Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2756/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh SSSX3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi və öhdəliyə icra edildiyindən xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh SSSX3 qarşı borc müqaviləsinə və öhdəliyə icra edildiyindən xitam verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1867/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şika yəti üzrə işə 17 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh SSSX2 hər dəfə 300.000 manat olmaqla, cəmi 600.000 manat pul vəsaiti alması xx.xx.2011-ci il tarixli sadə yazılı qəbzlə və xx.xx.2012-ci il tarixli notariat qaydada bağlanmış borc müqaviləsi ilə rəsmiləşdirilmişdir.
2. Bu məbləğin alınması ilə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-19/2015 saylı, 01 aprel 2015-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
3. Cinayət işinin istintaqı zamanı Cavabdeh, Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı xx.xx.2014-cü il tarixli ərizələrdə bildir mişdir ki, İddiaçı ona dəymiş ziyanı ödəmişdir, heç bir şikayəti yoxdur və gələcəkdə olmayacaq. Bundan əlavə, Cavabdeh cinayət işinin materialları ilə tanış edilməsinə dair xx.xx.2014-cü il tarixli protokolda ona dəymiş ziyan ödənildiyindən vəsatətinin, şikayətinin və tələbinin olmadığını qeyd etmişdir.
4. Tərəflərin arasında 300000 manat borc alınması barədə bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə üzrə xx.xx.2014-cü il tarixli 7e/40553 reyestrli icra qeydi verilmiş və icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir.
5. İddiaçı cavabdehlər SSSX3 və Bakı şəhər 6 saylı notariat kontoruna qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası Abşeron Rayon Məhkəməsinin 2(012)266/2016 saylı, 02 noyabr 2016-cı il tarixli qətnaməsi ilə təmin edilməmi şdir.
6. İddiaçı cavabdeh Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı “xx.xx.2014-cü il tarixli, 40553 reyestr nömrəli icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-226/2016 saylı, 19 iyul 2016-cı il tarixli qətnaməsi ilə təmin olunmamışdır. Həmin işə baxılarkən müəyyən edilmişdir ki, notariusun verdiyi xx.xx.2014-cü il tarixli icra qeydinə əsasən, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə görə tələbkar Cavabdeh xeyrinə borclu İddiaçı xx.xx.2014-cü ilədək vaxtında ödənilməmiş 300.000 manat məbləğində pul tutulmalıdır. İşin hallarından müəyyən edilir ki, qeyd edilən pul məbləği İddiaçı tərəfindən Cavabdeh ödənilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları A) Birinci instansiya məhkəməsində icra at
7. İddiaçı cavabdeh SSSX3 qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında 21 dekabr 2011-ci il tarixli 300000 manat borc alınmasına dair əllə yazılmış müqavilənin, eləcə də 05 dekabr 2012-ci il tarixli cavabdehdən 300000 manat borc pul alınmasına dair Bakı şəhəri 6 saylı DNK-da bağlanan 3m/1611 reyestr saylı borc müqaviləsinin borcu qaytararaq icra etdiyi üçün xitam verilməsi, bunun əsasında Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icraatında olan icra işinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehdən iki dəfəyə aldığı 600.000 manat məbləğində pulu ibtidai istintaq zamanı cavabdehə qaytarmışdır. Öz növbəsində Cavabdeh Baş prokurora ünvanladığı xx.xx.2014 -cü il tarixli ərizəsində ona dəyən ziyanın İddiaçı tərəfindən tam ödənildiyini, bu barədə İddiaçı qarşı hər hansı şikayəti və tələbinin olmadığını bildirmişdir. Bundan başqa, cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda zərərçəkən olaraq Cavabdeh tərəfindən imzalanmış, qeyd edilən hissədə ona dəyən ziyanın tam olaraq ödənildiyi qeyd edilmişdir. Buna baxmayaraq Gəncə Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən Cavabdeh və onun müdafiəçisi ona dəyən ziyanın guya İddiaçı tərəfindən ödənilmədiyi barədə vəsatət verilmişdir. Cinayət işinin materiallarında Cavabdeh adından yazılmış iki ərizə vardır. Həmin ərizələrin birində ona dəyən ziyanın tam ödənildiyi, ikincisində isə ona dəyən 500.000 manat məbləğində ziyanın tam ödənildiyi qeyd edilmişdir. Hökmlə zərərçəkənin iddiası bax ılmamış saxlanılmışdır. Cavabdeh əsassız olaraq icra qeydinin icraya yönəldilməsinə nail olmuşdur.
9. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, cinayət işinin ibtidai istintaqı zamanı ona 300000 manat pul qaytarılmış, ondan ərizə alınmış, müstəntiq torbada ona nümayiş etdirərək, qalan pulun da orada olduğunu, ərizəni yaz qalan pulu verəcəyik narahat olma deməsinə baxmayaraq, qalan 300000 manat pul ona bu günədək qaytarılmamışdır. Məhz bu səbəbdən Gəncə Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılarkən ziyanın ödənilmiş hesab edilməsi barədə ərizənin sübutlar siyahısından çıxarılması xahiş edilmiş və belə nəticəyə gəlinmişdir ki, pulun ödənilməsi tam təsdiq olunmadığından iddia ərizəsi baxılmamış saxlanılsın.
10. Abşeron Rayon Məhkəməsinin 2(012)-1352/2019 saylı, 17 may 2 019-cu il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia təmin edilməmişdir.
11. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, istər iddiaçı tərəfindən məhkəməyə təqdim edilən və istərsə də, məhkəmə sorğusu əsasında Gəncə Ağır Cinayətlər Məhkəməsindən qeyd edilən cinayət işinin materiallarından edilən çıxarışlardan Cavabdeh Baş Prokurora ünvanlandığı 03.07. 2014-cü il tarixli ərizəsində ona dəyən ziyanın İddiaçı tərəfindən tam ödənildiyini, bu barədə İddiaçı qarşı hər hansı şikayəti və tələbinin olmadığını bildirmişdir. Bundan başqa, cinayət işinin materialları ilə tanış etmə haqqında 20 avqust 2014-cü il tarixli protokolda zərərçəkən olaraq Cavabdeh tərəfindən imzalanmışdir.
12. Bununla belə, tərəflərin izahatlarından və iş materiallarından göründüyü kimi, İddiaçı barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən Cavabdeh və onun müdafiəçisinin ona dəyən ziyanın İddiaçı tərəfindən ödənilmədiyi barədə vəsatət verilmiş, bu hissədə tərəflərin izahatlarında ziddiyyətlər olması əsası ilə zərərçəkən Cavabdeh iddiası baxılmamış saxlanmışdır.
13. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi İddiaçı tərəfindən cavabdehdən alınmış cəmi 600.000 manat məbləğində pulun 300.000 manatın cavabdehə qaytarılan hissəsi yalnız cavabdehin özünün izahatı ilə təsdiq edildiyi halda, həmin məbləğin qalan 300.000 manat hissəsinin cavabdehə qaytarılmasını cavabdeh etiraf etmir, pulun cavabdehə qaytarılması barədə işdə hər hansı rəsmi sənəd yoxdur.
14. Məhkəmə cavabdehin adından dəyən ziyanın ödənilməsi barədə yazılan ərizələrə hüquqi qiymət verərkən həmin ərizələrin qeyd edilən 600000 ma nat məbləğində borcdan yalnız 300000 manat hissəsinin ona istintaq zamanı qaytarılması və bu əsasda qalan 300000 manat pulun da ona qaytarılacağına verilən vədi inandırıcı hesab edərək, yanılma nəticəsində yazması barədə cavabdehin zahatını iş materialları ilə təsdiq edildiyindən inandırıcı hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab dir ki, tərəflər arasında 300 000 manat məbləğində borc öhdəliyi hələ də qalmışdır, ona görə də, icra edilməyən öhdəliyə xitam verilə bilməz.
15. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 528-ci, Mülki Prosessual Məcəlləsinin 107-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. B) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3547/2019 saylı, 18 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Məmmədov (sədrlik edən və məruzəçi), R.Əsgərova və M.Rzayev) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. C) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
19. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(102)-1354/2021 nömrəli qərarı ilə (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), G.Quliyev və İ.Xələfov) kasasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
21. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, «Mülki hüquq münasibətlərində əqd dedikdə, bir hüquqi nəticənin əmələ gətirilməsi üçün edilmiş iradə bəyanı başa düşülür. Bu baxımdan tərəflər arasında yaranmış mülki hüquq münasibətlərində kreditor olan Cavabdeh maddi zərərlə bağlı ərizələri həmin münasibətlər çərçivəsində borclu İddiaçı pul öhdəliyini yerinə yetirməsi kimi hüquqi nəticə yaradan əqd olaraq qiymətləndiril ə bilər.
22. Bununla belə, hər bir əqd qanunda nəzərdə tutulmuş əsaslarla, o cümlədən aldatma nəticəsində bağlanması səbəbilə mübahisələndirilə və etibarsız sayıla bilər.
23. Kollegiya belə hesab etmişdir ki, Cavabdeh, İddiaçı tələbinin əsası kimi istinad etdiyi ərizələri aldatma nəticəsinə yazdığını bildirməklə əslində onların etibarsız olmasına istinad edir. Cavabdeh əlavə olaraq bildirir ki, iddiaçının istinad etdiyi (zərərin tam ödənilməsinə dair xx.xx.2014-cü il tarixli) ərizələrin yazıldığı tarixdən bir gün sonra, yəni xx.xx.2014-cü ildə əslində ziyanın 300.000 manatının ödənilməmiş qalması haqqında yeni ərizə vermişdir.
24. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(088)-19/2015 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh istinad et diyi xx.xx.2014-cü il tarixli ərizə istintaq orqanı tərəfindən cinayət işinin materiallarına əlavə edilməmiş, bu hal araşdırılmamışdır. Mübahisəli olan 300.000 manat pulun həqiqətən də ödənilib-ödənilmədiyi qeyrimüəyyən qalmış, məhkəmə sözügedən məsələ ilə bağlı cinayət xarakterli bu və ya digər qanun pozuntularının olmasını nəzərə alaraq, qeyd olunan xüsusatların araşdırılması üçün ərizə və müvafiq materialları Azərbaycan Respublikası CPM-nin 207.6-cı maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərmişdir.
25. Baş Prokurorluğun xx.xx.2016-cı il tarixli, 03/132006052/205 nömrəli məktubundan görünür ki, sözügedən cinayət işi üzrə zərər çəkmiş şəxs Cavabdeh ona vurulmuş ziyanın 300.000 manat hissəsinin ödənilməməsi, ibtidai istintaq zamanı ziyanın ödənilməsi barədə ərizələrin aldatma yolu ilə alınması barədə göstərdikləri ilə əlaqədar məhkəmənin xx.xx.2015-ci il tarixli məktubu ilə daxil olmuş materiallar üzrə araşdırma aparılmış, Cavabdeh bu barədə göstərdikləri təsdiqini tapmadığından Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavininin xx.xx.2015ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir.
26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi, cavabdehin isə etiraz etdiyi ərizələrin aldatma yolu ilə alınması, habelə onların vaxtında mübahisələndirilməsi hallarının aydınlaşdırılması bu iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün mühüm əhəmiyyət kəsb edir. Buna baxmayaraq, həmin xüsusatlar üzrə araşdırma aparılmaqla məsələyə lazımi hüquqi qiymət verilməmişdir.
27. Ona görə də, qe yd olunan halların tam və hərtərəfli araşdırılması üçün tərəflərə şərait yaradılmalı, onların verdikləri məlumat və sübutlar yoxlanılmalı, bu xüsusatla bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsinin göndərdiyi materiallar əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmanın materialları və nəticəsi öyrənilməli, əldə edilən və iş materiallarındakı sübutlar prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilməklə, cavabdehin xx.xx.2014-cü il tarixli ərizələrinin mülki hüquqi baxımdan nəticə yaradan əqd, yaxud onların aldatma səbəbilə vaxtında mübahisələndirilməklə etibarsız hala gətirilmiş, bu səbəbdən heç bir nəticə doğurmayan əqd olmalarına yekun hüquqi qiymət verilməlidir.
28. Kollegiya onu da nəzərə almışdır ki, iddia tələbi həm xx.xx.2011-ci il tarixli yaz ılı qəbz əsasında 300.000, həm də xx.xx.2012-ci il tarixli notarial borc müqaviləsi əsasında 300.000 manat borc öhdəliyinin icra səbəbilə xitam edilməsi barədədir. İş materiallarından görünür ki, göstərilən məbləğlərdən birinin, yəni 300.000 manatın ödənilməsi Cavabdeh tərəfindən mübahisə edilmir. Buna baxmayaraq, iddia tələbi bütövlükdə, yəni etiraf olunan hissədə də rədd edilmişdir». D) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
29. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari, iş № 2(105)-1867/2021) apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-1352/2019 saylı qətnaməsi iddia tələbinin xx.xx.2011-ci il tarix də İddiaçı SSSX2 300000 manat borc pul alması barədə öhdəliyə icra edildiyindən xitam verilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin bu hissəsinə işə məhkəmədə baxılmalı olmadığına görə xitam verilməsi qət edilmişdir.
30. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1867/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli, 2(012)-1352/2019 saylı qətnaməsi xx.xx.2012-ci il tarixdə İddiaçı ilə Cavabdeh Baba-Əli oğlu arasında 300000 manat məbləğində pul verilməsi barədə Bakı şəhəri 6 saylı notariat kontorunda bağlanmış borc müqaviləsi üzrə öhdəliyə icra edildiyindən xitam verilməsi tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
31. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, «Qanunvericiliyə əsasən iddiaçının cavabdehə borclu olması təsdiq edilirsə, iddiaçının həmin öhdəliyi tamamilə icra etməsi və bu öhdəliyin cavabdeh tərəfindən qəbul edilməsi yalnız həmin etiraf üzrə ona qaytarılmalı olan pulun qəbul edildiyi, yaxud da öhdəliyin icra edilməsinə dair iddiaçıya cavabdeh tərəfindən sənəd verilməsi yolu ilə müəyyən edilə bilər. Lakin hazırki iş üzrə iddiaçıda öhdəliyin icra edilməsinə dair cavabdeh tərəfindən verilmiş sənəd, eləcə də onun tərəfindən xx.xx.2012-ci il tarixdə 300000 manat məbləğində pul verilməsi barədə Bakı şəhəri 6 saylı notariat kontorunda bağlanmış borc müqaviləsinin icra edilməsinə dair həmin müqavilədə heç bir qeyd y oxdur. 32. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir.
33. Göründüyü kimi, öhdəliyə onun icrası nəticəsində xitam verilir. Belə olan halda icra edilmiş öhdəliyə dair kreditor borcluya sənəd verməlidir. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. İş materiallarından isə iddiaçının ümumilikdə cavabdeh qarşısındakı pul öhdəliyinın tam deyil, qismən icrası görünür.
34. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2012-ci il tarixdə İddiaçı ilə Cavabdeh Baba-Əli oğlu arasında 300000 manat məbləğində pul verilməsi barədə Bakı şəhəri 6 saylı notariat kontorunda bağlanmış borc müqaviləsi üzrə öhdəliyə icra edildiyindən xitam verilməsi tələbinin təmin edilməməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır».
35. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, İddiaçı apellyasiya şikayətində Cavabdeh BabaƏli oğlunun xx.xx.2014-cü il tarixli ərizələrində və cinayət işi materialları ilə tanış etmə haqqında xx.xx.2014-cü il tarixli protokolda dəymiş ziyanın tam ödənildiyini etiraf etməsinə və ondan hər hansı şikayətinin olmadığını və gələcəkdə də olmayacağını qeyd etməsini göstərmişdir.
36. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçının göstərdiyi həmin ərizələr və cinayət işinin materialları ilə tanış olma barədə protokol cinayət işinin materiallarında olsa da, cinayət işinin istintaqı zamanı Cavabdeh Baba-Əli oğlu həmin sənədləri mübahisələndirmişdir. Hə min cinayət işi üzrə hökmdə (iş/v 114) məhkəmə göstərmişdir ki, prokurorluğa 17 və 21 iyul tarixlərdə daxil olmuş xx.xx.2014-cü il tarixli ərizələrdə Cavabdeh Baba-Əli oğlu 600000 manat puldan 300000 manatın ödənildiyini, qalan 300000 manatın isə mülki qaydada ödənilməsinə etiraz etmədiyini, ziyanı tam ödənərsə İddiaçı şikayəti olmayacağını göstərmişdir. Cinayət işi üzrə zərər çəkmiş şəxsə dəymiş maddi zərərin tam ödənilməsi deyil, bir qisminin ödənilməsi İddiaçı cəzasını yüngülləşdirən hallardan biri kimi nəzərə alınmışdır.
37. Bundan başqa, iddiaçının istinad etdiyi ərizələr xx.xx.2014-cü il tarixdə tərtib olunsa da, İddiaçı Nəsimi rayon İcra şöbəsinin rəisinə yazdığı xx.xx.2014-cü il tarixli izahatında icra sənədi üzrə tələbkara heç bir ödəniş etmədiyini göstərmişdir.
38. Məhkəmə kolleg iyası qeyd etmişdir ki, İddiaçı 05 dekabr 2012-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq olunaraq 3m/1611 sayla reyestrdə qeyd edilmiş borc müqaviləsini və həmin müqavilə əsasında verilmiş icra qeydini mübahisələndirsə də, məhkəmə qətnamələri ilə həmin iddiaları rədd edilmiş və bu barədə olan qətnamələr qanuni qüvvəyə minmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri A)Kassasiya şikayətinin dəlilləri
39. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
40. İddiaçı (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh 3.7.2014-cü il tarixli ərizələrin və 26.8.2014-cü il tarixli cinayət işinin yekunları ilə tanışetmə barəd ə protokolun onu aldatmaq yolu ilə əldə edilməsini bildirsə də, bu halı sübut edə bilməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh iddianı qismən etiraf edir, lakin təkzib etdiyi hissəsini isə sübut edə bilmir. Cavabdehin izahatı əsasında isə iddia tələbinin rədd edilməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, Cavabdeh həmin pul vəsaitini alması iş materiallarına əlavə edilmiş sübutlardan tam görünür.
41. Məhkəmə öz qətnaməsini cavabdeh tərəfindən yazılmış 4.7.2014-cü il tarixli ərizəyə istinad etməkdə haqlı olmamışdır. Həmin ərizələrin əsli nə istintaq, nə məhkəmə materiallarında, nə də mülki işdə mövcud deyildir.
42. Məhkəmə işin hərtərəfli araşdırılmasını təmin etməmişdir. B)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Cavabdeh vəkili kassasiya şikayətinə qarşı etirazında kassasiya şikayətinin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Prosessual məsələlər
44. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
45. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq 46 Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən b ir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 527.1 Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Maddə 527.2 Öhdəliyə tərəflərdən birinin tələbi ilə xi tam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Maddə 528 Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1 Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 529.3 Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Maddə 529.6 Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. 47. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2 0. İcraata xitam verilməsinin əsaslarıvə qaydası 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.5. icra sənədi tam icra olunduqda.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 88 Məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sо nra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
49. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
50. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə bax maqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
51. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktl ara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı cavabdeh dən xx.xx.2011-ci il tarixli sadə yazılı qəbz yazmaqla 300000 manat və xx.xx.2012-ci il tarixli notariat qaydada bağlanmış müqavilə bağlamaqla 300000 manat pul almış, həmin pulun dələduzluqla alındığı müəyyən edildiyinə görə iddiaçı Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-19/2015 saylı, 01 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, ona azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İddiaçı barəsində hökm çıxarılanadək yazılı qəbzlə aldığı 300000 manat pulu qaytarmışdır. İddiaçıya cəza təyin edilərkən onun zərərçəkmiş Cavabdeh vurulmuş zərəri qismən ödəməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmışdır.
55. İşin mübahisəli halı, iddiaçının cavabdehdən xx.xx.2012-ci il tarixdə bağlanmış və notariat qaydada təsdiqlən miş müqavilə əsasında aldığı 300000 manat pulun qaytarılması ilə bağlıdır. İddiaçı həmin müqavilə üzrə öhdəliyini tam icra etdiyini bildirir, cavabdeh isə borcun ödənilmədiyində israr edir.
56. İddia tələbinin maddi-hüquqi əsasları ilı bağlı qeyd olunmalıdır ki, qanunvericilik borc öhdəliyinin icra edilməsi ilə bağlı bu cür vəziyyətdə müqavilə iştirakçılarının hərəkətlərini tənzimləmək məqsədi ilə müəyyən etmişdir ki, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir (Mülki Məcəllənin 528-ci maddəsi). Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir (Maddə 529.1). Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mü mkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir (Maddə 529.3). Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər (Maddə 529.6).
57. İddiaçı cavabdehə olan borcunu ödəməsini təsdiq edən sübut kimi cavabdehin istintaq zamanı Baş prokurora ünvanlandığı, borcun tam ödənildiyi barədə xx.xx.2014-cü il tarixli ərizəsini təqdim etmişdir. Lakin həmin sənəd elə verildiyi vaxtdan cavabdeh tərəfindən mübahisələndirilmişdir. Bundan başqa, cavabdeh zərər çəkən şəxs qismində cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda ziyanın tam ödənilməsi barədə qeydi də mübahisələndirmişdir.
58. İddiaçının borcun ödənilməsini təsdiq edən həmin sübutlar, mülki iddianın həlli ilə əlaqədar Gəncə Ağır Cinayətlər Məhkəməsininin xx.xx.2015-ci il tarixli, 1(088)-19/2015 saylı hökmündə də qiymətləndirmə obyekti olmuş, məhkəmə qeyd olunan xüsusatlarla bağlı bildirmişdir ki, «istintaq orqanı tərəfindən təqdim olunmuş iş materiallarında maddi ziyanın ödənilməsi barədə Cavabdeh tərəfindən yazılmış xx.xx.2014-cü il tarixli eyni məzmunlu iki ərizə vardır. Lakin həmin ərizələrin necə, kim tərəfindən və hansı qaydada cinayət işi materiallarına əlavə edilməsi iş materiallarından dəqiq məlum deyildir. Belə ki, zərərçəkmiş Cavabdeh bildirir ki, o, həmi n ərizələri iki nüsxədən ibarət olmaqla xx.xx.2014-cü il tarixdə istintaq idarəsində əllə yazmış və elə həmin tarixdə də onları X1yə şəxsən təqdim etmişdir. Ərizələrdən də görünür ki, həqiqətən də onlardan biri istintaq idarəsinin rəisinin adına, digəri isə Baş Prokurorun adına yazılmışdır. Rəisin adına yazılan ərizənin üstünə sonuncu tərəfindən xx.xx.2014-ci il tarixli dərkənar qoyulmaqla baxılması X1yə həvalə edilmiş, lakin həmin ərizənin istintaq idarəsinə necə daxil olması məlum deyil, belə ki, ərizənin nə zərfi, nə də onun üzərində müvafiq qeydiyyat ştampı yoxdur.
59. Azərbaycan Respublikası Baş Prokurorunun adına yazılan xx.xx.2014-cü il tarixli ikinci ərizənin üzərində olan ştamp qeydiyyatlarından isə görünür ki, həmin ərizə “Ərizə və şikayətlər” qutusundan xx.xx.2014-cü il tarixdə istintaq idarəsinə daxil olmuş və həmin tarixdə də idarənin rəisi tərəfindən ərizənin üzərinə ayrıca kiçik vərəqdə dərkənar qoyulmaqla baxılması müstəntiq İ.Lənbəranskiyə həvalə edilmişdir. Lakin həmin ərizənin də Baş Prokurorun adına yazılmasına baxmayaraq istintaq idarəsinə necə daxil olması məlum deyildir və həmçinin ərizənin hər hansı bir zərfi yoxdur.
60. Cavabdeh isə bildirir ki, o, poçt qutusuna ərizə atmamış, hər iki ərizəni xx.xx.2014-cü ildə şəxsən müstəntiq İ.Lənbaranskiyə təqdim etmişdir.
61. X1 isə bildirir ki, həmin ərizələri ona Cavabdeh təqdim etməmiş, həmin ərizələr ona istintaq idarəsinin dəftərxanasından verilmişdir, onun yanında Cavabdeh hər hansı ərizə yazmamış və ümumiyyətlə xx.xx.2014-cü il tarixdə Cavabdeh idarədə onun yanında olmamışdır.
62. İş materiallarından da görünür ki, həmin ərizələrin hər ikisi eyni məzmunlu olmaqla hər biri bir çap vərəqində əllə yazılmış sadə ərizələrdir, notarial qaydada təsdiq olunmamış, nə də ki, onların (yəni ərizələrin) alınması barədə istintaq orqanı tərəfindən hər hansı protokol tərtib edilməmişdir.
63. Bundan əlavə, Cavabdeh 300000 manat pulun ona verilməməsindən sonra yazdığı xx.xx.2014-cü il tarixli ərizələrinin kserosurətlərini məhkəməyə təqdim edərək bildirmişdir ki, onları Baş Prokurorluqdan götürmüşdür. 64. xx.xx.2014-cü il tarixli həmin ərizələrin üzərində vurulmuş ştamplardan görünür ki, onlar prokurorluğa 17 və 21 iyul tarixlərdə daxil olmuş və həmin ərizələrdə yazılmışdır ki, «600000 manat puldan 300000 manatı ödənib, qalan 300000 manatın isə mülki qaydada ödənilməsinə etiraz etmir, ziyanı tam ödənsə İddi açı şikayəti olmayacaqdır. Odur ki, bunun nəzərə alınmasını xahiş edir»
65. Göründüyü kimi cavabdeh borcun ödənilməsi barədə onun tərəfindən yazılmış ərizəni mübahisələndirərək, etibarsız hala gətirmişdir.
66. İşə apelyasiya instansiyası məhkəməsində yenidən baxılan zaman araşdırılmalı olan məsələlərdən biri - Gəncə Ağır Cinayətlər Məhkəməsinin göndərdiyi materiallar əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmanın materialları və nəticəsi öyrənilməsi, əldə edilən və iş materiallarındakı sübutlar prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilməklə, cavabdehin xx.xx.2014-cü il tarixli ərizələrinin mülki hüquqi baxımdan nəticə yaradan əqd, yaxud onların aldatma səbəbilə vaxtında mübahisələndirilməklə etibarsız hala gətirilmiş, bu səbəbdən heç bir nəticə doğurmayan əqd olmalarına yekun hüquqi qiymət verilməsindən ibarət olmuşdur.
67. Apellyasiya instansiyası məhkəməsinin bununla bağlı sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2021-ci il tarixli, 17/463 xid saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun “X4”nın 037 nömrəli Əlavəsi olan “Saxlanılma müddətləri göstərilməklə Azərbaycan Respublikası prokurorluğu orqanlarının sənədlərin siyahısı”nda ölümlə nəticələnməyən hadisələr üzrə cinayət işlərinin başlanmasının rədd edilməsi barədə materialların saxlanılma müddəti 5 il müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, Baş Prokurorluğun Mərkəzi Ekspert Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş akt əsasında saxlanılma müddəti bitmiş sənəd və mate riallar məhv edilmişdir.
68. Kassasiya şikayətində işin hallarının tam araşdırılmaması barədə dəlillər kassasiya qaydasında araşdırmanın predmetini təşkil etmir. Kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.
69. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1867/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.