Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2757/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi şəxsin işçisinin törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh2n nümayəndəsi X7 və vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8331/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydalarının pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən AP ******* nömrəli protokolun və inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən Aslanov X2 şossesindən Mehdiabad istiqamətinə işıqforun əlavə bölməsində “ox” işarəsi ilə istiqamətində hərəkət edərkən “Toyota Prado” markalı, **-TL-*** dövlət nömrə nişanlı maşınla toqquşmuşdur. Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarix li qiymətləndirmə aktına əsasən “Toyota Prado” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 7708 manat məbləğində müəyyən edilmidir. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli kassa mədaxil orderinə əsasən İddiaçı tərəfindən “xxxx” MMC-yə 100 manat məbləğində pul ödənilmişdir. Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx xxxx 2013-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh1 sərnişindaşıma xidmətini həyata keçirmək üçün Cavabdeh2 MMC-yə sürücülüyə işə qəbul edilmişdir. Onun aylıq əmək haqqısı 125 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxx” MMC-dən və X1 müştərək qaydada onun avtomobilinə dəymiş ziyana görə 7708 manat pulun, “xxxx” MMC- yə ödənilmiş 100 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə saat 15:10 radələrində idarə etdiyi, texniki cəhətdən saz olan, hüquqi şəxs “xxxx” MMC-yə məxsus olan “Daewoo 090” markalı, **-JR-*** dövlət nömrə nişanlı 108 A marşurut xəttində işləyən avtobusla Binəqədi rayonu, Binəqədi yolundan Mehdiabad istiqamətində işıqforun dayandur işarəsinə məhəl qoymayaraq hərəkət edərkən “Yol hərəkəti haqqında” qanunun 36.1.3 və həmin qanunun 50.2.1-ci maddəsinin tələblərini pozmuşdur. Beləki, sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və ba şqa əmlaka zərər vurmamalı olduğu halda bu qaydalara əməl etməyərək, baş vermiş hadisənin qarşısını almağa texniki imkanı olsada ala bilməmiş, onunidarə etdiyi “Toyota Prado” markalı, **TL-*** qeydiyyat nişanlı avtomobilin qabaq hissəsindən vurub toqquşmuşdur. Ehtiyatsızlıqdan baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona 7708 manat məbləğində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi faktı ilə bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə Cavabdeh1 barəsində inzibati iş başlanmış və o, iş üzrə zərəçəkmiş şəxs kimi tanınmışdır. Cavabdeh hüquqi şəxs “xxxx” MMC öz üzərinə düşən vəzifələri yerinə yetirməkdən açıq-aşkar boyun qaçıraraq sığortası və pulu olmadığını, bir manat da ödəməyəcəyini bildirmişdir. Nəticədə avtomobil qəza sı nəticəsində ona maddi zərər dəymiş, həmin zərər təqsirli şəxslər tərəfindən ödənilməmişdir. Onun avtomobilinə dəymiş zərərlə bağlı “xxxx MMC (VÖEN **********) xidmət mərkəzindən verilmiş xx.xx.2019-cu il tarixli Qüsur aktına əsasən avtomobilə 7708 manat məbləğində zərərin vurulduğu müəyyən edilmişdir. Bundan başqa “xxxx MMC”-dən qiymət aktını almaq üçün 100 manat əlavə pul ödəmişdir. Bundan sonra, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, mülki iş üzrə məhkəmə araşdırması aparılarkən Cavabdeh1 “xxxx” MMC-də deyil, Cavabdeh2 MMC-də işlədiyi və avtobusun və marşurutun həmin MMC-yə məxsusluğu müəyyən olmuşdur. Bu səbəbdən cavabdeh “xxxx” MMC-nin əsl Cavabdeh2 MMC ilə əvəz olunmasını, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada avtomobilinə dəymiş ziyana görə 7708 manat pulun və “xxxx” MMC-yə ödənilmiş 100 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb, onun razılığı ilə cavabdeh “xxxx” MMC-ni əsl Cavabdeh2 MMC ilə əvəz etmiş, eyni zamanda öz təşəbbüsü ilə “xxxx” MMC-ni mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə saxlamışdır. Cavabdeh1 hadisənin onun tərəfindən törədildiyini etiraf etmiş, lakin tələb edilən məbləğin şişirdildiyini, reallıqda iddiaçının avtomobilinə bu məbləğdə ziyanın vurulmadığını göstərərək, iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Fuad Abdıyev) xx xxxxxxx 2019c u il tarixli 2(001)-4640/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, vurulmuş maddi zərərin əvəzi kimi 5492 manat, ödənilmiş xidmət haqqı qismində 70 manat, cəmi 5562 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Məhkəmə Mülki Məcəllənin 21.1, 21.2, 390.2, 404.1, 1096, 1097.1, 1099.1, 1099.2, 1108.1-ci maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 MMC ilə əmək münasibətlərində olmaqla, cəmiyyətin sürücüsü işləyən Cavabdeh1 xx xxxxx 2019-cu il tarixdə saat 15:10 radələrində yol vərəqəsi ilə idarə etdiyi “Daewoo 090” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində onun idarə etdiyi “Daewoo 090” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu hərəkətdə olan “Toyota Prado” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Toyota Prado” markalı avtomobilə zərər vurulmuşdur. Həmin hadisənin “Daewoo 090” markalı sərnişin avtobusunun sürücüsü Cavabdeh1 tərəfindən törədildiyi sübuta yetmiş və bununla bağlı onun barəsində inzibati protokol tərtib edilmişdir. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən “Toyota Prado” minik markalı 7708 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 17396 saylı ekspert rəyinə əsasən “Toyota Prado” minik markalı avtomobilin təmir bərpa xərci hadisə baş verən günə təxminən 5492 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək iddia tələbini rəydə göstərilən məbləğdə qismən təmin etmiş, iddiaçı tələbin rədd edilən hissəsini münbahisələndirməmişdir. Qətnamədən Cavabdeh2 MMC-nin direktoru X3 apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlək: Şərafət Məmmədova - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Xəyal Sarıyev) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmiş dir ki, Cavabdeh1 təqsirli, hüquqazidd əməli (“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində yol vərəqəsi əsasında idarə etdiyi nəqliyyat vasitəsi ilə (yüksək təhlükə mənbəyi) İddiaçı istifadə və sahibliyində olan nəqliyyat vasitəsinə zərər vurmuşdur. Bunun nəticəsində iddiaçının avtomobili zədələnmişdir. Bununla belə, Cavabdeh1 Cavabdeh2 MMC-nin işçisi olduğundan və onun tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməklə iddiaçının əmlakına öz əmək vəzifələrinin icrası zamanı zərər vurduğundan, onun tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məhz onun işəgötürəni Cavabdeh2 MMC mülki hüquq məsuliyyəti daşıyır və işçisi tərəfindən iddiaçının əmlakına dəymiş maddi ziyanın əvəzini tam həcmdə ödəməlidir. Bu da öz növbəsində zərər məbləğinin Cavabdeh1 tutulmasını qeyri-mümkün edir, lakin eyni zamanda, Cavabdeh2 MMC-nin zərər məbləği qismində iddiaçıya ödədiyi pulun əvəzini sonradan ondan tələb etmək hüququnu yaratmış olur. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 ilə MMC arasında bağlanmış tam məsuliyyət haqqında müqavilədə “təqsiri üzündən üçüncü şəxslərə dəymiş ziyana görə işçinin tam maddi məsuliyyət daşıması” barədə apellyasiya şikayətinin dəlilinə qiymət verərək qeyd etmişdir ki, Mülki Məcəllənin 404-cü maddəsinin tələblərinə əsaslanaraq qeyd edir ki, müqavilə öhdəliyinin lazımınca icra edilməsi üçün müqavilənin məzmununun, ondan irəli gələn hüquq və vəzifələrin və müqavilənin bütün şərtlərinin düzgün anlaşmasının böyük əhəmiyyəti var. Müqavil ənin təfsiri zamanı hər şeydən əvvəl müqavilədəki söz və ifadələrin hərfi mənası aydınlaşdırılmalıdır. Cavabdeh2 MMC ilə işçisi Cavabdeh1 arasında bağlanmış tam məsuliyyət haqqında müqavilədə “təqsiri üzündən üçüncü şəxslərə dəymiş ziyana görə işçinin tam maddi məsuliyyət daşıması” işçinin vəzifəsi kimi qeyd olunmuşdur. Lakin müqavilədə qeyd olunan bu bənd işəgötürənin məsuliyyətini aradan qaldıran hal kimi qiymətləndirilməməlidir. Belə ki, Mülki Məcəllədə birmənalı olaraq əmək vəzifəsinin icrası zamanı işçisinin törətdiyi mülki hüquq pozuntusuna görə işəgötürənin məsuliyyət daşıdığı göstərilir. İşəgötürən isə işçisinin törətdiyi mülki hüquq pozuntusuna görə ödədiyi zərərin əvəzini sonradan işçidən tələb edə bilər. Müqavilədə olan bu müddəa da məhz bu mənanı daşıyır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh MMC (vəkil X8) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin Cavabdeh2 MMC-yə münasibətdə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçı larının izahatları Cavabdeh2 MMC-nin nümayəndəsi X7 və vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, kassasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin və iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurd uğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müst əsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız cavabdeh MMC-nin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissədə yoxlamışdır. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8331/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-c i il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.