Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-274/2023 23.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2(103)-5349/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İ ş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 145000 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 20 avqust 1988-ci ildə Özbəkistanda anadan olmuşdur. X17, həm də Azərbaycan Respublikasının vətəndaşıdır. Ali təhsilli həkimdir, Bakı şəhərində özəl klinikaların birində diş həkimi işləyir. 20 ildən artıqdır ki, Azərbaycan Respublikasında yaşayır. Cavabdehi mərhum X10 rəsmi nikahda olduğu həyat yoldaşı kimi tanıyır. Belə ki, X13 2013-cü ildən “Marmaris” (hazırkı adı “Kardeşler Marmaris”) restoranının sahibi kimi tanımış, 2014-2017-ci illərdə həmin restoranı İlqar Quliyevdən şəriki Engin Akdemir adlı şəxslə icarəyə götürüb şərik işlətmişdir. İlqar Quliyevlə hər zaman aralarında yaxın dostluq, yoldaşlıq münasibətləri olmuşdur. 2020-ci ilin noyabr ayında Quliyev İlqar onunla görüşərək, hazırda Milli Məclisin deputatı olan qohumunun oğluna məxsus şirkətə depozitə qoyaraq alçipan tikinti materialını topdan alaraq pərakəndə satışı ilə məşğul olmalarını təklif etmiş, həmçinin, illərdir bu işlə məşğul olduğunu və kifayət qədər qazanclı olduğunu, lakin şəriki ayrılıb getmək istədiyindən, şərikin pulunu vermək üçün özünə yeni şərik axtardığını bildirmiş və ona minimum 120000 manat məbləğində maya qoymaqla şərik olmasını təklif etmişdir. Həmçinin, şəriklikdən ayrılmaq istədiyi halda 2 ay öncədən ona bildirməsini, bu şəkildə depozitə qoyulmuş pulun iddiaçıya qaytarılacağını demişdir. İddiaçı bu zaman əlində o məbləğdə nağd pulun olmadığını, lakin baş etibarnamə əsasında faktiki ona məxsus olan 2014-cü il buraxılışlı, “Nissan Patrol” markalı avtomobilini hazırda avtomobil salonlarından birinə 52000 ABŞ dollarına satışa qoyub, həmin avtomobil satılsa əldə etdiyi pulu bu işə maya kimi qoya biləcəyini bildirmiş, bundan sonra, onlar avtomobili İlqarın dediyi yerdə yoxlatdırmış, nəticədə həmin avtomobil 50000 ABŞ dollarına manat ekvivalenti ilə 85000 manata qiymətləndirilmiş və iddiaçı tərəfindən İlqara baş etibarnamə verilmişdir. Bundan əlavə o, İlqar Quliyevə 2020-ci ilin dekabr ayında 35000 manat məbləğində də nağd pul vermiş, həmçinin, iddiaçıdan işlətdiyi ayaqqabı dükanına mal vurmaq üçün 2021-ci ilin fevral ayında borc şəklində 10000 manat, mart ayında isə 15000 manat borca pul almışdır. Bu söhbətlərdə İlqarın köməkçisi olan İsrafil, həmçinin, onun dostları Sərvər, Mamed və qardaşı Mehdi də iştirak etmiş, pulun verilməsində şahid olmuşlar. İlqar Quliyevlə ilkin razılaşmalarına əsasən, 2021-ci ilin yanvar ayından etibarən əldə olunacaq qazanc onların arasında yarı bölünməli idi. İlqar ona aylıq qazancının təxminən 5000-7000 manat olacağını, lakin, onun vəziyyətini nəzərə almasını, şərikli işlərinin ilk 3 ayından gələn qazancı bütövlükdə İlqarın, növbəti 3 ayın qazancını isə tam şəkildə iddiaçının götürməyini xahiş etmiş, bundan sonrakı aylarda isə, qazancın yarı bölünəcəyini bildirmişdir. X5 28 aprel 2021-ci il tarixdə qəflətən koronavirusdan vəfat etmişdir. İddiaçı ailəlikcə onun dəfn və yas mərasimlərində iştirak etmiş, İlqar Quliyevə verilmiş pulun q aytarılması məsələni arvadı Cavabdeh ilə danışaraq həll etməyə çalışmışlar, lakin məsələ öz həllini tapmamışdır. Bundan sonra o, Cavabdeh atası Vahid bəyə zəng vurmuş, Vahid bəy isə, onu telefonda təhqir edərək, ona pul verilməyəcəyini demişdir. Bundan bir neçə saat sonra Cavabdeh adından ona mərhum İlqarın köməkçisi İsrafil zəng edərək demişdir ki, onun nömrəsini İlqarın İsfəndiyar adlı qohumuna vermişlər. Bir gün sonra ona İsfəndiyar adlı şəxs zəng vuraraq öz restoranına dəvət etmiş, lakin həmin şəxs də onunla kobud, təhqiramiz danışaraq, heç bir manat da pulun verilməyəcəyini bildirmiş, şikayət edəcəyi təqdirdə onun özünü tutduracağı, başına oyun açacağı ilə hədələmişdir. Lakin iddiaçı onlara məsələni hüquqi yollarla həll edəcəyini bildirmiş, beləliklə, məhkəməyə müraciət etmək məcburiy yətində qalmışdır. Bununla yanaşı, daşınmaz əmlakın dövlət reyestri xidmətinə sorğu verərək, mərhum İlqar Quliyevin və onun həyat yoldaşı Cavabdeh adına olan əmlakların siyahısını əldə etmişdir. Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən, ər-arvadın birgə nikah dövründə qazandıqları əmlaklar onların ümumi (birgə) mülkiyyəti hesab olunduğu kimi, onların borc və öhdəlikləri də ümumidir.
3. Birinci instansiya məhkəməsi iclasında iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahid X14 göstərmişdir ki, o, iddiaçının anasıdır. Oğlu mərhum İlqarla şərik işləmiş və oğlundan 145000 manat pul almışdır. O, İlqar vəfat edəndən səkkiz gün sonra başsağlığı vermək üçün Cəmilə və Zümrüdlə birlikdə mərhumun yoldaşı Cavabdeh yanına getmiş, başsağlığı verdikdən sonra, borc pul ilə əlaqəd ar məsələni danışmış, Cavabdeh qırx mərasimi keçdikdən sonra bu məsələ haqqında danışacaqları, pulun bir hissəsini nağd, bir hissəsini isə hissə-hissə verə biləcəkləri bildirilmişdir. İlqar Quliyevin qırx mərasimindən sonra ikinci dəfə Cavabdeh yanına getdikdə isə onlara qapını açmamışlar. Pul məsələsi ilə bağlı danışıqların səs yazıları telefonda vardır. Həmin danışıqda mərhumun həyat yoldaşı Cavabdeh, anası, bacısı, xəstə qardaşı və Cavabdeh öz anası da orada olmuşlar. Həmin şəxslər və Cavabdeh sonuncunun əri İlqar Quliyevin 140000 manat borcu olduğunu etiraf etmişdir.
4. Birinci instansiya məhkəməsində iddiaçı tərəfin vəsatəti əsasında dindirilən şahid in iclasında şahid X7 digər şahid X8 ifadəsinə oxşar məzmunda ifadə vermişdir.
5. İddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindi rilmiş X1 digər şahid X8 ifadəsinə oxşar məzmunda ifadə vermişdir.
6. X2 iddia ərizəsinin məzmununa uyğun ifadə vermişdir.
7. X6 iddia ərizəsinin məzmununa uyğun ifadə vermiş, həmçinin əlavə olaraq göstərmişdir ki, pulun verilməsində o, şəxsən iştirak etmişdir. Avtomobili satışa onun qardaşı qoymuşdur, alçipan işi ilə bağlı pul əvəzinə Maxsud İlqara öz avtomobilini vermişdir. İsrafil də pullar veriləndə onun yanında olmuşdur.
8. Cavabdeh tərəfin vəsatəti əsasında şahid kimi dindirilmiş X3 göstərmişdir ki, o, cavabdehin anasıdır. Onlar yas mərasimində olarkən iddiaçının anası başsağlığına gəlmişdir. Onlar iddiaçının anasının kim olduğunu bilmirdilər. İddiaçının anası pul məsələsi ilə bağlı danışdıqda, ona 145000 manat puldan xəbəri olmadığını demişdir. Həmçinin ona verilmiş suallara cavab o laraq iddiaçını tanımadığını, qızının üç azyaşlı körpəsi olduğuna görə məhkəmə iclaslarına gələ bilmədiyini, iddiaçının anasının başsağlığı verməyə tək gəldiyini, İsrafilin İlqarın işçisi olduğunu bildirmişdir. 9. 20 oktyabr 2020-ci il tarixdə X4 tərəfindən X15 verilmiş etibarnamənin surətinə əsasən, birinci tərəfindən “Nissan Patrol” minik markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi, bağışlanması, ipotekaya qoyulması, sərəncam verilməsi, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək və digər hərəkətləri həyata keçirmək səlahiyyətləri sonuncuya etibar edilmişdir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-393/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia təmin edil məmişdir.
11. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin mərhum ərinə şərikli iş görülməsi məqsədi ilə 35000 manat pul, habelə 85000 manat dəyərində avtomobil verdiyini, o cümlədən əlavə olaraq 25000 manat məbləğində borc pul verdiyini, nə mərhumun, nə də sonradan borcdan xəbərdar olduğunu bildirən cavabdehin (mərhumun arvadının) cəmi 145000 manat olan həmin pulu ona ödəmədiyini iddia etmiş, bu iddiasını şahid ifadələri ilə sübut etməyə çalışmışdır. Cavabdeh (onun nümayəndəsi və vəkili) isə məhkəmə iclaslarında verdiyi izahatında nəinki mərhum ərinin hər hansı məbləğdə borcu olduğunu etiraf etmiş, əksinə iddiaçı ilə mərhum əri arasında bu cür münasibətlərin olmasından belə xəbərdar olmadığını göstərmişdir.
12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı, iddiasının faktiki əsası ki mi istinad etdiyi halları – yəni, cavabdehin mərhum ərinə pul və mal (avtomobil) şəklində cəmi 145000 manat məbləğində pul verdiyini biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə olan halda isə onun həmin dəlillərini əsaslı hesab etmək mümkün deyildir. Bundan əlavə, cavabdeh iddiaya etiraz edərək iddiaçı ilə mərhum əri arasında hər hansı borc münasibətinin olmasından ümumiyyətlə, xəbərdar olmadığını göstərmişdir, bu baxımdan məhkəmənin qənaətinə görə, sadəcə şahid ifadələri hazırkı iddianın təmin edilməsi üçün yetərli deyildir.
13. Məhkəmə araşdırması zamanı dindirilmiş şahidlərin ifadələrinə münasibətdə qeyd edir ki, iddiaçının həmin şəxslər ilə qohumluq-dostluq əlaqələri olduğu müəyyən edilmişdir. Digər tərəfdən onların əksəriyyəti iddiaçı tərəfindən mərhuma p ulların verilməsində iştirak etmədiklərini, mərhumla şərikli hansı biznes əlaqələrinin qurulduğundan xəbərlərinin olmadıqlarını, bu barədə iddiaçıdan məlumat aldıqlarını, nə mərhumu, nə də ki, onun ailəsini tanımadıqlarını göstərmişlər. Göstərilənlərə əsasən məhkəmə bu qənaətdədir ki, şahidlərin ifadələri “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilə bilməz.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1 və 739.1-ci və Mülki Prosessual Məcəllənin 81, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxcarılmasını xahiş etmişdir.
