Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-427/2021 31.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsinin nümayəndəsi X4, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, cavabdeh Zaqatala rayon Kooperativlər Cəmiyyəti İdarə Heyətinin sədri X6, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının nümayəndəsi X7 və İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXin 18 saylı Ərazi İdarəsi, Zaqatala rayon Kooperativlər Cəmiyyəti və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı Zaqatala rayon Kooperativlər Cəmiyyəti İdarə Heyətinin xx xxxxxxxx 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın xx xxxxxxxx 2003-cü il tarixli 152 saylı qərarının, 14 fevral 2005-ci il tarixli alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın mülkiyyətə verilməsinə dair qeydiyyatın etibarsız hesab edilməsi və Kooperativlər Cəmiyyəti ilə aralarındakı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(033)-230/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və onun nümayəndəsi, həmçinin vəkili Vəkil2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(033)-230/2020 nömrəli qətnаməsi ilə (hakim Elbrus Məmmədov) iddia təmin edilmiş, Zaqatala RKC idarə Heyətinin xx xxxxxxxx 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın xx xxxxxxxx 2003cü il tarixli 152 saylı qərarının, Zaqatala rayon X19 bağlanmış xx xxxxxx 2005-ci il tarixli 4- Ə-40 nömrə ilə qeydə alınmış alqı satqı müqaviləsinin, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən aparılmış MH seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi ********* olan, qeydiyyat tarixi xx.xx.2007-ci il olan qeydiyyatın etibarsız hesab edilməsi, İddiaçı ilə cavabdeh ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 138 (bir yüz otuz səkkiz) manatın Cavabdeh1 alınaraq Az.MEM, VÖEN**********, X9, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ22 nömrəli hesaba keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi, Zaqatala rayon Kooperativlər Cəmiyyəti İdarə Heyəti və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı Zaqatala RKC idarə Heyətinin xx xxxxxxxx 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın xx xxxxxxxx 2003-cü il tarixli 152 saylı qərarının, Zaqatala rayon X19 bağlanmış xx xxxxxx 2005-ci il tarixli 4-Ə-40 nömrə ilə qeydə alınmış alqı satqı müqaviləsinin, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən aparılmış MH seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi ********* olan, qeydiyyat tarixi xx.xx.2007-ci il olan qeydiyyatın etibarsız hesab edilməsi və Zaqatala rayon Kooperativlər Cəmiyyəti ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2003-cü ildə Zaqatala rayonunda fəaliyyət göstərən Kooperativlər Cəmiyyətindən sonuncunun balansında olan Zaqatala şəhəri İ.Şamil küçəsində yerləşən 0.07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanı almışdır. Lakin həmin dövrdə şəriyi olan Nazim Mustafayevlə razılığa gəlmişdirlər ki, alınacaq əmlaklar Cavabdeh1 adına alınacaq, sonra isə razılıq əsasında əmlak öz aralarında bölünəcəkdir. Bu məqsədlə o, Cavabdeh1 adından X2 həmin mağazanın alınması ilə əlaqədar ərizə vermişdir. Həmin ərizədəki imza onun imzasıdır. Lakin Cavabdeh1 həmin dövrdə ona heç bir etibarnamə verməmişdir. Cavabdeh1 adından ərizə verməkdə, onun adından bu hərəkətləri edərək, lakin imzaları onun atmasında məqsədi o olmuşdur ki, şəriyi olan X29 Vətəndaşıdır və bir gün sonuncu onu aldada bilər, aldığı əmlaklardan onu məhrum edə bilər. Buna misal olaraq hazırda məhkəmənin icraatında olan Cavabdeh1 onun qeyri yaşayış binasından çıxarılma tələbinə dair mülki işi göstərə bilər. Həmin işin icraatı hazırda bu iş yekunlaşanadək dayandırılmışdır. Belə ki, iddiaya əlavə edilmiş xx xxxxxxxx 2003-cü il tarixli alqı satqıya dair aktda Cavabdeh1 sözlərinin qarşısındakı imza onun imzasıdır. Həmin aktdan görünür ki, mağazanın alqı satqısına əsasən mağaza binası bütün inventarları köməkçi sahələri və tikililəri ilə birlikdə ona təhvil verilmişdir. Həmin mağazanı faktiki olaraq o təhvil almışdır. Mağazanı satan Kooperativlər İttifaqının sədri və digər əməkdaşları heç biri Hacıöməri görməmişdirlər və tanımırlar. Zaqatala rayon Kooperativlər İttifaqının xx xxxxxxxx 2003-cü il tarixli 10 saylı qərarı ilə həmin mağazanın Hacıömər Mustafyevə 10.500.000 manata satılması qərara alınmışdır. Mağazanın alınması üçün tələb olunan 10.500.000 manat vəsaiti Zaqatala rayon Kooperativlər İttifaqının kassasına şəxsən o ödəmişdir. Ödəniş qəbzindəki imza onun imzasıdır. Bundan başqa həmin qərar əsasında Zaqatala rayon X19 xx xxxxxx 2005-ci il tarixdə mağazanın alqı-satqısına dair Cavabdeh1 və Zaqatala Kooperativlər Cəmiyyətinin nümayəndəsi arasında müqavilə bağlanaraq təsdiq edilmişdir. Həmin müqavilədə Cavabdeh1 imzasının qarşısındakı imza onundur. Nəticədə həmin əmlaka dair bütün sənədləşmələr, pul vəsaitinin ödənilməsi və sair hərəkətlər hamısı onun tərəfindən həyata keçirilmişdir, lakin hər yerdə Cavabdeh1 adı yazılmışdır. Beləliklə Cavabdeh1 əsasız olaraq varlanmışdır. Cavabdeh1 həmin mağaza binasını əldə etməkdə heç bir hüquqi əsası, rolu və hərəkəti olmadığndan, heç bir vəsait xərcləmədiyindən o əsassız varlanmaya aid edilir, buna görə də o həmin mağaza binasını qaytarmalıdır. Qaytarma üçün isə ilk növbədə qeyd etdiyi sənədlər etibarsız hesab edilərək mağaza onun mülkiyyətinə verilməlidir. İddiada etibarsızlığını tələb etdiyi çıxarışın və qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədləri mübahisələndirmədən, onların etibarsızlığını sübut etmədən həmin sənədlərin etibarsızlığını müəyyən etmək mümkün deyildir. Həmin sənədlər aşağıdakılardır: 1. Zaqatala RKC İdarə Heyətinin xx xxxxxxxx 2003-cü il tarixli 10 saylı qərarı. 2. Azərittifaqın xx xxxxxxxx 2003-cü il tarixli 152 saylı qərarı.3. Zaqatala rayon X19 bağlanmış xx xxxxxx 2005-ci il tarixli 4-Ə-40 nömrə ilə qeydə alınmış alqı satqı müqaviləsi. 4. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövıət Reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi ********* olan, qeydiyyat tarixi xx.xx.2007-ci il olan ÇİXARİŞ. Zaqatala rayon RKC İdarə Heyətinin xx xxxxxxxx 2003-cü il tarixli 10 saylı qərarında qeyd edilir ki, RKC-in balansında olan, İ.Şamil küçəsində yerləşən 20 saylı mağaza binası üzərində olan əsas vəsait və inventarları ilə birlikdə 10.500000 manata Cavabdeh1 satılsın. Həmin mağazanın satılması üçün müraciət onun tərəfindən olunmuşdur. Cavabdeh1 adından yazılaraq verilmiş ərizədə imza onun imzasıdır. Həmin mağazanın alınması ilə əlaqədar edilmiş bütün hərəkətlər onun tərəfindən həyata keçirilmişdir. Cavabdeh1 həmin mağazanın alınması üçün müraciət etmədiyi halda həmin mağaza ona satıla bilməzdi. Həmin qərar əsasında isə notariusda alqı satqı müqaviləsi tərtib edilərək imzalanmışdır. Mağazanın satılmasına əsas olmuş qərar etibarsız hesab edilirsə ondan sonra bağlanmış müqavilələr və tərtib edilmiş sənədlər etibarsız hesab edilir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Zaqatala rayon Kooperativlər Cəmiyyəti İdarə Heyətinin sədri X14 iddia tələbini qəbul edərək göstərdi ki, mübahisə predmeti olan Kooperativ Cəmiyyətinə məxsus mağaza binası iddiaçıya satılmışdır. O, iş üzrə Cavabdeh1 heç görməmiş, bütün sənədləşmə işləri İddiaçılə aparılmış, daşınmaz əmlakın satış qiyməti olan 10.500.000 manat pulu İddiaçı ödəmişdir. Mübahisələndirilən əmlak Cavabdeh1 satılmamış, yığıncağın qərarı verilərkən, akt tərtib edilərkən Hacıömər olmamış, əmlak alıcı kimi İddiaçı təhvil verilmişdir. Bundan sonra olan hərəkətlərdən xəbəri olmamışdır. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər 18 saylı Ərazi İdarəsi və 2 saylı Notariat Ofisi məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə cavabdeh X3 izahatında göstərmişdir ki, iddiaçı ilə onun əmisi oğlu Nazim Mustafayev birgə fəaliyyətlə məşğul olmuşlar və münasibətləri olduqca yaxşı olmuşdur. İddiaçının 2004-cü ildən hazırda mübahisələndirilən mağaza binasında yaşaması Nazimin razılığı ilə olmuşdur. Onun sözügedən əmlakın satılması ilə bağlı heç nədən xəbəri olmamışdır. Ancaq sənədlər hazır olduqdan sonra əmisi oğlu Nazimin göstərişi ilə Notariat kontoruna getmiş və alqı-satqı müqaviləsi bağlanılaraq əmlak onun mülkiyyətinə verilmişdir. Həmin əmlakın Kooperativ Cəmiyyətindən alınmasında ümumiyyətlə iştirak etməmiş, bununla əlaqədar aparılan əməliyyatlardan xəbəri olmamışdır. İddiaçı ilə əmisi oğlu Nazim arasında yaranmış narazılığın səbəbini bilmir. Aralarında olan narazılığı özləri həll etməlidirlər. İddianın təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tərəfindən təqdim edilmiş şahid X18 izahatında göstərmişdir ki, əmlakın alqı-satqısı ilə bağlı bütün əməliyyatlar İddiaçılə aparılmışdır. O, Hacıöməri tanımır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X23 izahatında gösətrmişdir ki, həqiqətən də hazırkı iş üzrə əmlakın alqı-satqısı ilə bağlı bütün əməliyyatlar İddiaçı tərəfindən aparılmışdır. İş üzrə cavabdehin də soyadı Mustafayev olduğundan əmlak satılarkən və təhvil verilərkən alıcının şəxsiyyətinin müəyyənləşdirilməsi lazımi səviyyədə fikir verilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1 və onun nümayəndəsi, həmçinin vəkili Vəkil2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsinin rəisi Ehtiram Səmədov apellyasiya şikаyətləri vermişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 və onun nümayəndəsi, həmçinin vəkili Vəkil2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İşə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün şərait yaratmamış, birtərəfli, səthi və qeyri-obyektiv araşdırma aparmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 54, 57, 80, 81, 82.3, 88, 134, 135, 138, 217 və 261-ci maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. İddiaçı Zaqatala Rayon Məhkəməsində Azərittifaqın xx xxxxxxxx 2003-cü il tarixli 152 saylı qərarını da mübahisələndirməsinə baxmayaraq, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqını iş üzrə cavabdeh kimi prosesə cəlb etməmişdir. Zaqatala Rayon Məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qətnamə qəbul olunan zaman, iddianın təmin edilməsinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 347.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 347.1-ci maddəsinin dispozisyasısından da göründüyü kimi vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd in tərəfləri hazırki vəziyyətdə alıcı və satıcı ola bilər, İddiaçı yox. Çünki, vacib əhəmiyyətli yanılma hazırki vəziyyətdə alıcı və satıcıya aid ola bilər. Bir sözlə əqdin tərəfi müqavilə bağlanarkən yanıla bilər, tərəf olmayan şəxs yox. İddiaçı qaldırmış olduğu iddiaya əsasən, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın DövLət Reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi ********* olan, qeydiyyat tarixi xx.xx.2007-ci il olan ÇİXARİŞ etibarsız hesab edilə bilməz. Çünki, həmin əmlak üzərində hüquqların dövlət qeydiyyatının etibarsız sayılması üçün hüquqi əsaslar mövcud deyildir. Birincisi həmin çıxarışın etibarsız sayılması üçün daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat etibarsız hesab edilməlidir. İkincisi isə, həmin çıxarış xx xxxxxx 2005-ci il tarixli 4-Ə-40 nömrə ilə qeydə alınmış alqı satqı müqaviləsinə əsasən verilmişdir ki, bu da qeyd olunan əmlakla bağlı qeydiyyatın əsassız və dolayısıyla da etibarsız hesab edilməsi üçün əsasları istisna edir. İddiaçı iddiasının "Zaqatala Rayon Kooperativlər Cəmiyyəti ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi ilə bağlı hissəsi" iddianın digər hissəsinə aidiyyatı olmadığı üçün həmin hissədə ərizə baxılmamış saxlanılmalı idi. Zaqatala Rayon Məhkəməsin xx xxxx 2020-ci il tarixli, 2(033)-230/2020 iş nömrəli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 4/109 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli daşınmaz əmlakın xx xxxxxx 2005-ci il tarixli, 4Ə-40 reyestr nömrəli alqı-satqı müqaviləsi iş üzrə Cavabdeh1 tərəfimdən imza edilmişdir. Halbuki, İddiaçı iddia edirdi ki, xx xxxxxx 2005-ci il tarixli, 4Ə-40 reyestr nömrəli alqısatqı müqaviləsindəki imza onun tərəfindən icra edilmiş, həqiqətdə də alqı-satqı müqaviləsi onunla bağlanmışdır. Lakin, Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 4/109 nömrəli ekspert rəyi, İddiaçı dediklərinin əslində həqiqət olmamasını tam sübut etmiş oldu. Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli, 2(033)- 230/2020 iş nömrəli qətnaməsində qeyd edilir ki, " ... Yaranmış vəziyyətdə məhkamə cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə ərizəni əsaslı hesab etmir. Belə ki, hazırkı tələbdə mülkiyyət hüququ mübahisələndirilir." İş üzrə Cavabdeh1 məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəsində iddianın əsassız olduğunu bildirir. Sonda isə hətta iddia əsaslı olsa belə müqaviləsinin mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti ötürüldüyünü qeyd etmişdir. İş materiallarından və tərəflərin izahatlarından da göründüyü kimi, İddiaçı xx xxxxxx 2005-ci il tarixli, 4Ə-40 reyestr nömrəli alqı-satqı müqaviləsinin bağlanmasından məlumatlı olmuşdur və o, əgər həqiqətən də müqavilənin qanunsuz olaraq cavabdehlə bağlandığını düşünürdüsə, onda həmin vaxtı hazırki iddianı qaldırardı. Yenə də, iddia əsassız olmağı ilə yanaşı, İddiaçı Zaqatala RKC idarə Heyətinin xx xxxxxxxx 2003-cü il tarixli 10 saylı və Azərittifaqın xx xxxxxxxx 2003-cü il tarixli 152 saylı qərarının mübahisələndirilməsi ilə bağlı müddəti də ötürmüşdür. İddiaçı Cavabdeh1 qarşı "ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına (hamam binası, yeməkxanana, məişət binası və qazanxana binası) dair alqı-satqı müqaviləsinin və əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənəndlərin etibarsız sayılması tələbi ilə bağlı iddia ərizəsindən və iş materiallarından da göründüyü kimi, tərəflər arasında mübahisənin bəzi yerlərdə 2005-ci ildən, bəzi yerlərdə isə 2018-ci ildən yarandığını qeyd etmişdir. Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli, 2(033)- 230/2020 iş nömrəli qətnaməsində qeyd edilir ki, ".... Məhkəmə iclasında tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin tərəflərin izahataları və iş materialları əsasında araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, hazırki iş üzrə İddiaçı tanışı Nazim Mustafayev birlikdə iş qurmaqla rayonda olan və satışa çıxarılan əmlakları satın almaq və gələcəkdə əldə edilmiş əmlaklardan mənfəət götürmək və əmlakların qarşılıqlı razılaşma əsasında sonradan mülkiyyətlərinə verilməsi istiqamətində 2003-cü ildən hal-hazıradək birlikdə fəaliyyət göstərmişlər. Hazırda mübahisələndirilərı Zaqatala şəhəri İmam Şamil küçəsində yerləşən mağaza və anbar binalarını almaq istəmişlər, bununla bağlı satılan əmlak Zaqatala Kooperativ Cəmiyyətinin balansında olduğundan isə razılaşma əsasında Nazim iddiaçıya bildirmişdir ki, həmin binanı əmisi oğlu Cavabdeh1 adına alsınlar, sonradan iddiaçının mülkiyyətinə verilsin, iddiaçı imran Cavabdeh1 adından çıxış etməklə Kooperativ Cəmiyyətinə əmlakın satılmasına dair xx xxxxxx 2003 cü il tarixli əmri ilə müraciət etmiş, hansı ki həmin ərizənin onun tərəfindən imzalanmasını iş üzrə cavabdeh tərəflər mübahisələndirməmişdir. Bundan sonra Kooperativ Cəmiyyətinin xx xxxxxx 2004-cü il tarixli yığıncağının qaran ilə sözügedən mağaza binasının satılmasına razılıq verilmiş, bundan sonra Azər İttifaqın xx xxxxxxxx 2003-cü il tarixli qərarının icrası ilə əlaqədar olaraq Zaqatala RKC-nin idarə heyətinin xx xxxxxxxx 2003-cü il tarixli (protokol № 10) qərarı ilə sözügedən daşınmaz əmlakın Cavabdeh1 10.500.000 manata satılması rəsmiləşdirilmiş iddiaçı tərəfindən 10.500.000 manat olan əmlakın satış qiyməti xx xxxxxxxx 2003-cü il tarixli iş materiallarında olan, Seriya BVB N 100641 saylı kassa mədaxil orderinin qəbzi əsasında köçürüldükdən sonra xx xxxxxxxx 2003-cü il tarixli alqı-satqı aktı ilə iş üzrə Cavabdeh1 təhvil verilməsi rəsmiləşdirilmişdir. Hansı ki, həmin aktda olan imza məhkəmə araşdırılması zamanı mübahisələndirilmiş, ekspert tərəfindən verilmiş rəydə həmin aktdakı "Cavabdeh1" yazısından əvvəl yerləşən imzanın onun deyil, İddiaçı tərəfindən icra edildiyi təsdiq olunmuşdur. Beləliklə mübahisə predmeti olan mağaza binasının Kooperativ Cəmiyyətindən alınması ilə bağlı sənədlərdə iş üzrə cavabdehin adı göstərilsə də sonuncunun bu əməliyyatların heç birindən xəbəri olmamış, işin bu faktiki halı Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatı, şahid ifadələri iş üzrə cavabdeh olan satıcı Kooperativ Cəmiyyətinin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə tam olaraq təsdiqini tapmışdır. Eyni zamanda sözügedən əmlakın satış dəyərinin iş üzrə iddiaçı tərəfindən şəxsən ödənilməsi iş materialları ilə təsdiq olunmuşdur. Bunun əksini təsdiq edən hər hansı sübut (iddiaçıya bu əməliyyatların aparılması ilə bağlı etibarnamənin verilməsi və s.) məhkəməyə təqdim edilməmişdir. Bundan sonra iş üzrə Cavabdeh1 Nazimin göstərişi ilə Notariat Kontoruna gəlmiş və alqı-satqı ilə bağlı sənədləşmə onun adına olduğundan Notarius tərəfindən alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında Cavabdeh1 mülkiyyətinə mübahisələndirilən əmlakın verilməsi daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra növbəti olaraq ünvan 3 ünvanda yerləşən hamam, yeməkxana və qazanxana binası tikililərin qarşılıqlı fəaliyyəti və razılığı əsasında alınmış, lakin həmin əmlaklar da hazırda iş üzrə cavabdehin mülkiyyətinə rəsmiləşdirilmişdir. Məhkəmə araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, sözügedən əmlakla iş üzrə cavabdehin mülkiyyətinə keçdikdən sonra 2016-cı ildən 2019cu ilin avqust ayınadək olmaqla Cavabdeh1 tərəfindən hazırkı iş üzrə iddiaçıya etibarnamələr verilmişdir. Məhz həmin vaxta kimi İddiaçı gələcəkdə onun da mülkiyyətinə əmlakın alınaraq verilməsinə inanmış, lakin həmin vaxtdan artıq iş üzrə cavabdeh tərəf iddiaçıya etibarnamə verməkdən imtina edərək ona hər hansı payın çatmayacağını bildirdikdən sonra iddiaçı məhkəməyə müraciət etməli olmuşdur." (səh. 4-5) Halbuki, İddiaçı Cavabdeh1 qarşı "ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına (hamam binası, yeməkxanana, məişət binası və qazanxana binası) dair alqı-satqı müqaviləsinin və əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənəndlərin etibarsız sayılması tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş və daha sonradan həmin iddia Zaqatala Rayon Məhkəməsinin qərardadına əsasən baxılmamış saxlanılmışdır. İddiaçı tərəfindən imzalanmış həmin iş üzrə iddia ərizəsində sonuncu qeyd edir ki, "...Ticarət fəaliyyətinə başladıqdan sonra qazancım artanda Zaqatala şəhəri Vidadi küçəsi döngə 3 də 183 kv m məsafədə mağaza binası inşa etdim. Müəyyən tələblərə görə 2002ci ildə mən mağazada alqı-satqı ticarətini saxlamalı oldum, başqa fəaliyyətlə məşğul olmağa başladım. Həmin vaxtlarda X22 yaşayan əmim oğlu ilə birlikdə Sabir Mustafayevin sifarişi ilə Nazimin bacanağı ilə birgə mənim yanıma gəldilər. Bizə hansı iş növü ilə məşğul olmaq daha sərfəlidir, deyə maraqlandılar. Mənə qarşı təklif olduqda Nazimdə nə qədər pulun olduğunu soruşdum. Nazimdə 150.000 manat vəsaitin olduğunu söylədi. Mənim Əmlak Komitəsində İdqisadi İnkişaf Nazirliyinin nümayəndəsi ilə münasibətim olduğundan əmlak komitəsində satılan obyektlərin siyahısını tərtib etdim. Mənim mağazama bitişik olduğunda köhnə hamam binasının alqı-satqısı ilə maraqlandım. Hamam binası hərrac vasitəsi ilə iyirmi yeddi milyon beş yüz min manata hamam binasına şərik Nazimlə birlikdə aldıq. Hər ikimizə ortaq olan adam Hacıöməri seçdik. Nazimin təklifi ilə biznes dağılmasın deyə hamam binasını Cavabdeh1 adına qeydiyyata saldıq. Bizim hamam binasının alınması ilə əlaqədar uzun müddət Nazim Mustafayevlə dostluq edən Firdovsi müəllim iştirak edirdi. Yəni bütün proseslərdə o da iştirak edirdi. Növbəti obyekt yuxarı bazar ərazisində İmam Şamil küçəsində yerləşən mağaza binasını həmin dövrdə Azərittifaqda işləyən Fikrət Mustafayevin təklifi ilə alqı-satqı sənədlərini hazırladıq. Alqı-satqı hazırlayarıdan sonra Nazim və mən birgə məsləhətləşdik. Məsləhət zamanı Nazim mənə dedi ki, bizim növbəti alacaq obyektlərdən biri mənim adıma qeydiyyata alacağıq. Bu mağaza binası da qoy Hacıömərin adına olsun. Növbəti alınacaq binaya yaxın olan 0,80 ha torpaq sahəsi üçün alqı-satqı sənədləri hazırlandı. Torpağın mənim adıma sənədləşməsi təklif etdikdə Nazim etirazını bildirməyə başladı və torpağın alqı-satqısı ücün pul verməkdən imtina etdi, ... Əmlakın birinin mənim adıma keçəcəyini təklif etdikdə əvvəlki etibarnaməni ləğv etdi. ... 70,000 manatlıq mağaza binasını Şahmuradın qardaşı Süleymana borclu olduğumdan 20.000 manat pulu Nazim verərək öz adına sənədləşdirdi. Mən də Nazimə öz narazılığımı bildirmişdim. 20.000 manata aldığım mağazadan aldığım dövürdən 2018-ci ili mübahisə olan dövrə kimi mağazanı mən icarəyə verərək bircə mağazadan 100.000 yaxın icarə pulun Nazimə Moskvaya göndərmişəm." Göründüyü kimi, İddiaçı Zaqatala Rayon Məhkəməsinə vermiş olduğu izahatı ilə iddia ərizəsində yazdıqları bir-birindən aşağıdakı səbəblərdən kəskin fərqlənir: a) Zaqatala Rayon Məhkəməsinə vermiş olduğu izahatında İddiaçı İmam Şamil küçəsində yerləşən mağaza binasının pulunu ödəyərək aldığını bildirsə də, başqa bir işlə bağlı iddia ərizəsində şərik aldıqlarını bildirir; b) Zaqatala Rayon Məhkəməsinə vermiş olduğu izahatında İddiaçı İmam Şamil küçəsində yerləşən mağazanın ilk əvvəl öz adına sənədləşdiyini, lakin, sonradan Nazimin tələb ilə Cavabdeh1 adına sənədləşdirildiyini qeyd etsə də iş materiallarından da göründüyü kimi, alqı-satqı müqaviləsi bağlanmazdan (2005-ci il) 2 (iki) il əvvəlcədən də Azərittifaq və Zaqatala RKC İdarə Heyəti həmin əmlakı Cavabdeh1 satmağa qərara almışdırlar; c) Əgər ki, Nazim adlı şəxs üçüncü əmlakı (0,80 ha torpaq sahəsi) almaqdan və əmlaklardan birinin iddiaçının adına keçirilməsindən imtina edirdisə, həmçinin etibarnaməni ləğv etmişdirsə, onda nəyə görə İddiaçı həmin vaxtı hazırda qaldırmış olduğu məsələləri mübahisələndirmirdi?; d) İddiaçı əmlak almaq üçün yetəri qədər pulu var idisə, onda nəyə görə Şahmurad adlı şəxsin qardaşı Süleyman adlı şəxsə borcu var idi?; e) Əgər ki, İddiaçı ilə Nazim adlı şəxs həqiqətən də şərik idilərsə, onda nəyə görə Nazim adlı şəxs İddiaçı borcunu qaytarmağa kömək etmək yerinə, sonuncunun əmlakını almışdır?; f) Əgər ki, İddiaçı ilə Nazim adlı şəxs həqiqətən də şərik idilərsə, onda nəyə görə İddiaçı Pəri Qalası adlı mağaza binasının kirayə haqqını bütövlükdə Nazim adlı şəxsə göndərirdi? Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli, 2(033)- 230/2020 iş nömrəli qətnaməsində qeyd edilir ki, "... İddiaçı ilə cavabdeh ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin." İddiaçı ilə cavabdeh ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə yazılı formada tərtib edilmiş əqd (alqı- satqı müqaviləsi) olmamışdır. Bununla yanaşı, qeyd olunan əmlakın əvvəlki mülkiyyətçisi Zaqatala rayon Kooperativlər Cəmiyyəti yox, onun təsisçisi olan "Azərbaycan Mərkəzi Kooperativlər İttifaqıdır" (Azərittifaqdır). Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaranmışdır. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)- 230/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsinin rəisi Ehtiram Səmədov apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Zaqatala rayon Məhkəməsinin qeyd olunmuş qərarı əsassızdır və ləğv edilməlidir. Belə ki, məhkəmə qətnaməsi ilə Zaqatala rayon Kooperativlər Cəmiyyəti İdarə Heyətinin xx xxxxxxxx 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın xx xxxxxxxx 2003cü il tarixli, 152 saylı qərarının, xx xxxxxx 2005-ci il tarixli alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın mülkiyyətə verilməsinə dair qeydiyyatın etibarsız hesab edilməsi və iddiaçı ilə cavabdeh Kooperativlər Cəmiyyəti arasında mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir. Lakin, məhkəmə qeyd olunan qərarların ləğv edilməsi ümumi məhkəmələrə aidolmamasına münasibət bildirməmiş və nəticədə öz səlahiyyətlərinə aid olmayan məsələyə dair qərar qəbul etmişdir. Qeyd olunan mağaza binasının və köməkçi sahələrinə dair daşınmaz əmlakın dövlət reyetrində qeydiyyatı aparılmadan məhkəmə tərəfindən sərəncam verilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Bu pozuntular isə Azərbaycan Respublikası MPM-nin 385.1 -ci maddəsinə əsasən qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, Zaqatala rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli, 2(033)- 230/2020 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsin xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsinin nümayəndəsi X12 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi, həmçinin vəkili Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Zaqatala rayon Kooperativlər Cəmiyyəti İdarə Heyətinin sədri X14 izahat verərək, qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının nümayəndəsi X15 izahat verərək, qanuni qərar qəbul edilməklə Zaqatala Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(033)- 230/2020 nömrəli qətnaməsinin X10 xx xxxxxxxx 2003-cü il tarixli 152 saylı qərarının ləğv edilməsinə aid hissədə ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(033)-230/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və onun nümayəndəsi, həmçinin vəkili Vəkil2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsinin rəisi Ehtiram Səmədov tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(033)-230/2020 nömrəli qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, həmin qətnamə ilə, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi, Zaqatala rayon Kooperativlər Cəmiyyəti və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı Zaqatala rayon Kooperativlər Cəmiyyəti İdarə Heyətinin xx xxxxxxxx 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın xx xxxxxxxx 2003-cü il tarixli 152 saylı qərarının, 14 fevral 2005-ci il tarixli alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın mülkiyyətə verilməsinə dair qeydiyyatın etibarsız hesab edilməsi və Kooperativlər Cəmiyyəti ilə aralarındakı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiаsı rədd edilməlidir. İşdə olan Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməinin surətindən görünür ki, İddiaçı 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx xxxx 2005-ci ildə VÖEN **********2 olan şəhadətnamə verilmişdir. İşdə olan Cavabdeh1 tərəfindən Zaqatala rayon Kooperativlər Cəmiyyəti İdarə Heyətinə verilmiş ərizədən görünür ki, şəhərin İ.Şamil küçəsində yerləşən “Pilləkənli” mağazanın həyətyanı sahəsindəki anbarlar və altıaçıqla birlikdə tam yarasız vəziyyətdə olduğunu və onun imkanını nəzərə alaraq həmin obyektin ona 10 milyon 500 min manata satılmasına köməklik göstərilməsini xahiş etmişdir. İşdə olan Zaqatala RKC İdarə Heyətinin xx xxxxxxxx 2003-cü il tarixli 10 saylı qərarının surətindən görünür ki, RKC-ın balansında olan İ.Şamil küçəsində yerləşən 20 saylı mağaza binası üzərində olan əsas vəsait və inventarları ilə birlikdə 10 500 000 manata Cavabdeh1 satılması qərara alınmışdır. İşdə olan xx xxxxxxxx 2003-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, RKC-ın balansında olan İ.Şamil küçəsində yerləşən 10 500 000 manata satılmış 20 saylı mağaza binası Cavabdeh1 təhvil verilmişdir. İşdə olan xx xxxxxx 2003-cü il tarixli yığıncağın qərarından çıxarışdan görünür ki, saxlanmasına ehtiyac olmayan bina, avadanlıq, yarımçıq tikililər və digər əsas vəsait və inventarların, RKC-ın balansında olan 20 saylı mağaza binasının satılması qərara alınmışdır. İşdə olan xx xxxxxx 2005-ci il tarixli müqavilənin surətindən görünür ki, X1 rayon DTİ, MHC və SKİ xx xxxxxx 2004-cü il tarixli 117 qeydiyyat vəsiqəsinə və xx xxxxxx 2004-cü il tarixli 83 nömrəli arayışına əsasən Zaqatala rayon Kooperativlər Cəmiyyətinə məxsus olan Zaqatala şəhəri İ.Şamil küçəsində yerləşən 20 saylı mağaza binasını Cavabdeh1 10 500 000 manata satmışdır. İşdə olan xx.xx.2007-ci il tarixli qeydiyyat nömrəsi ********* qeydiyyat nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli kitabın 23-cü nömrəli vərəqəsində qeydiyyata alınmış DƏDRX HDQH DƏDR-dən Çıxarışdan görünür ki, Zaqatala şəhəri İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kvm ümumi sahədən, 85 kvm əsas, 414 kvm köməkçi sahədən ibarət mağaza binası tam mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətinə verilmişdir. İşdə olan xx xxxxxx 2004-cü il tarixli İnventar nömrəsi 399 olan Qeydiyyat vəsiqəsi və qeyri-yaşayış binasının texniki pasportunun surətindən görünür ki, Zaqatala şəhəri İ.Şamil küçəsində yerləşən 20 saylı mağaza binası Zaqatala rayon Kooperativlər Cəmiyyətinin mülkiyyətindədir. İşdə olan Zaqatala rayon Bələdiyyəsinin xx xxxx 2019-cu il tarixli 242 saylı arayışından görünür ki, İddiaçı özünə məxsus evin və Vidadi küçəsi d 3-də yerləşən iaşə obyektinin vergi borclarını bələdiyyənin hesabına özü tərəfindən ödənilir. İşdə olan kassa mədaxil qəbzindən görünür ki. satılmış əmlakın dəyəri olan 10 500 000 manat Cavabdeh1 tərəfindən ödənilmişdir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli 1154 saylı arayışdan görünür ki, iddiaçı 6 nəfər ailə üzvü olmaqla hazırda mübahisələndirilən İ.Şamil küçəsi 18 saylı ünvanda yerləşən mağaza binasında yaşayır. İşdə olan xx xxxxxx 2020-ci il tarixli Zaqatala rayonu Yuxarı Çardaxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı məxsus təsərrüfatda heç bir tikili yoxdur. İşdə olan həmin nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 303 saylı arayışdan görünür ki, İddiaçı Yuxarı Çardaxlar kəndində qeydiyyatda olsa da hazırda Zaqatala şəhərində yaşayır. İşdə olan Həmin nümayəndəlik tərəfindən verilmiş 302 saylı arayışdan görünür ki, İddiaçı ailə üzvləri 6 nəfərdən ibarətdir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli 13 saylı ərazi vergilər idarəsi tərəfindən verilmiş arayışdan görünür ki, 2006-cı ilin birinci rübündən 2019-cu ilin ikinci rübünədək İddiaçı tərəfindən (VÖEN **********) təqdim etdiyi bəyannaməyə əsasən ödənilmiş vergi məbləği 6060 manat olmuşdur. İşə əlavə edilmiş çoxsaylı mədaxil qəbzlərindən görünür ki, iddiaçı sözügedən mağaza binasında 2014-cü ildən hal-hazıradək ev kimi yaşayaraq qaz, poçt, elektrik enerjisi, torpaq və əmlak vergilərini mütəmadi olaraq ödəmişdir. İşdə olan etibarnamələrdən görünür ki, iş üzrə cavabdeh tərəfindən xx xxx 2006-cı il tarixdən 5 il müddətinə, xx xxxxxx 2009-cu il tarixdən 10 il müddətinə iddiaçıya etibarnamələr verilmişdir. İşdə olan xx xxxx 2020-ci il tarixli 4/109 saylı Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi məhkəmə-xəttşünaslıq ekspertizasının rəyindən məlum olur ki, 4Ə-40 nömərli notariat işinin 2-ci vərəqində olan xx xxxxxx 2005-ci il tarixli müqavilədə “İmzalar:2” qarafasındakı imza və “Мустафаjев h” yazısı – X5 tərəfindən icra olunmuşdur. 4Ə-40 nömərli notariat işinin 5-ci vərəqində olan xx xxxxxxxx 2003-cü il tarixli alqı-satqı aktında “Cavabdeh1” yazısından əvvəl yerləşən imza – İddiaçı tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29 və 60-cı maddələrinə, 71-ci maddəsinin İİ-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 157.1, 157.8, 238, 324.1, 324.2 və 324.4, 337.1, 337.4, 337.5, 347.1 373.2, 375.1, 375.2, 377.1, 377.2 və 405.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.2 və 217.2-ci maddələrinə, hazırki iş üzrə mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə, nsan hüquqları haqqında BMT-nin Ümumi Bəyannaməsinin 18-ci maddəsinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinə, İ.K. Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMKnın xx xxxx 2005ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2006-cı il tarixli Qərarına istinad etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, hazırki iş üzrə İddiaçı tanışı Nazim Mustafayev birlikdə iş qurmaqla rayonda olan və satışa çıxarılan əmlakları satın almaq və gələcəkdə əldə edilmiş əmlaklardan mənfəət götürmək və əmlakların qarşılıqlı razılaşma əsasında sonradan mülkiyyətlərinə verilməsi istiqamətində 2003-cü ildən hal-hazıradək birlikdə fəaliyyət göstərmişlər. Hazırda mübahisələndirilən Zaqatala şəhəri İmam Şamil küçəsində yerləşən mağaza və anbar binalarını almaq istəmişlər, bununla bağlı satılan əmlak Zaqatala Kooperativ Cəmiyyətinin balansında olduğundan isə razılaşma əsasında Nazim iddiaçıya bildirmişdir ki, həmin binanı əmisi oğlu Cavabdeh1 adına alsınlar, sonradan iddiaçının mülkiyyətinə verilsin. İddiaçı İmran Cavabdeh1 adından çıxış etməklə Kooperativ Cəmiyyətinə əmlakın satılmasına dair xx xxxxxx 2003-cü il tarixli əmri ilə müraciət etmiş, hansı ki həmin ərizənin onun tərəfindən imzalanmasını iş üzrə cavabdeh tərəflər mübahisələndirməmişdir. Bundan sonra Kooperativ Cəmiyyətinin xx xxxxxx 2004-cü il tarixli (protokol № 1) yığıncağının qərarı ilə sözügedən mağaza binasının satılmasına razılıq verilmiş, bundan sonra Azər İttifaqın xx xxxxxxxx 2003-cü il tarixli qərarının icrası ilə əlaqədar olaraq Zaqatala RKC-nin idarə heyətinin xx xxxxxxxx 2003-cü il tarixli (protokol № 10) qərarı ilə sözügedən daşınmaz əmlakın Cavabdeh1 10.500.000 manata satılması rəsmiləşdirilmiş, iddiaçı tərəfindən 10.500.000 manat olan əmlakın satış qiyməti xx xxxxxxxx 2003-cü il tarixli iş materiallarında olan, Seriya BVB N 100641 saylı kassa mədaxil orderinin qəbzi əsasında köçürüldükdən sonra xx xxxxxxxx 2003-cü il tarixli alqı-satqı aktı ilə iş üzrə Cavabdeh1 təhvil verilməsi rəsmiləşdirilmişdir. Hansı ki, həmin aktda olan imza məhkəmə araşdırılması zamanı mübahisələndirilmiş, ekspert tərəfindən verilmiş rəydə həmin aktdakı “Cavabdeh1” yazısından əvvəl yerləşən imzanın onun deyil, İddiaçı tərəfindən icra edildiyi təsdiq olunmuşdur. Beləliklə mübahisə predmeti olan mağaza binasının Kooperativ Cəmiyyətindən alınması ilə bağlı sənədlərdə iş üzrə cavabdehin adı göstərilsədə sonuncunun bu əməliyyatların heç birindən xəbəri olmamış, işin bu faktiki halı Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatı, şahid ifadələri iş üzrə cavabdeh olan satıcı Kooperativ Cəmiyyətinin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə tam olaraq təsdiqini tapmışdır. Eyni zamanda sözügedən əmlakın satış dəyərinin iş üzrə iddiaçı tərəfindən şəxsən ödənilməsi iş materialları ilə təsdiq olunmuşdur. Bunun əksini təsdiq edən hər hansı sübut (iddiaçıya bu əməliyyatların aparılması ilə bağlı etibarnamənin verilməsi və s.) məhkəməyə təqdim edilməmişdir. Bundan sonra iş üzrə Cavabdeh1 Nazimin göstərişi ilə Notariat Kontoruna gəlmiş və alqı-satqı ilə bağlı sənədləşmə onun adına olduğundan Notarius tərəfindən alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında Cavabdeh1 mülkiyyətinə mübahisələndirilən əmlakın verilməsi daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra növbəti olaraq ünvan 3 ünvanda yerləşən hamam, yeməkxana və qazanxana binası tikililərin qarşılıqlı fəaliyyəti və razılığı əsasında alınmış, lakin həmin əmlaklar da hazırda iş üzrə cavabdehin mülkiyyətinə rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsinin araşdırması nəticəsində müəyyən olunmuş hesab edilmişdir ki, sözügedən əmlaklar iş üzrə cavabdehin mülkiyyətinə keçdikdən sonra 2016cı ildən 2019-cu ilin avqust ayınadək olmaqla Cavabdeh1 tərəfindən hazırkı iş üzrə iddiaçıya etibarnamələr verilmişdir. Məhz həmin vaxta kimi İddiaçı gələcəkdə onun da mülkiyyətinə əmlakın alınaraq verilməsinə inanmış, lakin həmin vaxtdan artıq iş üzrə cavabdeh tərəf iddiaçıya etibarnamə verməkdən imtina edərək ona hər hansı payın çatmayacağını bildirdikdən sonra iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Yaranmış vəziyyətdə birinci instansiya məhkəməsi cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə ərizəni əsaslı hesab etmir. Belə ki, hazırkı tələbdə mülkiyyət hüququ mübahisələndirilir. Eyni zamanda iddia müddəti şəxsin hüququnun pozulduğunu bildiyi andan hesablanır. Hansı ki 2019-cu ilin avqust ayına qədər olmaqla iş üzrə cavabdeh tərəfindən iddiaçıya həmin əmlaklara münasibətdə etibarnamələr verilmişdir. Odur ki, hazırkı mübahisə üzrə iddia müddətinin tətbiqindən söhbət gedə bilməz. Ədalətlilik nöqteyi nəzərdən mübahisənin həllinə yanaşmaqla birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə iddiaçı faktiki altı nəfər ailə üzvü ilə birlikdə köhnə yarasız vəziyyətdə olan mağaza binasında 2004-cü ildən yaşayır. İş üzrə cavabdeh iddiaçının şəhərin Vidadi küçəsi 3 saylı ünvanda yerləşən əmlaklardan və hazırkı iş üzrə mübahisələndirilən əmlakdan çıxarılmasına dair tələblə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmiş, sonradan iddianın həcmini azaldaraq hələlik mübahisə predmeti olan mağaza binasından iddiaçının çıxarılmasını sonrakı plana keçirmişdir. Həmin tələb üzrə iş hazırda məhkəmənin icraatındadır. Beləliklə iş üzrə cavabdeh tərəf iddiaçının onlara inanmasından istifadə edərək sonuncunu çıxılmaz vəziyyətə salmışdır. Yaranmış vəziyyətdə birinci instansiya məhkəməsi belə gənaətə gəlmişdir ki, iddiaçının hazırki mübahisə ilə bağlı tələb hüququ yaranmışdır. Belə ki, onun tərəfindən dəyəri tam ödənilməklə alınmış əmlakın satılması ilə bağlı sənədlərdə iş üzrə Cavabdeh1 adı getmiş, işin bu faktiki halı satıcı tərəfindən araşdırılmamış, Cavabdeh1 tanımadıqları, görmədikləri və etibarnamə verilmədiyi halda İddiaçı tərəfindən alınmış əmlak sənədlərlə Cavabdeh1 satılması kimi işlənilmişdir. İş üzrə iddiaçı digər tərəfin vədinə inanaraq buna razılaşmış olsa belə, etibarnamə olmadan alıcının şəxsiyyəti müəyyən edilmədən əmlakın digər şəxsə satılması kimi sənədləşdirilməsi qanunsuz olmuşdur. Birinci instansiya məhkəməsi tələbin həmin hissəsinə .münasibətdə hesab etmişdir ki, tələb əsaslıdır və mübahisələndirilən qərarlar etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsi eyni zamanda qeyd etməyi zəruri hesab etmişdir ki, sözügedən qərarlar etibarsız hesab edildiyindən həmin qərarlar əsasında notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsinə dair qeydiyyatla da etibarsız hesab olunmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin mübahisələndirilən daşınmaz əmlakın iddiaçıya satılmasına dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsinə münasibətdə tələblə razılaşmışdır. Belə ki, sözügedən əmlakın dəyəri iddiaçı tərəfindən ödənildiyindən iş üzrə cavabdeh RKC-i əmlakın ona satılmasını rəsmiləşdirilməli olduğu halda bunu etməmişdir. Birinci instansiya məhkəməsi belə qənaətdədir ki, hazırki iş üzrə mübahisələndirilən qərarlar etibarsız hesab edildiyindən əmlakın iddiaçı tərəfindən alınması iş materialları ilə tam olaraq təsdiq edildiyindən sonuncu ilə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, Zaqatala RKC idarə Heyətinin xx xxxxxxxx 2003-cü il tarixli 10 saylı qərarı, Azərittifaqın xx xxxxxxxx 2003-cü il tarixli 152 saylı qərarı, Zaqatala rayon X19 bağlanmış xx xxxxxx 2005-ci il tarixli 4-Ə-40 nömrə ilə qeydə alınmış alqı satqı müqaviləsi, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən aparılmış MH seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi ********* olan, qeydiyyat tarixi xx.xx.2007-ci il olan qeydiyyat etibarsız hesab edilməli və İddiaçı ilə cavabdeh ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Məhkəmə kollegiyası iddianı təmin edərkən iddianın təmin olunması ilə bağlı maddi və prosessual hüquq normalarını pozduğundan, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zaqatala RKCın xx xxxxxx 2003-cü il tarixli yığıncağın qərarı ilə saxlanmasına ehtiyac olmayan bina, avadanlıq, yarımçıq tikililər və digər əsas vəsait və inventarların, balansda olan 20 saylı mağaza binasının satılması qərara alınmışdır. xx xxxxxx 2003-cü ildə Cavabdeh1 Zaqatala rayon Kooperativlər Cəmiyyəti İdarə Heyətinə ərizə ilə müraciət edərək Zaqatala şəhərinin İ.Şamil küçəsində yerləşən “Pilləkənli” mağazanın həyətyanı sahəsindəki anbarlar və altıaçıqla birlikdə tam yarasız vəziyyətdə olduğunu və onun imkanını nəzərə alaraq həmin obyektin ona 10 milyon 500 min manata satılmasına köməklik göstərilməsini xahiş etmişdir. Zaqatala rayon kooperativ cəmiyyətinin idarə heyəti xx xxxx 2003-cu il tarixli 155 və xx xxxxxxxx 2003-cü il tarixli 176 saylı məktubla Azər ittifaqın idarə heyətinə müraciət edərək rayon ictimai iaşə müəssisələri birliyinin balansında olan Araport ərazisindəki “kosmos” yeməkxana binasını, avtovağzal ərazisində yerləşən «Görüş» yeməkxana binasının, Şamil küçəsində yerləşən qənnadi sexinin, RKC-in təsərrüfatında olan Şamil –küçəsində yerləşən 20 saylı mağaza binasının satılmasına, rayon Sənaye Tədarük -Kooperativ Ticarət birliyinin balansında olan meyvə qurutmaxana məntəqəsi binasının isə “Çörək” müəssisəsinə olan 25467 min manat borcun əvəzində veriməsinə razılıq verilməsini xahiş etmişdir. Qeyd olunanları və həmçinin Zaqatala rayon kooperativ cəmiyyəti müvəkkillər yığıncağının xx xxxxxx 2003-cü ıl tarixli (protokol № 1) yığıncağının qərarını nəzərə alaraq Azərıttifaqın idarə heyəti qərara almışdır: Zaqatala rayon kooperativ cəmiyyəti müvəkkillər yığıncağının xx xxxxxx 2003-cü il tarixli qərarı ilə razılaşılsın və Zaqatala rayon kooperativ cəmiyyətinə aeraport ərazisində yerləşən «Kosmos» yeməkxana binasının 4500,0 min manat, Zaqatala şəhəri avtovağzal ərazisində yerləşən «Görüş» yeməkxana binasını 6500,0 min manat, Zaqatala şəhəri Şamil küçəsində yerləşən qənnadi sexini 1000,0 min manat, Zaqatala şəhəri Şamil küçəsində yerləşən 20 saylı mağaza binasını 10500,0 min manat razılaşdırılmış qiymətlərlə payçılara satılmasına razılıq verilsin. Obyektin satışına müvafiq müqavilə bağlamaqla, təhvil-təslimini onların satış dəyəri alıcılar tərəfindən tam ödənildikdən sonra aparsın. Zaqatala RKC İdarə Heyətinin xx xxxxxxxx 2003-cü il tarixli 10 saylı qərarı ilə RKC-ın balansında olan İ.Şamil küçəsində yerləşən 20 saylı mağaza binasının üzərində olan əsas vəsait və inventarları ilə birlikdə 10 500 000 manata Cavabdeh1 satılması qərara alınmışdır. xx xxxxxxxx 2003-cü il tarixli alqı-satqı aktına əsasən RKC-ın balansında olan İ.Şamil küçəsində yerləşən, 10 500 000 manata satılmış 20 saylı mağaza binası Cavabdeh1 təhvil verilmişdir. xx xxxxxx 2005-ci il tarixli müqavilə ilə Zaqatala rayon Kooperativlər Cəmiyyətinin nümayəndəsi X1 rayon DTİ, MHC və SKİ xx xxxxxx 2004-cü il tarixli 117 qeydiyyat vəsiqəsinə və xx xxxxxx 2004-cü il tarixli 83 nömrəli arayışına əsasən Zaqatala rayon Kooperativlər Cəmiyyətinə məxsus olan Zaqatala şəhəri İ.Şamil küçəsində yerləşən 20 saylı mağaza binasını Cavabdeh1 10 500 000 manata satmışdır. Satılmış əmlakın dəyəri olan 10 500 0xx xxxxx 100641 nömrəli kassa mədaxil orderinin qəbzi ilə Cavabdeh1 tərəfindən ödənilmişdir. xx.xx.2007-ci il tarixdə, ********* qeydiyyat nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli kitabın 23-cü nömrəli vərəqəsində qeydiyyata alınmış DƏDRX HDQH DƏDR-dən Çıxarışla Zaqatala şəhəri İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kvm ümumi sahədən, 85 kvm əsas, 414 kvm köməkçi sahədən ibarət mağaza binası tam mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətinə verilmişdir. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi, Zaqatala rayon Kooperativlər Cəmiyyəti İdarə Heyəti və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı Zaqatala RKC idarə Heyətinin xx xxxxxxxx 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın xx xxxxxxxx 2003-cü il tarixli 152 saylı qərarının, Zaqatala rayon X19 bağlanmış xx xxxxxx 2005-ci il tarixli 4-Ə-40 nömrə ilə qeydə alınmış alqı satqı müqaviləsinin, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən aparılmış MH seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi ********* olan, qeydiyyat tarixi xx.xx.2007-ci il olan qeydiyyatın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbаycаn Respublikаsının Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilən qanun normaları və Azərbаycаn Respublikаsının Konstitusiya Məhkəməsi Plenumunun qərarlarını nəzərə alaraq hesab edir ki, iddiaçı özü bütünlüklə hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmadığı halda bu iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının subyektiv hüququ olmadığından onun hazırki iş üzrə iddia tələbinin qanuni əsası da yoxdur. Məhkəmə kollegiyası iddiaçının X11 x xxxxxxxx 2003-cü il tarixli, 152 nömrəli qərarının etibarsız hesab edilməsi ilə bağlı iddiaya və qətnamənin həmin iddia ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın həmin hissəsini təmin etməklə digər tərəflərin mənafeyinə zidd nəticəyə gəlmişdir. Çünki, həmin qərar ilə X20 Zaqatala rayon kooperativ cəmiyyətinə aeraport ərazisində yerləşən «Kosmos» yeməkxana binasının 4500,0 min manat, Zaqatala şəhəri avtovağzal ərazisində yerləşən «Görüş» yeməkxana binasının 6500,0 min manat, Zaqatala şəhəri Şamil küçəsində yerləşən qənnadi sexinin 1000,0 min manat, Zaqatala şəhəri Şamil küçəsində yerləşən 20 saylı mağaza binasının 10500,0 min manat razılaşdırılmış qiymətlərlə payçılara satılmasına razılıq vermişdir. Bu qərarın ləğv edilməsi Zaqatala şəhəri Şamil küçəsində yerləşən 20 saylı mağaza binasına aid məsələni həll etməklə yanaşı həmin qərarın əhatə etdiyi digər əmlakların da taleyini həll etmişdir. Daha sonra birinci instansiya məhkəməsi İddiaçı ilə cavabdeh ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini qət etmişdir ki, bununla da, bu iş üzrə özünün daha əvvəl qəbul etdiyi X11 x xxxxxxxx 2003-cü il tarixli, 152 nömrəli qərarının etibarsız hesab edilməsi ilə bağlı qərarının əksinə olan qərar qəbul etmişdir. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Zaqatala rayon Kooperativlər Cəmiyyəti ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır . Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı iddia edildiyi zaman, yəni xx xxxxxx 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının x xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, MM-in 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməlidir; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalıdır; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” xx xxx 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri iləəlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarlarının tələbləri baxımından müəyyən etdiyi hallar üzrə belə nəticəyə gəlir ki, hazırki iş üzrə tərəflər arasında alqı-satqı barədə razılaşma olmadığından nə iddiaçı, nə də cavabdeh tərəf müqavilənin bağlanması üçün notariat kontoruna müraciət etməmişlər. Ələlxüsus hazırki iş üzrə İddiaçı cavabdehlərdən bunu tələb etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları əlaqəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsaslı olduğundan inandırıcıdır, iddiaçının iddia tələbinin qanuni əsası mövcud deyildir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlir ki, işin yuxаrıdа şərh olunаn hаllаrını və qаnunvericilik аktı normаlаrını nəzərə аlmаyаn Yevlax Rayon Məhkəməsi iddiаnı təmin etməklə düzgün nəticəyə gəlmədiyindən və birinci instаnsiyа məhkəməsi tərəfindən qətnаmə qəbul olunаrkən yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı pozulduğundаn cavabdehlər Cavabdeh1 və onun nümayəndəsi, həmçinin vəkili Vəkil2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsinin rəisi Ehtiram Səmədov tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(033)-230/2020 nömrəli qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, həmin qətnamə ilə, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi, Zaqatala rayon Kooperativlər Cəmiyyəti və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı Zaqatala rayon Kooperativlər Cəmiyyəti İdarə Heyətinin xx xxxxxxxx 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın xx xxxxxxxx 2003-cü il tarixli 152 saylı qərarının, 14 fevral 2005-ci il tarixli alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın mülkiyyətə verilməsinə dair qeydiyyatın etibarsız hesab edilməsi və Kooperativlər Cəmiyyəti ilə aralarındakı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiаsı rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və onun nümayəndəsi, həmçinin vəkili Vəkil2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsinin rəisi Ehtiram Səmədov tərəfindən verilmiş аpellyаsiyа şikаyətləri təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(033)-230/2020 nömrəli qətnаməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi, Zaqatala rayon Kooperativlər Cəmiyyəti və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı Zaqatala rayon Kooperativlər Cəmiyyəti İdarə Heyətinin xx xxxxxxxx 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın xx xxxxxxxx 2003cü il tarixli 152 saylı qərarının, 14 fevral 2005-ci il tarixli alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın mülkiyyətə verilməsinə dair qeydiyyatın etibarsız hesab edilməsi və Kooperativlər Cəmiyyəti ilə aralarındakı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiаsı rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 138 (bir yüz otuz səkkiz) manat İddiaçı alınaraq Az.MEM, VÖEN**********, X9,KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ22 nömrəli hesaba keçirilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-427/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-427/2021
31.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Sair mülki iş - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver