Məhkəmə qərarları › İş №2(102)-2746/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-2746/2025

20.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2746/2025 20.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMMC-nin Cavabdehə qarşı ilk, iddiaçı Cavabdeh "xxxx" MMMC-yə qarşı qarşılıqlı, üçüncü şəxslər X11, X7, X8, X12, X4, X5, X6, X9 və X2 cavabdeh MMMC-yə qarşı müstəqil, İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh və "xxxx" MTK–ya qarşı iddialarına dair iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və Vüqar Təvəkgül oğlu Həsənovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 2 may tarixli 2(103)127/2025 nömrəli qətnaməsindən iddiaçı (qarşılıqlı və müstəqil iddialar üzrə cavabdeh) İddiaçı MMMC və üçüncü şəxslər X11, X7, X8, X12, X4, X5, X6, X9 və X10 tərəfindən verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Üçüncü şəxs X4 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İş materiallarından müəyyən edilir ki, üçüncü şəxsləri n müstəqil iddiasında, 9 nəfər üçüncü şəxs tərəfindən tələb olunub ki, cavabdeh İddiaçı MMMC həmin üçüncü şəxslərə məxsus olan, həmin binada yerləşən 5-6, 10, 11, 12, 13-14, 15, 16, 18-19, 24-25, 26-27, 32-33 nömrəli avtomobil dayanacaqlarından (qarajlardan) çıxarılsın və həmin qarajlar üçüncü şəxslərə təhvil verilsin. Nərimanov Rayon Məhkəməsinin 2023-cü il 19 iyun tarixli 2(005)-753/2023 nömrəli qətnaməsi ilə qət olunub ki, üçüncü şəxslərin iddiası təmin edilməsin. Birinci instansiya məhkəməsinin qətnaməsindən üçüncü şəxslər X11, X8, X12, X5, X6, X9 və X2 birgə və X7 isə ayrıca apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 2 may tarixli 2(103)127/2025 nömrəli qətnaməsi ilə üçüncü şəxslərin apellyasiya şikayətləri təmin edilməmiş, birinci in stansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda həmin qətnamədən apellyasiya şikayətləri təmin olunmayan üçüncü şəxslər, habelə apellyasiya şikayəti verməyən üçüncü şəxs X4 birgə kassasiya şikayəti vermişlər. İşdən göründüyü kimi üçüncü şəxs X4 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. İddia tələbi bölünə bilən olduğu hallarda, iddianı təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsi, ondan apellyasiya şikayəti verməyən şəxsə aid hissədə qanuni qüvvəyə minmiş olur və qətnamənin həmin hissəsi, digər şəxslər tərəfindən verilən apellyasiya şikayəti üzrə apellyasiya icraatında yoxlanılmır. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlandığı hallarda, apeılyasiya şikayəti verm əyən şəxsin apellyasiya instansiyasının qətnaməsindən kasssiya şikayəti vermək hüququ istisna edilir. Çünki MPM-in 403.1-ci maddəsinə əsasən, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Birinci instansiya məhkəməsinin qətnaməsindən üçüncü şəxs Elnarə Qasımova apellyasiya şikayəti vermədiyinə görə, həmin qətnamə üzrə üçüncü şəxsin apellyasiya araşdırmasının predmetini təşkil edəcək hər hansı dəlili olmamışdır. Bu vəziyyət, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin üçüncü şəxs X4 münasibətdə tələbinin təmin edilməməsi kimi hüquqi nəticənin olmadığını ehtiva edir və onun həmin qətnamədən kassasiya şikayəti verm ək hüququ yoxdur. MPM-in 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxlərin birgə verdiyi kassasiya şikayəti X3 aid hissədə qeyri-mümkün hesab edilməli geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Həmçinin apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini üçüncü şəxs X3 aid hissədə geri qaytardıqdan sonra, mülki işi iddiaçı (qarşılıqlı və müstəqil iddialar üzrə cavabdeh) İddiaçı MMMC və digər üçüncü şəxslər tərəfindən verilmiş kassasiya şikayətlərinə baxılması üçün Ali Məhkəməyə göndərməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və 408.3cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 2 may tarixli 2(103)127/2025 nömrəli qətnaməsindən üçüncü şəxs X4 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti üçüncü şəxs X3 aid hissədə geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar