Məhkəmə qərarları › İş №2(102)-274/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-274/2025

11.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-274/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ açar sözlər: öhdəliyin icra edilməməsinə görə vurulan zərərin əvəzinin ödənilməsi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5212/2024 nömrəli 18 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icra at qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh tərəfindən iddiaçı X1 xx.xx.2020-ci il tarixdə “Renault Logan” minik markalı **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2025-ci il tarixədək nəqliyyat vasitəsini istifadə hüququ haqqında etibarnamə verilmişdir. Qeyd edilən nəqliyyat vasitəsi 2023-cü ilin may-iyun ayınadək iddiaçının istifadəsində olmuşdur. Həmçinin qeyd edilən nəqliyyat vasitəsindən başqa cavabdeh tərəfindən iddiaçıya 2021-ci ilin fevral ayında “VAZ-21214” minik markalı, **-HJ-*** dövlət nömrə nişanlı avtomobilə dair istifadə hüququ verilmişdir.

2. İddiaçı X4 Cavabdeh ilə aralarında şifahi nisyə alqı-satqı müqaviləsinin bağlandığını iddia edir, Cavabdeh isə tərəflər arasında yaranan münasibətlərin icarə müqaviləsindən irəli gəldiyini göstərir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24000 manat və dövlət rüsumu kimi ödədiyi 162 məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər tanıdığı və münasibətdə olduğu Cavabdeh aralarında olan şifahi razılaşmaya əsasən “Reno Megan” markalı avtomobil almış və hər gün 20 manat ödəmək şərti ilə ümumilikdə 24000 manat pul ödəmişdir. Həmin pulu Cavabdeh ödəniş terminallları vasitəsi ilə göndərmiş və həmin qəbzləri işə əlavə etmişdir. Sonradan sözügedən ödənişlərdə 5 gün gecikmə olmuş və 5 gündən sonra həmin gecikməni də ona ödəmişdir. Bu səbəbdən cavabdeh onu Bakı şəhərinə çağırmış və avtomobili əlindən almışdır. Həmin vaxt yanında şahidləri də olmuşdur. Bundan sonra ona ödədiyi pulu dəfələrlə tələb etməsinə baxmayaraq hər dəfə bir bəhanə ilə qaytarmaqdan yayınmışdır. Beləliklə, cavabdehin ona 24000 manat məbləğində borcu yaranmışdır. Bir neçə dəfə cavabdehə pulu ödəməsini tələb etsə də, sonuncu, ona yalan vədlər vermiş və onu aldatmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə Taryel adlı şəxs vasitəsilə tanış olmuşdur. Belə ki, o, Taryelə gündəlik qazanc əldə etmək və qazancın bir hissəsini vermək şərti ilə maşın vermişdir. İddiaçı ondan dekabr ayında ”Reno” markalı, fevral ayında isə “Niva” markalı maşını götürmüşdür. O, iddiaçıya hər iki maşını onda qalmaq şərtilə deyil, gündəlik 20 manat ödəmək şərtilə vermişdir. Sənan maşınlar üçün ilkin ödəniş etməmişdir. İddiaçı “Niva” markalı maşını götürərkən onun yanına Şəmistan adlı şəxslə gəlmişdir. İddiaçı Şəmistan adlı şəxsin onun tanışı olduğunu və “Niva” markalı maşını ona verməyini istəmişdir. O, həmin maşını Şəmistana vermiş, Şəmistan maşını 2-3 ay sürdükdən sonra iddiaçı ona zəng edərək Şəmistan ilə onun münasibətlərinin pisləşdiyini qeyd edərək maşını iddiaçının özünə verməsini xahiş etmişdir. Bundan sonra o, “Niva” markalı maşını iddiaçının özünə vermişdir. Maşının ön hissəsini düzəltmək üçün o, iddiaçıya 1200 manat pul göndərmiş, bundan 2-3 gün sonra Taryel ona zəng edərək Sənanın maşını gətirib ona verdiyini bildirmişdir. O, Taryeldən Sənanın maşını nə üçün geri qaytarmasının səbəb ini soruşduqda isə Taryel bildirmişdir ki, Sənanın ona maşının qaytarılmasını səbəbini Anarın bildiyini demişdir. O, maşını Taryeldən götürdükdən sonra sürdüyü zaman maşında nasazlıqlar olduğunu aşkar etmiş və Sənana zəng edərək maşında hələ də nasazlıqlar olduğunu bildirmiş, Sənan isə bunun mümkün ola bilməyəcəyini söyləmişdir. Onlar “Elit” ticarət mərkəzinin həyətində maşını ustaya göstərmişlər və maşında nasazlıqlar olduğunu aşkar edilmişdir. O, Sənandan nə üçün onu aldatdığını soruşduqda Sənan oradan səs-küy salaraq getmişdir. Onun digər maşını da Sənanda olduğu üçün o, Sənan ilə mübahisə etmək istəməmiş və bu səbəbdən 1230 manat pulu geri tələb etməmişdir. Həmçinin o, əvvəllər maşınları icarəyə verməklə məşğul olsa da, indi məşğul olmur. Onun adında bir neçə maşın var. Həmin maşınları taksi fəaliyyəti göstərmək üçün müxtəlif şəxslərə gündəlik ödəniş etməklə vermişdir. Lakin taksilərlə bağlı yeni qaydalar qəbul edildiyi üçün artıq bu işlə məşğul olmur. Maşınları geri aldıqdan sonra isə satmışdır. İndi onun mülkiyyətində 5-6 maşın var. O, maşınları icarə verərkən icarə müqaviləsi bağlamamışdır, gündəlik 20 manatdan maşınları icarəyə verirmişdir. Sənan ilk öncə “Reno” markalı maşın üçün gündəlik 20 manat ödəmiş, “Niva” markalı maşını götürdükdən sonra isə hər iki maşın üçün birlikdə 40 manat ödəmişdir. O, ödənişi gecikdirdiyi vaxtlarda gecikdirilmiş ödənişləri birlikdə ödəmişdir. Bəzən o bir gün 30 manat ödəniş etdikdə, o biri gün 50 manat ödəniş etmişdir. Həmçinin,iş materiallarına əlavə edilmiş əlyazma ona məxsusdur. “Maşın alındı” yazısı, maşının onun tərəfindən hans ı qiymətə alnması ilə bağlıdır. Onun adına olan VÖEN onun müraciəti əsasında açılmamışdır. Onun adına Vöen açılmasından 3-5 aydır ki, məlumatı olmuşdur. O, mülkiyyətində olan avtomobilləri satdığını, lakin alan şəxslər tərəfindən həmin maşınlar öz adlarına keçirilmədiyi üçün maşınların onun adında qaldığını bildirmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olmaq üçün ortaq tanışları vasitəsilə tanıdığı Anardan 2 il əvvəl “Hyundai” markalı maşını gündəlik 20 manat ödəniş etmək şərtilə götürmüşdür. Anar ona əvvəlcə 1 illik müddətinə etibarnamə vermiş, sonra isə bu müddət 1 il də uzadılmışdır. Sənan ilə Anarı o tanış etmişdir. O, Sənanı şəhərdə taksi şoferi kimi işlədiyi vaxt tanımışdır. Rəşad adlı şəxs onun maşını icarəyə götür düyünü bildiyi üçün ona, Sənanın da icarəyə maşın götürmək istədiyini bildirmişdir. Bundan sonra o, Rəşad və Sənan ilə Anarın yanına getmiş və Anara Sənanın da onun kimi, yəni eyni şərtlər ilə maşın götürmək istədiyini bildirmirşdir. Onlar öz aralarında razılaşmışlar. Sonradan necə razılığa gəlmələri barədə məlumatı yoxdur. Lakin tərəflər arasında alqı-satqı olmamışdır. Sənan maşını qaytaranda, həmçinin Sənana etibarnamə verilən zaman notariusda o da iştirak etmişdir. İddiaçının cavabdehə hər hansı ilkin ödəniş edib-etməməsi haqqında məlumatı yoxdur. Sənan maşını qaytardıqdan sonra Anara zəng edib bunu ona bildirmişdir. Anar ondan maşını götürüb sürəndə maşında nasazlıqlar olduğunu aşkar etmişdir. “Elit” Ticarət Mərkəzinin qarşısında tanış ustalara maşını göstərdikdə usta maşında olan nasa zlıqları düzəltmək üçün 1700 manat vəsait lazım olduğunu bildirmişdir. Sənan isə maşın yaxşı vəziyyətdə olduğunu bildirmişdir. Həmçinin “Elit” Ticarət Mərkəzinin qarşısında olarkən tərəflər arasında Anarın Sənana maşının təmiri üçün ödənilmiş pul vəsaiti ilə bağlı danışıqlar olması onun yadında deyil.

7. İş materiallarına İddiaçı tərəfindən Cavabdeh müxtəlif vaxtlarda ödəniş edildiyini təsdiq edən xeyli sayda qəbzlər əlavə edilmişdir.

8. İş materiallarına cavabdeh tərəfindən əl yazısı ilə yazılan iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin məbləği və sair əks olunmuş vərəqə əlavə edilmişdir. Həmin vərəqədə cavabdeh iddiaçı tərəfindən ona maşına görə 17600 manat məbləğində pul vəsaitinin ödənildiyi, maşının 10000 manata alındığı barədə qeydlər edilmişdir. 9. “Elektron notariat” avtomatlaşdı rılmış informasiya sisitemindən çıxarışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixdə “Renault Logan” minik markalı **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2025-ci il tarixədək nəqliyyat vasitəsini istifadə hüququ haqqında etibarnamə verilmişdir.

10. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş Ağcəbədi Rayon Məhkəməsinə ünvanlanmış iddia ərizəsindən görünür ki, o, VAZ-21214 minik, istehsal ili: 2014, mühərrik nömrəsi 0581917, BAN nömrəsi XTA212140E2182678, dövlət qeydiyyat nişanı **-HJ-*** olan avtomobilin cavabdehlər X2 və İddiaçı qanunsuz sahibliyindən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılması ilə bağlı Ağcəbədi Rayon Məhkəməsinə müraciət etmişdir.

11. Ağcəbədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(017)-198/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı “VAZ-21214 minik” markalı, istehsal ili 2014, mühərrik nömrəsi 0581917, BAN nömrəsi XTA212140E2182678, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq Cavabdeh verilməsi qət edilmişdir.

12. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1183 nömrəli rəyi ilə iş materiallarına əlavə edilmiş qəbzlər üzrə İddiaçı tərəfindən Cavabdeh kart hesabına köçürülən pulun məbləği 21689 manat müəyyən edilmişdir: 20062844 nömrəli kart hesabına – 21319 manat 4203 xxxx xxxx 3039 nömrəli kart hesabına - 370 manat.

13. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş sorğu məlumatlarından görünür ki, Cavabdeh mülkiyyətində 11 nəqliyyat vasitəsi vardır, onun adına xx.xx.2023-cü il tarixdə VÖEN açılmış, fəaliyyət istiqaməti avto mobillərin komisyon agentləri tərəfindən pərakəndə satışı olaraq müəyyən edilmişdir. Həmçinin İddiaçı adına xx.xx.2016-cı il tarixdə VÖEN açılmış, fəaliyyət istiqaməti baytarlıq məmulatlarının pərakəndə satışı olaraq müəyyən edilmişdir.

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı cavabdehdən onda qalması şərtilə 1500 manat ilkin ödəniş etməklə iki maşın almış, avtomobilin alqı-satqısı zamanı tərəflər 30 ay müddətinə hər gün 20 manat ödəmək şərti ilə razılaşmışlar. Lakin qiymət müəyyən edilməmişdir. 30 ay müddət qurtardıqdan sonra həmin avtomobillər iddiaçıda qalmalı idi. O, ilkin olaraq özünün sürməsi üçün “Reno” markalı avtomobili almış, 2-3 ay sonra, yəni fevral ayında isə atası üçün “ Niva” markalı avtomobili almışdır. “Niva” markalı maşından əsasən ova getmək üçün istifadə etmişlər. İkinci maşın xarab olduğu üçün iddiaçı maşını dəyişmişdir. İddiaçı “Reno” markalı maşını “dvatçat” adlanan kruqda Anarın dediyi Taryel adlı şəxsə təhvil vermişdir. İddiaçı tərəfindən cavabdehin kart hesabına pul köçürülmüş və ekspert rəyindən də göründüyü kimi iddiaçı tərəfindən cavabdehin kart hesabına 22000 manat pul köçürülmüşdür. Həmçinin cavabdeh tərəfin qeyd etdiyi təmir xərci qismində 1230 manat pul vəsaitinin ödənilməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir.

15. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-419/2024 saylı, xx.xx.2024- cü il tarixli qətnaməsi ilə (hakim Starə Əliyeva) iddia tələbinin rədd olunması qət edilmişdir.

16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmış dır ki, iddiaçı X4 iddia tələbinin faktiki halları qismində məhkəməyə onun Cavabdeh ilə aralarında əşyanının hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlandığını, onun həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək cavabdehə 24000 manat məbləğində pul vəsaiti ödədiyini, lakin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək nəqliyyat vasitəsini onun mülkiyyətinə verməkdən imtina edərək onun əlindən aldığını bildirmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə nəqliyyat vasitələri rəsmi reyetrdə qeydə alınmalı olan daşınar əmlak olduğundan, nəqliyyat vasitələrinə mülkiyyət hüququnun başqa şəxsə keçməsinə dair müqavilələr, o cümlədən alqı-satqı müqaviləsi yazılı formada bağlanaraq imüvafiq icra hakimiyyəti orq anı tərəfindən təsdiq edildiyi halda etibarlı olur və həmin əqd üzrə hüquqi nəticələrin yaranmasına səbəb olur.

18. Bundan əlavə, işin məhkəmə tərəfindən araşdırılan faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən nəqliyyat vasitəsini əşyanın hissə-hissə ödənilməsi şərti ilə nisyə aldığını qeyd etsə də, tərəflər arasında nəqliyyat vasitəsinin qiyməti barədə razılaşma əldə edilməmişdir. Halbuki əşyanın hissə-hissə ödənilməsi şərtilə nisyə alqısatqı müqaviləsinin əsas şərtlərindən biri əşyanın qiyməti barədə razılaşma əldə edilməsidir.

19. Məhkəmə iclasında iştirak edən zaman iddiaçıdan cavabdehlə avtomobilləri hansı qiymətə almağa razılaşması, məbləği ilə bağlı suallar verilsə də, o suallara dəqiq və qəti cavab verə bilməmişdir. Belə ki, iddiaçı X4 məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən zaman verdiyi izahatda, o cümlədən məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında telefon vasitəsi ilə əlaqə saxlanılan zaman tərəflər arasında nəqliyyat vasitəsinin qiyməti barədə razılaşma olmadığını, cavabdeh ilə nəqliyyat vasitəsinin alqısatqısına dair razılaşmanın 30 ay müddətinə hər gün 20 manat ödəməkdən ibarət olduğunu bildirmişdir. İddiaçı cavabdeh ilə aralarında alqı-satqı münasibətləri yarandığını sübut etmək üçün cavabdehə ilkin ödəniş olaraq 1500 manat məbləğində pul vəsaiti verdiyini bildirməsinə baxmayaraq, qeyd edilən halı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

20. Həmçinin iddiaçı “Renault Logan” minik markalı **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh tərəfindən onun əlindən alı ndığını bildirməsinə baxmayaraq, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyən edilmişdir ki, iddiaçı həmin nəqliyyat vasitəsini özü cavabdeh tərəfə təhvil vermişdir (öz izahatı ilə təsdiq edilir). Belə ki, o, izahatında qeyd etmişdir ki, cavabdeh ilə 30 ay müddətinə hər gün 20 manat ödəniş edərək sonda nəqliyyat vasitəsinin onun mülkiyyətinə keçirilməsinə dair razılaşma əldə etmişdir. Razılıq üzrə də 30 ay hər gün 20 manat ödəniş etmiş, lakin cavabdeh sonuncu ay razılaşmanı pozaraq onunla 36 ay müddətinə razılaşdığını bildirmişdir. Daha sonra qeyd etmişdir ki, o Anara həmin avtomobilin 7000 min manata qiymətləndirilməklə Anarda olan “S Class” markalı maşınla dəyişdirilməsini təklif etmiş, Anar razılaşdıqdan sonra həmin avtomobili gecə Taryelə təhvil vermişdir. Səhər isə “Elit” Ti carət mərkəzinin həyətində ustaya göstərmək barədə razılaşmışlar, orada Anar maşını onu əlindən almışdır.

21. Belə olan halda məhkəmədə sual yaranır ki, əgər 24000 manat həmin nəqliyyat vasitəsinin alqı-satqısı üçün pul verilmişdirsə, həmçinin cavabdeh iddiaçı ilə aralarında olan razılaşmanı pozaraq ondan əlavə pul istəmişdirsə, nə üçün iddiaçı qeyd edilənlərə baxmayaraq cavabdehə həmin avtomobilin həm 7000 manata qiymətləndirilməsini, həmçinin yenidən cavabdehə etibar edərək eyni şərtlərlə daha bahalı avtomobil əldə etməyi təklif edir.

22. Məhkəmədə həmçinin belə bir sual da yaranır ki, əgər tərəflər arasında hər iki avtomobil cavabdehdən alqı-satqı müqaviləsi əsasında əldə edilmişdirsə və hazırkı mübahisə yalnız “Renault Logan” minik markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyy at vasitəsi ilə bağlıdırsa, nə üçün iddiaçı Ağcabədi Rayon Məhkəməsində cavabdehin ona qarşı irəli sürdüyü iddia tələbi üzrə həmin avtoqnəliyyat vasitəsi ilə bağlı tərəflər arasında olduğunu iddia etdiyi alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qarşılqılı iddia irəli sürməmişdir və ya həmin nəqliyyat vaitəsi üçün ödənilmmiş pula dair tələb irəli sürməmişdir.

23. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, iddiaçı X4 Cavabdeh ilə aralarında əşyanın hissə-hissə ödənilməsi şərtilə nisyə alqı-satqı müqaviləsi bağlandığını iddia etsədə, iddiaçı istinad etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

24. Tərəflər arasında belə bir müqavilənin mövcudluğu müəyyən edilmədiyindən məhkəmə hesab etmişdir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülk i Məcəlləsinin alqı-satqı müqaviləsi ilə bağlı normalarının tətbiqi mümkün deyildir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki halı isə ondan ibarətdir ki, Cavabdeh tərəfindən iddiaçı X1 xx.xx.2020-ci il tarixdə “Renault Logan” minik markalı **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2025-ci il tarixədək nəqliyyat vasitəsini istifadə hüququ haqqında etibarnamə verilmişdir. Qeyd edilən nəqliyyat vasitəsi 2023-cü ilin may-iyun ayınadək iddiaçının istifadəsində olmuşdur. Həmçinin qeyd edilən nəqliyyat vasitəsindən başqa cavabdeh tərəfindən iddiaçıya 2021-ci ilin fevral ayında “VAZ-21214” minik markalı, **-HJ-*** dövlət nömrə nişanlı avtomobilə dair istifadə hüququ verilmişdir.

25. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur, o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.

26. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1183 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçı X4 tərəfindən Cavabdeh hesabına xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cəmi 21689 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı Sənan Niftəliyev həmin pul vəsaitinin “Renault Logan” minik markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi üçün ödənildiyini qeyd etsə də, cavabdeh həmin pul vəsaitinin hər iki maşın üçün ödənildiyini qeyd etmişdir.

27. Məhkəmə i clasında tədqiq edilmiş iş materialarına əsasən birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 2020-ci ilin dekabr ayından fevral ayınadək gündəlik 20 manat ödənilmiş fevral ayından isə 40 manat ödənilmişdir. Bu isə onu deməyə əsas verir ki, ödənilmiş vəsait hər iki maşına görə ödənilmiş vəsaitdir. İddiaçı həmin pul vəsaitinin tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ödənildiyini qeyd etsə də, Cavabdeh onunla iddiaçı arasında yaranan öhdəlik münasibətlərinin alqı-satqı müqaviləsindən deyil, icarə müqaviləsindən irəli gəldiyini, qeyd edilən pul vəsaitlərinin gündəlik 20 manat ödəmək şərtilə iddiaçının istifadəsinə verdiyi hər iki nəqliyyat vasitəsinə görə ödənilən vəsait olduğunu bildirmişdir. Qanunvericilikdə icarə müqaviləsinin bağlanıl ması üçün məcburi forma tələbi müəyyən edilməmişdir. İşin faktiki hallarından görünür ki, iddaçı və cavabdeh arasında hər gün 20 manat ödənilməsinə dair razılıq əldə edilmişdir. İddiaçı tərəf bunun alqı-satqı müqaviləsindən irəli gəldiyini iddia etməsinə baxmayarq sübut edə bilməmişdir, cavabdeh tərəf isə bunun icarə müqaviləsindən irəli gəldiyini iddia edir.

28. Məhkəmə qeyd etmişdir ki, işin faktiki halları baxımından tərəflər arasında yaranan münasibətlər icarə münasibətlərinə daha yaxındır. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əsasən müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində bir çox avtonəqliyyat vasitəsi vardır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, onun fəaliyyəti əvvəllər nəqliyyat vasitələrini icarəyə verilməsi ilə bağlı olmuşdur. Mülkiyyə tində olan nəqliyyat vasitələrini o, icarəyə vermişdir. Lakin taksi fəaliyyəti ilə bağlı qəbul edilmiş yeni qaydalar ilə əlaqədar hazırda həmin nəqliyyat vasitələrini satmışdır. Adına olan VÖEN ilə bağlı isə qeyd etmişdir ki, onun adına VÖEN onun müraciəti əsasında açılmamışdır. Adına açılmış VÖEN olmasından onun da 3-4 ay olar ki, məlumatı olmuşdur. Qeyd edilən hala iddiaçının nümayəndəsi aydınlıq gətirmişdir ki, vergi orqanlarında şəxsin adına bir neçə avtomobil olduqda araşdırma aparılır və avtomotik VÖEN açılır.

29. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə həmin pul vəsaitinin alqı-satqı müqaviləsi əsasında ödədiyini sübut edə bilməmişdir. Lakin işin müəyyən edilmiş halı odur ki, iddiaçı tərəfindən cavabdehə pul vəsaiti ödənilmişdir. Lakin həmin pul vəsaiti hesabına cavabdeh əsassız varalanmamışdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. İşin müəyyən edilmiş halı ondan ibarətir ki, nəqliyyat vasitəsi uzun müddət iddiaçının istifadəsində olmuşdur, iddiaçı həmin nəqliyyat vasitəsindən yaralanmışdır. Belə olan halda cavabdeh tərəfindən iddiaçının istifadəsinə verdiyi nəqliyyat vasitəsinə görə iddiaçı tərəfindən ödənilən pul vəsaiti cavabdehin əssassız varlanmasına səbəb olmur.

30. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməmişdir. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət y oxdur.

31. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəllənin 139.1, 146.1, 146.2, 152.8, 329.1, 329.2, 337.4, 385, 386.1, 390.1, 390.2, 405.1, 406.1, 425, 441.2, 442, 600.1, 600.3, 601.1, 601.2 və 650-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 82.3, 88, 115, 115.0.1, 124.2, 217.3 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

32. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

33. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə qətnamənin 48-ci bölməsində qeyd etmişdir ki, məhkəmə iclasında iştirak edən zaman iddiaçıdan cavabdeh ilə avtomobilləri hansı qiymətə almağa razılaşması, məbləğ ilə bağlı suallar verilsə də, o suallara dəqiq və qəti cavab verə bilməmişdir. Bu hissəyə münasibətdə bildirir ki, məhkəmə zalında quraşdırılmış video qeyd edici kameraya baxılsa, görünər ki, o, hakimin hər bir sualına vaxtında və lazımı cavablar vermiş və əsasladırmışdır. Bundan başqa məhkəmə qətnamənin 50-ci bölməsində qeyd etmişdir ki, “iddiaçı cavabdeh ilə aralarında alqı-satqı münasibətləri yarandığını sübut etmək üçün cavabdehə ilkin ödəniş olaraq 1500 manat məbləğində pul vəsaiti verdiyini bildirməsinə baxmayaraq qeyd edilən halı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.” Bu hissəyə münasibətdə qeyd edir ki, məhkəmə zalında bu halı təsdiq edəcək şahidlərinin olmasını deməsinə baxmayaraq məhkəmə onları dindirmədən qətnamədə “sübut etməmişdir” kimi qeyd etmişdir. Halbuki onu cavabdehlə taniş edən yuxarıda adını qeyd etdiyi tanışın vasitəsi ilə həmin ilkin ödənişi vermişdir. İlkin ödəniş etmədən isə hər-hansı avtomobili almaq mümkün deyildir.

34. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasita şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və izahatında göstərmişdir ki, şahidlərin dindirilməsi mütləqdir. Həmin şahidlərdən biri olan Rəşad adlı şəxs maşını ona alıb-verən adamdır, özü də cavabdehdən maşın almışdır. Onun Ağcabədidən avtomobili Bakıya gətirməsini istəyib ki, ümumi etibarnamə veriləcək. Onun çekləri vardır ki, ödənişlər etmişdir. Anarla danışmış, gün təyin etmişlər. Onun özünün şəxsi avtomobil nömrəsi olub, həmin nömrəni qeydiyyatdan keçirməli idi ki, maşında o nömrədən istifadə edə bilsin. O, maşını gecə saa t 01:30 radələrində 20-ci sahənin döngəsində Tarielə təhvil vermişdir. Lakin birdəfəliyə təhvil verməmişdir. Maşın onun adına keçməli olub, krediti ödəmişdir, o da Bakıya gəlmişdir. Maşını ustanın qarajına salmışlar. Maşının arxası aşağı olduğundan onu düzəltməli olmuşdur ki, texniki baxışa sala bilsin.

35. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini xahiş edərək izahatında bildirmişdir ki, şahidlər avtomobillərin alq-satqı əsasında alındığını sübut edə biləcək formada ifadə vermədilər. Tərəflər aralarında ilkin alqı-satqı müqaviləsi bağlaya bilərdilər. Şəxs bir avtomobili ala bilmədiyi halda 2 ay sonra digər avtomobili də götürmüşdür. Şəxs avtomobili götürdükdən sonra, 20-ci sahəyə gəlmiş və Tariel adlı şəxsə maşını təhvil vermiş, daha sonra təhvil verməsi barədə Anara məlumat vermişdir. Səhəri gün “Elit” mağazasının önündə görüşmüşlər, avtomobilin təmir ediləsi hissələrinin çox olduğunu bildirmiş, lakin təmir etdirmədən avtomobili geri qaytarmışdır. Təhvil verdikdən sonra isə ödəniş etdiyi pulların geri qaytarılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Onlar məhkəmədə icraat davam etdiyi dövrdə digər ikinci “NİVA” markalı maşını qaytarmadığına görə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmişlər, maşının qaytarılması ilə əlaqədar da məhkəmə qətnamə çıxarmışdır. Şirvan Apellyasiya Məhkəməsi də qətnaməni qüvvədə saxladı. Tərəflərin niyyəti avtomobillərin alqı-satqısı deyil, həmin avtomobillərin müvəqqəti istifadəsi olmuşdur. Əgər həqiqətən maşını almışdısa, təmirə xərclədiyi pulu mülkiyyətçidən niyə tələb etm əsi sual doğurur.

36. Apellyasiya baxışında şahid qismində izahat verən X3 göstərmişdir ki, iddiaçı dostudur. O, özü də cavabdehdən pulunu ödəyib avtomobil almışdır. İddiaçının cavabdehdən avtomobil almasında vasitəçi olmuşdur. İddiaçıya 1500 manat miqdarında ilkin ödəniş avtomobilin iddiaçıda qalması şərtilə verilmişdir. Sonradan iddiaçı ilə cavabdeh arasında nə üçün problem yarandığını bilmir. O da Anardan maşın almışdır, görüb ki, hər hansısa problem yoxdur və onu iddiaçıya tövsiyə etmişdir. Öz maşınını Anarın özündən yox, atasından almışdır. Birinci instansiya məhkəməsində şahid kimi dindirilmək məqsədilə məhkəməyə getsə də, dindirilməmişdir. Söhbət onun yanında təxminən 3 il əvvəl olmuşdur, dəqiq vaxt yadında deyildir.

37. Apellyasiya baxışında şahid qismində izahat verən X5 göstərmiş dir ki, iddiaçının xalası qızıdır. O, birinci instansiya məhkəməsində keçirilmiş hər 3 iclasda şahid qismində dindirilmək üçün gəlsə də, dindirilməmişdir. İddiaçı Rəşadla danışmış, Rəşad iddiaçıya kreditlə maşın ala biləcəyini tövsiyə etmişdir. Onlar da avtomobilin sənədləşmə prosedurunu icra etmək üçün Bayıl ərazisinə 20-ci sahəyə gəlmişlər. Daha sonra onları başqa yerə aparmışlar. Onlar hətta əvvəldən avtomobilə ilkin ödəniş kimi 1500 manat pul vermişlər. İddiaçıya rəsmiləşdirmə aparmasını təklif etmişdir. Anar isə indiyə kimi bu cür işlərdə hər hansı problemin olmadığını bildirib onları arxayın etmişdir. Söhbət onun yanında olmuşdur. O istəmişdir ki, tərəflər arasındakı münasibətlər müqavilə ilə rəsmiləşsin.

38. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5212/2024 nömrə li xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Fuad Babayev (məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

39. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, hissə-hissə ödənilməsi şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hazırkı işin hallarından göründüyü kimi iddiaçı tərəflər arasında nisyə alqı-satqı müqaviləsinin bağlandığını və 24000 manat pulu həmin müqavilə üzrə avtomobilin alınması üçün ödənildiyini bildirsə də, onların arasında nəinki əşyanın qiyməti, ödənişlərin qay dası, müddətləri və məbləğləri nəzərdə tutan alqı-satqı müqaviləsi, ümumiyyətlə, heç bir qeydə alınmış əqd bağlanmamış, predmeti bu cür reyestrdə qeydə alınmalı daşınar əşya olan müqavilə üçün qanunvericiliklə müəyyən edilmiş forma tələbləri mövcud olsa da, bu tələblərə əməl edilməsi ilə bağlı hər hansı sübut iş materiallarında aşkar edilməmişdir. Halbuki qanunvericiliyin tələblərinə əsasən nəqliyyat vasitələri rəsmi reyetrdə qeydə alınmalı olan daşınar əmlak olduğundan, nəqliyyat vasitələrinə mülkiyyət hüququnun başqa şəxsə keçməsinə dair müqavilələr, o cümlədən alqı-satqı müqaviləsi yazılı formada bağlanaraq notarial qaydada təsdiq edildiyi halda etibarlı olur və həmin əqd üzrə hüquqi nəticələrin yaranmasına səbəb olur. İddiaçı ilə cavabdeh arasında etibarlı alqı-satqı münasibətləri yara nmamış, buna görə də cavabdehin iddiaçıya mövcud olmayan müqavilə üzrə əmlakı təhvil verməsi, əks halda ödənilən pulu qaytarması kimi bir öhdəliyi mövcud olmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, həmin müddət ərzində cavabdehin mülkiyyətində olan sözügedən avtomobilin məhz iddiaçının istifadəsində olması və dövri olaraq iddiaçıya müəyyən haqq ödəməsi işin mübahisəsiz halını təşkil edir. Bu da o deməkdir ki, iddiaçı cavabdehin əsassız olaraq 24000 manat məbləğində pul əldə etdiyini bildirsə də, mübahisə yaranan vaxtadək cavabdehə məxsus avtomobildən istifadə etməsini və həmin münasibətlərin daha çox icarə müqaviləsinin xarakterinə uyğun gəldiyini nəzərə almamış, bu halın əvəzsiz istifadə və ya alqı-satqı müqaviləsindən irəli gəlməsinin mümkünlüyünə dair hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyən edilmişdir ki, iddiaçı həmin nəqliyyat vasitəsini özü cavabdeh tərəfə təhvil vermişdir.

40. Məhkəmə iddiaçının cavabdeh ilə aralarında alqı-satqı münasibətləri yarandığını sübut etmək üçün cavabdehə ilkin ödəniş olaraq 1500 manat məbləğində pul vəsaiti verməsinə dair dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, həmin dəlillərin əsasında iddiaçının məhkəməyə dəvət etdiyi şahid ifadələri durmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin şahidlərin dindirilməsindən imtina olunduğu bildirilmişdir.

41. Göstərilən sübut növünə münasibətdə məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi apellyasiya icraatında dindirilən şahidlərdən biri iddiaçının dostu, digəri isə onun xalas ı qızıdır. Bu halda həmin şəxslərin işin nəticəsində hüquqi baxımdan maraqlı olmaları böyük ehtimal daşımaqla mübahisənin həqiqi halları ilə bağlı düzgün ifadə vermələri məhkəmə üçün şübhə doğurur. Belə olan halda, apellyasiya şikayətinin dəlilləri qətnamənin göstərilən hissədə də ləğv edilməsi üçün əsas deyildir.

42. Yuxarıda qeyd edilənlərə əsasən apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı X4 Cavabdeh ilə aralarında əşyanın hissə-hissə ödənilməsi şərtilə nisyə alqı-satqı müqaviləsi bağlandığını iddia etsə də, iddiaçı istinad etdiyi hallarla bağlı məhkəməyə hansısa mötəbər sübut təqdim edə billməmişdir.

43. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1, 21.2, 152.8, 181.1, 181.4, 329.1, 329.2, 386.1, 390.2, 405.1, 406.1, 442, 567, 601.1, 650 və 700.1-ci maddələrinə istinadla ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

45. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmışdır. b)

46. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

48. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

49. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun eibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.

50. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əş yaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.

51. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir.

52. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

53. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

54. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

55. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

56. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

57. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

58. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

59. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

60. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

61. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Əşyanının hissə-hissə ödənilməsi şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

62. Maddə

650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

63. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istif adə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 546 saylı Fərmanı ilə təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı"

64. Bənd

2. Hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydiyyata alı nır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

68. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

69. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman ı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

72. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

73. Maddə 41 8.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya baxışının hədləri

74. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

75. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

76. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

77. İddiaçı kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

78. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

79. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5212/2024 nömrəli iş üzrə 18 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar