Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2737/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar X1 və cavabdehlər Cavabdeh1nə və “xxxx” MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2737/2021 (Açar sözlər: prosessual müddətin bərpasından imtina, müddətin üzrsüz səbəbdən buraxılması) Bakı şəhəri, 07 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçılar X1 və cavabdehlər Cavabdeh1nə və “xxxx” MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyas iya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4567/2020 nömrəli, 15 dekabr 2020-ci il tarixli qərardadından iddiaçı kassasiya şikayətinə 07 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar X1 və cavabdehlər Cavabdeh1nə və “xxxx” MMC-yə qarşı «əmlakın qiymətləndirilməsi» barədə iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” MMC-nin 14.05.2018-ci il tarixli hesabatının ləğv edilməsi və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 25 saylı evin, 3 saylı mənzilinin real bazar qiymətlərinə uyğun ilkin satış qiymətinin yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Qaradağ Rayon Məhkəməsinin 2(002)-36/2020 nömrəli, 30 yanvar 2020-ci il tarixli q ətnaməsi ilə iddiaçılar X1 və cavabdehlər Cavabdeh1nə və “xxxx” MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi” tələbinə dair iddiası təmin edilmiş, “xxxx” MMC-nin 14.05.2018-ci il tarixli hesabatı ləğv edilmiş, mənzilinin ilkin satış qiymətinin 92000 (doxsan iki min ) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. (hakim Günay Həşimova).
3. İddiaçıların X1 və apellyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4567/2020 nömrəli, 06.08.2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Qaradağ Rayon Мəhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(002)-36/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov)
4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surəti 09 sentyabr 2020-ci il tarixdə iddiaçı XXX rəsmi olaraq təqdim edilmişdir.
5. İddiaçı XXX apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Kassasiya şikayəti və müddətin bərpası barədə ərizə 25 noyabr 2020-ci ildə apellyasiya məhkəməsinə daxil olmuşdur.
6. Müddətin bərpası barədə ərizəni İddiaçı1 onunla əsаslаndırıb ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4567/2020 saylı, 06 avqust 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün hüquqi yardıma görə vəkilə verməli olduğu vəsaiti gec əldə edib və Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyası ilə əlaqədar özünü izolyasiya edib. Bu səbəbdən müddəti 17 gün gecikdirmişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 4567/2020 nömrəli, 15 dekabr 2020-ci il tarixli qərardadı ilə buraxılmış müddətin bərpasına dair ərizə təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4567/2020 saylı, 06 avqust 2020-ci il tarixli qətnaməsindən verilmiş iddiaçının verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Elşən Kazımov, Aida Hüseyn)
8. Apellyasiya instansiyası müəyyən etmişdir ki, barəsində kassasiya şikayəti verilən qətnamənin surəti iddiaçı XXX 09 sentyabr 2020-ci il tarixdə rəsmi təqdim оlunub. Kassasiya şikayəti isə 25 noyabr 2020-ci il tariхdə verilməklə qanunvericilikdə qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddət buraхılıb.
9. Apellyasiya instansiyası müddətin bərpası barədə ərizədə göstəri lən halları müddətinin üzrlü səbəbdən buraхılması kimi qiymətləndirməyib.
10. Apellyasiya instansiyası müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı iddiaçının dəlilinə qiymət verərək qeyd edib ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4567/2020 saylı, 06 avqust 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermə müddəti 11 noyabr 2020-ci il tarixdə bitmişdir. Lakin iddiaçı ölkədə yayılmış koronovirus (COVİD-19) infeksiyası ilə əlaqədar olaraq özünü izolyasiya etdiyini bildirsə də, bu hal müddətin üzrlü ötürülməsinə əsas olan hal hesab edilə bilməz.
11. Belə ki, həmin dövrdə ölkədə sərtləşdirilmiş karantin mövcud olmamış, məhkəmələr adi qaydada fəaliyyət göstərmişlər. Bundan əlavə, iddiaçının kassasiya şikayətini elektron qaydada göndərmək imkanı olmuşdur.
12. Ap ellyasiya məhkəməsi qeyd etmişdir ki, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. 13.Bu səbəbdən də qeyd edilən dəlil müddətin ötürülməsi üçün üzrlü səbəb hesab edilə və şikayət vermə müddətinin bərpa edilməsinə əsas ola bilməz.
14. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 133.1, 405.0.1, 408.1.4cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri, məhkəmə icr aatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı XXX (vəkil X3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 15.12.2020-ci il tarixli qərardadının ləğv edilməsini və kassasiya şikayətinin mümkün hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti müddətin bərpası barədə ərizənin dəlillərinə uyğun əsaslandırılmaqla, şikayətdə həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən düzgün qiymət verilməməsinə, bununla da iddiaçının hüquqlarının pozulmasına istinad edilib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, tərə flər məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən gəlməyən iştirakçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə
128. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməs indən sonrakı gündən başlanır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 405.0.1 Apelyasiya instansiyası məhkəməsinin aktlarından qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qaytarılır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamas ına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 408.2 Bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apely asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə b ilsin. Kassasiya baxışının hədləri
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
20. Kassasiya şikayəti apellyasiya instansiyasının aktının ləğvinə yönəldiyindən məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
22. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından görünür ki, barəsində kassasiya şikayəti verilən qətnamənin surəti İddiaçı1ya 09 sentyabr 2020-ci il tarixdə rəsmi təqdim оlunub. Kassasiya şikayəti isə 25 noyabr 2020-ci il tariхdə verilməklə qanunvericilikdə qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddət 16 gün buraхılıb.
23. İddiaçının müddətin buraxılması ilə bağlı göstərdiyi səbəbləri apellyasiya məhkəməsi üzrlü saymamaqla düzgün nət icəyə gəlib.
24. Ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə poçt-rabitə sistemi işləmişdir.
25. Belə olan halda, iddiaçının ölkədə yayılmış koronovirus (COVİD-19) infeksiyası ilə əlaqədar göstərdiyi halları üzrlü saymamaqla apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
26. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyasının qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı XXX kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4567/2020 nömrəli iş üzrə 15 dekabr 2020-ci il tarixli qər ardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.