Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2740/2025 13.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, nümayəndə və ya vəkil tərəfindən şikayətin imzalanmasına səlahiyyətin olmaması, kassasiya şikayəti onu verən şəxs tərəfindən imzalanmadıqda, kassasiya şikayətinin formasına dair tələblər pozulduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və Vüqar Təvəkgül oğlu Həsənovdan ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı “əmlakların təhvil verilməsi, onlara dair sahiblik və istifadə hüququnun tanınması, əmlakların iddiaçı nın sərəncam və istifadəsinə verilməsi, o cümlədən mülkiyyət hüququnun tanınması və bununla bağlı digər öhdəliklərin icra edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 19 may tarixli 2(103)-695/2025 nömrəli qətnaməsindən cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 407.3-cü maddəsinə əsasən kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə on un səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. MPM-in 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Hazırkı iş üzrə cavabdehin kassasiya şikayətini elektron qaydada onun vəkili imzalasa da, cavabdeh MMC-nin özü tərəfindən imzalanmamış, kassasiya şikayətini 2025-ci il 22 iyul tarixdə imzalamış vəkilin isə həmin tarixdə kassasiya şikayətini imzalamaq səlahiyyəti olmamış, qeyd olunan tarixə aid etibarnamə işə əlavə edilməmişdir. İş materiallarında cavabdeh MMC-nin qanuni təmsilçisi X1 vəkil 2024-cü il 8 iyul tarixdə verdiyi etibarnamə olsa da (cild 1, i.v.89), həmin etibarnamə üzrə vəkilin cavabdeh MMCnin adından kassasiya şikayəti imzalamaq səlahiyyəti yoxdur. Çünki MPM-in 73.4-cü maddəsində hüquq i şəxs adından etibarnamənin rəsmiləşdirilməsi qaydası müəyyən edilərək göstərilir ki, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Həmin Məcəllənin 74.2-ci maddəsində imperartiv qaydada tələb olunur ki, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, MPM-in 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Lakin kassasiya şikayəti MPM-ə 3 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmişdir. İş materialları araşdırılar kən məlum olmuşdur ki, kassasiya şikayətində cavabdeh MMC haqqında heç bir məlumat qeyd olunmamış, əksinə şikayət verən şəxsə aid hissədə də vəkil haqqında məlumatlar qeyd edilmişdir. Halbuki, kassasiya şikayətinin bu bölməsi məhz kassasiya şikayəti verən şəxsin müəyyən olunması üçün nəzərdə tutulmuşdur. MPM-in 407.1.2-ci maddəsində nəzərdə tutulduğu kimi, qanunla müəyyən edilən formaya əsasən, şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti dəqiq göstərilməlidir. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407. 1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti geri qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla MPM-in 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və 408.3cü maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 19 may tarixli 2(103)695/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2740/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-2740/2025
13.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver