Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2766/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Şəki regional “ASAN Xidmət” mərkəzində notariat ofisi və Cavabdeh1 ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icra qeydinin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Şəki regional “ASAN Xidmət” mərkəzində notariat ofisi və Cavabdeh1 ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*7)-391/2*23 nömrəli iş üzrə *9 mart 2*23-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh1 ASC tərəfindən İddiaçı göndərilmiş 1*.1*.2*19-cu il tarixli icra qeydinin aparılacağı barədə bildirişə əsasən Bank tərəfindən İddiaçı 6.*13,14 manat kredit götürdüyü, 1*.1*.2*19-cu il tarixinə 15.*8.2*17-ci il tarixli RD/92*4*/59/13 nömrəli sənəddən irəli gələrək 5.*84,69 manat əsas borc, 1.*43,*2 manat faiz və 85,73 manat cərimə borcunun ödənilmədiyi bildirilmiş və bu borc 2* gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” AR Qanununun 76-cı maddəsinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparıla cağı bildirilmişdir. Bildiriş İddiaçı yaşadığı ünvana çatdırılmışdır.
2. Cavabdeh1 ASC tərəfindən göndərilmiş notariat icra qeydi haqqında 17.12.2*19cu il tarixli ərizəyə əsasən Cavabdeh1 ASC 15.*8.2*17-ci il tarixli RD/92*4*/59/13 nömrəli müqavilə üzrə ödənilməmiş 5.*84,69 manat əsas borc, 1.225,84 manat faiz borcu və 666,51 manat dəbbə pulunun İddiaçı tutulması ilə bağlı Şəki regional “Asan Xidmət” mərkəzində notariat ofisinə ərizə ilə müraciət etmişdir.
3. Şəki regional “Asan Xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş 17.12.2*19-cu il tarixli 8İ-21976 reyestr nömrəli icra qeydinə əsasən Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X3 “Notariat haqqında” Qanunun 76cı maddəsinə əsasən təklif etmişdir ki, həmin sənədlər üzrə AZ1*69 Bakı şəhəri Nərimano v rayonu X6 ev 42 ünvanda yerləşən “Bank of of Baku" ASC xeyrinə ünvan 2a olan İddiaçı (AZE********, 25.11.2*13-Şəki) RD/92*4*/5 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 6.31*,53 manat tutulsun. Bundan əlavə təklif etmişdir ki, borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 2* manat məbləğdə dövlət rüsumu (haqq) olmaqla, cəmi 6.997,*4 manat pul tutulsun. Həmin icra qeydi 17.12.2*19-cu il tarixdə aparılmış və elektron qaydada imzalanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 xüsusi notariusu tərəfindən qəbul edilmiş 17.12.2*19-cu il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Şəki Rayon Məhkəməsinin e-2(*75) -2*64/2*22 nömrəli iş üzrə 2*.12.2*22-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Göründüyü kimi İddiaçı hazırki iddiasının əsası kimi Cavabdeh1 ASC tərəfindən icra qeydi ilə bağlı notariat ofisinə ərizə verilməmişdən 2* gün əvvəl bu barədə bildiriş-xəbərdarlığın ona göndərilmədiyini göstərmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş Cavabdeh1 ASC tərəfindən İddiaçı göndərilmiş 1* oktyabr 2*19-cu il tarixli icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilmiş bildirişdən görünür ki, Bank of Baku” ASC tərəfindən İddiaçı 6*13,14 manat kredit götürdüyü, 1* oktyabr 2*19-cu il tarixinə 15.*8.2*17-ci il tarixli, RD/92*4*/59/13 nömrəli sənəddən irəli gələrək 5*84,69 manat əsas bor c, 1*43,*2 manat faiz və 85,73 manat cərimə borcunun ödənilmədiyi bildirilmiş və bu borc 2* gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. Həmin bildirişə əlavə edilmiş qəbzdən görünür ki, qeyd edilən bildiriş 11 oktyabr 2*19-cu il tarixdə İddiaçı yaşadığı ünvana çatdırılmışdır. 17 dekabr 2*19-cu il tarixdə isə Cavabdeh1 ASC 15.*8.2*17-ci il tarixli, RD/92*4*/59/13 nömrəli müqavilə üzrə ödənilməmiş 5*84,69 manat əsas borc, 1225,84 manat faiz borcunun və 666,51 manat dəbbə pulunun İddiaçı tutulması ilə bağlı Şəki Regional ”Asan Xidmət” Mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. X4 Asan Xidmət Mərkəzinin Notariat Ofisinin notariusu tərəfindən Notariat Haqqında Azərbaycan Respublikası Qanununun, Təlimatın tələblərinə riayət edilməklə icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. X8 Xidmət Mərkəzinin Notariat Ofisinin notariusu da təqdim edilməsi zəruri olan sənədlər əsasında icra qeydini aparmışdır. Göründüyü kimi İddiaçı iddiasının əsaslı olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı qanuna əsasən iddia tələbini əsas landıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Əgər iddiaçı sübut etmə vəzifəsini yerinə yetirmirsə, onda elə həmin səbəbdən onun iddiası təmin edilməməlidir.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
7. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*7)-391/2*23 nömrəli iş üzrə *9.*3.2*23-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), R.Rəfiyev və E.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 2*.12.2*22-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əs aslarına görə, “Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 15 avqust 2*17-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı illik 19 faiz olmaqla, 6* ay müddətində qaytarmaq şərti ilə 6*13.14 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilərək kredit məbləğinin İddiaçı verilməsinə baxmayaraq, İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına əməl etmədiyindən Cavabdeh1 ASC əvvəlcə İddiaçı icra qeydinin aparılacağı ilə bağlı sifarişli poçtla bildiriş göndərmişdir. Həmin bildiriş 11 oktyabr 2*19-cu il tarixdə İddiaçı yaşadığı ünvanda xəbərnamənin imzalanması ilə qəbul edilmişdir. Lakin bildirişin alınmasından sonra da öhdəliklərinin icrası təmin edilmədiyində n Cavabdeh1 ASC tərəfindən icra qeydinin verilməsinə dair ərizə ilə notariata müraciət edilmişdir. Cavabdeh2 xüsusi notariusu tərəfindən qəbul edilmiş 17 dekabr 2*19-cu il tarixli icra qeydi icra edilməsi üçün Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə göndərilmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Nəticədə əsassız qətnamə qəbul edilərək mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq nor malarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayəti bu hissədə əsassızı olduğundan təmin edilə bilməz. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, cavabdeh "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən 1* oktyabr 2*19-cu il tarixli bildirişin ona təqdim edilməmişdir. Kollegiya hesb edir ki, şikayətin bu dəlili də əsassızıdır. İşdə olan Cavabdeh1 ASC tərəfindən İddiaçı göndərilmiş 1* oktyabr 2*19-cu il tarixli icra qeydinin aparılacağı barədə bildirişdən görünür ki, Cavabdeh1 ASC tərəfindən İddiaçı 6*13,14 manat kredit götürdüyü, 1* oktyabr 2*19-cu il tarixinə 15.*8.2*17-ci il tarixli, RD/92*4*/59/13 nömrəli sənədd ən irəli gələrək 5*84,69 manat əsas borc, 1*43,*2 manat faiz və 85,73 manat cərimə borcunun ödənilmədiyi bildirilmiş və bu borc 2* gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius qeydi aparılacağı bildirilmişdir. Həmin bildirişə əlavə edilmiş qəbzdən görünür ki, qeyd edilən bildiriş İddiaçı yaşadığı ünvana çatdırılmışdır. Göründüyü kimi şikayətin bu dəlili də əsassızdır. Şikayətin sonuncu dəlili ondan ibarətdir ki, xəbərnamədəki imza ona məxsus deyildir. Kollegiya hesab edir ki, şikayətin bu dəlili də əsassızıdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surət indən görünür ki, apelyator Şəki şəhəri P.Əliyev küçəsi ev 4-də qeydiyyatdadır. İşdə olan Cavabdeh1 ASC tərəfindən İddiaçı göndərilmiş 1* oktyabr 2*19-cu il tarixli icra qeydinin aparılacağı barədə bildirişdən görünür ki, həmin bildiriş apelyatorun rəsmi qeydə alındığı ünvana göndərilmişdir. Bundan başqa apelyator verdiyi apellyasiya şikayətində yaşadığı ünvan kimi ünvan 4 ünvan sahibi evdə olmadıqda rəsmi sənədləri onun ailə üzvlərindən birinə təqdim edilməsini qadağan etməmiş, əksinə ailə üzvlərindən birinə təqdim edilə bilməsi mümkünlüyünü qeyd etmişdir. Ekspertizanın təyin edilməməsi barədə dəlilinə gəldikdə isə kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızdır.... Digər tərəfdən ekspertiza təyin ediləcəyi təqdirdə belə bu işin həlli üçün əhəmiyyət daşımayacaqdaır. Ona görə ki, xəbərnamədəki imza apelyatora yox onun ailə üzvlərinə də məxsus ola bilər. Bu halda imzanın kimə məxsus olmasını müəyyən etmək üçün bütün ailə üzvlərinin imzalarını yoxlamaq lazım olarda. Belə olan halda “Poçt haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 135ci maddəsinin müddəaları öz əhəmiyyətini itirərdi ki, bu da yolverilməzdir.”
10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “Notariat haqqında” Qanunun 76-cı maddəsinə, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161 və 162-ci bəndlərinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti ve rərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətinin dəlillərinə görə, notariat ofisi borcun ödənilməsi barədə ona yazılı bildiriş göndərməmiş, hüquqlarını pozaraq, borcun mübahisəsiz olubolmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək, yalnız kredit sazişinə əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. İşə baxan məhkəmələr tərəfindən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin natamam olmasına belə münasibət bildirməmişdir. Apellyasiya məhkəməsi cavabdeh tərəfindən icra qeydinin aparılması üçün notariat orqanına müraciət etməzdən əvvəl pretenziya qaydalarına əməl edilməməsinə diqqət etmədi yi üçün iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması hallarına yol verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 6*. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq ara şdırılması hüququna malikdir. 16. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün döv lət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqı nda” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti o rqanı müəyyən edir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.*9.2***-ci il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”: Bənd
161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün m üvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. “Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış y eri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “X1 Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlə r və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığı nı təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasi ya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 1691-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir; Bənd
162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müdd ətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 1*6.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Pr osessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Kassasiya şikayətində qətnamə nin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
21. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunmas ı və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətlərinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
24. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin notariat ofisinin borcun ödənilməsi barədə ona yazılı bildiriş göndərməməsi və məhkəmələrin sənədlərin natamam olmasına münasibət bildirməməsi barədə dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır.
25. Şikayətin cavabdeh tərəfindən icra qeydinin aparılması üçün notariat orqanına müraciət etməzdən əvvəl pretenziya qaydalarına əməl edilməməsi barədə dəlilində isə iddiaçı tərəflər arasında əməl olunması məcburi olan pretenziya qaydasının hansı qanunla nəzərdə tutulduğunu dəqiqləşdirməmişdir.
26. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüqu qi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
27. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*7)-391/2*23 nömrəli iş üzrə *9 mart 2*23-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.