Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2758/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, iddiaçı “xxxxxxxxxxxx” x4 Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Biləsuvar Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixl i qətnaməsi ilə (hakim P.Əhmədov, iş № 2(022)-582/19) iddiaçı “xxxxxxxxxxxx” x4 Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğdə sığorta ödənişinin əvəzi, 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat (qırx qəpik) manat bank xərcinin iddiaçı “xxxxxxxxxxxx” x4 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Abbasov-sədrlik edən və məruzəçi, T.Heydərov və T.Kərimov, iş № 2(106)-3232/19) cavabdehin apelyasiya şikayəti təmin edilməyərək Biləsuvar Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışd ır. İş üzrə Cavabdeh kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı “xxxxxxxxxxxx” x6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3800 manat məbləğində sığorta ödənişinin əvəzi, 30 manat dövlət rüsumu və 1 manat bank xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmış və göstərilmişdr ki, o, apellyasya şikayətində g östərmişdir ki, ona bildiriş gəlməmiş, işə onun iştirakı olmadan baxılmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı onun sürücülük vəsiqəsi olmuşdur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan iddiaçı məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh isə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, kassasiya şikayətinin dəlillərini müzaki rə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli və Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 18 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, mülkiyyətçisi Cavabdeh olan “Opel Vectra” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti “xxxxxxxxxxxx” ASC tərəfindən 10 oktyabr 2017-ci il tarixdən 10 oktyabr 2018-ci il tarixinədək sığortalanmış, Cavabdeh məxsus “Opel Vectra” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil 12.02.2017-ci il tarixdə x2 idarə etdiyi “Mercedes Benz” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sığo rtalı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermiş, baş vermiş yol-nəqliyyat hadisəsi haqqında DYP əməkdaşı tərəfindən Cavabdeh İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş, Biləsuvar Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən Cavabdeh barədə 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığına və maddi hüquq normasının düzgün tətbiq edilməməsinə görə əsaslı və qanuni sayıla bilməz. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət x7 03.12.2019-cu il tarixli, 016-114415-1219 nömrəli arayışından görünür ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasında 10.04.1966-cı il təvəllüdlü Cavabdeh 28.07.2008-ci il tarixdə 10 (on) il müddətinə etibarlı olan AB seriyalı 103265 nömrəli “C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan 28.02.2018-ci il tarixli sığorta aktının və 07.03.2018-ci il tarixli kassa məxaric orderinin təsdiq edilmiş surətlərindən görünür ki, “Mercedes Benz E220 CDİ” markalı avtomobilə dəymiş zərər 3800 manat məbləğində müəyyənləşdirilmiş və həmin məbləğ “xxxxxxxxxxxx” ASC tərəfindən sığortalanmış avtomobilin sahibi x3 verilmişdir. Göründüyü kimi iddiaçı iddia tələbi irəli sürərkən DYP ə məkdaşlarının cavabdeh barəsində İXP ******* saylı inzibati protokola istinad etmiş, işin apellyasiya baxışında isə Biləsuvar rayon məhkəməsinin həmin inzibati xətaya dair protokola baxılmasının nəticəsi olan 22 fevral 2018-ci il tarixli qərarını təqdim etmişdir. Həmin qərarla müəyyən olunur ki, cavabdeh İXM-in 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş və ona 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materialları ilə daha sonra müəyyən olunur ki, x1 28.07.2008-ci ildə 10 i müddətinə etibarlı olan AB seriyalı 103265 nömrəli «C» kteqoriyalı sürücülük vəsiqəsi verilmiş o, sürücülük hüqqundan məhrum edilməmiş və həmin hüququ hər hansı səbəbdən məhdudlaşdırılmamışdır. Apelyasiya məhkəməsinin möv qeyinə görə Cavabdeh “C” kateqoriyalı sürücülük vəsiqəsinə sahibdir və beləliklə də, “Opel Vectra” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə görə isə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən is tismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İlkin olaraq qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi həmin normada inzibati xətaya dair icraatla bağlı qəbul olunmuş yekun məhkəmə aktının preyudisial əhəmiyyətinin olması müəyyən olunmamış olur. Belə olan halda məhz həmin qərara istinad edilərək cavabde hin nəqliyyat vasitəsini idarə etmək hüquq olmadan onu idarə etməsinə dair nəticəyə gəlmək mümkünsüzdür. Həmin qərar yalnız iş materiallarında olan digər sübutlardan biri olmuş və məhz həmin sübut işdən olan digər sübutlarla birgə qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normatv hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Apelyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs, mülki məsuliyyəti icbari qaydada sığortalanmış, lakin hadisə zamanı avt omaşını müvafiq hüququ olmadan idarə etmiş Cavabdehdir. Apelyasiya instansiya məhkəməsi iddianın təmin edilməsi nəticəsinə gələrkən cavabdehin sürücülük hüququna malik olmasını, hadisə baş verən zamanı bu hüquqdan məhrum edilmədiyini və ya hüququnun məhdudlaşdırılmadığını nəzərə almamış, «“C” kateqoriyalı sürücülük vəsiqəsinə sahibdir və beləliklə də, “Opel Vectra” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətinin olmamasına» istinad etməklə həmin mövqeyini əsaslandırmadan iddianı təmin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istinad etdiyi fakta (“C” kateqoriyalı sürücülük vəsiqəsinə sahibdir və beləliklə də, “Opel Vectra” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətinin olmamasına) iddiaçı ümumiyyətlə əsaslanmam ış və həmin əsaslarla cavabdehin sürücülük hüququna malik olmamasına istinad etməmişdir. Hətta iddiaçı bu fakta istinad etdiyi halda məhkəmə həmin faktın əsaslılığını yoxlamalı, bundan sonra cavabdehin malik olduğu sürücülük vəsiqəsi əsasında müvafiq nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti olub-olmamasını müəyyən etdikdən sonra müvafiq nəticəyə gəlmək imkanına malik ola bilərdi. Bu isə o qənaətə gəlməyə əsas verir ki, apelyasiya instansiya məhkəməsi mübahisənin həllinə formal yanaşmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinin və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin həqiqi mənasını nəzərə almamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 say lı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prossesual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş y eni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara və kassasiya instansiyası məhkəməsinin qərarlarında şərh edilən göstərişlərə Azərbaycan Respublikası MPM-nin 88 maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilsin. İş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının18 dekabr 2019-cu il tarixli 2(103)-3232/2019 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2758/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2758/2020
09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver