Məhkəmə qərarları › İş №2(102)-2759/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2759/2022

14.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2759/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin iddiası və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: paya mülkiyyət hüququnun tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paya mülkiyyət hüququnun tanınması, təsis sənədlərində uyğun dəyişikliklərin aparılması” tələbinə dair ilkin iddiası və Cavabdeh1 cavabde h İddiaçı qarşı “əmlakın, pulun, möhür-ştampın və sənədlərin qaytarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(104)-3592/2021 nömrəli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayətinə 14 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tovuz rayonu Mərkəzi Bazarı 27 nəfərdən ibarət əmək kollektivinə satılmış, əmək kollektivi xx.xx.1997-ci il tarixli təsis müqaviləsi bağlayaraq Tovuz rayonu Mərkəzi Bazarının əmlakında ifadə olunan paylarını birləşdirməklə "xxxx" Firmasını təsis etmişlər. Təsis müqaviləsində nizamnamə kapitalının 75,56 faizi Cavabdeh1 payı, qa lan iştirakçıların hər birinin payı isə 0,94 faiz müəyyən edilmişdir.

2. Nəsimi” Firmasının nizamnaməsi xx.xx.1997-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Şəmkir bölgə şəbəsində qeydiyyata alınmış və dövlət qeydiyyatı haqqında 8/2-15 saylı şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Firmasının təsis müqaviləsində Cavabdeh2 adına rəsmiləşdirilmiş pay üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Əmlak Komitəsinin 1997-ci il 3 noyabr tarixli: 948 saylı sərəncamı ilə Tovuz Mərkəzi B azarının kiçik müəssisə kimi özəlləşdirilməsi qərara alınmış, 1997-ci il noyabrın 11-də keçirilən auksionda əmək kollektivi hərracın qalibi olmuşdur. Bundan sonra əmək kollektivi paylarını birləşdirərək "xxxx" firmasını təsis etmişlər. "xxxx" firması ilə Dövlət Əmlak Komitəsi arasında 1997-ci il noyabrın 13- də alğı-satqı müqaviləsi, 1997-ci il noyabrın 20-də isə girov müqaviləsi bağlanmışdır. Alğı-satqı müqaviləsinə görə "xxxx" firması Tovuz Mərkəzi Bazarını 684.492.000 manata satın almış, həmin məbləğin 30% -i, yəni 205.347.600 manatı əmək kollektivinə güzəşt edilmiş, yerdə qalan 479.144.400 manatın 205.347.420 manatını bir gün ərzində - 1997-ci il noyabrın 10-da "xxxx" firmasının adından iddiaçı öz vəsaiti hesabına ödəmişdir. Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 1998-ci il 14-15 oktyabr tarixli qətnaməsi ilə Tovuz Mərkəzi Bazarının iddiası əsassız olaraq təmin olunmuş, bazar yenidən DƏK-nin sərəncamına qaytarılmışdır. Məhkəmə qətnaməsi ilə bazarın DƏK-nin sərəncamına qaytarılmasına baxmayaraq, Tovuz rayon İcra Hakimiyyəti qanunsuz olaraq bazarı öz balansına keçirmiş və bazara kənar şəxsi müdir təyin etmişdir. İddiaçının şikayəti əsasında 2001-ci il oktyabrın 30-da Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə qərarları ləğv edilmişdir. Bundan sonra, İqtisadi İnkişaf Nazirliyi 2002-ci il 18 aprel tarixli, 146 saylı sərəncamla girovla təmin olunmuş öhdəliyi yerinə yetirmədiyinə görə özəlləşdirməni, həmçinin "xxxx" firması ilə DƏK arasında bağlanmış bazarın alğı-satqı müqaviləsini ləğv etmişdir. Əsas kimi də göstərmişdi ki, guya o, baz arın satın alma qiymətinin 273.796.800 manatını vaxtında ödəməmişdir. Həmin sərəncamın qanunsuz olması barədə iddiaçı Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsində iddia qaldırmış və məhkəmə iddiaçının tələbini təmin edərək, satın alma qiymətinin ödənilməyən 273.796.800 manatını ödəmək üçün iddiaçıya bir il vaxt vermişdir. 132.800.000 manatı da həmin qətnamədən sonra iddiaçı ödəmişdir. Qalan 141 milyona yaxın pulun 56.400.000 manatını da iddiaçı vəsaiti hesabına ödəmişdir. Beləliklə, iddiaçı Tovuz Mərkəzi Bazarının alğı-satqısı barədə 1997-ci il 13 noyabr tarixli, 8458 saylı alğı-satqı müqaviləsində göstərilən bütöv məbləği öz vəsaiti hesabına tam ödəmişdir. Tovuz Mərkəzi Bazarını iddiaçı öz vəsaiti hesabına "xxxx" firmasının adına almış, firmanın payçılarından heç kim vəsait qoymamışdır. Bu faktı 1997ci il 13 noyabr tarixli müəssisənin alğı-satqı müqaviləsində, 1997-ci il 20 noyabr tarixli girov müqaviləsində, həmçinin 394.544.400 manat vəsaitin ödənilməsini təsdiq edən qəbzlərdə iddiaçının imzasının olması təsdiq edir.

5. Tovuz Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-145-2005 nömrəli qətnaməsi ilə (hakim Yolçu Abbasov) ilkin iddia təmin edilmiş, İddiaçı "xxxx" firmasının Nizamnamə kapitalındakı Cavabdeh1 məxsus 75,56% və Cavabdeh2 məxsus 0,94% paya mülkiyyət hüququnun tanınması, paya mülkiyət hüququnun İddiaçı keçməsi ilə bağlı "xxxx" firmasının təsis sənədlərində uyğun dəyişikliklərin aparılması, Cavabdeh1 İddiaçı qarşı əmlak, pul, möhür-ştamp, "xxxx" firmasının sənədlərinin qaytarılması tələblərinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət ed ilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh2 məhkəmə iclasında verdiyi həm şifahi, həm də yazılı izahatda iddiaçının tələblərinin haqlı olduğunu bildirmiş, Tovuz Mərkəzi Bazarının ("xxxx" firması) özəlləşməsi üçün lazım olan bütün maliyyə vəsaitinin özünün və həyat yoldaşı Cavabdeh1 xahişi ilə qardaşı - hazırki iş üzrə iddiaçı olan İddiaçı tərəfindən ödənildiyi bildirildi. Cavabdeh izahatında göstərdi ki, Tovuz Mərkəzi Bazarının özəlləşməsi üçün lazım olan pulu ödəmək üçün qardaşı Bakı şəhərində yerləşən mülkünü satmışdır və bu günə qədər də həmin pulu ona qaytarmayıblar.

7. Məhkəmə daha sonra bildirmişdir ki, cavabdeh X2 məhkəmə iclasında verdiyi izahatında iddianı etiraf etmiş, iddiaçının verdiyi izahatın həqiqət olduğunu göstərmişdir. Cavabdeh1 eti raf etmişdir ki, həqiqətən də Tovuz Mərkəzi Bazarının özəlləşdirilməsi üçün lazım olan maliyyə vəsaiti olmadığı üçün qaynı, hazırki iş üzrə iddiaçı olan İddiaçı Bakı şəhərindəki mülkünü sataraq, bazarın dəyərini ödəməyi xahiş etmişdir. Razılaşmaları da belə olmuşdur ki, o, İddiaçı satdığı mülkün əvəzinə 1 il ərzində elə həmin ətrafda eyni tipli mülk alacaq. Amma bu günə qədər də həmin öhdəliyini yerinə yetirməyib.

8. Birinci instansiya məhkəməsi öz qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 157.4-cü maddələrinə, habelə məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrinə, mülki iş materiallarına əlavə olunmuş sübutlara istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkə məsinin qətnaməsinin ləğv olunması və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

10. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər L.S.Süleymanov (sədrlik edən və məruzəçi), A.H.Hüseynzadə və Ə.G.Abdullayev) 2(104)-3592/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş edilmiş, ilkin iddia rədd edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamən onunla əsaslandırmışdır ki, Cavabdeh1 tərəfindən Tovuz Mərkəzi Bazarı özəlləşdirilərkən, ona iddiaçının müəyyən məbləğdə pul verməsi iddianın təmin edilməsinə hüquqi əsas yaratmadığı üçün, iddiaçı tərəfindən pul verilib-verilməməsi məsələsinin hazırkı iş üzrə araşdırılmasına zərurət yoxdur və bu hal cavabdehlərin "xxxx" firmasın ın təsis müqaviləsində adlarına rəsmiləşdirilmiş pay üzərində mülkiyyət hüququnun tanınmasını mümkün etmir. Belə ki, qanunvericiliyin tələbinə görə, təsisçilərdən biri təsisçilikdən çıxdıqda, o, müəssisənin əmlakında olan payını digər təsisçilərə və yaxud başqa hüquqi və ya fiziki şəxslərə satmaq və ya bağışlamaq hüququna malikdir (Bu qayda "xxxx" firmasının təsis müqaviləsinin 3.5-ci maddəsində də nəzərdə tutulmuşdur). Payın özgəninkiləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə azadlığından doğan razılaşma olduğu üçün, paya mülkiyyət hüququnun məhkəmə qaydasında tanınması müqavilə azadlığı prinsipinə ziddir.

12. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, işdə olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-145-2005 saylı qətnaməsi kserosurət olmaqla, həmin q ətnamə Azərbaycan Respublikası MPM-nin 219-220-ci maddəsinin tələblərinə cavab vermir.

13. Həmçinin işdə Cavabdeh1 İddiaçı qarşı əmlak, pul, möhür-ştamp, "xxxx" firmasının sənədlərinin qaytarılması tələblərinə dair qarşılıqlı iddiası mövcud olmadığı halda, həmin qarşılıqlı iddianın təmin edilməməsi ilə bağlı qərar qəbul edilmişdir ki, bu hal da kollegiya tərəfindən prosessual pozuntu kimi qiymətləndirilir.

14. Birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, Cavabdeh1 məhkəməyə göndərdiyi 2005-ci il tarixli 30 iyun tarixli ərizəsində İddiaçı iddiasını qəbul etdiyini və "xxxx" firmasının nizamnamə fondunda, habelə təsis müqaviləsində adına olan 75,56% ayın İddiaçı adına keçməsinə razı olduğunu bildirmişdir. Halbuki, işdə belə bir ərizənin olması müəyyən o lunmur.

15. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 389.1,,390.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

16. İlkin iddia üzrə İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Kassator şikayətini əsaslandırarkən Mülki Məcəllənin 152.1, 178.1, 389.1-ci maddələrinə istinad etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Prosessual məsələlər

18. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

19. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. Maddə 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə

366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünl üyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi ak tlarına təsir göstərə bilər.

22. Hazırkı iş üzrə iddia tələbi bölünməz olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işin mahiyyəti üzrə araşdırılmasından öncə bəzi prosessual məsələlərin təhlil olunmasını zəruri sayır.

24. Belə ki, baxılan işdən göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2005-ci il tarixdə çıxarılmışdır və həmin tarixdən 16 il keçdikdən sonra apellyasiya şikayətinin verilməsi, apellyasiyanın mümkünlüyü şərtlərinin daha dəqiq yoxlanmasını tələb edir.

25. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq v ə azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın mahiyyətinə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.

26. Ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz.

27. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır.

28. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir.

29. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər.

30. Qanunverici mülki işlər üzrə məhkəmə ak tlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir.

31. Azərbaycan Respublikası MPM-nin 227.3-cü maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir.

32. MPM-nin 360-cı maddəsində apellyasiya şikayəti vermək üçün bir ay müddətin başlanğıcı məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən başlanır. (Həmin maddədə bəhs onunan “rəsmi qaydada verildiyi” sözləri 26 may 2009-cu il tarixli 819-İİİQD nömrəli Qanunla dəyişiklik edilənədək “təqdim olunan (alınan)” kimi ifadə olunmuşdu).

33. Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinə əsasən birinci instansiyası məhkəməsi apellyasiya şikayətinin 361-ci maddəsinin tələblərinə uyğunluğunu araşdırmalıdır. MPM-nin 364-cü maddəsində konkret olaraq göstərilməsə də, bu norma birinci instansiya məhkəməsi tərəfindən eyni zamanda apellyasiya şikayətinin geri qaytarılması üçün MPM-nin 363-cü maddəsində nəzərdə tutulmuş əsasların yoxlanılmasını da ehtiva edir. MPM-nin 363 və 364-cü maddələri apellyasiya şikayətinin forma və məzmun tələblərinə cavab verməsini, şikayətin verilməsi üçün müəyyən olunmuş müddətlərə riayət olunmasını, apelyasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini araşdırmağı birinci instansiya məhkəməsinin vəzifəsi kimi müəyyən etmişdir. Apellyasiya şikayətinin məzmununa aid MPM-nin 361-ci maddəsinə müəyyən olunmuş çatışmazlıqlar, habelə apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddətlər buraxıldıqda, eyni zamanda müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədikdə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad çıxarmaqla apellyasiya şikayə tini geri qaytarır. Qanunvericilik bu halda proses iştirakçısına apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı iki mərhələdə (MPM-nin 267.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində və 269.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində) mübahisələndirmək hüququ verir və bu qayda şəxsin məhkəmə müdafiəsi hüququnun təminatı (reallaşdırılması) baxımından əhəmiyyətlidir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 364-cü maddəsində müəyyən olunmuş qaydalara düzgün riayət olunmalıdır.

34. İş materiallarından görünür ki, cavabdehlərə birinci instansiya məhkəməsinin qətnaməsinin MPM-nin 227.3-cü maddəsində göstərilən müddətlərdə təqdim olunması (alınması) və ya rəsmi qaydada verilməsi barədə sübut yoxdur. Lakin hazırki işin vəziyyəti, apellyasiya şikayətinin verilməsində müddətlərin həllində bir qədər atraflı araşdırma aparılmasını tələb edir. 35. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X5 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.”

36. Bundan başqa, MPM-nin 357.1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçü ncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

37. Göründüyü kimi birinci instansiya məhkəməsinin o qətnaməsindən apellyasiya şikayəti verilə bilər ki, həmin qətnamə qanuni qüvvəyə minməmiş olsun. Bu baxımdan apellyasiya şikayətinin qəbul olunmasının mümkünlüyü onu ehtiva etmiş olur ki, qətnamə ötən 15 il ərzində qanuni qüvvəyə minməmişdir. Halbuki, Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışdan görünür ki, "xxxx" Firmasının nizamnamı kapitalının 96,24 faizi əvvəl İddiaçı x 1oğlunun adına, sonradan isə X1 adına qeydiyyata alıınmışdır.

38. Həm də görünür ki, iş materialları tam deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində Cavabdeh1 cavabdeh İddiaçı qarşı “əmlakın, pulun, möhürştampın və sənədlərin qaytarılması” təl əbində dair qarşılıqlı iddiasından bəhs olunur.

39. Lakin iş materiallarında bu cür iddia yoxdur.

40. Bundan başqa, birinci instansiya məhkəməsinin qətnaməsində cababdeh Cavabdeh2 şifahi izahatla yanaşı yazılı izahatında iddiaçının tələblərinin haqlı olduğunu göstərdiyini bildirməsinə baxmayaraq, iş materiallarında Cavabdeh2 yazılı izahatı yoxdur.

41. İmperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qeyri-müəyyən hədlərdə deyil, yalnız MPM-də nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir.

42. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət e tmək imkanlarını da əhatə edir.

43. Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir.

44. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquq i müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.

45. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü məsələsini həll edərkən birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edilməsindən uzun müddət keçməsinə, iş materiallarının natamamlığına baxmayaraq, əlavə araşdırma apararaq apellyasiyanın mümkünlüyünü əsaslandırmamış və ya bunun araşdırılması üçün apellyasiya şikayətinin icraata qəbul edilməsinin araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərməmişdir. Məhkəmə cavabdehin ötən 15 il müddətində mülki işin nəticəsi, işlədiyi müəssisənin nizamnamə kapitalındakı əhəmiyyətli payın (96,24 faizi) taleyi ilə maraqlanmamasını ağlabatanlıq meyarları əsasında təhlil etməmişdir.

46. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini müddətlərlə bağlı mümkünlük şərtlərin i araşdırmadan və 15 il sonra verilməsinə baxmayaraq mümkünlüyünü əsaslandırmadan icraata qəbul etdiyinə görə qətnamə ləğv edilməli, apellyasiya şikayətinin mümkünlüyü məsələsinin həlli üçün göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(104)-3592/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş apellyasiya şikayətinin mümkünlüyü məsələsinin həlli üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qət

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar