Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2782/2023 18.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyan, delikt öhdəliyi, işçinin vurduğu zərərə görə məsuliyyət, öhdəliklərə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qa rşı müqavilələrin ləğv edilməsi, maddi və mənəvi zərər tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1075/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 30 aprel 2008-ci il tarixli, 260 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçıya illik 28 faiz dərəcəsi ilə 18 ay müddətinə 5112 manat kredit verilmişdir. İddiaçı eyni tarixli ipoteka müqaviləsi əsasında sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq mülkiyyətində olan “Mercedes Benz 190” markalı, 10XT443 dövlət qeydiyyat nişanlı, buraxılış ili 1990-cı il olan avtomobili ipoteka ilə yüklü etmişdir.
2. Mübahisəli avtomobil iddiaçının verdiyi etibarnamə əsasında onun qohumu X1 faktiki sahibliyində və istifadəsində olmuşdur. 3. 2010-cu ilin sentyabr ayında bankın problemli kreditlər şöbəsinin müdiri Cavabdeh1 mübahisəli avtomobili götürərək banka təhvil vermişdir. 4. 05 mart 2021-ci il tarixdə Bank tərəfindən iddiaçıya kredit müqaviləsi üzrə yaranmış 4061,82 manat əsas, 771,57 manat faiz olmaqla, cəmi 4833,39 manat borcun ödənilməsi tələbi barədə bildiriş göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edər ək, onunla Bank arasında bağlanmış kredit və ipoteka müqavilələrinin ləğv edilərək öhdəliklərə xitam verilməsi, ona məxsus olan avtomobilin Bank tərəfindən müqavilə şərtləri pozulmaqla satılması nəticəsində ona vurulmuş maddi zərərin əvəzi qismində 7500 manat, mənəvi zərərin əvəzi qismində 10.000 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, kredit müqaviləsinə əsasən borcun ödənilməsində ilk 6 ay ərzində heç bir problem olmamış, daha sonra maddi vəziyyəti ağırlaşdığına görə ödəmələrdə gecikmələr yaranmışdır. Daha sonra Cavabdeh1 tələbi ilə 01 fevral 2011-ci il tarixdə avtomobilə dair Kürdəmir rayon sakini X2 adına etibarnamə vermişdir. Şifahi razılığa əsasən avtomobil hərracda satılıb əldə olunan vəsait borcun silinməsinə yönəldilməli olub. Avtomobil götürülərkən cavabdeh tərəfindən heç bir sənəd verilməyib. 2018-ci ilin dekabr ayında iddiaçı təzə kredit götürmək istəyəndə məlum olmuşdur ki, onun Banka 5900 manat borcu qalmışdır. Bundan sonra aldadıldığını başa düşmüş və Zərdab Rayon Prokurorluğuna və polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Bankın problemli kreditlər şöbəsinin müdiri vəzifəsində işləmiş cavabdeh girov predmeti olan avtomobili Elnur Məmmədovun əlindən alaraq bankın müvəqqəti duracağına yerləşdirmiş, sonradan avtomobilə dair ayrı-ayrı şəxslərə etibarnamələr verilmiş, avtomobil 14 oktyabr 2014-cü il tarixdə Bank tərəfindən satılsa da, borc bağlanmamışd ır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı hesab edir ki, cavabdeh Bankın işçisi kimi fəaliyyət göstərib ona maddi və mənəvi zərər vurduğundan, hər iki cavabdeh vurulmuş zərərə görə məsuliyyət daşıyır. Bundan əlavə, kredit və ipoteka müqavilələrinin şərtləri Bank tərəfindən əhəmiyyətli dərəcədə pozulduğuna görə həmin müqavilələr ləğv edilib öhdəliklərə xitam verilməlidir.
7. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, avtomobil 2010-cu ilin sentyabr ayında götürüldüyünə görə iddiaçı hüquqlarının pozulduğunu həmin vaxtdan bilmiş, lakin 10 illik ümumi iddia müddətini də buraxmaqla məhkəmədə iddia qaldırmışdır. İddia müddəti buraxılmaqla yanaşı, iddiaçı ona zərər vurulmasını da sü but edə bilməmişdir.
8. Fond vəsatətlə məhkəməyə müraciət edərək Bank ləğvetmə prosesində olduğuna görə “Banklar haqqında” Qanunun 72.1.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 261.0.1-ci maddələrinə əsasən hazırkı işin icraatına xitam verilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 04 avqust 2021-ci il tarixli 9/2801 saylı rəyinə əsasən, mübahisəli avtomobilin 2011-ci ildə orta bazar qiyməti təxminən 7500 manat müəyyən edilmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 noyabr 2021-ci il tarixli, 2(006)-1654/2021 saylı qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia qismən təmin edilmiş, maddi zərərin əvəzi kimi 7500 manat məbləğ ində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçını aldatmış, avtomobili ondan almış, lakin iddiaçının borcu Bankdan silinməmişdir. Beləliklə Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində iddiaçiya maddi zərər dəymişdir. İddianın rədd edilmiş hissəsində isə məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı həmin hissədə məhkəməyə sübutlar təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəlləsi) 21.1, 21.2, 170.2, 1096.1, 1096.2, 1097.1 və 1115-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank tərəfindən müqavilə öhdəlikləri əhəmiyyətli şəkildə pozulduğuna görə kredit və ipoteka müqavilələrinin ləğv edilməsinə kifayət qədər əsaslar olduğu halda, məhkəmə maddi hüquq normalarını pozaraq iddianı həmin hissədə təmin etməmişdir. Bundan əlavə, cavabdeh Bankın işçisi kimi ona ziyan vurduğundan, ziyanın əvəzinin ödənilməsinə görə Fond onunla birlikdə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə maddi hüquq normalarını pozaraq iddianı Fonda qarşı hissədə təmin etməmişdir. Delikt nəticəsində iddiaçıya mənəvi zərər vurulması da aşkar olduğu halda, məhkəmə əsassız olaraq bu hissədə də i ddianı təmin etməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
15. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya zərər vurulması sübuta yetirilmədiyi və iddia müddəti keçdiyi halda, məhkəmə işin faktiki hallarını tam araşdırmayaraq, əsassız olaraq iddianı ona qarşı hissədə təmin etmişdir. Bundan əlavə, o, Bankın işçisi kimi fəaliyyət göstərdiyindən, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən iddiaçı qarşısında mülki məsuliyyəti Bank daşıyır və iddia Banka qarşı qaldırılmalı idi.
17. Bakı Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 25 may 2022-ci il tarixli, 2(103)-2101/2022 nömrəli qətnaməsi ilə (hakimlər - İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və iddia tələbi rədd edilmişdir.
18. Məhkəmə iş materialları əsasında müəyyən etmişdir ki, mübahisəli avtomobil Bankın Problemli kreditlər şöbəsinin müdiri vəzifəsində işləmiş Cavabdeh1 tərəfindən qanunsuz olaraq 2010-cu ildə qanuni sahibindən götürülərək Bankın duracağına yerləşdirilmişdir. Bu hal Cavabdeh1 Zərdab Rayon Prokurorluğunda araşdırma aparılarkən verdiyi izahatı ilə təsdiq olunur. Həmin avtomobil Bankla bağlanmış ipoteka müqaviləsinə əsasən Bankın razılığı olmadan özgəninkiləşdirilə bilməzdi. Avtomobil 2010-cu ildə Bankın dayanacağına yerləşdirildikdən sonra dəfələrlə etibarnamə ilə ayrı-ayrı şəxslərin istifadəsinə verilmiş, 14 oktyabr 2014-cü il tarixdə isə alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bankın kredit və ipoteka müqavilələri üzrə borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə uzun müddət məhkəmədə iddia qaldırmaması və yalnız 05 mart 2021-ci il tarixdə iddiaçıya bildiriş göndərməsi, avtomobilin harada olması ilə maraqlanmaması və nəhayət 14 oktyabr 2014-cü il tarixdə satılması Bankın həmin avtomobilin iddiaçının qanuni sahibliyindən çıxıb faktiki olaraq Bankın sahibliyinə keçməsindən məlumatlı olması barədə nəticəyə gəlməyə kifayət qədər əsas verir.
19. Avtomobil qanunsuz olaraq iddiaçının və onun etibarnamə verdiyi Elnur Məmmədovun sahibliyindən götürülüb satılsa da, Banka olan borcunun ödənilməsinə sərf olunmamış, nəticədə ona maddi ziyan dəymişdir. İddiaçıya maddi ziyan vurulması ilə nəticələnmiş delikti Bankın işçisi olan Cavabdeh1 törətmişdir. Buna görə də Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, bank öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, kredit və ipoteka müqavilələrinin ləğv edilməsi tələbinə dair iddia bilavasitə müqavilənin tərəfi olan Banka qarşı, işçinin törətdiyi mülki hüquq pozuntusuna görə vurulmuş maddi və zərərin əvəzinin ödənilməsi barədə iddia işçinin işlədiyi Banka qarşı yönəldilməli olduğundan, iddia tələbi ona cavab verməli olmayan cavabdehə və Fonda qarşı yönəldiyindən, təmin edilə bilməz.
21. Kollegiya hesab etmişdir ki, iddia əsl cavabdehə qarşı yönəlmədiyindən, kredit və ipoteka müqavilələrinin ləğv edilməsi, iddiaçıya maddi və mənəvi zərərin vurulması və iddia müddətinin tətbiqi barədə məsələnin araşdırılmasına lüzum yoxdur. Qeyd olunan məsələlər iddia tələbi əsl cavabdehə qarşı irəli sürüldüyü halda araşdırma predmeti ola bilərdi.
22. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2, 59.4, 60.2, 61.7, 386.1, 421.1, 1096.2, 1097.1, 1099.1 və 1114.1-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası m əhkəməsindəki birinci icraat
23. İddiaçı kassasiya şikayəti və ona əlavə verərək, qətnamənin ləğv edilib, iddia tələbinin tam təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. Bunu nəzərə alaraq, Ləğv prosesində olan Bankın hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddia tələbinin Fonda qarşı qaldırılması əsaslıdır. Bundan başqa, avtomobilin satılması, satışdan əldə olunan məbləğin borcun ödənilməsinə yönəldilməməsi, bu barədə iddiaçıya məlumat verilməməsi müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması halı kimi müəyyən edilməli və müqavilənin ləğvi üçün əsas kimi qəbul edilməli idi. Əlavə olaraq öhdəliyin yaln ız Cavabdeh1 üzərinə qoyulması düzgün olmamışdır, çünki o vəzifələrini icra edərkən Bankın işçisi olmuşdur. Birinci instansiya məhkəməsi qətnamədə ümumiyyətlə Bank haqqında heç bir əsaslandırma qeyd etməmişdir. Apellyasiya instansiyası məhkəməsi mənəvi zərərlə bağlı tələbə münasibət bildirməmişdir. Bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə müqavilə şərtlərinə və qanunvericiliyin tələblərinə riayət edilməmiş, iddiaçıya və digər subyektlərə bildirişlər göndərilməmişdir. Bu, qanunvericiliyin və müqavilə şərtlərinin kobud şəkildə pozulmasıdır. Odur ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək səhv nəticəyə gəlmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 oktyabr 2022-ci il tarixli, 2(102)-5246/2022 saylı qərarı ilə B akı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün göndərilmişdir.
26. Kollegiya qeyd etmişdir ki, baxılan iş üzrə iddia tələbi iki hissədən ibarət olmuşdur: iddiaçıya məxsus avtomobilin qanunsuz olaraq özgəninkiləşdirilməsi nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsi, iddiaçıya məxsus ipoteka predmeti olan avtomobilin borcun əvəzi kimi ondan alınaraq Banka təhvil verildiyinə görə kredit və ipoteka müqavilələri üzrə öhdəliklərə xitam verilməsi (müqavilələrin ləğv edilməsi).
27. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi əsl olmayan cavabdehlərə qarşı verildiyi əsası ilə iddianı rədd etmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin ləğv prosesində olan Banka təyin edilmi ş ləğvedicinin (baxılan işdə Fondun) həmin Bank tərəfindən vurulmuş zərərin ödənilməsi və onunla bağlanmış müqavilənin ləğvi tələbləri üzrə əsl cavabdeh olmadığı barədə mövqeyini qanuni və əsaslı hesab etmiş, bu hissədə həmin məhkəmənin əsaslandırılması ilə razılaşmışdır.
29. Məhkəmə kollegiyası buna baxmayaraq hesab etmişdir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
30. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində Bankın işçisi Cavabdeh1 tərəfindən iddiaçıya ziyan vurulduğu, ona qarşı delikt törədildiyi barədə nəticəyə gəlmişdir.
31. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin dispozisiya şərtlərinə görə zərərin tam həcmdə ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilm əlidir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; zərər vuran şəxsin təqsirli olması.
32. Baxılan iş üzrə işin müəyyən edilmiş hallarının sadalanan dispozisiya şərtləri ilə uyğunluq təşkil edib-etmədiyi ilə bağlı hüquqi dəyərləndirmə aparılmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı kredit öhdəliyini yerinə yetirmədiyi üçün ipoteka predmeti olan avtomobil Bankın işçisi Cavabdeh1 tərəfindən qanunsuz götürülərək Banka təhvil verilsə və sonradan satılsa da, Banka olan borcunun ödənilməsinə sərf olunmamış, nəticədə iddiaçıya maddi ziyan dəymişdir.
33. Məhkəmə avtomobilin iddiaçının iradəsinə zidd olaraq özgəninkiləşdirilməsində sonuncunun təqsiri nin nədən ibarət olduğu və onun hərəkəti ilə iddiaçıya ziyan vurulması arasında səbəbli əlaqənin mövcud olduğunu, başqa sözlə Cavabdeh1 mülki hüquq pozuntusu törətməsi barədə gəldiyi qənaətini maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamışdır. Halbuki MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
34. Apellyasiya instansiyası məhkəməsi bununla yanaşı, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən belə qənaətə gəlmişdir ki, Bankın işçisi Cavabdeh1 delikt törətmiş olsa da, onun törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün həmin şəxs deyil, məhz Bank məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zər ərin əvəzi Bank tərəfindən ödənilməlidir.
35. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd olunan hissədə apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1099.1-ci maddəsini düzgün təfsir etməmiş və həmin maddəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən verilmiş rəsmi şərhi nəzərə almamışdır.
36. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vur muş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Lakin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işçi kimi delikt törətmiş şəxs onun əməli nəticəsində törədilmiş deliktə görə yaranmış zərərin ödənilməsi tələbinə cavab verməli olan şəxs deyil.
37. Hazırkı işin qanuni həlli baxımından əhə miyyət kəsb edən, amma məhkəmələr tərəfindən hüquqi qiymət verilməmiş digər hal isə ondan ibarətdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə eyni vaxtda biri-birini istisna edən iki tələb irəli sürmüşdür.
38. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı öz tələbində həm ona məxsus avtomobilin qanunsuz olaraq özgəninkiləşdirilməsi nəticəsində dəymiş zərərin ödənilməsini, həm də özünə məxsus ipoteka predmeti olan avtomobili borcun əvəzi kimi ondan alınaraq Banka təhvil verildiyinə görə kredit və ipoteka müqavilələri üzrə öhdəliklərə xitam verilməsini tələb etmişdir. İddiaçının özünün bildirdiyinə görə irəli sürülən iki tələbin eyni anda təmin olunması qeyri-mümkündür. Çünki əgər iddiaçının bildirdiyi kimi cavabdehlərin (və ya onların işçilərinin) iddiaçıya vurduğu delikt nəticəsində məhrum olduğu əml akın dəyəri ona ödənilməlidirsə, onda iddiaçının kredit və ipoteka predmetləri üzrə öhdəlikləri qüvvədə qalmış olur (nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin tam icra edilmədiyi işin mübahisəsiz halıdır). Əksinə iddiaçının bildirdiyi kimi əgər tərəflər arasında əldə edilmiş şifahi razılığa əsasən ipoteka predmeti olan avtomobilin üçüncü şəxslərə satılaraq borcun ödənilməsi şərtilə iddiaçının kredit müqaviləsi üzrə öhdəliklərinə xitam verilmişdirsə onda iddiaçıya maddi və mənəvi ziyanın vurulduğu istisna edilir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
39. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1075/2023 nömrəli iş üzrə 13 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər G.T.Axundov (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və F.F.Babayev ) cavabdehin apellyasiya şikayəti təmin, iddiaçının apellyasiya şikayəti qismən edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmiş, iş üzrə keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 manat məbləğində pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddiaçı tərəfindən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin özlərinə aid olunması qət edilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi iki hissədən ibarətdir:
1. Bank of Azerbaijan” ASC ilə iddiaçı arasında bağlanmış 30 aprel 2008-ci il tarixli, 260 saylı kredit müqaviləsini və 30 aprel 2008-ci il tarixli, 260 saylı ipoteka müqaviləsini ləğv edərək, müqavilələr üzrə olan öhdəliklərə xitam verilməsi; iddiaçıya məxsus 10XT443 dövlət qeydiyyat nömrəli, tipli sedan, mühərrik **********6050, BanWDB2010241A535033, buraxılış ili 1990-cı il rəngli tünd göy rəngdə olan “Mercedes-190” markalı avtomobilin xx.xx.2014-cü il tarixində bank tərəfindən müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozaraq avtomobilin satılması nəticəsində ona dəymiş 7500 manat maddi ziyanın və 10.000 manat mənəvi ziyanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçıya ödənilməsi.
41. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, hazırkı halda iddiaçı bir-birinə zidd olan iki iddia tələbi ilə eyni zamanda məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən irəli sürülən iki tələbin eyni anda təmin olunması qeyri-mümkündür, əgər iddiaçının bildirdiyi kimi cavabdehlərin (və ya onların işçilərinin) iddiaçıya qarşı törətdiyi delikt nəticəsində məhrum olduğu əmlakın dəyəri ona ödənilməlidirsə, onda iddiaçının kredit və ipoteka predmetləri üzrə öhdəlikləri qüvvədə qalmış olur. Əksinə əgər tərəflər arasında əldə edilmiş şifahi razılığa əsasən ipoteka predmeti olan avtomobilin üçüncü şəxslərə satılaraq borcun ödənilməsi şərti ilə iddiaçının kredit müqaviləsi üzrə öhdəliklərinə xitam verilmişdirsə, onda iddiaçıya maddi və mənəvi ziyanın vurulduğu istisna edilir.
42. Birinci instansiya məhkəməsi kredit və ipoteka müqavilələrinin ləğv edilməsi və müqavilə ilə bağlı öhdəliklərə xitam verilməsi barədə iddia tələbini təmin etməmiş, ona istinad etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən müqavilələrin ləğv edilməsi üçün hər hansı əsasın mövcud olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir.
43. Məhkəmə kollegiyası iddiaçının qeyd edilən tələbi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı halda ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiaçının iddia tələbinə cavab verməli olan cavabdeh deyildir.
44. Belə ki, məhkəmə kollegiyası qeyd etmişdir ki, kredit və ipoteka müqaviləsinin ləğvi tələbi ləğv prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn iddia tələbi olduğundan Əmanətlərin Sığortalanması Fonduna deyil, ləğv prosesində olan banka qarşı verilməlidir.
45. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alar aq hesab etmişdir ki, müqavilənin ləğvi barədə iddia tələbi ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı yönəldildiyindən rədd edilməlidir.
46. İşə təkrar apellyasiya baxışında baxılması zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdehin əsl Cavabdeh2 ASC ilə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etsə də, məhkəmə kollegiyası qeyd etmişdir ki, əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi işə birinci instansiya məhkəməsində baxılması zamanı - işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər, yaxud bunun üçün əsaslar məhkəmə gedişində əmələ gəlmiş olsa məhkəmə baxışı zamanı həll edilməli məsələ olduğu üçün hazırkı mərhələdə mülki prosessual qanunvericilik yol vermədiyindən ərizə təmin edilməməlidir.
47. İddiaçının mad di və mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı həm Cavabdeh1, həm də ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
48. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçını aldatmış, avtomobili ondan almış, lakin iddiaçının borcu Bankdan silinməmişdir. Beləliklə Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində iddiaçiya maddi zərər dəymişdir.
49. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı halda Cavabdeh1 tərəfindən iddiaçıya hansı zərərin vurulması, zərərin vurulması ilə cavabdehin hərəkətləri arasında əlaqənin olması, törədilmiş əməlin hüquqazidd olma sı məsələsi aydınlaşdırılmalıdır.
50. İş materiallarından da göründüyü kimi, iddiaçıya məxsus 10XT443 dövlət qeydiyyat nömrəli, tipli sedan, mühərrik **********6050, Ban-WDB2010241A535033, buraxılış ili 1990-cı il rəngli tünd göy rəngdə olan “Mercedes-190” markalı avtomobil iddiaçının razılığı ilə bank qarşısında olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ondan Cavabdeh1 tərəfindən götürülmüşdür. Bu hal iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli Qərarında Cavabdeh1 tərəfindən verilən izahatı ilə təsdiq olunur. Qərarda, o cümlədən Cavabdeh1 avtomobili sataraq əldə olunan pulu öhdəliyin icrasına yönəltməyərək mənimsəməsi faktının təsdiq olunmadığı qeyd edilir.
51. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli avtomobil Bankla bağlanmış ipoteka müqaviləsinə əsasən Bankın razılığı olmadan özgəninkiləşdirilə bilməzdi. Avtomobil Bankın dayanacağına yerləşdirildikdən sonra dəfələrlə etibarnamə ilə ayrı-ayrı şəxslərin istifadəsinə verilmiş, 14 oktyabr 2014-cü il tarixdə isə alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir (səhifə 55).
52. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı bankla arasında bağlanmış 30 aprel 2008-ci il tarixli, 260 saylı kredit müqaviləsinin təminatı olaraq – müqavilə onun tərəfindən icra edilmədiyi üçün banka təhvil verilmiş və özgəninkiləşdirilmişdir.
53. Məhkəmə kollegiyası belə olan halda hesab etmişdir ki, iddia tələbi Cavabdeh1 münasibətdə rədd edilməlidir.
54. Məhkəmə kollegiyası digər tərəfdən qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən iddiaçıya hər hansı zərə r vurulması təsdiqini tapmadığı üçün mənəvi zərərin ödənilməsi tələbinə dair hissədə də iddia tələbi təmin edilməməlidir.
55. Məhkəmə kollegiyası qeyd etmişdir ki, maddi və mənəvi zərərin cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulması hissədə də iddia əsassız oluğundan rədd edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
56. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
57. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, törədilmiş delikt müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması halıdır. Belə ki, borcun təminatı olan avtomobil şəxsdən götürülmüş, lakin borcun ödənilməs inə yönəldilməmişdir. Bununla bağlı, həmçinin iddiaçının banka borcunun qalması ilə bağlı ona hər hansı xəbərdarlıq, rəsmi sənəd yaxud şifahi bildiriş verilməmişdir. Bu isə, müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması halıdır. Buna görə də iddiaçının müqavilənin ləğv edilməsi tələbi ilə çıxış etməsi üçün əsasları vardır. Müvafiq tələblə qarşı tərəfə təklif verilsə də, həmin təklifə ləğv prosesində olan Cavabdeh2dan hər hansı cavab gəlməmişdir, bu səbəblə məhkəmədə iddia tələblərindən biri kimi müqavilənin ləğv edilməsi və bundan irəli gələrək tərəflər arasında olan öhdəliklərə xitam verilməsi göstərilmişdir. Məhkəmənin vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı mövqeyi ziddiyyətlidir. Zərərin vurulması ilə bağlı bütün sübutlar təqdim edilmişdir. Hazırkı işdə bankın işçis i tərəfindən təqsirli olaraq mülki qanunvericiliyin normalarını pozan qanunsuz əməl törədilmişdir. Nəticədə bu əməl nəticəsində iddiaçıya zərər vurulmuşdur. Mülki qanunvericiliyin normalarına görə şəxs zərərin tam şəkildə ödənilməsini tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi faktiki halları tam araşdırmamışdır. Bank “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə də riayət etməmişdir. Bankla İddiaçı arasında ipoteka predmetinin yönəldilməsi ilə bağlı hər hansı üsulun seçilməsi barədə əlavə razılaşma mövcud deyil. Bu fakt bank tərəfindən qanun pozuntusuna yol verildiyini göstərir. Qeyd edilmiş müqavilə bəndinə nəzər yetirdikdə aydın olur ki, müqaviləyə xitam verilməsini tələb etməkdə iddiaçı tam haqlıdır. Orada yazılmışdır ki, mövcud müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvə yə minir və bu “İpoteka müqaviləsi” ilə təmin olunan öhdəliklər tamamilə yerinə yetirildiyi ana kimi qüvvədə qalır. İddiaçı öz öhdəliklərini tam yerinə yetirmişdir. Belə ki, o müvafiq ödənişləri bir müddət banka ödəmiş, lakin daha sonra həmin ödənişləri verməkdə çətinlik çəkdikdə bankın məsul şəxsi tərəfindən ipoteka predmetinin ondan götürülməsinə etiraz etməmişdir. Bununla da o öz tərəfindən yerinə yetirilməli olan bütün öhdəlikləri tamamilə yerinə yetirmişdir və ondan uzun müddət müqavilə üzrə (o cümlədən kredit müqaviləsi) öhdəliklərin yerinə yetirilməsi tələb edilməmiş, yaxud hansısa məbləğdə banka borcunun qalması barədə ona heç birbildiriş, rəsmi müraciət ünvanlanmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi hazırlıq iclasında əsl cavabdehin əvəz edilib-edilməməsi məsələsinə t oxunmamışdır. Bakı Apellyasiya Məhkəməsində işə baxılan zaman isə bu məsələyə önəm verməmişlər və əsl cavabdehin əvəz edilməsi ilə bağlı məsələni aydınlaşdırmamışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
58. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
59. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmas aydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
60. Maddə 59.4. Hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir.
61. Maddə 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır.
62. Maddə 61.7. Ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında aralıq ləğvetmə balansına uyğun olaraq onun təsdiq edildiyi gündən başlayaraq ödəyir.
63. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
64. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
65. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
66. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
67. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli Qərarı
68. Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına g ətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanı n olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır... İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədal ətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
71. Maddə
88. Məhkəmə sübutlara o byektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
72. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
73. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
74. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
75. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
76. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
77. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
78. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
79. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qə tnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
81. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
82. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
83. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
84. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, M əhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1075/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.