Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2755/2025 23.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh "X20 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "qalıq borcun ödənilməsi ilə mənzilin qaytarılması" tələbinə dair ilk, iddiaçı "X20 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ iş № 2(102)-2755/2025 Açar sözlər: kredit müqaviləsi münasibətlərindən irəli gələn mübahisələr; qarşılıqlı öhdəliklər üzrə ipoteka predmetinin geri qaytarılması tələbi, maddi ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Şəfi yev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh "X20 Azərbaycan" QSC-yə qarşı "qalıq borcun ödənilməsi ilə mənzilin qaytarılması" tələbinə dair ilk, iddiaçı "X20 Azərbaycan" QSC-nin cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 may 2025-ci il tarixli 2(103)-1436/2025 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “X20 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx. xx.2013-cü il tarixli, 072013 saylı kredit xətti açılması müqaviləsinə uyğun, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 4 saylı kredit sazişi əsasında 180.000 manat, xx.xx.2014-cü il tarixli kredit sazişinə əsasən 170.000 manat olmaqla, cəmi 350.000 manat kredit götürülmüşdür. Kreditin təminatı olaraq mülkiyyət hüququ ilə İddiaçı2 məxsus olan, ilkin satış dəyəri 128.000 manat müəyyən edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivindəki 8 saylı fərdi yaşayış evi, X6 məxsus olan, qiyməti 90.000 manat müəyyən edilmiş Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsindəki 131 saylı fərdi yaşayış evi, İddiaçı3 məxsus olan, qiyməti 95.000 manat müəyyən edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 116 saylı mənzil və İ ddiaçı1 məxsus olan, qiyməti 110.000 manat müəyyən edilmiş Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 117 saylı mənzil ipoteka ilə yüklü edilmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(009)225/2017 saylı qətnaməsi ilə "xxxx" MMC və İddiaçı2 "xxxx" QSC-nin xeyrinə 21 may 2014-cü il tarixli, 4 saylı kredit sazişi üzrə 179.790 manat əsas, 31.457,88 manat faiz və 2.000 manat cərimə borcu olmaqla, cəmi 213.247,88 manat məbləğində borcun, 22 may 2014-cü il tarixli, 5 saylı kredit sazişi üzrə 169.801,67 manat əsas, 29.752,92 manat faiz və 2.000 manat cərimə borcu olmaqla, cəmi 201.554,59 manat məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumu və 19 manat poçt xərcinin müştərək qaydada tutulması, ipoteka predmetləri: Bakı şəhəri, Səbail ra yonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 90.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 117 saylı mənzilinin ilkin satış qiyməti 95.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 116 mənzilinin ilkin satış qiyməti 110.000 manat və Bakı şəhəri, Qaradağ rayonu, Qobi qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 128.000 manat müəyyən edilməklə, tutmanın həmin daşınmaz əşyalara yönəldilməsi, qeyd edilən əşyaların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin hesabına “X20 Azərbaycan” QSC-nin təmin edilmiş tələblərinin ödənilməsi, qeyd edilən daşınmaz əşyalar satıldıqdan sonra X5 Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evindən, İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, saylı evin 117 saylı mənzilindən, İddiaçı3 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 116 saylı mənzilindən və İddiaçı2 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməklə həmin daşınmaz əşyaların 1 ay müddətində boşaldılması, “X20 Azərbaycan” QSC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissədə müvafiq olaraq X6, İddiaçı1, X13 və İddiaçı2 qaytarılması qət edilmişdir.
3. Qətnamənin icrası ilə bağlı ipoteka predmeti olan əmlaklar hərraca çıxarılmış, satışı baş tutmadığından tələbkar banka təklif olunmuşdur. Nəticədə Bak ı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evi (mülkiyyət hüququ ilə İddiaçı2 məxsus) xx.xx.2019-cu ildə 81.600 manata, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evi (mülkiyyət hüququ ilə X8 məxsus) 57.375 manata, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 116 saylı mənzili xx.xx.2020-ci ildə (mülkiyyət hüququ ilə İddiaçı3 məxsus) 70.125 manata və 117 saylı mənzili xx.xx.2020-ci ildə (mülkiyyət hüququ ilə İddiaçı1 məxsus) 60.563 manata - cəmi 269.663 manata bank tərəfindən əldə edilib balansa götürülmüşdür.
4. Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 ünvanında yerləşən ümümi sahəsi 334.3 kv/m olan mənzil satıcı "X20 Azərbaycan" QSC tərəfindən alıc ı X9 100.000 manat məbləğə satılmışdır.
5. Mübahisə predmeti olan yerdə qalan digər mənzillər tam mülkiyyət hüququ üzrə "X20 Azərbaycan" QSC-nin adına qeydiyyata alınmışdır.
6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-610/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı “X20 Azərbaycan” QSC-nin cavabdehlər "xxxx" MMC və İddiaçı2 qarşı pulun tutulması tələbinə dair iddiası rədd olunmuşdur. 7. "xxxx" QSC ilə “cavabdehlər” adlanan İddiaçı2, İddiaçı1, İddiaçı3, X11 və "xxxx" MMC arasında bağlanmış 15 dekabr 2021-ci il tarixli Razılaşmanın: - 1-ci bəndinə əsasən cavabdehlər bu razılaşma üzrə “X20 Azərbaycan” QSC-yə xx.xx.2022-ci il tarixinədək 31 iyul 2013-cü il tarixli 072013 N-li kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) üzrə 205.702.47 manat məbləğ borc vəsaitin ödənilməsini öhdəsinə götürürlər. Ödənişlər aşağıdakı qaydada icra ediləcəkdir: a) xx.xx.2021-ci il tarixədək 145.052.47 manat ödəniş ediləcək; b) xx.xx.2022-ci il tarixədək 60.650 manat ödəniş ediləcək. - 2-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, bu razılaşmanın 1-ci bəndin a) hissəsində göstərilən ödəniş vaxtında və lazımınca ödənildiyi təqdirdə “X20 Azərbaycan” QSC-yə məxsus Baki şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi əvvəlki sahibinin həyat yoldaşı X9, Bank tərəfindən həmin əmlak üzrə 5% hərrac, vergi, məcburi icra işləri (təbirləri) və s. üzrə çəkilmiş (çəkiləcək) xərclər də daxil olmaqla, 100.000 manat məbləğində qanunvericiliklə müəyyən edilmiş qaydada alğı-satqısı həyata keçiriləcəkdir. - 3-cü bəndinə əsasən tərəflər razılaşır ki, bu razılaşmanın 1-ci bəndin b) hissəsində göstərilən və həmin əmlak üzrə Bank tərəfindən 5% hərrac, məcburi icra işləri (tədbirləri) və s. üzrə çəkilmiş (cəkiləcək) xərclə də daxil olmaqla ödənişlər Banka vaxtında və lazımınca ödənildiyi təqdirdə 31 iyul 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən “X20 Azərbaycan” QSC-də ipoteka ilə yüklü edilmiş İddiaçı1 məxsus ünvan 3 ünvanında yerləşən mənzilin ipoteka ilə yüklülüyü Bank tərəfindən ləğv ediləcəkdir. - 4-cü bəndinə əsasən tərəflər razılaşırlar ki, bu razılaşmanın 1-ci bəndin b) hissəsində göstərilən ödəniş Banka vaxtında və lazımı qaydada ödənildiyi təqdirdə “X20 Azərbaycan” QSC-yə məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi əvvəlki sahibi X5 vərəsəsi və həyat yoldaşı olan X4, Bank tərəfindən həmin əmlak üzrə 5% hərrac, vergi, məcburi ic ra işləri tədbirləri və s. üzrə çəkilmiş (çəkiləcək) xərclər də daxil olmaqla, 83000 manat məbləğində qanunvericiliklə müəyyən edilmiş qaydada alğı-satqısı həyata keçiriləcəkdir. - 5-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, bu razılaşmanın 1-ci bəndin b) hissəsində göstərilən ödəniş Banka vaxtında və lazımınca ödənildiyi təqdirdə “X20 Azərbaycan” QSC-yə məxsus olan ünvan 5 ünvanında yerləşən mənzil əvvəlki sahibi İddiaçı3 qızma Bank tərəfindən çəkilmiş və\və ya çəkiləcək 5% hərrac, vergi, icra işləri\tədbirləri və s. üzrə xərclər də daxil olmaqla, 100.000 manat məbləğində qanunvericiliklə müəyyən edilmiş qaydada alğı-satqısı həyata keçirəcəkdir. - 6-cı bəndinə əsasən bu Razılaşmada müəyyən edilən həmin 205.702,47 manat məbləğində borc Banka qeyd edilən şərtlərə uyğun ödənildiyi təqdirdə (qeyd edilən şərtlərə uyğun ödənildikdən sohra) "xxxx" MMC-nin “X20 Azərbaycan” QSC qarşısında kredit müqaviləsi üzrə kredit öhdəliklərinə də xitam veriləcəkdir. - 7-ci bəndinə əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017 -ci il tarixli 2(009)-225/2017 saylı qətnaməsinin qanuni qüvvəyə minməsini nəzərə alaraq tərəflər təsdiq edirlər ki, qanunvericliyin tələblərinə əsasən həmin qətnamə əsasında müvafiq icra vərəqəsi də verilmişdir və icra vərəqəsi əsasında mülki iş icraya yönəlmişdir. Bununla belə, bu razılaşmanın yuxarıdakı şərtləri cavabdehlər tərəfindən pozulmadığı təqdirdə, iddiaçı “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə müvafıq olaraq icra qurumuna ərizə ilə müraciət edəcək. Cavabdehlər tərəfindən bu razılaşmanın yuxarıdakı şərtləri pozulduğu təqdirdə isə, müvafiq icra sənədi əsasında borcun cavabdehlərdən məcburi qaydada alınıb iddiaçıya ödənilməsi üzrə qanunvericliklə və məhkəmə qərarı (icra vərəqəsi) üzrə nəzərdə tutulmuş müvafiq işlər həyata keçiriləcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh "X20 Azərbaycan" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail Rayon Məhkəməsinin 2(009)225/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən borclulardan kredit borcuna görə tutulması qət edilmiş cəmi 414.802,47 manat məbləğindən, ödənilməmiş yerdə qalan məbləğin qəbul edilməklə, balansına götürdüyü Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evinin X8, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 116 saylı mənzilin İddiaçı3, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 117 saylı mənzilin İddiaçı1 qaytarılmasının cavabdeh “X20 Azərbaycan” QSC-dən tələb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad olunaraq onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin 2(009)-225/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən borcludan kredit borcuna görə cəmi 414.802,47 manat tutulması və tutmanın ipoteka əmlakına yönəldilməsi qət edilmişdir. Qətnamənin icrası ilə bağlı ipoteka predmeti olan əmlaklar hərraca çıxarılmış, satışı baş tutmadığından tələbkar banka təklif olunmuşdur. Nəticədə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evi (mülkiyyət hüququ ilə İddiaçı2 məxsus) 81.600 manata, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evi (mülkiyyət hüququ ilə X8 məxsus) 57.375 manata, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 116 saylı mənzil (mülkiyyət hüququ ilə İddiaçı3 məxsus) 70.125 manata və 117 saylı mənzili (mülkiyyət hüququ ilə İddiaçı1 məxsus) 60.563 manata, cəmi 269.663 manat bank tərəfindən əldə edilib balansa götürülmüşdür. Bundan sonra bank və kredit götürən borclu tərəf, ipoteka qoyanları cəlb edilməklə birgə danışıqlar aparılmış, məhkəmə ilə müəyyən edilmiş 414.802,47 manat məbləğin borclular tərəfindən ödənilməsinin təmin edilməsi və əmlakların sahiblərinə qaytarılması barədə ümumi razılaşma olmuşdur. Razılaşmaya uyğu n olaraq kredit götürən borclu "xxxx" MMCnin rəhbəri olaraq İddiaçı2 xx.xx.2021-ci il tarixdə 205.000 manat pulu banka ödəmişdir. Daha sonra 100.000 manat ödənilməsi üçün banka təqdim edilmiş və ipoteka əmlaklarından ikisinin geri verilməsini istənilmişdir. Lakin bank əmlaklardan birini, ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evinin qaytarılmasına razılıq vermiş və evi onun deyil, həyat yoldaşının adına alğı-satqı ilə rəsmiləşdirilməsini təklif etmişdir. Bankın nümayəndələrinin iştirakı və təşkili ilə adı çəkilən 8 saylı ev xx.xx.2022-ci il tarixdə X7 adına rəsmiləşdirilmiş və verilmiş hesaba "xxxx" ASC Mətbuat filialına onun adından 100.000 manat ödənilmişdir. Borca qarşı bundan sonra daha 40.000 manat banka təqdim edilmişdir. Bununla da məhkəmə qətnaməsindən sonra ümumilikdə 345.000 manat banka ödənilmişdir. Nəticədə 414.802,47 manat icra sənədi ilə tutulmalı olan məbləğdən 69.802,47 manat borc qalmışdır. Borclu "xxxx" MMC-nin rəhbəri İddiaçı2 banka müraciət edərək, yerdə qalan məbləğin ödənilməsini və razılaşmaya uyğun olaraq mənzillərin sahiblərinə qaytarılmasını təmin olunmasını xahiş etmişdir. Lakin cavabdeh tərəf onu rədd etmiş və qətnamə ilə müəyyən edilmiş borcun gecikdirildiyi əsasla ona qarşı 67.471,44 manat tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiasında bank borclu tərəfindən cəmi 205.000 manat ödədiyini göstərmiş, yerdə qalan ödənişlərini isə qəsdən göstərməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-610/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiası rədd olunmuşdur. Bundan s onra cavabdeh bank İddiaçı1 iki mənzili geri verilməsi üçün 350.000 manat ödəniş tələb etmişdir. Halbu ki, iki mənzil 205.000 manat məbləğində ipoteka edilmiş, 130.688 manata bank balansına götürmüşdür. Bundan başqa, banka xx.xx.2021-ci il tarixdə 205.000 manat məhz Mehriban və İddiaçı1lara məxsus adı keçən 116 və 117 saylı mənzillərə görə ödənilmişdir və mənzillər üçün birlikdə razılaşdırılmış ipoteka dəyəri həcmindədir. Göründüyü kimi cavabdeh cüzi borc məbləğinə qarşılıq, iddiaçılara məxsus əmlakı dolayısı ilə ələ keçirmək niyyətindədir. Ona görə də hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Diqqət edilməlidir ki, məhkəmə qətnaməsi ilə artıq qət edilmiş 414.802 manat tələb məbləğinə qarşı, əmlakı cəmi 269.663 manat dəyərində bank balansına götürmüşd ür. Qətnamədən sonra 205.000 manatın ödənildiyi sonrakı iddiasında etiraf etmişdir. 350.000 manat tələbi artıq 555.000 manat, 1 əmlak üçün ona 100.000 manat ödənildiyi, 4-cü əmlakın onda qalması baxımından, məbləğ 700.000 manat ötmüş olur. Bu aşkar şəkildə özgəsinin əmlakını ələ keçirməklə, əsassız varlanmadır. Nəzərə alınmalıdır ki, əgər cavabdeh qətnamə ilə müəyyən edilmiş borcun ödənilməsi qarşılığında, balansına götürdüyü əmlakı geri vermək vədini pozacaqdısa, onda borcludan yuxarıda qeyd edilən məbləğı qəbul etməməli idi. Nə qədər ki, borcun ödənilməsi üçün həmin məbləğləri qəbul etmişdir, onda yerdə qalan məbləği də qəbul edib, balansına götürdüyü ev və mənzilləri sahiblərinə qaytarılmasını təmin etməsi cavabdehdən tələb olunmalıdır.
10. Daha sonra X20 Azərbaycan" QSC cavabdehlər İdd iaçı1, İddiaçı3 və İddiaçı2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsi, ilkin iddia üzrə iddiaçılardan vicdansız və əsassız iddianın qaldırılması nəticəsində “X20 Azərbaycan” QSC-yə dəymiş maddi ziyana görə 25.000 manat, ödənilmiş dövlət rusumu olaraq 165 manat məbləğində pulun “X20 Azərbaycan» QSC-nin nəfinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia onunla əsaslandırmışdır ki, iş materiallarında da göründüyü kimi, İddiaçı2 xx.xx.2021-ci il tarixində 205052.47 manat nəğd vəsait mədaxil etmişdir. Artıq xx.xx.2022-ci il tarixdə İddiaçı2 tərəfindən 59.947 manat hesabından məxaric edilmişdir (Ə.A. Qasımovun şifahi xahişinə əsasən, məqsəd üzərinə 40000 manat əlavə edib B akı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında olan əmlakı Bankdan almaq). Hesabından məxaric edilmiş 59.947 manatın uzərinə 40000 manatda əlavə edərək Razılaşmanın 2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixili alğı-satqı müqaviləsinə görə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında olan əmlak 100.000 manat məbləğində alıcı X1. Nəticədə mədaxil edilmiş 205702.47 manatdan, hesabda qalan 145.053 manat pul vəsaiti xx.xx.2022-ci il tarixdə qalıq kredit borcundan silinmişdir. İş üzrə İddiaçı1 Banka ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinin 5 bəndində iddiaçı etiraf edir ki, ona və arvadı İddiaçı3 məxsus əmlak Bank tərəfindən balansa götürülmüşdür. Balansa (mülkiyyətə) götürüldükdə isə həmin əmlakın dəyəri kredit borcundan silinir. Beləliklə də, Bank tərəfindən balansa (mülkiyyətinə) göt ürülmüş əmlakın dəyəri 269.662.50 manat olmuş və kredit borcundan silinmiş, mədaxil edilmiş və hesabda qalan 145.053 manat pul vəsaiti qalıq kredit borcundan silinmişdir. Hazırda qalıq borc 87.97 manat təşkil edir. İlkin iddia üzrə iddiaçıların iddia ərizəsində göstərdikləri 345000 manat ödənildiyi qeyd olunsa da, onlar tərəfində kredit borcu üzrə banka belə məbləğdə ödənişləri olmamışdır və şəxsi mülahizələridir. Göründüyü kimi iddianı “əsaslandırmaq” üçün iddiaçılar öz mülahizələrinə və yalnış hesablamalarını əsas kimi göstərsələr də onların sübuta yetirən dəlilər məhkəməyə təqdim olunmamış, irəli sürülən tələbin hər hansı hüquqi əsasa söykənmədiyini təsdiq edir. İddia ərizəsində Mülki Məcəllənin bir sıra maddələri sadalansa da, yuxarıda da qeyd edildiyi kimi, hazıkı iş üzrə əmlak tələbi ni əsaslandıra bilən konkret olaraq hər hansı normaya istinad edilmir və ümumiyyətlə, əmlak hansı səbəbdən və hansı əsasla tələb olmasına dair hər hansı fakta istinad edilmir. Beləliklə də, ilkin iddia üzrə iddiacı qarşılıqlı iddia üzrə cavabdehlərin belə hərəkətləri ilə, yəni əsassız və vicdansız iddialarla bankın hüquqlarını pozub, işgüzar imicinə xələl gətirib, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozub. İddiaçılar irəli sürdükləri iddianın vicdansız və əsassız olduğunu dərk edərək qanunvericiliklə onlara verilmiş hüquqlardan sui-istifadə ediblər. Nəticədə Banka maddi ziyan vurulmuşdur.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)4300/2024 nömrəli qətnaməsi ilə ilk iddia tələbinin həmçinin qarşılıqlı iddia tələbinin rədd edilməsi, m əhkəmə xərclərinin iddiaçılara aid edilməsi qət edilmişdir (hakim Əfsanə Heydərova).
13. Məhkəmə öncə ilkin iddia tələbini təhlil edərək qeyd etmişdir ki, tərəflər arasındakı mübahisənin həllinə dair qanuni qüvvəsini almış və bundan sonra əmlakların hərraca çıxarılaraq bank tərəfindən əldə olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-225/2017 saylı, 30 noyabr 2017-ci il tarixli qətnaməsi mövcuddur.
14. Məhkəmə daha sonra qeyd etmişdir ki, tərəflər arasında bağlanmış Razılaşmanın 1-ci bəndinə görə hazırkı iş üzrə iddiaçılar xx.xx.2013-cü il tarixli, 072013 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixədək 145.052.47 manat, xx.xx.2022-ci il tarixədək isə 60.650 manat ödəniş etməyi öz öhdələrinə götürmüş, razılaşmanın 2-ci bəndinə əsasən 1ci bənd üzrə hazırkı iş üzrə idd iaçılar tərəfindən öhdəliklər yerinə yetirildiyi halda, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi 3-cü yaşayış massivi 8 saylı fərdi yaşayış evi X3 barədə öhdəliyi bank öz üzərinə götürmüşdür. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı2 xx.xx.2021-ci il tarixdə 205052.47 manat məbləğində pul vəsaitini mədaxil etsə də, xx.xx.2022-ci il tarixdə İddiaçı2 tərəfindən həmin məbləğin 59.947 manatını məxaric etmişdir. Daha sonra iddiaçı hesabından məxaric edilmiş 59.947 manatın üzərinə 40.000 manat pul vəsaitini əlavə edərək razılaşmanın 2-ci bəndinə əsasən bank ilə xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqavilə bağlayaraq Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 ünvanında yerləşən ümümi sahəsi 334.3 kv/m olan mənzili X7 adına satın almışdır.
15. Bu halla bağlı məhkəmə müəyyən etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixədək 145.052.47 manatı və Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 ünvanında yerləşən ümümi sahəsi 334.3 kv/m olan mənzilin dəyəri olan 100.000 manat pulu Banka ödəsə də, xx.xx.2022-ci il tarixədək 60.650.00 manat pulu Banka ödəməmiş və bununla da Razılaşmanın 1-ci bəndinin b) hissəsində göstərilən tələbləri pozmuşdur. Həmin Razılaşmanın şərtlərinə əsasən ödənişlər Banka lazımınca ödənilmədiyindən, Razılaşmanın 3-5-ci bəndlərində göstərilən şərtlər (digər mənzillərin iddiaçıya verilməsi/müəyyən məbləğə satılması) həyata keçirilməmiş və Bank qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin sərbəst şəkildə həyata keçirərək, əmlakların dəyəri olan 269 662.50 manat pulu, həmçinin hesabda qalan 145.053 manat pul vəsaitini xx.xx.2022-ci il tarixdə qalıq kredit borcundan silmişdir. Beləliklə Bank üzərinə düşən bütün öhdəlikləri icra etsə də, iddiaçılar tərəflər arasında bağlanmış Razılaşmana ilə müəyyən olunmuş ödənişləri vaxtında həyata keçirmədiklərindən, hazırda ödənilməmiş yerdə qalan məbləğin qəbul edilməklə, Bankın balansına götürdüyü Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evini X8, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 116 saylı mənzili İddiaçı3, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 117 saylı mənzili İddiaçı1 qaytarılmasını cavabdeh “X20 Azərbaycan” QSC-dən tələb etməkdə haqsız olmuşdur.
16. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, toplanmış iş materialları nəticəsində qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı3 tərəfindən iddiaçı "X20 Azərbaycan" QSC-yə maddi ziyan dəyməsi öz təsdiqini tapmamışdır.
17. Bununla bağlı məhkəmə müəyyən etmişdir ki, iddiaçı "X20 Azərbaycan" QSC cavabdehlərin əsassız və vicdansız iddialar qaldırmaqla Bankın hüquqlarını pozduqlarını, həmçinin işgüzar imicinə xələl gətirdiklərini iddia edərək, cavabdehlərdən 25.000 manat maddi ziyan tələb etsə də, məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək iş üzrə tərəflərin tam təbii prosessual hüquqlarıdır və qarşılıqlı iddia üzrə cavabdehlərin hüquqlarından istifadə edərək məhkəmədə iddia qaldırmaqları iddiaçı "X20 Azərbaycan" QSC-yə zərər vurmaq niyyəti kimi qiymətləndirilə bilməz.
18. Birinci instansiya məhk əməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 16.1, 21.1, 21.2, 385, 389.1, 390.1, 425.1, 441.4, 1096, 1097.1 və 1108.1-ci Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.4 və 218.1ci maddələrinə istinadən əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)4300/2024 saylı qətnaməsinin qismən - ilkin iddianın təmin edilmədiyi hissəsində ləğv edilməsi və ilkin iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddia üzrə tərəflər aralarında Səbail Rayon Məhkəməsinin qətnaməsinin icrası ilə bağlı tərəflər arasında 15 dekabr 2021-ci il tarixli Razılaşma müqaviləsi bağlanmış, bu müqavilə tərəflər üçün yeni münasibətlər yaratmışdır. Həmin razılaşmanın şərtlərinə görə ilkin olaraq iddiaçılar tərəfindən 205.702,47 manat banka ödənilməlidir. İddiaçılar tərəfindən həmin məbləğ banka ödənilmişdir. Bank isə sonradan iddiaçıların xəbəri olmadan, həmin məbləğdən 59.457,88 manatı İddiaçı2 ödəmişdir. Nəticədə bank xərcləri də nəzərə alanda 60.650 manat məbləğdən azalmışdır. Qətnamə çıxararkən məhkəmə razılaşmaya görə həmin məbləğin Banka lazımınca ödənilmədiyi kimi qiymətləndirmişdir. Bu da iddiaçıların haqlı iddiasının təmin edilməməsi ilə bağlı qətnamə çıxarılmasına səbəb olmuşdur. Halbuki, həmin məbləğin geri ödənilməsində iddiaçılar İddiaçı1 və İddiaçı3 məlumatsız olmuşdur. Bu baxımdan onlar razılaşma şərtlərinə riayət etməməkdə günahlandırıla bilməz. Əslində bu hal bankın razılaşmaya riayət etmədiyi kimi dəyərləndirilməli idi. Bundan başqa həmin hal məhkəmədə aşkar edildiyində, iddiaçılar qeyd olunan məbləği təkrar ödəməklə, iradələrindən asılı olmayan və onlara məlum olmayan şəraitdə razılaşmanın pozulmuş şərtinin bərpa edilməsini təklif etmişlər. Eyni zamanda bunu işə baxılan zaman məhkəmədə də təklif etmişlər. İddiaların tələbləri də məhz razılaşma ilə şərtləndirilmiş məbləğin ödənilməsinin hər vasitə ilə təmin edilməsidir. Bu baxımdan iddiaçılar razılaşma şərtinə görə davranışları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci və 425.2-ci maddələrin tələblərinə tam riayət etmişlər. Göründüyü kimi şikayət olunan qətnamə iş üzrə müəyyən edilmiş hallarla əsaslandırılmamış və tərəflərin münasibətinə uyğun qəbul edilməmişdir. Məhkəmənin qətnamə qəbul edərkən gəldiyi qənaət, qeyd olunan maddi hüquq normasının tələblərinə uyğun deyildir.
21. Qətnamədən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "X20 Azərbaycan" QSC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4300/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən - qarşılıqlı iddia tələbinin təmin olunmayan hissəsində ləğv olunması, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkə mə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, tərəflər arasında qanuni qüvvəyə minmiş 2017-ci il tarixli məhkəmə qərarı vardır. Həmin məhkəmə qərarı icraya yönəlmişdir. Bundan sonra 15 dekabr 2021-ci il tarixində tərəflər arasında razılaşma əldə olunmuşdur. Həmin razılaşmaya əsasən onlar ödənişləri etməli idilər, cavabdeh tərəf isə mənzilləri geri qaytarmalı idi. Mənzillərdən biri geri qaytarılmışdır. Tərəflər arasında razılıq əldə olunmuşdur. Ödəniş edilmişdirsə ev geri qaytarılmalıdır. 60 min manatla bağlı isə ekspert tərəfindən rəy verilməlidir. Barışıq sazişi olmasa idi, ödənişlər etməzdilər. On lar barışıq sazişini əsas götürmüşlər. Elektron kabinet vasitəsilə vəsatət vermişdi ki, ödənilən məbləğlə qalan borc arasındakı fərq müəyyən olunmalıdır. Çünki tərəflərdən biri iddia edir ki, ümumilikdə 200 min manatdan yuxarı məbləğ ödəmişdir. Digər tərəf isə onun 60 min manat hissəsini qəbul etmir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, 60 min manat hissəsində tərəfindən ödənilməsi qeyd olunmur. Lakin müdafiə etdiyi şəxs bildirir ki, həmin 60 manat ödənilmişdir, əgər qarşı tərəf hesabdan çıxarış təqdim olunsa, ekspert bunu müəyyən edə bilər. Bank tərəfindən satın alınmış əmlakların hesabına faktiki olaraq borc məbləğindən silinmə baş verir. Burada əsas 60 min manatın üzərinə mübahisə yaranır. Qarşı tərəf bildirir ki, iddiaçı 60 min manatı geri çəkir, lakin bununla ba ğlı məxaric orderini məhkəməyə təqdim etmir. Hüquqlarını müdafiə etdiyi şəxs bildirir ki, 60 min manatdan məlumatı yoxdur, kimin imzası olduğunu bilmir. Bununla bağlı sənədlərin surəti əlavə olunmuşdur, onlar buna etiraz etmişlər. Qarşı tərəf sənədin əsllərini məhkəməyə təqdim etmir. Müdafiə etdiyi şəxs 60 min manat hissəsini qəbul etmir. İddiaçı2 bildirir ki, o pulu çıxarmamışdır.
24. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, bir dost kimi İddiaçı2 gələrək ondan xahiş etmişdir, ona görə də evlər girova qoyulsun. Daha sonra müəyyən problemlər yaşandı. Bir gün bankın işçiləri Əfqanla birgə onu çağırdı və bildirdilər ki, Əfqan buraya 205 min manat pul köçürmüşdür, ona görə də Əfqanın evini girovdan çıxarırıq. Onlara deyib ki, onun evini çıxarsınlar, Əfqan daha sonra özü girovdan çıxarar. Orada bildirdilər ki, cəmi 60 min manat borc qalmışdır, həmin pul da ödənilsə, o zaman evləri girovdan azad olunacaqdır. O razılşıb, əlində olan 60 min manatı banka aparıb, lakin yaxın durmayıblar. Onun iki mənzili vardır, biri onun, digəri isə yoldaşının adınadır. Həmin əmlaklar birgə nikah dövründə əldə olunmuşdur. 60 min manatı o, 9 aydır özü ilə gəzdirir, lakin evlərini əldə edə bilmir. O, bankla heç bir razılaşma etməmişdir. Qarşı tərəfin hüquqşünasları gecə vaxtı evə gələrək imza etdirmiş, evdəkilər də bilmədən imza etmişlər.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 may 2025-ci il tarixli 2(103)-1436/2025 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4300/2024 nömrəli, 7 noyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər – Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Fuad Abdıyev).
26. Hüquqi mövqeyinin əsaslandırılması baxımından birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı müəyyən etmişdir ki, tərəflər arasında razılıq əldə olunmuş, onlar, ödənilməli olan kredit borcu və "xxxx" QSC tərəfindən hərrac vasitəsilə əldə olunmuş əmlaklar ilə əlaqədar 15 dekabr 2021-ci il tarixində Razılaşma bağlamış, həmin razılaşmaya əsasən borclular “X20 Azərbaycan” QSC-yə 31 iyul 2013-cü il tarixli 072013 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinədək 205.702,47 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşlər. 27. “X20 Azərbaycan” QSC isə, 145.052,47 manat məbləğində ödəniş xx.xx.2021ci il tarixinədək ediləcəyi təqdirdə özünə məxsus Baki şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evini əvvəlki sahibinin həyat yoldaşı X9 100.000 manat məbləğinə satmağı öhdəsinə götürmüşdür. 28. xx.xx.2022-ci il tarixinədək 60.650 manat məbləğində ödəniş ediləcəyi təqdirdə isə İddiaçı1 məxsus olmuş Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 253, 117 saylı mənzilin üzərindəki ipoteka yüklülüyünü ləğv etməyi; Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evini əvvəlki sahibi X5 vərəsəsi və həyat yoldaşı olan X4 83.000 manat məbləğinə; Bakı şəhəri, Nəsimi rayonu, Di larə Əliyeva küçəsi, ev 253, 116 saylı mənzili isə əvvəlki sahibi İddiaçı3 100.000 manat məbləğinə satmağı öhdəsinə götürmüşdür. Razılaşmanın icrası məqsədilə İddiaçı2 xx.xx.2021-ci il tarixdə 205.000 manat məbləğində ödəniş etsə də, iş materiallarından görünür ki, sonuncu hesaba mədaxil etdiyi ödənişdən 59.947 manat məbləğində pulu xx.xx.2022-ci il tarixdə hesabdan məxaric etmişdir. "xxxx" QSC də öz növbəsində X14 ilə (15 dekabr 2021-ci il tarixli Razılaşmanın 2-ci bəndi) xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsini imzalamış, həmin müqaviləyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evi 100.000 manata alıcı X2. Buna baxmayaraq, tərəflər arasında əldə olunmuş razılığa uyğun olaraq ödənilməli olan pulun qalan hissəsi xx.xx.2022- ci il tarixinədək ödənilməmiş, nəticədə hesaba mədaxil edilmiş 145.053 manat cavabdehlərin 31 iyul 2013-cü il tarixli 072013 saylı kredit müqaviləsi üzrə yaranmış borca silinmişdir. Hazırda cavabdehlərin icra etməli olduqları kredit borcundan cəmi 87,97 manat məbləğində ödənilməmiş borcu qalmışdır.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, göründüyü kimi tərələr arasında öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə mübahisə predmeti olan evlərin ipoteka yüklülüyündən azad edilməsi, barəsində alğısatqı müqavilələrin bağlanması, yəni əmlakların əzvəzli şəkildə əvvəlki sahiblərinə qaytarılması öhdəliyi iddiaçıların müvafiq məbləğdə pul ödəmələri ilə şərtləndirilmişdir. Belə ki, mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mübahisəyə tətbiq edilməli olan mülki qanunvericilik normalarının tələblərindən göründüyü kimi, konkret halda iddiaçılar ödənişlə bağlı öhdəliyini müəyyənləşdirilmiş müddət ərzində icra etmədiyinə görə cavabdeh özünün qarşılıqlı öhdəliyinin icrasından imtina etməkdə haqlı olmuşdur.
30. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddianı rədd edən məhkəmə iddiaçıların, tərəflər arasında bağlanmış Razılaşma ilə müəyyən olunmuş ödənişləri vaxtında həyata keçirmədiklərindən, hazırda ödənilməmiş yerdə qalan məbl əğin cavabdeh tərəfindən qəbul edilməklə, balansına götürülmüş Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evi, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 116 saylı mənzili, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 117 saylı mənzili onlara qaytarılmasını tələb etməkdə haqsız olduqlarını qeyd etmişdir. Məhkəmə tərəfindən iddianın təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir.
31. Qətnaməni qarşılıqlı iddiaya aid hissədə yoxlayarkən məhkəmə kollegiyası qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddia tələbi qarşılıqlı iddia üzrə iddiaçının işgüzar nüfuzuna cavabdeh tərəfindən xələl gətirilməsi ilə əsaslandırılmışdır. İşgüzar nüfuz, qeyri-maddi nemət ol maqla, fiziki və ya hüquqi şəxsin sahibkarlıq və ya digər sahədə peşəkar fəaliyyətinə görə cəmiyyətdə barəsində formalaşmış rəydir. Hüquqi şəxslərin işgüzar nüfuzlarının pozulması yalnız maddi zərərlə nəticələnə bilir.
32. Kollegiya həmçinin vurğulamışdır ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Belə ki, cavabdehin mülki məsuliyyətə cəlb edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. On lardan birinin aşkar edilməməsi iddianın rədd edilməsi üçün kifayətdir, digər əlamətlərin araşdırılmasına gərək yoxdur. Hazırda iddiaçı ona maddi zərərin vurulmasına istinad edərək 20.000 manat məbləğində pulun ödənilməsini tələb edir.
33. Məhkəmə kollegiyası sonda qeyd etmişdir ki, cavabdehlərin, pozulması ehtimal edilən hüquqlarını müdafiə etmək məqsədilə iddiaçının barəsində məhkəməyə müraciət edərkən iddia ərizəsini əsaslandırdığı dəlillərin QSC-nin cəmiyyətdəki işgüzar nüfuzunu ləkələyən məlumat olaraq qiymətləndirilməsi üçün müvafiq halların mövcudluğu müəyyən edilmir. Mövcud vəziyyətdə də onların üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz.
34. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 390, 421.1, 42 1.2, 421.3, 422.1, 423.1, 441.1, 441.2, 441.3, 560.1, 560.2 və 560.3.4-cü, Mülki Prosesual Məcəllənin 9, 14.1, 14.2, 88, 217.1 və 217.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
35. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən ilkin iddia üzrə İddiaçı1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinin qismən ilkin iddianın təmin edilmədiyi hissəsində ləğv edilməsini və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, nəzərə alınmalıdır ki, 60.650 manat məbləğin bankdan "xxxx" MMC-nin nümayəndəsi İddiaçı2 geri ödənilməsində iddiaçıla r İddiaçı1 və İddiaçı3 məlumatsız olmuşdur. Bu baxımdan onlar razılaşma şərtlərinə riayət etməməkdə günahlandırıla bilməz. Əslində bu hal bank tərəfin razılaşmaya riayət etmədiyi kimi dəyərləndirilməli idi. Əslində iddiaçılar İddiaçı3 və İddiaçı1 həmin məbləği təkrar ödəməyə hazırdır və bununla bağlı banka təklif də verilmiş və rəsmi müraciət edilmişdir. Eyni zamanda bunu işə baxılan zaman hər iki rayon və apellyasiya məhkəməsində təklif etmişlər. İddiaların tələbləri də məhz razılaşma ilə şərtləndirilmiş məbləğin ödənilməsini hər vasitə ilə təmin edilməsidir. Lakin tələbkar bank həmin məbləğin qəbul edilməsinə aşkar şəkildə maneə yaradır. Nəticədə yeni razılaşmadan sonra ödənilmiş 205.000 manatdan, yerdə qalan 140.000 manatı da özündə saxlamış və mənzilləri də götürmüşdür.
37. Bundan başq a, tərəflər arasında təsdiqlənmiş xx.xx.2021-ci il tarixli razılaşmada 205.000 manatın borclular tərəfindən ödənilməsi, buna qarşılıq onlara məxsus və bankın balansına götürülmüş 2 mənzilin bank tərəfindən onlara qaytarılması müəyyən edildiyindən qarşılıqlı icra edilməli olan öhdəliklərdir. Razılaşmada pulun ödənilməsi və mənzillərin qaytarılması qarşılıqlı öhdəliklər kimi müəyyən edildiyi baxımından, iş üzrə tərəflərin münasibətləri MM-nin qeyd olunan 441.1-ci və 4414.4-cü maddələrində təsbit olunmuş normaların tələbləri dairəsinə aiddir. İddiaçılar ödəməli olduqları və ödənilməsi artıq təmin edilmiş, lakin sonradan bir hissəsini geri qaytarılmaqla yaranmış çatışmayan məbləği ödəməyə hazırdırlar və hətta həmin məbləği məhkəmə iclasına gətirib, yerində tərəfə verilməsinə israr etmiş, lakin tərəf məbləğin qəbul edilməsini təmin etməmişdir. Bu halda məhkəmələr tərəfindən mübahisə qarşılıqlı öhdəliyin yerinə yetirilməsi təsbit olunmuş qeyd olunan Mülki Məcəllənin 441.4-cü maddəsinin tələbləri tətbiq edilməklə həll edilməlidir. Nəticə etibarı ilə qeyd olunan maddi hüquq normanın tələbinə uyğun çatışmayan məbləğin borcludan qəbul edilməsi və ona qarşılıq mənzillərin geri verilməsi öhdəliyini müəyyən etməklə mübahisəni həll etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi mübahisəni mülki qanunvericiliyin tələbləri baxımından düzgün həll etməmiş, bu da barəsində kassasiya şikayəti verilmiş qətnamənin maddi hüquq normalarının düzgün tətbiq edilməməklə çıxarılması ilə nəticələnmişdir.
38. Qətnamə işdə mövcud dəlillərə və tərəflərin razılaşmadan irəli gələn münasibətlərinə ümumi yyətlə uyğun deyildir. Belə ki, iş üzrə müəyyən edilən mübahisəsiz haldır ki, tərəflər arasında təsdiqlənmiş son razılaşmaya əsasən iddiaçılar onlar üçün ödənilməsi öhdəliyi müəyyən edilmiş məbləği ödəməli, bank da onlara məxsus və balansına götürdüyü mənzili onlara qaytarılmasını təmin etməlidir. Borclular razılaşmada müəyyən edilmiş məbləğin tam şəkildə ödənilməsini təmin etmişlər. Onların məlumatı olmadan həmin məbləğdən 60.650 manat, iş üzrə digər borclunun hesabına köçürülmüşdür. Hazırda da iddiaçılar həmin çatışmayan məbləği banka ödəməyə hazırdır, bank isə məbləğin qəbul etməsinə şərait yaratmır və buna mane olur. Lakin məhkəmə müəyyən olunan bu halları nəzərə almamış, çatışmayan məbləğin ödənilməsi təmin edilmədiyindən, iddianın təmin edilməməsi qənaəti ilə çıxış etmişdir. b) Kassa siya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətlərinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
40. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
41. Maddə 21.1 və 21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində ə ldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
42. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
43. Maddə
390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
44. Maddə
425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəl lənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
45. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
46. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
47. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
48. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu d əyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
49. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma,əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
50. Maddə 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.
51. Maddə 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçiri lməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
52. Maddə 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər.
53. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
54. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
55. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş old uğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
59. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
60. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
62. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxl anılmalıdır.
65. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
67. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araş dırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
68. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
71. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiya sı məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
72. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd e tməyi zəruri sayır.
73. Tərəflərin arasında yaranan mübahisə, onların arasında bağlanmış 15 dekabr 2021-ci il tarixli Razılaşmanın icrası ilə bağlıdır.
74. Həmin razılaşmanın şərtlərindən (bu qərarın 7-ci paraqrafı) göründüyü kimi, borclular (həmin Razılaşmada “cavabdehlər” adlanan şəxslər) “X20 Azərbaycan” QSC-yə xx.xx.2022-ci il tarixinədək 31 iyul 2013-cü il tarixli 072013 N-li kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) üzrə 205.702.47 manat məbləğ borc vəsaitin ödənilməsini, bu öhdəliyin xx.xx.2021-ci il tarixədək 145.052.47 manat, xx.xx.2022-ci il tarixədək 60.650 manat ödənilməklə icrasını şərtləşmişlər. “X20 Azərbaycan” QS-nin həmin Razılaşma üzrə öhdəliklərinin icra olunması, borcluların öhdəliyinin icrasına tabe tutulmuşdur. Yəni, göstərilən ödəniş borcular tərəf indən vaxtında və lazımı qaydada ödənildiyi təqdirdə “X20 Azərbaycan” QSC razılaşma üzrə öhdəliyini icra etməyə mükəlləfiyyətlidir.
75. Lakin işin məhkəmələr tərəfindən müəyyən olunan hallarına görə, kassator öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Kassator kassasiya şikayətində də bu faktı etiraf edir.
76. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı1 iddia tələbinin əsası kimi istinad etdiyi 15 dekabr 2021-ci il tarixli Razılaşmada, “X20 Azərbaycan” QSC sözügedən daşınmaz əmlakları iddiaçılara sadəcə qaytarmağı deyil, iddiaçılar öhdəliklərini yerinə yetirdiyi halda İddiaçı1 məxsus ünvan 3 ünvanında yerləşən mənzilin ipoteka ilə yüklülüyünü ləğv etməyi, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ev 131 ünvanında yerləşən fərdi yaşayış evini əvvəlki sahibi X5 vərəsəsi və həyat yold aşı olan X4, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 253, mənzil 116 ünvanında yerləşən mənzil əvvəlki sahibi İddiaçı3 müvafiq olaraq 100000 manata və 83000 manata, qanunvericiliklə müəyyən edilmiş qaydada alğısatqısını etməyi öhdəsinə götürmüşdür. 77. 15 dekabr 2021-ci il tarixli Razılaşma üzrə öhdəliklər İddiaçı2, İddiaçı1, İddiaçı3, X11 və "xxxx" MMC tərəfindən vaxtında və lazımı qaydada icra edilmədiyinə görə, məhkəmələr iddia tələbini rədd etməkdə haqlı olublar.
78. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kol legiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
79. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
81. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2025-ci il 5 may tarixli 2(103)1436/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar