Məhkəmə qərarları › İş №2(102)-2767/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2767/2025

21.10.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Torpaq mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2767/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X3 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:torpaq sahəsinə və fərdi yaşayış evinə köçürülmə 21.10.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 may 2025-ci il tarixli, 2(105)575/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halla rı: 1. “Nikah haqqında” Şəhadətnaməyə əsasən, 25 may 1967-ci il tarixdə X5 rəsmi nikah əsasında X6 ilə ailə qurmuş və onların birgə nikahından Şahin, Mübariz və Bağdagül adlı üç övladları doğulmuşdur. 2. 20 avqust 2020-ci il tarixdə X7, 01 sentyabr 2021-ci il tarixdə X5 vəfat etmişlər.

3. Reyestr Xidmətinin arayışına görə, Xızı şəhərində yerləşən 0,06 ha torpaq sahəsi 19 oktyabr 2020-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır.

4. Reyestr Xidmətinin arayışına görə Xızı şəhərində yerləşən 0,06 ha torpaq sahəsi hər birinin payı 1/3 hissədə olmaqla mülkiyyət hüququ üzrə İddiaçı, Cavabdeh1 Qəzənfər oğlu və Cavabdeh2 adına qeydə alınmış və bu barədə onların adlarına 30 oktyabr 2024-cü il, 11 dekabr 2024-cü il və 12 dekabr 2024-cü il tarixlli Çıxarışlar verilmişdir. 5. “Azəriqaz” İB-nin X16 İst ismarı İdarəsinin abonent saldosuna əsasən, Xızı şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı ünvan sahibi kimi Cavabdeh1 Qəzənfər oğlunun adına qeydiyyata alınmışdır. 6. "xxxx" MMC-nin Şimal-Şərq Regional filialının Xızı Rayon Şöbəsi tərəfindən verilmiş 28 yanvar 2025-ci il tarixli arayışa əsasən, Xızı şəhərində yerləşən fərdi yaşayış evində quraşdırılmış (023)31-50-092 saylı telefon nömrəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır. 7. “X10 Xidməti” PHŞ-nın Xızı Rayon Su Meliorasiya sistemlərinin istismarı İdarəsinin hesab fakturasına əsasən, Xızı şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış su sayğacı ünvan sahibi kimi Cavabdeh1 adına qeydiyyata alınmışdır. 8. "xxxx" ASC-nin bildirişinə əsasən, Xızı şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış işıq sayğacı ünvan sahibi kimi Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 Qəzənfər oğlu və Cavabdeh2 (bundan sonra- cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, X1, anası X7 ilə 25 yanvar 1967-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahından xx xxxx 1967-ci il təvəllüdlü Cavabdeh2, xx xxxxxxxx 1969-cu il təvəllüdl ü İddiaçı və xx xxxxxx 1972-ci il təvəllüdlü Cavabdeh1 anadan olmuşdur. Mərhum X1 ünvan 1 ünvanda 0,06 ha torpaq sahəsi almış və həmin torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. X1 01 sentyabr 2021-ci il tarixində ölmüşdür. Atasının ölümündən sonra cavabdehlər atasından miras qalmış əmlaka tam şəkildə yiyələnmək məqsədi ilə həmin torpaq sahəsinə və orda mövcud olan fərdi yaşayış evinə daxil olmağına imkan yaratmayaraq qeyri-qanuni surətdə həmin əmlaka sahiblik etməyə başlamışlar. Dəfələrlə cavabdehlərə həmin miras əmlakda hər birinin 1/3 hissədə payının olduğunu bildirsə də, cavabdehlər onun sözünə məhəl qoymamışlar. Bundan sonra, notariat ofisinə müraciət edərək, atasından miras qalmış əmlakın vərəsəlik qaydasında qəbulu ilə bağlı ərizə ilə müraciət etmişdir. “Vərəsəl ik hüququ haqqında” Şəhadətnaməyə əsasən, Reyestr Xidməti tərəfindən ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi üzərində 1/3 hissədə payın müəyyən edilməsi ilə bağlı 30 oktyabr 2024-cü il tarixli Çıxarış vermişdir. Ona görə də, cavabdehlər tərəfindən yaradılan manelərin aradan qaldırılması məqsədi ilə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, mübahisə predmeti olan fərdi yaşayış evinə dair əmlak hüquqları qeydə alınmasa da, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi paylı mülkiyyət hüququ ilə tərəflərə məxsusdur və həmin fərdi yaşayış evinə tərəflərin mülkiyyət hüquqlarının olması aşkardır.

11. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, sözügedən evin tikilməsində onun əziyyəti böyükdür. Qonşular və orada iş ləyən fəhlələr də bunu təsdiq edə bilərlər. Neçə illərdir həmin evə o, gedib-gəlir, evin kommunalı, interneti onun adınadır. Atası rəhmətə getməmişdən qabaq həmişə “evi sənin adına keçirəcəyəm” desə də, pandemiya vaxtı rəhmətə getdiyindən bu mümkün olmamışdır. İddiaçı, yəni qardaşı İddiaçı heç buranın yolunu tanımamış, sadəcə bir dəfə içki məclisinə gəlmiş, içəndən sonra biraz dava-dalaş salıb, getmişdir. O, 1992-ci ildən hərbidə xidmət etmiş, ona ev verilməyi ehitmalını nəzərə alaraq buradakı evi öz adına keçirməmişdir. Bu ev tikiləndə elə gün olub ki, Bakıdan Xızıya 2 dəfə maşın sürmüşdür. Evin 1-ci mərtəbəsi tikiləndən sonra isə ev yarımçıq qalmış, maddi çətinlik olması barədə rəhmətlik atası ona məlumat vermiş, o da, 18000 manat tikinti üçün vermişdir. Həmin ərəfədə anası onkoloji xəst ə olmuş, düşünmüşdür ki, evin tikintisini tez başa çatdırsınlar və anası da gəlıb biraz təmiz havada yaşasın. Evin tikintisini bitərəndən sonra mütəmadi olaraq buraya gəlib-gedir və kommunal xərcləri də hamısını vaxtında ödəyir. Atası rəhmətə getməmişdən qabaq ailə üzvlərini bir araya yığıb demişdir ki, Alatava qəsəbəsindəkı ev 220 kv.metrdir. Olimpik Star tərəfdən evləri plana salmaq məqsədilə sökə-sökə onlar tərəfə gəlirdilər. Dedi ki, kvadratı 2000 manatdan verirlər, o da 440000 manat pul edirdi. Heç onu da istəmir, halal xoşu olsun. Çünki atasının ağzından bir kəlmə söz çıxıb. Hamının yanında şifahi olaraq vəsiyyət etmişdir ki, Alatavadakı ev Şahinindir, hətta o evdən bacısına da pay verirdi, ancaq bacısı yəni, Bağdagül ondan imttina etmiş və ona ehtiyacı olmadığını bildirmişdir. Sonra isə Saray qəsəbəsində torpaq sahəsini isə üçünüzün arasında bölərsiniz demiş, bacısı yenə bundan imtina etmişdir. Odur ki, iddianın əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

12. Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, bu ev tikiləndən atası ilə birlikdə qardaşı Mübariz də əziyyət çəkibdir. Atası da sağlığında deyirdi ki, bu ev Mübarizindir. Torpaq yeni alınanda digər qardaşı Şahin buranı istəmədiyini atasına demişdir. Qohum-əqraba da bilir. Buradakı ev Mübarizindir. Odur ki, iddianın əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

13. Cavabdeh1 nümayəndəsi, Vəkil izahatında bildirdi ki, iddiaçı cavabdehin qardaşıdır. Ataları pandemiya dövründə, yəni 2021-ci ildə rəhmətə getmişdir. Rəhmətə getməmişdən qabaq onlar Alatava qəsəbəsində böyüyüb orada yaşayıblar. Oradakı ev qanunsuz tikili sayılır. Qeyri-rəsmi şəkildə, şahidlərin də iştirakları ilə atası sağlığında Xızı rayonunda olan ev Mübarizin, Alatava qəsəbəsində olan evi isə digər oğlu, yəni iddiaçıya məxsus olduğunu bildirib. Şahin də atasının vəsiyyətinə uyğun olaraq bu huquqdan istifadə edərək bu məsələni rəsmi şəkildə qaldırıb. Həmin torpağın 1/3 hissəsi Mübarizə, 1/3 hissəsi Şahinə, digər 1/3 hissəsi isə Bağdagülə qaldığını notariusdan götürübdür. Həmin torpağın üzərində olan tikilinin isə heç bir sənədi olmamışdır. Bu gün iclasda şahidlər və tərəflər dindiriləcək, ancaq o, hüquqi tərəfdən çıxış edərək bildirmək istəyir ki, iddiaçının heç bir subyektiv hüququ yoxdur. Çünki bütün Ali Məhkəmənin qərarları, öz təsdiqini tapmış məhk əmə praktikası, Konstitusiya Məhkəməsinin qərarlarında göstərilir ki, şəxsin ilk növbədə subyektiv hüququ göstərilməlidir. Qanunsuz tikili olduğuna görə 1-ci növbədə öz payının ayrılmasına subyektiv hüququ var. İddiaçı heç vaxt o evdə yaşamamış, bütün məhkəmə praktikalarında ancaq bu vaxt ola bilər ki, şahidlərlə, sübutlarla öz təsdiqini tapsın ki, o şəxs daima o yerdə yaşamış olsun, müəyyən səbəblərdən oranı tərk etmiş olsun, sonradan orada istifadə hüququnu tələb eləmiş olsun. Ancaq iddiaçı nəinki burada yaşamamış, heç buranın yolunu belə tanımamışdır. Belə ki, iddiaçı iddia ərizəsində həmin evin tikilib ərsəyə gəlməsində hər hansı bir əziyyətinin olduğunu da qeyd etməmişdir. İddiaçı sadəcə torpaq sahəsinin 1/3 hissəsində payının olduğunu düşünərək bu məsələni qaldırmışdır. Bu da onu gös tərir ki, iddiaçının torpaq sahəsində olan evə heç bir subyektiv hüququ yoxdur. Cavabdeh - Cavabdeh1 Daxili Qoşunların Baş İdarəsində hərbi qulluqçu vəzifəsində işləmişdir. Hərbi qulluqçular evlə təmin edildiyinə görə aldığı mülkləri yaxın adamların adlarına qeydiyyatdan keçiribər. Atası da yaxını olduğuna görə onun adına etməyi məsləhət bilmişdir. Ancaq evin tikintisinə xərclənən 18000 manatı cavabdehlər təmin ediblər. Digər qardaşının isə burada heç bir hüququ yoxdur. Dindiriləcək şahidlər də bunu təsdiq edəcək. Hətta Konstitusiya Məhkəməsinin 2008-ci il 30 iyul tarixli qərarında da göstərilir ki, şəxsin subyektiv hüququ göstərilməlidir. Odur ki, iddianın əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

14. Bununla yanaşı, Cavabdeh1 Qəzənfər oğlu məhkəməyə idd iaya etiraz təqdim edərək, göstərmişdir ki, iddiaçı - qardaşı İddiaçı məhkəməyə yazdığı iddia ərizəsində Xızı rayonundakı torpaq sahəsinə, eləcə də həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli tikiliyə köçürülməsi tələbini irəli sürmüşdür. Bundan əlavə, iddianın əsası kimi iddiaçı ona verilmiş vərəsəlik haqqında şəhadətnaməyə əsasən 2 saylı Ərazi İdarəsindən ona verilmiş xx.xx.2024-cü il tarixli **********99 reyestr nömrəli Çıxarışı da təqdim etmişdir. Bununla əlaqədar olaraq ilk növbədə həmin Çıxarışda qeyd olunanlara nəzər yetirilməsini xahiş edir.

15. Xızı Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2(068)-19/2025 nömrəli qətnaməsi ilə (hakim İ.H.Cabbarov) iddiaçının cavabdehlər Cavabdeh1 Qəzənfər oğlu və Cavabdeh2 qarşı torpaq sahəsinə və həmin torpaq sahəsində mövcud olan fərd i yaşayış evinə köçürülmə tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən tikiliyə qanunvericilikdə müəyyən olunmuş qaydada mülkiyyət hüquqları rəsmiləşdirilmədiyindən, İddiaçı cavabdehlər Cavabdeh1 Qəzənfər oğlu və Cavabdeh2 qarşı həmin torpaq sahəsində mövcud olan fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası hüquqi əsasa malik deyildir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1,152.1 178.1,181.1,181.2, 213.1, 213.2 və 215.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 4.1-ci maddəsinə, Mənzil Məcəlləsinin 16-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məh kəməsindəki icraat:

18. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Mübahisə predmeti olan fərdi yaşayış evinə dair əmlak hüquqları qeydə alınmasa da, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 1/3 hissədə mülkiyyət hüququ ona aid olduğundan və həmin fərdi yaşayış evinə 1/3 hissədə onun gözlənti mülkiyyət hüququnun olması aşkardır. Qeyd olunduğu kimi bunun əksi cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Mülki Məcəllənin 135.4-cü maddəsinin tələbinə görə torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Ona görə də, hesab edir ki, birinci instansiya məhkəməsi onun iddia tələbini təmin etməməklə, onun konstitusiyada təsbit olunmuş mülkiyyət hüququnu və mülkiyyətə gözlənti hüququnu kobud şəkildə pozduğunu qeyd etmiş və bu əsaslarla da qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-575/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər A.M.Süleymanova (sədrlik edən və məruzəçi), L.E.Rəhimli, F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2(068)-19/2025 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin olunmuş və iddiaçının Xızı rayonu, Xızı şəhəri, N.Tusi küçəsi, 17 A ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən tikiliyə qanunvericilikdə müəyyən olunmuş qaydada mülkiyyət hüquqları rəsmiləşdirilmədiyindən İddiaçı cavabdehlər Cavabdeh1 Qəzənfər oğlu və Cavabdeh2 qarşı həmin torpaq sahəsində mövcud olan fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası hüquqi əsasa malik deyildir.

22. Bundan başqa, məhkəmə iddianın torpaq sahəsinə köçürülmə hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia həmin hissədə də rədd edilməlidir. Belə ki, mülki qanunvericiliy in tələblərinə görə torpaq sahəsi yaşayış sahəsi (ev, mənzil) olmadığından ora köçürülmə nəzərdə tutulmadığı üçün iddiaçının sözügedən paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi və ya dəyərinin ödənilməsi və ya açıq hərracdan satılması və satış pulunun paylara mütənasib bölünməsini tələb etmək hüququ olsa da, işin hallarından göründüyü kimi tərəflər arasında həmin tələblər üzrə məhkəmə çəkişmələri olmamışdır.

23. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, apellyator mübahisə predmeti olan fərdi yaşayış evinə dair əmlak hüquqları qeydə alınmasa da, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 1/3 hissədə mülkiyyətində olduğundan, həmin fərdi yaşayış evinə 1/3 hissədə onun gözlənti mülkiyyət hüququnun olduğunu, torpaq sahəsinin üzərindəki ev ilə vahid mülkiyy ət obyekti olduğunu, məhkəmə tərəfindən konstitusiyada təsbit olunmuş mülkiyyət hüququnun pozulduğunu mübahisələndirmişdir.

24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, 0,06 ha torpaq sahəsinin üzərində yerləşən mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınmasa da, həmin ev faktiki olaraq torpaq sahəsində mövcuddur və cavabdehlər tərəfindən istifadə olunur. Belə olan halda üzərində həmin fərdi yaşayış evi yerləşən torpağa 1/3 hissədə mülkiyyət hüququ olan iddiaçı da həmin evə cavabdehlərlə bərabər eyni hüquqa malikdir.

25. Məhkəmə kollegiyasının qənaətincə cavabdehlər mübahisəli evdən normal şərtlər daxilində istifadə etdiyindən, iddiaçının da həmin şərtlər daxilində evdən istifadə etmək hüququ vardır.

26. Nəzərə alınmalıdır ki, mül ki qanunvericiliyə görə torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisi sayılır.

27. Eləcə də Mülki Məcəllənin 180.3-cü maddəsinə müvafiq olaraq özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəi nki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də torpaq sahələrinin üzərində olan tikililəri də ehtiva edir.

29. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4, 152.1, 152.5, 157.4, 215.1 və 215,4-cü maddələrinə, habelə MPM-in 372.6, 372.7, 384.0.2 və 402.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandır ılmışdır ki, apelyasiya məhkəməsi isə qətnaməsində iş üzrə tərəflərin hüquq münasibətlərini qarışdırmış, cavabdehlərin torpaq sahəsinin mülkiyyətçisi olduqlarını nəzərə almayaraq neqator iddialara xas maddi hüquq normasını tətbiq etmişdir. Apelyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı Xızı şəhəri, N.Tusi küçəsi, 17 A ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmənin bu yanaşması Konstitusiyanın 43-cü maddəsinin məhkəmələr tərəfindən tətbiqinə ziddir. Belə ki, köçürülmə tələbi irəli sürülən işlərə baxılarkən Konstitusiyanın 43-cü maddəsi üzrə ilk növbədə üç hal aydınlaşdırılmalı olduğu qeyd olunur: 1) şəxs köçürmək istədiyi yerdə yaşayıbmı; 2) yaşadığı yerdən məhrum edilibmi; 3) mərhum edilmə qa nunidirmi. Hazırki işdə birinci və ikinci hal ona görə müəyyən oluna bilməz ki, birinci hal üzrə iddiaçı köçmək istədiyi sahədə heç vaxt yaşamayıb, cavabdehlər isə onu yaşamasını iddia belə etmədiyi sahədən çıxarmaları mümkün deyil. Üçüncü halın mövcud olub-olmaması məsələsində isə məhkəmə təcrübəsi məhrumetməni o halda qanuni sayır ki, məhrum edilmə ilə nəticələn hərəkətlərə (güc və ya sair tətbiq etməklə mənzildən çıxarma, güc və ya sair təsir tətbiq etməklə mənzilə buraxmama və s.) yol verilib, buna yol verənin də mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət və ya istifadə hüququ yoxdur. İşin faktiki hallarına görə isə üçüncü halın da müəyyən edilməsi mümkün ola bilməzdi. Apelyasiya məhkəməsi qətnaməsində Mülki “Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də torpaq sahələrinin üzərində olan tikililəri də ehtiva edir” mövqeyinin də hazırki mübahisə predmetinə heç bir aidiyyəti olmadığından bu normanın da tətbiq edilməsi əsassız olmuşdur. apelyasiya məhkəməsi MPM-in 386-cı maddəsinin tələblərini pozaraq hüquq normalarının tətbiq edilməsində səhvə yil vermiş, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmiş, eləcə də hüquq normalarını səhv təfsir etmişdir. Nəticədə tərəflərin arasında olan hüquq münasibətlərini düzgün qiymətləndirməmiş, qanunsuz və əsassız qətnamə qəbul edərək birinci instansiya məhkəməsini ləğv edərək iddiaçının iddiasını təmin etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassas iya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

29. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. Maddə 157.

4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

31. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

32. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

33. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərə flərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində Cavabdeh1 tərəfindən qətnamə tam mübahisələndirildiyindən, apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, Cavabdeh1 kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

43. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

44. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflərin ünvan 3 fərdi yaşayış evi üzərində əmlak hüquqları qeydə alınmasa da, həmin evin yerləşdiyi torpaq sahə si 1/3 hissədə onların mülkiyyətində olduğundan, iddiaçının da evin 1/3 hissəsi üzərində gözlənilən mülkiyyət hüququ vardır.

45. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, 0,06 ha torpaq sahəsinin üzərində yerləşən mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınmasa da, həmin ev faktiki olaraq torpaq sahəsində mövcuddur və cavabdehlər tərəfindən istifadə olunur. Belə olan halda üzərində həmin fərdi yaşayış evi yerləşən torpağa 1/3 hissədə mülkiyyət hüququ olan iddiaçı da həmin evə cavabdehlərlə bərabər eyni hüquqa malikdir. Yəni cavabdehlər mübahisəli evdən normal şərtlər daxilində istifadə etdiyindən, iddiaçının da həmin şərtlər daxilində evdən istifadə etmək hüququ vardır.

46. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliy ə görə torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisi sayılır.

47. Eləcə də Mülki Məcəllənin 180.3-cü maddəsinə müvafiq olaraq özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də torpaq sahələrinin üzərində olan tikililəri də ehtiva edir.

48. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsas ən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 may 2025-ci il tarixli, 2(105)-575/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar