Məhkəmə qərarları › İş №2(102)-276/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-276/2023

01.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-276/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: maddi və mənəvi ziyan tələbi ) 01.03.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2(103)346/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı ş əhəri, Azadlıq prospekti 116 saylı yaşayış evinin 218 saylı mənzili İddiaçı mülkiyyətindədir. Həmin mənzilin yuxarı mərtəbəsində yerləşən cavabdeh tərəfin məskunlaşdığı 224 saylı mənzildən iddiaçıya məxsus mənzilə suyun sızması nəticəsində mənzilə və mənzildə olan əşyalara zərər vurulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 onun xeyrinə 12700 manat maddi, 10000 manat mənəvi zərərin və məhkəmə xərclərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz edilməsinə dair ərizə təqdim etmiş, 26 dekabr 2019-cu il tarixli məhkəmə iclasında Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz edilməsi qərara alınmışdır.

4. İddia tələbi on unla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə saat 18:00 radələrində ünvan 1 ünvanında (9 mərtəbəli binanın 7-ci mərtəbəsi) yaşayan və qeydiyyatda olan Cavabdeh1 suyu açıq qoyaraq onun mənzil fonduna daxil olan yaşayış sahəsini tamamilə yararsız hala salmışdır. Belə ki, həmin şəxsin səhlənkar yanaşması nəticəsində yaşayış sahəsi və əmlakı tamamilə su içində qalmış, nəticədə əmlakına külli miqdarda maddi zərər dəymiş, yaşayış sahəsi və əmlakı istifadəsiz hala düşmüşdür. O, 102 xidmətinə bu məlumat vermiş, təxminən saat 20:00 radələrində mənzilə gələn 2 nəfər polis zabiti mənzilə baxış keçirərək mənzilin əşyalar ilə birlikdə tamamilə su içində olduğunun canlı şahidi olmuşlar. Polis zabitləri daha sonra isə 7-ci mərtəbəyə qalxmış, cavabdeh tərəfindən polisin təkidi ilə qapı açılmış və polislər mənzilə daxil olmuşlar. Ev sahibləri subasmanın səbəbi kimi su borularında yaranmış nasazlığı göstərsə də polisin müşahidəsi zamanı suyun nasazlıq nəticəsində deyil, ev sahiblərinin səhlənkarlığı nəticəsində su krantının açıq qoyulması səbəbindən yarandığı məlum olmuşdur. Daha sonra onlar Nərimanov rayonu 16-cı polis bölməsinə dəvət edilmiş, polis bölməsində onlardan ifadə alınmış, Cavabdeh1 izahatında iddiaçının həyat yoldaşının ona xəsarət yetirdiyini bildirmişdir. Bölmənin tədqiqatçısı tərəfindən Cavabdeh1 tibbi ekspertizadan keçirilməsi təklif edilsə də, həmin şəxs tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Bu da həmin şəxsin məsuliyyətdən yayınmaq üçün şər-böhtan atdığının bariz nümunəsidir. Həmçinin Nərimanov rayon Mənzil istismar kommunal xidmətinin əməkdaşları baş verm iş hadisə ilə əlaqədar hadisə yerinə cəlb edilmiş və baş vermiş hadisə aktlaşdırılmışdır. Cavabdeh1 iddiaçıya məxsus ünvan 2 ünvanındakı daşınmaz əmlakını-mülkiyyətini suya basmaqla yararsız hala saldığından dolayısı ilə həmin evdə yaşayış hüququnu və əmlakından təkbaşına və ya başqaları ilə birlikdə istifadə etmək hüququnu pozmuşdur. Hal-hazırda 6 nəfər ailə üzvü - həyat yoldaşı, 2 oğlu, 84 yaşlı atası və anası ilə bərabər mənzildə yaşayış mümkün olmadığından çıxılmaz vəziyyətdə qalmışlar.

5. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Makarenko adına MTK-nın sədri M.Abdullayev, 53 saylı MKİS-in mühəndisi E.İmanov, texnik Y.Heydərli, ev sahibi İddiaçı bu aktı ona görə tərtib etmişlər ki, Azadlıq prospekti 116 saylı binanın 218-ci mənzilinə texniki baxış keçirilərkə n bəlli oldu ki, 7-ci mərtəbədə yaşayan Cavabdeh1 224cü mənzilin vanna otaqğında su xəttinin nasaz olması səbəbindən və suyun vanna otağının döşəməsində daşması səbəbindən həmin binanın 6- cı mərtəbəsi 218-ci mənzilin vanna otağına, dəhlizə və otaqların tavan və döşəmə hissələrinə ziyan dəymişdir.

6. Məhkəmə baxışı zamanı tikinti-texniki ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2020-ci il tarixli, 924 №-li ekspert rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 saylı evin, 218 saylı mənzilin döşəməsində, tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan 53 saylı MKİS-in əməkdaşları tərəfindən 218 saylı mənzilə baxış keçirmiş və bu barədə xx.xx.2019-cu il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 saylı evin 218 saylı mənzilinə yuxarı mərtəbədəki 224 saylı mənzildən suyun sızması müəyyən olunur. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 saylı evin, 218 saylı mənzilinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 6564.0 manat məbləğində olduğu müəyyən edilmişdir.

7. Məhkəmə baxışı zamanı məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2021-ci il tarixli, 9/5353 №-li ekspert rəyi ilə ekspert baxışına təqdim edilmiş qismən yararsız vəziyyətə düşmüş əşyaların təmir-bərpa xərci və tamamil ə yayarsız vəziyyətə düşmüş əşyaların istifadədə olması nəzərə alınmaqla zədələnməmişdən əvvəl təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti təxminən 1330 manat müəyyən olunmuşdur.

8. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 30 aprel 2021-ci il tarixli, 2(005)-83/2021 nömrəli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia qismən təmin edilmiş, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 saylı evin 218 saylı mənzilə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 7894 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət olunmuşdur.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hər əkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə təqdim edilən sübutlara qiymət verərək qeyd edir ki, məhkəmə baxışı zamanı aparılmış ekspertiza ilə vurulmuş zərərin həcmi 7894 manat müəyyən edildiyindən iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, Cavabdeh2 tərəfindən vurulmuş zərərin əvəzi olaraq 7894 manat İddiaçı xeyrinə tutulmalıdır.

10. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zər ər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır.

11. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinə, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 21.2, 1096, 1097.1, 1111. 2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti məhkəmə iclaslarında iştirakının təmin edilmədiyi və ekspertin ona məxsus mənzilə ümumiyyətlə gəlmədiyi arqumentləri ilə əsaslandırmışdır.

14. Əvvəlki apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin məzmununa uyğun izahatlar verərək birinci instansiya məhkəməsi tərəfindən iş üzrə keçirilmiş ekspert rəyi ilə razı olmadıqlarını, ekspertiza keçirilən vaxt onlara məlumat verilmədiyini, mənzillərinə baxış keçirilmədiyini bildirmiş, həmçinin qeyd etmişlər ki, uzun müddətdi r ki, Azərsu tərəfindən sayğac qoymaq üçün evin hamam otağında olan borunun ağzına tıxac (probka) vurulmuşdur. Həmin tıxac atdığı üçün aşağı mənzilə su sızmışdır. 15 il ərzində tıxacın çıxarılması barədə "xxxx" ASC-yə müraciət etməmişlər.

15. Apellyasiya instansiyası məhkəmə baxışında iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2021-ci il tarixli ******* nömrəli rəyində göstərilmişdir ki, qərardadın birinci sualı üzrə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 saylı evin, 218 saylı mənzilin döşəməsində, tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan 53 saylı MKİS-in əməkdaşları tərəfindən 218 saylı mənzilə baxış keçirmiş və bu barədə xx.xx.2019-cu il tarixli aktın məlumatl arını nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 saylı evin, 218 saylı mənzilinə yuxarı mərtəbədəki 224 saylı mənzildən suyun sızması müəyyən olunur. Qeyd olunur ki, baxış keçirilən zamanı iş üzrə cavabdeh tərəfindən bildirilmişdir ki, ümümi su xəttindən mənzilə keçən (mənzilin daxilində yərləşən su kranında) su borusunda əmələ gəlmiş nasazlıq nəticəsində iddiaçının mənzilinə su sızmışdır. Qərardadın ikinci sualı üzrə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 saylı evin, 218 saylı mənzilinin tikililərində su sızma naticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 6564,0 manat məbləğində olduğu müəyyən edilir. Rəyə tədqiq olunan mənzildə aparılmalı təmir-bərpa işlərinin dəyərinin müəyyən olunmasına dair smeta əlavə olunur.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2022-ci il tarixli, 9/2000 №-li ekspert rəyində göstərilmişdir ki, ekspert baxışına təqdim edilmiş qismən yararsız vəziyyətə düşmüş əşyaların təmir-bərpa xərci və tamamilə yayarsız vəziyyətə düşmüş əşyaların istifadədə olması nəzərə alınmaqla zədələnməmişdən əvvəl təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti təxminən 1330,0 manat müəyyən olunur.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2(103)-346/2022 nömrəli qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyi şdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və müvafiq əsaslandırması ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən alınmış ekspert rəyi ilə iddiaçının mənzilinə suyun cavabdehin mənzilindən axdığı müəyyən edilmiş, apellyasiya baxışı zamanı alınmış ekspert rəyi ilə də bu fakt təsdiq olunmuşdur. Əslində bu fakt (suyun cavabdehin mənzilindən iddiaçının mənzilə axması) cavabdeh tərəfindən də təsdiqlənmişdır, lakin cavabdeh bu halın onun təqsirindən baş vermədiyini bildirmiş və qeyd etmişdir ki, uzun müddətdir (təxmini 15 il) ki, Azərsu tərəfindən sayğac qoymaq üçün evin hamam otağında olan borunun ağzına tıxac (probka) vurulmuşdur. Həmin tıxac atdığı üçün aşağı mənzilə su sızmışdır.

19. Məhkəmə kollegiyası cavabdehin ona məxsus mənzildən iddiaçının mənzilinə su axıdılmasını mübahisələndirmədiyini də nəzərə alaraq sözügedən mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyəti məhz onun daşıması barədə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini vurğulayır və bununla bağlı əlavə araşdırma aparmayaraq özünün bu mövqeyini prosessual qənaət prinsipi ilə izah edir.

20. Kollegiya cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini də əsassız hesab edir, belə ki, iş materiallarından onun məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırıldığı aydın olur və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi işə baxarkən Mülki Məcəllənin 1096.1 və 1111.2-ci maddələrinin tələblərini nəzərə almamışlar. Belə ki, iddiaçının evinə su sızması cavabdehin təqsirinə görə baş verməmişdir. Hadisənin əsas səbəbi su borularında baş vermiş gözlənilməz texniki qəza olmuşdur. "xxxx" ASC-nin əməkdaşları mənzilə sayğac qoymaq işini yarımçıq saxlamış, əvəzində müvafiq su borusunu xüsusi tıxacla bağlamış və həmin tıxaca toxunmamaq haqqında təlimat vermiş, mənzil sahibləri isə səlahiyyətli qurumun təlimatına riayət etmişlər. Hadisə baş verən gün uzun müddətdir davam edən suyun mənzillərə ver ilmə rejimi pozulmuş, su axını zamanından tez və yüksək təzyiqlə verilmişdir. Bu zaman su borusunda nasazlıq yaranmış və texniki qəza baş vermişdir. Həmin vaxt evdə kimsə olmadığından təcili müdaxilə mümkün olmamışdır. Beləliklə, cavabdeh tərəf məsuliyyətsizlik göstərərək hər hansı su kranını açıq qoymamış və ya su sızıntısı, daşması ilə nəticələnə biləcək hər hansı etinasız hərəkətə yol verməmişdir. Təyin olunmuş ekspertizalarda isə bu halların heç biri diqqətə alınmamış, ekspertiza işi tərəflərin iştirakı ilə, tam və hərtərəfli aparılmamışdır. Digər tərəfdən, iddiaçı özü də yaranmış vəziyyətdən sui-istifadə edərək öz mənzilini təcili qurutmaq və dəyə biləcək zərərin qarşısını almaq üçün müvafiq tədbirlər görmək əvəzinə, köhnə və təmirsiz olan evi cavabdehin sayəsində təmir etdirmək məqsə dilə otaqların uzun müddət qapalı və su içində qalmasına şərait yaradaraq dəymiş zərərin həcmini artırmağa çalışmışdır.

23. Həmçinin AR MPM-nin 99-cu maddəsi maddəsi və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə istinad edərək qeyd edir ki, birinci instansiya məhkəməsindəki baxış zamanı təyin olunmuş tikinti-texniki ekspertizası nəticəsində verilmiş xx.xx.2020-ci il tarixli, 924 saylı ekspert rəyi və AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/5353 saylı məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə rəyi, həmçinin apellyasiya baxışı zamanı AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, 9/2000 saylı rəyləri obyektiv, hərtərəfli və tam həc mdə aparılmamışdır. Bu baxımdan həmin rəylər mötəbər sübut kimi nəzərə alınmamalıdır. Hər iki instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətiri b çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

28. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılm alıdır.

35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsini n mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kassator ona da istinad edir ki, apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1111.2-ci maddəsinin tələbini nəzərə almamışdır.Məhkəmə kollegiyası həmin dəlillə razılaşmır.Belə ki, Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafi q otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddənin dispozisiya şərtindən belə məlum olur ki, müvafiq otaqdan nəyinsə atılması, və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulan zərərə görə müvafiq otağı tutan şəxs iki halda məsuliyyət daşımır: 1.zərərin qarşısıalınmaz qüvvənin təsiri nəticəsində baş verməsi; 2.Zərərin zərərçəkənin təqsiri üzündən baş verməsi. Lakin iş üzrə cavabdeh göstərilən iki halı da sübut edə bilməmişdir.

35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri i lə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2(103)-346/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar