Məhkəmə qərarları › İş №2(102)-2778/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2778/2023

02.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Sair mülki iş - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2778/2023 02.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi, Zaqatala rayon Kooperativlər Cəmiyyəti və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər 14 fevral 2005-ci il tarixli alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın mülkiyyətə verilməsinə dair qeydiyyatın etibarsız hesab edilməsi və Kooperativlər Cəmiyyəti ilə aralarındakı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Ş əfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-427/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməinin surətindən görünür ki, İddiaçı 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 04 iyul 2005-ci ildə VÖEN **********2 olan şəhadətnamə verilmişdir.

2. Cavabdeh1 tərəfindən Zaqatala rayon Kooperativlər Cəmiyyəti İdarə Heyətinə verilmiş ərizədən görünür ki, Zaqatala şəhər İ.Şamil küçəsində yerləşən “Pilləkənli” mağazanın həyətyanı sahəsindəki anbarlar və altıaçıqla birlikdə tam yarasız vəziyy ətdə olduğunu və onun imkanını nəzərə alaraq həmin obyektin ona 10 milyon 500 min manata satılmasına köməklik göstərilməsini xahiş etmişdir.

3. Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarının surətindən görünür ki, RKC-ın balansında olan İ.Şamil küçəsində yerləşən 20 saylı mağaza binası üzərində olan əsas vəsait və inventarları ilə birlikdə 10.500.000 manata Cavabdeh1 satılması qərara alınmışdır. 4. 10 sentyabr 2003-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, RKCın balansında olan İ.Şamil küçəsində yerləşən 10.500.000 manata satılmış 20 saylı mağaza binası Cavabdeh1 təhvil verilmişdir. 5. 13 fevral 2003-cü il tarixli yığıncağın qərarından çıxarışdan görünür ki, saxlanmasına ehtiyac olmayan bina, avadanlıq, yarımçıq tikililər və digər əsas və sait və inventarların, RKC-ın balansında olan 20 saylı mağaza binasının satılması qərara alınmışdır. 6. 14 fevral 2005-ci il tarixli müqavilənin surətindən görünür ki, X1 rayon DTİ, MHC və SKİ 15 dekabr 2004-cü il tarixli 117 qeydiyyat vəsiqəsinə və 15 dekabr 2004-cü il tarixli 83 nömrəli arayışına əsasən Zaqatala rayon Kooperativlər Cəmiyyətinə məxsus olan Zaqatala şəhəri İ.Şamil küçəsində yerləşən 20 saylı mağaza binasını Cavabdeh1 10.500.000 manata satmışdır. 7. xx.xx.2007-ci il tarixli qeydiyyat nömrəsi ********* qeydiyyat nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli kitabın 23-cü nömrəli vərəqəsində qeydiyyata alınmış DƏDRX HDQH DƏDR-dən çıxarışdan görünür ki, Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m. ümumi sahədən, 85 kv.m. əsas, 414 kv.m. köməkçi sahədən ibarət mağaza binası tam mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətinə verilmişdir. 8. 15 dekabr 2004-cü il tarixli İnventar nömrəsi 399 olan Qeydiyyat vəsiqəsi və qeyri-yaşayış binasının texniki pasportunun surətindən görünür ki, Zaqatala şəhəri İ.Şamil küçəsində yerləşən 20 saylı mağaza binası Zaqatala rayon Kooperativlər Cəmiyyətinin mülkiyyətindədir.

9. Etibarnamələrdən görünür ki, iş üzrə cavabdeh tərəfindən 04 may 2006-cı il tarixdən 5 il müddətinə, 21 avqust 2009-cu il tarixdən 10 il müddətinə iddiaçıya etibarnamələr verilmişdir.

10. Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyun 2020-ci il tarixli, 4/109 saylı rəyindən məlum olur ki, 4Ə-40 nömərli notariat işinin 2-ci vərəqində olan 14 fevral 2005-ci il tarixli müqavilədə “İmzalar:2” qrafasındakı imza və “Mustafajev h ” yazısı – X3 tərəfindən icra olunmuşdur. 4Ə-40 nömərli notariat işinin 5-ci vərəqində olan 10 sentyabr 2003-cü il tarixli alqı-satqı aktında “Cavabdeh1” yazısından əvvəl yerləşən imza – İddiaçı tərəfindən icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi, Zaqatala rayon Kooperativlər Cəmiyyəti İdarə Heyəti və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının, Zaqatala rayon Dövlət Notariat kontorunda bağlanmış 14 fevral 2005-ci il tarixli 4-Ə-40 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən aparılmış MH seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi ********* olan, qeydiyyat tarixi xx.xx.2007-ci il olan qeydiyyatın etibarsız hesab edilməsi və Zaqatala rayon Kooperativlər Cəmiyyəti ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2003-cü ildə Zaqatala rayonunda fəaliyyət göstərən Kooperativlər Cəmiyyətindən sonuncunun balansında olan Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən 0.07465 ha torpaq sahəsində yerləşən 499 kv.m. ümumi sahəsi olan mağazanı almışdır. Lakin həmin dövrdə şəriyi olan Nazim Mustafayevlə raz ılığa gəlmişdirlər ki, alınacaq əmlaklar Cavabdeh1 adına alınacaq, sonra isə razılıq əsasında əmlak öz aralarında bölünəcəkdir. Bu məqsədlə o, Cavabdeh1 adından X2 həmin mağazanın alınması ilə əlaqədar ərizə vermişdir. Həmin ərizədəki imza onun imzasıdır. Lakin Cavabdeh1 həmin dövrdə ona heç bir etibarnamə verməmişdir. Cavabdeh1 adından ərizə verməkdə, onun adından bu hərəkətləri edərək, lakin imzaları onun atmasında məqsədi o olmuşdur ki, şəriyi olan X10 vətəndaşıdır və bir gün sonuncu onu aldada bilər, aldığı əmlaklardan onu məhrum edə bilər. Buna misal olaraq hazırda məhkəmənin icraatında olan Cavabdeh1 onun qeyri-yaşayış binasından çıxarılma tələbinə dair mülki işi göstərə bilər. Həmin işin icraatı hazırda bu iş yekunlaşanadək dayandırılmışdır. Belə ki, iddiaya əlavə edilmiş 10 sentyab r 2003-cü il tarixli alqı-satqıya dair aktda Cavabdeh1 sözlərinin qarşısındakı imza onun imzasıdır. Həmin aktdan görünür ki, mağazanın alqı-satqısına əsasən mağaza binası bütün inventarları köməkçi sahələri və tikililəri ilə birlikdə ona təhvil verilmişdir. Həmin mağazanı faktiki olaraq o təhvil almışdır. Mağazanı satan Kooperativlər İttifaqının sədri və digər əməkdaşları heç biri Hacıöməri görməmişlər və tanımırlar. Zaqatala rayon Kooperativlər İttifaqının 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarı ilə həmin mağazanın Cavabdeh1 10.500.000 manata satılması qərara alınmışdır. Mağazanın alınması üçün tələb olunan 10.500.000 manat vəsaiti Zaqatala rayon Kooperativlər İttifaqının kassasına şəxsən o ödəmişdir. Ödəniş qəbzindəki imza onun imzasıdır. Bundan başqa həmin qərar əsasında Zaqata la rayon Dövlət Notariat Kontorunda 14 fevral 2005-ci il tarixdə mağazanın alqısatqısına dair Cavabdeh1 və Zaqatala Kooperativlər Cəmiyyətinin nümayəndəsi arasında müqavilə bağlanaraq təsdiq edilmişdir. Həmin müqavilədə Cavabdeh1 imzasının qarşısındakı imza onundur. Nəticədə həmin əmlaka dair bütün sənədləşmələr, pul vəsaitinin ödənilməsi və sair hərəkətlər hamısı onun tərəfindən həyata keçirilmişdir, lakin hər yerdə Cavabdeh1 adı yazılmışdır. Beləliklə Cavabdeh1 əsassız olaraq varlanmışdır. Cavabdeh1 həmin mağaza binasını əldə etməkdə heç bir hüquqi əsası, rolu və hərəkəti olmadığından, heç bir vəsait xərcləmədiyindən o əsassız varlanmaya aid edilir, buna görə də o həmin mağaza binasını qaytarmalıdır. Qaytarma üçün isə ilk növbədə qeyd etdiyi sənədlər etibarsız hesab edilərək mağaza onun mülkiyyətinə verilməlidir. İddiada etibarsızlığını tələb etdiyi çıxarışın və qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədləri mübahisələndirmədən, onların etibarsızlığını sübut etmədən həmin sənədlərin etibarsızlığını müəyyən etmək mümkün deyildir. Həmin sənədlər aşağıdakılardır:

1. Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarı.

2. Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarı.

3. Zaqatala rayon Dövlət Notariat kontorunda bağlanmış 14 fevral 2005-ci il tarixli 4-Ə-40 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi.

4. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi ********* olan, qeydiyyat tarixi xx.xx.2007-ci il olan ÇİXARİŞ. Zaqatala rayon RKC İdarə Heyət inin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarında qeyd edilir ki, RKC-in balansında olan, İ.Şamil küçəsində yerləşən 20 saylı mağaza binası üzərində olan əsas vəsait və inventarları ilə birlikdə 10.500000 manata Cavabdeh1 satılsın. Həmin mağazanın satılması üçün müraciət onun tərəfindən olunmuşdur. Cavabdeh1 adından yazılaraq verilmiş ərizədə imza onun imzasıdır. Həmin mağazanın alınması ilə əlaqədar edilmiş bütün hərəkətlər onun tərəfindən həyata keçirilmişdir. Cavabdeh1 həmin mağazanın alınması üçün müraciət etmədiyi halda həmin mağaza ona satıla bilməzdi. Həmin qərar əsasında isə notariusda alqı-satqı müqaviləsi tərtib edilərək imzalanmışdır. Mağazanın satılmasına əsas olmuş qərar etibarsız hesab edilirsə ondan sonra bağlanmış müqavilələr və tərtib edilmiş sənədlər etibarsız hesab edilir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur.

13. Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov, iş № 2(033)-230/2020) iddia təmin edilmiş, Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının, Zaqatala rayon Dövlət Notariat kontorunda bağlanmış 14 fevral 2005-ci il tarixli 4-Ə-40 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış MH seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi ********* olan, qeydiyyat tarixi xx.xx.2007-ci il olan qeydiyyatın etibarsız hesab edilməsi, İddiaçı ilə cavabdeh ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satq ı müqaviləsinin bağlanmış hesab edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 138 (bir yüz otuz səkkiz) manatın Cavabdeh1 alınaraq Az.MEM, VÖEN**********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ22 nömrəli hesaba keçirilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı İmran Cavabdeh1 adından çıxış etməklə Kooperativ Cəmiyyətinə əmlakın satılmasına dair 22 avqust 2003- cü il tarixli əmri ilə müraciət etmiş, hansı ki həmin ərizənin onun tərəfindən imzalanmasını iş üzrə cavabdeh tərəflər mübahisələndirməmişdir. Bundan sonra Kooperativ Cəmiyyətinin 13 fevral 2004-cü il tarixli (protokol №1) yığıncağının qərarı ilə sözügedən mağaza binasının satılmasına razılıq verilmiş, bundan sonra Azər İttifaqın 05 sentyabr 2003-cü il tarixli qərarının icrası ilə əlaqədar olaraq Zaqatala RKC-nin idarə heyətinin 08 sentyabr 2003-cü il tarixli (protokol № 10) qərarı ilə sözügedən daşınmaz əmlakın Cavabdeh1 10.500.000 manata satılması rəsmiləşdirilmiş, iddiaçı tərəfindən 10.500.000 manat olan əmlakın satış qiyməti 11 sentyabr 2003-cü il tarixli iş materiallarında olan, Seriya BVB N 100641 saylı kassa mədaxil orderinin qəbzi əsasında köçürüldükdən sonra 10 sentyabr 2003-cü il tarixli alqı-satqı aktı ilə iş üzrə Cavabdeh1 təhvil verilməsi rəsmiləşdirilmişdir. Hansı ki, həmin aktda olan imza məhkəmə araşdırılması zamanı mübahisələndirilmiş, ekspert tərəfindən verilmiş rəydə həmin aktdakı “Cavabdeh1” yazısından əvvəl yerləşən imzanın onun deyil, İddiaçı tərəfindən icra edildiyi təsdiq olunmuşdur. Mübahisə predmeti olan mağaza binasının Kooperativ Cəmiyyətindən alınması ilə bağlı sənədlərdə iş üzrə cavabdehin adı göstərilsə də sonuncunun bu əməliyyatların heç birindən xəbəri olmamış, işin bu faktiki halı Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatı, şahid ifadələri iş üzrə cavabdeh olan satıcı Kooperativ Cəmiyyətinin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə tam olaraq təsdiqini tapmışdır. Eyni zamanda sözügedən əmlakın satış dəyərinin iş üzrə iddiaçı tərəfindən şəxsən ödənilməsi iş materialları ilə təsdiq olunmuşdur. Bunun əksini təsdiq edən hər hansı sübut (iddiaçıya bu əməliyyatların aparılması ilə bağlı etibarnamənin verilməsi və s.) məhkəməyə təqdim edilməmişdir. Bundan sonra iş üzrə Cavabdeh1 Nazimin göstərişi ilə Notariat Kontoruna gəlmiş və alqı-satqı ilə bağlı sənədləşmə o nun adına olduğundan Notarius tərəfindən alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında Cavabdeh1 mülkiyyətinə mübahisələndirilən əmlakın verilməsi daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra növbəti olaraq ünvan 2 ünvanda yerləşən hamam, yeməkxana və qazanxana binası tikililərin qarşılıqlı fəaliyyəti və razılığı əsasında alınmış, lakin həmin əmlaklar da hazırda iş üzrə cavabdehin mülkiyyətinə rəsmiləşdirilmişdir. Sözügedən əmlakla iş üzrə cavabdehin mülkiyyətinə keçdikdən sonra 2016-cı ildən 2019-cu ilin avqust ayınadək olmaqla Cavabdeh1 tərəfindən hazırkı iş üzrə iddiaçıya etibarnamələr verilmişdir. Məhz həmin vaxta kimi İddiaçı gələcəkdə onun da mülkiyyətinə əmlakın alınaraq verilməsinə inanmış, lakin həmin vaxtdan artıq iş üzrə cavabde h tərəf iddiaçıya etibarnamə verməkdən imtina edərək ona hər hansı payın çatmayacağını bildirdikdən sonra iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Yaranmış vəziyyətdə məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə ərizəni əsaslı hesab etmir. Belə ki, hazırkı tələbdə mülkiyyət hüququ mübahisələndirilir. Eyni zamanda iddia müddəti şəxsin hüququnun pozulduğunu bildiyi andan hesablanır. Hansı ki, 2019-cu ilin avqust ayına qədər olmaqla iş üzrə cavabdeh tərəfindən iddiaçıya həmin əmlaklara münasibətdə etibarnamələr verilmişdir. Odur ki, hazırkı mübahisə üzrə iddia müddətinin tətbiqindən söhbət gedə bilməz.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı faktiki altı nəfər ailə üzvü ilə birlikdə köhnə yararsız vəziyyətdə olan mağaza binasında 2004-cü ildən yaşayır. İş üzrə cavabdeh iddiaçının şəhərin Vidadi küçəsi 3 saylı ünvanda yerləşən əmlaklardan və hazırkı iş üzrə mübahisələndirilən əmlakdan çıxarılmasına dair tələblə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmiş, sonradan iddianın həcmini azaldaraq hələlik mübahisə predmeti olan mağaza binasından iddiaçının çıxarılmasını sonrakı plana keçirmişdir. Həmin tələb üzrə iş hazırda məhkəmənin icraatındadır. Beləliklə iş üzrə cavabdeh tərəf iddiaçının onlara inanmasından istifadə edərək sonuncunu çıxılmaz vəziyyətə salmışdır. İddiaçının hazırki mübahisə ilə bağlı tələb hüququ yaranmışdır. Belə ki, onun tərəfindən dəyəri tam ödənilməklə alınmış əmlakın satılması ilə bağlı sənədlərdə iş üzrə Cavabdeh1 adı getmiş, işin bu faktiki halı satıcı tərəfin dən araşdırılmamış, Cavabdeh1 tanımadıqları, görmədikləri və etibarnamə verilmədiyi halda İddiaçı tərəfindən alınmış əmlak sənədlərlə Cavabdeh1 satılması kimi işlənilmişdir. İş üzrə iddiaçı digər tərəfin vədinə inanaraq buna razılaşmış olsa belə, etibarnamə olmadan alıcının şəxsiyyəti müəyyən edilmədən əmlakın digər şəxsə satılması kimi sənədləşdirilməsi qanunsuz olmuşdur. Odur ki, məhkəmə tələbin həmin hissəsinə münasibətdə hesab etmişdir ki, mübahisələndirilən qərarlar etibarsızdır. Sözügedən qərarlar etibarsız hesab edildiyindən həmin qərarlar əsasında notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsinə dair qeydiyyatla da etibarsız hesab olunmalıdır. Sözügedən əmlakın dəyəri iddiaçı tərəfindən ödənildi yindən iş üzrə cavabdeh RKC-i əmlakın ona satılmasını rəsmiləşdirilməli olduğu halda bunu etməmişdir. Hazırki iş üzrə mübahisələndirilən qərarlar etibarsız hesab edildiyindən əmlakın iddiaçı tərəfindən alınması iş materialları ilə tam olaraq təsdiq edildiyindən sonuncu ilə alqı-satqı müqaviləsi bağlanmış hesab edilir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

16. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2021-ci qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov, iş № 2(107)427/2021) cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 7 oktyabr 2020-ci il tarixli 2(033)-230/2020 nömrəli qətnaməsin in ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi, Zaqatala rayon Kooperativlər Cəmiyyəti və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı Zaqatala rayon Kooperativlər Cəmiyyəti İdarə Heyətinin 08 sentyabr 2003cü il tarixli 10 saylı qərarının, Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının, 14 fevral 2005-ci il tarixli alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın mülkiyyətə verilməsinə dair qeydiyyatın etibarsız hesab edilməsi və Kooperativlər Cəmiyyəti ilə aralarındakı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 138 (bir yüz otuz səkkiz) manatın İddiaçı alınaraq Az.MEM, VÖEN***** *****, X4,KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ22 nömrəli hesaba keçirilməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı özü bütünlüklə hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmadığı halda bu iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının subyektiv hüququ olmadığından onun hazırki iş üzrə iddia tələbinin qanuni əsası da yoxdur. İddiaçının X5 5 sentyabr 2003-cü il tarixli, 152 nömrəli qərarının etibarsız hesab edilməsi ilə bağlı iddiaya və qətnamənin həmin iddia ilə bağlı hissəsində birinci instansiya məhkəməsi digər tərəflərin mənafeyinə zidd nəticəyə gəlmişdir. Çünki, həmin qərar ilə X7 Zaqatala rayon kooperativ cəmiyyətinə aeraport ərazisində yerləşən «Kosmos» yeməkxa na binasının 4500,0 min manat, Zaqatala şəhəri avtovağzal ərazisində yerləşən «Görüş» yeməkxana binasının 6500,0 min manat, Zaqatala şəhəri Şamil küçəsində yerləşən qənnadi sexinin 1000,0 min manat, Zaqatala şəhəri Şamil küçəsində yerləşən 20 saylı mağaza binasının 10500,0 min manat razılaşdırılmış qiymətlərlə payçılara satılmasına razılıq vermişdir. Bu qərarın ləğv edilməsi Zaqatala şəhəri Şamil küçəsində yerləşən 20 saylı mağaza binasına aid məsələni həll etməklə yanaşı həmin qərarın əhatə etdiyi digər əmlakların da taleyini həll etmişdir. Daha sonra birinci instansiya məhkəməsi İddiaçı ilə cavabdeh ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini qət etmişdir ki, bununla da, bu iş üzrə özünün daha əvvəl qəbul etdiyi X5 5 sentyabr 2003-cü il tarixli, 152 nömrəli qərarının etibarsız hesab edilməsi ilə bağlı qərarının əksinə olan qərar qəbul etmişdir. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı iddia edildiyi zaman, yəni 01 noyabr 2005ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Hazırki iş üzrə tərəflər arasında alqı-satqı barədə razılaşma olmadığından nə iddiaçı, nə də cavabdeh tərəf müqavilənin bağlanma sı üçün notariat kontoruna müraciət etməmişlər. Ələlxüsus hazırki iş üzrə İddiaçı cavabdehlərdən bunu tələb etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)427/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fakt lara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

22. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 23. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezump siyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 24. 336.2-ci maddəsinə əsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. 25. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlə r ola bilər. 26. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 27. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 28. 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 29. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərin i təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 30. 406.2-ci maddəsinə əəsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 31. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 32. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borclud ur. 33. 568.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 34. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri iləəlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır.

36. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixt iyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

37. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 mart 2008-ci il tarixli qərarında göstərilmişdir ki, MM-in 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməlidir; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalıdır; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qa nunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 38. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 39. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 40. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iş tirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 41. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 42. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 43. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 44. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 45. 229.1-ci maddəsinə görə iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. 46. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 47. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 48. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 49. 415-2-ci maddəsinə əsasən kassasiya icraatına bu fəslin və Məcəllənin kassasiya icraatının mahiyyətinə zidd olmayan müddəaları tətbiq olunur. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın «Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının» etibarsız hesab edilməsi ilə bağlı hissələri istisna olmaqla digər hissələr üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-427/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi «Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının etibarsız hesab edilməsi hissələ rində ləğv edilmiş, həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir.

52. Kollegiya qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası baxılan hissə üzrə apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnaməni n baxılan hissə üzrə (14 fevral 2005-ci il tarixli alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın mülkiyyətə verilməsinə dair qeydiyyatın etibarsız hesab edilməsi və Kooperativlər Cəmiyyəti ilə aralarındakı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi) ləğv edilməsi üçün əsas təşkil etmir.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-427/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi «14 fevral 2005-ci il tarixli alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın mülkiyyətə verilməsinə dair qeydiyyatın etibarsız hesab edilməsi və Kooperativlər Cəmiyyət i ilə aralarındakı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi» hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar