 456 manatın Cavabdeh2 alınaraq İddiaçı xeyrinə tutulması, qalan hissədə dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), L.Rəhimli və F.Məmmədov)

24. Məhkəmə kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(105)-385/2021 nömrəli qərardadı barəsində qeyd etmişdir ki, prosessual hüquq nəzəriyyəsində cavabdeh - iddia tələbinin yönəldiyi şəxs, başqa sözlə iddiaya cavab verməli olan şəxsdir. İddiaçının tələbinə görə cavabdeh onun subyektiv hüququnu və ya qanunla qorunan marağını pozur və ya ona mübahisə edir. Məhkəmə icraatında iddiaçı və cavabdeh ona görə “tərəflər” adlandırılır ki, digər şəxslər deyil, məhz iddiaçı ilə cavabd eh hüquq münasibətinin və ya mübahisəsinin yaranmasında bilavasitə iştirak edir və bununla da bu prosedurun iştirakçısına çevrilirlər. Bu səbəbdən də onlara “tərəf” adının verilməsi təsadüfi deyil. Başqa sözlə iddiaçı və cavabdeh mübahisəli hüquq münasibətinin tərəfi olurlar.

25. Məhkəmə kollegiyası bildirmişdir ki, hazırda yaranmış mübahisəli hüquq münasibətinin bir tərəfi iddiaçı, digər tərəfi Cavabdeh1 deyildir. Çünki sonuncu mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı, tərəfi deyil, zərərin ödənilməsi tələbi üzrə cavabdehlik daşıya bilməz, buna görə də onun üzərinə hər hansı vəzifə ( məsələn zərərin ödənilməsi) qoyula bilməz və bu səbəbdən də bu iddiaya cavab verməli olan orqan deyil. Belə ki, iddiaçının marağını ona lazımi keyfiyyətdə olmayan daşınmaz əmlak satmış satıcı poz muşdur. Bu səbəbdən də iddiaçı ona vurulmuş zərərin əvəzini Cavabdeh1ndən deyil, lazımi keyfiyyətdə olmayan malın ona satılmasına nail olmuş şəxsdən - Cavabdeh2 tələb etməli idi.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh2 aid hissədə isə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi ilə bağlı dəlili ilə razılaşmayaraq hesab etmişdir ki, İddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.

27. Məhkəmə kollegiyası iddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsi ilə bağlı hesab etmişdir ki, bu hissədə iddia təmin olunmamalıdır. Belə ki, iddiaçı mənəvi zərərin əvəzi olaraq 17000 manat kompensasiya ödənilməsini tələb etsə də, ona dəymiş mənəvi zərərin nədə ifadə olunmasını göstərməmiş, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəmə yə təqdim etməmişdir.

28. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1, 380.1, 387.3, 567, 581.1, 581.2, 587.1, 587.2, 588, 646, 1115-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 217.3, 217.4, 384.0, 385.1, 402-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı işdə müvafiq icra hakimiyyəti orqanı qismində Cavabdeh1 çıxış etdiyindən, həmin orqan tərəfindən müvafiq Akt tərtib edilmiş və iddiaçı sözügedən fərdi yaşayış evi barəs ində alqı-satqı müqaviləsi bağlayarkən, məhz fərdi yaşayış evinin dövlət reyestrindən çıxarışının olmasına, dolayısı ilə, çıxarışın verilməsinə əsas olmuş həmin Akta əsasən fərdi yaşayış evinin istismara yararlı olduğu qənaətinə gəlmişdir. Əgər Cavabdeh1 tərəfindən fərdi yaşayış evinə baxış keçirilsə idi və onun tikinti norma və qaydalarına uyğun olmadığını müəyyən etsə idi, sözügedən fərdi yaşayış evinə nə dövlət reyestrindən çıxarış verilərdi, nə də ki, iddiaçı qəzalı vəziyyətdə olan bu fərdi yaşayış evini almazdı. Lakin apellyasiya instansiyası məhkəməsi hazırki məsələyə qeyd olunan formada hüquqi qiymət verməmiş, ümumiyyətlə öz qətnaməsində bu məsələ ilə bağlı hər hansı hüquqi əsaslandırmaya yer verməmişdir.

31. Həmçinin cavabdeh(Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması ona məlum olan andan etibarən müvafiq olaraq dövlət orqanlarına müraciət etmiş və bununla bağlı müxtəlif məhkəmə mübahisələri olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Bundan əlavə İddiaçı ölkənin müxtəlif regionlarında xüsusi hərbi xidmətdə, hərbi əməliyyatlarda, o cümlədən, “aprel döyüşlərində”, “44 günlük Vətən müharibəsində” və zaman-zaman müx təlif hərbi və təlim xarakterli təlimlərdə iştirak etmiş və müxtəlif medallarla təltif edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı bu 75 gün ərzində hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olub (amma buna dair heç bir sübut təqdim olunmayıb!). Deməli, iddia müddəti maksimum 75 gün müddətinə dayandırılıb. Belə olduğu təqdirdə də iddia müddəti buraxılıb. Beləliklə, Mülki Məcəllənin 379cu maddəsi də aşkar şəkildə düzgün tətbiq edilməyib. Əslində isə hansı iddia müddətinin tətbiq olunmasına rəğmən iddia müddəti ötürülüb. Belə ki, hər bir halda 10 illik ümumi iddia müddəti də ötürülüb. Çünki daşınmaz əşya cavabdeh tərəfindən iddiaçıya 2010-cu ildə təhvil verilib. Müddət də həmin andan hesablanmalıdır. Əks yanaşmanı (o cümlədən müddətin dayandırılmasına dair) təsdiq edən heç bir sübut yoxdur. Həmçinin Sumqayıt İnzibati Məhkəməsində baxılmış işin (№ 2-1(118)-3/2021) də Cavabdeh2 heç bir aidiyyəti yoxdur, çünki həmin işdə o, cavabdeh olmayıb, deməli, ona münasibətdə iddia müddətinin axımına təsiri yoxdur. Lakin bu iş üzrə 10 illik iddia müddəti deyil, 6 illik iddia müddəti tətbiq olunmalıdır. Belə ki, qətnamənin özündə də digər cavabdehin (Cavabdeh1) cavabdeh olmadığını əsaslandıran belə bir ifadə var: “iddiaçı ona vurulmuş zərərin əvəzini Cavabdeh1ndən deyil, lazımi keyfiyyətdə olmayan malın ona satılmasına nail olmuş şəxsdən - Cavabdeh2 tələb etməli idi”. Qətnamədə həmçinin Mülki Məcəllənin alqı-satqı müqaviləsinə dair maddələrinə də istinad olunur: 567-ci, 581.1-ci, 587-ci, 588-ci və 646.1-ci. Düzdür, eyni zamanda nədənsə həmçinin Mülki Məcəllənin 1115-ci maddə sinə (deliktdən irəli gələn zərərin əvəzinin ödənilməsi üsulları) istinad edilir, sanki söhbət müqavilədən deyil, deliktdən irəli gələn mübahisədən gedir. Cavabdeh zərər vurubsa belə, müqaviləni bağlayıb əmlakı iddiaçıya təhvil verdikdən sonra vurmayıb. Tərəflər arasında sırf müqavilə münasibətləri mövcuddur, deməli, iddia müddəti də müqavilə hüququ çərçivəsində tətbiq olunmalıdır. Deməli, söhbət lazımi keyfiyyətdə olmayan daşınmaz əşyanın satılmasından gedir. Bu isə o deməkdir ki, Mülki Məcəllənin 373.2-ci maddəsi tətbiq olunmalıdır: “daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir”. Bunun əksinə dair heç bir dəlil yoxdur. 6 illik müddət rəhbər tutulduğu halda isə onun 2010-cu və ya 2014-cü ildən hesablanmasının ümumiyyətlə heç bir əhəmiyyəti yoxdur. İddia mü ddəti 7 il ötürülmüşdür. Qətnamənin özündə də vurğulanır ki, iddiaçının apellyasiya şikayətində deyilir: “iddiaçı alqı-satqı müqaviləsindən irəli gələn tələblər üzrə yox, məhz Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona vurulmuş zərərin əvəzini tələb edir. Buna görə belə hesab edir ki, hazırki məsələyə bu prizmadan yanaşılmalı və ümumi iddia müddətinin, yəni 10 illik müddətin tətbiq edilməsi məqsədə uyğun olmalıdır. Göründüyü kimi, məhkəmə qətnamə qəbul edərkən sadalanan normaların tələblərinə biganə yanaşaraq, iddiaçının Cavabdeh1nə qarşı tələblərinin əsassız olduğu qənaətinə gəlmişdir”. Lakin məhkəmənin mövqeyi ondan ibarətdir ki, “iddiaçının marağını ona lazımi keyfiyyətdə olmayan daşınmaz əmlak satmış satıcı pozmuşdur. Bu səbəbdən də iddiaçı ona vurulmuş zərərin əvəzini Cavabdeh1ndən deyil, lazımi keyfiyyətdə olmayan malın ona satılmasına nail olmuş şəxsdən- Cavabdeh2 tələb etməli idi”. Yəni Məhkəmə yalnız Cavabdeh2 cavabdeh qismində görürsə, onunla iddiaçı arasındakı münasibətlər müqavilə xarakterlidir. Yəni Cavabdeh2 münasibətdə yalnız 6 illik iddia müddətindən söhbət gedə bilər. Məhkəmə təcrübəsinin vahidliyi baxımdan nümunə kimi analogiya üzrə (podrat müqaviləsi üzrə) Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)-4727/2023 saylı qərarını göstərmək olar. Həmin qərara əsasən iddiaçı iddianı daşınmaz əmlakı aldıqdan sonra podrat müqaviləsi üzrə 5 illik xüsusi iddia müddəti ərzində irəli sürməli idi. Tutaq ki, iddia müddəti ötməyib və cavabdeh iddiaçıya lazımi keyfiyyətdə olmayan əşya satıb. Bu halda Mülki Məcəllənin 587-ci maddəsi tətbiq olunmalıdır. Qətnamədə deyilir: “Həm in Məcəllənin 587.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1.Alış qiymətinin mütənasib azaldılması; 587.1.2. Əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. Əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldır ıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2-ci maddəsinə əsasən, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.”.

2. Aşkardır ki, burada yalnız Mülki Məcəllənin 587.2-ci maddəsi tətbiq oluna bilər. Çünki iddia edilir ki, yaşayış evi sökülüb yenidən tikilməlidir. Yəni əşya məhv edilməlidir, onun qüsurlarının aradan qaldırılması mümkünsüzdür. Həmin maddəyə görə bu halda ya alıcı müqavilədən imtina etməli və ödədiyi pulun geri qaytarılmasını ya da əşyanın əvəz olunmasını tələb edə bilər. Əşyanın əvəz olunmasını tələb etmək mümkün deyil. Çün ki əvəz etmək üçün digər əşya yoxdur. Deməli, müqavilə ləğv olunmalı və iddiaçının pulu geri qaytarılmalıdır. Lakin qətnamədə fərqli qərar verilib. Hansısa zərərin əvəzinin ödənilməsi tələb olunur ki, ev yenidən tikilsin. Halbuki, qanunda belə bir şey yoxdur. Bunu bilən Məhkəmə də Mülki Məcəllənin 1115-ci maddəsinə (deliktdən irəli gələn zərərin əvəzinin ödənilməsi üsulları) istinad edir, sanki söhbət müqavilədən deyil, deliktdən irəli gələn mübahisədən gedir. Cavabdeh zərər vurubsa belə, müqaviləni bağlayıb əmlakı iddiaçıya təhvil verdikdən sonra vurmamışdır. Sadəcə Məhkəmə Məcəllənin 587.2.1-ci maddəsini tətbiq etməmək üçün bu israrlı olmuşdur: “əgər satıcı iddiaçıya fərdi yaşayış evi satmışdırsa, həmin əmlak ən birinci növbədə ağlabatan istismar müddəti ərzində yaşayış üçün yararlı ol malıdır. Əks təqdirdə sonuncunun ona vurulan zərərin əvəzini satıcıdan tələb etmək hüququ yolveriləndir”. Faktiki olaraq Məhkəmə iddiaçının əsassız varlanmasına şərait yaradır. 42000 manat məbləğinə aldığı daşınmaz əmlakın (torpaqla birgə) sökülüb yenidən tikilməsi üçün cavabdehdən 82183 manatın ödənilməsini tələb edir. Belə çıxır ki, nəticədə torpaq da, ev də iddiaçıda qalacaq, üstəlik guya evi söküb yenidən tikmək üçün pul da alacaq? Halbuki, ən yaxşı halda ödənilmiş pulun geri qaytarılması tələb oluna bilər. Ali Məhkəmənin təcrübəsində oxşar tələblər üzrə qərarlar var. Məsələn, xx.xx.2023-cü il tarixli 2(102)-454/2023 saylı, xx.xx.2023-cü il tarixli 2(102)-2239/2023 saylı. Nəticədə də Mülki Məcəllənin 587-ci və 1115-ci maddələri düzgün tətbiq edilməyib. Cavabdeh tikinti mütəxəssisi, tik inti şirkəti deyil. İddiaçı kimi adi fiziki şəxsdir. Evin standartlara uyğun tikilməməsinə görə məsuliyyət daşıya bilməz. Yalnız uzaqbaşı yararsız əşyanı satdığına görə onu geri qəbul edərək pulu qaytarmalıdır (əgər iddiaçı haqlıdırsa və iddia müddəti ötməyibsə). Müvafiq standartlara riayət olunmasına nəzarət səlahiyyəti müvafiq dövlət orqanlarına aid olan məsələdir. Əks halda, sual yaranır ki, bəs onda nəyə və niyə görə tikinti sahəsində dövlət nəzarəti (icazələr, istismara qəbul aktı və s.) mövcuddur? Buna baxmayararaq, Məhkəmə məsuliyyəti Cavabdeh1 üzərinə deyil, fiziki şəxsin üzərinə qoyur və bu əsnada tamamilə yolverilməz arqumentlərdən istifadə edir: ““iddiaçının marağını ona lazımi keyfiyyətdə olmayan daşınmaz əmlak satmış satıcı pozmuşdur. Bu səbəbdən də iddiaçı ona vurulmuş zərəri n əvəzini Cavabdeh1ndən deyil, lazımi keyfiyyətdə olmayan malın ona satılmasına nail olmuş şəxsdən- Cavabdeh2 tələb etməli idi”. Bəs evin tikinti standartlarına cavab verməməsinə nəzarət etməmiş və onu qəbul etmiş dövlət orqanının məsuliyyəti yoxdurmu? Eyni zamanda iddiaçının özünün heç bir məsuliyyəti yoxdurmu? Ev artıq 14 ildir ki, içərisində yaşayış olmadan, olduğu kimi qalmaqdadır. Deməli, illərlə evin içərisində kimsə yaşamağı üçün həmin ev sabit temperaturda olmamışdır. Gündüz və gecə ərzində temperaturun dəyişməsi ilə genişləmə/sıxılma fiziki prosesi istənilən evi uzun illər boyu aşınmaya məruz qoyur. Lakin buna baxmayaraq evdə guya 2014-cü ildə aşkar edilmiş çatlar böyüməmiş, sayı artmamışdır. Olduğu kimi qalmışdır. Bu, evin mövcud qurunt üzərində tikinti sonrası oturma prosesinin bitməsinin, habelə ilk 4 ildə ciddi baxımsızlıq nəticəsində illərlə evin çatlayan hissəsinə axmış müxtəlif suların (xüsusilə hələ sayğaclaşmamış su xəttinin evin həyətində partlaması (həmin dövrün fotoları var)) dayanmasının müsbət nəticəsidir. Odur ki, evə zədə verən səbəblərin əsas hissəsi aradan qalxıb. Lakin məhkəmələri bu məsələlər maraqlandırmamışdır. Ekspertizalar birtərəfli həyata keçirilmişdir. Məhkəmə müddətin axımının dayandırılmasına dair də heç bir sənəd təqdim olunmamasına baxmayaraq konkret müddətləri göstərmədən ümumi olaraq müddətin axımının guya dayandırılmasını rəhbər tutmuş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbayca n Respublikasının Mülki Məcəlləsi

34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. Maddə 372.1.Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

36. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

37. Maddə 374.1.Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir.

38. Maddə 374.2.İddia müddətləri axımının dayandırılması və kəsilm əsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir.

39. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

40. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

41. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

42. Maddə 587.1.Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazım i keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.

43. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1-ci maddəsinə əsasən, alqı -satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2-ci maddəsinə əsasən, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.

44. Maddə 1095.Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

45. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

46. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəs ində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Madd ə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə kassasiya in stansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Apellyasiya məhkəməsi 1-ci cavabdehə münasibətdə gəldiyi qənaətini inzibati icraat üzrə məhkəmənin gəlmiş olduğu mövqe ilə razılaşaraq qeyd etmişdir ki, öhdəlik onda iştirak edən konkret tərəflər arasında hüquq və vəzifə yaradır. Bu qaydadan istisna iki halda ola bilər. Yəni, üçüncü şəxslər mülki-hüquqi öhdəliklərdə iki formada iştirak edə bilər: 1) Öhdəlik üçüncü şəxsin xeyrinə olduqda; 2) Öhdəliyin icrası üçüncü şəxsə tapşırıldıqda. Əgər bu iki halın heç biri yoxdursa, öhdəlikdə, onda iştirak etməyən üçüncü şəxsin üzərinə vəzifə qoyula bilməz. Bəhs olunanların hazırki işə tətbiqi onunla bağlıdır ki, hazırda yaranmış mübahisəli hüquq münasibətinin bir tərəfi iddiaçı, digər tərəfi Cavabdeh1 deyil. Çünki sonuncu mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı, tərəfi deyil, zərərin ödənilməsi tələbi üzrə cavabdehlik daşıya bilməz, buna görə də onun üzərinə hər hansı vəzifə ( məsələn zərərin ödənilməs i) qoyula bilməz və bu səbəbdən də bu iddiaya cavab verməli olan orqan deyil. Belə ki, iddiaçının marağını ona lazımi keyfiyyətdə olmayan daşınmaz əmlak satmış satıcı pozmuşdur. Bu səbəbdən də iddiaçı ona vurulmuş zərərin əvəzini Cavabdeh1ndən deyil, lazımi keyfiyyətdə olmayan malın ona satılmasına nail olmuş şəxsdən - Cavabdeh2 tələb etməli idi.

56. Apellyasiya instansiya məhkəməsinin digər cavabdehə münasibətdə gəldiyi qənaətinə görə İddiaçı tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması ona məlum olan andan etibarən müvafiq olaraq dövlət orqanlarına müraciət etmiş və bununla bağlı yuxarıda qeyd edilən müxtəlif məhkəmə mübahisələri olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Bundan əlavə qeyd etmək lazımdır ki, İddiaçı ölkənin müxtəlif regionlarında xüsusi hərbi xidmətdə, hərbi əməliyyatlarda, o cümlədən, “aprel döyüşlərində”, “44 günlük Vətən müharibəsində” və zaman-zaman müxtəlif hərbi və təlim xarakterli təlimlərdə iştirak etmiş və müxtəlif medallarla təltif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1.2-ci maddəsinə əsasən iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda iddia müddətinin axımı dayandırılır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.

57. Kassasiya məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

58. Əvvəla, apellyasiya məhkəməsinin mövqeyindən aydın olur ki, iddiaçı iddia tələbini müddət ötürülmədən irəli sürmüşdür.

59. Lakin bu mövqeyə gəlməzdən əvvəl məhkəmə tərəflər arasında hansı münasibətin olmasını (mübahisənin müqavilədən və ya delikdən) müəyyən etməli (halbuki bu zaman nəzərə alınmalıdır ki, bu qərarın 18-ci bəndində olan mövqedən aydın olur ki, apellyasiya məhkəməsi tərəflər arasında olan münasibəti tələb hüququ ilə, yəni müqavilədən yaranan münasibət olmasını təsbit etmişdir), bundan sonra həmin tələblər üzrə iddiaçının subyektiv hüququnun mövcudluğunu müəyyən etməli, nəticədə isə müəyyən etmiş olduğu münasibətə uyğun iddia müddəti ilə bağlı cavabdeh tərəfin etirazının dəlillərinə qiymət verməli id i.

60. Apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflər arasında olan münasibəti müəyyən etmədən müxtəlif əsaslı münasibətlər üçün tətbiq edilməli olan müddətləri sadalasa da mövqeyindən aydın olmur ki, iddianın təmin olunması anında hansı müddətinin ötürülmüş olmaması qənaətinə gəlmişdir.

61. Eyni zamanda apellyasiya məhkəməsi müddətin kəsilməsi və dayandırılmasına dair əsasların mövcud olmasını göstərmiş olsa da, bununla bağlı mövqeyini hər bir əsas üzrə əsaslandırmamışdır. Belə ki, iddia müddətinin axımının kəsilməsi kimi istinad etdiyi əsasların (hüquq mühafizə orqanlarına və ya inzibati məhkəməyə müraciət etməsi və s), iddianın müddətinin axımının dayandırılması əsasının (aprel döyüşlərində və ya vətən müharibəsində iştirak etməsi və s) faktiki olaraq qanunvericiliyin müəyyən etdi yi əsaslara uyğunluğu yoxlanmamışdır. Belə ki, nəzərə alınmalı idi ki, tərəflər arasında hansı münasibətin yaranması, hansı müddətinin tətbiqinin mümkünlüyünü ilə bağlı qənaətin formalaşmadığı halda münasibətə uyğun iddia müddətinin ötürülməməsi aydınlaşdırıldıqdan sonra axımının kəsilməsinin və dayandırılmasının müzakirəsinin əhəmiyyəti ola bilər.

62. Nəzərə alınmalıdır ki, iddia müddəti ötürülmüşdürsə, iddia müddətinin axımının kəsilməsinin və dayandırılmasını müzakirəsi əhəmiyyətsizdir. Çünki müddət artıq ötürülmüşdürsə onun kəsilməsinin və ya dayandırılmasının işin düzgün həll edilməsi baxımından əhəmiyyəti aradan qalxmış olur.

63. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında daşınmaz əmlaka dair müqavilə bağlanması, həmin müqavilənin şərtlərinin icra olunması (satıcı tərəfindən əmlakın alıcıya təhvil verilməsi, alıcı tərəfindən dəyərin ödənilməsi, öhdəliklərin qarşılıqlı icrası məhz müqavilə bağlanan anda başa çatdığı) işin mübahisəsiz halıdır.

64. İddiaçının mövqeyindən aydın olur ki, fərdi yaşayış evini təhvil aldıqdan sonra orada təmir işləri aparmamış, yaşamamış, yalnız 2014-cü ildə mənzilə növbəti baxış zamanı qüsurların olmasını müəyyən etmiş və ona lazımi keyfiyyətdə olmayan evin satılması aydın olumuşdur. Belə olan halda iddiaçının Cavabdeh2 qarşı tələbinin müqavilə hüquq münasibətlərindən irəli gəldiyi aydın olduğundan məhkəmə mübahisəni həll edərkən ilkin olaraq bu əsaslı normaların yoxlanmasından başlamalı, bundan sonra müqavilə münasibətlərindən kənarda baş vermiş hal və ya hadisənin mövcud olmasını müəyyən etdiyi təqdirdə müvafiq olaraq delikdən və qanundan irəli gələn öhdəliklərin mövcudluğu müəyyən edilməli idi. Artıq formalaşmış ümumi qaydaya görə məhkəmə iddia tələbləri üzrə hüquqi dəyərləndirmə apararkən əvvəlcə tərəflərin bildirdiklərini və iş üçün əhəmiyyətli olan faktiki halları aydınlaşdırmalı, bu hallara uyğun gələn maddi hüquq normalarını tapmalı, onların dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki halları arasındakı uyğunluğu (uyğunsuzluğu) müəyyənləşdirməlidir. Əgər irəli sürülmüş tələb(lər)inin qanuni əsası tapılırsa və işin müəyyən olunmuş faktiki halları müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.

65. Bu baxımdan tərəflər arasında daşınmaz əmlakın alqı-satqıs ına dair müqavilə bağlanması nəzərə alınaraq məhkəmənin ilkin olaraq bu əsaslı normaların, o cümlədən Mülki Məcəllənin 587-ci maddəsinin tətbiqinin mümkünlüyü üzrə müzakirə aparılmasına və iddiaçının tələbinin həmin maddə üzrə uğunluğunun yoxlanmasına dair vəzifəsi olmuşdur.

66. Belə ki, həmin maddənin 1 və 2-ci bəndlərin ilə müəyyən edilir ki, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Əşyan ın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.

67. Digər tərəfdən məlum olduğu kimi, ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, əsassız varlanma tələbi üzrə iddia müddəti iki ildir. Eyni zamanda tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər

68. Məhkəmə kollegiyası yuxarda göstərilənlərə əlavə olaraq qeyd edir ki, iddia tələbinin qanuni əsası və ona tətbiq edilən iddia müddəti müəyyənləşdirildikdən sonra bu müddətin düzgün hesablanması da (müddətin axımının hansı tarixdən başlaması və nə vaxt başa çatması) mühüm əhəmiyyət kəsb edir. Çünki, iddia müddəti ötürülməmiş tələbin rədd edilməsi şəxsin tələb hüququnun kobud şəkildə pozulması ilə nəticələnir.

69. Mülki Məcəlləyə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sü rmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır

70. Apellyasiya məhkəməsi iddiaçının öz hüquqlarının pozulduğunu hansı tarixdən bildiyini və ya bilməli olduğunu dəqiqliklə müəyyən etməmişdir.

71. Məlum olduğu kimi, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəy yənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.

72. Baxılan işdə isə apellyasiya məhkəməsi pul tələblərinə hansı iddia müddətlərinin tətbiq olunduğunu, öhdəliklərin icra vaxtının, yəni iddia müddətlərinin axımının hansı andan və hansı əsasla başladığını, nə vaxt bitdiyini aydın şəkildə göstərməmişdir. Belə olan halda, iddia müddəti hazırkı işə qanuni və əsaslı şəkildə tətbiq edilmiş sayıla bilməz.

73. Digər tərəfdən iddiaçının tələbindən aydın olur ki, onun tələb etdiyi məbləğ əldə etmiş olduğu evin sökülərək eyni vəziyyətdə tam bərpasına sərf olunmalı ola n məbləğdir.Belə olan halda alqı-satıqı müqaviləsi ilə əldə edilən evin və torpaq sahəsinin iddiaçıda qalmaqla ona əlavə olaraq tələb olunan məbləğin verilməsinin ədalətli olması və yuxarıda göstərilən normanın (mülki məcəllənin 587-ci maddəsi) tələbinə uyğun olması baxımından da aydınlaşdırılmamış qalmışdır.

74. Beləliklə, yuxarıda qeyd edilənlər iş üzrə maddi hüquq normalarının (düzgün) tətbiq olunmadığına, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına, nəticə etibarilə düzgün olmayan qətnamə çıxarıldığına dəlalət edir

75. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

76. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəyə yuxarıda göstərilən şəkildə hüquqi qiymət vermədən, aidiyyəti maddi hüquq normalarını yoxlamadan, sadəcə bəzi qanunvericilik normalarını sadalayaraq iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin q ərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

77. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X3 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir

78. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

80. Qeyd olunanlara əsasən kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

81. Təkrar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri (o cümlədən etirazla bağlı dəlillər) dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüqu qi qiymət verilməlidir.

82. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-566/2024 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. İddiaçı kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar