Məhkəmə qərarları › İş №2(102)-2744/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2744/2023

27.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2744/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti və "xxxx" Şirkəti cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması, cavabdehin anbar binasından və əmlak kompleksindən çıxarılması və əmlak kompleksinə daxil olmasının cavabdehə qadağan edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3cü şəxslər Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti və "xxxx" Şirkəti cəlb edilməklə) “mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması, cavabdehin anbar binasından və əmlak kompleksindən çıxarılması və əmlak kompleksinə daxil olmasının cavabdehə qadağan edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-351/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qay dasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X2 prospekti, 77L ünvanında yerləşən, sahəsi 4449 kv.m olan əmlak kompleksi xüsusi mülkiyyət hüququ əsasında, 0.4504 ha dövlət mülkiyyətində olan torpaq sahəsi isə istifadə hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 1403 saylı sərəncamı ilə Nərimanov rayonu, Kənar Dairəvi küçəsi, 2062-73-cü məhəllədə “Günay” İMS müəssisəsinə ayrılmış torpaq sahəsinin bir hissəsi ərzaq məmulat istehsalı məqsədi ilə İddiaçı müəssisəsinə təhkim olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh (Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "xxxx" Şirkətini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb etməklə) qarşı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, cavabdehin iddiaçı Şirkətə məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X2 prospekti, 77 “L” ünvanında yerləşən əmlak kompleksinin anbar binasından və əmlak kompleksindən çıxarılması, cavabdehin həmin əmlak kompleksinə daxil olmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia ərizəsini işin faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd edilən əmlak kompleksi Şirkətin xüsusi mülkiyyətidir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 808 saylı sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Kənar Dairəvi küçəsi, 2062-73-cü məhəllədə ərzaq məmulatları istehsalı məqsədi ilə İddiaçı Müəssisəsinə torpaq sahəsi təhkim olunmuşdur. Torpaq sahəsi ilə birlikdə 4 ədəd “Kislovodsk” modulu olan əmlak kompleksi də Şirkətə verilmişdir. Əmlak kompleksinə daxil olan 4 ədəd “Kislovodsk” modulundan əlavə müəssisənin istifadəsində olan torpaq sahəsində müəssisə tərəfindən qeyri-yaşayış sahəsinin əlavəsi olan bir ədəd bina inşa edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 64 saylı sərəncamı ilə, X2 prospekti, 77 “L” ünvanında yerləşən qeyri-yaşayış sahə sinin əlavəsinin təqdim olunmuş layihəyə uyğun mövcud vəziyyətdə Şirkətin adına sənədləşdirilməsinə icazə verilmişdir. 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı (İş № 2-1(82)-3541/2017) ilə Şirkətin yeni inşa edilmiş anbar binasına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla Daşınmaz əmlakın dövlət reyestrdən “Çıxarışın” verilməsi və “Texniki pasportun” tərtib edilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı (İş № 2-1(103)914/2018) ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmamışdır. Məhkəmə aktl arı qanuni qüvvəyə minmişdır. Göründüyü kimi anbar binası da Şirkətin mülkiyyətidir. Cavabdeh isə heç bir hüququ olmadan Şirkətə məxsus olan anbar binasına daxil olmuş və həmin binadan çıxmır. Bu hal isə Şirkətə əmlakı üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr yaradır, iddiaçının mülkiyyət üzərində istifadə, sahiblik və sərəncam vermək hüququnu pozur.

5. Məhkəmə iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə yazılı etiraz təqdim edərək qeyd etmişlər ki, iddiaçı belə bir iddia tələbi ilə əvvəllərdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır lakin iddiasının absurd və qanunsuz olduğunu anlayaraq məhkəmə proseslərinə gəlməmişdir, nəticədə də onun iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli qərardadı ilə b axılmamış saxlanılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, iddiada göstərilən əsaslar və faktlar iddiaçının iddia tələbində göstərildiyi kimi deyil, əslində iddiaçının iddia ərizəsində qeyd etdiyi Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi 2062 ünvanında 2007-ci il tarixlərdə cavabdeh öz vəsaiti hesabına təxminən 300 kv.m. sahədən ibarət qeyri-yaşayış obyekti inşa etdirmişdir. Tikilinin yerləşdiyi torpaq sahəsi də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin icarəsində olan dövlət torpaqlarıdır. İddiaçı şirkətin də modulları və anbar kimi inşa etdirdiyi tikililər dövlət torpaqları olmaqla yuxarıda qeyd etdiyi kimi Dövlət Neft Şirkətinin icarəsində olan torpaq sahəsinin üzərində inşa olunmuşdur və torpaq sahəsi istifadədə olan dövlətə məxsus torpaq sahəsidir. Bunu hətta iddiaçının məhkəməyə iddia ərizəsinə əlavə etməklə təqdim etdiyi ******* Seriya RX nömrəli xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz, əmlakın dövlət reyestrindən verilmiş çıxarışı da bir daha sübut edir. Həmin ərazidən neft kəməri keçir, Cavabdeh inşa etdirdiyi tikili isə kəmərdən təxminən 50 metr aralıda və iddiaçının modullarına, anbar binasına və əmlak kompleksinə aidiyyəti olmayan qeyri-yaşayış sahəsidir, iddiaçı maraqlıdır hansı əsaslarla və hüquq müəyyənedici sənədlər əsasında faktiki olaraq cavabdehə məxsus və aid edilən qeyri- yaşayış sahəsini ‘‘Delta investment” şirkətinin əmlakı hesab etməklə onun oradan çıxarılmasını tələb edir. Cavabdehin 2007-ci il tarixlərdə inşa etdirdiyi tikili özbaşına qanunsuz tikili sayılmaqla iddiaçı şirkətin əmlaklarına aidiyyəti olmayan Azər baycan Respublikası Dövlət Neft Şirkətinin icarəsində olan dövlət torpağında yerləşən tkilidir. Cavabdehin həmin ərazidən çıxarılmasını və əmlakların sökülməsini və yaxud da oranın boşaldılmasını yalnız Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və yaxud da Dövlət Əmlak Komitəsi və Nərimanov İcra Hakimiyyəti tələb edə bilər. Tələb hüququ yalnız yuxarıda qeyd etdiyi bu üç dövlət orqanlarına aiddir. Cavabdeh inşa etdirdiyi tikili ərin iddiaçı şirkətə heç bir aidiyyəti olmamaqla onun hüquqlarını hər hansı bir formada pozmur. İddiaçının hazırki tələbə münasibətdə subyektiv hüququ yoxdur. İddiaçı cavabdehin inşa etdirdiyi tikililəri məhkəməyə təqdim etdiyi hüquq müəyyənedici sənədlərdə qeyd olunan tikili kimi məhkəməni çaşdırmaqla təsvir etmək istəyirsə onda məhkəmə qərarından və sərəncamlarda n sonra texniki göstəriciləri əks etdirən Dövlət Əmlakı Reyestr Xidmətinin mühəndisləri tərəfindən ölçülərək tərtib edilən texniki Pasport və çıxarışla sübut etməli idi ki, cavabdehin hazırda yerləşdiyi və məskunlaşdığı tikililər konkret olaraq iddiaçı şirkətə məxsus tikililərdir. Bununla yanaşı bildirir ki, uzun müddət iddiaçı şirkətin cavabdehin inşa etdirdiyi tikililərə yiyələnmək istəyi, daima mübahisəli ərazidə mübahisələr yaratması və cavabdehə öz vəsaiti hesabına inşa etdirdiyi tikililərindən istifadə etməsinə yaratdığı maneələr ilə bağlı cavabdehin dövlət orqanlarına etdiyi müraciətlərin araşdırılması nəticəsində o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh ünvanlanmış 15 mart 2018-ci il tarixli **********13 saylı cavab məktubu ilə də bir daha müəyyən edilmişdir ki, Bakı şəhəri, Z.Bünyadov prospekti, 2062 ünvanında yerləşən İddiaçı MMC-nin icarəsində olan 1,73 ha torpaq sahəsində mübahisəli tikiliyə dair Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hüquq miiəyyənedici sənəd verilməmişdir. 19 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X2 prospekti, 77L ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə yerli baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ərazidə modul tipli beş ədəd anbar mövcuddur. Modullar əlifba sırasına uyğun olaraq A, B, C, D və E hərfləri ilə işarələnmişdir. Sonuncu modul iddiaçının nümayəndəsi A.Miralayın bildirdiyinə görə "xxxx" şirkətinə satılmışdır. Hazırkı iş üzrə mübahisəli qeyri-yaşayış sahəsi iki mərtəbədən ibarət olmaqla modullardan birinə bitişikdir. Qeyri-yaşay ış sahəsinin ikinci mərtəbəsi ilə həmin modul arasında təqribi bir metrlik boşluq vardır. İkinci mərtəbədə isə "xxxx" şirkətinin ofisi olub. Aşağı mərtəbədə yerləşən birinci otağın girişində ağlay sexi fəaliyyət göstərir. İddiaçının nümayəndəsi A.Miralay bildirir ki, ikinci otaq yeməkxana kimi fəaliyyət göstərib. Cavabdeh isə bildirir ki, hazırkı yeməkxananın yerləşdiyi otağı onun qardaşı tikib və ora onun yaşayış yeri olmuşdur. Cavabdeh eyni zamanda bildirdi ki, yeməkxana kimi fəaliyyət göstərən ikinci otaq daha əvvəl onun qardaşı orada işləyən zaman kabinet kimi istifadə olunub.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin(hakim S.Ədilova) 2(005)-108/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilə iddia tələbinin təmin edilməsi, mübahisəli əmlak kompleksinin anbar binasından və əmlak kompleksindən cavabdehin çıxarılması, cavabdehə həmin əmlak kompleksinə daxil olmasının qadağan edilməsi, iş üzrə aparılmış ekspertiza xərcini təşkil edən 100 manat məbləğində pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcini təşkil edən 54 manat məbləğində pulun cavabdehdən tutularaq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına keçirilməsi qət etmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı Şirkətin qanuni istifadəsində olan torpaq sahəsində inşa edilmiş və iddiaçı Şirkətə məxsus ərazidə olan anbarlardan birinə bitişikdir. Bu baxımdan cavabdehin həmin tikilidən istifadə etməsinin qanuni əsası yoxdur.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ko nstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə və 29-cu maddəsinə, Mülki Məcəllənin 152, 157, 165-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə, Torpaq Məcəlləsinin 56 və 66-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Şirkət belə bir iddia tələbi ilə əvvəllərdə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2017-ci il tarixli qərardad ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiada göstərilən əsaslar və faktlar iddiaçı Şirkətin iddia tələbində göstərildiyi kimi deyil, əslində Şirkətin iddia ərizəsində qeyd etdiyi Bakı şəhəri Nərimanov rayonu, X2 küçəsi 2062 ünvanında 2007-ci il tarixlərdə cavabdeh öz vəsaiti hesabına təxminən 300 kv.m. sahədən ibarət qeyri-yaşayış obyekti inşa etdirmişdir. Tikilinin yerləşdiyi torpaq sahəsi də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin icarəsində olan dövlət torpaqlarıdır. İddiaçı Şirkətin də modulları və anbar kimi inşa etdirdiyi tikililər dövlət torpaqları olmaqla yuxarıda qeyd etdiyi kimi Dövlət Neft Şirkətinin icarəsində olan torpaq sahəsinin üzərində inşa olunmuşdur və torpaq sahəsi istifadədə olan dövlətə məxsus torpaq sahəsidir. Bunu hətta iddiaçının məhkəməyə iddia ərizəsinə əlavə etməklə təqdim e tdiyi ******* seriya, RX nömrəli, xx.xx.2015-ci il tarixli “Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla” da sübuta yetir. Həmin ərazidən neft kəməri keçir, cavabdehin inşa etdirdiyi tikili isə kəmərdən təxminən 50 metr aralıda və iddiaçı Şirkətin modullarına, anbar binasına və əmlak kompleksinə aidiyyəti olmayan qeyri-yaşayış sahəsidir. Cavabdehin 2007-ci ildə inşa etdirdiyi tikili özbaşına qanunsuz tikili sayılmaqla iddiaçı Şirkətin əmlaklarına aidiyyəti olmayan və Dövlət Neft Şirkətinin icarəsində olan dövlət torpağında yerləşən tikilidir. Cavabdehin həmin ərazidən çıxarılmasını, əmlakların sökülməsini və yaxud da oranın boşaldılmasını yalnız Dövlət Neft Şirkəti və ya Dövlət Əmlak Komitəsi və ya Nərimanov Rayon İcra Hakimiyyəti tələb edə bilər. Cavabdehin inşa etdirdiyi tikil i iddiaçı Şirkətə heç bir aidiyyəti olmamaqla Şirkətin hüquqlarını hər hansı bir formada pozmur. İddiaçının bu kimi iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Rəşad Həsənov) 17 sentyabr 2021-ci il tarixli, 2(103)-7268/21 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən əraziyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı şirkətə məxsus olan modullardan birinə bitişikdir. Qey ri-yaşayış sahəsinin ikinci mərtəbəsi ilə həmin modul arasında təqribi bir metrlik boşluq var. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 3 saylı ərazi şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktla da müəyyən olunur ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı Şirkətin istifadəsində olan torpaq sahəsində inşa olunub. Beləliklə müəyyən edilir ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı Şirkətin qanuni istifadəsində olan torpaq sahəsində inşa edilmiş və iddiaçı Şirkətə məxsus ərazidə olan anbarlardan birinə bitişikdir. Bu baxımdan hesab edilməlidir ki, cavabdehin həmin tikilidən istifadə etməsinin qanuni əsası yoxdur.

13. Hazırki iddianı irəli sürməyə iddiaçı Şirkətin subyektiv hüququ var. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövl ət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışla” müəyyən olunur ki, tikililərin yerləşdiyi torpaq sahəsinin istifadə hüququ əsasında iddiaçı Şirkətin adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə və 29-cu maddəsinə, Mülki Məcəllənin 152, 157, 164, 165-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə, Torpaq Məcəlləsinin 66, 67, və 68-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsin də birinci icraat

15. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlərZ.Ə.Əliyev ( məruzəçi), A.Q.Hüseynov və İ.R.Xələfov) 16 iyun 2022-ci il tarixli, 2(102)1984/22 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır.

17. Kassasiya instansiyasının mövqeyinə apellyasiya məhkəməsi iddianın qanuni əsasları kimi Mülki Məcəllənin mülkiyyətin müdafiəsinə dair 157.2-ci, 157.8-ci, sahibliyin müdafiəsi barədə 164-165-ci maddələrinə və digər normativ hüquqi aktla ra istinad etmişdir. Məhkəmə iddia tələblərinin söykəndiyi faktiki hallarla istinad etdiyi maddi hüquq normalarının dispozisiya şərtləri arasında uyğunluğu (uyğunsuzluğu) yoxlamamış, bu istiqamətdə bir hüquqi dəyərləndirmə aparmamışdır.

18. Kollegiya əvvəlcə onu vurğulamışdır ki, MM-in 157.2-ci maddəsində nəzərdə tutulan iddia əşyanın özgənin qanunsuz sahibliyindən geri alınması (vindikasiya) tələbidir. Mülkiyyətin müdafiəsini təmin edən bu norma əsasında iddianın haqlı sayılması üçün iddiaçı mübahisəli əşyanın mülkiyyətçisi olmalı, əşya cavabdehin sahibliyində olmalı, cavabdehin əşyaya sahibliyi qanunsuz olmalıdır. Nəzərə alınmalıdır ki, daşınar əşyalara sahiblik onlar üzərində faktiki hakimiyyətə malik olma ilə açıqlansa da, daşınmaz əşyalara sahiblik daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlə müəyyən edilir. Hazırkı işdə apellyasiya məhkəməsi iddiaçının mübahisəli tikililərin mülkiyyətçisi olduğunu, habelə cavabdehin həmin əmlaka dövlət reyestrində aparılmış qeydə əsasən qanunsuz sahiblik etdiyini aşkar etməmiş, ümumiyyətlə bu normanın dispozisiya şərtlərini işin halları üzrə təhlil etməmişdir. Bundan əlavə, qətnamədə hansı səbəbdən Mülki Məcəllənin 157.8-ci maddəsinə istinad olunduğu, bu normanın iddianın təmin edilməsi üçün işin hansı faktiki halına uyğun gəldiyi aydın deyil. Həmin maddədə hər sahiblik halı deyil, məhdud əşya hüquqlarından (servitut, tikintiyə vərəsəlik hüququ və s.) irəli gələn sahiblik, tam əşya hüququ olan mülkiyyət hüququ ilə eyni səviyyədə qoruma altına almışdır. Yəni, ancaq məhdud əşya hüququna sahib olan şəxs MM-in 157-ci maddəsinə i stinad etməklə öz hüququnu hər kəsə qarşı qoruya bilər. Hazırkı işdə isə iddiaçının mübahisəli daşınmaz əşya üzərində məhdud əşya hüquqlarına malik olması məhkəmələr tərəfindən aşkar edilməmiş və əsaslandırılmamışdır.

19. Apellyasiya məhkəməsi istinad etdiyi digər normalar – Mülki Məcəllənin sahibliyin müdafiəsinə dair 164 və 165-ci maddələri üzrə mübahisəli əşya üzərində iddiaçının daha əvvəl sahibliyinin mövcud olması, bu vəziyyətin nə vaxtdan və hansı şəkildə cavabdeh tərəfindən pozulması, əgər belə bir pozuntu olmuşsa cavabdehin sahibliyinin hansı səbəbdən qanunsuz sayılması, habelə sahibliyin müdafiəsinə dair qanunda nəzərdə tutulmuş müddətlərin keçib-keçməməsini və digər mühüm halları ümumiyyətlə təhlil etməmişdir. Apellyasiya məhkəməsinin qətnaməsində mübahisəyə dair tərəflərin mövq eyi göstərilmiş, sonra iş materiallarında olan sənədlər və digər sübutlar sadalanmış, davamında maddi və prosessual hüquq normaları qeyd olunmuş, daha sonra mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçı şirkətə məxsus modullardan birinə bitişik olduğu vurğulanmaqla, cavabdehin həmin tikilidən istifadə etməsinin qanuni əsasının olmadığı nəticəsinə gəlinmişdir. Bundan başqa, iddiaçının 4449 kv.m. əmlak kompleksinə xüsusi mülkiyyət hüquqununa dair dövlət reyestrindən verilmiş çıxarışa istinad olunmaqla onun bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olduğu qeyd edilmişdir. Halbuki, sadəcə qanunvericilik normalarının sadalanması və mübahisənin mahiyyətinə qiymət vermədən iddianın əsaslı və ya əsassız olması barədə qənaəti əks etdirən, bir neçə cümlədən ibarət olan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.

20. Kassasiya məhkəməsi daha sonra göstrəmişdir ki, hazırkı iş üzrə mübahisənin düzgün həlli üçün iddiaçının cavabdehi mübahisəli sahədən çıxarmaq və cavabdehin oraya girişini qadağan etmək tələblərinin hansı hüquqa əsaslandığı aydınlaşdırılmalı və buna müvafiq olaraq iddianın qanuni əsası tapılmaqla həmin normanın şərtləri üzrə əsaslandırma aparılmalıdır.

21. Daha sonra qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X2 prospekti, 77L ünvanında yerləşən 0.4504 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, daşınm az əmlakın dövlət reyestrində istifadə hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Həmin torpaq sahəsində yerləşən 4449 kv.m əmlak kompleksi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınsa da, mübahisəli tikililərin həmin qeyri-yaşayış sahəsinin tərkibinə daxil olması müəyyən edilməmişdir. Cavabdeh də sahiblik etdiyi tikililərin iddiaçının deyil, dövlətin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini bildirir.İşdə olan, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X2 prospekti, 77L ünvanında yerləşən 17044,0 kv.m. torpaq sahəsinə dair "xxxx" İnvestment MMC ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 162 nömrəli icarə müqaviləsi xx.xx.2016-cı il tarixdə n ləğv edilmişdir. Bundan əlavə, "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh yaşadığı tikili də daxil olmaqla Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli, 1408 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Bakı Metropoliteni Xətlərinin X1” və Dövlət Proqramına uyğun olaraq Bakı Metropoliteninin İİ mövcud (Yaşıl) xəttinin davamı olaraq inşası nəzərdə tutulmuş “Y-02” stansiyasının tikintisinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Buna baxmayaraq apellyasiya məhkəməsi qeyd edilən hallar üzrə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, mübahisəli tikililərin iddiaçının hüquqları ilə əhatə olunan əmlaka daxil olubolmamsını mötəbər sübutlarla aydınlaşdırmamış, işdəki sübutlara v ə göstərilən mübahisəli xüsusatlara lazımi hüquqi qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.

22. Kollegiya bilmişdir ki, mübahisənin düzgün həlli üçün iddiaçının istifadəsində olan 0.4504 ha torpaq sahəsində öz mülkiyyətindəki 4449 kv.m. əmlak kompleksi yerləşdiyi halda, cavabdehin sahiblik etdiyi tikililərin neçə kvadratmetr sahədən ibarət olması və həmin həcmdə tikililərin iddiaçının isdtifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşmədiyi, ümumiyyətlə cavabdehin həmin tikililərə sahibliyinin nə vaxtdan davam etməsi, həmin sahibliyin, habelə iddiaçının bu tikililərə dair tələblərinin hansı hüquqi əsas(lar)a söykənməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar tərəflərin iştirakı ilə çəkişmə prinsipinə riayət olunmaqla tam və hərtərəfli araşdırılmalı, yuxarıda qeyd olunan mübahisəli hallara aydınlıq gətirilməli, bunun üçün zəruri olduqda aidiyyəti dövlət orqanlarının mütəxəssisləri cəlb edilməklə və ekspertiza keçirilməklə müvafiq rəylərin alınması təmin olunmalı və toplanmış sübutlara qanunvericiliyə uyğun qaydada qiymət verilməklə mübahisə əsaslandırılmış şəkildə həll edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 10/6792 nömrəli 16 dekabr 2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh tərəfindən istifadə olunan mübahisəli tikilinin Bak ı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli sərəncamı ilə iddiaçı "xxxx" Şirkətinə ayrılmış (Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X2 prospekti, 77L) torpaq sahəsinin ayrıc aktında qeyd olunan hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Eyni zamanda Cavabdeh istifadəsində olan mübahisəli tikilinin **********36-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışa əsasən "xxxx" Şirkətinə məxsus ümumi sahəsi 4449 kv.m olan əmlak kompleksinin (texniki pasportunda qeyd olunan “F” literli iki mərtəbəli tikilinin birinci mərtəbəsində yerləşən hissəsi) bir hissəsi olduğu müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqq ında daşınmaz əmlakın Dövlət reyestrindən **********36-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixdə verilmiş çıxarış sənədində qeyd olunan "xxxx" Şirkətinə istifadə hüququ ilə verilmiş 0,4504 ha torpaq sahəsinin həmin şirkətin mülkiyyətinə verilmiş ümumi sahəsi 4449 kv.m olan əmlak kompleksinin tikintisi altında yerləşən torpaq sahəsi olduğu müəyyən edilir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 322 nömrəli sərəncamında qeyd olunan Nərimanov rayonunun ərazisində Z.Bünyadov prospekti, 2096-cı məhəllədə və Z.Bünyadov prospekti, 2092-ci məhəllədə yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin müvəqqəti istifadəsinə verilmiş torpaq sahələrinə dair ayrıc aktı həmin sərəncama əlavə edilmədiyindən Cavabdeh istifadəsində olan mübahisəli tikili nin həmin sərəncamda qeyd olunan torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər-Fuad Babayev (sədrlik edən və məruzəçi), Günay Axundova və Rəfail Eyvazov) 07 mart 2023-cü il tarixli, 2(103)-351/23 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi işdə olan sənədlərlə və ekspert rəyi ilə müəyyən etmişdir ki, Cavabdeh tərəfindən istifadə olunan mübahisəli tikilinin Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli sərəncamı ilə iddiaçı "xxxx" Şirkətinə ayrılmış torpaq sahəsinin ayrıc aktında qeyd olunan hüdudlar ı daxilində yerləşir. Cavabdeh istifadəsində olan mübahisəli tikilinin xx.xx.2021-ci il tarixdə verilmiş Çıxarışa əsasən "xxxx" Şirkətinə məxsus ümumi sahəsi 4449 kv.m olan əmlak kompleksinin (texniki pasportunda qeyd olunan “F” literli iki mərtəbəli tikilinin birinci mərtəbəsində yerləşən hissəsi) bir hissəsidir. xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışda qeyd olunan "xxxx" Şirkətinə istifadə hüququ ilə verilmiş 0,4504 ha torpaq sahəsinin həmin şirkətin mülkiyyətinə verilmiş ümumi sahəsi 4449 kv.m olan əmlak kompleksinin tikintisi altında yerləşən torpaq sahəsidir.

23. Məhkəmə kollegiyası mübahisəli torpağın Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 322 nömrəli sərəncamında qeyd olunan Nərimanov rayonunun ərazisində Z.Bünyadov prospekti, 2096-cı məhəllədə və Z.Bün yadov prospekti, 2092-ci məhəllədə yerləşən "xxxx" QSC-nin müvəqqəti istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşməsi işin halları ilə müəyyən edilməmişdir. Digər tərəfdən sərəncamın mahiyyətindən də göründüyü kimi həmin sərəncamla torpaq sahəsinin verilməsi müvəqqəti olmuş və yuxarıda qeyd olunanlar və iş üzrə aparılmış eskpertiza tədqiqatı ilə əksi müəyyən olunmuşdur.

24. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı həmin əmlak kompleksi kimi müəssisədən mülkiyyət hüquqlarının həyata keçirilməsində o cümlədən torpaq sahəsindən istifadəsində maneə ilə üzləşmişdir. İddiaçı həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Digər tərəfdən, həm birinci instansiya məhkəməsi, həm də hər ik i apellyasiya icraatı zamanı cavabdehin iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş tikilidən istifadə etməsinin qanuni əsasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə və 29-cu maddəsinə, Mülki Məcəllənin 152, 157, 164, 165-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə, Torpaq Məcəlləsinin 66, 67, və 68-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən a raşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

27. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarını tətbiq etməklə yanlışlığa yol vermiş, Ali Məhkəmənin mövqeyini icra etmədən ilkin apellyasiya baxışında olan səhvləri təkrarlamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam et dirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

31. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

32. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

33. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların da vam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

34. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 35.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 37.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 38.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 39.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Qətnamədən kassasiya şikayəti verən cavabdeh tərəfindən məhkəmə qətnaməsi tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə k ollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

43. Belə ki, hazırki mübahisə iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, cavabdehin iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X2 prospekti, 77 “L” ünvanında yerləşən əmlak kompleksinin anbar binasından və əmlak kompleksindən çıxarılması, cavabdehin həmin əmlak kompleksinə daxil olmasının qadağan edilməsi ilə bağlıdır.

44. İş üzrə birinci apellyasiya məhkəməsinin icraatı nəticəsində qəbul edil miş qətnaməni kassasiya kollegiyası bir neçə göstərişlə ləğv etmiş və işi yeni araşdırmaya göndərmişdir: - mübahisənin düzgün həlli üçün iddiaçının istifadəsində olan 0.4504 ha torpaq sahəsində öz mülkiyyətindəki 4449 kv.m. əmlak kompleksi yerləşdiyi halda, cavabdehin sahiblik etdiyi tikililərin neçə kvadratmetr sahədən ibarət olması və həmin həcmdə tikililərin iddiaçının istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşmədiyi, ümumiyyətlə cavabdehin həmin tikililərə sahibliyinin nə vaxtdan davam etməsi, həmin sahibliyin, habelə iddiaçının bu tikililərə dair tələblərinin hansı hüquqi əsas(lar)a söykənməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar tərəflərin iştirakı ilə, çəkişmə prinsipinə riayət olunmaqla tam və hərtərəfli araşdırılmalı, yuxarıda q eyd olunan mübahisəli hallara aydınlıq gətirilməli, bunun üçün zəruri olduqda aidiyyəti dövlət orqanlarının mütəxəssisləri cəlb edilməklə və ekspertiza keçirilməklə müvafiq rəylərin alınması təmin olunmalı və toplanmış sübutlara qanunvericiliyə uyğun qaydada qiymət verilməklə mübahisə əsaslandırılmış şəkildə həll edilməlidir.

45. Təkrar apellyasiya baxışında apellyasiya məhkəməsi tikilinin iddiaçının istifadəsində olan torpaq sahəsində yerləşməsi, ümumi torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin iddiaçının mülkiyyətində olan tikililərə aid olması və torpaq sahəsinin "xxxx" üçün ayrılmış torpaq sahəsinin üzərində yerləşib-yerləşməməsinin müəyyən edilməsi üçün əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və hazırki qərarın 20-ci bəndində olan məzmunda ekspert rəyi almışdı r.

46. Ekspert rəyi ilə Cavabdeh tərəfindən istifadə olunan mübahisəli tikilinin Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli sərəncamı ilə iddiaçı "xxxx" Şirkətinə ayrılmış (Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X2 prospekti, 77L) torpaq sahəsinin ayrıc aktında qeyd olunan hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh istifadəsində olan mübahisəli tikilinin **********36-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışa əsasən "xxxx" Şirkətinə məxsus ümumi sahəsi 4449 kv.m olan əmlak kompleksinin (texniki pasportunda qeyd olunan “F” literli iki mərtəbəli tikilinin birinci mərtəbəsində yerləşən hissəsi) bir hissəsi olduğu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanınd a Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********36-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixdə verilmiş çıxarış sənədində qeyd olunan "xxxx" Şirkətinə istifadə hüququ ilə verilmiş 0,4504 ha torpaq sahəsinin həmin şirkətin mülkiyyətinə verilmiş ümumi sahəsi 4449 kv.m olan əmlak kompleksinin tikintisi altında yerləşən torpaq sahəsi olduğu müəyyən edilmişdir.

47. Ekspert rəyində göstərilir ki, baxış zamanı təqdim olunan mübahisəli tikili giriş qapısından daxil olduqda ikinci «Kislovodsk» modulunun arxa hissəsində yerləşən iki mərtəbəli tikilidir. Həmin tikilinin birinci mərtəbəsi cavabdehin istifadəsində, ikinci mərtəbəsi isə iddiaçının istifadəsindədir.

48. Ekspertin rəy verərkən tədqiq etdiyi "xxxx" Şirkətinin adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli texniki pasport məlumatlarından görünür ki, cavabdehin yaşadığı tikili olması müəyyən edilən «F» tikilsi bir mərtəbədən ibarətdir.

49. Daha sonra ekspert rəyində göstərilir ki, "xxxx" Şirkətinin istifadəsində olan tikililərin ölçüləri, planlı yerləşməsi və digər texniki parametləri xx.xx.2020-ci il tarixli 04/4219 saylı texniki pasporta uyğundur. … Həmin tikilinin tikintialtı sahəsi 197,8 kv.m, ümumi sahəsi isə 303,4 kv.m. (birinci və ikinci mərtəbə) təşkil edir.

50. Qərarın 48 və 49-cu bəndlərində müəyyən olunan halların qarşılıqlı qiymətləndirilməsi aparılarkən aşkar ziddiyyət müəyyən olunur. Belə ki, əgər iddiaçının tikililəri texniki pasportda olan göstəricilərlə eynilik təşkil edirsə, bu halda texniki paspor tda tikili (F) birmərtəbəli yox, iki mərtəbəli göstərilməlidir. «F» tikilsi texniki pasportda ikimərtəbəli göstərilmirsə, bu halda iddiaçıya məxsus tikililərin texniki pasporta uyğun olmaması ehtimalı yaranır.

51. Yaranmış vəziyyət isə onu təsdiq edir ki, ekspertiza tədqiqatı zamanı işdə olan bütün sübutlar, o cümlədən hüquqmüəyyənedici və texniki göstəriciləri özündə əks etdirən sənədlərin qarşılıqlı tədqiqatı təmin edilmədən rəy verilmişdir, bu isə mübahisələrdirilən hallar üzrə düzgün nəticəyə gəlməyə imkan vermir.

52. İşin digər halları ilə müəyyən olunduğu kimi iddiaçının tikililərinin bir hissəsi inzibati məhkəmənin qanuni qüvvədə olan qərarının icrası qaydasında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alımışdır.

53. Baxılan iş üzrə cavabdeh tərəfin digə r bir dəlili ondan ibarət olmuşdur ki, 52-ci bəndə istinad olunan məhkəmə qərarı icra edilərkən inzibati orqan tərəfindən yanlışlığa yol verilmiş və məhz həmin yanlışlığın düzəldilməsi üçün iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etmişdir.

54. Məhz baxılan iş üzrə həmin halın mövcud olması aydınlaşdırılmalı, zərurət olduğu halda isə müvafiq məhkəmə tərəfindən işə baxılması, qərarın qəbul edilməsi, baxılan işlə bağlılığın olması müəyyən edilməli idi.

55. Əvvəlki kassasiya icraatı zamanı aydınlaşdırılmasının zəruri hesab edildiyi məsələlərdən biri olaraq göstərilmişdir ki, Cavabdeh yaşadığı tikili də daxil olmaqla Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli, 1408 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Bakı Metropoliteni Xətlərinin X1” və Dövlət Proqramına uyğun olar aq Bakı Metropoliteninin İİ mövcud (Yaşıl) xəttinin davamı olaraq inşası nəzərdə tutulmuş “Y02” stansiyasının tikintisinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilməlidir. Buna baxmayaraq apellyasiya məhkəməsi qeyd edilən hallar üzrə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, mübahisəli tikililərin iddiaçının hüquqları ilə əhatə olunan əmlaka daxil olubolmamasını mötəbər sübutlarla aydınlaşdırmamış, işdəki sübutlara və göstərilən mübahisəli xüsusatlara lazımi hüquqi qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.

56. Həmin göstərişlə bağlı da apellyasiya məhkəməsi tərəfindən təyin olunmuş ekspertiza zamanı ekspert qarşısında s ual qoyulmuş və müvafiq olaraq ekspert həmin sual üzrə göstərmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 322 nömrəli sərəncamında qeyd olunan Nərimanov rayonunun ərazisində Z.Bünyadov prospekti, 2096-cı məhəllədə və Z.Bünyadov prospekti, 2092-ci məhəllədə yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin müvəqqəti istifadəsinə verilmiş torpaq sahələrinə dair ayrıc aktı həmin sərəncama əlavə edilmədiyindən Cavabdeh istifadəsində olan mübahisəli tikilinin həmin sərəncamda qeyd olunan torpaq sahəsinin hüdudları daxilində yerləşibyerləşməməsini müəyyən etmək mümkün olmamışdır.

57. Halbuki iş materiallarının 132-ci səhifəsində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin müvəqqəti istifadəsinə verilmiş torpaq sahələrinə dair ayrıc cizgisi əlavə olunmuşdur. İş materllarında belə s übutun mövcud olmasına baxmayaraq işə baxan apellyasiya instansiya məhkəməsi ekspert rəyində həmin sual üzrə gəlmiş olduğu nəticəsinin əsassız olmasını nəzərə almamışdır.

58. Bununla yanaşı əvvəlki kassasiya məhkəməsinin digər göstərişi – yəni ümumiyyətlə cavabdehin həmin tikililərə sahibliyinin nə vaxtdan yaranması və hansı müddət ərzində davam etməsi, həmin sahibliyin, habelə iddiaçının bu tikililərə dair tələblərinin hansı hüquqi əsas(lar)a söykənməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar tərəflərin iştirakı ilə, çəkişmə prinsipinə riayət olunmaqla tam və hərtərəfli araşdırılmalı olması ilə bağlı olmuşdur.

59. Həmin göstərişlərlə bağlı apellyasiya instansiyası məhkəməsi hər hansı araşdırma aparmamış, yəni cavabdehin nə vaxt tikili tikməsi, tikilinin tikilməsi zamanı iddiaçının tikilisinin mövcud olması, iddiaçının torpaq sahəsini əldə etdiyi zamanı cavabdehin tikilisinin həmin vaxt mövcud olub-olmaması və iddiaçının torpaq sahəsini yüklü olaraq əldə edib etməməsi, cavabdehin tikilildən çıxarılması zamanı isə müvafiq kompensasiya tələb etməsi üçün müvafiq subyektiv hüquqa malik olub-olmamasını aydınlaşdırılmalı olmuşdur.

60. Göstərilən səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi MPM-in 101.7, 103.1, 218.1, 392 və 420-ci maddələrinin tələblərini pozmuş və bu pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

61. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmə lər tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

62. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə bax ışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

63. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

64. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

65. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

66. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, zərurət yaranarsa müvafiq məhkəmə ekspertizasının keçirilməsi məsələsini tərəflərlə müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

67. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rə hbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(103)-351/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar