Məhkəmə qərarları › İş №2(102)-6433/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6433/2022

27.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Torpaq mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6433/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: icraata xitam verilməsi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, hüquqi müəyyənlik Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı yaşayış evinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5804/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh iddiaçının ögey qardaşıdır. Tərəflərin arasında yaranmış mübahisə, müvafiq icazə olmadan tikilmiş, ünvan 1 ünvanda yerləşən ikimərtəbəli evə iddiaçının köçmək istəyi ilə bağlı yaranıb.

2. Belə ki, həmin evin birinci mərtəbəsi kirayəyə verilib, evin ikinci mərtəbəsində isə cavabdeh ailəsi ilə yaşayır.

3. Tərəflərin anası X2 xx.xx.2020-ci il tarixdə vəfat edib.

4. İddiaçı ünvan 2 ünvanında daimi qeydiyyatdadır.

5. İddiaçı xx.xx.2009-cu il tarixdə YYYlə nikaha girib və nikahdan sonra ona “Güzelkaya” soyadı verilib.

6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********97 nömrəli məktubunda iddiaçının adına qeydiyyatdan keçmiş daşınmaz əmlakın müəyyən edilmədiyi qeyd olunub.

7. İddiaçı ünvan 2 ünvanında daimi pasport qeydiyyatındadır. Hal-hazırda Həzi Aslanov küçəsi 28 saylı ünvanın bir hissəsində mərhum anası X2 və qardaşı Cavabdeh tərəfindən inşa edilmiş sənədsiz iki mərtəbəli evin ikinci mərtəbəsində qeydiyyatsız yaşayır (Balaxanı qəsəbəsi üzrə Nümayəndəliyin xx.xx.2021-ci il tarixli arayışı, səh. 15).

8. Hazırki iddia tələbi ilə müraciət ediləndən əvvəl İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Bakı şəhəri, Balaxanı qəsəbəsi, X6 küçəsi, hazırda Həzi Aslanov küçəsi, 28 ünvanında yerləşən, 100 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş 200 kv.m sahəsi olan, 1-ci mərtəbəsi 4 otaq, mətbəx v ə sanitar qovşağı, 2-ci mərtəbəsi 5 otaq, mətbəx və sanitar qovşağından ibarət yaşayış sahəsinin 2-ci mərtəbəsinə dair İddiaçı istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5999/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Məhkəmə həmin işdə müəyyən etmişdir ki, iddiaçı 2009-cu il tarixdən Türkiyə Respublikasının vətəndaşı ilə ailə həyatı quraraq həmin vaxtdan Türkiyə Respublikasında yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Balaxanı qəsəbəsi, X6 küçəsi, hazırda Həzi Aslanov küçəsi, 28 ünvanında yerləşən, 100 kv.m torpaq sahə sinin üzərində inşa edilmiş 200 kv.m sahəsi olan, 1-ci mərtəbəsi 4 otaq, mətbəx və sanitar qovşağı, 2-ci mərtəbəsi 5 otaq mətbəx və sanitar qovşağından ibarət yaşayış sahəsinin 2-ci mərtəbəsinə İddiaçı köçürülməsi, həmin yaşayış sahəsi üzrə İddiaçı yaşayış və sahiblik hüququnun tanınması, Bakı şəhəri, Balaxanı qəsəbəsi, X6 küçəsi, hazırda Həzi Aslanov küçəsi 28 ünvanında yerləşən, 100 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş 200 kv.m sahəsi olan iki mərtəbəli yaşayış sahəsinin 1-ci mərtəbəsi və həyətyanı sahəsində Cavabdeh ailəsi ilə birlikdə yaşaması və həmin yaşayış sahəsinin 2-ci mərtəbəsində İddiaçı ailəsi ilə birlikdə yaşamasına dair istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia ərizəsi belə əsaslandırılıb ki, iddiaçının valideynləri X1 ilə X3 arasında xx.xx.1982-ci il tarixdə nikah bağlanıb. X2 xx.xx.2020-ci il tarixdə vəfat edib. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 54 nömrəli məktubunda qeyd olunduğu kimi, iddiaçı ünvan 3 ünvanında daimi pasport qeydiyyatında olmaqla, hazırda keçmiş X8, indiki Həzi Aslanov küçəsi 28 saylı ünvanın bir hissəsində, mərhum anası X2 və qardaşı Cavabdeh tərəfindən inşa edilmiş sənədsiz iki mərtəbəli evin ikinci mərtəbəsində qeydiyyatsız yaşayır. Simuzər Süleymanova 2009-cü ildə Bakı şəhəri, Balaxanı qəsəbəsi, X6 küçəsi, hazırda Həzi Aslanov küçəsi, 28 ünvanda yerləşən 0,01 hektar torpaq sahəsini almışdır. Anası bu torpaq sahəsində anadan bir, atadan ögey qardaşı Cavabdeh 1 mərtəbəli, 3 ota qlı, hamam və mətbəx daxil olmaqla 100 kv.m sahəsi olan, həyətyanı sahəsi olan 4 otaqlı bir ev tikmişdir. Bir neçə ildən sonra LLL həmin evin üstündə 2-ci mərtəbə qaldıraraq, ayrıca hamam və mətbəx daxil olmaqla, özü üçün 100 kv.m sahəsi olan 5 otaqlı, küçədən ayrıca giriş-çıxış imkanları olan bir ev tikdirmişdir. Simuzər Süleymanova 2-ci mərtəbədəki evi tikərkən onu elə inşa etmişdir ki, müstəqil bir ev olaraq, küçəyə açılan ayrıca giriş-çıxışı olmaqla, alt mərtəbədəki evdən heç bir asılılığı olmasın. Simuzər Süleymanova dünyasını dəyişən vaxta qədər həmin evdə yaşamış, 2020-ci ilin iyun ayının 9-da ani ölüm nəticəsində dünyasını dəyişmiş, heç bir vəsiyyət və ya bağışlama edə bilməmişdir. Sağlığında anası iddiaçıya, hətta qohumlarına da dəfələrlə bildirmişdir ki, həyətyanı sahəsi ilə birl ikdə 1-ci mərtəbə cavabdehindir, 2-ci mərtəbə isə iddiaçınındır və bu səbəbdən də hər iki mərtəbənin ayrı-ayrılıqda öz məbəxləri, sanitar qovşaqları və bayıra giriş-çıxışları, yəni biri birindən asılı olmaması üçün bütün şəraitləri mövcuddur. Əks halda Simuzər Süleymanova bu qədər xərc çəkib bir evin hər iki mərtəbəsində iki mətbəx tikdirməzdi. Hazırda iddiaçı evin 2-ci mərtəbəsində bir otaqda qalır. Ona görə ki, cavabdeh ona aid olan 1-ci mərtəbədəki evi kirayə verdiyi üçün 2-ci mərtəbədəki ananın evinə qalxıb yaşayır. Bu isə iddiaçının orada qalmasına, yəni yaşayış sahəsindən istifadə hüquqlarına olduqca mane olur. Bu hallar səbəbindən qardaşı ilə aralarında söz-söhbətlər olmuşdur. İddiaçıda olan məlumata əsasən, cavabdeh analarından onlara qalan evin də satılması üçün, ondan xəbərsiz da şınmaz əmlak alğısatqısı agentlərinə müraciət etmiş və evin yenə də dəyər-dəyməzinə satılmasına öz istəyini bildirmişdir. Lakin bura onun ana yurdudur və ananın övladı olaraq, onun da bir haqqı, hüququ var. Cavabdeh həyətyanı sahə ilə birlikdə ev və bütün şəraitlə təmin edilmişdir. Uzun illərdir ki, LLL başda olmaqla, onlar ailəliklə göstərilən yaşayış sahəsinin üzərində istifadə və sahiblik hüququna malik olmaqla, faktiki olaraq, bu hüquqları həyata keçirirlər. İddiaçının mübahisəli yaşayış sahəsindən başqa sığınacağı yoxdur. 11. 03.03.2022-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, həmin iş üzrə iddianın 2-ci hissəsində göstərilən “mübahisəli yaşayış sahəsi üzrə İddiaçı yaşayış və sahiblik hüququnun tanınması” hissəsində iddia tələbinin azal dılmasını xahiş etmişdir.

12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1396/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia təmin edilməmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı qeyd edilən torpaq sahəsinin 2009-cu ildə alındığını və orada həmin tarixdən ev inşa edildiyini bildirdiyinə görə mübahisənin həllinə 1 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq etməlidir.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı qeyd edilən özbaşına tikilidə yaşamasını israr etsə də, bunu təsdiq edəcək mötəbər və təkzib olunmaz sübutları məhkəməyə təqdim etmədiyindən iddiaçı qeyd edilən özbaşına tikiliyə köçürülə bilməz.

15. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə də iddiaçının həmin ünvanda daimi olaraq yaşamadığı müəyyən edilmişdir.

16. Məhkəmə bu halın qiymətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.3-ci maddəsinə istinad etmişdir.

17. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Balaxanı qəsəbəsi, X6 küçəsi, hazırda Həzi Aslanov küçəsi 28 ünvanında yerləşən, 100 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş 200 kv.m sahəsi olan iki mərtəbəli yaşayış sahəsinin 1-ci mərtəbəsi və həyətyanı sahəsində Cavabdeh ailəsi ilə birlikdə yaşaması və həmin yaşayış sahəsinin 2-ci mərtəbəsində İddiaçı ailəsi ilə birlikdə yaşamasına dair istifadə qaydasının müəyyən edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbinin birinci hissəsi təm in edilmədiyindən, yəni iddiaçı özbaşına tikiliyə köçürülmədiyindən, həmin özbaşına tikilidən istifadə qaydaları da müəyyən edilə bilməz.

18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 11.1, 11.2-ci, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5804/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Anar Tanrıverdiyev) apellyasiya şika yəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir.

21. Məhkəmə kollegiyası bildirmişdir ki, MPM-nin 261.0.2-ci maddəsinə görə işin icraatına xitam aşağıdakı üç halın həm də eyni vaxtda mövcud olduğu halda mümkündür: tərəflər eyni olduqda; predmet eyni olduqda; əsaslar eyni olduqda.

22. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edib ki, iddiaçının hazırkı iddia tələbi zahirən (formal olaraq) yuxarıda sadalanan hallarla oxşar görünməsə da, mahiyyət etibarı ilə MPM-in istinad olunan norması ilə güdülən- hüquqi müəyyənlik, prosessual qənaət kimi məqsədlərin təsiri altına düşür. Bu mövqedən fərqli olan hər hansı əks yanaşma ədalət mühakiməsinin fundamental prinsiplərindən olan hüquqi müəyyənlik və prosessual qənaət prinsipi ilə də ziddiyyət təşkil etmiş olardı.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının hazırkı tələbi eyni tərəflər arasında olan yuxarıda qeyd edilən İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun istifadə və sahiblik hüququnun tanınması”na dair tələblə mahiyyət etibarı ilə eyni olduğundan, həmin tələbə baxıldığından, hazırkı işə ayrıca tələb kimi məhkəmədə baxılması yolverilməz olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 261.2, 262.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

26. K assasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya məhkəməsinin qərardadında “İşin halları“ hissəsinin 1-ci bəndinin əvvəlinə qeyd edilir: İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin qərardadın “Sübutların tədqiqi“ hissəsinin 14-cü bəndində qeyd edilir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5999/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması”na dair iddia tələbi rədd edilmişdir. Daha sonra həmin qərardadın “Sübutların tədqiqi“ hissəsinin 19-cu bəndində, yanlış olaraq qeyd edilir ki, hazırkı tələbində də iddiaçı həmin yaşayış sahəsinə köç ürülməsini və istifadə hüququnun müəyyən edilməsini xahiş edir. Qərardadın özündən də göründüyü kimi, əvvəlki icraatda iddiaçı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun müəyyən edilməsi” tələbi ilə məhkəmədə iddia qaldırsa da, hazırki icraatda o, əvvəlki tələbdən tam fərqli olaraq, “yaşayış sahəsinə köçürülməsi və istifadə hüququnun deyil, məhz istifadə qaydalarının müəyyən edilməsi“ tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Kassator hesab edib ki, “yaşayış sahəsinə istifadə və sahiblik hüququnun müəyyən edilməsi” tələbi “yaşayış evinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbindən tam fərqli tələbdir. Əvvəlki və hazırkı məhkəmə icraatında tərəflər və əsaslar eyni olsa da, iddiaların predmeti fərqlidir. Lakin məhkəmə qərardadda işin tərəfləri və əs asları ilə birlikdə predmetin də eyni olduğunu bildirməklə, əslində fərqli olan iddia tələblərinin (“yaşayış sahəsinə istifadə və sahiblik hüququnun müəyyən edilməsi” və “yaşayış evinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi”) yanlış olaraq, eyni olduğu nəticəsinə qəlmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır

29. Maddə 4.1. Bütün fizik i və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və ey ni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa.

34. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

35. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsin dinləyib h esab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün göndərilməlidir.

43. Belə ki, baxılan şikayət üzrə yaranmış fikir ayrılığı Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinin tətbiqi ilə bağlıdır. Həmin normada eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, iş üzrə icraata xitam verilməsi nəzərdə tutulur.

44. Qeyd edilməlidir ki, iş üzrə icraata xitam verilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddia üzrə icraata MPM-nin 261.0.2-ci maddəsi əsasında xitam verilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsas ların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir.

45. MPM-nin 261.0.2-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, hazırki iddia tələbi ilə, yuxarıda qeyd olunan Sabunçu Rayon Məhkəməsinin 2(008)-5999/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə işdə iştirak etmiş tərəflər, iddianın predmeti, habelə iddianın əsasları eyni olsun.

46. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.

47. Prosesdə iddianın predmeti de dikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

48. İşdən göründüyü kimi hazırda baxılan iddia üzrə tərəflər və iddianın əsasları, Sabunçu Rayon Məhkəməsində xx.xx.2021-ci il tarixdə baxılmış 2(008)-5999/2021 nömrəli iş üzrə mübahisənin subyektləri (tərəfləri) və əsasları ilə eynilik təşkil edir.

49. Lakin “yaşayış evinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi” barədə tələb bundan əvvəl irəli sürülməmişdi.

50. Nəzərə alınmalıdr ki, irəli sürülmüş tələblər, bu hüququn yaranmasına əsas olan hüquqi fakt (lar) mövcud olduğu halda təmin oluna bilər. Başqa sözlə, hər bir tələbin fərqli əsasları var və əvvəlki iddiad a irəli sürülmüş eyni hüquqi faktlara istinadən yeni (fərqli) tələbin irəli sürülməsi, özlüyündə icraata xitam verilməsinə səbəb olmur. Doğrudur ki, indiki tələbin həlli (iddianın təmin olunması) üçün zəruri olan faktik hallar, əvvəlki iddianın təmin olunması üçün əsas təşkil etmiş faktik hallarla oxşardır. Lakin bu hal fərqli tələblər üzrə icraata xitam verilməsinə əsas vermir. Məhkəmə bu halda iddiaya mahiyyəti üzrə baxmaqla, tərəflərin əvvəlki iş üzrə müəyyən olunmuş halları MPM-nin 82-ci maddəsinə əsasən preyudisial hal kimi qəbul edib əlavə araşdırma aparmadan nəticəyə gələ bilər. Yəni baxılan iş üzrə tərəflərin arasında olmuş mübahisədən irəli gələn prosessual qənaətin nəticəsi, hazırki iş üzrə icraata xitam verilməsində deyil, MPM-nin 82-ci maddəsinə əsasən əvvəlki işdə müəyyən olun an halların əlavə araşdırma aparmadan qəbul olunmasında ifadə olunur.

51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsi ilə icraata xitam verilməsi üçün əsaslar yoxdur. İşə baxmış apelyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd olunan hallarını nəzərə almamış, iş üzrə icraata xitam verilməsi barədə səhv nəticəyə gəlmişdir.

52. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 41 9-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5804/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar