Məhkəmə qərarları › İş №2(102)-278/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-278/2020

18.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-278/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Qasımov Samir Saday oğlunun iştirakları ilə, İddiaçı və vəkili Qasımov Samir Saday oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2019-cu il tarixli, 2(103)-10275/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 28.03.2019-cu il tarixli, 2(006) -1355/2019 saylı qətnaməsi ilə (hakim S.F.Cəfərov) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “əqdin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2019-cu il tarixli, 2(103)-10275/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi İ.K.Xəlilov, V.N.Sadıqov, A.N.İmanov) İddiaçı apellyasiya şikayəti təmin olunmayaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.03.2019-cu il tarixli qətnaməsinin Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 22.02.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri 22 saylı Notariat Kontorunun 22.02.2017-ci il tarixli, 3m-25 saylı icra qeydinin ləğv edilməsi və icra vərəqinin geri tələb edilməsi barədə iddia tələ binin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanması qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə onun arasında bağlanmış 22.02.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri 22 saylı Notariat Kontorunun 22.02.2017-ci il tarixli, 3m-25 saylı icra qeydinin ləğv edilməsi, məcburi gətirilməyə dair 09 iyul 2018-ci il tarixli qərarın ləğv edilməsi və icra vərəqinin geri tələb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə əvəllər heç bir əlaqəsi olmamışdır. O, atası Məmmədov Surxayın bir müddət biznes ortağı olmuş sonradan onların bu şərikliyi dərin böhrana düşmüşdür. Nəticədə həm atası, həm də cavabdeh Musayev ziyana düşmüşlər. Hə tta iş hüquq mühafizə orqanlarına da gedib çıxmışdır. Lakin Musayev bu uğursuzluqda birtərəfli olaraq atasını günahlandırmış və atasını tutdurmaqla hədələmişdir. Atasına görə o da onunla saxta borc müqaviləsi bağlamağa razı olmuşdur. Bundan sonra 22 saylı notariusa gedərək formal borc müqaviləsi bağlamışdır. Əslində cavabdeh faktiki olaraq mövcüd olmayan bir münasibəti notariatda qeyd etdirmək istəyirdi ki, gələcəkdə ondan ziyana düşdüyü 4500 dollar pulu alsın. Bu isə, əlbəttə ki, yalan əqd idi. Notariat kontorunda da o, notariusa bildirmişdir ki, aralarında faktiki olaraq heç bir borc məsələsi yoxdur. Bu yaxınlarda məlum olmuşdur ki, Binəqədi icra məmuru onu axtarır və hətta Binəqədi Rayon Məhkəməsi barəsində 09 iyul 2018-ci il tarixli məcburi gətirmə qərarı vermişdir. Bakı şəhər 22 saylı Notariat Kontoru həmin borc müqaviləsinə əsssən ona qarşı 3m-25 saylı «İcra Qeydiyyatı» aparmış və icraya göndərmişdir. Lakin həmin icra işi də borc müqaviləsi kimi qanunsuz və saxtadır. Çünki icra işi açmaq üçün Notariat Kontoru 30 gün ərzində ona 3 dəfə xəbərdarlıq məktubu göndərməli idi. Faktiki olaraq əqdə imza edən zaman ondan 4500 ABŞ dolları almamışdır. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili Qasımov Sa mir Saday oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və vəkili Qasımov Samir Saday oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabd ehlər Cavabdeh2 və Cavabdeh 3 nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı, vəkili Qasımov Samir Saday oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbi nə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş material larında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 22.02.2017-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən Cavabdeh2 (borc verən) İddiaçı (borc alan) 4500 ABŞ dolları məbləğində borc pul verir. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qərardadının surətinə əsasən 22 saylı Notariat Kontorunun 3M-25 saylı, 22.02.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı Binəqədi rayonu icra və probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi 22.02.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri 22 saylı Notariat Kontorunun 22.02.2017-ci il tarixli 3m-25 saylı icra qeydinin ləğv edilməsi və icra vərəqin in geri tələb edilməsi barədə işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, mübahisəli müqavilənin etibarsız hesab olunması üçün heç bir əsas yoxdur. İş materiallarından görünür ki, tərəflər arasında notariatda təsdiq olunmuş kredit müqaviləsi mövcuddur. Notariatda təsdiq olunmuş müqavilənin məzmunca həqiqi olması prezumpsiyası mövcuddur. Sənədin həqiqiliyi qəti müəyyəndirsə (hazırkı işdə notariatda təsdiq olunmuş müqavilə), yəni imza həqiqətən də sənəddə göstərilən şəxslərə məxsusdursa, qarşı tərəf yalnız sənədin məzmunca yanlış olması barədə etirazları ilə sənədin məzmunca düzgün və tam olması prezumpsiyasını qüvvədən sala bilməz. Həmin etirazlardan əlavə, o, sənədin məzmun baxımından düzgün olmaması və ya başqa məqsədlə, fərqli qeyd-şərtlərin olmasını sübut etmə lidir. Hazırkı işdə iddiaçı notariatda təsdiq olunmuş müqavilənin məzmununun düzgün olmamasına istinad etdiyi üçün bununla bağlı sübutlar təqdim etmək onun üzərinə düşür. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əgər tərəf yazılı sənədin məzmununun düzgün olmamasına istinad edirsə, elə tutarlı sübutlar gətirməlidir ki, yazılı sübutun məzmununun həqiqi olmamasını birmənalı təsdiq etmiş olsun. Lakin iddiaçı bu vəzifənin öhdəsindən gələ bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, icra qeydinin qanunsuz verilməsi barədə tələblə bağlı da birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu m üəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə icra qeydi aparılır. Qanunun məzmunundan göründüyü kimi notarius təqdim edilmiş sənədlər üzrə borcun mübahisəsiz olduğunu təsdiq etdiyi təqdirdə icra qeydi verməlidir. İş materiallarından görünür ki, borc müqaviləsinin mövcudluğu və borclunun ona qarşı etirazının olmaması borcun mübahisəsiz olmasını təsdiq edən sənəddir. Qanunverici borcun olmasını təsdiq edən sənəddə mübahisəli halların olmamasını nəzərdə tutur. Notarius icra qeydi aparmaqda tam səlahiyyətli olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 22.02.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri 22 saylı N otariat Kontorunun 22.02.2017-ci il tarixli, 3m-25 saylı icra qeydinin ləğv edilməsi və icra vərəqinin geri tələb edilməsi barədə iddia tələbinin rədd edilməsi hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı müqavilənin etibarsızlığı ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulan 1 illik kəsici müddəti də ötürmüşdür. Belə ki, 22.02.2017-ci il tarixli kredit müqaviləsi nin etibarsızlığı ilə əlaqədar 18.12.2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2019-cu il tarixli, 2(103)-10275/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar