Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2784/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə yükü) 27.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1772/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 290.3 kv.m olan fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X6 adına qeydiyyata alınmışdır.
2. X15 ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2013-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, mübahisəli fərdi yaşayış evi 5300 manata sonuncuya satılmış və xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmışdır.
3. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehin əmisidir.
4. Hazırda iddiaçı mübahisəli evin 60.000 manata onun tərəfindən alındığını və təmir olunduğunu bildirərək, bununla bağlı çəkdiyi xərclərin əvəzinin ödə nilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mübahisəli ünvanda yerləşən, 6 otaqlı və digər yardımçı tikililəri olan fərdi yaşayış evinin satın alınmasına sərf edilmiş vəsaitin və həmin mülkün sökülərək yerində şəxsi vəsaitlə inşa etdirdiyi iki mərtəbəli (1-ci mərtəbəsində 3 yataq otağı, 2 qonaq otağı, 1 mətbəxi, hamam və tualeti, maşın qarajı, 2-ci mərtəbəsində 3 yataq otağı, 1 qonaq otağı və 1 ədəd ev əşyalarının yığılması üçün olan otağı) evin, kompüterlə işləyən seyf darvazanın inşa edilib başa çatanadək sərf edilmiş cəmi 250.000 manat vəsaitin və 540 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh onun qardaşı Saleh Hacıyevin qızıdır, əvvəllər aralarında hər hansı ədavət və narazılıqları olmamışdır. O, Şəmkir şəhərində başqa ünvanda qeydiyyatda olmasına baxmayaraq, xx.xx.2013-cü il tarixdə mübahisəli ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsini, eyni zamanda həmin sahədə yerləşən 6 otaqlı və digər yardımçı tikililəri olan fərdi yaşayış evini Eyvaz Süleymanovdan 60.000 manata satın almış, ancaq həmin vaxt onun adına Şəmkir şəhərində yerləşən digər fərdi yaşayış evinin olması və qanunvericiliyin tələbinə əsasən bir şəxsin adına 2-ci evin rəsmiləşdirilməsinin mümkünsüzlüyü səbəbindən cavabdehlə mehriban münasibətlərdə olduğuna görə evi qardaşı qızı olan cavabdehin adına rəsmiləşdirmişdir. Fərdi yaşayış evini sökdürərək yerində Rusiyada yaşa yarkən ona məxsus olan fərdi yaşayış evinin və digər ticarət obyektlərinin satılması nəticəsində əldə etdiyi vəsaitlə iki mərtəbəli, 1-ci mərtəbəsində 3 yataq otağı, 2 qonaq otağı, 1 mətbəxi, hamam və tualeti, maşın qarajı, 2-ci mərtəbəsində 3 yataq otağı, 1 qonaq otağı və 1 ədəd ev əşyalarının yığılması üçün olan otaq inşa etdirmişdir. Tikinti işlərini təxminən bir il ərzində başa çatdırıb, həmin mülkdə qardaşı Valeh Hacıyevlə yaşayır. Evin inşaat işlərində daş hörgü və suvaq işlərini Şəmkir rayonu Təzəkənd kənd sakini X12 briqadası, taxta dülgər işlərini Şəmkir şəhər sakini X7 briqadası, malyar işlərini X18 briqadası icra etmişlər. Təmir-tikinti işlərinə ümumi halda ən aşağı qiymətlə 250.000 manat sərf etmişdir. O və qardaşı Valeh evin inşasını başa çatdırdıqdan sonra, yəni 2014-cü ilin ortalarından bu günədək orada yaşayaraq mavi qazın sərfiyyatına görə ödənişləri əvvəlki sahibi Eyvaz Süleymanovun, elektrik enerjisinin sərfiyyatına görə ödənişləri isə cavabdehin adına ödəmişdir (bu barədə akt əlavə edilmişdir). Cavabdeh təxminən bir il olar ki, ailəsi ilə birlikdə Moskva şəhərində yaşayır. İddia ərizəsinin verilməsindən təxminən bir ay əvvəl telefonla cavabdehə zəng edərək, şəxsi vəsaiti hesabına alıb inşa etdirdiyi mübahisəli evin onun adından çıxarılması öz adına rəsmiləşdirilməsi üçün etibarnamə verilməsini xahiş etdikdə aralarında yaranmış mübahisə nəticəsində cavabdeh etibarnamə verməkdən imtina etmiş, bundan sonra əri Nümayəndə adına etibarnamə verərək Moskvadan Şəmkir şəhərinə göndərmiş, onu və qardaşı Valehi mübahisəli evdən çıxarması barədə göstəriş vermişdir. Nümayəndə evə gələrək onları ordan çıxarmaq məqsədi ilə mavi qaz xəttini kəsdirmiş, bütün qapıların qıfıllarını söküb dəyişdirmiş, internet xəttini məhv etmiş, həmçinin həyətə daxil olan darvazanın elektrik komputerini birləşdirən naqilləri kəsib yararsız hala salmışdır ki, onlar evi tərk etmək məcburiyyətində qalsınlar. Həmçinin evdə olan ona məxsus bütün geyim əşyalarını şkafdan çıxarıb dəhlizə atmışdır. Nümayəndə bu kimi qanunsuz əməlləri onlar arasında kəskin münaqişə yaratmışdır.
7. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı yalan və doğru olmayan dəlillərlə əsassız olaraq cavabdehdən pul tələb edir. Belə ki, mübahisəli fərdi yaşayış evi atasının ona hədiyyəsi olduğu üçün alqı-satqı müqaviləsi onun adına rəsmiləşdirilmişdir. Həmin illərdə torpaq sah əsi və fərdi yaşayış evlərinin dəyəri ucuz olduğundan, həmçinin ev alınarkən dağılmış vəziyyətdə olması nəzərə alınaraq həmin məbləğ orta bazar qiymətlərinə uyğun olmuşdur. İddiaçı tərəfindən təqdim edilən arayışda və reyestr çıxarışında fərdi yaşayış evinin otaqların sayı 3 göstərilməsinə baxmayaraq, ərizədə evdə 6 otaq olması göstərilmişdir. Bu hal onun yalan məlumat verməsinə dəlalət edir. İddiaçı qeyd edir ki, alqı-satqı müqaviləsi bağlanan dövrdə qanunvericiliyin tələblərinə əsasən Şəmkir şəhərində vətəndaşın iki ev olmasına icazə verilmədiyindən guya simvolik olaraq evi cavabdehin adına rəsmiləşdirmişdir. Halbuki, qanunvericilikdə belə bir məhdudiyyət mövcud deyildir. İddiaçı illər öncə Ukraynada yaşamış və orda törətdiyi əməllərə görə böyük problemlər yaşamışdır. Lakin cavabdehin mə rhum atası Saleh Hacıyev uzun illər Rusiya Federasiyasında neft-qaz sahəsində rəhbər vəzifələrdə çalışmış, bizneslə məşğul olmuş və kifayət qədər maddi təminatlı şəxs olmuş, qardaşlarına, onların uşaqlarına daim maddi kömək olmuşdur. Mərhum atasının daimi yüksək rəsmi gəlirləri olmuşdur ki, məsələn, 2009-cu ildə onun orta hesabla aylıq maaşı 1.500.000 rus rublu, təxminən həmin dövrün məzənnəsi ilə 54.000 ABŞ dollar təşkil etmişdir. Buna dair arayışlar və vergi deklarasiyaları sübut olaraq məhkəməyə təqdim edilmişdir. Təqaüdə çıxdıqdan sonra isə biznesini və mülklərini satıb, əldə etdiyi külli miqdarda vəsaitlə Azərbaycana qayıtmışdır. Cavabdehdə olan məlumata əsasən mərhum atasının ümumilikdə 3 milyon dollar vəsaiti olmuşdur. Mübahisəli evdə məhz mərhum atası tərəfindən təmir işlərinə başl anılmışdır. İki il davam edən təmir işlərindən sonra 2015-ci ildə ev tam hazır olmuşdur. Həmin dövrdə o, mərhum atasına qulluq etmiş və sonuncu isə səhər tezdən evin təmirinə nəzarət etmək üçün getmişdir. Evin təmir xərclərini hədiyyə olaraq onun əvəzinə atası ödəmişdir. Halbuki, iddiaçı həmin ərəfədə cavabdehin atasının vəsaiti hesabına xaricdən gətirdiyi mikroavtobus tipli avtomobil vasitəsilə Türkiyə Respublikasının Trabzon şəhərində tüninq etmişdir. Bu müddət ərzində ona məxsus evdə aparılan təmir işləri ilə maraqlanmamışdır. Bu isə iddiaçıya məxsus pasportda öz əksini tapır. Bundan başqa, qanuna əsasən, tikinti obyektlərinin tikintisi və sökülməsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında həyata keçirilir. Əgər iddiaçı fərdi yaşayış evində söküntü və inşa işləri həyata keçir ibsə, buna dair icazə sənədlərini məhkəməyə təqdim etməlidir ki, hazıradək sübut verilməmişdir. Evin təmirində iştirak edən bir neçə ustanı şahid qismində məhkəməyə təqdim etsə də, həqiqətdə evin təmiri ilə çox saylı ustalar məşğul olmuşdur. Onların ifadələrinin heç bir hüquqi təsiri və əsası yoxdur. Belə ki, təmir işlərinin hesabatı tam olaraq cavabdehin mərhum atasında olmuş və buna dair hesabat kitabçası mövcud olmuşdur. İddiaçının bu barədə dəqiq məlumatı olmadığından iddia tələbində təxmini rəqəmlər uydurub qeyd etmişdir. İddiaçı ərizəsində digər qardaşı Valehlə birlikdə 2014-cü ildən evdə yaşadığını qeyd etsə də, bu xüsusat da həqiqəti əks etdirmir. Belə ki, mübahisəli evin təmiri 2015-ci ilin ortalarında yekunlaşmış, o vaxta qədər evdə yaşamaq mümkün olmamışdır. Buna görə də cavabde h atası ilə birlikdə bacısına məxsus ünvan 3 ünvanında faktiki olaraq qeydiyyatsız yaşamışdır. Bundan sonra xx.xx.2016-cı ildə mərhum atası əziyyət çəkdiyi böyrək çatışmazlığı xəstəliyindən vəfat etmişdir. Yalnız bundan sonra iddiaçı digər qardaşı Valehlə həmin ünvanda yaşamağa başlamışlar. İddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etməmişdən bir ay əvvəl ona zəng vurub, evə dair etibarnamə verməsini tələb etmiş və bildirmişdir ki, evi qardaşı oğlu X8 nəvəsi və onun atasının adı qoyulmuş balaca Saleh Hacıyevə hədiyyə edəcəkdir. Bununla bağlı onlar arasında mübahisə yaranmış və həmin vaxt iddiaçı onun ailə üzvlərini təhdid etmişdir. Bundan sonra cavabdeh əri Nümayəndəsi olaraq xx.xx.2022-ci il tarixdə Şəmkir şəhərinə getmiş, evin sənədləri iddiaçıda saxlanıldığından rəsmi qaydada aidiy yəti orqanlara müraciət edərək, dublikatlarını əldə etmişdir. Nümayəndə tələbinə baxmayaraq, iddiaçı evin sənədlərini, açarlarını və darvazanın pultunu ona təqdim etməkdən imtina etmiş, bu səbəbdən Nümayəndə evin qıfıllarını yeniləmiş və polis orqanlarına iddiaçının qanunsuz hərəkətləri barədə şikayət etmişdir. Yalnız xx.xx.2022-ci il tarixdə iddiaçı şəxsi əşyaları ilə birlikdə evi tərk etmiş, eyni zamanda evə və orada olan bəzi əşyalara ümumilikdə 100.000 manata yaxın maddi zərər vurmuşdur ki, bununla bağlı gələcəkdə iddia qaldırmaq niyyətindədir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, iddiaçını tanısa da cavabdehi tanımır. Eləcə də iddiaçının qardaşı, cavabdehin isə atası olan mərhum Saleh Hacıyevi də tanımamışdır. Mübahisəli fərdi yaşayış evi əvv əllər onun mülkiyyətində olmuş və şəxsi problemləri ilə bağlı 2013-cü ildə satışa çıxarmışdır. Müştəri kimi iddiaçı ilə evin dəyərini 60.000 manata danışıb razılaşmışlar. Lakin notariat ofisində müqavilə bağlananda tanımadığı bir xanım gəlmiş və müqavilə onunla rəsmiləşdirilmişdir. O, həmin xanımın kimliyi ilə maraqlanmamışdır. xx.xx.2013-cü il tarixdə Şəmkir rayon notariat kontorunda bağlanmış ANİ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsində onun tərəfindən satılan mübahisə predmeti olan fərdi yaşayış evinin satış qiymətinin 5300 manat kimi göstərilməsinin səbəbini izah edə bilmir. İddiaçıdan 60.000 manat almasına dair isə hər hansı müqavilə bağlanmamış, qəbz tərtib edilməmişdir, buna dair sübutu yoxdur. Ev 60.000 manata satılsa da, müqavilədə qeyd edilməmiş və müqa vilədə nə qədər qeyd edildiyini bilməmiş, sadəcə olaraq müqaviləni oxumadan imzalamışdır.
9. X2 ifadəsində bildirmişdir ki, tikinti işlərinin aparılması sahəsində təhsilinin olmamasına baxmayaraq, uzun müddətdir prorab olaraq fəaliyyət göstərir. İddiaçını tanıyır, onların uzun müddət davam edən dostluq münasibətləri vardır. Bu səbəbdən də onun ailə üzvlərini, o cümlədən mərhum qardaşı Saleh Hacıyevi və onun qızı cavabdehi tanımışdır. İddiaçının ümumilikdə 3 evi olmuş, lakin hamısını dolanışığı üçün satmışdır. Mübahisə predmeti olan evin, eləcə də iddiaçıya məxsus bir neçə evin təmir işlərinin aparılmasına o nəzarət etmiş, lakin dostluq münasibətlərindən irəli gələrək bu xidmət müqabilində iddiaçıdan ödəniş almamış, təmənnasız olaraq ona xidmət etmişdir. Mübahisə predmeti olan evin axtarıb tapılmasında, alqı-satqısı ilə bağlı danışıqların aparılmasında da iddiaçıya bilavasitə köməklik etmişdir. Həmin vaxt iddiaçı evin gələcəkdə oğluna qalmaması üçün mehriban münasibətlərdə olduğu qardaşı qızı olan cavabdehin adına rəsmiləşdirmişdir. Bundan sonra evdə təmir işləri təxminən 3-4 il davam etmişdir. Təmir üçün bütün ödənişləri iddiaçı özü etmiş, qardaşı Saleh Hacıyev isə heç bir ödəniş etməmişdir. Hətta, materialların alınması üçün o, şəxsən iddiaçı birlikdə mağazalara və bazara getmiş, material və əşyaların alınmasında, daşınmasında iştirak etmişdir. Lakin material və əşyaların qiyməti ilə bağlı hər hansı çek mövcud deyildir. Təmir işlərini aparan ustalarla isə müqavilələr bağlanmamışdır. İddiaçı 60.000 manat pul vəsaitini evi satan mülkiyyətçi Eyvaz Süleymanova onun yanında ver sə də, onlar tərəfindən hər hansı qəbzə imza edilməmişdir. Satılan ev yarımçıq tikili olduğu üçün müqavilədə onun qiyməti 5300 manat kimi göstərilmişdir. Tərəflər arasında son dövrlər yaranmış narazılıqların gedişatında o da iştirak etmiş, onunla da cavabdehin nümayəndəsi arasında mübahisə olmuş, sonuncu onun barəsində aidiyyəti orqanlara şikayət ərizəsi ilə müraciət edərək, müvafiq araşdırmalar aparılmışdır. Buna baxmayaraq, onunla cavabdeh arasında heç bir düşmənçilik və ədavət yoxdur.
10. X4 ifadəsində bildirmişdir, santexnika ustasıdır və 2014-cü ildə mübahisəli fərdi yaşayış evində iddiaçının sifarişinə əsasən 20 gün müddətində santexnika işlərini görmüşdür. Görülmüş işlərin həcmini, evin sahəsini uzun müddət keçməsi səbəbindən xatırlamır, lakin yadında dəqiq qalıbdır ki, iddiaçı on a hissə-hissə görülən işlərin müqabilində 3400 manat vermişdir. İddiaçının böyük qardaşı Saleh Hacıyevi də tanışmışdır. Belə ki, santexnika işlərini gördüyü 20 gün müddət ərzində Saleh günaşırı olaraq oraya gəlib işlərlə maraqlanmış və bəzən müəyyən göstərişlər vermişdir. Lakin iddiaçı mütəmadi olaraq orada olmuş, sifarişlər vermiş və usta olaraq ona ödənişi etmişdir. Buna baxmayaraq, evin kimin mülkiyyətində olmasına dair ona məlumat verilməyib, özü də bu barədə araşdırıb maraqlanmayıb. Ümumi vəziyyətdən, yəni sifarişlərin əsasən iddiaçı tərəfindən verilməsi səbəbi ilə evin ona məxsus olmasını ehtimal etmiş, onun mülkiyyətçi olub-olmamasını dəqiq bilməmişdir. Bundan başqa, Salehin qeyd dəftərini görsə də, həmin dəftərin nədən ibarət olmasını bilməmişdir.
11. X9 ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, fərdi qaydada usta kimi fəaliyyət göstərir və əsasən armatur, aqlay işləri görür. İddiaçı və qardaşı mərhum Saleh Hacıyevi həmyerli olaraq tanımışdır. Təxminən 2014-2015-ci illərdə iddiaçının sifarişi ilə mübahisəli fərdi yaşayış evində təmir işləri aparmışdır. Bu müddət ərzində Saleh Hacıyevin də oraya ara-sıra gəlməsinin şahidi olmuşdur. Hətta, gəldiyi vaxtlarda ona və digər ustalara siqaret gətirib vermişdir. Həmin vaxt Saleh Hacıyevin ağır xəstəlikdən əziyyət çəkməsini bilmişdir. Saleh Hacıyev onlara işlərlə bağlı heç bir göstəriş verməmiş və heç bir ödəniş etməmişdir. Ödəniş və tapşırıqları iddiaçı vermişdir. Ona ümumi olaraq gördüyü işlərin müqabilində təxminən 15.000-20.000 manat pul ödənilmişdir, uzun müddət keçdiyindən dəqiq məbləği xatırlamır. Xidmətlə bağlı m üqavilə bağlanmamışdır. Eləcə də, evin kimin mülkiyyətində olmasına dair ona məlumat verilməyib və xəbəri yoxdur. Kimə nə qədər ödəniş edilməsi ilə bağlı iddiaçı və ya Saleh tərəfindən qeydlər edildiyini görməmişdir.
12. X3 ifadəsində bildirmişdir ki, uzun müddətdir dülgər fəaliyyəti ilə məşğul olur. İddiaçı və qardaşı mərhum Saleh Hacıyevi həmyerli olaraq tanımışdır. İddiaçının sifarişi ilə mübahisəli fərdi yaşayış evində 2014-cü ildə 5-6 ay müddətində öz briqadasına daxil olan ustalarla birgə işləmiş və sifarişçi olaraq görülmüş işlərə görə iddiaçı ona 14.000-15.000 manat pul vermişdir. Tikinti işlərinə nəzarəti əsasən iddiaçı və Füzuli həyata keçirmişdir. İddiaçının qardaşı Saleh Hacıyevi tanımış, bir neçə dəfə təmir işləri gedəndə onun oraya gəlməsinin şahidi olmuşdur. Hətta bəzən Sale h görülən işlərlə maraqlanmış, nə iş görüldüyünü ondan soruşmuş, bəzən ustalara siqaret alıb vermişdir. İddiaçının Saleh Hacıyevə təmirlə bağlı məruzə etdiyini eşitməmişdir. Ümumiyyətlə, təmir işləri gedən müddətdə Saleh Hacıyevin səhhətində ciddi problemləri olduğundan o, az gəlib-getmişdir. Təmir işləri aparan zaman evdə yaşayış olmamışdır. 2014-cü ilin sonlarına kimi orada işləmişdir. Sifarişləri iddiaçı verdiyindən evin ona məxsus olmasını zənn etmişdir.
13. X11 ifadəsində bildirmişdir ki, uzun müddət əvvəl kafel-metlax işləri ilə bağlı usta kimi fəaliyyət göstərmişdir. Hazırda isə bu fəaliyyətlə məşğul deyil. Mübahisəli fərdi yaşayış evində 2014-2015-ci il müddət ərzində işləmişdir. Belə ki, həmin evin kafel-metlax və digər işlərini görmüşdür. Təmir üçün iddiaçı ona ümumilikdə 17.000- 18.000 manat ödəniş etmişdir. Təmir onun rəhbərlik etdiyi 5 nəfərlik briqada tərəfindən görülmüşdür. Həmin vaxt Saleh Hacıyev ağır xəstəlikdən əziyyət çəkdiyi üçün tikinti işlərinin aparıldığı evə 10-15 gündən bir gəldiyini xatırlayır. Hətt, Saleh Hacıyevin mübahisəli evin həyətindəki hində olan toyuqları yemləməsinin və qulluq etməsinin şahidi olmuşdur. Evin iddiaçıya məxsus olduğunu ondan eşitməmiş, təmir işlərinə iddiaçının onu dəvət etməsi səbəbindən evin ona məxsus olmasını yəqin etmişdir. Təmir işləri əsas maraqlanan şəxs briqadir kimi tanıdığı Füzuli adlı şəxs olmuşdur. Təmirlə bağlı heç bir yazılı qeyd və cədvəli olmamışdır, heç bir yazılı müqavilə bağlanmamışdır.
14. X1 ifadəsində bildirmişdir ki, uzun müddətdir fərdi qaydada usta fəaliyyəti ilə məşğul olur və aqlay-tamet daşların ın döşənməsi işlərini görür. İddiaçı ilə münasibəti mübahisəli evdə təmir işləri görən zaman yaranmış, aralarında iş münasibəti olmuşdur. 2016-cı ildə evin həyətində betonlama və tamet daşlarının döşənməsi işini rəhbəri olduğu 4 nəfərlik briqada ilə birlikdə görmüşdür. Təmir işləri ilə bağlı iddiaçı ona ümumilikdə 50006000 manat pul ödəmişdir. Təmir işlərini iddiaçı sifariş etdiyindən və təmir üçün lazımi materialları sonuncu aldığından evin mülkiyyətçisinin iddiaçı olduğunu ehtimal etmişdir. Təmir vaxtı iddiaçı açıq şəkildə evin özünə məxsus olmasını deməmişdir. Həmin müddətdə iddiaçının verdiyi pul vəsaitlərinin onun özünə məxsus olub-olmaması ilə bağlı heç bir məlumatı olmamışdır. Həmin evdə təmir işləri görən zaman qardaşı iddiaçıdan Saleh Hacıyevin ağır yataq xəstəsi olmasını eşitmi şdir. Təmir işləri görən zaman evin əsas hissəsi yaşamağa hazır olmuşdur, lakin evdə həmin vaxt heç kim yaşamamışdır.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-4110/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günel Əkbərli) iddia rədd olunmuşdur.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı fərdi yaşayış evini 60.000 manata əvvəlki mülkiyyətçi olan X5 almasına və formal olaraq cavabdehin adına rəsmiləşdirilməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bunun əksinə olaraq xx.xx.2013-cü il tarixli notarial qaydada bağlanmış alqısatqı müqaviləsi ilə cavabdehin mübahisəli fərdi yaşayış evini almaq məqsədilə X10 5.300 manat ödəməsi təsdiq olunur. Şahid qismində din dirilmiş Eyvaz Süleymanov isə iddiaçının evə görə 60.000 manat verdiyini bildirsə də, müqavilədə satış qiymətinin fərqli göstərilməsi səbəbini məntiqli olaraq izah edə bilməmişdir.
17. İddiaçı məhkəməyə depozit bank hesablarından çıxarışları təqdim etməsinə baxmayaraq, həmin pul vəsaitinin depozitə qoyulması ilə bağlı əldə etdiyi vəsaitləri məhz mübahisəli evin təmirinə sərf etməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Cavabdehin mərhum atasının aylıq gəlirlərinə dair təqdim etdiyi sübutlardan ("xxxx" QSC tərəfindən verilmiş UNQ 07/912 01 iyul 2009-cu il tarixli arayış) isə görünür ki, Saleh Hacıyev kifayət qədər varlıqlı şəxs olmuşdur.
18. Bundan başqa, iddiaçı tələbində fərdi yaşayış evini cavabdehin adına formal olaraq rəsmiləşdirmə səbəbi kimi evin oğluna qalmamasını və ya bir şəxs in adına iki evin rəsmiləşdirilməsinin mümkün olmadığını göstərsə də, mövcud qanunvericilikdə bir şəxsin adına yalnız bir yaşayış sahəsinin qeydə alına bilməsi kimi hər hansı məhdudlaşdırıcı norma yoxdur. Evin gələcəkdə oğluna qalmaması üçün isə qanunla müəyyən edilmiş tədbirlərin görülməsi imkanları mövcuddur. Məsələn, evi qardaşı nəvəsinə hədiyyə etmək istədikdə bağışlama müqaviləsi bağlaya, vəsiyyətnamə verə bilər və s. kimi qanunla müəyyən edilmiş imkanlardan istifadə edə bilərdi.
19. Göstərilənlərlə yanaşı, iddiaçı məhkəməyə tarixi bəlli olmayan, iddia ərizəsi ilə oxşar məzmunda akt təqdim edərək, sübut kimi qəbul edilməsini xahiş etmiş, aktı imzalayanlardan bəziləri şahid qismində məhkəmədə dindirilmişdir. Lakin onlar tərəfindən məhkəməyə mübahisəli fərdi yaşayış evinin satış məbləği nin 60.000 manat təşkil etməsi, həmin məbləğin iddiaçı tərəfindən evin əvvəlki mülkiyyətçisinə ödənilməsi, təmir xərclərinin iddiaçının vəsaiti hesabına ödənilməsi barədə mötəbər sübut və ya məlumat məhkəməyə təqdim edilməmişdir. Eləcə də, işin faktiki hallarından müəyyən edilir ki, aktı imzalayan şəxslərin bəziləri ilə cavabdehin nümayəndəsi Nümayəndə arasında anlaşılmazlıqlar mövcud olmaqla mübahisələri hüquq-mühafizə orqanlarında araşdırılmışdır. Belə olan halda, həmin şəxslərin verdiyi məlumatlar məhkəmədə kifayət qədər şübhə doğurduğu üçün məhkəmə qeyd olunan aktı sübut olaraq qəbil etmir.
20. Həmçinin, iddiaçı tərəfin vəsatəti ilə dindirilmiş şahidlər konkret olaraq hər hansı halın şahidi olmamış, yalnız mübahisəli evdə təmir işlərini aparan şəxslər olmuşdur. Həmin şəxslərin qeyd olu nan evin rəsmi olaraq kimin olması barədə məlumatlarının olması absurddur. Mübahisəli evdə təmir işləri aparan şəxslərin ifadələri iddia tələbinə dair heç bir faktı sübuta yetirməməkdədir. Evin kimə məxsus olması ilə bağlı bildirdikləri iddiaçıdan eşitdikləri səthi məlumatlara əsaslanmaqdadır. Buna görə də, iddiaçı tərəfindən mübahisəli evin onun olması və həmin evə dair bütün xərcləri onun çəkməsi üçün əsaslar mövcud olmadığına görə iddia tələbi təmin edilməməlidir
21. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 146, 153.3cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 106.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apell yasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsində araşdırma zamanı cavabdeh formal olaraq onun adına rəsmiləşdirilmiş evin seçilməsində, qiymətinin razılaşdırılmasında, dəyərinin ödənilməsində, həmin evin sökülərək yerində əvvəlki dəyərindən dəfələrlə çox məbləğ təşkil edən yeni evin tikilməsində iştirak etməmiş, sadalanan halların heç olmasa birini təsdiq edə biləcək hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdeh həmin proseslərdə iştirak etməməkdən başqa, hətta evin hazır olmasında n sonra da ona sahiblik etməsini təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Halbuki, cavabdehdən fərqli olaraq, iddiaçı həmin halları təsdiq edən kifayət qədər sübutlara istinad edərək, onları məhkəməyə təqdim etmişdir. İddianın əsaslı olmasını təsdiq edən şahid ifadələrinə qarşı cavabdeh yalnız iki dəlil - guya, iddiaçının kifayət qədər pulunun olmamasını və cavabdehin atasının təmirə sərf edilən vəsaitlərlə bağlı hesabat dəftərinin olmasını irəli sürmüşdür. Cavabdehin birinci dəlili ilə bağlı qeyd edilməlidir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ü/s 75.66 kv.m olan 4 otaqlı mənzilinin X20 62.920 manata satmasını və onun həmin dövrdə maddi vəsaitinin olmasını təsdiq edən xx.xx.2012-c i il tarixli alqı-satqı müqaviləsi, həmçinin 2013-2016-cı illər ərzində iddiaçının Azərbaycan Beynəlxalq Bankında hesabından çıxarışlar məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən də görünür ki, iddiaçının həmin yaşayış sahəsini tikməsi üçün kifayət qədər vəsaiti olmuşdur. Məhkəmə isə bu sübutlara qiymət verməmişdir. Cavabdehin ikinci dəlili ilə bağlı isə qeyd edilməlidir ki, cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etirazda qeyd etmişdir ki, sözügedən evin təmir işlərinin hesabatı tam olaraq cavabdehin mərhum atasında olmuş və buna dair hesabat kitabı mövcud olmuşdur. Lakin cavabdehin sübut kimi istinad etdiyi həmin hesabat kitabı məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili tərəfindən sözügedən əmlakın alınması və təmirinə (inşasına) sərf olunmuş vəsaitin dəqiq müəyyən edilməsi məqsədi ilə qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə vəsatət verilmiş, məhkəmə tərəfindən vəsatəti rədd edilmiş, lakin bununla bağlı hər hansı bir əsaslandırılmış qərardad qəbul edilməmişdir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1772/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – G.Axundova (sədrlik edən və məruzəçi), F.Babayev və R.Eyvazov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, iddiaçı evin alqı-satqısı ilə ba ğlı Eyvaz Süleymanova 60.000 manat pul verdiyini, cavabdehlə bağlanmış müqavilənin formal olaraq bağlandığını, alınmış evin sökülərək yerində onun vəsaiti hesabına yeni ev tikildiyini, təmir olunduğunu iddia etsə də, bununla bağlı məhkəməyə əsaslı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsində evin təmirində, evə təmir üçün ləvazimatların alınmasında iştirak etdiklərini iddia edən şəxslər şahid qismində dindirilmiş, lakin onlar izahatlarında təmir üçün pul vəsaitinin iddiaçı tərəfindən verilməsi və ya avadanlıqların alınması ilə bağlı məhkəməyə sübut təqdim edə bilmədiklərini qeyd etmişlər. Bundan əlavə, şahidlər cavabdehin atası Saleh Hacıyevin ağır xəstə olması səbəbindən təmir zamanı mübahisə predmeti olan evə az gəlib-getməsini bildirmişlər. X36 bildirmişdir ki, nə iddiaçı, n ə də Saleh Hacıyev evin onlara məxsus olmasını açıqca ifadə etməmişlər. X30 da bildirmişdir ki, evin mülkiyyətçisi barədə məlumatı olmayıb.
26. Apellyasiya baxışında iddiaçının nümayəndəsi və vəkili evin təmirinə çəkilmiş xərclərin məbləğinin müəyyənləşdirilməsi ilə bağlı ekspertiza keçirilməsini xahiş etsə də, mübahisəli evin tikintisi və təmirinin iddiaçının vəsaiti hesabına edildiyi sübuta yetirilmədiyi üçün bununla bağlı xərclərin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsinə də ehtiyac yoxdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (vəkil X14) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Ka ssasiya şikayəti apellasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan pul vəsaitlərinin cavabdehin adına rəsmiləşdirilmiş evin alınmasına və sökülərək yenidən inşa edilməsinə xərclənməsi ilə bağlı məsələni araşdırmadan, iddiaçının mülkiyyət hüququnun pozulmasını kənara qoyaraq, təqdim edilmiş sübutları nəzərə almadan, yalnız kağız üzərində cavabdehin adına olan evə dair çıxarışı əsas gətirərək onun “mülkiyyət hüququnu” qorumaqla öz vəzifəsini bitmiş hesab etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
30. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
31. Maddə
732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.
32. Maddə 736.3. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.
33. Maddə
738. Kirayəyə verən in əvəzsiz istifadəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüquqları, habelə kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzinin ödənilməsi hüquqları altı aydan sonra, müddətin keçməsinə görə qüvvədən düşür.
34. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
35. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
36. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəllə
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nət icə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya q ərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkə məsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşaraq, həmçinin qeyd edir ki, iddiaçının hazırkı pul tələbinin qanuni əsasını təşkil edə biləcək normaların (§30-36) dispoziya şərtlərinin ödənildiyi ni sübuta yetirmək vəzifəsi onun üzərinə düşür.
50. Çünki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (§ 38).
51. Kollegiya, bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən sübutetmə yükü düzgün bölüşdürülmüş, işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəm ə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1772/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.