16. Apell yasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 739-cu maddəsini tətbiq etmişdir, halbuki, həmin maddə borc müqaviləsinə aiddir və tərəflər arasındakı münasibət isə borc münasibəti deyildir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385 və 386-cı maddələrinə istinad etsə də, onları düzgün təfsir etməmişdir. Sadalanan maddələr cavabdehin mərhum ərinin vərəsəsi kimi onun öhdəliklərinə cavabdeh olduğunu müəyyən edir və tərəflər arasında şifahi razılaşma mövcud olmuşdur. Bu isə öhdəliyin müqavilədən əmələ gəlməsinə dəlalət edir. Bundan əlavə, iddia tələbinin əsası kimi istinad etdiyi sübutlar məhkəməyə təqdim olunsa da, məhkəmə həmin sübutlara heç bir hüquqi qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki h allar aydınlaşdırılmamışdır. Belə ki, mərhum İlqar Quliyevin köməkçisi olmuş və birbaşa şahid olan İsrafil adlı şəxsin məhkəməyə qarşı tərəfin təsirlərinə görə gətirilməsinin mümkün olmamasına istinad olunduğu halda belə, məhkəmə onun dəvət olunması üçün çağırış vərəqəsi verməkdən imtina etmişdir. İsrafil adlı şəxsin səs yazıları təqdim olunmuş, həmin səs yazıları məhkəmə iclasında tədqiq edilmiş və müəyyən olunmuşdur ki, İsrafil adlı şəxs təsdiq edir ki, həqiqətən də iddiaçı mərhumla birlikdə iş qurmuşlar və iddia ərizəsində göstərilən tarixlərdə və məbləğlərdə pul vəsaiti iddiaçı tərəfindən mərhuma verilmişdir. İsrafil adlı şəxs qarşı tərəfin ona məhkəməyə gəlməməsi üçün təsir göstərdiyini, məhkəmə ona rəsmi çağırış verəcəyi təqdirdə məhkəməyə gələcəyini bildirmişdir. Məhkəmə həmin sübut u tədqiq etsə də, tərəflərin iştirakı ilə məhkəmə iclas zalında həmin səsyazmaları dinləsə də, yekun nəticədə həmin sübuta istinad etməmiş, heç bir hüquqi qiymət verməmişdir. Halbuki, həmin sübut hakimdə daxili inamın formalaşması, iş üzrə dindirilmiş şahidlərin ifadələrinə düzgün hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 28 sentyabr 2022-ci il tarixli, 2(103)-5349/2022 nömrəli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müv afiq əsaslandırma ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (vəkil Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iş üzrə iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti maddi hüquq normalarının pozuntusu kimi Ailə Məcəll əsinin 37 və 41-ci, Mülki Məcəllənin 225, 385, 386 və 739-cu maddələrinə, prosessual hüquq normalarının pozuntusu kimi Mülki Prosessual Məcəllənin 14, 77.1 və 217.4-cü maddələrinə istinad edilərək, apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1 öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məc əllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Maddə 739.1 borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəm iyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallar a və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə kassasiya instansiya sı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayəti dəlillərini və iş materiallarını araşdıraraq hesab edi r ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apellyasiya şikayətində göstərilən dəlillərlə eyni məzmunludur, həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Kassasiya instansiyası məhkəməsi bu qiymətləndirmə il ə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
37. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
38. Beləliklə də, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə mahiyyəti üzrə düzgündür.
39. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh 145000 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə tələbinin təmin olunması üçün İddiaçı kifayət edəcək qədər sübutlar təqdim etməmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün başqa halların mövcud olduğunu və ya olmadığını müəyyən edərkən məhkəmənin əsaslandığı sübutlar-mötəbər, aidiyyatı olan və əhəmiyyətli olmalı, həmçinin işin mahiyyəti üzrə həlli üçün kifayət etməlidir. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5349/2022 nömrəli, 28 se ntyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.